Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1672/2022 11.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: üzərindən yüksək gərginlikli elektrik xətti keçən qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması; məktub-inzibati akt; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1964-cü il təvəllüdlü; FİN: xxxx xxx) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “Göyçay rayon İcra Hakimiyyəti aparatının xx.xx.2015-ci il tarixli 69 saylı icazə məktubu əsasında tikintisinə icazə verilmiş, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış obyekti üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və həmin qeyriyaşayış sahəsinə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 may 2022-ci il tarixli, 2-1(107)-148/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Göyçay rayon İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli məktubuna əsasən, iddia çıya Göyçay şəhəri, Ə.Kərim küçəsi 56 ünvanda mülkiyyətində olan torpaq sahəsində müasir üslubda tərtib edilmiş layihə əsasında 14mx7m ölçüdə 1 mərtəbəli qeyri-yaşayış obyektinin tikintisinə icazə verilmişdir. 2. xx.xx.2019-cu il tarixli tikinti obyektinin istismarına icazə sənədinə əsasən Göyçay şəhəri, Ə.Kərim küçəsi 56 ünvanda yerləşən qeyri-yaşayış obyektinin istismarına icazə verilmişdir. 3. ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli və ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli çıxarışlara əsasən ünvan 2 ünvanında yerləşən müvafiq olaraq 0.0097 ha və 0.00562 ha torpaq sahələri iddiaçının xüsusi mülkiyyətindədir.
4. İddiaçı ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmişdir.
5. Cavabdehin 12 aprel 2021-ci il tarixli, **********81 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, iddiaçı qeyri-yaşayış binasının tikintisinə icazə verilməsi barədə qərarı yox, Göyçay RİH-nin məktubunu təqdim etmişdir. Göyçay rayon İHB-nın xx.xx.2019-cu il tarixli, 17 №-li tikinti obyektinin istismarına icazə sənədində tikintilərin dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsi qeyd edilməmişdir və tikilinin qərb hissəsindən 5.70 metr məsafədən 10kV-luq yüksək gərginlikli hava elektrik xətti keçir və qeyri-yaşayış binası həmin xəttin mühafizə zolağında yerləşir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək “ Göyçay rayon İcra Hakimiyyəti aparatının xx.xx.2015-ci il tarixli 69 saylı icazə məktubu əsasında tikintisinə icazə verilmiş, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış obyekti üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və həmin qeyri-yaşayış sahəsinə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, hələ tikinti işlərinə başlamazdan əvvəl qanunvericiliyə uyğun olaraq icazə məqsədilə onun tərəfindən Göyçay rayon İcra Hakimiyyəti Aparatına rəsmi müraciət edilmiş və bunun üçün tələb olunan lazımi sənədlər İcra Hakimiyyəti Aparatına təqdim edilmişdir. Göyçay rayon İcra Hakimiyyəti Aparatının xx.xx.2015-ci il tarixli 69 saylı cavab məktubu ilə ünvan 1 ünvanda qeyriyaşayış obyektinin tikintisinə icazə verilmişdir. Halbuki, tələb edilən sənəd məktub formasında deyil, xüsusi olaraq "Qərar" formasında təqdim edilməli idi. İmtina üçün əsas göstərilən səbəblərin heç biri iddiaçıdan asılı olmayan səbəblərdir. Çünki, zamanında onun tərəfindən bütün qanuni tədbirlər görülmüşdür. Lakin Göyçay rayon icra Hakimiyyəti Aparatının səhvi nəticəsində bu gün ona məxsus olan qeyri-yaşayış obyekti üzərində mülkiyyət hüququnu qeydiyyata aldıra bilmir. İmtina aktında qeyd edilən ikinci çatışmazlıq, tikintilərin dövlət reyestri tərəfindən tikinti obyektinə kod nömrəsinin verilməməsi də İcra Hakimiyyəti Aparatının sözügedən səhvinin nəticəsindən irəli gəlir. Göründüyü kimi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən rayon İcra Hakimiyyətinə ünvanla nmış xx.xx.2021-ci il tarixli bildirişdə xüsusi olaraq vurğulanır ki, tikilinin dövlət reyestrinə daxil edilməsi üçün obyektin tikintisinə icazənin (yəni qərarın) surəti Komitəyə təqdim edilməlidir. Cavabdehin etirazları:
8. Cavabdeh iddiaya dair imtina məktubunun məzmununa uyğun etiraz təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
9. Şəki İnzibati Məhkəməsinin 9 mart 2022-ci il tarixli, 2-1(116)-80/2022 nömrəli qərarı ilə (hakim V.Ə.Musayev) iddia təmin edilmiş, cavabdehin üzərinə Göyçay rayon İcra Hakimiyyəti aparatının xx.xx.2015-ci il tarixli 69 saylı icazə məktubu əsasında tikintisinə icazə verilmiş, ünvan 1 ünvanda yerləşən qeyri yaşayış obyekti üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyya ta alınaraq adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi qoyulmuşdur.
10. Məhkəmə qeyd etmişdir ki, tikinti obyektinin istismarına icazə verilməsi ilə bağlı aparılmalı olan icraata görə Göyçay RİH cavabdehlik daşımış və sonuncu tərəfindən qeyri-yaşayış obyektinin istismarına icazə verilmişdir. Cavabdehin vəzifəsi təqdim edilmiş sənədlər əsasında daşınmaz əmlak obyekti barədə məlumatları dövlət reyestrinə daxil etmək olmuşdur. Həmin məlumatların doğruluğuna və qanunvericiliyin tələblərinə uyğun olub-olmamasına hüquqi qiymət vermək isə Göyçay Rayon İcra Hakimiyyətinin vəzifəsi olmuş, yuxarıda istinad olunan sənədlərin məzmunundan göründüyü kimi tikinti obyektinin istismarına icazə verilməsi ilə bağlı sənəd ötən müddət ərzində mübahisələndirilməmişdir. Odur ki, müvafiq sənədin düzgü n tərtib edilməməsinin hüquqi nəticələri iddiaçının ziyanına şərh edilə və onun hüquqlarının pozulmasına səbəb ola bilməz. 11. 10kV-luq yüksək gərginlikli hava elektrik xətti ilə bağlı dəlilinə münasibətdə məhkəmə qeyd etmişdir ki, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və ya istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən həmin qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər.
12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
13. Şək i Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 may 2022-ci il tarixli, 2-1(107)-148/2022 nömrəli qərarı ilə (hakimlər: V.İ.Məlikov- sədrlik edən və məruzəçi, R.R.Rəfiyev və G.İ.Cavadova) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia rədd edilmişdir.
14. Apellyasiya instansiyası məhkəməsi “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi” Qaydalarının 2, 5, 9, 12-ci bəndlərinə istinad edərək hesab etmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, iddia tələbini təmin etməklə maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verərək inzibati iş üzrə düzgün nəticəyə gəlməmişdir. İş materialları ilə müəyyən olunur ki, iddiaçının qeyri-yaşayış binası yüksək gərginlik hava elektrik daşıyıcısının mühafizə zolağı altındadır. Birinci instansiya məhkəməsi iddia predmetinin torpaq sahəsi deyil, qeyri-yaşayış binasının olmasını nəzərə almamışdır.
15. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
16. İddiaçı kassasiya şikayətində qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi İnzibati Prosessual Məcəlləsinin 12, 58.7, 82-ci maddələrinin tələblərini pozaraq "xxxx" ASC “Mərkəzi Aran” regional Enerji Təchizatı və satış İdarəsi Göyçay Elektrik şəbəkəsinin xx.xx.2021-ci il tarixli məktubuna hüquqi qiymət verməmişdir. Həmin məktubda qeyd olunur ki, ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış binasının 5.7 metr məsafəsindən 110/35/10kV-luq Göyçay y/st-dan qidalanan 10 kV-luq iki dövrəli 6-cı şəhər və RRS-7 hava xətləri keçir. 10 kV-luq 6-cı şəhər hava xətti işlək vəziyyətdə, RRS-7 hava xətti isə işlək vəziyyətdə deyildir. Qeydiyyatın aparılmasına etiraz edilmir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
18. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Madd ə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qa nuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Kassasiya şikayəti əsaslı olduğundan təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
22. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi” Qaydalarına istinad edərək qeyd etmişdir ki, iddiaçının qeyri-yaşayış binası yüksək gərginlik hava elektrik daşıyıcısının mühafizə zolağı altındadır.
23. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin qənaətini və bununla bağlı əsaslandırmalarını İPM-in 12.1 və 58.7-ci maddələrinin tələblərinə uyğun hesab etmir. Belə ki, “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi” Qaydalarının 5-ci bəndinə əsasən gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətlərinin mühafizə zonasında həmin xətlərin istismarçısının rəsmi razılığı olmadan aşağıda göstərilən işləri görmək qadağandır: a) tikinti, quraşdırma, partlayış və suvarma işləri aparmaq... Oxşar məzmunlu müddəa “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi” Qaydalarının 12-ci bəndində də nəzərdə tutulmuşdur (12. Elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan aşağıda göstərilən işlərin yerinə yetirilməsi qadağandır: a) binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri, yenidən qurulması və sökülməsi;).
24. İş materiallarında olan (iş v.24) 5 yanv ar 2016-cı il tarixli Aktda komissiya üzvü olan Göyçay rayon Paylayıcı Elektrik şəbəkəsinin rəhbəri sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün iddiaçıya ünvan 4 ünvanda mülkiyyətdə olan sxem üzrə 14 m x 7 m ölçüdə 1 mərtəbəli qeyri-yaşayış obyektinin tikintisinə icazə verilməsi məqsədəmüvafiq hesab etmişdir.
25. Apellyasiya instansiyası məhkəməsi həmin məktubun məzmununa istinad etsə də, həmin razılığın “elektrik ötürücü xətlərinin mühafizə zonasında həmin xətlərin istismarçısının rəsmi razılığı olmadan” məzmunda normativ tələbə məhz hansı səbəblərə görə zidd olduğunu əsaslandırmamışdır.
26. Həmçinin iş materiallarında olan (iş v.23) "xxxx" ASC “Mərkəzi Aran” regional Enerji Təchizatı və Satışı İdarəsi Göyçay Elektrik şəbəkəsinin 29 dekabr 2021-ci il tarixli, 824 nömrəli məktubunda qeyd edilir ki, “ünvan 3 ünvanda yerləşən qeyriyaşayış binasının 5.7 metr məsafəsindən 110/35/10kV-luq Göyçay y/st-dan qidalanan 10 kV-luq iki dövrəli 6-cı şəhər və RRS-7 hava xətləri keçir. 10 kV-luq 6-cı şəhər hava xətti işlək vəziyyətdə, RRS-7 hava xətti isə işlək vəziyyətdə deyildir. Qeydiyyatın aparılmasına etiraz edilmir.”
27. Apellyasiya instansiyası məhkəməsi işin qeyd olunan həmin hallarını tam və hərtərəfli araşdırmamış, onlara hüquqi qiymət verməmişdir.
28. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı İPM-in 12.1, 58.7, maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməlidir.
29. Məhkəmə kollegiyası, həmçinin nəzərə alır ki, cavabdehin imtinasının digər əsasla rı apellyasiya instansiyası məhkəməsində icraat zamanı araşdırma predmeti olmamışdır.
30. İşin təkrar apellyasiya baxışı zamanı, həmçinin cavabdeh inzibati orqana “tikintiyə icazə verilməsi barədə qərarın deyil, Göyçay RİH-nin məktubunun təqdim edildiyinə” dair dəlilə münasibət bildirilərkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının razılığı” müddəasının şərh edilməsinə dair” 13 iyun 2013-cü il tarixli Qərarında ifadə etdiyi hüquqi mövqe də nəzərə alınmalıdır. Həmin mövqeyə görə, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə uyğun olaraq inzibati orqanın ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul etdiyi və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan məktub və ya digər rəsmi sənəd inzibati akt hesab edilməlidir. Hər hansı bir sənəd inzibati akt kimi qiymətləndirilərkən onun forması ilə yanaşı, inzibati aktın məzmunu da nəzərə alınmalıdır.
31. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 may 2022-ci il tarixli, 21(107)-148/2022 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Qərar qətidir.