Məhkəmə qərarları › İş №2-1(102)-1672/2021

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1672/2021

19.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1672/2021 19.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının Azərbaycan Respublikası Vəkillər X3 Cavabdeh qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiyanın mümkünsüzlüyü, müddətin üzürsüz səbəbdən ötürülməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, cavabdehin vəkili Vəkil2 iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Vəkillər X1 Cavabdeh qarşı Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilmə tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnziba ti Kollegiyasının 2-1(103)-1493/2020 nömrəli, 14 sentyabr 2020-ci il tarixli qərarından cavabdehin verdiyi şikayət üzrə kassasiyanın mümkünlüyünə (prosessual müddətin bərpasına dair ərizəyə) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ:

1. İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehin Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat 2. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2141/2019 saylı, 12 iyun 2019cu il tarixli qərarı ilə (hakim: Ş.Ə.Süleymanova) iddia təmin edilmiş, cavabdehin Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilməsi qərara alınmışdır.

3. B irinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh öz davranışı ilə “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin tələblərini pozduğundan iddia tələbi əsaslı olmuşdur.

4. Cavabdeh birinci instansiya məhkəməsinin qərarından apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və onun vəkillik fəaliyyətinin bərpa edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

5. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1493/2020 nömrəli iş üzrə 14 sentyabr 2020-ci il tarixli qərarı ilə (sədrlik edən: V.M.Məmmədov, hakimlər: E.E.Nağıyeva və H.Ü.Həmidov) apelyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2141/2019 saylı, 12 iyun 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmı şdır.

6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

7. Cavabdeh apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti və buraxılmış prosessual müddətin bərpasına dair ərizə vermişdir.

8. Ərizədə qeyd edilmişdir ki, cavabdeh qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti vermiş, lakin şikayətə vəkil orderi əlavə edilmədiyindən şikayət hərəkətsiz saxlanılmışdır. Bundan sonra o, dövlət büdcəsi vəsaiti hesabına vəkilə təmin edilməsi üçün apelyasiya məhkəməsinə vəsatətlə müraciət etmiş, apelyasiya instansiyası məhkəməsinin qərardadı ilə ona vəkil təyin edilmiş, lakin bu barədə ona və vəkilinə məlumat verilməmişdir. Bundan başqa, təyin edilmiş vəkil səhlənkarlıq göstərərək kassasiya şikayətini tərtib edildikdən 4 ay sonra apelyasiya instansiyası məhkəməsinə təqdim etmiş, bununla da kassasiya şikayəti verilmə müddətini özündən asılı olmayan səbəbdən ötürmüşdür. TƏRƏFLƏRİN DƏLİLLƏRİ: Məhkəmə icraatı iştirakçılarının izahatları:

9. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili ərizənin təmin edilməsini və buraxılmış müddətin bərpa olunmasını və şikayətin mümkün sayılmasını xahiş etdi.

10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə kollegiyasının iclasında təmsil olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ:

11. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 22.1 Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anın dan başlanır. Maddə 24.1 Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2 Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.2 Al i Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3 Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

12. Məhkəmə kollegiyası hesab edir ki, ərizə əsassızdır.

13. Belə ki, kassasiya şikayəti məhkəmə qərarının təqdim olunduğu gündən 1 ( bir) ay müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

14. İş materiallarından görünür ki, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 sentyabr 2020-ci il tarixli, 2-1(103)-1493/2020 saylı qərarı 01 oktyabr 2020-ci il tarixdə cavabdehə göndərilmiş, SS649560846AZ saylı poçt göndərişinin təqdim edilməsi barədə xəbərnaməyə əsasən həmin qərar cavabdehə 28 oktyabr 2020-ci il tarixdə imza ed ilməklə təqdim olunmuşdur.(iş vər 82). Sonradan cavabdeh 25 noyabr 2020-ci il tarixdə ərizə ilə Bakı Apelyasiya Məhkəməsinə müraciət edərək, apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunmasını xahiş etmişdir.

15. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1493/2020 saylı iş üzrə 08 fevral 2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, cavabdehin mübahisələndirilən qərardan kassasiya şikayəti verilməsi üçün vəkillə təmin olunması Azərbaycan Respublikası Vəkillər X2 həvalə edilmiş, həmin qərardad icra edilməsi üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilmişdir. Cavabdehə hüquqi yardım göstərilməsi üçün 18 fevral 2021-ci il tarixdə Vəkil2 order yazılmışdır. Ca vabdeh və onun vəkili tərəfindən tərtib olunmuş kassasiya şikayəti isə 26 iyul 2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur.

16. Cavabdehin vəkili kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin ötürülməsini məhkəmə prosesində də etiraf etmiş və müddətin ötürülməsi səbəbinin üzürlü hesab olunmasını xahiş etmişdir.

17. Cavabdeh ərizəsində bildirir ki, nə Bakı Apelyasiya Məhkəməsinin ona vəkil təyin edilməsi barədə qərardadından, nə də Vəkillər Kollegiyasının Vəkil2 ona vəkil təyin olunmasına dair qərarından məlumatı olmamışdır. Eləcə də, vəkil Vəkil2 tərəfindən 18 fevral 2021-ci il tarixdə order yazılması barədə məlumatı olmamışdır.

18. Məhkəmə kollegiyası ərizənin dəlilini inandırıcı hesab etmir. Belə ki, əvvəla, iş materiallarından görünür ki, apelyasiya insta nsiyası məhkəməsinin vəkil təyin olunması barədə qərardadı cavabdehə göndərilmişdir. Bundan başqa, cavabdeh ona dövlət hesabına pulsuz vəkil təyin olunması barədə ərizə ilə 25.11.2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmənin 08.02.2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, 18.02.2021-ci il tarixdə qərardad icra olunaraq vəkil orderi yazılmış, kassasiya şikayəti 26.07.2021-ci il tarixində məhkəməyə daxil olmuşdur.

19. Cavabdehin ərizəsinin təmin olunması barədə məhkəmə qərardadının qəbul olunduğu, eləcə də vəkil orderi yazılan vaxtdan kassasiya şikayəti verilən vaxtadək 5 aydan artıq müddət keçmişdir. Bu müddət ərzində cavabdehin ona vəkil təyin edilməsi barədə müraciətinin nəticəsi ilə maraqlanmaması, vəkil təyin olunması barədə qərardad qəbul edilməsindən xəbərsi z olması inandırıcılıq baxımından ağlabatan hesab edilə bilməz.

20. Məhkəmə kollegiyası hesab edir ki, ərizədə qeyd edilən dəlillər şikayət verilməsi üçün qanunla müəyyən edilmiş müddətin cavabdeh tərəfindən ötürülməsi səbəbinin üzürlü hesab edilməsi qənaətinə gəlməyə əsas vermir. Beləliklə də, cavabdeh tərəfindən kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddət üzürsüz səbəbdən ötürülmüşdür. Odur ki, kassasiya şikayəti verilməsi müddəti cavabdeh tərəfindən üzürlü səbəb olmadan ötürüldüyü üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə təmin edilməməli, hazırkı şikayət üzrə kassasiya icraatı mümkün sayılmamalıdır.

21. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 sentyabr 2020-ci il tarixli, 2-1(103) -1493/2020 nömrəli qərarından kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpası barədə ərizə təmin edilməsin. Cavabdehin şikayəti üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar