Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-167/2025 15.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: çıxarışa düzəliş edilməklə yeni çıxarışın verilməsi) 15 yanvar 2025-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X28 9 saylı Qəbələ Ərazi İdarəsi qarşı “çıxarışda kənd təsərrüfatı təyinatlı torpaq kimi qeyd olunmuş torpaq sahəsinin təyinatının həyətyanı torpaq sahəsi kimi qeyd olunaraq yeni çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-247/2024 nömrəli, 1 avqust 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:
1. Qəbələ Rayon Məhkəməsinin 20 iyul 2009-cu il tarixli, 2/025-150/2009 saylı qətnaməsinə əsasən, iddia təmin edilmiş, Qəbələ rayonunun Bum bələdiyyəsinin fondundan, hazırda iddiaçılar İddiaçı və qeyrilərinin istifadəsində olan 1,0 hektar torpaq sahəsi X1, İddiaçı və X12 mülkiyyətinə verilməsi, həmin 1,0 hektar torpaq sahəsinin iddiaçılar X6, İddiaçı və X12 adına rəsmiləşdirilməsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qəbələ rayon şöbəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Qəbələ ərazi idarəsinə tapşırılması qət edilmişdir.
2. A 369313 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, sözügedən sənəd Qəbələ Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2/025-150 saylı qərarına istinad olunmaqla Qəbələ rayonu Bum qəsəbəsində yerləşən təyinatı “Kənd təsərrüfatı məhsulları istehsalı” kimi qeyd olunmuş 3300 kv.m torpaq sahəsi ilə bağlı X12 adına tərtib edilmişdir.
3. A 369314 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindən görü nür ki, sözügedən sənəd Qəbələ Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2/025-150 saylı qərarına istinad olunmaqla Qəbələ rayonu Bum qəsəbəsində yerləşən təyinatı “Kənd təsərrüfatı məhsulları istehsalı” kimi qeyd olunmuş 3300 kv.m torpaq sahəsi ilə bağlı X2 adına tərtib edilmişdir.
4. A 369315 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, sözügedən sənəd Qəbələ rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2/025-150 saylı qərarına istinad olunmaqla Qəbələ rayonu Bum qəsəbəsində yerləşən təyinatı “Kənd təsərrüfatı məhsulları istehsalı” kimi qeyd olunmuş 3400 kv.m torpaq sahəsi ilə bağlı İddiaçı adına tərtib edilmişdir.
5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X28 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyinə əlavədən görünür ki, İddiaçı tərəfindən göstərilən, faktiki naturada ölçülmüş iddiaçının istifadəsində olan 0,80 hektar torpaq sahəsi Qəbələ rayonu Bum qəsəbə İnzibati Ərazi Dairəsinin sərhədləri daxilində, kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaqları, uqodiyası daşlıq-qumluq olan ərazidir.
6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X28 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyinə əlavədən görünür ki, İddiaçı tərəfindən göstərilən, faktiki naturada ölçülmüş iddiaçının istifadəsində olan 0,80 ha torpaq sahəsi Qəbələ rayonu Bum qəsəbəsi ərazisində aparılmış t orpaq islahatına dair yerquruluşu xəritəsinə (DVG) əsasən Qəbələ rayonu Bum qəsəbə İnzibati ərazi dairəsinin sərhədləri daxilində, kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaqları, uqodiyası daşlıqqumluq olan Bum bələdiyyəsinin mülkiyyətinə aid ərazidir. Həmin torpaq sahəsi X4 X11 (TEKUİS) əsasən Qəbələ rayonu Bum qəsəbə İnzibati Ərazi Dairəsinin sərhədləri daxilində, kateqoriyası yaşayış məntəqəsi torpaqları, uqodiyası tikinti altı, islahat uqodiyası qumluq olan Bum bələdiyyəsinin mülkiyyətinə aid ərazidir.
7. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X28 9 saylı Qəbələ Ərazi İdarəsinin 14 may 2024-cü il tarixli, 3-21-3-42/2-2615/2024 saylı məktubuna əlavə olunmuş, mütəxəssis rəyindən görünür ki, İddiaçı mülkiyyətinə verilmiş 0,75 hektar torpaq sahəsi iddiaçıya satılarkən X4 X19 (TEKUİS) mövcud olmamışdır.
8. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X28 9 saylı Qəbələ Ərazi İdarəsinin 03 iyun 2024-cü il tarixli, 3-21-3-42/2-3033/2024 saylı məktubuna əlavə olunmuş, mütəxəssis rəyindən görünür ki, İddiaçı mülkiyyətinə verilmiş 0,75 hektar torpaq sahəsi iddiaçıya satılarkən X4 X19 (TEKUİS) mövcud olmamışdır. Bum qəsəbəsində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə əsasən (DWG) sözügedən torpaq sahəsinin kateqoriyası kənd təsərrüfatı təyinatlı, uqodiyası daşlıq-qumluq olan ərazi olmaqla Qəbələ rayonu Bum bələdiyyəsinin mülkiyyətinə aid olmuşdur.
9. Azərbaycan Respublikası İqtisadi yyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X28 9 saylı Qəbələ Ərazi İdarəsinin 09 iyul 2024-cü il tarixli, 3-21-3-42/2-3708/2024 saylı məktubuna əlavə olunmuş, mütəxəssis rəyindən görünür ki, **********7 qeydiyyat, **********52 reyestr nömrəli çıxarış ilə İddiaçı və X12 birgə mülkiyyətinə verilmiş 1,0 hektar torpaq sahəsi torpaq islahatı aparılan zaman deyil, torpaq islahatı yekunlaşdıqdan sonra Qəbələ Rayon Məhkəməsinin 2/025150/2009 saylı qətnaməsi ilə Bum bələdiyyəsinin mülkiyyətinə aid torpaqlardan ayrıldığına görə islahatına dair yerquruluşu xəritəsində (DWG) bələdiyyə mülkiyyəti kimi göstərilmişdir. Bum qəsəbəsi ərazisində elektron uçot xəritəsi tərtib edilən zaman ********** qeydiyyat, **********52 reyestr nömrəli çıxarış uçot işlərini həyata keçirən komissiyaya təqdim edilmədiyinə görə X4 X5 (TEKUİS) də bələdiyyə mülkiyyətinə aid ərazi kimi qeyd edilmişdir. 10. xx.xx.2013-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Qəbələ rayonu Bum qəsəbəsində yerləşən kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasından olan 1 ha torpaq sahəsi X21, İddiaçı, X13 və X6 ümumi-birgə mülkiyyətində olmuşdur. 11. “AZEMİS”-dən çıxarışdan görünür ki, X21 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. 12. xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Qəbələ rayonu Bum kəndində yerləşən ümumi sahəsi 1 ha olan torpaq sahəsinin birgə mülkiyyət üzrə onlara məxsus hissəsindən X14 0.25 ha və X20 0.25 ha, cəmi 0.50 ha hissəsi İddiaçı bağışlanmışdır. 13. xx.xx.2021-ci il tarixli, ********** 7 saylı çıxarışa əsasən, Qəbələ rayon, Bum qəsəbəsi ərazisində kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasından olan 1 hektar torpaq sahəsi X12 adına rəsmiləşdirilməklə, X21 və İddiaçı mülkiyyətinə verilmişdir.
14. JN-084A, ******* kodlu “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”yə əsasən, Qəbələ rayonu AİK-in 25 iyun 1998-ci il tarixli 11 saylı qərarı ilə X22 və ailə üzvlərinə Qəbələ rayonu Bum qəsəbəsində 0.52 hektar fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və korperativ bağlar, dövlət bağçılıq təsərrüfatı ilə bağlı torpaq mülkiyyətə verilib.
15. İddiaçı cavabdehə müraciət edərək çıxarışa düzəliş edilərək torpaq sahəsinin həyətyanı torpaq sahəsi kimi qeyd olunmasını və yeni çıxarış verilməsini xahiş etmiş, cavabdeh tərəfindən 14 oktyabr 2021-ci il tarixli məktubla cavab verərək bildirmişdir ki, sözügedən torpaq sahəsi vətəndaşlara torpaq islahatı aparılarkən mülkiyyətlərinə verilməyən suvarılan pay torpaq sahəsinin verilməsi barədə Qəbələ Rayon Məhkəməsinin 20 iyul 2009-cu il tarixli, 2/025-150/2009 saylı qətnaməsi əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasında torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 yanvar 2017-ci il tarixli, 10 nömrəli Qərarı ilə təsdiq edilmiş “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”nın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə həyata keçirilir.
16. Qəbələ rayon Bum bələdiyyəsi tərəfindən verilmiş 07 yanvar 2022-ci il tarixli, 01 saylı arayışa əsasən, AR ƏMDK DƏDRX-nin ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli çıxarışı ilə kənd təsərrüfatı təyinatlı kimi qeyd olunmuş, 0.75 ha İddiaçı, 0.25 ha mərhum X12 mülkiyyətinə verilmiş 1.00 ha torpaq sahəsi qeyd olunan şəxslərin ataları mərhum X15 istifadəsindəki bağ sahəsi olmuşdur. Bum qəsəbə yaşayış məntəqəsi daxilində yerləşir, həyətyanı kateqoriyalı torpaq sahəsidir. Həmin torpaq sahəsində 2000-ci illərdə yaşayış evi tikilmişdir və hal-hazırda həmin yaşayış sahəsində İddiaçı qardaşı X23 yaşayır. Eyni zamanda həmin torpaq sahəsi Bum kənd sakinlərinin həyətyanı torpaq sahələri ilə əhatə olunmuşdur.
17. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadas trı və Reyestri X28 9 saylı Qəbələ Ərazi İdarəsinin 30 iyul 2024-cü il tarixli, 3-21-3-42/2-4171/2024 saylı məktubundan görünür ki, Şəki Apellyasiya Məhkəməsinin 24 may 2024-cü il tarixli, 2-1(107)-247/2024 saylı məktubuna əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “iddiaçının mülkiyyətində olan, Qəbələ rayon Bum qəsəbə yaşayış məntəqəsi daxilində yerləşən və Azərbaycan Respublikasının ƏMDK DƏDRX-nin verdiyi xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışda təyinatı səhv olaraq kənd təsərrüfatı təyinatlı torpaq kimi qeyd olunmuş 0,75 ha (3/4 hissə) bağ torpaq sahəsinin mövcud vəziyyətdə olan statusunun həyətyanı torpa q sahəsi olduğuna görə təyinatının həyətyanı torpaq sahəsi kimi qeyd olunması, xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa düzəliş edilməklə yeni çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair apellyasiya iş üzrə Məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixdə təyin edilmiş yerli baxışda 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssislərinin iştirakı təmin edilmişdir. Məlum olmuşdur ki, iddiada qeyd edilmiş torpaq sahəsi hər tərəfdən kol çəpər ilə bərkidilmiş ərazidir və iddiaçının istifadəsindədir. Sözügedən torpaq sahəsi X4 X11 əsasən yaşayış məntəqəsi torpaqlarına aid edilmiş və uqodiyası qumluq qeyd olunmuşdur. Torpaq sahəsinə qonşu olan, hüquqları Dövlət qeydiyyatına alınmış, fərdi yaşayış evinin tikintisi məqsədi ilə ayrı-ayrı vətəndaşların xüs usi mülkiyyətinə verilmiş torpaq sahələrinin yerləşmə vəziyyətini əks etdirən yerquruluşu planı tərtib olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
18. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X28 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, “Qəbələ rayon Bum qəsəbə yaşayış məntəqəsi daxilində yerləşən 0,75 ha ona, 0,25 ha mərhum qardaşı X17 məxsus olmuş torpaq sahəsinin təyinatının həyətyanı torpaq sahəsi kimi göstərməklə cavabdehin 29 iyun 2021-ci il tarixli, qeydiyyat nömrəsi ********** saylı çıxarışa düzəliş edilməsini və yeni çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzəri nə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
19. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-3821/2022 nömrəli qərardadı ilə inzibati iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmişdir.
20. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-1023/2022 nömrəli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır.
21. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(107)-363/2022 nömrəli qərardadı ilə Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-1023/2022 nömrəli qərardadı ləğv edilmiş, inzibati iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılmışdır.
22. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-2768/2022 nömrəli qərardadı ilə cavabdeh ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xi dməti hüquq varisi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X28 9 saylı Qəbələ Ərazi İdarəsi ilə əvəz edilmişdir.
23. Daha sonra iddiaçı tələbini dəqiqləşdirərək “cavabdehin verdiyi xx.xx.2021-ci il tarixli qeydiyyat nömrəsi ********** saylı çıxarışa düzəliş edilərək 0.75 ha iddiaçının, 0.25 ha mərhum qardaşının mülkiyyətində olan və Qəbələ rayon Bum qəsəbə yaşayış məntəqəsi daxilində yerləşən, təyinatı səhv olaraq kənd təsərrüfatı təyinatlı torpaq kimi qeyd olunmuş bağ torpaq sahəsinin mövcud olan vəziyyətdə statusunun müəyyən edilməsi və yeni çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
24. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir.
25. İddi a tələbi onunla əsaslandırılmışdır ki, Qəbələ rayonu Bum qəsəbə yaşayış məntəqəsi daxilində 0,75 ha iddiaçının, 0,25 ha mərhum qardaşı X16 adına olmaqla mülkiyyətlərində 1 (bir) hektar həyətyanı torpaq sahəsi vardır. Bu barədə onların adına 29 iyun 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış da verilmişdir. Mülkiyyətlərində olan torpaq sahəsi Bum qəsəbə yaşayış məntəqəsi daxilində yerləşməsinə və həyətyanı torpaq sahəsi olmasına baxmayaraq, qeyd olunan Çıxarışda kənd təsərrüfatı təyinatlı torpaq kimi qeyd olunmuşdur. İddiaçı qeyd edir ki, həmin torpaq sahəsi ailə üzvlərinin həyətyanı torpaq sahəsi olmuşdur, Qəbələ Rayon Məhkəməsinin 20 iyul 2009-cu il tarixli 2/025-150 saylı qətnaməsi ilə mərhum anasının payı ailə üzvlərinin payına əlavə edilməklə və hər birinə 0,25 ha olmaqla 4 nəfər ailə üzvünün mülkiyyətinə verilmişdir. Hər birinə 0,25 ha verilməsinin səbəbi torpağın 4-cü kateqoriyaya aid olması olmuşdur. Sonradan 2 nəfər ailə üzvü öz paylarını iddiaçıya bağışlamış və iddiaçının həyətyanı torpaq sahəsi halhazırda 0,75 ha-dır. Həmin torpaq sahəsində 2000-ci ildə ailə üçün ev də tikilmiş, eyni zamanda mülkiyyətlərində və istifadələrində olan həmin həyətyanı torpaq sahəsi Bum qəsəbə sakinlərinin həyətyanı torpaq sahələri ilə əhatə olunmuşdur. Lakin xx.xx.2021-ci il tarixli çıxarışda torpaq sahəsinin təyinatı səhvən kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi qeyd olunmuşdur. İddiaçı bu səbəblə analoji tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır.
26. Cavabdehin iddia tələbinə qarşı etirazın əsasını imtina məktubunda göstərilənlər təşkil edir. Əlavə olaraq bildirmişdir ki, iddiaçı tərəfindən göstərilən faktiki torpaq sahəsi 0,80 hektardır. Torpaq sahəsi kənd təsərrüfatı təyinatlı, uqodiyası daşlıq-qumluq olan ərazidir. Yeni tərtib edilmiş uçot materiallarına (TEKUİS) əsasən mülkiyyətçisi - bələdiyyə, təyinatı - yaşayış məntəqələrinin torpaqları, uqodiyası çoxillik əkmələr olan torpaq sahəsi kimi baza məlumatlarında öz əksini tapmışdır. Digər subyektlərə məxsus torpaq sahələri ilə üst-üstə düşmür. İddiaçının iddia etdiyi torpaq sahəsi Qəbələ rayon Bum qəsəbəsi İnzibati Ərazi Dairəsinin sərhədləri daxilində, kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaqlar, uqodiyası daşlıq-qumluq olan yararsız ərazi olmaqla bələdiyyənin mülkiyyətinə aiddir. Həmçinin, həmin torpaq sahəsi iddiaçının faktiki istifadəsində olmaqla 0,80 ha təşkil edir. **********52 reyestr nömrəli Çıxarış tərtib edilənədək və ondan sonra torpaq sahəsinin təyinatında, uqodiyasında dəyişiklik baş verməmişdir.
27. Şəki İnzibati Məhkəməsinin 1 mart 2023-cü il tarixli, 2- 1(116)-767/2023 nömrəli qərardadı ilə (hakim V.Ə.Musayev) iddia tələbinin “iddiaçının mərhum qardaşı X12 mülkiyyətində olan, Qəbələ rayon Bum qəsəbə yaşayış məntəqəsi daxilində yerləşən və Azərbaycan Respublikası ƏMDK DƏDRX-nin verdiyi xx.xx.2021-ci il tarixli qeydiyyat nömrəsi ********** nömrəli çıxarışda təyinatı səhv olaraq kənd təsərrüfatı təyinatlı torpaq kimi qeyd olunmuş 0.25 ha (1/4 hissə) bağ torpaq sahəsinin mövcud vəziyyətdə olan statusunun həyətyanı torpaq sahəsi olduğuna görə təyinatının həyətyanı torpaq sahəsi kimi qeyd olunması və xx.xx.2021-ci il tarixli qeydi yyat nömrəsi ********** nömrəli çıxarışa düzəliş edilməsi və yeni çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsi mümkün sayılmamışdır.
28. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Qəbələ rayon Bum qəsəbə yaşayış məntəqəsi daxilində yerləşən 29 iyun 2021-ci il tarixli qeydiyyat nömrəsi ********** saylı çıxarışda qeyd edilmiş torpaq sahəsinin ¾ hissəsi üzərində iddiaçının paylı mülkiyyət hüququ vardır. Odur ki, digər ¼ hissədə X17 aid hissədə hazırkı tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur. İddiaçı mərhum qardaşından miras qalmış əmlakı qəbul etməsi ilə bağlı hər hansı sübut təqdim etdiyi halda onun həmin çıxarışı ¼ hissədə mübahisələndirməsi üçün subyektiv hüququ yarana bilərdi. Lakin hazırkı işin hallarından göründüyü kimi işdə bel ə bir sübut mövcud deyil.
29. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddia tələbinin mümkün sayılmasını xahiş etmişdir.
30. Şəki İnzibati Məhkəməsinin 1 mart 2023-cü il tarixli, 2- 1(116)-767/2023 nömrəli qərarı ilə (hakim V.Ə.Musayev) iddiaçının cavabdehə qarşı “iddiaçının mülkiyyətində olan, Qəbələ rayon Bum qəsəbə yaşayış məntəqəsi daxilində yerləşən və Azərbaycan Respublikası ƏMDK DƏDRX-nin verdiyi xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışda təyinatı səhv olaraq kənd təsərrüfatı təyinatlı torpaq kimi qeyd olunmuş 0,75 ha (3/4 hissə) bağ torpaq sahəsinin mövcud vəziyyətdə olan statusunun həyətyanı torpaq sahəsi olduğuna görə təyinatının həyətyanı torpaq sahəsi kimi qeyd olunması, xx.xx.2021ci il tarixli ********** qeydiyyat nöm rəli çıxarışa düzəliş edilməklə yeni çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası rədd edilmişdir.
31. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisələndirilən çıxarışda qeyd edilmiş torpaq sahəsinin xüsusiyyətləri barədə mütəxəssis rəyi də cavabdeh orqan tərəfindən verilməli olduğundan, məhkəmə cavabdeh orqanın iddia tələbinə etirazda qeyd etdiyi torpaq sahəsinə dair məlumatlarla kifayətlənmiş və həmin məlumatları iş üzrə mötəbər sübut qismində qəbul etmişdir. Həmin torpaq sahəsinin yaşayış məntəqələrinə aid olmasına münasibətdə isə məhkəmə qeyd edir ki, Torpaq Məcəlləsinin 18-ci maddəsinin 2ci hissəsinin 8-ci abzasına əsasən kənd təsərrüfatı üçün istifadə olunan torpaqlardan şum və çoxillik əkmələr, habelə kənd təsərrüfatı binaları, tikilil əri və qurğuları altındakı torpaq sahələri də yaşayış məntəqələrinin torpaqlarına aiddir. Yəni, torpaq sahəsinin yaşayış məntəqəsi ərazisində (Şəhər, qəsəbə və kəndlərin hüdudları daxilində) yerləşməsi həmin torpaq sahəsinin birmənalı olaraq həyətyanı (ictimai və yaşayış, tikinti massivlərində yerləşən yaşayış üçün nəzərdə tutulan torpaq sahələri) torpaq sahəsi kimi qiymətləndirilməsi demək deyildir. Şərh olunanlara obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia olunan torpaq sahəsi yaşayış məntəqəsi torpaqları daxilində çoxillik əkmələrə aid olan kənd təsərrüfatı təyinatlı torpaqlara aid olduğundan və xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışda qeyd edilmiş torpaq sahəsinin ictimai və yaşayış, tikinti massivlərində yerləşən yaşayış üçün nəzərdə tutulan tor paq sahələrinə aid olması sübuta yetirilmədiyindən, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur.
32. İddiaçı qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, Qəbələ rayon Bum yaşayış məntəqəsi daxilində yerləşən və 0,75 ha hissəsi iddiaçının, 0,25 ha hissəsi mərhum qardaşının mülkiyyətində olan və Azərbaycan respublikası ƏMDK DƏDRXnin verdiyi 29 iyun 2021-ci il tarixli qeydiyyat nömrəsi ********** olan Çıxarışda təyinatı səhv olaraq kənd təsərrüfatı təyinatlı torpaq kimi qeyd olunmuş 1(bir) ha bağ torpaq sahəsinin mövcud vəziyyətdə olan statusunun həyətyanı torpaq sahəsi olduğuna və tikinti məqsədləri üçün nəzərdə tutulduğuna görə təyinatının həyətyanı torpaq sahəsi kimi qeyd olunması və Azərbaycan Respublikası ƏMDK DƏDRX-nin verdiy i 29 iyun 2021-ci il tarixli qeydiyyat nömrəsi **********olan Çıxarışa düzəliş edilməsi və yeni Çıxarışın verilməsi öhdəliyinin İqtisadiyyat Nazirliyi yanında ƏMDK Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri X28 9 saylı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
33. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: R.R.Rəfiyev (sədrlik edən və məruzəçi), V.İ.Məlikov və G.İ.Cavadova) 2-1(107)-253/2023 saylı, 12 aprel 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 1 mart 2023-cü il tarixli 2-1(116)-767/2023 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
34. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: R. R.Rəfiyev (sədrlik edən və məruzəçi), V.İ.Məlikov və G.İ.Cavadova) 2-1(107)-377/2023 saylı, 27 sentyabr 2023-cü il tarixli qərarı ilə İddiaçı nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin 01 mart 2023-cü il tarixli 2- 1(116)-767/2023 nömrəli qərarı ləğv edilmiş, inzibati iş üzrə yeni qərar çıxarılaraq iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X28 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə iddiaçının mülkiyyətində olan, Qəbələ rayon Bum qəsəbə yaşayış məntəqəsi daxilində yerləşən və Azərbaycan Respublikası ƏMDK DƏDRX-nin verdiyi xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışda təyinatı səhv olaraq kənd təsərrüfatı təyinatlı torpaq kimi qeyd olunmuş 0.75 ha (3/4 hissə) torpaq sahəsinin mövcud vəziyyətdə olan statusunun həyətyanı torpaq sahəsi kimi düzəliş edilərək həmin torpaq sahəsinə dair yeni çıxarışın verilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.
35. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 7 mart 2016-cı il tarixli Fərmanına əsasən X4 X5 yerləşdirilən koordinatlar dövlət tərəfindən tanınan və təmin edilən məlumatlar olduğundan, həmin koordinatlar torpaq mülkiyyətçisinin (istifadəçisinin) adına tərtib olunmuş hüquqi və texniki sənədlərdə qeyd olunan məlumatlarla ziddiyyət təşkil etdiyi halda, həmin sənədlə rlə müvafiq düzəlişlər aparılmalı və yeni sənədlər verilməlidir.
36. Mübahisə predmeti olan torpaq sahəsi X4 X11 (TEKUİS) əsasən Qəbələ rayonu Bum qəsəbə İnzibati Ərazi Dairəsinin sərhədləri daxilində, kateqoriyası yaşayış məntəqəsi torpaqları, uqodiyası tikinti altı, islahat uqodiyası qumluq olan Bum bələdiyyəsinin mülkiyyətinə aid ərazi olduğundan, cavabdehin imtinası əsassız olmuşdur. İddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur. Cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla iddiaçının hüquqlarını pozmuşdur.
37. Belə ki, “İnzibati icraat haqqında” Qanuna əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Lakin hazırkı işdə inzibati orqan tərəfindən lazımi qaydada araşdırılma aparılmadan, yəni torpaq sahəsinin X4 X11 (TEKUİS) əsasən Qəbələ rayonu Bum qəsəbə İnzibati Ərazi Dairəsinin sərhədləri daxilində, kateqoriyası yaşayış məntəqəsi torpaqlarına aid olması halı araşdırılmadan, torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə aid olması səbəbi ilə əsassız olaraq iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir.
38. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etm işdir. c) kassasiya instansiyası məhkəməsindəki birinci icraat
39. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Z.M.Quliyev (sədrlik edən və məruzəçi), R.S.Nəbizadə və S.Ə.Kərimov) 2-1(102)-454/2024 nömrəli, 1 fevral 2024-cü il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-377/2023 nömrəli, 27 sentyabr 2023-cü il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir.
40. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı işə istər birinci instansiya, istərsə də apellyasiya instansiyası məhkəməsində baxıldığı zaman əsas məsələlərdən biri olan məsələ, yəni mübahisə predmeti olan torpaq s ahəsi ayrıldığı zaman onun təyinatının nə olması tam, hərtərəfli və dəqiq araşdırılmamışdır. Cavabdehin işdə müəyyən fərqliliklə iki mütəxəssis rəyi var və hər ikisi də DƏDKR PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinin şöbə müdiri Arif Rəsulov tərəfindən imzalanmışdır. Belə ki, 4 avqust 2023-cü il tarixli rəydə göstərilmişdir ki, “İddiaçı tərəfindən göstərilən faktiki naturada ölçülmüş iddiaçının istifadəsində olan 0,80 hektar torpaq sahəsi Qəbələ rayonu Bum qəsəbə inzibati sərhədləri daxilində, kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaqları, uqodiyası daşlıq-qumluq olan ərazidir.” (işin İİ cildinin 106-cı səhifəsi). 27 sentyabr 2023-cü il tarixli eyni vəzifəli şəxsin imzaladığı mütəxəssis rəyində isə qeyd edilmişdir ki, “İddiaçı tərəfindən göstərilən, faktiki naturada ölçülmüş iddiaçını n istifadəsində olan 0,80 ha torpaq sahəsi Qəbələ rayonu Bum qəsəbəsi ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə (DVG) əsasən Qəbələ rayonu Bum qəsəbə İnzibati ərazi dairəsinin sərhədləri daxilində, kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaqları, uqodiyası daşlıq-qumluq olan Bum bələdiyyəsinin mülkiyyətinə aid ərazidir.” (işin İİ cildinin 116-cı səhifəsi). Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin həm yuxarıda göstərilmiş mütəxəssis rəyləri arasında olan fərqlilik olmaqla yanaşı, işin İ cildinin 45-ci səhifəsində olan xx.xx.2021-ci il tarixli çıxarışa əsasən Qəbələ rayonu, Bum qəsəbəsi ünvanında olan torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir, yəni bir tərəfdən cavabdeh mütəxəssis rəyində yazır ki, iddiaçı tərəfindən göstərilən f aktiki naturada ölçülmüş 0,80 hektar torpaq sahəsi Bum Bələdiyyəsinin mülkiyyətinə aiddir, digər tərəfdən, sözügedən çıxarışa görə 1,0 hektar torpaq sahəsi iddiaçının mülkiyyətindədir ki, bu da aşkar şəkildə işin ziddiyyətli tərəfi olmaqla tam və hərtərəfli araşdırılmamışdır. Bununla yanaşı qeyd edilməlidir ki, iddiaçının sözügedən çıxarışında yazılmışdır ki, torpağın kateqoriyası hissəsində “Kənd təsərrüfatı təyinatlı torpaqlar” göstərildiyi halda, sözügedən “Torpaq sahəsinin planı və ölçüsü” adlanan xx.xx.2011-ci il tarixli sənəddə torpağın təyinatı “Kənd təsərrüfatı məhsulları istehsalı” kimi yazılmışdır. Bu məsələ də araşdırılmamış qalmışdır. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd etməyi zəruri hesab edir ki, məlum olduğu kimi mübahisə predmeti olan torpaq sahəsi üzrə hüquqi münasibətl ər qanuni qüvvəyə minmiş Qəbələ Rayon Məhkəməsinin 20 iyul 2009-cu il tarixli, 2/025-150/2009 saylı qətnaməsi əsasında yaranmışdır. Belə ki, sözügedən iş üzrə iddiaçılar İddiaçı və qeyrilərinin iddiası təmin edilərək, Qəbələ rayonu Bum bələdiyyəsinin fondundan, hazırda iddiaçılar İddiaçı və qeyrilərinin istifadəsində olan 1,0 hektar torpaq sahəsi X1, İddiaçı və X12 mülkiyyətinə verilmiş, həmin 1,0 hektar torpaq sahəsinin iddiaçılar X6, İddiaçı və X12 adına rəsmiləşdirilməsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qəbələ rayon şöbəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Qəbələ Ərazi İdarəsinə tapşırılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin qətnamə ilə iddia çıya hansı kateqoriyadan olan 1,0 hektar torpaq sahəsinin verilməsi, qətnaməni icra edən məhkəmə icra orqanından, icra icraatına dair açılmış iş tələb edilib öyrənməklə, müfəssəl olaraq araşdırılmamışdır, yəni qətnamənin icra edilməsi qanuna uyğun keçirilmişdir kimi məsələ tədqiq edilməmişdir. Bundan başqa TEKUİS-dəki yazının düzgün olması da araşdırılmamışdır. ç) apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
41. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: İ.H.Şükürov (sədrlik edən və məruzəçi), A.M.Eyvazov və E.B.İsayev) 1 avqust 2024-cü il tarixli, 21(107)-247/2024 nömrəli qərarı ilə İddiaçı nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Şəki İnzibati Məhkəməsinin 1 mart 2023-cü il tarixli 2-1(116)-767/2023 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
42. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır və əlavə olaraq qeyd etmişdir ki, İddiaçı mülkiyyətinə verilmiş 0,75 hektar torpaq sahəsi iddiaçıya satılarkən X4 X19 (TEKUİS) mövcud olmamışdır. Bum qəsəbəsində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə əsasən (DWG) sözügüdən torpaq sahəsinin kateqoriyası kənd təsərrüfatı təyinatlı, uqodiyası daşlıq-qumluq olan ərazi olmaqla Qəbələ rayon Bum bələdiyyəsinin mülkiyyətinə aid olmuşdur. İş materialları ilə müəyyən edilmişdir ki, ********** qeydiyyat, **********52 reyestr nömrəli çıxarış ilə İddiaçı birgə mülkiyyətinə verilmiş 1,0 hektar torpaq sahəsi torpaq islahatı aparılan zaman deyil, torpaq islahatı yekunlaşdıqdan sonra Qəbələ Rayon Məhkəməsinin 2/025-150/2009 saylı qətnaməsi ilə Bum bələdiyyəsinin mülkiyyətinə aid torpaqlardan ayrıldığına görə torpaq islahatına dair yerquruluşu xəritəsində (DWG) bələdiyyə mülkiyyəti kimi göstərilmişdir. Bum qəsəbəsi ərazisində elektron uçot xəritəsi tərtib edilən zaman ********** qeydiyyat, **********52 reyestr nömrəli çıxarış uçot işlərini həyata keçirən komissiyaya təqdim edilmədiyinə görə X4 X19 (TEKUİS) də bələdiyyə mülkiyyətinə aid ərazi kimi qeyd edilmişdir. Şərh olunanlara obyektiv hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, iddia olunan torpaq sahəsi iddiaçıya satılarkən X4 X5 (TEKUİS) mövcud olmadığından, DWG baza məlumatlarına əsasən sözügüdən torpaq sahəsinin kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi göstərildiyindən, mübahisə p redmeti olan torpaq sahəsinin ictimai və yaşayış, tikinti massivlərində yerləşən yaşayış üçün nəzərdə tutulan torpaq sahələrinə aid olması sübuta yetirilmədiyindən, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. Belə ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuşdur.
43. İddiaçı qərardan kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
44. Kassasiya şikayəti və kassasiya şikayətinə əlavə onunla əsaslandırılmışdır ki, iddiaçının məhkəməyə təqdim etdiyi sübutlar aşağıdakılardır:
1. Mübahisəli torpaq sahəsini iddiaçının və mərhum qardaşı X12 mülkiyyətində olmasını, Bum yaşayış məntəqəsi daxilində yerləşən yaşayış məntəqəsi torpağı olmasını, 1,0 ha olmasını təsdiq edən birinci sübut Qəbələ rayon məhkəməsinin 20 iyul 2009-cu il tarixli, 2/025-150 saylı qətnaməsidir. Məhkəmə qətnaməsi ilə iddiaçıya, qardaş və bacılarına suvarılan sahədən yox, qanuni istifadələrində olan bağ torpaq sahəsi mülkiyyətlərində verilmişdir.
2. Qəbələ rayon məhkəməsinin 20 iyul 2009-cu il tarixli, 2/025-150 saylı qətnaməsi əsasında 2013-cü ildə Azərbaycan Respublikası ƏMDK DƏDRX-nin Qəbələ rayon 9 saylı ərazi idarəs i tərəfindən icra olunmuş və 2013-cü ildə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 9 saylı ərazi idarəsi tərəfindən xx.xx.2013-cü il tarixli qeydiyyat nömrəsi ********** olan Çıxarışda, 29 iyun 2021-ci il tarixdə isə qeydiyyat nömrəsi ********** olan Çıxarışda torpaq sahəsinin həcmi 1,0 ha qeyd olunmuşdur. Həmin çıxarışlarda iddiaçının və mərhum qardaşının mülkiyyətində olan torpaq sahəsi 1,0 ha göstərilmişdir. 3.
1. X2 adına olan xx.xx.2011-ci il tarixli 643 nömrəli, 369314 saylı,
2. İddiaçı adına olan xx.xx.2011-ci il tarixli 644 nömrəli 369315 saylı,
3. X12 adına olan xx.xx.2011-ci il tarixli, 645 nömrəli 369313 saylı plan-ölçü sənədlərin 2-ci səhifəsində kənd təsərrüfatı məhsulları istehsalı üçün, 4-cü səhifənin aşağı sol küncündə yaşayış sözü yazılmışdır.
4. Qəbələ rayon Bum qəs əbə bələdiyyəsinin 07 yanvar 2022-ci il tarixli 01 nömrəli Arayışında da qeyd olunur ki, torpaq sahəsi həyətyanı torpaq sahəsidir, Bum qəsəbə yaşayış məntəqəsi daxilində yerləşir, iddiaçının atasının və onu ailə üzvlərinin istifadəsində olmuş bağdır. Həmin bağın bir hissəsi torpaq islahatı zamanı iddiaçının atasının və digər bacı-qardaşlarının mülkiyyətinə həyətyanı torpaq sahəsi kimi verilmişdir. Həmin bağın bir hissəsində 70-ci illərdə yaşayış binası tikilmiş və iddiaçının ata-anası, bacı-qardaşları həmin binada yaşamışdır. Hal-hazırda həmin mənzildə iddiaçının qardaşı ailəsi ilə birlikdə yaşayır. Bundan başqa, həmin bağ Bum qəsəbə sakinlərinin həyətyanı torpaq sahələri və yaşayış binaları ilə əhatə olunmuşdur. Eyni zamanda torpağın məhkəmə qərarı əsasında verildiyi, iddiaçının atasının qanuni istifadəsində olan bağ sahəsi olduğu, yaşayış məntəqəsi torpağı olmaqla 1,0 ha olduğu göstərilmişdir.
5. JN-084A KOD 40800038 torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə də həmin torpaq sahəsinin Bum yaşayış məntəqəsi daxilində yerləşən yaşayış məntəqəsi torpağı olmasını, həmçinin tikinti təyinatlı həyətyanı torpaq sahəsi olmasını təsdiq edir. Beləki, 1996-1998-ci illərdə aparılan islahat zamanı həmin bağın 52,5 sotdan ibarət olan orta hissəsi iddiaçının atasına və 6 nəfər bacı-qardaşına həyətyanı torpaq sahəsi kimi mülkiyyətlərinə verilmişdir. Eyni zamanda həmin Şəhadətnamə də olan torpağın sərhədləri X2 adına olan xx.xx.2011-ci il tarixli 643 nömrəli, 369314 saylı, 2.İddiaçı adına olan xx.xx.2011-ci il tarixli 644 nömrəli 369315 saylı, 3.X12 adına olan 369315 saylı, 3.X12 adı na olan xx.xx.2011-ci il tarixli, 645 nömrəli 369313 saylı plan-ölçü sənədlərində olan sərhədləri ilə üst-üstə düşür.
6. Həmin 1,0 torpaq sahəsinin iddiaçının və mərhum qardaşının mülkiyyətində olmasını Bum qəsəbə yaşayış məntəqəsinin xəritəsi və GOOGLE EARTH proqramı vasitəsilə kosmosdan alınmış və iş materiallarına əlavə edilmiş fotoşəkillər də sübut edir. “Azərbaycan Respublikasında X4 X19nin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması” Qaydalarına görə mülkiyyətçilərin və icarəçilərin istifadələrində olan torpaq sahələri TEKUİS-ə salınmış və rəqəmsal kadastr xəritələri tərtib olunmuşdur. Deməli, həmin proses 2016-cı ildə başlamış 2020-ci ildə başa çatmışdır. Deməli iddiaçının və mərhum qardaşının mülkiyyətində olan torpaq sahəsi TEKUİS məlumatlarında vardır. İddiaçını n vəkilinin sorğusuna cavabdehin verdiyi xx.xx.2022-ci il tarixli **********44 saylı cavab məktubdan görünür ki, 29 iyun 2021-ci il tarixli isə qeydiyyat nömrəsi ********** olan Çıxarışın TEKUİS məlumatlarına əsasən verilmişdir. Torpaqların rəqəmsal xəritəsi 2020-ci ilədək tərtib edilmişdir. Çünki 2023-cü ilin iyun ayında Baş idarənin nümayəndələri Qəbələ rayonunda vətəndaşları qəbul edərkən iddiaçı da qəbulda olmuş, ona elektron xəritədə 1,0 bağının yaşayış məntəqəsi torpağı olduğu göstərilmişdir. Buna baxmayaraq daşınmaz əmlakın 9 saylı ərazi idarəsinin nümayəndələri yeni plan-ölçü tərtib etmişlər və həmin plan-ölçüyə iddiaçıya aid olmayan bələdiyyə aid olan torpaq sahəsini, yəni Bum qəsəbəsinin həmin ərazidə yaşayan sakinlərinin gediş-gəliş yolunu və qonşuların bağ sahələrini salmışlar. Eyni zamanda həmin sənəd 9 saylı Qəbələ rayon ərazi idarəsinin mühəndisi İlkin Əzizov tərəfindən imzalanmış və texniki sənədlər üçün nəzərdə tutulmuş dəftərxana ştampı vurulmuşdur. Həmin xəritənin iddiaçının mülkiyyətinə aidiyyatı yoxdur. 04 may 2024-cü il tarixdə keçirilmiş məhkəmə iclas cavabdehin nümayəndəsi Arif Rəsulova, dediyinə görə, onun tərtib etdiyi yeni plan-ölçü sənədinin, yəni xəritənin Qəbələ rayonu Bum qəsəbə yaşayış məntəqəsinin xəritəsini ona təqdim edərək göstərməsini tələb etsək də, o, məhkəmə kollegiyasının qarşısında bu tələbimizi yerinə yetirməkdən yayındı, çünki belə bir plan-ölçü həmin xəritədə yoxdur. Eyni zamanda onlar saxta sənədlər təqdim edərək məhkəməni aldatmışlar. Axı 7.07.2013-cü il tarixli qeydiyyat nömrəsi ********** olan çıxarışı da, xx.xx.2021-ci il ta rixli qeydiyyat nömrəsi ********** olan çıxarışı da Qədirova (Hacıyeva) Reyhanə Sabir qızının adına, İddiaçı adına, X12 adına olan plan ölçü sənədlərini də həmin Daşınmaz əmlakın 9 saylı ərazi idarəsinin səlahiyyətli nümayəndələri tərtib etmişlər və həmin sənədlər Qəbələ rayon məhkəməsinin 20 iyul 2009-cu il tarixli, 2/025-150 saylı qətnaməsinə əsasən verilmişdir. Məhkəmə iddiaçının məhkəməyə təqdim etdiyi sübutlara hüquqi qiymət verməmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
45. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
46. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyə rək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə
48. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və digər proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdi m olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qər arı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
47. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
48. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
49. Məhkəmə kollegiyası işin materiallarının və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işi n halları tam və hərtərəfli araşdırılmamışdır. Bu baxımdan kassasiya şikayəti apellyasiya instansiya məhkəməsinin qərarının ləğvinin tələb olunduğu hissədə təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv olunmalı, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
50. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
51. Hazırda iddiaçının hüquqi marağı cavabdehin verdiyi xx.xx.2021-ci il tarixli qeydiyyat nömrəsi ********** çıxarışa düzəliş edilərək 0.75 ha mülkiyyətində olan və Qəbələ rayon Bum qəsəbə yaşayış məntəqəsi daxilində yerləşən, təyinatı səhv olaraq kənd təsərrüfatı təyinatlı torpaq kimi qeyd olunmuş bağ torpaq sahəsinin mövcud olan vəziyyətdə statusunun müəyyən edilməsi və y eni çıxarışın verilməsidir.
52. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Qəbələ Rayon Məhkəməsinin 20 iyul 2009-cu il tarixli, 2/025-150/2009 saylı qətnaməsinə əsasən, Qəbələ rayonunun Bum bələdiyyəsinin fondundan, hazırda iddiaçılar İddiaçı və qeyrilərinin istifadəsində olan 1,0 hektar torpaq sahəsinin X1, İddiaçı və X12 mülkiyyətinə verilməsi, həmin 1,0 hektar torpaq sahəsinin iddiaçılar X6, İddiaçı və X12 adına rəsmiləşdirilməsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qəbələ rayon şöbəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Qəbələ ərazi idarəsinə tapşırılması qət edilmiş, həmin qərara istinadən Qəbələ rayonu Bum qəsəbəsində təyinatı “Kənd təsərrüfatı məhsull arı istehsalı” kimi qeyd olunmuş 3300 kv.m torpaq sahəsi ilə bağlı X12, 3300 kv.m torpaq sahəsi ilə bağlı X2, 3400 kv.m torpaq sahəsi ilə bağlı İddiaçı adına torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. xx.xx.2013-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışla Qəbələ rayonu Bum qəsəbəsində yerləşən 1 ha torpaq sahəsi X21, İddiaçı, X13 və X6 ümumi-birgə mülkiyyəti üzrə dövlət qeydiyyatına alınmışdır. Daha sonra xx.xx.2021ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən, xx.xx.2013-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən birgə mülkiyyət üzrə Qəbələ rayonu Bum kəndində yerləşən ümumi sahəsi 1 ha olan torpaq sahəsinin onlara məxsus hissəsindən X14 0.25 ha və X20 0.25 ha, cəmi 0.50 ha hissəsi İddiaçı bağışlanmışdır. xx.xx.2021-ci il tarixl i, **********7 saylı çıxarışa əsasən, Qəbələ rayon, Bum qəsəbəsi ərazisində kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasından olan 1 hektar torpaq sahəsi X12 adına rəsmiləşdirilməklə, X21 və İddiaçı mülkiyyətinə verilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışda təyinatı səhv olaraq kənd təsərrüfatı təyinatlı torpaq kimi qeyd olunmuş 0.75 ha (3/4 hissə) bağ torpaq sahəsinin təyinatının həyətyanı torpaq sahəsi kimi qeyd olunmaqla çıxarışa düzəliş edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır.
53. Cavabdeh inzibati orqan 14 oktyabr 2021-ci il tarixli məktubunda bildirmişdir ki, sözügedən torpaq sahəsi vətəndaşlara torpaq islahatı aparılarkən mülkiyyətlərinə verilməyən suvarılan pay torpaq sahəsinin verilməsi barədə Qəbələ Rayon Məhkəməsinin 20 iyul 2009-cu il tarixli, 2/025-150/2009 saylı qətnaməsi əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
54. Qəbələ rayonu Bum qəsəbəsində yerləşən 0,75 ha torpaq sahəsinin İddiaçı paylı mülkiyyətində olmasına dair tərtib edilmiş xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın verilməsinə əsas olmuş Qəbələ Rayon Məhkəməsinin 2/025-150/2009 saylı qətnaməsi ilə Qəbələ rayonunun Bum bələdiyyəsinin fondundan, İddiaçı və qeyrilərinin istifadəsində olan 1,0 hektar torpaq sahəsinin X1, İddiaçı və X12 mülkiyyətinə verilməsi nəzərdə tutulsa da, qətnamədən torpaq sahəsinin məqsədli təyinatının nədən ibarət olması müəyyən edilmir.
55. Məhkəmə kollegiyası qeyd edir ki, nəyə (hansı sənədə) əsasən İddiaçı verilmiş xx.xx.2021-ci il tarixli çıxarışda torpağın kateqoriyası hissəsində “Kənd təsərrüfatı təyinatlı torpaqlar”, habelə “Torpaq sahəsinin planı və ölçüsü” sənədində torpağın təyinatı “Kənd təsərrüfatı məhsulları istehsalı” kimi yazılması aydın deyil.
56. Bundan başqa, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-084A kod-40800038 nömrəli şəhadətnamədən görünür ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 11 saylı qərarı ilə Qəbələ rayon Bum kənd sakinləri X18, X7, X8, X9, X3, X24 və X10 0.52 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı mülkiyyətinə verilmişdir.
57. Məhkəmə kollegiyası qeyd edir ki, Qəbələ Rayon Məhkəməsinin 20 iyul 2009-cu il tarixli, 2/025-150/2009 saylı qətnaməsində “Torpağın mülkiyyətə verilməsinə dair” JN-084A kod-40800038 nömrəli şəhadətnaməyə istinad olunsa da, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-084A kod-40800038 nömrəli şəhadətnamədə Qəbələ rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 11 saylı qərarı ilə X18 və digər ailə üzvlərinə ayrılmış torpaq sahəsinin hazırkı iddiaçılara qətnamə ilə verilmiş torpaq sahəsinə aidiyyatının nədən ibarət olması müəyyən edilmir.
58. Həmçinin Qəbələ rayon Bum bələdiyyəsi tərəfindən verilmiş 07 yanvar 2022-ci il tarixli, 01 saylı arayışda AR ƏMDK DƏDRX-nin ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli çıxarışı ilə kənd təsərrüfatı təyinatlı kimi qeyd olunmuş, 0.75 ha İddiaçı, 0.25 ha mərhum X12 mülkiyyətinə verilmiş 1.00 ha torpaq sahəsi qeyd olunan şəxslərin ataları mərhum X15 istifadəsindəki bağ sahəsi olmuşdur. Bum qəsəbə yaşay ış məntəqəsi daxilində yerləşir, həyətyanı kateqoriyalı torpaq sahəsidir. Həmin torpaq sahəsində 2000-ci illərdə yaşayış evi tikilmişdir və hal-hazırda həmin yaşayış sahəsində İddiaçı qardaşı X23 yaşayır. Eyni zamanda həmin torpaq sahəsi Bum kənd sakinlərinin həyətyanı torpaq sahələri ilə əhatə olunmuşdur. Qəbələ Rayon Məhkəməsinin 20 iyul 2009-cu il tarixli 2/025150/009 saylı qətnaməsi ilə 1996-1998-ci illərdə aparılmış torpaq islahatı zamanı, mərhum X15 və torpaq sahəsi verilməyən ailə üzvlərinin mülkiyyətinə verildiyi qeyd olunmuşdur.
59. Bundan əlavə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X28 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyinə ə lavədə torpaq sahəsinin yerquruluşu xəritəsinə (DVG) əsasən Qəbələ rayonu Bum qəsəbə İnzibati ərazi dairəsinin sərhədləri daxilində, kateqoriyasının kənd təsərrüfatı təyinatlı torpaqları, uqodiyasının daşlıq-qumluq olan Bum bələdiyyəsinin mülkiyyətinə aid ərazi olması, X4 X11 (TEKUİS) əsasən isə Qəbələ rayonu Bum qəsəbə İnzibati Ərazi Dairəsinin sərhədləri daxilində, kateqoriyası yaşayış məntəqəsi torpaqları, uqodiyası tikinti altı, islahat uqodiyası qumluq olan Bum bələdiyyəsinin mülkiyyətinə aid ərazi olması göstərilmişdir.
60. Məhkəmə kollegiyası bununla əlaqədar qeyd edir ki, torpaq islahatına dair yerquruluşu xəritəsində (DVG) torpaq sahəsinin kateqoriyasının kənd təsərrüfatı təyinatlı, X4 X11 (TEKUİS) əsasən isə yaşayış kateqoriyasına aid olması ilə bağlı məsələ apellyasiya instansiy ası məhkəməsi tərəfindən araşdırılmamışdır. Yəni torpaq sahəsinin kateqoriyası və məqsədli təyinatına dair məlumatların hansı sənədlər (məqsədli təyinatı müəyyənləşdirə, onun dəyişdirilməsi ilə nəticələnə bilən) əsasında daxil edildiyi, belə sənədlər olmadıqda isə daxil edilmiş məlumatların mənbəyi müəyyən edilməmişdir.
61. Bundan başqa, torpaq islahatı ilə bağlı torpaq sahəsinin yerquruluşu xəritəsi əldə edilərək araşdırılmamışdır.
62. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə araşdırılmalı əsas məsələ ilkin torpaq sahəsi ayrılan zaman onun təyinatının kənd təsərrüfatı, yaşayış məntəqəsi, həyətyanı və ya digər təyinatlı olmasının müəyyən edilməsindən ibarətdir. Hazırkı işin halları ilə torpaq sahəsinin ilkin ayrıldığı zaman məqsədli təyinatının nədən ibarət olması aydın deyildir.
63. Bundan başqa, işə təkrar baxan məhkəmə kollegiyası tərəfindən bərabərlik prinsipinin təmin edilməsi məqsədi ilə həmin torpaq sahəsinin əhatə olduğu digər qonşu torpaq sahələrinin də kateqoriyalarının və məqsədli təyinatının nədən ibarət olması istiqamətində araşdırma aparılması zəruri hesab edilə bilər.
64. Kollegiya qeyd edir ki, yuxarıda qeyd olunan halların araşdırılması və müəyyən olunması mübahisəyə dair iş üzrə əsaslı və obyektiv qanunauyğun qərarın qəbulu baxımından xüsusi əhəmiyyət daşıyır. Həmin hallar araşdırılmadan və onlara iş üzrə müəyyən olunmuş digər hallarla birlikdə qiymət verilmədən qəbul olunmuş məhkəmə qərarı əsaslı və obyektiv qərar hesab oluna bilməz.
65. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-247/2024 nömrəli, 1 avqust 2024-cü il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, əlavə araşdırmaya zərurət yarandığından kassasiya şikayəti qalan hissədə təmin edilməməlidir.
66. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-247/2024 nömrəli, 1 avqust 2024-cü il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.