Məhkəmə qərarları › İş №2-1(102)-167/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-167/2020

14.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-167/2020 14.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə(üçüncü şəxs Bakı şəhər İcra Hakimiyyəti) qarşı iş üzrə QƏRAR Açar sözlər: Yeni açılmış halla bağlı ərizə giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), X1, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı nümayəndəsi X4, vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdehBakı şəhəri Cavabdehnə (bundan sonra mətndə cavabdeh) qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iş üzrə “yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizə” ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-428/2017 saylı, 9 oktyabr 2019-cu il tarixli qərardadından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 14 yanvar 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı 17 iyun 2016-cı il tarixdə iddia ərizəsi ilə cavabdehə qarşı 2 saylı ünvan 1 ünvanda yerləşən və söküntüyə düşən ailəvi yataqxanada 04 avqust 2003-cü il tarixli 05 nömrəli orderə əsasən istifadəsində olan sahəsi 18,13 kv.metrdən ibarət bir otaqlı 40 nömrəli mənzilin əvəzinə ona eyni sahədə ayrı binada mənzil və ya kompensasiya verilməsinin təmin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən ailəvi yataqxana binasının 40cı mənzilindən ailə üzvləri ilə birlikdə köçürülməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 aprel 2016-cı il tarixli 217s saylı sərəncamının 2-ci bəndinə uyğun olaraq dövlət vəsaiti hesabına maddi yardım kimi müəyyən edilmiş 45.000 manat məbləğində vəsaitin iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, dəyişdirilmiş iddia icraata qəbul edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2472/2016 saylı12 oktyabr 2016cı il tarixli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 aprel 2016-cı il tarixli 217s saylı sərəncamına əsasən Nazirlər Kabinetinin 02.06.2003-cü il tarixli 74 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin ehtiyat fondunun vəsaitindən istifadə qaydaları”nda birdəfəlik yardımın qəzalı vəziyyətə düşmüş yataqxana binasında yaşayan hər bir ailəyə deyil, qanuni əsaslarla mənzilin aid olduğu ailələrə verilməsi nəzərdə tutulmuşdur. İddiaçının 1994-cü ildən, həyat yoldaşının isə 1990-cı ildən yataqxana binasının balanssaxlayıcısı olmuş Bakı Avtomobillər zavodunda işləməsi, iddiaçının həyat yoldaşının işlədiyi müəssisə tərəfindən mənzil növbəsində olması və həmin zavodun hüquqi varisi olan “xxxx” ASC tərəfindən 40 saylı mənzilin ailə tərkibi 4 nəfər olmaqla order əsasında iddiaçıya verilməsi iş materialları ilə öz təsdiqini tapmışdır. İddiaçı ya taqxananı daimi deyil, uşaqlarının böyüməsi ilə bağlı bir otaqlı yataqxana binasında yaşamağın qeyri-mümkün olması, 40 saylı otağın yerləşdiyi yataqxana binasının qəzalı vəziyyətdə olmaqla hər an uçmaq təhlükəsi altında olması və s. səbəblərdən tərk etmiş, qeyd olunan mənzil cavabdeh tərəfindən heç bir kompensasiya verilmədən sökülmüşdür və iddiaçının daimi yaşamaq üçün başqa mənzili yoxdur. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-428/17 saylı 29 mart 2017-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12 oktyabr 2016-cı il tarixli qərarı ləğv edilmiş, iddia təmin olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(102)1317/2017 saylı, 22 avqust 2017-c i il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 29 mart 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı 19 sentyabr 2019-cu il tarixdə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizə ilə apellyasiya məhkəməsinə müraciət edərək bildirmişdir ki, məhkəmələr işə baxan zaman ünvan 3 ünvanında yerləşən ailəvi yataqxanada sahəsi 18,13 kv.m olan 40 saylı mənzilin order əsasında ona və ailə üzvlərinə verilməsini, onların orada yaşamaqla 2018-ci ilədək qeydiyyatda olmaqla kommunal xidmət haqlarının onların tərəfindən ödənilməsini, başqa mənzillərinin olmamasını nəzərə almamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X3məruzəçı, X6 və X5,2-1(103 )-428/2017 saylı iş) 9 oktyabr 2019-cu il tarixli qərardadı ilə iddiaçının ərizəsi təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, iddiaçının ərizəsində qeyd edilən hallar ilkin icraat zamanı məlum olmuş, apellyasiya instansiyası məhkəməsi həmin dəlilləri araşdıraraq hüquqi qiymət vermişdir. İddiaçı 23 oktyabr 2019-cu il tarixdə qərardadın surətini almış, 29 oktyabr 2019-cu il tarixdə kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin təmin edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Məhkəmə qərarının qəbul edilməsi ilə inzibati məhkəmə icraatı başa çatdıqdan sonra ayrı-ayrı orqanlara, o cümlədən Xətai rayon İH-yə etdiyi şikayətlərdən sonra məlum olmuşdur ki, ün van 3 ünvanda yerləşən ailəvi yataqxanada sahəsi 18,13 kv.m olan 40 saylı mənzilin xxxxsi ASC-nin 2003-cü il tarixli 5 saylı orderinə əsasən 4 nəfər ailə tərkibində onlara verilməsindən sonra oranın boşaldılmasına qədər mənzilin bütün xidmət haqların tərəflərindən ödənilməsi, yataqxanada müvəqqəti məskunlaşmış məcburi köçkün olan 24 ailənin hər birinə, o cümlədən atası Hidayət Alməmmədova ayrıca verilmiş 45.000 manat kompensasiyanın özünün ailəsinin istifadəsində olan 40 saylı otağa görə deyil, məcburi köçkün kimi kompensasiya almasını nəzərdən qaçırmış və bu hal həmin vaxt məhkəməyə məlum olmamışdır. Yuxarıda qeyd olunan hallar işə əvvəllər məhkəmədə baxılarkən məlum olmadığından və məhkəmə tərəfindən nəzərə alınmadığından yeni açılmış hallar üçün əsasdır. Sonradan müəyyən edilmiş hallard an da göründüyü kimi, qeyd olunan hallar daha əvvəl məlum olmadığından apellyasiya və kassasiya instansiya məhkəmələri tərəfindən nəzərə alınmamış və bunun nəticəsində düzgün qərar qəbul edilməmişdir. tərəflərin izahatları: İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edib, təmin edilməsini xahiş etmişdir. əsaslandırma hissəsi: Cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, o, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onun iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). İddiaçının kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İPM-in 100-cü maddəsinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. İPM-in 104.2-ci maddəsinə görə yeni açılmış hallar la bağlı icraatın təzələnməsinə dair ərizəyə yeni sübutlar və hallar barədə sənədlərin, habelə başqa müvafiq sənədlərin əsli və ya surəti əlavə olunur. Məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş hallarla bağlıdır (106.1-ci maddə). İcraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir (106.2-ci maddə). İcraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir (106.3-cü maddə). İddiaçı mübahisə ilə bağlı iş üzrə icraatın təzələnməsi üçün prosessual qanunvericilikdə nəzərdə tutulmuş hər hansı sübut təqdim etməmişdir. İddiaçı icraatın təzələnməsi üçün prosessual qanunvericilikdə nəzərdə tutulmuş əsasların mövcudluğunu sübut edə bilmədiyindən apellyasiya instansiyası məhkəməsi ərizəni haqlı olaraq təmin etməmişdir. İddiaçının istinad etdiyi hallar əvvəllər də işə baxan məhkəmələrə məlum olmuş və məhkəmə qərarlarında həmin dəlillərlə bağlı hüquqi qiymətləndirmə əksini tapmışdır. Bəhs olunanlara əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəh bər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-428/2017 saylı, 9 oktyabr 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar