Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1672/2024 28.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X4) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünlüyü; subyektiv hüquq). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşın maz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X4) qarşı “torpaq sahəsinin plan və ölçüsü sənədinin ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08 fevral 2024-cü il tarixli, 2-1(103)-147/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Hövsan südçülük sovxozunun 25 dekabr 1998-ci il tarixli 28 nömrəli əmri ilə iddiaçıya (139-cu sırada) sovxoz ərazisindən fərdi ev tikmək məqsədilə 0.12 ha torpaq sahəsi ayrılmışdır.
2. Hövsan südçülük sovxozunun 25 dekabr 1998-ci il tarixli 28 nömrəli əmri ilə X3 (11-ci sırada) sovxoz ərazisindən fərdi ev tikmək məqsədilə 0.12 ha torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsi (faktiki ölçüsü 0.112 ha) üzərində üçüncü şəxsin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına AN 414860 nömrəli xx.xx.2019-cu il tarixli torpaq sahəsinin plan və ölçüsü, xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarış hazırlanmışdır.
3. Abşeron rayon İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 03 nömrəli protokolu və Abşeron rayon İHB-nın xx.xx.1998-ci il tarixli 40 nömrəli məktubuna əsasən, X3 ayrılmış torpaq sahəsinin ölçülüb sərhədlərinə taxta nişan qoyulduqdan sonra ona təhvil verilməsi barədə akt tərtib edilmiş və akt Abşeron rayon Hövsan südçülük sovxozunun həmkarlar təşkilatının sədri tərəfindən imza və möhürlə təsdiq edilmişdir.
4. İddiaçı, X2 adına aparılmış xx.xx.2019-cu il tarixli qeydiyyatı n ləğv edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina edərək bildirmişdir ki, hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edildiyi üçün ərizənin icrası mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozu ərazisində yerləşən torpaq sahəsinə dair X2 adına tərtib edilmiş AN seriyalı, 414860 nömrəli, xx.xx.2019-cu il tarixli torpaq sahəsinin plan və ölçüsü sənədinin ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır k i, o, Binə qəsəbəsi, Hovsan südçülük sovxozunda muzdlu fəhlə kimi işləmiş və işlədiyi illərdə orada işləyən fəhlələrə torpaq sahəsi paylanıldığından, ona da Hövsan südçülük sovxozunun 25 dekabr 1998-ci il tarixli əmri ilə sovxoz ərazisindən fərdi ev tikmək məqsədilə 0.12 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır. 2005-ci ildə hərbi xidmətdən qayıtdıqdan sonra torpaq sahəsinin bir hissəsinə daş hasar çəkdirmişdir. Bu yaxınlarda torpaq sahəsinə nəzarət edən tanışı ona zəng edərək, onun torpaq sahəsinə kimlərinsə gələrək iş görmək istədiyini bildirmiş, həmin şəxsə öz iradını bildirərək, torpağın ona məxsus və istifadəsində olduğunu başa salsa da, bir müddət sonra həmin şəxs ondan Xəzər rayon Polis idarəsinə şikayət etmiş, Polis İdarəsində onların izahatları alınmış və iş mülki xarakte rli olduğundan cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul olunmuşdur. Polis İdarəsində ona məlum olmuşdur ki, torpaq sahəsi X2 adına rəsmiləşdirilmiş və ona Hövsan südçülük sovxozu ərazindən 0.12 ha torpaq sahəsinin ayrılmasına dair 28 saylı əmr verilmişdir. Təqdim edilmiş sənədlərdən müəyyən olunmuşdur ki, onun istifadəsində olan torpaq sahəsinə dair X2 adına xx.xx.2019-cu il tarixdə torpaq sahəsinin plan və ölçüsü tərtib edilmişdir. Torpağın onun istifadəsində olmasını həmin ərazidə yaşayan qonşular təsdiq edə bilərlər. Bundan sonra, o, Xəzər rayon Məhkəməsinə torpağın plan və ölçüsünün ləğv edilməsi və cavabdehin torpaq sahəsindən çıxarılmasına dair iddia tələbi ilə müraciət etmiş, lakin işə baxılan zaman məlum olmuşdur ki, cavabdeh torpaq sahəsinə dair hüquqlarını dövlət qeydiyyatına aldırmış və həmin torpaq sahəsinə çıxarış da almışdır. Bu səbəbdən həmin qeydiyyatın ləğvi ilə bağlı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
7. Cavabdeh inzibati orqan iddia tələbinə yazılı etirazında qeyd etmişdir ki, sözügedən torpaq sahəsi iki hissəyə bölünərək 0.04 ha torpaq sahəsi üzərində xx.xx.2019-cu il tarixdə, 0.072 ha torpaq sahəsi üzərində xx.xx.2019-cu il tarixdə X2 hüquqları qeydiyyata alınmışdır. Həmçinin, hər iki torpaq sahəsi üzərinə Bakı səhəri Xəzər rayon Məhkəməsinin 2(0031-4431/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərardadı ilə həbs qoyulmuşdur.
8. Bakı İnzibati Məhkəməsinin (hakim: M.C.Qarayeva) 30 noyabr 2021-ci il tarixli 21(112)-9020/2021 nömrəli qərardadı ilə X4 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmiş dir.
9. İşin məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqan tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, göstərilən torpaq sahəsi faktiki olaraq hasar daxili 1120.0 kv.m təşkil edir. Torpaq sahəsinin üzərində tikili yoxdur. Faktiki göstərilən torpaq sahəsinin koordinatları - X 1. 424831.600, 2. 424825.150 3. 424870.530 4.424877.670, Y 1.4474822.600, 2. 4474844.190 3. 4474867.410 4. 4474847.170. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsinin 400.0 kv.m hissəsi **********88 reyestr nömrəsi və 720.0 kv.m hissəsi **********77 reyestr nömrəsi ilə X2 adına qeydiyyata alınmışdır. Sözügedən 1120.0 kv.m olan torpaq sahəsi ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Faktiki olaraq göstərilən torpaq sahəsi keçmiş Hövsan TərəvəzçilikSüdçülük sovxozu ndan Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2008-ci il tarixli, 2866 nömrəli müvafiq sərəncamı əsasında Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşir. Əlavə olaraq, iddiaçının adına aid heç bir hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir.
10. Bakı İnzibati Məhkəməsinin (hakim: M.C.Qarayeva) 29 mart 2023-cü il tarixli, 21(112)-371/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozu ərazisində yerləşən torpaq sahəsinə dair X2 adına tərtib edilmiş A№414860 nömrəli xx.xx.2019-cu il torpaq sahəsinin plan və ölçüsü sənədi ləğv edilmişdir.
11. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı müba hisə üçüncü şəxs X2 adına cavabdehin verdiyi Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozu ərazisində yerləşən 0.112 ha torpaq sahəsinə dair 414860 nömrəli xx.xx.2019-cu il torpaq sahəsinin plan və ölçüsü sənədinin ləğvi ilə bağlıdır. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, həm iddiaçıya, həm də üçüncü şəxsə Hövsan südçülük sovxozunun eyni tarixli və nömrəli - 25 dekabr 1998-ci il tarixli 28 nömrəli əmri ilə sovxoz ərazisindən fərdi ev tikmək məqsədilə 0.12 ha torpaq sahəsi ayrılmışdır. Məhkəmə hesab etmişdir ki, işdə olan sənədlərdən göründüyü kimi, həm iddiaçı, həm üçüncü şəxsin eyni tarixli, eyni saylı hüquqmüəyyənedici sənədə malik olması onlardan hər hansı birinə üstünlük verilməsinə əsas ola bilməz. Belə ki, hər iki şəxs eyni torpaq sahəsin ə hüquqmüəyyənedici sənədə malik olmaqla hüquqlarını həyata keçirərkən bərabər status əldə etmiş olurlar. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük Sovxozu ərazisində yerləşən 0.112 ha torpaq sahəsi üzərində X2 adına xx.xx.2019-cu il tarixli torpaq sahəsinin plan və ölçüsünün tərtib edilməsi eyni hüquqmüəyyənedici sənədə malik olan iddiaçının hüquqlarını kobud şəkildə pozmuşdur. Bu baxımdan, işin məhkəmə tərəfindən müəyyən edilmiş halları nəzərə alındıqda, iddiaçı üçüncü şəxsin adına tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsini tələb etməkdə haqlı sayılmalıdır. Torpaq sahəsinin ayrıldığı dövrdə qüvvədə olan Torpaq Məcəlləsinin 23-cü maddəsinə görə, torpaq sahəsinin ayrılması, naturada (yerində) torpaq sahəsinin hüdudlarının müəyyən edilməsini, həmin sahənin digər sahədən mərzlə və ya başqa sərhəd nişanları ilə ayrılmasını nəzərdə tutur. Həmin Məcəllənin 26-cı maddəsinə görə, ayrılmış torpaq sahəsinin naturada (yerində) hüdudları müvafiq yer quruluşu orqanları tərəfindən müəyyən edilməmişdirsə və torpaqdan istifadə hüququnu təsdiq edən sənəd verilməmişdirsə, həmin sahədən istifadəyə başlamaq qadağandır. Belə ki, mütəxəssis rəyinə və cavabdehin izahatına görə, vahid elektron kadastr baza məlumatlarına əsasən, iddiaçının faktiki olaraq göstərdiyi sahə ilə 3-cü şəxsin adına qeydiyyata alınmış sahələr üst-üstə düşür. Lakin iş üzrə 3-cü şəxsə ayrılmış torpaq sahəsinin ilkin yerləşmə cizgisi təqdim edilmədiyindən, sov xozun əmri ilə məhz həmin sahənin ona ayrıldığını müəyyənləşdirmək mümkün deyildir. Çünki Hövsan südçülük sovxozunun 25 dekabr 1998ci il tarixli 28 nömrəli əmrindən çıxarışlardan görünür ki, X3 və İddiaçı sovxoz ərazisindən fərdi ev tikmək məqsədilə 0.12 ha torpaq sahəsi ayrılarkən (bu, Abşeron rayon İcra Hakimiyyətinin Abşeron rayon Dövlət Arxivinin H-180 saylı xx.xx.2019-cu il tarixli məktubunda da qeyd edilir) Hövsan südçülük sovxozunun torpaqlarının cizgiləri çəkilmədiyi üçün Abşeron rayon dövlət arxivinə təhvil verilməmişdir. Məhz buna görə də, X3 ayrılmış torpaq sahəsinin ölçülüb sərhədlərinə taxta nişan qoyduqdan sonra ona təhvil verilməsi barədə Abşeron rayon Hövsan südçülük sovxozunun həmkarlar təşkilatının sədri tərəfindən tərtib edilmiş “akt” qanunvericiliklə tələb olunan təhkim aktı hesab edilə bilməz. Həmçinin də, “akt” adlanan həmin sənədin sonradan hansı şəraitdə tərtib edilməsi və vizual nəzər keçirərkən imzaların möhür vurulduqdan sonra üzərinə işlənməsi, sənədin özünün mötəbərliyinə əsaslı şübhə doğurur. Sovxozun yenidən təşkili qaydasında (həmin sovxozun bazasında) yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri əsasında yaşayış və bağ evlərinin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı, müvafiq əmrin arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər olduğu halda həyata keçirilir. Bununla yanaşı, qanunvericilikdə torpaq sahəsinin sərhədlərinin yerə (naturaya) keçirilməsinin yerquruluşu i şlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilməsi və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilməsi nəzərdə tutulduğu halda, iddiaçının mübahisələndirdiyi sənədin verilməsi üçün əsas olmuş 3-cü şəxsin təqdim etdiyi “akt” mötəbər sənəd sayıla bilməz. Belə olan halda, 3-cü şəxsin istinad etdiyi əmrin arxiv çıxarışı məhz, təqdim edilən cizgi üzrə X2 adına xx.xx.2019-cu il tarixli torpaq sahəsinin plan və ölçüsünün tərtib edilməsi üçün əsas ola bilməz. Məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçının müraciətinə cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmamış, verilmiş imtina məktubu nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmuş və onun gözlənilən mülkiyyət hüququnun həyata keçiril məsinə maneə yaradılmışdır. Cavabdeh iddiaçının ərizəsi əsasında inzibati icraat başlamaq əvəzinə heç bir araşdırma aparmadan ərizəni təmin etməmiş, iddiaçı tərəfindən riayət edilməli olan prosedur qaydaları sadalamamışdır.
12. Məhkəmə onu da qeyd etmişdir ki, cavabdeh və 3-cü şəxs etirazının dəlilləri olaraq məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişlər. Əksinə, cavabdehin imtinasında göstərilən dəlillər işin məhkəmənin müəyyən etdiyi halları ilə təkzib edilmişdir. Bu baxımdan, cavabdeh orqan ayrılmış torpaq sahəsinə dair hüquqların qeydiyyatı ilə bağlı məsələyə baxarkən “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsində sadalanmış inzibati aktların etibarsızlığına gətirib çıxaran halların konkret iş üzrə mövcud olub-olmaması ətrafında araşdırma aparmalıdır. Belə ki, hazırkı iş üzr ə müəyyən olunur ki, əmrlə iddiaçıya ayrılmış torpaq sahəsinin naturada yerləşməsi ilə bağlı dəqiq sərhədlər göstərilməmişdir. Cavabdeh inzibati orqan isə ayrılmış sahənin naturada yerləşməsi və koordinatları ilə bağlı məsələni dəqiq müəyyənləşdirmədən 3-cü şəxsin ərizəsini təmin edərək, ona mübahisələndirilən torpaq sahəsinin planı və ölçüsü sənədini vermişdir. Bu hal isə iddiaçının hüquqlarının pozulmasına gətirib çıxarmışdır.
13. Cavabdeh və üçüncü şəxs həmin qərardan apellyasiya şikayətləri verərək, qərarın ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər. b) apellyasiya instansiyası məhkəməsində icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakim: K.H.Əkbərov /sədrlik edən və məruzəçi/, M.N.Tağızadə və F.Ş.Talışinski) 08 fevral 2024-cü il tarixli, 21(10 3)-147/2024 nömrəli qərarı ilə apellyasiya şikayətləri təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-371/2023 nömrəli 29 mart 2023-cü il tarixli qərarı ləğv edilmiş, iddia təmin edilməmişdir.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, iş materiallarından müəyyən edilir ki, Hövsan südçülük sovxozunun 25 dekabr 1998-ci il tarixli 28 nömrəli əmrindən çıxarışa əsasən X1 ərazisindən fərdi ev tikmək məqsədilə 0.12 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır (sıra 11.). Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük Sovxozu ərazisində yerləşən 0.112 ha torpaq sahəsi üzərində X2 mülkiyyət hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmə ti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən, dövlət qeydiyyatına alınmışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, göstərilən çıxarış hazırda qüvvədə olmaqla, onun mötəbərliyini şübhə altına alan sübutlar iddiaçı tərəfindən təqdim edilməmişdir. Əksinə qeyd edilməlidir ki, iddiaçı tərəfindən iddianın əsası qismində göstərilmiş hallarla işin faktiki halları arasında ziddiyyətli məqamlar mövcuddur. Belə ki, iddiaçı iddia ərizəsində Binə qəsəbəsi, Hovsan südçülük sovxozunda muzdlu fəhlə kimi işlədiyini və həmin illərdə orada işləyən fəhlələrə torpaq sahəsi paylandığından, ona da Hövsan südçülük sovxozunun 25 dekabr 1998-ci il tarixli əmri ilə sovxoz ərazisindən fərdi ev t ikmək məqsədilə 0.12 ha torpaq sahəsinin ayrılmasını bildirmişdir. Lakin işin hazırkı apellyasiya icraatı zamanı iddiaçıya Hövsan südçülük sovxozunda muzdlu fəhlə kimi işləməsini təsdiq edən əmək kitabçasının əslinin (və ya təsdiq edilmiş surətinin) təqdim olunması təklif edilsə də, göstərilən sübut məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi, iddiaçı torpaq sahəsinin ayrılmasının əsası qismində çıxış edən Hövsan südçülük sovxozunda işləməsi faktını sübut edə bilməmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük Sovxozu ərazisində yerləşən 0.112 ha torpaq sahəsi üzərində üçüncü şəxs X2 adına xx.xx.2019-cu il tarixli torpaq sahəsinin plan və ölçüsünün tərtib edilməsinin onun qanunla qorunan hüquqlarını pozduğun u iddia etsə də, hazırkı tələbini əsaslandıran sübutları (hüquqmüəyyənedici sənədləri) məhkəməyə təqdim etməmişdir. Belə ki, cavabdeh inzibati orqanın xx.xx.2023-ci il tarixli **********55 nömrəli məktubuna əsasən verilmiş mütəxəssis rəyindən görünür ki, faktiki olaraq göstərilən torpaq sahəsinə dair İddiaçı adına aid heç bir hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Digər tərəfdən qeyd edilməlidir ki, Hövsan südçülük sovxozunun 25 dekabr 1998-ci il tarixli 28 nömrəli əmrindən çıxarışdan görünür ki, X1 ərazisindən fərdi yaşayış evi tikmək məqsədilə 0.12 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır. Həmin əmrdə X2 adı siyahıda 11-ci sırada qeyd edilmişdir. Lakin Hövsan südçülük sovxozunun 25 dekabr 1998-ci il tarixli 28 nömrəli əmrindən çıxarışdan görünür ki, iddiaçıya sovxoz ərazisin dən fərdi ev tikmək məqsədilə 0.12 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır və həmin əmrdə iş üzrə iddiaçının adı 139-cu sırada qeyd edilmişdir. Göründüyü kimi, 25 dekabr 1998-ci il tarixli 28 nömrəli əmrindən çıxarışda iddiaçının adının 139-cu sırada qeyd edilməsi də həmin sənədin mötəbərliliyinə şübhə yaradır. Apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edən məhkəmə kollegiyası hesab etmişdir ki, hazırkı iş üzrə üçüncü şəxsin adına verilmiş mübahisələndirilən plan və ölçünün ləğv edilməsinə əsas olan hallar iş materialları ilə öz təsdiqini tapmadığından iddia tələbi əsassızdır.
16. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİL LƏRİ a) kassasiya şikayətinin dəlilləri:
17. Apellyasiya məhkəməsi mövqeyini demək olar ki, əsaslandırmamış, birinci instansiya məhkəməsinin əsaslı mövqeyini formal mülahizələrlə təkzib etmişdir. Belə ki, qərarda qeyd olunur ki, iddiaçı tərəfindən onun Hövsan südçülük sovxozunda muzdlu fəhlə kimi işləməsinə dair sənəd təqdim edilməmişdir və sovxozun 25 dekabr 1998-ci il tarixli 28 nömrəli əmrindən çıxarışından görünür ki, X1 ərazisindən fərdi yaşayış evi tikmək məqsədilə 0.12 ha torpaq sahəsinin ayrılması ilə bağlı əmrdə qeyd olunan siyahıda adı 11ci sırada qeyd olunsa da, iddiaçının adı 139-cu sırada qeyd olunmuşdur. Sıra nömrəsi iddiaçıya məxsus sənədin mötəbərliyini şübhə altına alır. Apellyasiya məhkəməsinin bu mövqeyi sadəcə, formal mülahizədir və həm iddiaçının, həm də üçüncü şəxsin təqdim etdiyi eyni hüquqi qüvvəyə malik hüquqmüəyyənedici sənədlərdən hər hansı birinin şübhə altına salınmasına əsas vermir. Bundan əlavə, cavabdeh qurum Abşeron rayon Hövsan südçülük sovxozunun həmkarlar təşkilatının sədri tərəfindən tərtib edilmiş tarixi və nömrəsi, imzalayan şəxslərin adları, ata adları qeyd edilməyən “akt”ı qanunsuz olaraq təhkim aktı kimi qiymətləndirmiş və X2 ərizəsi əsasında, hazırda mübahisələndirilən plan və ölçünü tərtib etmişdir. Apellyasiya məhkəməsi də iddia tələbini rədd etməklə, cavabdehin bu hərəkətini haqlı hesab etmişdir. Lakin həmin “akt”ın nə əsli, nə də notarial qaydada təsdiq edilmiş surəti məhkəməyə təqdim edilməmişdir. Halbuki, qanunvericiliyə əsasən, yazılı sübutların əsli və ya notarial surəti məhkəməyə təqdim edilməlidir. Bundan əlavə, hazırkı i ş üzrə X2 adına torpaq sahəsinin təhkim aktı və ya həmin sahəyə dair cizgi, sxem, plan mövcud deyildir. Hətta, Abşeron rayon Dövlət Arxivinin H-180 nömrəli xx.xx.2019-cu il tarixli məktubunda da qeyd edilir ki, Hövsan südçülük sovxozunun torpaqlarının cizgiləri çəkilmədiyi üçün arxivə təhvil verilməmişdir. Yəni, sovxozlar tərəfindən torpaq sahələri vətəndaşlara ayrılsa da, cizgilər ümumiyyətlə çəkilməmişdir. Abşeron rayon Hövsan südçülük sovxozunun həmkarlar təşkilatının sədri tərəfindən tərtib edilmiş “akt”da X3 ayrılmış torpaq sahəsinin ölçülüb sərhədlərinə taxta nişanlar qoyulduqdan sonra təhvil verilməsi qeyd olunsa da, bu “akt” yuxarıda qeyd olunan qanunvericilik normalarında göstərilmiş təhkim aktı hesab edilə bilməz. Bundan başqa, torpaq sahəsinə dair X2 adına tərtib edilmiş xx.xx.2 019-cu il tarixli torpaq sahəsinin plan və ölçüsü sənədi və çıxarış verilməzdən əvvəl həm iddiaçının, həm də üçüncü şəxsin cavabdeh quruma müraciəti olmuşdur. Yəni, cavabdeh təşkilat faktiki olaraq torpaq sahəsi üzərində mübahisə olduğunu bilmiş, lakin qanunsuz olaraq üçüncü şəxsin adına sənəd tərtib etmişdir. Cavabdeh təşkilat inzibati icraat başlamaq əvəzinə, heç bir araşdırma aparmadan üçüncü şəxsin ərizəsi əsasında sənəd tərtib etmişdir.
18. Eyni zamanda, məhkəmə təcrübəsindən də bilindiyi kimi, Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan sovxoz torpaqları ilə əlaqədar işlərə baxılarkən birmənalı olaraq torpaq sahəsinin ilkin cizgiləri və xəritədən çıxarışları mövcud olmur. Bu səbəbdən, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi həmin torpaqlara döv lət reyestrindən çıxarış verilməsindən imtina edir. Əvəzində isə vətəndaşlar torpaq sahəsinin ayrılmasını həyata keçirən sovxozun tabe olduğu yerli icra hakimiyyəti orqanlarını cavabdeh göstərməklə məhkəməyə müraciət edərək, həmin torpaq sahələrinə dair cizginin və xəritədən çıxarışın verilməsi öhdəliyinin yerli icra hakimiyyətlərinə həvalə olunmasını xahiş edirlər. Mövcud məhkəmə təcrübəsində də bu tipli iddialar uğurlu hesab edilir. Lakin bu işdə iddiaçı, üçüncü şəxsdən əvvəl cavabdehi məlumatlandırmasına baxmayaraq, cavabdeh təşkilat qərəzli olaraq mübahisə olduğu halda, qanunsuz inzibati akt qəbul etmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri: 19.Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır..... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında ba xılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 21. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 nömrəl i 10 aprel 2015-ci il tarixli Qərarı KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən əsaslıdır, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir.
25. Belə ki, hazırkı iş üzrə iddiaçının tələbi Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Hövs an südçülük sovxozu ərazisində yerləşən torpaq sahəsinə dair X2 adına tərtib edilmiş AN seriyalı, 414860 nömrəli, xx.xx.2019-cu il tarixli torpaq sahəsinin plan və ölçüsü sənədinin ləğv edilməsi ilə bağlıdır.
26. Qeyd edilməlidir ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun mövqeyinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan ver ən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq, özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü Azərbaycan Respublikasının İnzibat i Prosessual Məcəlləsinin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.
27. Hazırkı mübahisə üzrə iddiaçı Hövsan südçülük sovxozunun 25 dekabr 1998-ci il tarixli 28 nömrəli əmri ilə ona 0,12 ha torpaq sahəsi verildiyini və məhz, həmin torpaq sahəsinə üçüncü şəxsin adına plan və ölçü sənədi tərtib edildiyini əsas gətirməklə, həmin plan və ölçü sənədinin ləğv olunmasını tələb edir.
28. İddiaçı Hövsan südçülük sovxozunun 25 dekabr 1998-ci il tarixli 28 nömrəli əmri ilə ona 0.12 ha torpaq sahəsi verildiyini iddia etsə də, həmin torpaq sahəsinin yerləşmə yeri barədə heç bir sənəd (yerləşmə cizgisi, planı, təhkim aktı və s.) təqdim etməmişdir.
29. Halbukı, iddiaçı o zaman hazırkı məzmunda iddia qaldırmaq hüququna malik olardı ki, müvafiq əmrlə ona ayrılmış torpaq sahəsinin üçüncü şəxsin adına qeydiyyat a alınmış torpaq sahəsi ilə üst-üstə düşməsi barədə mötəbər sübutlar mövcud olsun. Lakin iddiaçı özü də kassasiya şikayətində qeyd etmişdir ki, ona ayrılmış torpaq sahəsinin yerləşmə yeri ilə bağlı heç bir sənəd mövcud deyil. Odur ki, İPM-in 35-ci maddəsində nəzərdə tutulmuş iddianın ümumi mümkünlük şərti (cavabdeh inzibati orqanın 3-cü şəxsin adına plan və ölçü sənədi tərtib edilməsi ilə bağlı hərəkəti nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulması) ödənilmir. İddiaçının hazırkı tələbinə mahiyyəti üzrə baxılması üçün ilkin olaraq, onun bu məzmunda iddia qaldırmağa subyektiv hüququ olmalıdır. Bu (subyektiv) hüququn sahibi olmayan şəxsin iddiasına mahiyyəti üzrə baxılıb, iddianın əsaslılığına qiymət verilməsi mümkünsüzdür. İPM-in 35-ci maddəsində nəzərdə tutul muş ümumi mümkünlük şərti ödənilmədiyindən, iddiaçının hazırkı məzmunda iddia qaldırmaq üçün subyektiv hüququ istisna edilir
30. İddiaçı kassasiya şikayətində üçüncü şəxsə torpağın təhvil verilməsinə dair tərtib edilmiş Aktın mötəbərliliyini mübahisələndirsə də, qeyd edilməlidir ki, həmin aktın mötəbərliliyinə, həmçinin üçüncü şəxsin adına qeydiyyatın aparılmasında və plan-ölçü sənədinin tərtib edilməsində ifadə olunan cavabdehin hərəkətlərinin qanuniliyinə hazırkı halda qiymət verməyə zərurət yoxdur. Belə ki, mübahisəli torpaq sahəsinin iddiaçıya ayrılması və təhvil verilməsi mötəbər sübutlarla təsdiqlənmədiyindən, başqa sözlə, iddiaçıya ayrılmış torpaq sahəsinin yerləşmə yeri barədə heç bir sənəd (yerləşmə cizgisi, planı, təhkim aktı və s.) mövcud olmadığından, müvafiq əmrlə ona ayrılm ış torpaq sahəsinin məhz, mübahisə predmeti olan, yəni üçüncü şəxsin adına plan və ölçü sənədi tərtib edilmiş torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmadığından, iddiaçının sözügedən torpaq sahəsinə dair üçüncü şəxsin adına olan sənədlərin mötəbərliliyini və bundan irəli gələn cavabdehin hərəkətlərinin qanuniliyini mübahisələndirmək hüququ yoxdur.
31. İddiaçı özü də kassasiya şikayətində qeyd etdiyi kimi, oxşar işlərdə olduğu kimi, ona ayrılmış torpaq sahəsinin naturada ayrılması və ona təhvil verilməsi ilə bağlı müvafiq orqana müraciət edə bilər və müsbət halda, ona ayrılan torpaq sahəsi üzərində hüququnun qeydə alınması ilə bağlı prosedur hərəkətləri cavabdehdən tələb edə bilər.
32. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya instansiyas ı məhkəməsi tərəfindən iddianın mümkünlüyü ilə bağlı prosessual hüquq normalarının tələbləri pozulduğundan kassasiya şikayəti qismən təmin edilməli, barəsində şikayət verilən məhkəmə qərarı ləğv edilməli və iddia mümkün sayılmamalıdır.
33. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08 fevral 2024-cü il tarixli, 21(103)-147/2024 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X4) qarşı “Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Hövsan südçülük sovxozu ərazisində yerləşən torp aq sahəsinə dair X2 adına tərtib edilmiş AN seriyalı, 414860 nömrəli, xx.xx.2019-cu il tarixli torpaq sahəsinin plan və ölçüsü sənədinin ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.