Məhkəmə qərarları › İş №2-1(102)-1669/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1669/2022

28.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1669/2022 28.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: dövlət hesabına mənzillə təmin olunan hərbi qulluqçuların siyahısına daxil edilmə; ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1966-cı il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “mənzillə təmin olunan hərbi qulluqçuların siyahısına daxil edilmə” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Mə hkəməsinin İnzibati Kollegiyasının 03 iyun 2022-ci il tarixli, 2-1(103)-1203/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 1984-cü il 6 avqust tarixdən 2015-ci il 17 noyabr tarixədək hərbi xidmətdə olmuş, 2015-ci il 17 noyabr tarixdə Azərbaycan Respublikası müdafiə nazirinin 0764 saylı əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə əsasən (xəstəliyə görə) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır.

2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək mənzillə təmin olunan hərbi qulluqçuların siyahısına daxil edilməsini xahiş etmişdir.

3. Cavabdeh 2019-cu il 27 avqust tarixli məktubla müraciətin təmin olunmasından i mtina etmişdir. Cavabdeh bildirmişdir ki, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli, 569 nömrəli Fərmanına əsasən Azərbaycan Ordusunda 20 təqvim ili və daha artıq qüsursuz xidmət etmiş, yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçular dövlət vəsaiti hesabına mənzillə təmin edilirlər. İddiaçı barəsində məhkəmə hökmü çıxarıldığı üçün xidməti qüsursuz hesab edilə bilməz. Odur ki, İddiaçı dövlət vəsaiti hesabına mənzillə təmin təminatı Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli, 569 nömrəli Fərmanının təsiri xaricindədir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ər izəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq iddiaçının adının dövlət vəsaiti hesabına mənzillə təmin olunan hərbi qulluqçularının siyahısına daxil edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, o 1994-cü il 26 aprel tarixdən 1995ci il 24 may tarixədək Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunlarında xidmət etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının 1995-ci il 6 oktyabr tarixli hökmü ilə Azərbaycan SSR Cinayət Məcəlləsinin 38-ci maddəsinə əsasən 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və həmin Məcəllənin 42-ci maddəsi tətbiq olunaraq döyüşən orduya göndərilməklə hökmün icrası hər bi əməliyyat qurtaranadək təxirə salınmışdır. Naxçıvan Qarnizonu Hərbi Tribunalının 1997-ci il 9 aprel tarixli Qərarı ilə özünü vətənin mətin müdafiəçisi kimi göstərdiyindən həmin cəzanın çəkilməmiş hissəsindən azad edilmişdir. 1995-ci il 12 noyabr tarixdən 2015-ci il 17 noyabr tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində qüsursuz 20 il xidmət etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 0764 saylı 2015-ci il 17 noyabr tarixli əmri ilə ehtiyata buraxılmışdır. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli, 569 nömrəli Fərmanında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qul luqçularının dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 2020-ci il 30 iyun tarixli, 11/3291 nömrəli məktubunda onun Müdafiə Nazirliyinin tərkibinə daxil olarkən, yəni 1995-ci il 11 dekabr tarixdə məhkumluğu olan şəxs hesab edildiyindən 1997- ci il 9 aprel tarixədək olan xidmətinin qüsurlu olduğu bildirilmişdir. Bundan əlavə, Müdafiə Nazirliyinin 2020-ci il 4 avqust tarixli, 2752 nömrəli məktubunda onun dövlət vəsaiti hesabına mənzillə təminatının 569 nömrəli Fərmanın təsiri xaricində olduğu qeyd edilmişdir. Halbuki, onun Azərbaycan Respublikasının Müdafiə Nazirliyində xidmət etdiyi 20 təqvim ili ərzində heç bir qüsuru olmamışdır. Odur ki, Müdafiə Nazirliyinin qeyd edilən məktubunda Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunlarında törədilmiş qüsurları Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmətlə bağlı qəbul olunmuş sözügedən fərmanın məqsədləri üçün nəzərə alınmasını tamamilə əsassız hesab edir.

6. Cavabdeh iddia tələbinə qarşı yazılı etirazında göstərmişdir ki, iddiaçı öz iddia ərizəsində qeyd etmişdir ki, 1995-ci il 12 noyabr tarixdən 2015-ci il 17 noyabr tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmiş və ümumi xidmət illəri 20 il təşkil edir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli, 569 №-li Fərmanında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox q üsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilsinlər. Fərmanda qeyd edilənləri nəzərə aldıqda iddiaçının bu kateqoriyadan olan şəxslərə bərabər tutmaq və dövlət tərəfindən mənzillə təmin ediləcək şəxslərin siyahısına almaq Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli, 569 №-li Fərmanına uyğun deyildir. Belə ki, iddiaçı Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının 1995-ci il 6 oktyabr tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 38-ci maddəsi ilə təqsirli bilinib 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, həmin məcəllənin 42-ci maddəsi tətbiq olunaraq döyüşən orduya göndərilməklə hökmün icrası təxirə salınmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tərkibində həqiqi hər bi xidmət keçərkən 1995-ci il 11 dekabr tarixdən 1997-ci il 9 aprel tarixədək olan dövrdə Azərbaycan SSR Cinayət Məcəlləsinin 38-ci maddəsinə əsasən 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib və həmin Məcəllənin 42-ci maddəsi tətbiq olunaraq döyüşən orduya göndərildiyindən həmin dövr qüsursuz sayılmır. Qeyd edilənlər "İddiaçı xidmət dövründə cinayət törətməsi və həmin cinayətə görə məhkum olunması” buna dəlalət etmişdir ki, iddiaçının xidməti qüsursuz olmayıb. Belə olan halda Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tərkibində 20 il qüsursuz xidməti yoxdur. Qeyd olunanlar isə bir daha iddia tələbinin əsassız olmasını sübut edir.

7. Bakı İnzibati Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli, 2-1(112)-5985/2020 nömrəli qərarı (hakim F.İ.Mədətli) ilə iddia rədd edilmişdir.

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı hərbi xidmət keçdiyi dövrdə cinayət məsuliyyətinə cəlb olunaraq, 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həmin dövrdə qüvvədə olan Cinayət Məcəlləsinin 42-ci maddəsi tətbiq olunmaqla döyüşən orduya göndərilmişdir. Belə olan halda iddiaçının xidmət illərinin qüsursuz olmadığı müəyyən edilməkdədir. Həmçinin xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən buraxılan hərbi qulluqçulara qüvvədə olan qanunvericilikdə müəyyən edilmiş maddi təminatın güzəştlə verilməsi məhdudlaşdırılmışdır. Qanunvericilik qüsursuz xidmət etmiş hərbi qulluqçunun dövlət vəsaiti hesabına mənzillə təmin edilməsini istisna etdiyindən cavabdehin imtinası əsaslı olmuşdur.

9. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edil məsini və iddianın təmin edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 iyul 2021-ci il tarixli, 21(103)-824/2021 nömrəli qərarı (hakimlər V.M.Məmmədov /sədrlik edən və məruzəçi/, R.Ə.Qurbanov və İ.Ə.Kərimli) ilə apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2020-ci il 16 noyabr tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b) kassasiya instansiyası məhkəməsində birinci icraat

13. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasın ın 21 dekabr 2021-ci il tarixli, 2-1(102)-2306/2021 nömrəli qərarı (hakimlər İ.K.Hüseynov /məruzəçi/,R.S.Nəbizadə və K.N.Bədəlov) ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 iyul 2021-ci il tarixli, 21(103)-824/2021 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.

14. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi nəzərə almalı idi ki, “məhkumluq” cinayət-hüquqi kateqoriya olduğundan, məhkumluğun yaranması və müddəti, barəsində ittiham hökmü çıxarılmış hansı şəxslərin məhkumluğu olmayan hesab edilməsi, cinayət törətmiş şəxsin məhkumluğunun götürülməsi və ya ödənilməsi əsasları cinayət qanunu ilə müəyyən edilir (2000-ci il 1 sentyabr tarixədək qüvv ədə olmuş Cinayət Məcəlləsinin 53-cü maddəsi; 2000-ci il 1 sentyabr tarixdən qüvvədə olan Cinayət Məcəlləsinin 83-cü maddəsi).Cinayət qanununun qeyd olunan normalarının tələbləri nəzərə alındıqda iddiaçının cinayət törətməyə görə cəzaya məhkum olunduğu, təyin olunmuş cəzanın təxirə salındığı və cəzanın çəkilməmiş hissəsindən azad olunduğu Mənzil-istismar idarəsinin və ya cavabdehin iddiaçıya ünvanlandıqları məktublardakı məlumatlara əsasən deyil, məhkəmənin hökmü və ya digər yekun qərarı, habelə hökmün və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında qəbul edilmiş məhkəmə qərarı ilə müəyyən oluna bilərdi. Hazırkı işin materiallarında həmin hüquqi faktları təsdiq edən məhkəmə aktları yoxdur. b) apellyasiya instansiyası məhkəməsində ikinci icraat

15. Bakı Apellyasiya Məhkəməsinin İnz ibati Kollegiyasının 03 iyun 2022-ci il tarixli, 21(103)-1203/2022 nömrəli qərarı (hakimlər M.N.Tağızadə /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və A.P.Oruczadə) ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli, 2-1(112)-5985/2020 nömrəli qərarı ləğv edilmiş, İddiaçı dövlət hesabına mənzillə təmin olunan hərbi qulluqçuların siyahısına daxil edilməsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həval edilməsi qərara alınmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarından iddiaçının 23 il 09 ay 08 gün hərbi xidmət illərinin hər hansı əsasla qüsurlu hesab edilməsi ilə bağlı hal aşkar edilməmiş, cavabdeh tərəfindən hər hansı mübahisələndirmə edilməmişdir.Belə olan halda, məhkəmə araşdırması zamanı idd iaçının xidmət müddətinin qüsurluluğu müəyyən edilmədiyindən onun mənzil siyahısına salınması məsələsi “Hərbi qulluqçuların statusu haqqında” AR Qanunun 12-ci maddəsinin 7-ci bəndinə uyğun tənzimlənməlidir.

17. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, yeni qərar qəbul edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

18. Beləliklə, işin şərh edilən hallarını nəzərə alaraq Müdafiə Nazirliyi hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanına əsasən, İddiaçı dövlət vəsaiti hesabına mənzillə təmin edilmə hüququ yaranmadığından, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Ko llegiyasının 03 iyun 2022-ci il tarixli 2-1 (103)1203/2022 nömrəli qərarı ləğv edilməlidir. İddiaçının Azərbaycan Ordusunda 20 təqvim ili xidmət keçməsi müəyyən edilmişdir. Lakin 20 il təqvim ilindən məhkumluq müddəti (2 il) çıxılsa 18 il həqiqi hərbi xidmət təşkil edir.Məhkəmə apellyasiya baxışı zamanı iddiaçının SSR-nin Silahlı Qüvvələrində xidməti müddəti xidmət müddətinə daxil etmişdir. Bununla da SSR Silahlı Qüvvələrində xidmət müddəti Azərbaycan Ordusunda xidmət müddətinə daxil edilməsi Fərmanın tələblərinə uyğun olmamışdır.Apellyasiya instansiya məhkəməsi qeyd edilən halları araşdırmadan birinci instansiya məhkəməsinin qərarını ləğv edərək yeni qərar qəbul edərkən səhv nəticəyə gəlmişdir.Müdafiə Nazirliyi apellyasiya instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır hesab edir ki, apellyasiya məhkəməsinin qərarı maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki hallar aydınlaşdırmadığından və məhkəmənin qərarında göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qərar ləğv edilməli və yeni qərar qəbul, edilməlidir.Müdafiə Nazirliyi hesab edirik ki, hazirki halda iddiaçıya dövlət hesabına mənzillə təmin olunan hərbi qulluqçuların siyahısına daxil edilməsi zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmiş, cavabdeh iddiaçıya imtina cavabı verməklə haqlı olmuşdur. Buna görə də hesab edirik ki, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarının ləğv etməklə, yeni qərar qəbul etməkdə, iddiaçının iddia tələbini təmin edilməsində dü zgün nəticəyə gəlməmişdir.Azərbaycan Respublikası Müdafiə Nazirliyinin kassasiya şikayətinin dəlilləri əsaslı olduğundan, bu dəlillər məhkəmə qərarının ləğvi üçün əsasdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

19. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Hərbi qulluqçuların statusu haqqında ” Azərbaycan Respublikasının Qanunu: Maddə

12. Bənd 7. yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə təmin edilirlər). 21. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli, 569 saylı Fərmanında dəyişiklik edilməsi haqqında AR Prezidentinin xx.xx.2021-ci il tarixli, 1476 saylı Fərmanın: “3-1. Müəyyən edilsin ki, bu Fərmanın məqsədləri üçün “qüsursuz xidmət” müddəti dedikdə, bu Fərmanın 3-2-ci hissəsində nəzərdə tutulan müddət istisna olmaqla, hərbi qulluqçuların həqiqi hərbi xidmət müddəti nəzərdə tutulur. 3-2. Aşağıdakı müddətlər hərbi qulluqçunun qüsursuz hərb i xidmət müddətinə daxil edilmir: 3-2.1. hərbi rütbəni aşağı salma intizam tənbehinin daha əvvəl hərbi qulluqçunun üzərindən götürülməsi halları istisna olmaqla, həmin intizam tənbehi tətbiq edildiyi gündən bir il müddəti; 3-2.2. hərbi xidmət əleyhinə olan inzibati xəta törədilməsinə görə çıxarılmış inzibati tənbeh vermə haqqında qərarın icrasını bitirdiyi gündən bir il müddəti; 3-2.3. məhkumluğun olduğu müddət. 3-3. Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçusu bu Fərmanın 3-2-ci hissəsində nəzərdə tutulmuş müddətlərdə bu Fərmana uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin edilə bilməz.”.

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ər izə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qə rardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya in stansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə a ktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

25. Ali Məhkəmənin İnzibati Kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

26. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır

27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

28. Belə ki, Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə). Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri sayır.

29. Mübahisə ilə bağlı işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kolleqiyasının xx.xx.1995-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 38-ci maddəsi ilə təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, həmin Məcəllənin 42-ci maddəsi tətbiq olunaraq döyüşən orduya göndərilməklə hökmün icrası təxirə salınmışdır.

30. Bundan baqşqa iddiaçıya məxsus ******* nömrəli, xx.xx.2015-cı il tarixli hərbi biletin surətinə əsasən İddiaçı xx.xx.1988 – xx.xx.1992-ci illərdə 254 ƏMAA avtoatıcı tağım komandiri (Əmr N09), xx.xx.1992 – xx.xx.1993-cü illər 61970 h/h qərargah rəisinin baş köməkçisi (Əmr N04), xx.xx.1993 – xx.xx.1993-cü illər 61970 h/h qərar gah rəisi vəzifələrində qulluq etməklə, hərbi xidmətdə olmuş olmasıdır.

31. Eyni zamanda iş materiallarında olan AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal Rayon İdarəsi tərəfindən apellyasiya məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 864 saylı məktubunda qeyd edilmişdir ki, 1966-cı il təvəllüdlü istefada olan polkovnik-leytenant İddiaçı şəxsi işinin xidmət dəftərçəsində xx.xx.1984-cü ildən xx.xx.1993-cü ilədək SSRİ Silahlı Qüvvələrində, xx.xx.1994-cü ildən xx.xx.2015-ci ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmişdir.

32. Apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq qeyd etmişdir ki, İddiaçı 1995-1997-ci illərdəki məhkumluq müddəti istisna olmaqla, 20 ildən çox hərbi xidmət keçməsi müəyyən edilir. ((xx.xx.1993 – xx.xx.1988 = 5 il 02 ay) + (xx.xx.2015 - xx.xx.1997 = 18 il 07 ay 08 gün) = 23 il 09 ay 08 gün))

33. Belə ki, iddiaçının 23 il 09 ay 08 gün hərbi xidmət illərinin hər hansı əsasla qüsurlu hesab edilməsi ilə bağlı hal aşkar edilməmiş, cavabdeh tərəfindən hər hansı mübahisələndirmə edilməmişdir.

34. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı iddiaçının xidmət müddətinin qüsurluluğu müəyyən edilmədiyindən onun mənzil siyahısına salınması məsələsi “Hərbi qulluqçuların statusu haqqında” AR Qanunun 12-ci maddəsinin 7-ci bəndinə uyğun tənzimlənməlidir.

35. Belə ki, “Hərbi qulluqçuların statusu haqqında” AR Qanunun 12-ci maddəsinin 7-ci bəndinə əsasən, yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxs lər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə təmin edilirlər).

36. Qeyd edilən maddənin hazırki mübahisəyə tətbiqi zamanı, kollegiya qeyd edir ki, hazırkı iş üzrə iddiaçının hərbi xidmət dövrü “Hərbi qulluqçuların statusu haqqında” AR Qanunun 12-ci maddəsinin 7-ci bəndindəki şərtləri ödəyir.

37. Beləliklə, yuxarıda qeyd edilə n qanunvericilik normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının dövlət hesabına mənzill təmin edilməməli olmasına dair imtinası qanunsuz və əsassız olmuşdur.

38. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

39. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 iyun 2022-ci il tarixli, 21(103)-1203/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar