Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-167/2022 23.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: yaşayış sahəsinə çıxarışın verilməsi Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra iddiaçı) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinə (bundan sonra cavabdeh) qarşı (üçüncü şəxs "xxxx" MTK) “çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İ nzibati Kollegiyasının 2-1(103)-1129/2021 saylı, 6 aprel 2021-ci il tarixli qərarından və eyni tarixli qərardadından üçüncü şəxs "xxxx" MTK kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirilmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" MMC ilə İddiaçı arasında imzalanmış 18.06.2013-cü il tarixli 84 nömrəli müqavilənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, "xxxx" MMC Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının Vİİİ mərtəbəsində 3 otaqlı 23 nömrəli 140,6 kv.m mənzili tikib İddiaçı təhvil verilməsini, sonuncu isə tikilən mənzili qəbul edib haqqının "xxxx" MMC-yə ödənilməsini öhdəsinə götürmüşdür. 2. "xxxx" MMC-nin maliyyə arayışının notarial qaydada təsd iq edilmiş surətindən görünür ki, İddiaçı "xxxx" MMC-dən 18.06.2013-cü il tarixli 84 saylı müqavilə ilə Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa edilən çoxmənzilli yaşayış binasının Vİİİ mərtəbəsində yerləşən 140,6 kv.m sahəsi olan 23 saylı mənzilə görə müəssisəyə 182780 manat pul ödəmişdir, İddiaçı 18.06.2013-cü il tarixli 84 saylı müqavilə üzrə borcu qalmamışdır. 3. 18.06.2013-cü və 19.06.2013-cü il tarixli kassa mədaxil orderlərinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı tərəfindən həmin tarixlərdə müvafiq olaraq 5000 manat və 177780 manat olmaqla, ümumilikdə 18.06.2013-cü il tarixli 84 saylı müqavilə üzrə "xxxx" MMC-yə 182780 manat ödənilmişdir
4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xid mətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 04.06.2018-ci il tarixli məktubunda «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 10, 11.1, 12.1- ci maddələrinə istinad edilmiş və bildirilmişdir ki, araşdırma aparılan zaman ərizəyə hüquqmüəyyənedici sənədlərin əlavə edilmədiyi müəyyən edilmişdir.
5. Bakı ŞİH başçısının 12 oktyabr 2004-cü il tarixli 237 nömrəli sərəncamı ilə Bakı şəhəri Nəsimi RİH-in 1 oktyabr 2004-cü il tarixli 01-04/368 saylı razılıq məktubunu, "xxxx" MTK-nın 23 sentyabr 2004-cü il tarixli A/01 saylı müraciətini nəzərə alaraq, Nəsimi rayonu, 28 May küçəsi, 717-ci məhəllədəki qeyri-yaşayış obyektinin yerləşdiyi 0,673 ha torpaq sahəsində yaşayış binasının, iş mərkəzinin və mehmanxananın qarşısındakı sahədə yeraltı avtodayanacağının layihələşdirilməsi və tikintisinə həmin MTK-ya icazə verilmişdir. Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən "xxxx" MTK-ya müvafiq inşaat pasportu və ayrıc aktı verilmişdir. 6. 5 mart 2006-cı il tarixli "xxxx" MTK ilə (sifarişçi) "xxxx" MMC (podratçı) arasında müştərək fəaliyyət üçün razılaşdırma müqaviləsi bağlanmışdır. Müqavilənin müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: - 1.1-ci bənd – “Sifarişçi”nin ("xxxx" MTK) tapşırığı ilə “Podratçı” ("xxxx" MMC) öz vəsaiti və riski ilə Bakı ŞİH başçısının 237 nömrəli 12 oktyabr 2004-cü il tarixli sərəncamına əsasən Bakı şəhəri, 28 May küçəsi, 717ci məhəllədəki qeyri-yaşayış obyektinin Bakı Mehmanxanası yerləşdiyi 0,673 ha torpaq sahəsinə Dilarə Əliyeva küçəsinə çıxan yerində 1 bloklu, 16 mərtəbəli, ümumi sahəsi 10.242 kv.m, yaşayış sahəsi 8.022 kv.m, yaşayış binası və 2.220 kv.m ticarət obyektinin inşa edilməsini öhdəsinə götürür, “Sifarişçi” isə öz razılığını bildirəndən sonra göstərilən ünvanda inşa edilməsi nəzərdə tutulan obyektin müvafiq layihə-smeta sənədləşdirilmələrini (həmçinin işçi layihələrinin hazırlanması) Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdıraraq “Podratçı”ya təhvil verməyi öz öhdəsinə götürür; 3.1.12-ci bənd - Podratçı obyektin tikintisi 50% yerinə yetirdikdən sonra öz 50% payı hesabına mənzil bağışlaya və ya satışından nağd pul götürə bilər; - 3.1.14-cü bənd – mənzillərin satılması üçün alıcılarla müqavilələr "xxxx" MTK tərəfindən bağlanır.
7. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəllədə 1 girişli, z irzəmili, 17 (+mansarda) mərtəbəli yaşayış binasının istismarına 9 dekabr 2019-cu il tarixdə 246 nömrəli icazə verilmişdir (istismara icazə sənədi). Sənəddə tikinti obyektinin sahibi (sifarişçisi) qismində "xxxx" MTK ("xxxx" MMMC).
8. Azərbaycan Respublikasının FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən "xxxx" MTK-ya ünvanlanmış 21 avqust 2020-ci il tarixli məktubda qeyd olunur: Sizin binanın istismara hazırlığı barədə rəyə düzəliş edilməsi və eskiz layihəsinin surətinin verilməsi barədə məktubunuza baxılmışdır. Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəllədə yerləşən 1 girişli, zirzəmili, 17 (+mansarda) mərtəbəli yaşayış binasının tikintisi Bakı ŞİH-in 12 oktyabr 2004-cü il tarixli 237 nömrəli sərəncamı və torpağa dair rəsmiləşdirilmiş ayrıc aktı əsası nda "xxxx" MTK tərəfindən həyata keçirilmişdir. Həmin bina istismara icazə verilmədən məskunlaşdırıldığına görə «Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərmanına əsasən bina müvafiq qaydada təhlükəsizlik və etibarlılıq nöqteyi nəzərindən müayinədən keçirilmiş və bunun nəticəsində binanın istismara hazırlığı barədə 6 dekabr 2019-cu il tarixli 0266 nömrəli rəy verilmişdir. Həmin binanın sifarişçi funksiyaları, bütün icazəverici və hüquq müəyyənedici sənədləri "xxxx" MTK-ya aid olduğundan, binanın istismara hazırlığı barədə rəy "xxxx" MTK-nın adına rəsmiləşdirilmişdir. Həmin rəydə mötərizədə göstərilən "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti Azərbaycan Respu blikası Mənzil Məcəlləsinin 149- cu maddəsinə uyğun olaraq çoxmənzilli binada yalnız əmlak kompleksini birgə idarə edən qurum kimi nəzərdə tutulmuşdur və binaya dair icazəverici və hüquq müəyyənedici sənədlərin rəsmiləşdirilməsinin formal hüquqi tələblər baxımından ona heç bir aidiyyəti yoxdur. Qeyd olunanları nəzərə alaraq, MTK tərəfindən verilmiş binanın istismara hazırlığı barədə rəydə hər hansı dəyişikliklərin və ya düzəlişlərin edilməsinə zərurət yoxdur.
9. Azərbaycan Respublikası FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi X1 Baş İdarəsi tərəfindən "xxxx" MMMC-yə ünvanlanmış 28 avqust 2020-ci il tarixli məktubda qeyd olunur: Sizin müraciətiniz əsasında “Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 717-ci məhəllədə yaşayış binası” üzrə tikinti layihəsinə dair 26 iyul 2 019-cu il tarixli 27781 nömrəli ekspertiza rəyində texniki səhvə yol verilmişdir. Ekspertiza rəyində sifarişçi qismində "xxxx" MMC əvəzinə "xxxx" MTK oxunmalıdır.
10. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən "xxxx" MTK-ya ünvanlanmış 09.09.2020-ci il tarixli məktubda qeyd olunur: ünvan 3 ünvan D.Əliyeva 198) 1 girişli, zirzəmili, 17 (+mansarda) mərtəbəli yaşayış binasının istismarına sadələşdirilmiş qaydada verilmiş icazə sənədindəki “Tikinti obyektinin sahibi” qrafasından "xxxx" MMMC-nin adının çıxarılması ilə bağlı MTK-nın müraciətinə Komitədə baxılmışdır. FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə ünvanlanmış analoji məzmunda müraciətə 21 avqust 2020-ci il tarixli cavab məktubunda "xxxx" MMMC-nin yalnız daşınmaz əmlak kompleksini birgə id arə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını təmin etmək məqsədilə yaradıldığı vurğulanaraq, sifarişçi funksiyalarını aparmaq üçün səlahiyyətli olmadıqları qeyd edilmiş və bu səbəbdən binanın istismara hazırlığı barədə 6 dekabr 2019-cu il tarixli 0266 nömrəli rəyində hər hansı dəyişiklik və ya düzəlişlərin edilməsinə zərurət olmadığı bildirilmişdir. Eyni zamanda, FHN TTHDA X1 Baş İdarəsinin təqdim olunan 28 avqust 2020-ci il tarixli 37/36-01251 nömrəli məktubunda bina üzrə 26 iyul 2019-cu il tarixli 27781 nömrəli ekspertiza rəyində səhvə yol verildiyi qeyd olunmuş, sifarişçi qismində "xxxx" MMMC-nin yerinə "xxxx" oxunmalı olduğu bildirilmişdir. 9 dekabr 2019-cu il tarixdə 246 nömrəli istismara icazə sənədinin Fövqəladə Hallar Nazirliyinin binanın istismara hazırlığı barədə qeyd olunan rəyi əsasında tərtib edildiyini və «Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərmanının qüvvəsinin 1 yanvar 2020- ci il tarixədək olduğunu nəzərə alaraq, həmin sənəddə hər hansı düzəliş edilməsinə zərurət yoxdur.
11. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-150/2018 saylı cinayət işi üzrə 19 iyul 2018-ci il tarixli hökmünün surətindən görünür ki, "xxxx" MMC-nin rəhbəri və təsisçisinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilməsinə dair cinayət mühakimə icraatında "xxxx" MMC ilə ayrı-ayrı şəxslər arasında yuxarıda qeyd olunan ünvandakı mənzillərlə əlaqədar bir sıra müqavilələr nəzərə alınmışdır 12. 1 saylı Bakı İnziba ti-İqtisadi Məhkəməsinin 2-2(81)- 1602/2016 saylı iş üzrə 2 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" MMC cavabdeh "xxxx" MTK-ya qarşı iddiası qismən təmin edilərək, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, 717-ci məhəllədəki qeyri-yaşayış obyektinin “Bakı” Mehmanxanasının yerləşdiyi 0,673 ha, torpaq sahəsinin D.Əliyeva küçəsinə çıxan yerində inşa edilmiş 1 bloklu 16 mərtəbəli, ümumi sahəsi 10.242 kv.m, yaşayış sahəsi 8.022 kv.m, qeyri-yaşayış sahəsi 2.220 kv.m olan binanın tikinti sahəsinin satılmasından əldə olunmuş pul vəsaitindən vergi borclarının ödənilməsi vəzifəsi iddiaçıya aid edilməklə, həmin binanın özgəninkiləşdirilməmiş sahələri üzərində iddiaçının sahiblik, istifadə və sərəncam hüququnun tanınması, cavabdehdən tikinti sahəsindəki yaşayış və qeyri-yaşayış sahəs inin satışından əldə etdiyi mənfəətin 50%-i olaraq 3.962.319,5 manat və torpaq sahəsinə görə ödənilmiş 1.600.000 manat, cəmi 5.562.319,5 manat pulun alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-662/2018 saylı iş üzrə 6 dekabr 2018-ci il tarixli qətnaməsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)- 1602/2016 saylı iş üzrə qətnaməsi yoxlanılan «Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, 717-ci məhəllədə yerləşən qeyri-yaşayış obyektinin Bakı Mehmanxanasının yerləşdiyi 0,673 ha torpaq sahəsinin Dilarə Əliyeva küçəsinə çıxan hissəsində inşa edilmiş 1 bloklu, 16 mərtəbəli, ümumi sahəsi 10.242 kv.m, yaşayış sahəsi 8.022 kv.m, qeyri-yaşayış sahəsi 2.220 kv.m olan binanın özgəninkiləşdirilməmiş sahələri üzərində "xxxx" MMC-nin sahiblik, istifadə və sərəncam hüquqları tanınsın. "xxxx" MTK-nın tikinti sahəsindəki yaşayış və qeyri-yaşayış sahəsinin satışından əldə etdiyi mənfəətin 50%-i olaraq 3.962.319,5 manat və torpaq sahəsinə görə ödənilmiş 1.600.000 manat, cəmi 5.562.319,5 manat pul alınaraq "xxxx" MMC-yə ödənilsin.» hissədə ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş və eyni hissədə iddia təmin edilməmiş, qətnamə iddianın rədd olunan hissəsində dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2(102)158/2019 saylı iş üzrə 9 aprel 2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 6 dekabr 2018-ci il tarixli həmin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
13. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 9252/2016 saylı 21.11.2016-cı il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı «mülkiyyət, sahiblik və istifadə hüququnun tanınması» tələbinə dair iddiası qismən təmin edilmiş, İddiaçı 18.06.2013-cü il tarixli 84 saylı müqaviləyə əsasən Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində "xxxx" MMC tərəfindən inşa edilən çoxmənzilli yaşayış binasının 8-ci mərtəbəsində sahəsi 140,6 kv.m olan 3 otaqlı 23 nömrəli mənzilə üzərində sahiblik və istifadə hüququnun tanınması, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində "xxxx" MMC tərəfindən inşa edilən çoxmənzilli yaşayış binasının 8-ci mərtəbəsində sahəsi 140,6 kv.m olan 3 otaqlı 23 nömrəli mənzildə təmir işlərinə icazə verilməsi öhdəliyinin "xxxx" MMC-nin üzərinə qoyulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)2583/2017 saylı 07.03.2017-ci il tarixli qərardadı ilə cavabdeh "xxxx" MMC-nin a pellyasiya şikayətindən imtinası qəbul edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)9252/2016 saylı 21.11.2016-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən başlanmış apellyasiya icraatına xitam verilmişdir. 14. "xxxx" MMC ilə İddiaçı arasında imzalanmış 18.01.2016-cı il tarixli Razılaşma və 20.02.2017-ci il tarixli təhvil təslim Aktından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa olunmuş çoxmənzilli yaşayış binasının Vİİİ mərtəbəsində 3 otaqlı 23 nömrəli 140,6 kv.m mənzil İddiaçı təhvil verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
15. İddiaçı 12.09.2018-ci il tarixdə cаvаbdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Re yestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, "xxxx" MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəlləsində inşa edilmiş çoxmənzilli yaşayış binasının 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 140,6 kv.m olan 3 otaqlı 23 saylı mənzilə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində ilkin hüquqi qeydiyyata alınaraq, reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. 16. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12.07.2018-ci il tarixli 2-1(81)3105/2018 saylı qərarı ilə (hakim E.Məmmədov) iddia təmin edilərək, "xxxx" MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəllədə inşa edilmiş çoxmənzilli yaşayış binasının 8- ci mərtəbəsində yerləşən ümumi sahəsi 140,6 kv.m olan 3 otaqlı 23 saylı mənzilin İddiaçı adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır.
17. Həmin qərar, ondan qanunla müəyyən edilmiş müddət ərzində şikayət verilmədiyindən qanuni qüvvəyə minmiş və icra edilməsi üçün 20.08.2018-ci il tarixdə cavabdehə göndərilmişdir. 18. 12.09.2018-ci il tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12.07.2018-ci il tarixli 2-1(81)-3105/2018 saylı qərarının icrası təmin edilmiş və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yan ında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsi tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəllə, mənzil 23 ünvanına dair İddiaçı adına hazırlanmış çıxarış məhkəməyə göndərilmişdir. 19. 27.08.2020-ci il tarixdə "xxxx" Mənzil Tikinti Kooperativi Bakı İnzibati Məhkəməsinə ərizə ilə müraciət edərək, inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsi və inzibati məhkəmə icraatının təzələnməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir.
20. Bakı İnzibati Məhkəməsinin 23.10.2020-ci il tarixli 2-1(81)-3105/2018 saylı qərardadı ilə "xxxx" MTK-nın ərizəsi təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3105/2018 saylı 12 iyul 2018-ci il tarixli qərarı ləğv edilmiş və "xxxx" MTK hazırkı inzibati məhkəmə icraatına üçün cü şəxs qismində cəlb edilmiş və işə mahiyyəti üzrə baxılması təzələnmişdir.
21. Bakı İnzibati Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli, 2-1(112)-7432/2020 nömrəli qərardadı ilə üçüncü şəxs "xxxx" MTK-nın hazırkı iş baxılıb yekun nəticə qəbul edilib, qanuni qüvvəsini alana qədər Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, məhəllə 717, 1 saylı çoxmənzilli yaşayış binasının 8-ci mərtəbəsində ümumi sahəsi 140,6 kv.m. olan 3 otaqlı 23 saylı mənzilin üzərinə həbs qoyulması və həmin iş üzrə icraata dönüş barədə qərardad qəbul edilməsinə dair ərizəsi təmin edilməmişdir.
22. Bakı İnzibati Məhkəməsinin (hakim X5, 2-1(112)-7432/2020 saylı iş) 27 noyabr 2020-ci il tarixli qərarı ilə iddia təmin edilərək Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəllədə inşa edilmiş çoxmənzilli yaşayış binasının 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 140,6 kv.m olan 3 otaqlı 23 saylı mənzilə iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində ilkin hüquqi qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.
23. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə qərarları ilə iddiaçının "xxxx" MMC ilə imzaladığı müqavilənin qanuniliyi və mötəbərliliyi, həmçinin iddiaçının qeyd olunan mənzilə hüquqları tanınmış və qəbul edilmişdir. Öz növbəsində həmin müqavilə hər hansı qaydada mübahisələndirilmədiyindən, o cümlədən ləğv edilmədiyindən, etibarsız sayılmadığından qüvvədədir və hazırkı inzibati işdə mötəbər sübut qismində qiymətləndirilir. İddiaçı 18.06.2013-cü il tarixli 84 nömrəli müqavilə üzrə m üvafiq mənzilin dəyərini tam şəkildə ödədiyindən, Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən ona mülkiyyət hüququ əldə etmişdir, Mülki Məcəlləsinin 139-1 maddəsinə və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsinə əsasən həmin hüquq qeydiyyata alınmalıdır. O da qeyd olunmalıdır ki, üzərində mülkiyyət hüququnun qeydiyyatı iddia olunan mənzilin yerləşdiyi binanın tikintisi ilə bağlı sənədlərin, o cümlədən “tikinti obyektinin istismarına icazə” sənədinin hansı şəxsin ("xxxx" MMC və ya "xxxx" MTK, yaxud "xxxx" MMMC) adına verilməsi, həm iddiaçının iradəsindən asılı hal deyil, həm də bu halın işdə iştirak edən tərəflər və üçüncü şəxs, habelə digər şəxslər üçün hər hansı təhlükə, fəsad yaratması, onların mənafeyinə zidd olması ehtimalı görünmür. Nəzərə alınmalıdır ki, çoxm ənzilli binanın tikintisinin son mərhələsi “istismara icazə” sənədinin verilməsi ilə rəsmiləşdirilir və qanunvericilik onun məqsədi baxımından “tikinti obyektinin istismarına icazənin verilməsi”ni tikilinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun inşası və təyinatı üzrə istifadəsinin mümkünlüyünün təsdiqi kimi qiymətləndirir. Digər tərəfdən, iddiaçı müraciəti üzrə inzibati orqan DƏDRX Bakı şəhər Ərazi İdarəsi tərəfindən aparılan inzibati icraatda müvafiq mənzilin yerləşdiyi binanın “istismara icazə” sənədinin təqdim etməsə də, həmin sənəd Azərbaycan Respublikası Prezidentinin «Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında» 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərmanının qəbulundan sonra səlahiyyətli orqan tərəfindən 2019- cu ilin dekabr ayında verilmişdir. Belə olan təqdirdə, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin tələbləri rəhbər tutularaq, iddiaçının mənzilinin yerləşdiyi binanın “istismara icazə” sənədinin ilkin müraciət zamanı təqdim edilməməsi, inzibati orqanın imtinası üzrə əsaslar sırasında formal saxlanılmış olur və hazırda imtina üçün əsas sayılmamalıdır. 24. 15.01.2021-ci il tarixdə üçüncü şəxs tərəfindən Bakı İnzibati Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli, 2-1(112)-7432/2020 nömrəli qərardadından apellyasiya şikayəti verilmişdir. 25. 17.02.2021-ci il tarixdə üçüncü şəxs "xxxx" MTK apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli, 2-1(112)-7432/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahi ş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
26. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 aprel 2021-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır
27. Bakı İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakimlər X6-məruzəçi, X4 və X7, 2-1(103)-1129/2021 saylı iş) 6 aprel 2021-ci il tarixli qərarla iddiaçının apellyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin 27 noyabr 2020-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır.
28. Üçüncü şəxs "xxxx" MTK apelyasiya instansiyası məhkəməsinin 6 aprel 2021-ci il tarixli qərardadından və qərarından kasasiya şikayəti verərək qərarın ləğv edilməsi, hazırkı iş baxılıb yekun nətic ə qəbul edilib, qanuni qüvvəsini alana qədər Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, məhəllə 717, 1 saylı çoxmənzilli yaşayış binasının 8-ci mərtəbəsində ümumi sahəsi 140,6 kv.m. olan 3 otaqlı 23 saylı mənzilin üzərinə həbs qoyulması və həmin iş üzrə icraata dönüş barədə qərardad qəbul edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətlərinin və onlara qarşı etirazların dəlilləri a) Kasasiya şikayətlərinin dəlilləri
29. Üçüncü şəxsin şikayətinin dəlillərinə görə iddiaçı üçüncü şəxsə məxsus binanın mənzilinə dair adına çıxarışın verilməsini iddia edir və həmin mənzilə dair heç bir hüququ olmayan "xxxx" MMC ilə bağladığı müqaviləyə və mənzilin dəyərini "xxxx" MMCyə ödəməsinə dair sənədə istinad edir. Halbuki, "xxxx" MMC ümumiyyətlə həmin binanın mənzillərin satılmasına ixtiyarsız olmuş və hüququ olmamışdır. Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəllədə 1 girişli, zirzəmili, 17 mərtəbəli yaşayış binası "xxxx" Mənzil Tikinti Kooperativə məxsus olmuş, binada olan mənzillərin və digər sahələrin "xxxx" MMC-nin ümumiyyətlə təkbaşına mənzillərin satmasına səlahiyyəti olmamışdır.
30. Bundan başqa üçüncü şəxs onunla (sifarişçi) "xxxx" MMC (podratçı) arasında müştərək fəaliyyət üçün razılaşdırma müqaviləsinin müddəalarına istinad edərək hesab edir ki, mənzillərin satılması yalnız "xxxx" MTK tərəfindən aparılmalıdır. Ona görə də iddiaçı ilə "xxxx" MMC arasında çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında 18 iyun 2013-cü il tarixli 84 nömrəli müqavilənin heç bir hüquqi qüvvəsi yoxdur.
31. Şikayə tlər əsaslandırılarkən Mülki Məcəllənin 337, Mənzil Məcəlləsinin 112, İnzibati Prosessual Məcəllənin 1.2, 11.2, 15.1, 40, 41, 42, 44-cü maddələrinə istinad edilmişdir. b) Kasasiya şikayətlərinə qarşı etirazların dəlilləri
32. İddiaçı kasasiya şikayətlərinə qarşı etiraz təqdim edərək şikayətlərin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq 33. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (-); 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); (-); Maddə. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: (-); 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layi hə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; (-). Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
34. İnzibati Prosessual Məcəllə (İPM): Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatla rı, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə Sübutların araşdırılması qaydası (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat (-). 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
35. Üçüncü şəxsin kasasiya şikayətləri vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində verilmişdir. Şikayətlər formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətlərin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayətlər qəbul oluna bilən hesab edilir.
36. Apelyasiya məhkəməsinin qərarı və qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktlar ının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının və qərardadının dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar olmamışdır.
38. İddiaçı "xxxx" MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəlləsində inşa edilmiş çoxmənzilli yaşayış binasının 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 140,6 kv.m olan 3 otaqlı 23 saylı mənzilə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarışın verilməsini xah iş etmiş, mübahisə ilə bağlı yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir.
39. Üçüncü şəxsin şikayətinin dəlillərinə görə iddiaçı üçüncü şəxsə məxsus binanın mənzilinə dair adına çıxarışın verilməsini iddia edir və həmin mənzilə dair heç bir hüququ olmayan "xxxx" MMC ilə bağladığı müqaviləyə və mənzilin dəyərini "xxxx" MMCyə ödəməsinə dair sənədə istinad edir. Halbuki, "xxxx" MMC ümumiyyətlə həmin binanın mənzillərin satılmasına ixtiyarsız olmuş və hüququ olmamışdır. Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəllədə 1 girişli, zirzəmili, 17 mərtəbəli yaşayış binası "xxxx" Mənzil Tikinti Kooperativə məxsus olmuş, binada olan mənzillərin və digər sahələrin "xxxx" MMC-nin ümumiyyətlə təkbaşına mənzillərin satmasına səlahiyyəti olmamışdır.
40. Kasasiya şikayətinin dəlil ləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
41. Bakı şəhər İH başçısının 12 oktyabr 2004-cü il tarixli, 237 nömrəli sərəncamı ilə şəhərin Nəsimi rayonu, 28 May küçəsi, 717-ci məhəllədəki qeyri-yaşayış obyektinin yerləşdiyi 0,673 ha torpaq sahəsində yaşayış binasının, iş mərkəzinin və mehmanxananın qarşısındakı sahədə yeraltı avtodayanacağın layihələndirilməsi və tikintisinə icazə verilmişdir. Bakı şəhər İH Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən üçüncü şəxsə müvafiq inşaat pasportu və ayrıc aktı verilmişdir. 42. 5 mart 2006-cı il tarixli üçüncü şəxs (sifarişçi) ilə "xxxx" MMC (podratçı) arasında müştərək fəaliyyət üçün razılaşdırma müqaviləsi bağlanmışdır. Müqavilənin müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: - 1.1-ci bənd – “Sifarişçi”nin (üçüncü şəxsin) tapşır ığı ilə “Podratçı” ("xxxx" MMC) öz vəsaiti və riski ilə Bakı şəhər İH başçısının 237 nömrəli 12 oktyabr 2004-cü il tarixli sərəncamına əsasən Bakı şəhəri, 28 May küçəsi, 717-ci məhəllədəki qeyri-yaşayış obyektinin Bakı Mehmanxanası yerləşdiyi 0,673 ha torpaq sahəsinə Dilarə Əliyeva küçəsinə çıxan yerində 1 bloklu, 16 mərtəbəli, ümumi sahəsi 10.242 kv.m, yaşayış sahəsi 8.022 kv.m, yaşayış binası və 2.220 kv.m ticarət obyektinin inşa edilməsini öhdəsinə götürür, “Sifarişçi” isə öz razılığını bildirəndən sonra göstərilən ünvanda inşa edilməsi nəzərdə tutulan obyektin müvafiq layihə-smeta sənədləşdirilmələrini (həmçinin işçi layihələrinin hazırlanması) Bakı şəhər İH Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdıraraq “Podratçı”ya təhvil verməyi öz öhdəsinə götürür; 3.1.12-ci bənd - Podratç ı obyektin tikintisi 50% yerinə yetirdikdən sonra öz 50% payı hesabına mənzil bağışlaya və ya satışından nağd pul götürə bilər; - 3.1.14-cü bənd – mənzillərin satılması üçün alıcılarla müqavilələr üçüncü şəxs tərəfindən bağlanır. 43. "xxxx" MMC ilə iddiaçı arasında imzalanmış 18 iyun 2013-cü il tarixli 84 nömrəli müqaviləyə görə, "xxxx" MMC Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının Vİİİ mərtəbəsində 140,6 kv.m sahəsi olan 23 saylı mənzili tikib iddiaçıya təhvil verilməsini, iddiaçı isə tikilən mənzili qəbul edib haqqının "xxxx" MMC-yə ödənilməsini öhdəsinə götürmüşdür. 44. "xxxx" MMC-nin 18 iyun 2013-cü il və 19 iyun 2013-cü il tarixli maliyyə arayışlarında qeyd edilmişdir ki, iddiaçı tərəfindən həmin tarixlərdə müvafiq olaraq 5.000 manat və 177.780 manat olmaqla, ümumilikdə 18 iyun 2013-cü il tarixli 84 saylı müqavilə üzrə "xxxx" MMC-yə 182.780 manat ödənilmişdir.
45. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəllədə 1 girişli, zirzəmili, 17 (+mansarda) mərtəbəli yaşayış binasının istismarına 2019-cu il 9 dekabr tarixdə 246 nömrəli icazə verilmişdir (istismara icazə sənədi).
46. Mənzil-tikinti kooperativlərində olduğu kimi, hazırkı halda da iddiaçı onun üçün nəzərdə tutulmuş yaşayış sahəsinin (mənzilin) yerləşdiyi binanın inşası üçün pul şəklində kapital qoymuş (pay haqqı ödəmiş), MMC ilə bağlınmış müqaviləyə əsasən iddiaçı yuxarıda qeyd edilən mənzilin payçısı (investoru) hesab edilmişdir. Başqa sözlə, iddiaçı yeni daşınmaz əmlakın yara dılmasında kapital qoyuluşu ilə iştirak etmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun oxşar münasibətləri tənzimləyən 8.0.6-cı maddəsinin hazırkı iddiaya tətbiqini əsaslı hesab etmişdir.
47. Üçüncü şəxs şikayətin əsası kimi onunla (sifarişçi) "xxxx" MMC (podratçı) arasında müştərək fəaliyyət üçün razılaşdırma müqaviləsinin müddəalarına istinad edərək hesab edir ki, mənzillərin satılması yalnız "xxxx" MTK tərəfindən aparılmalıdır. Ona görə də iddiaçı ilə "xxxx" MMC arasında çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında 18 iyun 2013-cü il tarixli 84 nömrəli müqavilənin heç bir hüquqi qüvvəsi yoxdur.
48. Məhkəmə kollegiyası üçüncü şəxsin həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin əsa sı kimi qəbul etmir. Belə ki, üçüncü şəxsin özünün də istinad etdiyi - "xxxx" MTK ilə (sifarişçi) "xxxx" MMC (podratçı) arasında bağlanmış 2006cı il 5 mart tarixli müştərək fəaliyyət müqaviləsinin 3.1.12-ci bəndi obyektin tikintisini 50% yerinə yetirdikdən sonra Podratçının öz 50% payı hesabına mənzil bağışlamaq və ya satışından nağd pul götürə bilmək hüququnu, 3.1.14-cü bənd isə mənzillərin satılması üçün alıcılarla müqavilələrin "xxxx" MTK tərəfindən aparılmasını nəzərdə tutur. Hazırkı halda, iddiaçı (sifarişçi) ilə "xxxx" MMC (podratçı) arasında alğı-satqı müqaviləsi deyil, podrat müqaviləsi bağlanmış, "xxxx" MMC Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının Vİİİ mərtəbəsində 140,6 kv.m sahəsi olan 23 saylı mənzili tikib iddiaçıya təhvil vermə yi, iddiaçı isə tikilən mənzili qəbul edib haqqını "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Podrat müqaviləsinin predmeti konkret göstəricilərə malik, başqa əşyalardan yalnız özünə xas əlamətlərə görə ayrılan mənzil – yəni, əvəz edilən deyil, fərdi-müəyyən (əvəzedilməz) əşya olduğundan həmin müqaviləyə alğı-satqı qaydaları tətbiq edilə bilməz (Mülki Məcəllənin 135.7-ci və 752.2-ci maddələri). Podratçı da həmin mənzili özünün əldə etdiyi materiallardan hazırlayaraq həmin mənzilə mülkiyyəti sifarişçiyə (iddiaçıya) vermişdir. Müqavilə tərəfləri onu mübahisələndirmədən icra etmişlər.
49. Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir.
50. Həmin Məcəllənin 113.3-cü maddəsinə əsasən mənzil -tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır.
51. İddiaçı müqavilə öhdəliyinə əməl edərək müqavilədə nəzərdə tutulan mənzilin pay haqqını ödəmiş, mənzilin yerləşdiyi tikinti obyektinin istismarına icazə verilmiş dir. 52. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.6-cı və 8.0.10.1ci maddələrinin tələbləri iddiaçı tərəfindən yerinə yetirildiyindən apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuş, hüququn qeydə alınmasından imtina üçün həmin Qanunun 15ci maddəsində nəzərdə tutulmuş əsasların hər hansı biri mövcud olmamışdır.
53. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 1 dekabr 2020-ci il tarixli 2-(102)-5285 nömrəli qərarından görünür ki, həmin işdə Nəsimi rayon Məhkəməsinin 11 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə X3 cavabdeh "xxxx" MMC və digərlərinə qarşı (İddiaçı üçüncü şəxs olub) mənzilin (o cümlədən Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində sahəsi 140,6 kv.m olan 23 nömrəli (hazırda mübahisə predmeti olan) mənzilin) təhvil verilməsinin başa çatdırılmasının təmin edilməsi və sair tələbi rədd edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 fevral 2020-ci il tarixli 2(103)-1362/2020 nömrəli qətnaməsi ilə Nəsimi rayon Məhkəməsinin 11 sentyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilmiş, cavabeh "xxxx"MMCnin üzərinə bir sıra mənzillərin, o cümlədən sahəsi 140,6 kv.m-dən ibarət 23 nömrəli mənzil barədə iddiaçının 4 aprel 2007-ci il tarixli müqavilədə qeyd edilən göstəricil ərə və hazırkı dəyərinə uyğun olaraq başqa mənzilin iddiaçıya təhvil verilməsi vəzifəsi qoyulmuş, iddia qalan hissədə rədd edilmiş, apelyasiya məhkəməsinin qətnaməsi kasasiya məhkəməsi tərəfindən qüvvədə saxlanılmışdır.
54. Bundan başqa, Nəsimi rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 21 noyabr 2016-cı il tarixli qətnaməsindən görünür ki, İddiaçı iddiası qismən təmin edilərək 18 noyabr 2013-cü il tarixli 84 saylı müqaviləyə əsasən Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində "xxxx" MMC tərəfindən inşa edilən çoxmənzilli yaşayış binasının 8-ci mərtəbəsində sahəsi 140,6 kv.m olan 3 otaqlı, 23 nömrəli mənzilə sahiblik və istifadə hüququ tanınmış, həmin mənzildə təmir işlərinə icazə verilməsi öhdəliyi "xxxx" MMC-nin üzərinə qoyulmuşdur.
55. Məhkəmə qərarlarından görünür ki, Bakı şəhəri, Nəs imi rayonu, D.Əliyeva küçəsində "xxxx" MMC tərəfindən inşa edilmiş çoxmənzilli yaşayış binasının 8-ci mərtəbəsində sahəsi 140,6 kv.m olan 3 otaqlı, 23 nömrəli mənzilə iddiaçının sahiblik və istifadə hüququ tanınmış, həmin mənzilin başqasına təhvil verilməsi barədə iddia rədd edilmişdir.
56. İddiaçının "xxxx" MMC ilə mənzilə dair bağladığı müqavilə, ödəniş sənədi, mənzilin olduğu binanın istismarına qəbul aktı olmaqla yanaşı, qanuni qüvvəyə minmiş məhkəmə qərarları iddiaçının mənzilə sahiblik və istifadə hüququ tanındığından kasasiya şikayətinin dəlilləri əsaslı olmamışdır.
57. Məhkəmə kollegiyası həmçinin yuxarıdakılara istinad edərək hesab edir ki, mübahisə predmeti olan mənzil üzərinə həbs qoyulması və iş üzrə icraata dönüş edilməsi barədə əsaslar olmadığından bu hissədə də apelyasiya mə hkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.
58. Odur ki, kasasiya şikayətləri təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı və qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
59. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayətləri təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1129/2021 saylı, 6 aprel 2021-ci il tarixli qərarı və mənzil üzərinə həbs qoyulması, icraata dönüş edilməsi barədə eyni tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.