Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1669/2019 29.05.2019 ALİ MƏHKƏMƏ 2-1(102)-1669/2019 QƏRARDAD Kassasiya şikayətinin mümkünlüyünün yoxlanılması üzrə Bakı şəhəri xxxx 2019-cu il Mən, Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi İ.Dadaşov iddiaçı X1 və X2” İctimai Birliyinin kassasiya şikayətini nəzərdən keçirərək Müəyyən etdim: İddiaçı X1 və X2 İctimai Birliyi cavabdeh Hüquqi Şəxslər və vətəndaşlıq vəziyyəti İdarəsinə qarşı “Azərbaycan Respublikası İnsan Hüquqlarının Müdafiəsi və X1 İctimai Birliyinin təsisçisi X2 təsisçilikdən azad olunması və İctimai Birliyə Nümayəndə yeni təsisçi seçilməsi, İctimai Birliyin müflis elan olunmasına dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məh kəməsinin xxxx 2018-ci il tarixli, 2-1(82)-3497/2018 saylı qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir (hakim E.M.Mustafayev). 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli, 2-1(81)-4347/2018 saylı qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır (hakim A.A.Abdullayeva). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 21(103)-406/2019 saylı qərardadı ilə (sədrlik edən E.E.Nağıyeva, hakimlər V.Ə.Baxışova və H.Ü.Həmidov) iddiaçı “X1və X2” İctimai Birliyinin apellyasiya şikayəti təmin edilməmiş,1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 201 9-cu il tarixli qərardadından iddiaçı X1 və X2” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətini nəzərdən keçirərək hesab edirəm ki, kassasiya şikayəti vəkil tərəfindən tərtib edilmədiyi və şikayətə vəkilin orderi əlavə edilmədiyi üçün mümkün sayılmamalı, onun qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 90.3-cü maddəsinə əsasən bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kass asiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə görə kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.1.3-cü maddəsinə kassasiya şikayətinə vəkilin orderi əlavə edilməmişsə kassasiya şikayəti qaytarılmalıdır. İş materiallarından görünür ki, kassasiya şikayəti vəkil tərəfindən tərtib edilməmiş, imzalanmamış, şikayətə vəkilin orderi əlavə edilməmiş, kassasiya şikayətinin mümkünlüyü yoxlanılan tarixədək Ali Məhkəməyə müvafiq orderlə vəkil tərəfindən tərtib edilərək imzalanmış kassasiya şikayəti daxil olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.2-ci maddəsinə əsasən Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Həmin Məcəllənin 96.3-cü maddəsinə əsasən kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 96.3-cü maddəsini rəhbər tutaraq Qərara aldım: İddiaçı “X1 və X2” İctimai Birliyinin kassasiya şikayəti mümkün sayılmasın və onun icraata qəbulundan imtina edilsin.
Məhkəmə qərarları › İş №2-1(102)-1669/2019
Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1669/2019
29.05.2019
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver