Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-167/2021 27.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərarın mahiyyətinə toxunduğuna dörə qərara izah verilməsi barədə ərizənin təmin edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi və cavabdehin vəkili Vəkil Qəməhdər oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə (üçüncü şəxs Azərbaycan Respublika sı DİN Suraxanı rayon Polis İdarəsi) qarşı “məlumat vərəqinin göndərilməsi” tələbinə dair inzibati iş üzrə qərarın izah olunmasından imtina barədə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli 2-1(103)1709/2020 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Suraxanı rayon Polis İdarəsi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun DİO-da uzun müddətli xidmət illərinin 20 ildən artıq olması nəzərə alınmaqla, xidmət illərinin yenidən hesablanaraq pensiyanın təyin edilməsi üçün məlumat vərəqəsinin Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə göndərilməsi vəzifəsinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə həvalə edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. 2. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-276/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı DİO-da uzun müddətli xidmət illərinin 20 ildən artıq olması nəzərə alınmaqla, xidmət illərinin yenidən hesablanaraq pensiyanın təyin edilməsi üçün məlumat vərəqəsinin Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə göndərilməsi vəzifəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə həvalə edilməsi qərara alınmışdır.
3. Qərardan verilmiş apelyasiya şikayəti müddət ötürülməklə verildiyinə görə mümkün sayılmamış, həmin qərardaddan verilmiş kassasiya şikayəti təmin olunmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
4. Cavabdeh qərarın izah edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, arxivdə saxlanan şəxsi işində olan məlumatlara əsasən İddiaçı xx.xx.1984cü il tarixdən xx.xx.1986-cı il tarixədək hərbi xidmətdə olmuş (02 il 00 ay 04 gün), xx.xx.1990-cı il tarixdən xx.xx.1992-ci il tarixədək daxili işlər orqanlarında sıravi və kiçik rəis heyəti vəzifəsində xidmət etmiş (02 il 02 ay 13 gün), xx.xx.1992-ci il tarixdə xidmətdən xaric edilmişdir. İddiaçı xx.xx.1993-cü il tarixdə daxili işlər orqanlarında xidmətə yenidən qəbul olunaraq xx.xx.2000-ci il tarixədək xidmət etmiş (08 il 07 ay 05 gün), xx.xx.2002-ci il tarixdə xidmə tdən xaric edilmişdir. Bundan əlavə, Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyünün və müstəqilliyinin qorunması ilə əlaqədar hərbi əməliyyatlar dövründə (xx.xx.1992-ci il tarixdən xx.xx.1997-ci il tarixədək) İddiaçı daxili işlər orqanlarında 04 il 02 ay 22 gün imtiyazlı xidmət ili və xx.xx.1990-cı il tarixdən xx xxxxxx 1990-cı il tarixədək fövqəladə vəziyyət elan olunan ərazidə ictimai qaydanın mühafizəsinə cəlb olunduğu 05 ay, 02 gün, xidmətin 1 ayı ay yarım hesablanmaqla 02 ay 16 gün imtiyazlı xidmət müddəti vardır. Göstərilənlər nəzərə alınaraq, İddiaçı təqvimi xidmət illəri cəmi 12 il 09 ay 22 gün, imtiyazlı xidmət illəri 04 il 05 ay 08 gün təşkil etmişdir. Ümumilikdə onun xidmət müddəti 17 il 03 ay 00 gün müəyyənləşdirilmişdir. İddiaçı daxili işlər orqanlarında xidmətdən xaric olunan vaxt qüvvədə olmuş “Hərbi qulluqçuların pensiya təminatı haqqında” 1992-ci il 29 aprel 109 nömrəli Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində pensiyaların təyin edilməsi şərtləri müəyyən olunmuşdur. Həmin Qanunun 12-ci maddəsinin “a” bəndinə əsasən xidmətdən buraxılanadək 20 il və daha çox hərbi xidmət və ya orqanlarda xidmətt etmiş hərbi qulluqçular pensiya hüququna malikdirlər. Qeyd olunanlar baxımından İddiaçı pensiya hüququ əldə etməsi üçün tələb olunan 20 il xidmət müddətinin olmadığı nəzərə alınaraq, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 21(81)-276/2019 nömrəli qərarına izah verilməsinə zərurət vardır.
5. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(81)-276/2019 saylı qərardadı ilə (hakim-A.Abdullayeva) ərizə təmin edi lməmişdir.
6. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdeh tərəfindən iddiaçının 20 il xidmət müddətinin olmamasına istinad edilərək, məhkəmə qərarına izah verilməsi xahiş edilsə də, məhkəmə qərarında iddiaçının ona məxsus əmək kitabçasına əsasən xx xxxx 1988-ci il tarixdə Daxili İşlər Nazirliyinin Kirov rayon Şöbəsində xidmətə daxil olması, xx.xx.1990-cı il tarixədək həmin şöbədə xidmət etməsi, xx.xx.1990-cı il tarixdən xx.xx.1992-ci il tarixədək və yenidən xx.xx.1993-cü il tarixdən xx.xx.2002-ci il tarixədək daxil işlər orqanlarında xidmət etməsi və imtiyazlı hesablama ilə onun 20 ildən artıq xidmət illərinin olması öz əksini tapmış, bundan əlavə cavabdehə iddiaçının xidmət illərinin hesablanması zamanı “Hərbi qulluçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasın ın xx xxxxx 1992-ci il tarixli Qanununa, daxili işlər orqanı əməkdaşlarının uzun müddət xidmət vaxtının hesablanması qaydasını müəyyənləşdirən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 631 nömrəli, xx xxxxxx 1992-ci il tarixli Qərarına əsaslanmalı olduğu (döyüş bölgəsində xidmət müddətinin 1 ayının 3 ay kimi hesablanması və hərbi əməliyyatlar dövründə xidmət müddətinin 1 ayının 2 ay kimi hesablanması) və digər qanunvericilik aktlarının da tələblərinin nəzərə alınmalı olduğu göstərilmişdir.
7. Cavabdeh həmin qərardaddan apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. b. Apelyasiya instansiyası məhkəməsindəki icraat
8. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1709/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə (hakimlər V.Ağayev (sədrlik edə n və məruzəçi), A.Nuriyeva və A.Hüseyn) cavabdeh apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-276/2019 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
9. Apelyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır.
10. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. Kassasiya şikayətinin dəlilləri 11.1. Kassasiya şikayətində ərizədə əksini tapmış dəlillər təkrarlanmış, əlavə olaraq göstərilmişdir ki, İddiaçı təqvimi xidmət illəri cəmi 12 il 09 ay 22 gün, imtiyazlı xidmət illəri 4 il 05 ay 08 gün təşkil etmişdir. Ümumilikdə onun xidmət müdd əti 17 il 03 ay 00 gün müəyyənləşdirilmişdir. 11.2. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2020-ci il tarixli Plenumu «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.2, 1.0.5 və 20.14-cü maddələrini şərh edərək qərara almışdır: «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1, 20.1.11, 20.14 və 22.4-cü maddələrinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli 73 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis əməkdaşlarına verilən fasiləsiz xidmət illərinə görə haqqın, əlavə haqların, kompensasiyaların, müavinətlərin və başqa ödənişlərin məbləği və təyin edilməsi Qaydaları»nın 1-ci bəndinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 22 iyul tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş «Daxili işlər orqanlarının əməkdaşlarına fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün xidmət illərinin hesablanması Qaydası»nın 1 və 6-cı bəndlərinin müddəalarına uyğun olaraq pensiya təyin edilməsi və hesablanması ilə bağlı fasiləsiz xidmət illərinə güzəştli xidmət müddətinin yenidən daxil edilməsi pensiya təyin edilərkən nəzərə alınan güzəştli dövrün faktiki olaraq təkrar hesablanması ilə nəticələndiyindən yolverilməzdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilən «sonrakı artımlar» müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. 11.3. «Əmək p ensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. 11.4. Qeyd olunanlar baxımından İddiaçı pensiya hüququ əldə etməsi üçün tələb olunan 20 il xidmət müddətinin olmadığı nəzərə alınaraq, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)-276/2019 nömrəli qərarına izah verilməsinə zərurət vardır. 11.5. İzahı tələb olunan Qərarın 2-ci səhifəsinin sonuncu abzasında qeyd olunub ki, iddiaçı Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsin in arxivindən alınmış xidmət siyahısına əsasən o, xx.xx.1990-cı il tarixdən xx.xx.1992-ci il tarixədək DİO-da xidmət etmiş, sonra xidmətdə fasilə buraxmış və yenidən xx.xx.1993-cü il tarixdən xx.xx.2002-ci il tarixədək DİO-da xidmət etmişdir. b. Kassasiya şikayətinə etirazın dəlilləri
12. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c. Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Cavabdehin vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.
14. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında təmsil olunmamışlar. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmi ş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ
15. Mülki Prosessual Məcəllə Maddə
230. Qətnamənin izah edilməsi 230.1. İşə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. 230.2. Birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişirsə və yeni qətnamə çıxarılırsa, qətnamənin izah edilməsini iş üzrə son qətnamə çıxarmış məhkəmə həyata keçirir. 230.3. Qətnamə icra edilməmişsə, onun izah edilməsinə yol verilir. 230.4. Qətnamənin izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı v ə yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi qətnamənin izah edilməsi məsələsinə baxmağa mane olmur. 230.5. Qətnamənin izah edilməsi məsələsi üzrə məhkəmə qərardadından şikayət verilə bilər. 16. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli Qərarı.
14. Qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda, işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxud onda məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir.
17. İnzibati Prosessual Məcəllə Maddə
1. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tətbiqi dairəsi 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa q ayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərarda dı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Maddə 116.1 bu Məcəllə ilə başqa qaydanın nəzərdə tutulmadığı hallarda, məhkəmə qərarlarının icrası ilə bağlı Azərbaycan Respublikası Mülki Posessual Məcəlləsinin və “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəaları tətbi q olunur. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qərardadı qüvvədə olan prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərardadın ləğv olunması üçün əsas vermir.
20. Belə ki, inzibati iş üzrə məhkəmə qərarının izah olunması barədə İPM-də konkret göstəriş olmadığına görə, İPM-nin 1.2-ci maddəsinə əsasən MPM-nin məhkəmə aktının izah olunmasından bəhs edən 230-cu maddəsinin müddəaları tətbiq olunmalıdır.
21. İlk öncə qeyd olunmalıdır ki, məhkəm ənin inzibati iş üzrə qekun qərarı inzibati mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Məhkəmə aktı savadlı, hüquqi cəhətdən düzgün, anlaşılan ifadələrdən istifadə edilməklə tərtib olunmalı, hüquqi ifadələr yerində və dəqiq işlədilməlidir. Məhkəmə aktı gələcəkdə icrasının müəyyənliyini və mümkünlüyünü təmin edəcək tələblərə cavab verən məzmunda olmalıdır.
22. Məhkəmə qərarı həmin tələblərə cavab vermədikdə məhkəmənin gəldiyi nəticənin düzgün başa düşülməməsinə, qərarın icrasında qeyri-müəyyənliyin yaranmasına səbəb olur. Bu halda qanunvericilik yaranmış vəziyyətin qərara izah verilməsi yolu ilə həll olunmasını təsbit etmişdir. Bu prosessual vasitədən istifadə qaydaları və əsasları MPM-nin 230-cu maddəsi ilə tənzimlənir. Nəzərə alınmalıdır ki, qərarın izahı heç bir halda məhkəmənin baxılmış mübahisə üzrə təkrar araşdırmanı, qərarın təsviri, əsaslandırıcı və nəticə hissələrində olan ziddiyyətlərin təhlilini ehtiva etmir. Bu hallarda yol verilmiş nöqsanlar qərardad çıxarılmaqla aradan qaldrıla bilər. Həmçinin qərarın izahı zamanı məhkəmə baxışının predmeti olmamış məsələlərin həlli yolverilməzdir. Qərarın izahı həm də onun məzmununun dəyişdirilməsi ilə nəticələnə bilməz.
23. İşin hallarına görə, cavabdeh tərəfindən izah verilməsi tələb olunan məhkəmə qərarında iddiaçının DİO-da işlədiyi illəri Suraxanı rayon Polis İdarəsinin verdiyi arayış və digər sübutlar əsasında müəyyən edib toplayaraq onun uzun müddətli xidmət illərinin 20 ildən artıq olduğunu müəyyən etmiş və buna əsasən iddianı təmin etmişdir. Yəni iddiaçının xidmət illərinin 20 ildən az olduğu halda iddia tələbi təmin olunmayacaqdı.
24. Cavabdeh hazırda iddiaçının xidmət illərinin pensiya hüququ əldə etməsi üçün tələb olunan 20 il xidmət müddətinin olmadığı nəzərə alınaraq, məhkəmənin qərarına izah verilməsini tələb edir. Göründüyü kimi, cavabdehin müraciəti “qərarın izah olunması” adlansa da, əslində məzmunu işin məhkəmə tərəfindən müəyyən olunmuş faktik hallarının yenidən yoxlanılmasına, yəni iddiaçının məhkəmə tərəfindən müəyyən olunmuş xidmət illərinin təkrar hesablanmasına, onun xidmət illərinin 20 ildən az olmasının müəyyən edilməsinə yönəlmişdir. Bu isə, iddianın mahiyyətinə bi lavasitə təsir edir. Belə ki, iddiaçının xidmət illərinin 20 ildən az olması, artıq təmin olunmuş iddianın əsaslılığını, qanuni qüvvəyə minmiş qərarın qanuniliyini şübhə altına alır.
25. Bu o deməkdir ki, məhkəmə qərarının izah edilməsinə dair ərizəçinin dəlilləri, qərara izah verilməsinə əsas olan hallarla bağlı olmamışdır. Birinci instansiya məhkəməsinin qərarı aydın və anlaşılan olmuş, cavabdebehin həmin qərara izah verilməsi ilə əlaqədar tələbi isə əsassız olmuşdur.
26. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə qərarına cavabdehin tələb etdiyi formada izah verilməsi onun məzmununun dəyişdirilməsi ilə nəticələnə biləcəyinə görə apelyasiya məhkəməsinin məhkəmə qərarına izah verilməsindən imtinaya dair qərardadı qanuni və əsaslı olmuşdur.
27. Məhkəmə kollegiyası kassatorun Azərbaycan Res publikası Konstitusiya Məhkəməsinin «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair xx xxx 2020-ci il tarixli Qərarına əsasən irəli sürdüyü dəlillərlə bağlı qeyd edir ki, həmin Qərarda Konstitusiya Məhkəməsinin Plenumu bu Qərarın qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə həll olunmuş mübahisələrə şamil olunmadığını göstərmişdir. Buna görə də həmin dəlillər məhkəmə qərardadının ləğvinə əsas vermir.
28. Yuxarıda göstərilənlərə və İPM-in 96 və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli 21(103)-1709/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.