Məhkəmə qərarları › İş №2-1(102)-1671/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1671/2021

20.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1671/2021 20.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Təhsil Nazirliyi Təhsildə X1rşı iş üzrə QƏRARİ Açar sözlər: diplom üzrə ixtisasın tanınması Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı vəkili Vəkil2 qızı, cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyi Təhsildə Keyfiyyət Təminatı Agentliyinin nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyi Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (bundan s onra cavabdeh) qarşı “diplomun ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) və müvafiq şəhadətnamə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1149/2021 saylı, 19 may 2021-ci il tarixli qərarından iddiaçının verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı 2001-2004-cü illərdə Dağıstan Dövlət Universitetinin tələbəsi olmuşdur.

2. Bakalavr diplomuna əsasən iddiaçı 2006-cı ildə maliyyə və kredit ixtisası üzrə Rusiya Federasiyasının Dağıstan Dövlət Universitetini bitirmişdir və ona iqtisadçı ixtisaslaşması verilmişdir. Həmin diplom Rusiya Federasiyası Elm və təhsil nazirliyi Elm və təhsil sahəsin də nəzarət üzrə federal xidmət tərəfindən apostil olunmuşdur.

3. Dağıstan Dövlət Universiteti tərəfindən verilmiş 3836 qeydiyyat nömrəli bakalavr diplomunun əlavəsində iddiaçının təhsil aldığı fənlərin siyahısı və akademik saatların miqdarı göstərilmişdir.

4. Azərbaycan Respublikası 1 saylı yerli İqtisad Məhkəməsinin 2398/4-4892006 nömrəli, 20.06.2007-ci il tarixli qətnaməsinə əsasən həmin iş üzrə iddiaçı Azərbaycan Respublikasının Təhsil Nazirliyinin iddiasına əsasən cavabdeh Dağıstan Dövlət Universitetinin Ə.Əliyev adına Bakı filialının fəaliyyəti dayandırılsa da məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, Dağıstan Dövlət Universitetinin Ə.Əliyev adına Bakı filialında təhsil alan şəxslərin təhsil hüquqları qanunauyğun olaraq qorunmalı və həmin şəxslərə təhsillərini davam etdirmələri üçü n şərait yaradılmalıddır, bundan başqa həmin təhsil müəssisəsində qətnamə qəbul olunana qədər təhsil alıb və bu barədə müvafiq sənəd almış tələblərin təhsil sənədlərinin etibarsız hesab edilməsi qanunauyğun hesab edilmir, bu əsasla məhkəmə iddianı Dağıstan Dövlət Universitetinin Ə.Əliyev adına Bakı filialının fəaliyyətə başladığı gündən qətnamə qəbul edilən dövrə qədər verilmiş təhsil sənədlərinin etibarsız hesab edilməsi hissəsində təmin etməmişdir.

5. Cavabdehin iddiaçıya ünvanladığı 21.10.2019-cu il tarixli məktubla bildirilmişdir ki, 25.05.2018-ci il tarixli elektron müraciətin nəticəsi barədə iddiaçıya 10.09.2018-ci ildə elektron xidmət vasitəsilə məlumat verilmişdir. Həmin məktubun əlavəsində qeyd edilmişdir ki, iddiaçının ali təhsil sənədlərinin araşdırılması zamanı Rusiya Federasiy ası Dağıstan Dövlət Universitetinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddətdə olduğuna görə diploma əlavədə qeyd olunan tədris yükünün yerinə yetirilməsinin mümkün olmadığından iddiaçıya Rusiya Federasiyası Dağıstan Dövlət Universiteti tərəfindən verilmiş DİS ******* nömrəli, 01.07.2006-cı il tarixli diplom üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün deyil. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı 15 noyabr 2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, diplomun ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) və müvafiq şəhadətnamə verilməsi öhdəl iyinin cavabdeh Təhsil Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 2001-ci il tarixdə orta məktəbi bitirdikdən sonra ali təhsil almaq üçün sənədlərini Bakı şəhərində fəaliyyət göstərən Dağıstan Dövlət Universitetinin Bakı filialına təqdim etmiş və imtahanları uğurla keçərək həmin ali məktəbin “İqtisadiyyat” fakültəsinə qəbul olunmuşdur. Hazırki iddia ərizəsinə əlavə edilən tələbə biletinin təsdiq olunmuş surətindən də görünür ki, iddiaçı həqiqətən də 2001-ci il tarixdə əyani olaraq İqtisadiyyat fakültəsinə daxil olaraq, 4 illik təhsil müddəti ərzində təhsil kursunu uğurla keçmişdir. Bu səbəbdən də “Dağıstan Dövlət Universiteti”nin rektorunun 26 iyun 2006-cı il tarixli 1869-C saylı əmrindən çıxarışla iddiaçının ali təhsili başa vurması və diplomla təmin olunması qərara alınmışdır. İddia ərizəsinə əlavə edilən 01.07.2006-cı il tarixli ******* nömrəli diplomdan da görünür ki, həqiqətən də İddiaçı “Maliyyə kredit” ixtisası üzrə iqtisadçı ixtisaslaşması verilmişdir. İddia ərizəsinə əlavə edilən 01 iyul 2006-cı il tarixli diploma əlavə də iddiaçının təhsil müddətini uğurla başa vurduğunu tam olaraq sübuta yetirir. Həm diplom, həm də ki diploma əlavə Rusiya Federasiyasında apostil olunmuşdur. Bunun özü də hər iki sənədin həqiqi olduğunu sübuta yetirən haldır. İddiaçı ötən ilin ortalarında iddiaçı sənədlərini hazırlayaraq, diplom üzrə ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsi üçün aidiyyəti üzrə Azərbaycan Respublikası Təhsil Nazirliyinə təqdim etmiş və müvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Lakin cavabdeh inzibati orqan tərəfindən qəbul edilən 10.09.2018-ci il tarixli qərarda qeyd edilmişdir ki, Rusiya Federasiyasının Dağıstan Dövlət Universitetinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirmək qeyri mümkün olduğu üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalar”ının 3.7-ci bəndinə əsasən iddiaçının diplom üzrə aldığı ixtisasın tanınması mümkün hesab edilməmişdir. Cavabdeh inzibati orqanın bu qərarının ötən ilin ortalarında çıxarılmasına baxmayaraq, iddiaçıya bu barədə heç bir məlumat verilməmişdir. İddiaçı bu barədə təkrar ərizə ilə müraciət etdikdən sonra 21.10.2019-cu il tarixdə cavabdeh inzibati orqandan əldə etdiyi Ə-659/03-ANİ saylı məktubla məlumatlandırılmışdır. Lakin iddiaçı inzibati orqanın bu cavabı ilə razı deyildir. Cavabdeh inzibati orqanın qərarı ona görə qanunsuzdur ki, iddiaçının əyani təhsil aldığı təhsil müəssisəsi “Dağıstan Dövlət Universitetinin Bakı filialı” olduğu üçün iddiaçı da məhz Bakı şəhərində təhsil almış, bu səbəbdən də ölkəni tərk etməyə zərurət olmamışdır. Həmçinin Təhsil Nazirliyi təqdim edilən sənədləri araşdırarkən o halı nəzərə almamışdır ki, diplom Rusiyada Federasiyası tərəfindən apostil olunmuşdur. Bunun özü də diplomun rəsmi olduğunu, Rusiya Federasiyasının həmin sənədi tanıdığını v ə legitim olduğunu göstərir.

8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1882/2020 saylı, 22 oktyabr 2020-ci il tarixli qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi əsl cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə əvəz edilmişdir.

9. Bakı İnzibati Məhkəməsinin (hakim X3, 2-1(112)-1882/2020 saylı iş) 30.11.2020-ci il tarixli qərarı ilə iddia təmin edilərək iddiaçıya “Dağıstan Dövlət Universiteti” ( Bakı filialı) tərəfindən verilmiş DİS ******* nömrəli ali təhsil haqqında əldə etdiyi bakalavr diplomu üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən (nostrifikasiya) olunması vəzifəsi cavabdehə həvalə edilmişdir.

10. Birinci instansiya məhkəməsi qərarını əsaslandırarkən qeyd etmişdir ki, iddiaçı Dağıstan Dövlət Universitetinin Ə.Əliyev adına Bakı filialında təh sil almışdır və həmin filial Bakı şəhərində yerləşdiyi üçün iddiaçının Rusiya Federasiyasının ərazisinə getməsinə ehtiyac və zərurət olmamışdır. Rusiya Federasiyası Dağıstan Dövlət Universitetinin Ə.Əliyev adına Bakı filialının fəaliyyəti qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən dayandırılsa da məhkəmə tərəfindən həmin filialın fəaliyyət göstərdiyi müddətdə verdiyi təhsil və sənədlər qanunauyğun hesab edilmişdir.

11. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

12. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X6məruzəçi, X4 və X5, 2-1(103)-1149/2021 saylı iş) 19 may 2021-cu il tarixli qərarı ilə cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edi lərək, Bakı İnzibati Məhkəməsinin 30.11.2020-ci il tarixli, qərarı ləğv edilmiş, yeni qərar qəbul edilərək iddia rədd edilmişdir.

13. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının təhsil aldığı Rusiya Federasiyasının Dağıstan Dövlət Universitetinin Bakı filialı Azərbaycan Respublikasında qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatına alınmadan və lisenziyası olmadan fəaliyyət göstərdiyindən iddiaçıya verilən ali təhsil diplomu tanına bilməz.

14. İddiaçı 21 iyun 2021-ci il tarixdə qərarın surətini almış, 20 iyul 2021-ci il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayəti nin dəlilləri

15. Apellyasıya instansiyası məhkəməsi qərarda göstərmişdir ki, iddiaçının təhsil aldığı təhsil müəssisəsi Azərbaycan Respublıkasında dövlət qeydiyyatına alınmadan və lisenziya olmadan fəaliyyət göstərdiyindən iddiaçıya verilən ali təhsil diplomu tanına bilməz.

16. Qeyd olunan halla bağlı qanuni qüvvəsini almış məhkəmə aktı olduğuna görə apelyasiya instansiya məhkəməsi həmin hissədə hüquqi əsaslandırma apara bilməzdi.

17. Cavabdehin və məhkəmə kollegiyasının özünün istinad etdiyi 1 saylı Bakı yerli iqtisad Məhkəməsinin 20.06.2007-ci il tarixli qətnaməsi ilə Təhsil Nazirliyinin iddia tələbi “Dağıstan Dövlət Universiteti nin Bakı filialının fəaliyyətinin dayandırılması hissəsində təmin edilsə də, Filialda təhsil alan və təhsilini başa vurmayan tələbələrin müvafiq təhsil müəssis ələrində yerləşdirilmələrinin Azərbaycan Respublikası Təhsil Nazirliyinə həvalə olunması qət edilmiş, iddia tələbi “Filial fəaliyyətə başladığı gündən halhazıradək verilmiş diplomların etibarsız sayılması” hissəsində rədd edilmişdir. Qətnaməyə görə Dağıstan Dövlət Universitetinin Bakı Filialında təhsilini hər hansı səbəbdən başa vurmamış (o cümlədən müvafiq tədris kursunu müvəffəqiyyətlə başa vurmadan təkrar həmin kursda saxlanılmış) tələbələrin Filialın fəaliyyətinin dayandırılmasına qədər olan dövrdəki təhsilləri qanuni sayılmışdır, onlar həmin yarımçıq qalmış təhsilin bazasında təhsillərini davam etdirərək diplom almaq hüququ qazanmış olurlar.

18. Cavabdehin istinad etdiyi hal yalnız Azərbaycan Respublikasının təhsil müəssisələrinə və həmin müəssisələrdə təhsil almış tələbələrə şamil ol unur ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyi Rusiya Federasiyası və digər xarici dövlətlərin təhsil müəssisələrinə Azərbaycanlı tələbələr üçün məxsusi olaraq “Azərbaycan dili”, “Azərbaycan tarixi”, “Azərbaycan ədəbiyyatı”, “Azərbaycan coğrafiyası” fənlərinin məcburi tədrisini təşkil etmək kimi göstəriş verə bilməz. Bu imtinanın əsası nə, Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nda, nə də ki, Azərbaycan Respublikasının 13 may 2003-cü İl tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında Saziş”də öz əksini tapmamışdır. 19. “İnzibati icraat haqqında” Qanunun 20.2-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludurlar. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

21. İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir.

22. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə kollegiyasının iclasında şikayətin dəlilləri ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq 23. “Təhsil haqqında” Qanun: Maddə. 27.1. Azərbaycan Respublikasında təhsil fəaliyyəti üçün хüsusi razılığı (lisenziyası) olan və dövlət akkreditasiyasından keçmiş təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilir (19 iyun 2020-ci ilə qədər olan redaksiya). Maddə 27.4. Xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Maddə 29.0.21. Xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarını müəyyən etmək, ixtisasların tanınmasını və nostrifikasiyasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Maddə 44.2. Azərb aycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. 24. 8 sentyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikasının 1992-ci il 7 oktyabr tarixli 324 nömrəli Təhsil Qanunu: Maddə

13. Təhsil müəssisələri müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatından keçdikdən sonra hüquqi şəxs statusu alırlar. Azərbaycan Respublikası Prezidentinin 203 nömrəli 01.03.2005-ci il Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.2 78.28-ci bəndlərinə görə nazirlik xarici ölkələrin ali təhsil sahəsində ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsini (nostrifikasiyası) keçirir və xarici ölkələrdə alınmış təhsil sənədlərinin nostrifikasiya qaydalarına müvafiq komissiya yaradır, vətəndaşlara sənədlərin ekvivalentliyi haqqında şəhadətnamələr verir. 25. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 05.09.2009-cu il tarixli, 156 nömrəli Fərmanının 2.2-ci bəndində əsasən Qanunun 29.0.21 və 44.2-ci maddəsində (xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarının müəyyən olunması üzrə) nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata ke çirir.

26. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli, 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”yə görə nazirlik xarici ölkələrdə alınmış təhsil sənədlərinin nostrifikasiya qaydalarına uyğun müvafiq komissiya yaradır, vətəndaşlara sənədlərin ekvivalentliyi haqqında şəhadətnamələr verir.

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları: -1.1-ci bənd. Bu Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməs i ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır; -1.6-cı bənd. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir; -3.2-ci bənd. Ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: - ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahə sində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; - xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). -3.6-cı bənd. Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu; -3.7-ci bənd. 3.6-cı bənddə gö stərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə t əhsil formasına yol verilmədikdə. 28. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 4.1-ci maddəsi: Azərbaycan Respublikasının ərazisində hüquqi şəxs statusu almaq istəyən qurum, habelə xarici hüquqi şəxsin nümayəndəliyi və ya filialı dövlət qeydiyyatına alınmalı və dövlət reyestrinə daxil edilməlidir. Kommersiya təşkilatları, habelə xarici hüquqi şəxslərin nümayəndəlikləri və ya filialları yalnız dövlət qeydiyyatına alındıqdan sonra fəaliyyət göstərə bilərlər. 29. “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar: 1.5-ci bənd. Xarici hüq uqi və fiziki şəxslər, habelə xarici hüquqi şəxslərin filialları və nümayəndəlikləri öz ölkələrində bu qaydalarda göstərilən fəaliyyət növü ilə məşğul olmaq üçün aldıqları lisenziyaların Azərbaycan Respublikasında tanınmasını müəyyən edən dövlətlərarası saziş olmadığı halda, həmin fəaliyyət növü ilə məşğul olmaq üçün bu Qaydalara uyğun olaraq lisenziya almalıdırlar. Qaydaların 2 №-li əlavəsinə əsasən ali təhsil sahəsində fəaliyyətin göstərilməsi üçün xüsusi razılıq (lisenziya) alınması tələb olunur.

30. İnzibati Prosessual Məcəllə: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə

58. Sübutların araşdırılması qaydası (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instans iyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat (-). 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apelyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apelyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. (-). 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

31. Kasasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş, formal bax ımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

32. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. 34. 3836 qeydiyyat nömrəli 1 iyul 2006-cı il tarixli bakalavr diplomuna əsasən iddiaçı 2006-cı ildə maliyyə və kredit ixtisası üzrə Rusiya Federasiyasının Dağıstan Dövlət Universitetini (Bakı filialını) biti rmiş və dövlət attestasiya komissiyasının 26 iyun 2006-cı il tarixli qərarı ilə ona iqtisadçı ixtisaslaşması verilmişdir. Diplom Rusiya Federasiyası Elm və təhsil nazirliyi Elm və təhsil sahəsində nəzarət üzrə federal xidmət tərəfindən apostil olunmuşdur.

35. İddiaçı diplom üzrə ixtisasın tanınması barədə məhkəməyə müraciət etmiş və mübahisə ilə bağlı yuxarıda qeyd edilın məhkəmə qərarları qəbul edilmişdir.

36. İddiaçının şikayətinin dəlillərinə görə təhsil aldığı Bakı filialının fəaliyyəti o, təhsil və diplom aldıqdan sonra məhkəmə qərarı ilə dayandırılmışdır. Məhkəmə qərarında təhsil almış məzunların diplomlarının etibarsız sayılması barədə nazirliyin iddiası rədd edildiyindən onun diplomu tanınmalıdır.

37. Kasasiya şikayətlərinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qe yd edir.

38. Qanuni qüvvəsini almış 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 20 iyun 2007-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, Rusiya Federasiyasının Dağıstan Dövlət Universitetinin Bakı filialı Azərbaycan Respublikasında qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatına alınmadan və lisenziya almadan fəaliyyətə başlamış və fəaliyyət göstərmişdir. Ona görə də onun fəaliyyəti qanuna uyğun hesab edilə bilməz və bu fəaliyyət dayandırılmalıdır. 39. 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 20 iyun 2007-ci il tarixli qətnaməsindən həmçinin görünür ki, qətnamə ilə iddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinin cavabdeh Dağısan Dövlət Universitetinin Bakı Filialına qarşı iddiası qismən təmin edilərək, Filialın fəaliyyətinin dayandırılması və onda təhsil alan və təhsilini başa vu rmayan tələbələrin müvafiq təhsil müəssisələrində yerləşdirilməsinin Azərbaycan Respublikası Təhsil Nazirliyinə həvalə olunması qət edilmiş, iddia tələbi “Filial fəaliyyətə başladığı gündən hal-hazıradək verilmiş diplomların etibarsız sayılması” hissəsində rədd edilmişdir.

40. Qətnaməyə görə Dağıstan Dövlət Universitetinin Bakı Filialında təhsilini hər hansı səbəbdən başa vurmamış (o cümlədən müvafiq tədris kursunu müvəffəqiyyətlə başa vurmadan təkrar həmin kursda saxlanılmış) tələbələrin Filialın fəaliyyətinin dayandırılmasına qədər olan dövrdəki təhsilləri qanuni sayılmışdır, çünki, onlar həmin yarımçıq qalmış təhsilin bazasında təhsillərini (bir neçə ay, 1 il, 1 il yarım və s.) davam etdirərək diplom almaq hüququ qazanmış olurlar.

41. Xüsusilə qeyd edilməlidir ki, nazirliyin Filial fə aliyyətə başladığı gündən iddia ərizəsi təqdim edilənədək verilmiş diplomların etibarsız sayılmasına dair iddiası təmin edilməmişdir.

42. İddiaçı da məhkəmə tərəfindən qətnamə qəbul edildikdən əvvəl-2006-cı ildə Filialı bitirmiş və 1 iyul 2006-cı ildə ona diplom verilmişdir.

43. Odur ki, iddiaçı 26 iyun 2006-cı ildə təhsilini başa vurduğuna görə aldığı diplom üzrə ona ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə şəhadətnamə verilməsindən cavabdehin imtinası qanuna uyğun olmamışdır.

44. Məhkəmə kollegiyası Ali Məhkəmənin İnzibati kollegiyasının əvvəllər qəbul edilmiş 2-1(102)-1761/2020 saylı 30 sentyabr 2020-ci il tarixli qərarında olan mövqeyini təkrarlayaraq qeyd edir ki, məhkəmə tərəfindən qətnamə qəbul edilənə qədər Filial tərəfindən verilmiş diplomların etibarsız sa yılmasına dair iddianın rədd edilməsi barədə qanuni qüvvəyə minmiş 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 20 iyun 2007-ci il tarixli qətnaməsi mövcud olduğundan hazırkı vəziyyətdə apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmamışdır.

45. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə əlavə araşdırmaya zərurət olmadığından iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməli, iddia təmin edilərək iddiaçıya “Dağıstan Dövlət Universiteti” ( Bakı filialı) tərəfindən verilmiş DİS ******* nömrəli ali təhsil haqqında əldə etdiyi bakalavr diplomu üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən (nostrifikasiya) olunması vəzifəsi cavabdehə həvalə edilməli, kasasiya şikayəti təmin edilməlidir.

46. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri və Azərbaycan Re spublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin olunsun. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1149/2021 nömrəli 19 may 2021-ci il tarixli qərarı ləğv edilsin. İddia təmin edilsin. İddiaçı “Dağıstan Dövlət Universiteti” ( Bakı filialı) tərəfindən verilmiş DİS ******* nömrəli ali təhsil haqqında əldə etdiyi bakalavr diplomu üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən (nostrifikasiya) olunması vəzifəsi cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə həvalə edilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar