Məhkəmə qərarları › İş №2-1(102)-167/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-167/2024

19.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-167/2024 19.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: hərracın nəticələrinə dair protokolun etibarsız hesab olunması, müqavilənin ləğvi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı (3-cü şəxslər: Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili üzrə Auksion Mərkəzi, Əfəndiyeva Səkinə Əhməd qızı və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ba kı Ərazi İdarəsi) “hərracın nəticələrinə dair protokolun etibarsız hesab olunması və müqavilənin ləğv olunması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-1627/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. "xxxx" Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2013-cü il tarixli 20s saylı sərəncamına əsasən ARDNŞ-nin strukturuna daxil olan müəssisələrin balansında olan Azərbaycan Respublikası Prezidentinin 24.01. 2003-cü il tarixli 844 nömrəli Fərmanı ilə təsdiq edilmiş ARDNŞ-nin Nizamnaməsinin 2.4 bəndinə əsasən və SOCARSS – 005.2010 standart sənədinin 01.5-ci bəndi ilə müəyyən edilmiş şərtlərl ə Sİİ MKTİTTD-nin balansındakı, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 5-ci massiv ünvanında yerləşən 238,50 kv.metr qeyri-yaşayış sahəsinin (keçmiş 5/2 saylı idman malları mağazası) İddiaçı icarəyə verilməsi qərara alınmışdır. 2. xx.xx.2019-cu il tarixli 26/01 saylı Hərrac protokoluna əsasən, xx.xx.2016-cı il tarixli 105 №li sərəncama əsasən Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan şosesi, 58-ci km, 110B ünvanında yerləşən İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin 5/2 saylı dükanın satışı ilə bağlı keçirilən hərracın qalibi Əfəndiyeva Səkinə Əhməd qızı olmuşdur.

3. Müəssisənin (obyektin) alqı-satqısına dair xx.xx.2019-cu il tarixli 4377 №li müqaviləyə görə, həmin müqavilə bir tərəfdən Azərbaycan Respublikasının Əm lak Məsələləri Dövlət Komitəsi, digər tərəfdən Əfəndiyeva Səkinə Əhməd qızı arasında bağlanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

4. İddiaçı xx.xx.2021-ci il tarixdə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan şosesi 58-ci km, 110B ünvanda yerləşən 227,9 kv. metr olan 5/2 saylı dükana dair ƏMDX yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin xx.xx.2019-cu il tarixli 26/1 nömrəli hərracın nəticələrinə dair protokolun etibarsız hesab edilməsi,xx.xx.2019-cu il tarixli 4377 saylı müqavilənin, Əfəndiyeva Səkinə Əhməd qızının adına verilmiş xx.xx.2019-cu il tarixli *** ******* qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Qaradağ rayonu Qobustan qəsəbəsi, Salyan şosesi 58-ci km 110B ünvanda yerləşən ümumi sahəsi 227.9 kv. metr olan 5/2 saylı dükana dair ƏMDX yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin xx.xx.2019cu il tarixli 26/01 nömrəli hərracın nəticələrinə dair protokolun etibarsız hesab edilməsi, sözü gedən dükanın alqı-satqısına dair xx.xx.2019-cu il tarixli 4377 nömrəli müqavilənin və Əfəndiyeva Səkinə Əhməd qızının adına verilmiş xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli 569156 nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə iddia ərizəsi ilə Qaradağ Rayon Məhkəməsinə müraciət etmiş, iddia tələbi təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2021-ci il tarixli 2(103)-4193/2021 saylı qətnaməsilə Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və ona yeni iddia tələbi ilə inzibati məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Mübahisəli dükan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 203 saylı xx.xx.2013-cü il tarixli sərəncamı ilə onun icarəsinə verilmişdir. Bədbəxt hadisə haqqında tərtib edilmiş 4 saylı aktın məzmunundan məlum olur ki, istehsalat qəzası nəticəsində aldığı xəsarətlərin nəticəsi olaraq, dükan maddi vəziyyətinin yaxşılaşdırılması üçün ayrılmışdır. Uzun müddət icarə müqaviləsi əsasında məlum obyektdə fəaliyyət göstərmişdir. Hazırda obyekt onun sahibliyində və istifadəsindədir. Lakin cavabdeh təşkilat ona məlumat vermədən, obyektə baxış keçirmədən, Əfəndiyeva Səkinə Əhməd qızına satılmışdır, bir neçə il keçməsinə baxmayaraq alıcı obyektə gəlməmiş və görmədiyi bir qeyri-yaşayış sahəsinə küllü miqdarda vəsait ödəmişdir. Göstərilənlər nəzərə alınaraq iddia tələbinin təmin edilməsi xahiş edilmişdir.

6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan şosesi 58-ci km, 110B ünvanında yerləşən 227.9 kv. metr ölçüdə qeyri-yaşayış sahəsi xx.xx.2019-cu il tarixində keçirilmiş hərracda Əfəndiyeva Səkinə Əhməd qızı tərəfindən özəlləşdirilmiş və sonuncuya mülkiyyət hüququ haqqında xx.xx.2019-cu il tarixli, ********** nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Mübahisənin predmeti ola n qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi barədə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən xx.xx.2016cı il tarixli sərəncam verilmişdir. Qeyd edilən əmlaka dair Əmlak Məsələləri Dövlət Komitəsi ilə iddiaçı arasında hər hansı icarə müqaviləsi bağlanmamış, qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi ilə bağlı Komitə tərəfindən sərəncam qəbul olunan zaman həmin sahə üzərində iddiaçının hər hansı hüququ dövlət qeydiyyatına alınmamışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”nın 4.6.5-cı yarımbəndinə əsasən: icarəyə verilmiş əmlak 100% dəyəri ilə icarəçiyə təklif olunur. İcarəçi icarəyə götürdüyü əmlakı almağa razılıq verdikdə, onunla alqı-satqı mü qaviləsi bağlanır və o, 30 gün ərzində əmlakın dəyərini ödəyir; icarəçi icarəyə götürdüyü əmlakı almaqdan imtina etdikdə və ya həmin təklifi aldığı andan 30 gün ərzində əmlakın dəyərini ödəmədikdə, həmin əmlak İİ Dövlət Proqramının 4.4-cü bölməsində nəzərdə tutulan qaydada hərraca çıxarılır və ya müəssisə ilə birlikdə özəlləşdirilir. Yuxarıda qeyd olunduğu kimi mübahisənin predmeti olan əmlaka dair Əmlak Məsələləri Dövlət Komitəsi ilə iddiaçı arasında icarə müqaviləsi bağlanılmadığından, Əmlak Məsələləri Dövlət Komitəsi həmin əmlakın icarəçiyə təklif olunması öhdəliyini daşımamış və əmlakın hərrac vasitəsilə özəlləşdirilməsi barədə qərar qəbul edilmişdir. Cavabdeh qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

7. Bakı İnzibati Məhkəməsinin 21.10. 2021-ci il tarixli, 2-1(112)-9730/2021 nömrəli qərardadı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.

8. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-2115/2022 nömrəli qərardadı ilə iddia tələbi Əfəndiyeva Səkinə Əhməd qızının adına verilmiş xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi hissəsində mümkün sayılmamışdır.

9. Bakı İnzibati Məhkəməsi qərardadında qeyd etmişdir ki, iddiaçı tərəfindən Daşınmaz əmlakın dövlət reyestrində İnzibati orqan tərəfindən aparılmış qeydləri (çıxarışın verilməsinə əsas olmuş) mübahisələndirilsə də, məhkəməyə iddia ərizəsi ilə müraciət olunmazdan əvvəl qeyd olunan tələblə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə mürac iət olunmamışdır. Ona görə də məhkəmə hesab etmişdir ki, iddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmədiyindən və müraciətə dair imtina olunması barədə yazılı məlumat almadığından hazırkı iddiaya mövcud vəziyyətdə baxıla bilməz.

10. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-2115/2022 nömrəli qərarı ilə iddia hərracın nəticələrinə dair protokolun etibarsız hesab edilməsi və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə Əfəndiyeva Səkinə Əhməd qızı arasında bağlanmış xx.xx.2019-cu il tarixli 4377 saylı müqavilənin ləğv edilməsi hissələrində təmin edilməmişdir.

11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisəli daşınmaz əmlak Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən xx.xx.2013-cü il tarixdən iddiaçıya icarəyə verilmiş, 2014-cü ildən həmin daşınmaz əmlak Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin balansına verilmiş, iddiaçı ilə adı çəkilən Komitə arasında mübahisəli daşınmaz əmlaka dair icarə müqaviləsi bağlanmamış, sonuncu tərəfindən həmin daşınmaz əmlakın özəlləşdirilməsi haqqında qərar qəbul edilmiş, qeyri-yaşayış sahəsinin hərrac vasitəsilə özəlləşdirilməsi ilə bağlı keçiriləcək hərraca dair iddiaçıya rəsmi qaydada bildiriş təqdim olunmuş, hərrac haqqında məlumat Komitənin rəsmi mətbu orqanı olan "Mülkiyyət" qəzetində qanunla müəyyən olunmuş müddətdə dərc olunmuşdur.

12. Lakin iddiaçı hərracda iştirak etmək hüququndan istifadə etməmişdir. Belə olan halda cavabdeh inzibati orqan tərəfindən Qaydaların yuxarıda qeyd olunan tələblərinə əməl olunmaq la mübahisəli daşınmaz əmlakın satışı ilə bağlı hərrac keçirilmiş və hərracı udmuş şəxslə alqı-satqı müqaviləsi bağlanmış, bu zaman hər hansı bir qanun pozuntusuna yol verilməmişdir.

13. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 21(103)-1630/2022 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-2115/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

16. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(103)-1630/2022 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. c. kassasiya instansiyası məhkəməsindəki birinci icraat

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-78/2023 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(103)1630/2022 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir.

18. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının şikayətinin əsas dəlili ondan ibarət olmuşdur ki, sözügedən obyektin satışa çıxarılması barədə icarəçi olaraq ona nə rəsmi, nə də qeyri-rəsmi heç bir məlumat verilmə mişdir, obyekti satın almaq üçün ona heç bir təklif edilməmişdir.

19. Eyni dəlilləri iddiaçı apelyasiya şikayətində bildirmiş, lakin apelyasiya instansiyası məhkəməsi İPM-in 87.8-ci maddəsinin tələbinə əməl etməyərək qərarında apelyasiya şikayətinin dəlillərinə ətraflı münasibət bildirməmişdir.

20. Mübahisə olunan əmlak hərraca çıxarılarkən iddiaçının icarəsində olduğu halda “İcarəyə verilmiş dövlət əmlakının özəlləşdirilməsi haqqında” Əsasnamənin tələblərinə, iddiaçının icarəsində olmadığı halda isə “Dövlət əmlakının hərraclar vasitəsi ilə satışı Qaydaları”nın tələblərinə uyğun araşdırma aparılmalıdır. Apelyasiya instansiyası məhkəməsi bu barədə, o cümlədən əmlak hərraca çıxarılarkən iddiaçının icarəsində olubolmaması ilə bağlı araşdırma aparmamışdır. 21. “İcarəyə verilmiş dövlət əmlakı nın özəlləşdirilməsi haqqında” Əsasnamənin 5-ci bəndinə əsasən, icarəyə verilmiş dövlət müəssisələrinin (obyektlərinin) özəlləşdirilməsi haqqında qərarlar İİ Dövlət Proqramının 2.2-ci və 2.3-cü bəndlərində müəyyən edilmiş təsnifatdan asılı olaraq müvafiq icra hakimiyyəti orqanları tərəfindən qəbul edilir. Apelyasiya məhkəməsi mübahisə olunan əmlakın Əsasnamənin 5-ci bəndinin təsir dairəsinə aid olmasını müəyyən etməmiş, əmlakın cavabdeh Dövlət Xidmətinin balansında olub-olmamasını və qəbul etdiyi xx.xx.2016-ci il tarixli sərəncamın qanuniliyini yoxlamamış, əmlakın SOCAR tərəfindən iddiaçının icarəsinə verilməsi və cavabdeh tərəfindən hərrac keçirilməsi barədə sərəncam qəbul edilərkən və hərraca çıxarılarkən əmlakın iddiaçının icarəsində olub-olmamasını, daha sonra isə Əsasnamənin 18-ci bən dinin tələbinə uyğun ətraflı araşdırma aparmamış, əmlak özəlləşdirilməsi qadağan olunan dövlət əmlakı olmadığı və iddiaçının icarəsində olduğu halda, icarəyə verilmiş əmlakın 100 faiz dəyəri ilə icarəçiyə təklif olunması, təklifin və təklifdən imtinanın hansı mötəbər sübutlarla təsdiq olunmasını araşdırmamışdır.

22. Həmçinin işdən görünür ki, əmlak 3 dəfə hərraca çıxarılmışdır. Əmlak 3 dəfə hərraca çıxarılarkən Qaydaların 2.1 və 2.2-ci bəndlərində göstərilən tələblərə cavabdeh Hərracların Təşkili üzrə Auksion Mərkəzinin əməl edib-etməməsi məhkəmə tərəfindən araşdırılmamışdır. 23. “Dövlət əmlakının hərraclar vasitəsi ilə satışı” Qaydalarının 4.1-ci bəndinə cavabdeh Dövlət Xidməti tərəfindən əməl edilməsi yoxlanılmamışdır. d. apellyasiya instansiyası məhkəməsində ikinci icraat

24. Yeni apell yasiya baxışı zamanı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-78/2023 saylı Qərarındakı hüquqi mövqe və şikayətin dəlilləri baxımından məhkəmə kollegiyası tərəfindən iddiaçıya 20132019-cu illərdə, habelə mübahisə olunan əmlak hərraca çıxarılarkən əmlakın iddiaçının icarəsində, yaxud qanuni istifadəsində olmasını təsdiq edən sübutları təqdim etməsi təklif olunmaqla yanaşı, eyni zamanda mübahisə olunan qeyri-yaşayış sahəsində sahibkarlıq fəaliyyətini həyata keçirməsinin, yaxud qanuni istifadə etməsinin müəyyən olunması üçün aidiyyəti qurumlara sorğular göndərilmişdir.

25. Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, Vergi orqanında olan uçot-baza məlumatlarına əsasə n iddiaçının (VOEN: **********) xx.xx.2013-cü il tarixdə vergi orqanında uçota alınması müəyyən edilmişdir. Vergi orqanında olan uçot-baza məlumatlarına əsasən iddiaçı tərəfindən xx.xx.2013-cü il tarixdən xx.xx.2023-çü il tarixədək olan fəaliyyət dövrü ərzində vergi ödənilməsi barədə məlumat aşkar edilməmişdir.

26. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, İddiaçı ilə xx.xx.2013-cü il tarixdə 08/İM nömrəli icarə müqaviləsi bağlanaraq Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 5-ci massiv, 5/2 saylı idman malları mağazası onun müvəqqəti istifadəsinə verilmişdir. xx.xx.2014-cü il tarixli təhvilqəbul aktına əsasən yuxarıda göstərilən qeyri-yaşayış sahəsi əvəzsiz olaraq Sosial inkişaf İdarəsinin balansından Əmlak Məsələləri Dövlət Kom itəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansına təhvil verilmişdir.

27. Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, müraciətdə qeyd edilən Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan şosesi, 58-ci km, 110B ünvanında İddiaçı adına "xxxx" ASC-nin elektron bazasında abonent kodu aşkar edilməmişdir. 28. “Azəriqaz" İB-nin xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, İddiaçı adına X1 Sistemində Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan şosesi, 58-ci km, 110 V ünvanında yerləşən İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin 5/2 saylı dükanı üzrə istehlakçı hesabı yoxdur.

29. Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, icraatd a olan inzibati işlə bağlı Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan şosesi, 58-ci km, 110B ünvanında yerləşən İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin 5/2 saylı dükanın özəlləşdirilməsi üçün Dövlət Neft Şirkətinin Əmlak Məsələləri Dövlət Xidmətinə (bundan sonra - Xidmət) təqdim etdiyi və digər sənədlərin təqdim edilməsi barədə sorğuya Xidmətdə baxılmışdır. Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan şosesi, 58-ci km, 110 V ünvanında yerləşən 5/2 saylı dükan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2014-cü il tarixli ARDNŞ/14-1000/10/OF05-000057 nömrəli məktubuna Əsasən Azərbaycan Respublikası keçmiş Əmlak Məsələləri Dövlət Komitəsinin (bundan sonra - Komitə) İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin (hüquqi varisi "X2 və Koo rdinasiya Mərkəzi" publik hüquqi şəxsidir-bundan sonra Mərkəz) xx.xx.2014-cü il tarixli 316 nömrəli əmri ilə sərəncama qəbul edilmişdir. Obyektin qəbulu zamanı əmək kollektivinin üzvü olmamışdır. Komitənin xx.xx.2016-cı il tarixli 105 nömrəli sərəncamına əsasən 5/2 saylı dükan hərraca çıxarılmış, bu barədə mətbuatda və özəlləşmə portalında elan verilmişdir. 5/2 saylı dükan xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın reyestr nömrəsi **********31-06301, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən xx.xx.2020-ci il tarixli 66 nömrəli əmrlə Mərkəzin siyahı tərkibindən çıxarılmışdır. Eyni zamanda, Komitə ilə sorğuda adı çəkilən vətəndaş İddiaçı arasında heç bir icarə müqaviləsi mövcud olmamış və onun tərəfindən icarə haqqı ödənilməmişdir.

30. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyas ının xx.xx.2023-cü il tarixli, 21(103)-1627/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-2115/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

32. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

33. Şikayətin dəlillərinə görə, Azərbaycan Respublikası Mülki Məcəllənin 6.1.5-ci, 324.1, 389.1, 390.1-ci maddələrinin tələbləri pozulmuşdur.

34. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsipidir. Lakin işə baxan ı məhkəmə qeyd edilən normanın tələblərini nəzərə almamış müqavilə azadlığının prinsipini pozmuşdur.

35. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Lakin məhkəmə mübahisələndirilən müqavilə bağlanarkən iddiaçının öz iradə ifadəsini bildirməməsini nəzərə almamış, qanunvericinin qeyd edilən tələbini pozmuşdur.

36. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. İşə baxan hər iki instansiya məhkəməsi tərəflərin qeyd edilən müqaviləni bağlayarkən hansı şərtlərlə razılaşdıqlarını araşdırmamışdır.

37. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə tərəflərin müqavilə bağlanması barədə lazimi qaydada məlumatlandırılmasına diqqət yetirməmişdir. Bununla da göstərilən normanın tələblərini pozmuşdur.

38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən ş əxslər məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlərin yerinə yetirilməsi haqqında məhkəmə bildirişi vasitəsilə xəbərdar edilir, şahidlər, ekspertlər, mütəxəssislər və tərcüməçilər isə məhkəmə bildirişi vasitəsilə məhkəməyə çağırılırlar. Lakin iddiaçıya rəsmi bildiriş göndərilməmiş və məhkəmə iclasının vaxtı və yeri barədə mənə məlumat verilməmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri

39. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

40. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətb iq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

41. Üçüncü şəxs Əfəndiyeva Səkinə Əhməd qızı kassasiya instansiya məhkəməsinə müraciət edərək qeyd etmişdir ki, iddiaçı kassasiya şikayətinin verilməsi üçün nəzərdə tutulan prosessual müddəti ötürmüşdür. Ona görə də şikayətin icraata götürülməsindən imtina edilsin.

42. İş materiallarından görünür ki, apellyasiya instansiya məhkəməsinin sonuncu qərarı iddiaçı tərəfindən göndəriş vərəqəsinə xx.xx.2023-cü il tarixdə imza edilməklə qəbul edilmiş, kassasiya şikayəti xx.xx.2023-cü il tari xdə (qeyri-iş günündən sonrakı iş günü) məhkəməyə təqdim edilmişdir.

43. Beləliklə, kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilir.

44. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

46. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

47. Apellyasiya instansiyası məhkəməsi iddianın əsaslarını lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.

48. Yuxarıda qeyd olunduğu kimi, təkrar apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)78/2023 saylı Qərarındakı hüquqi mövqe və şikayətin dəlilləri baxımından məhkəmə kollegiyası tərəfindən iddiaçıya 2013-2019-cu illərdə, habelə mübahisə olunan əmlak hərraca çıxarılarkən əmlakın iddiaçının icarəsində, yaxud qanuni istifadəsində olmasını təsdiq edən sübutları təqdim etməsi təklif olunmaqla yanaşı, eyni zamanda mübahisə olunan qeyri-yaşayış sahəsində sahibkarlıq fəaliyyətini həyata keçirməsinin, yaxud qanuni istifadə etməsinin müəyyən olunması üçün aidiyyəti qurumlara sorğular göndərilmiş və müəyyən edilmişdir ki, vergi orqanında olan uçot-baza məlumatlarına əsasən iddiaçı tərəfindən xx.xx.2013-cü il tarixdən xx.xx.2023-çü il tarixədək olan fəaliyyət dövrü ərzində vergi ödənilməsi barədə məlumat aşkar edilməmiş, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə İddiaçı arasında xx.xx.2013-cü il tarixdə 08/İM nömrəli icarə müqaviləsi bağlanaraq Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 5-ci massiv, 5/2 saylı idman malları mağa zası onun müvəqqəti istifadəsinə verilmişdir. xx.xx.2014-cü il tarixli təhvilqəbul aktına əsasən yuxarıda göstərilən qeyri-yaşayış sahəsi əvəzsiz olaraq Sosial inkişaf İdarəsinin balansından Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansına təhvil verilmişdir.

49. Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan şosesi, 58-ci km, 110 V ünvanında yerləşən 5/2 saylı dükan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2014-cü il tarixli ARDNŞ/14-1000/10/OF05-000057 nömrəli məktubuna Əsasən Azərbaycan Respublikası keçmiş Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin xx.xx.2014-cü il tarixli 316 n ömrəli əmri ilə sərəncama qəbul edilmişdir. Obyektin qəbulu zamanı əmək kollektivinin üzvü olmamışdır. Eyni zamanda, Komitə ilə İddiaçı arasında heç bir icarə müqaviləsi mövcud olmamışdır.

50. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, 20132019-cu illərdə, habelə mübahisə olunan əmlak hərraca çıxarılarkən əmlakın iddiaçının icarəsində və ya qanuni istifadəsində olması müəyyən olunmadığından onun hazırkı məzmunda tələbi əsaslı hesab edilə bilməz.

51. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.

52. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.x x.2023-cü il tarixli, 21(103)-1627/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar