Məhkəmə qərarları › İş №2-1(102)-1672/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1672/2020

29.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1672/2020 29.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının «xxxx» ASC-nin Azərbaycan X1rşı iş üzrə QƏRARİ Açar sözlər: (inzibati orqanın söküntü ilə bağlı qanunsuz hərəkəti nəticəsində vurulmuş ziyana görə kompensasiya ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, iddiaçının nümayəndəsi X4 və cavabdehin vəkili Vəkil iştirakları ilə, İddiaçı «xxxx» ASC-nin cavabdeh Azərbaycan X1rşı Göradil qəsəbəsində yerləşən ərazidə hasarın sökülməsi nə ticəsində 17000 manat və elektrik yarımstansiyaların sökülməsi nəticəsində 22000 manat, cəmi 39000 manat pulun və 500 manat hüquqi xidmət haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-15/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya məxsus qeyri-yaşayış binasına xx.xx.1998-ci il tarixdə texniki pasport tərtib edilmişdir. İddiaçı kommersiya hüquqi şəxslərinin Dövlət reyestrindən çıxarışa və Nizamnaməsinə əsasən xx xxxxxx 2001-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır.

2. İddiaçı xx xxxxxx 2017-ci il tarixdə cavabdehə məktub ünvanlayaraq bildirmişdir ki, Bakı şəhəri, Abşeron rayonu, Göradil qəsəbəsində “xxxx” ASC tərəfindən yeni tikilən avtomobil yolunun tikintisi üçün Səhmdar Cəmiyyətinin ərazisində müəyyən söküntü işləri aparılmış, söküntü işləri zaman ona məxsus, hündürlüyü 3.0 m, tikinti sahəsi – 128.6 kv.m. olan elektrik yarımstansiya və uzunluğu – 244.6 m, hündürlüyü 2.5 m olan beton hasar sökülmüşdür. Ümumilikdə Səhmdar Cəmiyyətinə məxsus ərazinin 634.0 kv.m. torpaq sahəsi yeni tikilən yol xəttinə istifadə olunmuşdur. Bu səbəbdən ərazi açıq qalmışdır ki, bu da müxtəlif xoşagəlməz nəticələrə gətirə bilər (oğurluq, qeyri - qanuni zəbt və s.). Yuxarıda qeyd olunanları nəzərə alaraq sökülmüş elektrik stansiyasının və hasarın bərpası barədə lazımi göstəriş verilməsi xahiş olunur.

3. Oxşar məzmunlu məktublarla iddiaçı xx xxxxxx 2017-ci il və xx xxxxxx 2018-ci il tarixlərində cavabdehə müraciət etmiş və hasarın sökülməsi nəticəsində 17000,0 manat, yarımstansiyasının sökülməsi nəticəsində isə 22000,0 manat iddiaçıya ziyan vurulduğunu bildirmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı, iddia və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Göradil qəsəbəsində yerləşən ərazidə hasarın sökülməsi nəticəsində 17000 manat və elektrik yarımstansiyaların sökülməsi nəticəsində 22000 manat, cəmi 39000 manat pulun və 500 manat hüquqi xidmət haqqının cavabdehdən tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçının iddia tələbinin əsaslandırması onun cavabdehə ünvanladığı yuxarıda göstərilən məktubları n məzmunu ilə eynidir.

6. Sumqayıt İnzibati - İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərardadı ilə, Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

7. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-193/2019 saylı, xx xxxxx 2019cu il tarixli qərarı ilə (hakim: Z.R.Pirverdiyev) iddia tələbi təmin edilməmişdir.

8. Məhkəmə hesab etmişdir ki, iddiaçının nümayəndəsi söküntü işlərinin aparıldığını bildirsə də, cavabdeh tərəfindən həmin ərazidə hər hansı bir söküntü işlərinin aparılmasına, həmçinin yol çəkilən tarixə həmin ərazidə elektrik stansiyası və hasarın mövcud olmasına dair hər hansı mötəbər sübut (cavabdehə məxsus texnikanın orda olması, söküntünün aparılması və s.) təqdim etməmişdir. Eyni zamanda, iddiaçı tərəfindən m əhkəməyə təqdim olunmuş fotoşəkillərdən yolun kənarında daşların olduğu görünsə də, həmin daşların hansı səbəbdən orda olmasını, ərazinin kimə məxsus olmasını və fotoşəkillərin hansı tarixdə çəkildiyini müəyyən etmək mümkün olmamışdır.

9. Məhkəmənin həmin qərarından iddiaçı tərəfindən apelyasiya şikayəti verilmiş, həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunmuşdur. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

10. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-15/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qərarı ilə (sədrlik edən: S.İ.Bəktaşi, hakimlər: F.G.Zeynallı və F.Ə.Məmmədov) iddiaçının apelyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-193/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qərarı ləğv edilərək iddia tələbi qismən təmin edilmiş, Göradil qəsəbəsində yerləşən ərazidə hasarın sökülməsi nəticəsində 12059,4 manat və elektrik yarımstansiyaların sökülməsi nəticəsində 14110,8 manat, cəmi 26170,2 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qərara alınmış, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

11. Apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıya məxsus Bakı şəhəri, Abşeron rayonu, Göradil qəsəbəsində yerləşən hündürlüyü 3.0 metr, tikinti sahəsi 128.6 kv.metr olan elektrik yarımstansiya və uzunluğu 230.6 metr, hündürlüyü 2.5 metr olan beton hasarın cavabdeh tərəfindən inşa edilmiş Novxanı - Pirşağı dənizkənarı avtomobil yolunun çəkilişi nəticəsində söküldüyü və nəticədə iddiaçıya 26170,2 manat məbləğində madd i ziyan vurulduğu müəyyən olunur ki, bu halda ekspert rəyində göstərilən məbləğdə maddi ziyanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi üçün əsasdır.

12. İddianın 500 manat hüquqi xidmət haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair hissəsini isə əsassız hesab edən apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, bunun üçün iddiaçı «xxxx» MMC-nin (VÖEN **********) seriya EÖƏ, 067780 saylı mədaxil qəbzinə istinad etsə də, iş materiallarında iddiaçı ilə «xxxx» MMCnin arasında hüquqi yardımın göstərilməsi barədə müqavilə mövcud deyildir. Ödəmə qəbzi isə hüquqi xidmətin göstərilməsini təsdiq edən sənəd hesab edilə bilməz.

13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini, kassasiya şikayətinin təmin edilməsini və iddia tələbinin rədd edilməsi bar ədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri

14. Cavabdeh hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə qərar qəbul edərkən işin faktiki hallarını tam araşdırmamış, onlara düzgün hüquqi qiymət vermədən apelyasiya şikayətini təmin etmişdir. Belə ki, apelyasiya instansiya məhkəməsi iddia tələbinə uyğun olaraq baş vermiş hadisələrin nə vaxt baş verdiyini, hazırki mübahisənin predmetini, iddiaçıya məxsus əmlakının hansı məqsədlə və kim tərəfindən sökülməsini aydınlaşdırmamışdır.

15. Apelyasiya instansiya məhkəməsi iddiaçıya məxsus əmlakın yerləşdiyi torpağın alınması, habelə həmin əmlakın sökülməsinin müvafiq qanunvericiliyə uyğun olaraq dövlət eht iyacı sayılan “dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması” zərurəti ilə bağlı olmasını təhlil etməmiş, heç bir fotoşəkil olmadan, habelə mübahisəli ərazinin yerinə baxış keçirmədən qərar qəbul etmişdir.

16. Daha sonra şikayət müəllifi qeyd edir ki, söküntünün icraçısı da dəqiqliklə müəyyən edilməmişdir. Əksinə, işdə olan məktubların məzmunu bu faktın aşkar edilməsində qeyri-müəyyənlik yaratmışdır. Belə ki, müvafiq dövlət orqanı Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti söküntünün aparılmasının Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparıldığını, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi isə söküntünün Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən aparıldığını göstərsə də, məhkəmə xidməti vəzifəsinə görə bu hall arı araşdırmamışdır.

17. Bu faktın müəyyən edilməsi üçün söküntünün məqsədinin nədən ibarət olduğunu və bu vəzifənin icrasının kimin üzərinə qoyulmasını, kimin sifarişi və təşkilatçılığı ilə həyata keçirilməsini, dövlət büdcəsində hansı quruma vəsait ayrıldığını, vəsait ayrılması nəzərdə tutulan layihənin olub-olmamasını, lahiyələndirilməsi nəzərdə tutulan planın hansı orqanla razılaşdırılması işin araşdırılması vacib və əhəmiyyətli olan hallarıdır.

18. Şikayətdə həmçinin bildirilir ki, mübahisəli qeyri-yaşayış sahəsi qiymətləndirilərkən apellyasiya instansiya məhkəməsi tərəfindən baxış keçirilməsi, qiymətləndirmə aparılarkən hansı metodlardan istifadə edilməsi, habelə iş üzrə tərəflərin iştirakının təmin olunub-olunmaması iş materiallarından müəyyən olunmur. b) Kassasiya şikayətinə qarş ı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları:

20. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini və apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi.

21. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün işə Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq onun izahatı dinlənilmədən baxıldı.

22. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, üçüncü şəxs məhkəmə kollegiyasının iclasında təmsil olunmamışdır. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, üçüncü şəxs təqdim edilmiş məhkəmə bildirişində onun nümayəndəsinin iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-nin 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

23. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 13 İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Maddə 29 İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla q orunur. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. 24. “İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 89.1 İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır.

25. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1 Zərərin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərt lə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2 Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1115 Zərərin əvəzinin ödənilməsi tələbini təmin edər kən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanın qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara baxılır. Maddə 34.1. öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

27. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri g östərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

28. İşdən görünür ki, iddia qismən təmin edilsə də, iddiaçı qərardan kassasiya şikayəti verməmiş, iddianın təmin edilməyən hissəsini mübahisələndirməmişdir. Odur ki, hazırkı icraat çərçivəsində apelyasiya instansiyası məhkəməsinin qərarının iddianın təmin edilən hissəsində qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. İş materiallarından görünür ki, iddiaçı Göradil qəsəbəsində yerləşən ərazidə hasarın sökülməsi nəticə sində 17000 manat və elektrik yarımstansiyaların sökülməsi nəticəsində 22000 manat, cəmi 39000 manat pulun və 500 manat hüquqi xidmət haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

31. Apelyasiya instansiyası məhkəməsi iddiaçının mövqeyini əsaslı hesab edərək iddianı qismən təmin etsə də, cavabdeh apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qərardan kassasiya şikayəti vermişdir.

32. Hazırki kassasiya şikayətində cavabdeh tərəfindən bir sıra məsələlər mübahisələndirilir ki, məhkəmə kollegiyası bunların hər birinə ayrı ayrılıqda münasibət bildirməyi zəruri hesab edir.

33. Kassasiya şikayətinin dəlillərindən biri iddiaçıya məxsus əmlakın cavabdeh tərəfindən sökülməsinin şübhə altına alınması, söküntü hadisəsinin nə vaxt ba ş verməsinin müəyyən edilməməsi ilə bağlıdır.

34. Bu dəlili əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən avtomobil yolunun iddiaçıya məxsus torpaq sahəsindən keçib-keçmədiyini, elektrik yarımstansiya və beton hasarın iddiaçıya məxsus olub-olmamasını və aparılan söküntü işlərinin iddiaçıya məxsus torpaq sahəsində aparılıbaparılmamasını, habelə dəymiş ziyanı müəyyən etmək üçün məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizası təyin edilmişdir.

35. Məhkəmə Ekspertizası Mərkəzinin 22145 saylı xx xxxx 2020-ci il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Abşeron rayonu, Göradil qəsəbəsində yerləşən hündürlüyü 3.0 metr, tikinti sahəsi 128.6 kv.metr olan elektrik yarımstansiya və uzunluğu 230.6 metr, hündürlüyü 2.5 metr olan beton ha sar Dövlət Əmlak Komitəsinin X2 idarəsinin xx.xx.1998-ci il tarixli qeyri-yaşayış fonduna daxil olan dövlət binalarının və özəl obyektlərin texniki pasportuna əsasən iddiaçıya məxsus torpaq sahəsinin daxilində yerləşdiyi, Azərbaycan Avtomobil Yollan Dövlət Agentliyi tərəfindən inşa edilmiş NovxanıPirşağı dənizkənarı avtomobil yolu Dövlət Əmlak Komitəsinin X2 idarəsinin xx.xx.1998-ci il tarixli qeyri-yaşayış fonduna daxil olan dövlət binalarının və özəl obyektlərin texniki pasportuna əsasən iddiaçıya məxsus torpaq sahəsindən keçdiyi, cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən inşa edilmiş Novxanı-Pirşağı dənizkənarı avtomobil yolunun çəkilişi nəticəsində Bakı şəhəri, Abşeron rayonu, Göradil qəsəbəsində yerləşən hündürlüyü 3.0 metr, tikinti sahəsi 128.6 kv.metr olan el ektrik yarımstansiyanın və uzunluğu 230.6 metr, hündürlüyü 2.5 metr olan beton hasarın söküldüyü müəyyən olunur.

36. Həmçinin, ekspert rəyinin təsviri hissəsindən görünür ki, “Google Earth” proqramı ilə mübahisəli ərazinin xx.xx.2016 və xx.xx.2018-ci il tarixlərlə müqayisəsi aparılmış və sökülmüş hasar və transformatorun Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən inşa edilmiş Novxanı-Pirşağı dənizkənarı avtomobil yolunun çəkilişindən əvvəl mövcud olduğu müəyyən edilmişdir.

37. Beləliklə də, iddiaçıya məxsus Bakı şəhəri, Abşeron rayonu, Göradil qəsəbəsində yerləşən hündürlüyü 3.0 metr, tikinti sahəsi 128.6 kv.metr olan elektrik yarımstansiya və uzunluğu 230.6 metr, hündürlüyü 2.5 metr olan beton hasarın cavabdeh tərəfindən inşa edilmiş Novxanı-Pirşağı dənizkənarı avtomobil yol unun çəkilişi nəticəsində məhz sonuncu tərəfindən sökülməsinin sübut olunmaması ilə bağlı kassasiya şikayətinin dəlili əsassızdır.

38. Kassasiya şikayətində mübahisələndirilən digər bir məsələ məhkəmə tərəfindən müəyyən edilən kompensasiyanın məbləği ilə bağlıdır.

39. Bu dəlili də əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad edilən rəydə Bakı şəhəri, Abşeron rayonu, Göradil qəsəbəsində yerləşən hündürlüyü 3.0 metr, tikinti sahəsi 128.6 kv.metr olan elektrik yarımstansiya və uzunluğu 230.6 metr, hündürlüyü 2.5 metr olan hasara dəymiş ziyanın aradan qaldırılması üçün aparılmalı təmir-tikinti işlərinin hazırda mövcud olan bazar qiymətlərinə uyğun dəyəri təqribən 26170,2 manat məbləğ müəyyən edilmişdir. Həmin rəy işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəy yən edilmiş faktiki hallarına uyğun olmaqla digər sübutlarla təkzib edilmədiyindən, məhkəmə iddiaçıya dəymiş ziyanın həcmini müəyyən edərkən bu rəyi sübut kimi qəbul etməkdə haqlı olmuşdur.

40. Həmçinin kassasiya şikayətində qeyd edilir ki, mübahisəli qeyri-yaşayış sahəsi qiymətləndirilərkən hansı metodlardan istifadə edilməsi, habelə iş üzrə tərəflərin iştirakının təmin olunub-olunmaması iş materiallarından müəyyən olunmur.

41. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində irəli sürülmüş bu arqumentin də heç bir hüquqi əsası yoxdur. Belə ki, Sumqayıt Apelyasiya Məhkəməsi tərəfindən bütün proses iştirakçılar kimi cavabdehə də göndərilmiş 2-1(105)-441/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli məhkəmə bildirişində xx xxxxxx 2019-cu il tarixə, saat 15:00-a məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizası təyin edildiyi bildirilmiş, əlavə olaraq göstərilən tarixdə ekspertizanın keçirilməsində iştirak etmək üçün Abşeron Rayon Məhkəməsinin binasına gəlmələri xahiş edilmişdir. Həmin bildiriş xx xxxxxxx 2019cu il tarixdə SS600544919AZ seriyalı qəbzlə cavabdehə təqdim edilmişdir.

42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 99.3-cü maddəsinə işdə iştirak edən şəxslərin məhkəmə iclasından kənar ekspertizanın keçirilməsində iştirakının ekspertlərin normal işinə maneçilik törədə bilməsi halları istisna olmaqla, onlar ekspertizanın keçirilməsində iştirak edə bilərlər.

43. Göründüyü kimi, bu norma imperativ norma deyil. Yəni, tərəflərin mütləq qaydada ekspertizada iştirakı qanunverici tərəfindən müəyyən edilməmişdir. Lakin iş materiallarından da göründüyü ki mi, apelyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehə ekspertiza keçirilməsinin yeri və vaxtı barədə əvvəlcədən məlumat verilsə də, cavabdeh ekspertiza tədqiqatında iştirak etməmişdir. Qeyd olunmalıdır ki, ekspertiza tədqiqatı aparılarkən cavabdehin nümayəndəsinin iştirak etməməsi hazırkı rəyin mötəbərliliyinə şübhə doğuracaq hal deyildir.

44. Beləliklə, mübahisənin müəyyən olunmuş hallarına hüquq normaları apelyasiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmişdir. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apelyasiya məhkəməsinin qərarı isə qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır.

45. Yuxarıda göstərilənlərə və İPM-in 96 və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasi ya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-15/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar