Məhkəmə qərarları › İş №2-1(102)-1671/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1671/2019

01.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1671/2019 01.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı xxxnin cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iş üzrə QƏRAR Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı xxxnin cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı qərarın ləğv edilməsi, qaçqın statusu verilməsi barədə qərarın qəbul edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 07 fevr al 2019-cu il tarixli, 2-1(103)-417/19 saylı qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 01 may 2019cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı İran İslam Respublikasının vətəndaşıdır. Atasının vəfatından sonra xristianlıq dini ilə maraqlanmağa başlamış və dinini dəyişmək qərarına gəlmişdir. Nişanlısının ailəsi polisə şikayət edərək bildirmişlər ki, iddiaçı nişanlısına qarşı xəyanət edib və xristianlıq dinini qəbul etməklə nişanlısının dindar ailəsini hörmətdən salıbdır. Məhkəmə zamanı iddiaçının nişanlısı və ailə üzvləri 3 nəfər şahidlərlə birgə öz şikayətlərini sübut etməyə çalışmış, işə baxan hakim iddiaçının həqiqətən dinini dəyişm əsini soruşduqda o özü üçün problem yaradacağından qorxub buna neqativ cavab vermişdir. Hakim iddiaçıdan onun dinini dəyişdirməməyini təsdiq edəcək 3 şahid dəvət etməsini tələb etməklə məhkəmə iclasını növbəti günə təxirə salmış, iddiaçı həmin gün bilet alaraq Türkiyəyə, oradan Gürcüstana getmiş, bir neçə gün sonra 29.12.2017-ci il tarixdə Azərbaycan Respublikasına gəlmişdir. Sonradan öyrənmişdir ki, öz ölkəsində işə baxan məhkəmə onu “günah” törətməkdə təqsirli hesab edib, lakin qərar barədə məlumatı yoxdur. O xristianlıq dinini qəbul etməsi iddialarına həbs olunacağından qorxduğu üçün geri qayıtmaq istəmir. İddiaçı “qaçqın” statusunun alınması barədə cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etsə də, cavabdeh - inzibati orqanın İQ-66/1 saylı 11.06.2018-ci il ta rixli qərarı ilə ona “qaçqın” statusunun verilməsindən imtina edilmişdir. O həmin qərardan inzibati şikayət versə də, cavabdeh - inzibati orqanın 162 saylı 13.08.2018-ci il tarixli qərarı ilə tələbi təmin edilməmişdir. Həmin qərar əsassız olduğundan məhkəmə tərəfindən ləğv edilməlidir. İddiaçı xxx cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İQ-66/1 nömrəli, 11.06.2018-ci il tarixli və 162 nömrəli, 13.08.2018-cı il tarixli qərarlarının ləğv edilməsi, X2 “qaçqın statusu verilməsi haqqında" vəsatətinin təmin edilərək, ona “qaçqın" statusu verilməsi barədə qərarın qəbul edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiy a məhkəməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsinin 01.11.2018-ci il tarixli iş № 2-1(81)-4322/2018, (sədrlik edən hakim A.Abdullayeva) qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 01.11.2018-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 07.02.2019-cu il tarixli iş № 2-1(103)417/2019 (hakimlər V.Baxışova - sədrlik edən və məruzəçi, E.Nağıyeva və H.Həmidov) qərarı ilə birinci instansiya məhkəməsinin 01.11.2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya ş ikayətinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçı kasasiya şikayətini onunla əsaslandırmışdır ki,kasatorun verdiyi müsahibə ilə müəyyən olunur ki, onun vətəndaşı olduğu ölkədə xristianlıq dinini qəbul etməsi və dinini dəyişməsi üçün həbs olunması və işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalması riski vardır. Özünün həyat və sağlamlığına real təhlükə olduğu üçün o, vətəndaşı olduğu ölkəni tərk edərək Türkiyə Respublikasına gedib, lakin Türkiyə Respublikasında İslam dinindən Xristian dininə keçən insanlara qarşı cəmiyyətin mövqeyi mənfi olduğundan və özünə təhlükə hiss etdiyi üçün o, məcburiyyət qarşısında qalaraq Azərbaycan Respublikasına gəlib. Azərbaycan Respublikasında uğurla aparılan “multikulturalizm və dinlər ar asında dialoq” dövlət siyasətinin nəticəsi kimi öz həyat və sağlamlığına təhlükə hiss etmədiyi üçün Azərbaycan Respublikası dövlətindən “qaçqın” statusunun alınması üçün müraciət etmək qərarına gəlib. Qeyd edilməlidir ki, kasatorun Azərbaycan Respublikasına və digər ölkələrə getməsi və İrana qayıtması onun İranda olan məhkəmədə işə baxılma dövründən əvvəl olmuşdur. Onun barəsində İran Məhkəməsi qərar (hökm) çıxardığı tarixdən sonra kasator İran İslam Respublikasına getməmiş və Azərbaycan Respublikasında qaçqın statusunun verilməsinə dair vəsatətlə cavabdeh inzibati orqana müraciət etmişdir. Bu səbəbdən də, kasatorun verdiyi müsahibə əsaslı, məhkəmənin gəldiyi nəticə isə əsassızdır. Kasatorun öz ölkəsinə qayıdacağı təqdirdə onun həyat və sağlamlığı üçün təhlükə mövcuddur və bu təhlükə reald ır. Qeyd olunan hal nüfuzlu beynəlxalq təşkilatların hesabatları ilə təsdiq olunsa da, işə baxan apelyasiya instansiyası məhkəməsi bunu nəzərə almamışdır. Kasator vətəndaşı olduğu İslam ölkəsində Xristianlıq dinini qəbul etdiyinə görə dövlət orqanları tərəfindən təqib olunur və onun qərəzli həbs, təhdid saxlanma ilə üzləşmək təhlükəsi vardır. Nəticədə o, vətəndaşı olduğu ölkənin himayəsindən istifadə edə bilmir. Bu səbəbdən də apelyatorun izahatı mötəbərdir, çünki həm daxili (müfəssəlik və ardıcıllıq), həm də xarici (Mənşə ölkə haqqında Məlumata uyğunluq) amillərinin tələbatlarını ödəyir. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsi İnzibatiİqtisadi Kollegiyasının 07 fevral 2019-cu il tarixli, 2-1(103)-417/2019 saylı qərarının ləğv edilməsin i, X2 iddiasının təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini və ya işi yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 07.02.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər mə hkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasına vəkilsiz gəldiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 07.02.2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiy a instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə qəbul etdiyi 07 fevral 2019-cu il tarixli, 2-1(103)-417/2019 saylı qərarla, iddiaçı X2 apelyasiya şikayətinin təmin edilməməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 01 noyabr 2018-ci il tarixli, 21(82)-4322/18 saylı qərarının dəyişdirilmədən saxlanılması qənaətinə gələrkən, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun 1, 10, 12, 13-cü maddələrinə istinad etməklə belə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Məhkəmə kollegiyası iddiaçının kasasiya şikayəti ilə əlaqədar olaraq ilk öncə onu qeyd etməyi zəruri hesab edir ki, iddiaçının dəlillərinin yeganə mənbəyi faktiki olaraq onun verdiyi müsahibə, yəni, izahatdır. Eyni zamanda iddiaçı kasasiya şikayətində nüfuzlu beynəlxalq təşkilatların hesabatlarıdır. Həmin hesabatlara gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, həmin hesabatlar ümumi xarakter daş ımaqla həmin təşkilatların özlərinin sözügedən məsələyə dair qənaətidir və təbii ki, iddiaçının adı orada hallandırılmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsində deyilir ki, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanu nlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Bununla əlaqədar olaraq qeyd edilməlidir ki, iddiaçının vətəndaşı olduğu ölkədə, yəni, İranda xristianlıq dinini qəbul etməsi və dinini dəyişməsi üçün həbs olunması və işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalması riskinin olması yuxarıda artıq göstərildiyi kimi yalnız iddiaçının cavabdeh orqana verdiyi müsahibəsində, yəni, izahatında öz əksini tapmış, sözügedən məsələ ilə bağlı iddiaçı tərəfindən məhkəməyə hər hansı bir mötəbər süb ut təqdim edilməmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İran İslam Respublikasının vətəndaşı 1988-ci il təvəllüdlü X3 16 mart 2018-ci il tarixdə qaçqın statusu verilməsi haqqında vəsatətlə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, onunla müsahibə keçirildikdən sonra Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 11 iyun 2018-ci il tarixli İQ66/1 saylı qərarına əsasən qaçqın statusu verilməsindən imtina edilməsi qərara alınmış, həmin qərardan yuxarı inzibati orqana iddiaçı tərəfindən edilmiş şikayət 13 avqust 2018-ci il tarixli qərarla təmin edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, həmin mübahisəni həll edərkən apelyasiya instansiyası məhkəməsi düzgün olaraq BMT Baş Məclisinin 28 iy ul 1951-ci il tarixli qətnaməsi ilə qəbul edilmiş “Qaçqınların statusu haqqında” Konvensiyanın 1-ci maddəsinə istinad etmiş, belə ki, həmin maddəyə əsasən bu konvensiyada “qaçqın” dedikdə elə bir şəxs nəzərdə tutulur ki, o: 1) 1926-cı il 12 may və 1928-ci il 30 iyun sazişlərin, 1933-cü il 28 oktyabr və 1938-ci il 10 fevral konvensiyalarına, 1939-cu il 14 sentyabr Protokoluna və ya X1 nizamnaməsinə görə qaçqın sayılmışdır: X1 öz fəaliyyəti dövründə qaçqın sayılmaq hüququndan imtina haqqında çıxardığı qərarlar bu bölmənin 2-ci bəndində müəyyənləşdirilmiş şərtlərə uyğun gələn şəxslərə qaçqın statusu verilməsinə mane olmur; 2) 1951-ci il yanvarın 1-dək baş vermiş hadisələr nəticəsində və irqi, dini əlamət, vətəndaşlıq, müəyyən sosial qrupa mənsubiyyət və ya siyasi əqidə üzündən təqib qurbanı o lmaq barədə tam əsaslı ehtiyatlara görə vətəndaşı olduğu ölkədən kənardadır və həmin ölkənin himayəsindən istifadə edə bilmir və ya bu cür ehtiyatlar üzündən istifadə etmək istəmir: və ya müəyyən vətəndaşlığı olmadan və həmin hadisələr nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalaraq bu cür ehtiyatlar üzündən oraya qayıda bilmir. Apelyasiya instansiyası məhkəməsi həmçinin “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununa doğru olaraq əsaslanmışdır, belə ki, həmin Qanunun 1-ci maddəsinə görə qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzü ndən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb, oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Qanunun 10-cu maddəsinə əsasən qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxılində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq i cra hakimiyyəti orqanı müəyyənləşdirir. Qanunun 12-ci maddəsinə görə qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verılməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. Qanunun 13-cü maddəsinin birinci hissəsinə müvafiq olaraq şəxsə qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 3-cü bəndinə əsasən, “Qaçqın” statusu almaq niyyətində olan şəxsin vəsatətini qəbul edən Dövlət Miqrasiya Xidməti vəsatəti dərhal qeydiyyata alır və şəxslə aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə, vəsatətin baxılması və ya vəsatətə baxılmaqdan imtina edilməsi haqqında qərar qəbul edir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçı vətəndaşı olduğu ölkəyə qayıtmaq istəməməsini orada ailə üzvləri tərəfindən nişanlısına xəyanət etməsi və xristian dinini qəbul etməsi ilə əlaqədar məhkəməyə verilməsi, bu səbəblərə görə təqibə məruz qalması ilə əlaqələndirmək istəsə də, müsahibə zam anı verdiyi izahatlardan onun təhdid və təqibə məruz qaldığı aşkar olunmamışdır. İddiaçı 2017-ci ilin iyul ayına kimi heç bir təqib qorxusu olmadan öz mənşə ölkəsində yaşamış, vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, vətəndaşı olduğu ölkədə hər hansı səbəbdən təqibə məruz qalmamışdır. Müsahibə zamanı iddiaçı Xristian olmadığını, heç vaxt Xristian kilsəsinə getmədiyini, İslam dininə mənsub olduğunu göstərmiş, eyni zamanda bildirmişdir ki, öz ölkəsində dövlət orqanları tərəfindən barəsində həbs qərarı verilməsi bərədə dəqiq məlumatı yoxdur, bunu yalnız ehtimal edir. Eyni zamanda, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, 2017-ci il ərzində 7 dəfə Azərbaycan Respublikasına gəlib-getmiş, həmin səfərlər ərzində qaçqın statusu almağa təşəbbüs göstərməmiş, 23 iyul 2017-ci ildə Türkiyə Respublikasında 7 gün qaldığına baxmayaraq yerli icra hakimiyyəti orqanlarına qaçqın statusu verilməsi ilə bağlı müraciət etməmişdir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, iddiaçı öz ölkəsinə sərbəst gedibgəlmək imkanına malik olmuşdur. Əgər iddiaçının həqiqətən öz ölkəsində təqibə məruz qaldığına görə digər ölkənin himayəsinə ehtiyacı olsaydı, getdiyi ilk xarici ölkəyə «qaçqın» statusu almaq üçün müraciət etməli idi. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 07 fevral 2019-cu il tarixli qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hiss ə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69 və 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı xxxnin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 07 fevral 2019-cu il tarixli, 2-1(103)-417/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar