Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1669/2021 22.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (artıq ödənilmiş ödənişlərinin qaytarılması) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı cavabdehin imtinasının qanunsuz sayılması, artıq ödənilmiş gömrük ödənişlərinin qaytarılması barədə rəyin tərtib edilməsi, artıq ödənilmiş gömrük ödənişlərinin əlavə xərclərlə birlikdə geri qaytarılması, cavabdehin gələcəkdə belə hərəkətlərdən ç əkinməsi və bu hərəkətlərin dayandırılması tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-900/2021 nömrəli iş üzrə 02.03.2021-ci il tarixli qərardadlarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 22 sentyabr 2021-ci il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları 1 İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı 22.07.2019-cu il tarixli, 160/160-24/015987 saylı imtina məktubunun qanunsuz hesab edilməsi, gömrük ödənişlərinin qaytarılması barədə qərarın qəbul edilməsi, Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş formada gömrük rüsumunun qaytarılması barədə rəyin tərtib edilməsi və saxlancda saxlatdırılaraq əlavə xərclərlə birlikdə cəmi – 17426,22 manatın iddiaçıya geri ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. 2 Sonradan iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, Azərbaycan Respublikasının Xarici İqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələrinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17.11.2017-ci il tarixli, 500 nömrəli qərarının əksinə olaraq iddiaçıdan dəmirdən və ya aşkarlanmamış poladdan isti yayılmış, buxtalara sərbəst sıranmış çubuqlar: 7213 91 410 0 XİF MN üzrə kodu ilə, tərkibində kaerbonun miqdarı 0,06 kütlə % və ya daha az olan, 7231 91 490 XİF MN üzrə kodu ilə, tərkibində kae rbonun miqdarı 0,06 kütlə %-dən çox, lakin 0,25 kütlə %-dən az olan 6,5 mm dəmir məftil üçün 15 faiz gömrük rüsumunun ödətdirilməsindən gələcəkdə də çəkinməyə və cavabdehdən qanunsuz hərəkətlərin dayandırılması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat 3 Birinci instansiya məhkəməsinin 12.10.2020-ci il tarixli, 2-1(112)4310/2020 nömrəli (sədrlik edən hakim Rüstəm Kərimli) qərarı ilə iddianın təmin edilməsi, cavabdeh AR Dövlət Gömrük Komitəsinin imtinasının qanunsuz sayılması, artıq ödənilmiş 17.426,22 manat gömrük ödənişlərinin İddiaçı MMC-yə qaytarılması barədə rəyin tərtib olunması öhdəliyinin cavabdeh AR Dövlət Gömrük Komitəsinin üzərinə qoyulması, cavabdeh AR Dövlət Gömrük Komitəsi İddiaçı MMC tərəfin dən gələcəkdə eyni malların idxalı zamanı müvafiq (həmin malın kodunun düzgün göstərilməməsi) hərəkətlərdən çəkinməsi qərara alınmışdır. 4 Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1, 2.0.1, 2.06, 11, 13, 24.1, 24.2, 41.1, 45.1, 45.2-ci maddələrinə, İPM-in 1.2, 2.2-ci maddələrinə, MPM-nin 76.1, 103.2-ci maddələrinə, «Məhkəmə ekspertizası fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 1, 23-ci maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 2000ci il tarixli, 252 nömrəli Fərmanı ilə müəyyən edilmişdir ki, «Məhkəmə ekspertizası fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinin birinci hissəsinə, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 1.0.1, 1.0.17, 1.0.19, 9, 269, 270.1, 270.2, 270.3-cü maddələrinə istinad etməklə belə hesab etmişdir ki, cavabdehin imtinası qanunsuzdur. 5 Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 12.10.2020-ci il tarixli, 2-1(112)-4310/2020 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qərarın qəbul edilməsini xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsindəki icraat 6 Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 02.03.2021-ci il tarixli, 2-1(103)-900/2021 nömrəli (hakimlər Afaq Nuriyeva - sədrlik edən və məruzəçi, Valeh Ağayev və Aida Hüseyn) qərardadı ilə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin qismən təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin 12.10.2020-ci il tarixli, 2-1(11 2)-4310/2020 saylı qərarının ləğv edilməsi və işin iddia tələbi - cavabdeh AR Dövlət Gömrük Komitəsinin imtinasının qanunsuz sayılması, gömrük ödənişlərinin qaytarılması barədə qərarın qəbul edilməsi, artıq ödənilmiş 17426,22 manat gömrük ödənişlərinin İddiaçı MMC-yə qaytarılması barədə rəyin tərtib olunması öhdəliyi, saxlancda saxlatdırılaraq əlavə xərclərlə birlikdə cəmi – 17426,22 manatın iddiaçıya geri ödənilməsi vəzifəsinin cavabdeh AR Dövlət Gömrük Komitəsinin üzərinə qoyulması hissələrində yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. 7 Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən, İPM-in 12.1, 12.2, 12.3, 13, 48.1-ci maddələrinə istinad edərək, belə hesab etmişdir ki, iş üzrə inzibati məhkəmə icraatı zamanı yol verilmiş prosessual po zuntuları ilə qəbul edilmiş birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. 8 Apelyasiya instansiyası məhkəməsinin 02.03.2021-ci il tarixli, 21(103)-900/2021 nömrəli (hakimlər Afaq Nuriyeva - sədrlik edən və məruzəçi, Valeh Ağayev və Aida Hüseyn) qərardadı ilə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin qismən təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin 12.10.2020-ci il tarixli, 2-1(112)4310/2020 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin cavabdeh AR Dövlət Gömrük Komitəsi İddiaçı MMC tərəfindən gələcəkdə eyni malların idxalı zamanı müvafiq (həmin malın kodunun düzgün göstərilməməsi) hərəkətlərdən çəkinməsi hissəsində mümkün sayılmaması qərara alınmışdır. 9 Apelyasiya instansiyası məhkəməsi həmin nə ticəyə gələrkən, İPM-in 2.2, 2.2.4, 34.4 35.1-ci maddələrinə istinad edərək, belə hesab etmişdir ki, iddia mümkün sayılmamalıdır. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri 10 İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya məhkəməsi öz qərardadını əsaslandırarkən yuxarıda qeyd edilən normaları sadalayaraq qismən izahat versə də, lakin hesab etmişdir ki, iddia tələbi həmin normaların təsir dairəsinə düşmür. Halbuki özünün də qərardadında qeyd etdiyi kimi iddiaçı cavabdehdən hərəkətlərin gələcəkdə davam etməməsini istəyir. Bu tələbin əsası ondan ibarətdir ki, iddiaçı həmin mallara 5% rüsum ödəməli olduğu halda cavabdehin hərəkətləri nəticəsində iddiaçı 5% yox, 15% rüsum ödəmək məcbur iyyətində qalır. Bundan sonrakı idxal-ixrac əməliyyatlarının hamsında təkrarlanacaqdır. İddiaçı bunun qarşısını almaq üçün yəni preventiv tədbirlər görmək üçün bu cür iddia tələbi irəli sürmüşdür. Bu iddia tələbi ilə məhkəməyə müraciət etmək iddiaçının hüququdur. Belə ki, İPM-nin 2.2.4, 34.2, 34.3-cü maddələrinə əsasən bu hüquq iddiaçıya verilmişdir. Məhkəmə isə həmin müddəaları düzgün şəkildə şərh etməyərək iddiaçının hüquqlarını pozan qərardad qəbul etmişdir. İddia o halda mümkün sayılmaz ki, iddiaçı onun hüquqlarının pozulmasını əsaslandıra bilməsin. Hazırkı tələbdə iddiaçı hüquqlarının pozulduğunu əsaslandırmışdır. Belə ki, qanuni şəkildə işə yanaşılmış olsa idi iddiaçı 5 % rüsum ödəməli olduğu halda 15 % rüsum ödəyir. Bu 15 % ilə 5 % arasındakı fərq iddiaçının istər vergi ödəyicisi kimi, istər sahibkar kimi istər idxalçı şirkət kimi maddi vəziyyətini pisləşdirir. İddia tələbinin cavabdehin müəyyən hərəkətlərdən çəkinməsi hissəsində tələbidir haqlı. Apelyasiya Məhkəməsi bu hissədə iddianı mümkün saymayaraq iddiaçının hüquqlarını pozmuşdur. 11 Apelyasiya instansiyası məhkəməsi ikinci qərardadında göstərmişdir ki, birinci instansiya məhkəməsi tam şəkildə araşdırma aparmamış, prosessual və maddi hüquq normalarını kobud şəkildə pozmuş və buna görə də işə yenidən baxılmalı olması qənaətinə gəlmişdir. Bu qənaətinin əsası kimi məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı məhkəməyə 5 iddia tələbi irəli sürmüş, lakin məhkəmə iddianı təmin edərkən yalnız 3 tələb üzrə qərar qəbul etmiş, digər 2 iddia tələbinə heç bir münasibət bildirməmiş, iş materiallarında olan cavabdeh tərəf indən ekspertiza keçirilmiş lakin məhkəmə onu qəbul etməmiş, özü müstəqil olaraq məhkəmə ekspertiza mərkəzinə müraciət etmiş və həmin rəyi əsas götürmüş, ekspert rəyi hansı metodika ilə aparılması qeyd olunmamış, arayışlara istinad edildiyini və müqayisəli təhlil aparmadan məhkəmə ekspertiza mərkəzinin ekspert rəyini əsas götürüb bu əsasla da iddianı təmin etdiyini qeyd etmişdir. İlk olaraq iddia tələbi ilə bağlı qeyd olunmalıdır ki, apelyasiya instansiyası məhkəməsi həmin iddia tələblərini 5 ayrı tələbə bölsə də, faktiki olaraq həmin iddia tələbləri hüquqi qiymət verilmədiyi iddia olunan iddia tələbləri digər üç iddia tələbini əhatə edir. Bir-biri ilə qarşılqılı əlaqədədir. Yəni məhkəmə iddianı tam şəkildə təmin edibsə artıq ona da hüquqi münasibət bildirmişdir. Çünki tələblər subsidiyar xarakterlidir. 12 Həmçinin Bakı Apelyasiya Məhkəməsinin inzibati məhkəmə icraatı qaydasında işlərə tam hüquqlu məhkəmə kimi baxmaq səlahiyyəti vardır. Bakı Apelyasiya Məhkəməsi səlahiyyətli məhkəmə kimi işi mahiyyəti üzrə araşdırılmasında səlahiyyəti olan məhkəmədir və özü həmin mübahisəni araşdırıb qərar qəbul etməli idi. Yəni ya iddianı təmin etməli, ya qismən təmin etməli ya da iddia tələbini rədd etməli idi. Bakı Apelyasiya Məhkəməsinin həmin qərarı ləğv edib yenidən birinci instansiya məhkəməsinə göndərməklə faktiki olaraq işin tam hərtəfli, obyektiv və ağlabatan müddətdə araşdırılması prinsipini pozmuşdur. Faktiki olaraq işi uzatmışdır ki, bu da iddiaçının qanunla qorunan hüquq və maralarına toxunur. Ekspert rəyi ilə bağlı apelyasiya məhkəməsinin hüquqi mövqeyinə münasibətdə qeyd olu nmalıdır ki, məhkəmə cavabdehin ekspert rəyini ona görə götürməmişdir ki, cavabdehin ekspertiza mərkəzi birbaşa olaraq hazırkı iş üzrə cavabdeh olan inzibati orqanın bir strukturunda yerləşir və ona tabe olan bir qurumdur. Təbii olaraq cavabdehin diqtəsi əsasında rəy vermişdir. Həmin qurumun rəyi hazırkı mübahisə üzrə əsas götürülə bilməz, mötəbər hesab edilə bilməz. Bununla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin bir sıra qərarlarında qeyd olunmuşdur ki, ekspert müstəqil olmalıdır. Birbaşa və dolayı yolla heç kimə yəni iş üzrə tərəflərdən birinə tabeçilik münasibəti olmamalıdır. Amma Bakı Apelyasiya Məhkəməsinin hüquqi mövqeyindən belə aydın olur ki, məhkəmə müstəqil ekspertiza rəyini yəni Məhkəmə Ekspertiza Mərkəzinin tərtib etdiyi rəyi yox, cavabehin iyerarxiyasında fəaliyyət göstərən bir qurumun vermiş olduğu rəyi əsas götürərək qərar qəbul etməli idi. Halbuki iddiaçı həmin rəyin nəticələrindən məhkəməyə şikayət vermişdir. Bu əsaslardan hər iki qərardad ləğv edilməli, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. 13 Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-900/2021 nömrəli iş üzrə 02.03.2021-ci il tarixli qərardadlarının ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. 14 Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə görə mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 15 Bunu əsas götürərək məhkəmə kollegiyası tərəflərə İPM-n in 16.3-cü maddəsinə müvafiq olaraq şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılacağı barədə məlumat verərək işə yazılı icraat qaydasında baxılacağı bildirilmişdir. ( 30 iyul 2021-ci ildə müvafiq bildiriş göndərilmişdir) 16 Kasasiya şikayətinə qarşı etirazda cavabdeh Bakı Apelyasiya Məhkəməsinin 02.03.2021-ci il tarixli, 2-1(103)-900/2021 nömrəli qərardadlarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri 17 Kasasiya şikayəti vaxtında verilmişdir. Kasasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. 18 Apelyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçiv əsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Əsaslandırıcı hissə: 19 Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 20 Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası mə hkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. 21 Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi 02.03.2021-ci il tarixli iddianın mümkün sayılmaması barədə qərardadla və həmin qərardaddan iddiaçının verdiyi kasasiya şikayətindəki dəlillərlə əlaqədar olaraq qeyd etməyi zəruri hesab edir ki, məlum olduğu kimi iddiaçının iddia tələbinin bir hissəsi cavabdeh AR Dövlət Gömrük Komitəsi İddiaçı MMC tərəfindən gələcəkdə eyni malların idxalı zamanı müvafiq (həmin malın kodunun düzgün göstərilməməsi) hərəkətlərdən çəkinməsi təşkil edir. 22 Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı Qərarının 2.1-ci bəndinə qeyd edilir ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 23 Həmin Qərarın 2.3-cü bəndində qeyd edilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 24 Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözügedə n qərarının müvafiq olaraq 1.1, 1.4 və 2.3-cü bəndlərində isə qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını... qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını... yoxlamalıdırlar. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir... İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. 25 İddianın mahiyyəti üzrə qərar qəbul edilməsi üçün mübahisə predmeti ilə bağlı şərtlərdən biri də düz iddia növünün seçilməsidir. 26 Azərbaycan Respublikası İPM-nin 2.2-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan müxtəlif iddia növləri nəzərdə tutulmuşdur. İddiaçının isə irəli sürdüyü artırılmış tələb qeyri-müəyyəndir, yəni İPM-nin 2.2-ci maddəsində nəzərdə tutulmuş heç bir iddia növünə aid deyil. 27 Apelyasiya məhkəməsi öz qərardadında doğru olaraq qeyd etmişdir ki, İPM-nin 2.2.4-cü maddəsində müəyyən hərəkətləri etməkdən çəkinməyə dair idd ia öhdəliyin icrası haqqında iddianın xüsusi bir növü kimi təsbit olunmuşdur. Bu iddia növünün konkret açıqlaması İPM-nin 34.2, 34.3-cü maddələrində əksini tapmışdır. Müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia inzibati orqanın inzibati akt olmayan əlverişsiz hərəkətlərini aradan qaldırmaq və ya onların qarşısını almaqdır. İPM-nin 34.2-ci maddəsinə əsasən müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia inzibati orqanın hazırkı hərəkətinə, həmin Məcəllənin 34.3-cü maddəsində nəzərdə tutulmuş müstəsna qayda əsas götürülməklə qaldırılan müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia isə, inzibati orqanın gələcək publik-hüquqi davranışına yönəlir. Müstəsna hallar dedikdə, İPM anlamında şəxsin hüquqlarına və qanunla qorunan maraqlarına müdaxiləsinin qarşısını almağın xüsusi ilə zərur i olduğu hallar başa düşülür. 28 İPM-nin 34.3-cü maddəsinə görə müəyyən hərəkətləri etməkdən çəkinməyə dair qabaqlayıcı (preventiv) iddia inzibati orqanın gələcək fəaliyyətinə qarşı yönəlir. Yəni iddiaçı inzibati orqanın əlverişsiz inzibati aktın qəbuluna yönələn fəaliyyətinə qarşı öncədən tədbir görməyə başlayır. 29 Artırılmış iddiadan görünür ki, qəbul edilməsi gözlənilən inzibati aktlara münasibətdə müəyyən hərəkətləri etməkdən çəkinməyə dair qabaqlayıcı (preventiv) iddia, qeyri müəyyən olmaqla yanaşı yalnız gələcəkdə gömrük orqanının səlahiyyətlərinin məhdudlaşdırılmasına yönəlmişdir. 30 Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya q əbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 31 Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin iddianın bir hissəsində mümkün sayılmaması barədə gəldiyi nəticə iş materiallarına müvafiqdir. 32 Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi 02.03.2021-ci il tarixli Bakı İnzibati Məhkəməsinin 12.10.2020-ci il tarixli, 2-1(112)-4310/2020 saylı qərarının ləğv edilməsi və işin iddia tələbi - cavabdeh AR Dövlət Göm rük Komitəsinin imtinasının qanunsuz sayılması, gömrük ödənişlərinin qaytarılması barədə qərarın qəbul edilməsi, artıq ödənilmiş 17426,22 manat gömrük ödənişlərinin İddiaçı MMC-yə qaytarılması barədə rəyin tərtib olunması öhdəliyi, saxlancda saxlatdırılaraq əlavə xərclərlə birlikdə cəmi – 17426,22 manatın iddiaçıya geri ödənilməsi vəzifəsinin cavabdeh AR Dövlət Gömrük Komitəsinin üzərinə qoyulması hissələrində yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi barədə qərardadla və həmin qərardaddan iddiaçının verdiyi kasasiya şikayətindəki dəlillərlə əlaqədar olaraq qeyd etməyi zəruri hesab edir ki, məlum olduğu kimi birinci instansiya məhkəməsinin 11 sentyabr 2020-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ə dliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin 01 oktyabr 2020-ci il tarixli məktubu ilə məhkəməyə qurumun ekspertinin həmin tarixli 9/3651 nömrəli rəyi ilə - İş materiallarında olan AMEA Geologiya və Geofizika İnstitutunun “Analitik Mərkəzi” tərəfindən tərtib edilmiş 07 noyabr 2018-ci il tarixli və 3 iyun 2019-cu il tarixli məlumatlar nəzərə alındığı təqdirdə, aparılmış tədqiqat nəticəsində, təqdim edilmiş 5,5 və 6,5 mm diametrli metal (dəmir əsaslı) məftil nümunələrinin tərkibində karbonun miqdarı 0,06 % və daha az (“7213 91 410 0”) və tərkibində karbonun miqdarı 0,06 kütlə %-dən çox, lakin 0,25 kütlə %- dən az olan (“7213 91 490 0) olduğu üçün, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nə əsasən təqdim edilmiş nümunələrin “7213 91 410 0” və “7213 91 490 0” nömrəli kodlara uyğunluğu müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 500 nömrəli 17 noyabr 2017-ci il tarixli qərarı ilə «Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri»ndə aşağıdakı mallar üzrə müvafiq kodlar müəyyən edilmişdir: - “Dəmirdən və ya aşkarlanmamış poladdan isti yayılmış, buxtalara sərbəst sarılmış çubuqlar – tərkibində karbonun miqdarı 0,06 kütlə %-dən çox, lakin 0,25 kütlə %dən az olan” mal 7213 91 490 0 kodla 5% ilə idxal gömrük rüsumuna cəlb olunurlar. 33 Ap elyasiya məhkəməsi haqlı olaraq öz qərardadında qeyd etmişdir ki, “birinci instansiya məhkəməsi qərarında iş materiallarında olan gömrük rəsmiləşdirilməsi zamanı aparılmış Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunun “Analitik Mərkəzi”nin malın tərkibi haqqında 07.11.2018-ci il tarixli, 03.06.2019-cu il tarixli analizinin nəticəsinə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin S.Ə.Dadaşov adına Elmi Tədqiqat və Layihə-Konstruktor inşaat Materialları İnstitutunun tərtib edilmiş yoxlama-sınaq nəticələrinə əsaslanan Dövlət Gömrük Komitəsinin X2 idarəsinin rəyini sübut kimi qəbul etməmişdir və həmin rəyin əsassız hesab edilməsi üçün əsas olan halları göstərməmişdir. Birinci instansiya məhkəməsi yalnız Azərbaycan Respublikası Ədliyyə N azirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 01 oktyabr 2020-ci il tarixli, 9/3651 nömrəli rəyini nəzərə alaraq iddianı yuxarıda göstərilən hissələrdə təmin etmişdir. Lakin birinci instansiya sübut kimi qəbul etdiyi ekspert rəyi ilə hər hansı tədqiqatın aparılması və hər hansı metodikadan istifadə edilməsi müəyyən edilmir. Ekspert 01 oktyabr 2020-ci il tarixli rəyində AMEA Geologiya və Geofizika İnstitutunun “Analitik Mərkəzi” tərəfindən tərtib edilmiş 07.11.2018-ci il tarixli və 03.06.2019-cu il tarixli məlumatlarını nəzərə almış və AR Nazirlər Kabinetinin 17.11.2017ci il tarixli, 500 nömrəli Qərarına istinad edərək malların kodların uyğunluğun müəyyən edilməsi nəticəsinə gəlmişdir. X3 Komitəsinin X2 idarəsinin rəyində də AMEA Geologiya və Geofizika İnstitutunun “Analitik Mərkəzi” tərəfind ən tərtib edilmiş 07.11.2018-ci il tarixli və 03.06.2019-cu il tarixli məlumatlar nəzərə alınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, hər iki ekspert rəyləri müqayisəli şəkildə yoxlanılıb onlara qiymət verilməlidir.” 34 Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçının tələbləri - 22.07.2019-cu il tarixli, 160/160-24/015987 saylı imtina məktubunun qanunsuz hesab edilməsi; - gömrük ödənişlərinin qaytarılması barədə qərarın qəbul edilməsi; Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş formada gömrük rüsumunun qaytarılması barədə rəyin tərtib edilməsi; - saxlancda saxlatdırılaraq əlavə xərclərlə birlikdə cəmi – 17426,22 manatın iddiaçıya geri ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması; - cavabdeh AR Dövlət Gömrük Komitəsi İddiaçı MMC tərəfində n gələcəkdə eyni malların idxalı zamanı müvafiq (həmin malın kodunun düzgün göstərilməməsi) hərəkətlərdən çəkinməsi barədə olmuşdur. 35 Apelyasiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının irəli sürdüyü 5 tələbərdən yalnız 3 tələb üzrə nəticə çıxarmışdır, digər 2 tələb üzrə - gömrük ödənişlərinin qaytarılması barədə qərarın qəbul edilməsi; - saxlancda saxlatdırılaraq əlavə xərclərlə birlikdə cəmi – 17426,22 manatın iddiaçıya geri ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbləri üzrə heç bir araşdırma aparmamışdır. 36 Belə olan halda məhkəmə kollegiyası apelyasiya məhkəməsinin gəldiyi “birinci instansiya məhkəməsi qərarında iddia tələbləri təmin edilmiş hissələrini əsaslı hesab etsə də, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bü tün faktiki halları araşdırmamışdır” nəticə ilə razılaşaq, qeyd edir ki, apelyasiya məhkəməsinin qərardadı qanuni və əsalıdır. 37 Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçının kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 02.03.2021-ci il tarixli qərardadları dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçının kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02.03.2021-ci il tarixli, 21(103)-900/2021 nömrəli hər iki qərardadları dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-1669/2021
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1669/2021
22.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver