Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1672/2019 01.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iş üzrə QƏRAR Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, İddiaçı və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 21 fevral 2019-cu il tari xli, 2-1(103)-532/19 saylı qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 01 may 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 01 fevral 1988-ci ildən 09.10.1991-ci ilə kimi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Füzuli rayonu ərazisində gedən döyüşlərdə iştirak etmişdir. Bununla əlaqədar müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün rəsmi olaraq ərizə ilə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etmiş, lakin müraciətinə imtina cavabı verilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsinin 26.11.2018-ci il tarixli iş № 2-1(81)-2943/2018, (sədrlik edən hakim M.Hacıbəyova) qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdehapelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 26.11.2018-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qərarın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 21.02.2019-cu il tarixli iş № 2-1(103)532/ 2019 (hakimlər V.Baxışova - sədrlik edən və məruzəçi, E.Nağıyeva və H.Həmidov) qərarı ilə apelyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin 26.11.2018-ci il tarixli qərarının ləğv edilməsi, iddianın rədd edilməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçı kasasiya şikayətini onunla əsaslandırmışdır ki,Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin 07 noyabr 2017-ci il tarixli 689 nömrəli arayışına əsasən İddiaçı həqiqətən 31 may 1983-cü ildən 04 may 1985-ci il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmiş, 02 oktyabr 1986-cı il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin 04 oktyabr 2018-ci il tarixli, 708 nömrəli Arayışından görünür ki, xx xxxxxx 1964-cü il təvəllüdlü İddiaçı adı həqiqətən Füzuli rayon İcra Hakimiyyətinin başçısı tərəfindən təsdiq olunmuş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı Füzuli rayonu ərazisində könüllü yerli özünümüdafiə dəstələrinin tərkibində 01 fevral 1988-ci il tarixdən 09 oktyabr 1991-ci il tarixədək olan dövrdə aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin adlı siyahısında 36-cı sayda göstərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası 21 fevral 2019-cu il tarixli, 21(103)-532/2019 saylı qərarını əsaslandırarkən yuxarıda qeyd edilən Arayışa is tinad etmiş, lakin göstərmişdir ki, iddiaçının döyüş əməliyyatlarında iştirakını təsdiq edən digər sübutlar nə cavabdeh orqana, nə də məhkəməyə təqdim edilməmişdir, iddiaçının hərbi biletində onun səfərbərlik üzrə hərbi xidmətdən ehtiyata buraxılması barədə qeyd edilməmiş, bu barədə arxivdən əmr təqdim edilməmişdir. Hesab edir, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmalı olduğu halda bunu etməmişdir. Çünki iş materiallarında olan Füzuli rayon İcra Hakimiyyətinin 09 oktyabr 2017-ci il tarixli, 02/94 saylı arayışından görünür ki, İddiaçı 01 fevral 1988-ci il tarixdən 09 oktyabr 1991-ci il tarixədək olan dövrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Füzuli rayonu ərazisində könüllü özünümüdafiə dəstəsinin tərki bində erməni millətçi quldur dəstələrinə qarşı aparılan döyüş əməliyyatlarında iştirak etmişdir. Lakin Bakı Apelyasiya Məhkəməsi nədənsə öz qərarında Füzuli rayon İcra Hakimiyyətinin 09 oktyabr 2017-ci il tarixli, 02/94 saylı arayışını nəzərə almamış, habelə nəzərə almamasının səbəbini belə izah etməmişdir. Apelyasiya instansiyası məhkəməsi cavabdeh orqanın məktubuna istinad etsə də, nəzərə almamışdır ki, iddiaçı arxiv sənədlərinin mövcudluğuna və ya salamatlığına görə məsuliyyət daşımır. Bundan başqa, cavabdeh orqanın məktubunda “arxiv sənədlərində aşkar edilmir” deyil, “arxiv sənədləri olmadığı üçün” qeyd edilir. Deməli, arxiv sənədlərinin mövcudluğu şübhə altındadır. Füzuli rayonunun Ermənistan Respublikası tərəfindən işğalı nəzərə alınsa, həmin arxiv sənədlərinin işğal zamanı məhv ol ması əsaslı ehtimaldır. Bundan başqa, iddiaçının qardaşı X1 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə 11 aprel 1992-ci il tarixdə şəhid olmuşdur. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 21 fevral 2019-cu il tarixli, 2-1(103)-532/2019 saylı qərarının ləğv edilməsini və iddiaçının iddiasının təmin edilməsinə dair yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 21 fevral 2019cu il tarixli qərarının ləğv edilməsini və iddiaçının iddiasının təmin edilməsinə dair yeni qərarın qəbul edilməsiniAli Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı da vəkili Vəkil çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 21 fevral 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddiaçının iddiasının təmin edilməsinə dair yeni qərarın qəbul edilməsiniAli Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının və vəkilinin izahat və çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin 21 fevral 2019-cu il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, eyni zamanda geniş həcmdə sübutların araşdırılması tələb olunduğundan kasasiya şikayəti qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkə mə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə qəbul etdiyi 21 fevral 2019-cu il tarixli, 2-1(103)-532/2019 saylı qərarla, cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin apelyasiya şikayətinin təmin edilməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 noyabr 2018-ci il tarixli, 2-1(81)-2943/2018 saylı qərarının ləğv edilməsi, iddia tələbinin rədd edilməsi qənaətinə gələrkən İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə, “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinin 3-cü abzasına, Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”yə istinad etməklə, belə hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsindən ca vabdeh orqanın imtinası qanuni və əsaslı olmuş, birinci instansiya məhkəməsi “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin tələblərini nəzərə almadan, cavabdehin etirazında qeyd etdiyi hallara düzgün hüquqi qiymət vermədən iddiaçının tələbini təmin etmiş, həm maddi, həm də prosessual normaların tətbiqində pozuntuya yol vermişdir. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin 21 fevral 2019-cu il tarixli qərarı ilə və həmin qərardan iddiaçı tərəfindən verilmiş kasasiya şikayəti ilə əlaqədar olaraq ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hər bir məhkəmə icraatının prinsiplərinin olduğu kimi inzibati məhkəmə icraatının da ayrıca və özünəməxsus prinsipləri mövcuddur ki, həmin prinsiplərə İnzibati Prose ssual Məcəllənin xüsusi İİ fəsli həsr olunmuşdur. Sözügedən və çox böyük əhəmiyyət kəsb edən inzibati məhkəmə icraatının prinsiplərindən biri kimi “İşin hallarının araşdırılması prinsipi” müəyyən edilmişdir (İnzibati Prosessual Məcəllənin 12-ci maddəsi). Həmin Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb e də bilər. Həmçinin hazırkı işin düzgün həll edilməsində İnzibati Prosessual Məcəllənin təsdiq etdiyi “Sübut etmə vəzifəsi” prinsipini də xüsusi olaraq qeyd etmək lazımdır (İnzibati Prosessual Məcəllənin 14-cü maddəsi). Həmin Məcəllənin 14.3-cü maddəsinə müvafiq olaraq inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, məlum olduğu kimi İddiaçı cavabdeh Az ərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçı 01 fevral 1988-ci ildən 09 oktyabr 1991-ci ilədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Füzuli rayonu ərazisində gedən döyüşlərdə iştirak etmişdir. Bununla əlaqədar müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün rəsmi olaraq ərizə ilə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etmiş, lakin tələbİ təmin edilməmişdir. Apelyasiya instansiyası məhkəməsi hazırkı mübahisəni həll e dərkən iddiaçının sözügedən iddiasının rədd edilməsi qənaətinə gəldiyi zaman öz qənaətini onunla əsaslandırmışdır ki, Füzuli rayon İcra Hakimiyyətinin birinci instansiya məhkəməsinə təqdim edilmiş 23.10.2018-ci il tarixli sorğuya cavab məktubunda və cavabdeh orqana ünvanlanmış 04 oktyabr 2018-ci il tarixli, işə apelyasiya qaydasında baxılarkən iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş arayışında Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı Füzuli rayonu ərazisində könüllü yerli özünümüdafiə dəstələrinin tərkibində 01 fevral 1988-ci il tarixdən 09 oktyabr 1991-ci il tarixədək olan dövrdə aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin adlı siyahısında İddiaçı adının 36-cı sırada göstərildiyi qeyd edilsə də, iddiaçının döyüş əməliyyatlarında iştirak ını təsdiq edən digər sübutlar nə cavabdeh orqana, nə rayon İcra Hakimiyyətinin 08 avqust 2018-ci il tarixli, 01/392 nömrəli cavab məktubunda İddiaçı 01 fevral 1988-ci ildən 09 oktyabr 1991-ci il tarixədək erməni işğalçılarına qarşı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşlərdə iştirak etməsinə dair yalnız Füzuli rayonu Qacar kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin arayışı olduğu bildirilmiş, başqa təsdiqedici sənədlərin mövcud olmaması göstərilmişdir. İddiaçı Füzuli rayon özünümüdafiə dəstələrinin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakını sübut edən digər sənədlər olmadığından iddia tələbi təmin edilə bilməz. Daha sonra, apelyasiya instansiyası məhkəməsi öz q ərarında qeyd edir ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin 07 noyabr 2017-ci il tarixli 689 nömrəli arayışına əsasən 1964-cü il təvəllüdlü İddiaçı həqiqətən 31 may 1983-cü ildən 04 may 1985-ci il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmiş, 02 oktyabr 1986-cı il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsində qeydiyyata alınmışdır. İddiaçı cavabdeh orqana 2018-ci ildə ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi barədə ərizə ilə müraciət etmiş, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 02 may 2018-ci il tarixli, Ə/1122 saylı və Xidmətin Füzuli rayon Şöbəsinin 24 may 2018-ci il tarixli məktub larında Xidmətin aparatına təqdim edilən sənədlərdə iddiaçının özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşlərdə iştirak edilməsinə dair arxiv sənədlər olmadığı üçün müharibə veteranı adı və vəsiqəsi verilməsinin mümkün olmadığı qeyd edilmişdir. Bundan sonra isə apelyasiya instansiyası məhkəməsi İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinin məzmununun yarımçıq şəkildə göstərir, yəni, İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin İnzibati Prosessual Məcəllənin 14.3-cü ma ddəsinin yalnız yuxarıda yazılmış hissəsinə əsaslanması prosessual pozuntu kimi qiymətləndirilməlidir. Belə ki, işdə apelyasiya instansiyası məhkəməsinin özünün də istinad etdiyi 2 mötəbər sübut (Füzuli rayon İcra Hakimiyyətinin 04 oktyabr 2018-ci il tarixli məktubu və Füzuli rayonu Qacar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin arayışı) var ki, iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı Füzuli rayonu ərazisində könüllü yerli özünümüdafiə dəstələrinin tərkibində 01 fevral 1988ci il tarixdən 09 oktyabr 1991-ci il tarixədək olan dövrdə aparılan döyüş əməliyyatlarında iştirak etməsi təsdiq olunur. Belə olan halda, apelyasiya instansiyası məhkəməsinin İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinin digər hissəsinin, yəni, “Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür” tətbiq edilməsinin zərurətinin ortaya çıxması barizdir. Lakin apelyasiya instansiyası məhkəməsi bunları etməyərək ancaq cavabdehin iddiaçının iddiasında irəli sürdüyü məsələ ilə bağlı cavabdehin arxiv sənədlərində məlumatın olmaması dəlili ilə kifayətlənmişdir. Halbuki işin təkzibolunmaz faktı ondan ibarətdir ki, iddiaçı cavabdehin rəsmi çağırışına əsasən deyil, könüllü özünümüdafiə dəstələrinə qoyulmuş və məhz onların tərkibində döyüşlərdə iştirak etmişdir. Bundan başqa, iddiaçının qardaşı X1 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə 11 aprel 1 992-ci il tarixdə şəhid olmuşdur. Lakin apelyasiya instansiyası məhkəməsi hazırkı mübahisəni həll edərkən İnzibati Prosessual Məcəllənin 12.1, 12.2, 14.3, 58.7-ci maddələrini pozmuş və bunun nəticəsində iş üzrə düzgün olmayan qərar qəbul etmişdir. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin 21 fevral 2019-cu il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, eyni zamanda geniş həcmdə sübutların araşdırılması tələb olunduğundan kasasiya şikayəti qalan hissədə təmin edilməməlidir. İşə apelyasiya instansiyası məhkəməsində təkrar baxıldığı zaman prosessual və maddi hüquq normaları düzgün tətbiq edilməklə iş üzrə qanuni və əsaslı qə rar qəbul edilməlidir. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69 və 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 21 fevral 2019-cu il tarixli, 2-1(103)-532/2019 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin edilməsin. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev.
Məhkəmə qərarları › İş №2-1(102)-1672/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1672/2019
01.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver