Məhkəmə qərarları › İş №2-1(102)-1673/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1673/2021

22.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1673/2021 22.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin iştirakı ilə) qarşı iş üzrə QƏRARİ Açar sözlər: (müvafiq məlumat vərəqəsinin yenidən tərtib edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Gülarə İmanovanın, İddiaçı və vəkili Vəkil, cavabdehin vəkili Dilarə Əfrasiyabovanın və nümayəndəsi Şıxəli Baxşiyevin iştirakı ilə, İddiaçı c avabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin iştirakı ilə) qarşı pensiya məbləğinin yenidən hesablanaraq müvafiq məlumat vərəqəsinin yenidən tərtib edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə təqdim edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1070/2021 nömrəli iş üzrə 19.05.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 22 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasın da baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı Cəmşid Naxçıvanski adına Hərbi Liseydə Şəxsi heyətlə iş üzrə bölmə rəisi vəzifəsini 1 (bir) ildən artıq icra etməsini nəzərə alaraq pensiya məbləğinin bütün əlavələrin nəzərə alınmaqla yenidən hesablanaraq müvafiq məlumat vərəqəsinin yenidən tərtib edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə təqdim edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1993-cü ildən Cəmşid Naxçıvanski adına Hər bi Liseydə xidmət edərək kursant tağım komandiri-tərbiyəçi vəzifəsindən Hərbi Liseyin şəxsi heyətlə iş üzrə şöbə rəisinin mənəvi-psixoloji təminat üzrə müavini vəzifəsinə qədər yüksəlmiş, Qüsursuz xidmətə görə 3-cü, 2-ci və 1-ci dərəcəli medallara layiq görülmüşdür. Müdafiə Nazirinin 31.12.2014-cü il tarixli müvafiq əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “b” bəndi (yaşa görə) ilə 12.02.2015-ci il tarixdə şəxsi heyətin siyahısından çıxarılaraq həmin vəzifədən ehtiyata buraxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.18-ci maddəsinə əsasən səhhəti və ya yaşı ilə əlaqədar olaraq xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilmiş və keçirildiyi gün yaşa görə əmək pensiyasını almaq hüququna malik olan hərbi qulluqçular xidm ətdən buraxılarkən, onların əmək pensiyasına əlavə bilavasitə göstərilən keçirilməyədək azı bir il çalışdıqları vəzifə üzrə təminat xərcliyinin aylıq məbləğindən hesablanır. Həmin Qanunun 9.5.1-ci maddəsinin tələblərinə görə hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət keçmiş hərbi qulluqçular hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır. Onun Silahlı Qüvvələrdə xidmətdə olduğu müddətdə Cəmşid Naxçıvanski adına Hərbi Lisey rəisinin müvafiq əmri ilə 20.02.2012-ci ildən 30.03.2013-cü ilə qədər (həmin vaxt yaşa görə əmək pensiyasını almaq hüququna malik olmuş, belə ki, 1993-cü ildən həqiqi hərbi xidmətə başlamış və 2014-cü ildə aşağı vəzifəyə keçirilmişdir) və 25.10.2013-cü ildən 18.02.2014-cü ilə qədər Hərbi Liseyin şəxsi heyətlə iş üzrə bölmə rəisi vəzi fəsini icra etmişdir. Həmçinin xidməti dövründə xəstəliyi ilə əlaqədar Mərkəzi Hərbi Həkim Komissiyasının müvafiq qərarlarına əsasən 2007-ci ildə “sıradan kənar hərbi xidmətə yararlı” və sonuncu dəfə 27.11.2014-cü il tarixdə “Silahlı Qüvvələrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilmişdir. Hərbi Liseyin şəxsi heyətlə iş üzrə bölmə rəisi vəzifəsini icra etməsini nəzərə alaraq pensiyasının yenidən hesablanması və pensiyasına müvafiq əlavələrin edilməsi məqsədilə Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinə və Azərbaycan Respublikasının Müdafiə Nazirinə məktubla müraciət etmişdir. Hər iki məktubuna məzmun etibarı ilə eyni, lakin mahiyyəti üzrə müraciətinə qətiyyən toxunmayan cavablar verilmişdir. Belə ki, o, Hərbi Lisey rəisinin əmri ilə Şəxsi heyətlə iş üzr ə bölmə rəisi vəzifəsini icra etdiyi üçün həmin müraciətinə qanunvericiliklə müəyyən edilmiş qaydada əsaslandırılmış cavablar verilməmişdir. Beləliklə, 20.02.2012-ci il tarixdən 30.03.2013-cü il tarixinədək və 25.10.2013-cü il tarixdən 18.02.2014-cü il tarixinədək Hərbi Liseyin şəxsi heyətlə iş üzrə bölmə rəisi vəzifəsini icra etməsi, daha sonra xidmət mənafeyi naminə, həm də xəstəliyi ilə əlaqədar aşağı vəzifəyə keçirildiyi və aşağı vəzifəyə keçirildiyi an “yaşa görə” pensiya almaq hüququnu əldə etdiyi nəzərə alınarsa, ona təyin edilmiş pensiya sonuncu tutduğu vəzifədən, yəni Hərbi Liseyin şəxsi heyətlə iş üzrə şöbə rəisinin mənəvi-psixoloji təminat üzrə müavini vəzifəsindən deyil, məhz ondan əvvəlki, yəni Hərbi Lisey Şəxsi heyətlə iş üzrə bölmə rəisi vəzifəsindən hesablanmalıdır.

3. İş ü zrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi üçüncü şəxs qismində cəlb edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat

4. Birinci instansiya məhkəməsinin 08.10.2020-ci il tarixli, 2-1(112)2911/2020 nömrəli (sədrlik edən hakim Pərviz Hüseynov) qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi (Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) yenilənmiş məlumat vərəqəsinin göndərilməsi tələbinə dair iddiasının rədd edilməsi qərara alınmışdır.

5. Birinci instansiya məhkəməsi h əmin nəticəyə gələrkən Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 1.0.5 və 20.18-ci maddələrinə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 34.1, 52, 58.1 və 68.2-ci maddələrinə istinad etməklə belə hesab etmişdir ki, iddiaçının başqa vəzifəyə keçirilməsi səhhəti və ya yaşı ilə əlaqədar olmamışdır, habelə daha az maaşlı vəzifəyə keçirilmə olmamışdır. Belə ki, iddiaçı Hərbi Liseyin Şəxsi heyətlə iş üzrə bölmə rəisinin vəzifəsini müvəqqəti icra etmiş, o, Hərbi Liseyin Şəxsi heyətlə iş üzrə bölmənin baş təlimatçısıpsixoloq vəzifəsində olmuş və həmin vəzifədən azad edilərək C.Naxçıvanski adına Hərbi Liseyin Şəxsi heyətlə iş üzrə şöbə rəisinin mənəvi-psixoloji təminat üzrə müavini vəzifəsinə təyin edilmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tə ləbi əsassızdır və təmin edilməməlidir.

6. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 08.10.2020-ci il tarixli, 2-1(112)-2911/2020 nömrəli qərarının ləğv edilməsini və “Cəmşid Naxçıvanski adına Hərbi Liseydə şəxsi heyətlə iş üzrə bölmə rəisi vəzifəsini 1(bir) ildən artıq icra etməyini nəzərə alaraq pensiya məbləğinin bütün əlavələrin nəzərə alınmaqla yenidən hesablanaraq müvafiq məlumat vərəqəsinin yenidən tərtib edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə təqdim edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasını xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsindəki icraat

7. Bakı Apelyasiya Məhkəməsin in İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiya məhkəməsi) 19.05.2021-ci il tarixli, 2-1(103)-1070/2021 nömrəli (hakimlər Afaq Nuriyeva - sədrlik edən və məruzəçi, Mirzəli Abbasov və Elmira Nağıyeva) qərarı ilə apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 08.10.2020-ci il tarixli, 21(112)-2911/2020 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

8. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 34.1 və 87.6-cı maddələrinə istinadən belə hesab etmişdir ki, iddiaçıya 10.02.2015-ci ildən «Əmək pensiyaları haqqında» Qanunun 20.14.1-ci maddəsinə müvafiq olaraq yaşa görə əmək pensiyası təyin edilmişdir. Üçüncü şəxsə təqdim edilmiş məlumat vərəqəsi ndə iddiaçının tutduğu vəzifə C.Naxçıvanski adına Hərbi Liseyin Şəxsi heyətlə iş üzrə şöbə rəisinin mənəvi-psixoloji təminat üzrə müavini vəzifəsi qeyd olunmuşdur. Həmçinin müəyyən edilmişdir ki, iddiaçı 22.02.2012-ci il tarixdən 30.03.2013-cü il tarixədək və 29.10.2013-cü il tarixdən 18.02.2014-cü il tarixədək C.Naxçıvanski adına Hərbi Liseyin Şəxsi heyətlə iş üzrə bölmə rəisinin vəzifəsini icra etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri

9. İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə cavabdehin gətirdiyi dəlilləri nəzərə alaraq işə qeyri-obyektiv baxmış, iş üçün əhəmiyyətli olan halları araşdırıb hüquqi qiymət verməmiş, hüquqi faktları nəzərə almayaraq işə birtərəfli qayd ada baxıb əsassız qərar qəbul etmişdir. Məhkəmənin gəldiyi qənaət yanlışdır və heç bir hüquqi əsasları yoxdur. Buna görə də aşağıdakı əsaslara görə qərar ləğv edilməli, iddiaçının iddia tələbi isə təmin edilməlidir. Qanunvericilikdə birbaşa amillər göstərildiyi halda hansı səbəbdən Bakı Apelyasiya Məhkəməsi cavabdehin irəli sürdüyü dəlilləri əsaslı hesab edərək iddiaçının həmin vəzifədə azı 1 (bir) il çalışdığını, səhhəti ilə əlaqədar aşağı vəzifəyə keçirilməsini, aşağı vəzifəyə keçirilənədək həmin an yaşa görə pensiya almaq hüququna malik olmasını nəzərə almamışdır. İddiaçı xidmətdə olduğu zaman xidmət mənafeyi naminə edilən yerdəyişmələr və həmin vaxt malik olduğu statusa görə qanunvericiliyin maddələri birbaşa ona şamil edildiyi halda konstitusion hüququ cavabdeh tərəfindən pozulmuş və Bakı Apelyasiya məhkəməsi tam, obyektiv və hərtərəfli araşdırma aparmadan ədalətsiz qərar qəbul etmişdir.

10. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin 19.05.2021-ci il tarixli, 2-1(103)-1070/2021 nömrəli qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Kasasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğu n olmayan qərar qəbul etmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 19.05.2021-ci il tarixli qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.

13. Məhkəmə iclasında iştirak edən iddiaçı da vəkili Vəkil çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 19.05.2021-ci il tarixli qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.

14. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili D.Əfrasiyabova kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin 19.05.2021-ci il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 19.05.2021-ci il tarixli tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.

15. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Ş.Baxşiyev də vəkili D.Əfrasiyabovanın çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 19.05.2021-ci il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.

16. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxsin nü mayəndəsi məhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

17. Kasasiya şikayəti vaxtında verilmişdir. Kasasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

18. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Əsaslandırıcı hissə:

19. Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının və vəkilinin, cavabdehin nümayəndəsi və vəkilinin izahat və çıxışlarını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab e dir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 19.05.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

21. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahi səyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır.

22. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, iddiaçının kasasiya şikayətindəki dəlilləri əsassızdır.

23. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış 19.12.2019-cu il tarixli 12/3872 saylı məktubda qeyd olunur: Sizin Azərbaycan Respublikasının Müdafiə nazirinə ünvanladığınız ərizənizə Müdafiə Nazirliyinin Maliyyə və Büdcə idarəsində baxılmışdır. Bildiririk ki, Siz Azərbaycan Respublikası Müdafiə nazirinin 0909 nömrəli 31 dekabr 2014-cü il tarixli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı ma ddəsinin “b” bəndinə (yaşa görə) müvafiq olaraq, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Şəxsi heyətlə iş üzrə şöbə rəisinin mənəvi-psixoloji təminat üzrə müavini vəzifəsindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılaraq lisey rəisinin 31 nömrəli 09 fevral 2015-ci il tarixli əmrinə müvafiq olaraq şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılmısınız. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları»nın 1-ci bəndində «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara - Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyi ilə yaradılmış digər silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliy i, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidməti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması müəyyən edilmişdir. Həmin Qaydaların 2-ci bəndində isə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qull uqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən və artımlardan ibarət olan məbləğ kimi göstərilmişdir. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən bu bənddə göstərilən pul təminatından hesablanır. Əlavə olaraq bildiririk ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinə müvafiq olaraq hərbi qulluqçulara yaşa görə əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra t əyin olunur. Bundan başqa, 01 yanvar 2007-ci il tarixədək qüvvədə olmuş “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 40-cı maddəsinin 2-ci hissəsinə və hal-hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.18-ci maddəsinə gəldikdə isə bildiririk ki, həmin maddələrin müddəalarına görə səhhəti və ya yaşı ilə əlaqədar olaraq xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilmiş və keçirildiyi gün yaşa görə əmək pensiyası almaq hüququna malik olan hərbi qulluqçular xidmətdən buraxılarkən, onların əmək pensiyasına əlavə bilavasitə göstərilən keçirilməyədək azı bir il çalışdıqları vəzifə üzrə təminat xərcliyinin aylıq məbləğindən hesablanır. Siz isə Azərbaycan Respublikası Müdafiə nazirinin 03 nömrəli 24 fevral 2014-cü il tarixli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 78-ci maddəsinin “a” bəndinə (yuxarı vəzifəyə) müvafiq olaraq, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Şəxsi heyətlə iş üzrə bölmənin baş təlimatçı psixoloq vəzifəsindən həmin Liseyin Şəxsi heyətlə iş üzrə şöbə rəisinin mənəvi psixoloji təminat üzrə müavini vəzifəsinə təyin olunmuşunuz. Yəni, Sizin iddia etdiyiniz kimi aşağı maaşlı vəzifəyə deyil, məhz yuxarı maaşlı vəzifəyə təyin edilmisiniz. Yuxarıda göstərilənlərə əsasən adınıza tərtib olunmuş 02560 nömrəli “Məlumat vərəqi"ndə Sizin hərbi xidmətdən buraxıldığınız günə tutduğunuz sonuncu vəzifə üzrə, yəni Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Şəxsi heyətlə iş üzrə şöbə rəisinin mənəvi-psixoloji təminat üzrə müavini vəzifəsi üzrə, aldığınız təminat xərcliyi (pul təminatı) haqqın da məlumatlar əks olunaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat idarəsinə təqdim edilmişdir. Bu barədə Sizə tərəfimizdən daha öncə 19 yanvar 2018-ci il tarixli 12/132 nömrəli məktubla məlumat verilmişdir. İş materiallarında olan Cəmşid Naxçıxanski adına Hərbi Lisey rəisinin 16.07.2004-cü il tarixli 163 saylı əmrindən çıxarışdan görünür ki, “Hərbi xidmət keçmə haqqında" Əsasnamənin 78-ci maddəsinə müvafiq olaraq və Azərbaycan Respublikası Müdafiə Nazirinin 31.05.2004-cü il tarixli 081 saylı əmrinə əsasən təşkilatı-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar və MN-nin müavininin 018 saylı 10.07.2004-cü tarixli əmri ilə C.Naxçıvanski adına Hərbi Liseyin şəxsi heyətlə iş üzrə bölmənin psixoloqu kapitan İddiaçı C.Naxçıvanski adına Hərbi Litseyin şəxsi heyətlə iş üzrə bölmənin baş təlimatçı-psixoloqu vəzifəsinə təyin edilməsi və vəzifəsinin icrasına başlamış hesab edilməsi əmr edilmişdir.

24. İşə əlavə edilmiş Cəmşid Naxçıxanski adına Hərbi Lisey rəisinin 24.02.2014cü il tarixli 42 saylı əmrindən olan çıxarışda qeyd edilmişdir Azərbaycan Respublikası Müdafiə Nazirinin 08 yanvar 2014-cü il tarixli 03 nömrəli əmrinə əsasən keçirilmiş təşkilati-ştat tədbirləri ilə əlaqədar və «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 78-ci maddəsinə müvafiq olaraq, mayor İddiaçı Şəxsi heyətlə iş üzrə bölmənin baş təlimatçısı-psixoloq vəzifəsindən azad edilmiş və Şəxsi heyətlə iş üzrə şöbə rəisinin mənəvi- psixoloji təminat üzrə müavini vəzifəsinə təyin edilmişdir.

25. İşə əlavə edilmiş Cəmşid Naxçıxanski adına Hərbi Lisey rəisin in 09.02.2015ci il tarixli 31 saylı əmrindən olan çıxarışda qeyd edilmişdir ki, polkovnik-leytenant İddiaçı, Şəxsi Heyətlə iş üzrə şöbə rəisinin mənəvi-psixoloji təminat üzrə müavini - Azərbaycan Respublikası Müdafiə Nazirinin 31 dekabr 2014-cü il tarixli 0909 saylı əmri ilə “ Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin ‘b” bəndinə (yaşa görə) və 164-cü maddəsinə əsasən hərbi geyim formasını daşımaq hüququ verilməklə ehtiyata buraxıldığına görə, Hərbi Liseyin siyahısından və bütün növ təminatlardan çıxarılmış və hərbi qeydiyyat üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon İdarəsi rəisinin sərəncamına göndərilmişdir.

26. İşə əlavə edilmiş C.Naxçıvanski adına Hərbi Lisey rəisinin 22.02.2012-ci il tarixli 43 nömrəli əmrindən olan çıxarışda qeyd e dilmişdir ki, mayor İddiaçı, Şəxsi heyətlə iş üzrə bölmənin baş təlimatçı-psixoloqu - 22.02.2012-ci il tarixdən Şəxsi heyətlə iş üzrə bölmə rəisinin vəzifəsini qəbul etmiş və icrasına başlamış hesab edilməsi əmr edilmişdir.

27. İşə əlavə edilmiş C.Naxçıvanski adına Hərbi Lisey rəisinin 30.03.2013-cü il tarixli 46/T nömrəli əmrinin surətindən görünür ki, Müdafiə Nazirinin 11.03.2013-cü il tarixli əmrinə əsasən C.Naxçıvanski adına Hərbi Liseyin şəxsi heyətlə iş üzrə bölmə rəisi vəzifəsinə təyin olunmuş polkovnik-leytenant X1 Hərbi Liseyə gəldiyi üçün Şəxsi heyətlə iş üzrə bölmə rəisi vəzifəsini icra edən baş təlimatçı-psixoloq mayor İddiaçı iş və vəzifəsini qəbul etməsi və təhvilqəbulu ilə əlaqədar komissiya təyin edilməsi əmr edilmişdir.

28. İşə əlavə edilmiş C.Naxçıvanski adına Hərbi Lisey rəisinin 29.10.2013-cü il tarixli 241 nömrəli əmrindən olan çıxarışda qeyd edilmişdir ki, mayor İddiaçı, 29.10.2013-cü il tarixdə Şəxsi heyətlə iş üzrə bölmə rəisinin vəzifəsini qəbul etmiş və icrasına başlamış hesab edilməsi əmr edilmişdir.

29. İşə əlavə edilmiş C.Naxçıvanski adına Hərbi Lisey rəisinin 18.02.2014-cü il tarixli 40/T nömrəli əmrinin surətindən görünür ki, Müdafiə Nazirinin 11.02.2014-cü il tarixli əmrinə əsasən Hərbi Liseyin Şəxsi heyətlə iş üzrə müavini – şöbə rəisi vəzifəsinə təyin olunmuş X3 vəzifə və işlərini mayor İddiaçı təhvil alması və təhvil-qəbulu ilə əlaqədar komissiya təyin edilməsi əmr edilmişdir.

30. İşə əlavə edilmiş iddiaçıya məxsus pensiya işində olan Azərbaycan Respublikası DSMF-nin Xətai rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyanın 16.03.2015-c i il tarixli qərarında qeyd edilmişdir İddiaçı 10.02.2015-ci ildən «Əmək pensiyaları haqqında» Qanunun 20.14.1-ci maddəsinə müvafiq olaraq yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin pensiya işində olan məlumat vərəqəsindən görünür ki, İddiaçı doğulduğu tarix xx.xx.1966-cı il, hərbi xüsusi rütbəsi polkovnik-leytenant, tutduğu vəzifə C.Naxçıvanski adına Hərbi Liseyin Şəxsi heyətlə iş üzrə şöbə rəisinin mənəvi-psixoloji təminat üzrə müavini vəzifəsidir, təqvim xidmət illəri 23 il, 03 ay, 17 gün, güzəştli xidmət illəri 05 il, 11 ay, 27 gün, cəmi iş stajı və xidmət illəri 29 il, 03 ay, 14 gün, tərxis olunduğu tarix 09.02.2015-ci il, tərxis olunduğu maddə 156B – yaşa görə.

31. Göründüyü kimi, iddiaçı Müdafiə nazirinin müavininin 10.07.2004-cü tarixli əmri ilə C.Naxçıvanski adına Hərbi Lise yin şəxsi heyətlə iş üzrə bölmənin baş təlimatçı-psixoloqu vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 12 fevral 2014-cü il tarixli əmri ilə iddiaçı C.Naxçıvanski adına Hərbi Liseyin Şəxsi heyətlə iş üzrə bölmənin baş təlimatçısı psixoloq vəzifəsindən azad edilmiş və C.Naxçıvanski adına Hərbi Litseyin Şəxsi heyətlə iş üzrə şöbə rəisinin mənəvi-psixoloji təminat üzrə müavini vəzifəsinə təyin edilmişdir. İddiaçı, Şəxsi Heyətlə iş üzrə şöbə rəisinin mənəvi psixoloji təminat üzrə müavini - Azərbaycan Respublikası Müdafiə Nazirinin 31.12.2014-cü il tarixli 0909 saylı əmri ilə “ Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin ‘b” bəndinə (yaşa görə) və 164-cü maddəsinə əsasən hərbi geyim formasını daşımaq hüququ verilməklə ehtiyata bura xıldığına görə, Hərbi Liseyin siyahısından və bütün növ təminatlardan çıxarılmış və hərbi qeydiyyat üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon İdarəsi rəisinin sərəncamına göndərilmişdir. İddiaçıya 10.02.2015-ci ildən «Əmək pensiyaları haqqında» Qanunun 20.14.1-ci maddəsinə müvafiq olaraq yaşa görə əmək pensiyası təyin edilmişdir. Üçüncü şəxsə təqdim edilmiş məlumat vərəqəsində iddiaçının tutduğu vəzifə C.Naxçıvanski adına Hərbi Liseyin Şəxsi heyətlə iş üzrə şöbə rəisinin mənəvi-psixoloji təminat üzrə müavini vəzifəsi qeyd olunmuşdur.

32. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icras ı haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

33. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

34. İddiaçı kasasiya şikayətində daha sonra qeyd etmişdir ki, qanunvericilikdə birbaşa amillər göstərildiyi halda hansı səbəbdən Bakı Apelyasiya Məhkəməsi cavabdehin irəli sürdüyü dəlilləri əsaslı hesab edərək iddiaçının həmin vəzifədə azı 1 (bir) il çalışdığını, səhhəti ilə əlaqədar aşağı vəzifəyə keçirilməsini, aşağı vəzifəyə keçirilənədək həmin an yaşa görə pensiya almaq hüququna malik olmasını nəzərə almamışdır.

35. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, iddiaçının kasasiya şikayətindəki bu dəlili də əsassızdır.

36. Belə ki, iş materiallarından görünür ki, iddiaçı 22.02.2012-ci il tarixdən 30.03.2013-cü il tarixədək və 29.10.2013-cü il tarixdən 18.02.2014-cü il tarixədək C.Naxçıvanski adına Hərbi Liseyin Şəxsi heyətlə iş üzrə bölmə rəisinin vəzifəsini icra etmişdir. İddiaçı Hərbi Liseyin Şəxsi heyətlə iş üzrə bölmə rəisinin vəzifəsini müvəqqəti icra etmiş, o, Hərbi Liseyin Şəxsi heyətlə iş üzrə bölmənin baş təlimatçısı-psixoloq vəzifəsində olmuş və həmin vəzifədən azad edilərək C.Naxçıvanski adına Hərbi Liseyi n Şəxsi heyətlə iş üzrə şöbə rəisinin mənəvi-psixoloji təminat üzrə müavini vəzifəsinə təyin edilmişdir.

37. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 19.05.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçının kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19.05.2021-ci il tarixli, 21(103)-1070/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar