Məhkəmə qərarları › İş №2-1(102)-1673/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1673/2022

04.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1673/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzilinin özəlləşdirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 04.10.2022 Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 17 saylı Yevlax Ərazi İdarəsinə (üçüncü şəxslər: Mingəçevir Şəhər İcra Hakimiyyəti və "xxxx" MMC) qarşı "Mingəçevir şəhəri Natəvan küçəsi 30/3 nömrəli evin 17 nömrəli mənzilini n özəlləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-107/2022 nömrəli, 2 iyun 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Mingəçevir Şəhər İcra Hakimiyyəti aparatı tərəfindən İddiaçı adına 3 iyul 1996-cı il tarixli, 005220 nömrəli order verilmişdir. Orderdə göstərilmişdir ki, İddiaçı 3 nəfərdən ibarət ailəsi ilə birlikdə qeyd olunan mənzili tutmağa ixtiyarı vardır. Orderdə ailənin tərkibi qrafasında İddiaçı, onun həyat yoldaşı Lətifə Qəribovanın, qızları Mədinə Əliyevanın və Nərminə Əliyevanın adları qeyd olunmuşdur.

2. Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının 28 iyun 1996 -cı il tarixli, 594 nömrəli sərəncamından görünür ki, Mingəçevir şəhəri Natəvan küçəsindəki 30/3 nömrəli evin 17 nömrəli mənzilinin İddiaçı verilməsi qərara alınmışdır.

3. Mingəçevir Şəhər İcra Hakimiyyəti aparatı tərəfindən verilmiş 3 iyul 1996-cı il tarixli, 005220 nömrəli orderdən görünür ki, həmin order İddiaçı adına verilmişdir və onun 3 nəfərdən ibarət ailəsi ilə birlikdə qeyd olunan mənzili tutmağa ixtiyarı vardır.

4. X1 Filialı tərəfindən verilmiş 15 sentyabr 2014-cü il tarixli, 463/22 nömrəli arxiv arayışına əsasən, İddiaçı-4 nəfər ailə tərkibi ilə Natəvan küçəsindəki, 30/3 №-li evin, yaşayış sahəsi 53,13 kv.m. olan, 4 otaqlı 4-cü mərtəbədə yerləşən 17 №-li mənzilin verilməsi, adları göstərilən vətəndaşlara verilmiş mənzillərinə orderin yazılması mənzil sahəsi uçotu və bölgüsü şöb əsinin müdiri R.Həşimova həvalə edilməsi qərara alınmışdır.

5. Azərbaycan Respublikası Mingəçevir Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Kombinatının 14 dekabr 2021-ci il tarixli, 351 nömrəli məktubundan görünür ki, Mingəçevir şəhəri Natəvan küçəsi 30/3 nömrəli bina 6 giriş hissədən və 5 mərtəbədən ibarətdir. Həmin binanın 30 mənzili yaşayış üçün tam yararlıdır, lakin 4, 5 və 6-cı giriş hissəsi 3-cü mərtəbəyədək natamam tikilidir. Mingəçevir şəhəri Natəvan küçəsi 30/3 nömrəli bina Mənzil-Kommunal Təsərrüfatı Kombinatının balansında deyil.

6. İddiaçı cavabdehə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 17 nömrəli mənzilin üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsini xahiş etmişdir. Cavabdehin 16 fevral 2021-ci il tarixli, **********62 nömrəli imtina məktubunda bildirilmişdir ki, sözügedən mənzilin yerləşdiyi çoxmənzilli yaşayış binasının tikintisi başa çatdırılmadığı üçün bina istismara qəbul edilməmiş və Mingəçevir Şəhər İcra Hakimiyyətinin balansına verilməmişdir. Ona görə də mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Mingəçevir şəhəri, Natəvan küçəsi, 30/3 nömrəli evin, 17 nömrəli mənzilin özəlləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Mingəçevir şəhəri Natəvan küçəsi 30/3 nömrəli evin 17 nömrəli mənzil i Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının 28 iyun 1996-cı il tarixli, 594 nömrəli sərəncamı ilə ona verilmiş, onun adına 3 iyul 1996-cı il tarixli, 005220 nömrəli order tərtib edilmişdir. Binaya kommunal xidmətlər tam şəkildə verilmiş, mənzildə yaşayanlar yaşayış yeri üzrə qeydiyyatdadırlar. "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq, həmin mənzil onun mülkiyyətinə verilməlidir.

9. Cavabdeh tərəfindən iddia tələbinə dair etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçı 22 oktyabr 2020-ci il tarixdə Mingəçevir şəhəri, Natəvan küçəsi 30/3 nömrəli evin 17 saylı mənzilinin üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması üçün ərizə ilə cavabdeh orqana müraciət etmişdir. İddiaçının tələbinin yerinə yetirilməsi və hər tərəfli araşdırılması üçün Ərazi İdarəsi tərəfindən Mingəçevir şəhər İcra Hakimiyyətinə mənzilin xidməti olub-olmaması barədə tərəflərindən Mingəçevir şəhər İcra Hakimiyyətinə 4 noyabr 2020-ci il tarixli, **********38 çıxış nömrəli sorğu ünvanlanmışdır. Mingəçevir şəhər İcra Hakimiyyətinin 4 dekabr 2020-ci il tarixli, 1846 qeydiyyat çıxış nömrəli məktubunda sözügedən mənzilin yerləşdiyi çox mənzilli yaşayış binasının tikintisi başa çatdırılmadığı üçün istismara qəbul edilməmiş və Mingəçevir şəhər İcra Hakimiyyətinin balansına verilməmişdir. Ona görə də mənzil üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasına münasibət bildirə bilməmişlər. İddia tələbini qəbul etməyərək bildiririk ki, müvafiq əmlaka dair verilmiş qanunvericiliklə müəyyən edil miş qaydada təqdim olunmadan onun qeydiyyata alınması qanuna ziddir və tərəflərindən etirazla qarşılanır.

10. Şəki İnzibati Məhkəməsi tərəfindən 30 sentyabr 2021-ci il tarixdə Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısına sorğu verilərək, Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının 28 iyun 1996-cı il tarixli, 594 nömrəli sərəncamı, iddiaçının adına olan 3 iyul 1996-cı il tarixli, 005220 nömrəli orderi və həmin orderin verilməsi üçün əsas olan bütün sənədlərin məhkəməyə təqdim edilməsi xahiş edilmişdir.

11. Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı tərəfindən verilmiş sorğuya cavab olaraq, Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının 28 iyun 1996-cı il tarixli, 594 nömrəli sərəncamının surəti məhkəməyə göndərilmiş, lakin həmin sərəncama əsasən yazılmış order vətəndaşa təqdim edildiyindən məh kəməyə göndərilməsi imkan xaricində olduğu bildirilmişdir.

12. Məhkəmə tərəfindən 28 oktyabr 2021-ci il tarixdə DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinə sorğu verilərək, Mingəçevir şəhəri Natəvan küçəsi 30/3 nömrəli evdə yerləşən vətəndaşların mülkiyyət hüquq dövlət qeydiyyatına alınmış mənzillərə dair idarədə saxlanılan sənədlərin surətlərini və cavabdeh tərəfindən iddiaçıya göndərilmiş 4 noyabr 2020-ci il tarixli, **********38 nömrəli məktubun və həmin məktuba əlavə edilmiş digər 2 məktubun surətlərinin məhkəməyə təqdim edilməsi tələb edilmişdir.

13. DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş sorğuya cavab olaraq, Mingəçevir şəhəri Natəvan küçəsi 30/3 nömrəli binada yerləşən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış mənzil aşkar edilmədiyi bildirilmişdir. 1

4. Şəki İnzibati Məhkəməsinin 2-1(112)-1482/2021 nömrəli, 29 noyabr 2021-ci il tarixli qərardadı ilə Mingəçevir Şəhər İcra Hakimiyyəti inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir.

15. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-323/2022 nömrəli, 18 yanvar 2022-ci il tarixli qərarı ilə (hakim V.K.Qasımov) iddiаnın rədd edilməsi qərar alınmışdır.

16. Məhkəmə qeyd etmişdir ki, "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq, mənzili özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil-istismar təşkilatı tərəfindən həmin mənzilə hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verilməli və vətəndaş yaşadığı mənzili özəlləşdirmək barədə müvafiq icra hakimiy yəti orqanına verdiyi ərizəyə həmin arayışı (2 №-li forma) əlavə etməlidir. Lakin iddiaçının yaşadığı mənzilin yerləşdiyi çoxmənzilli yaşayış binası natamam tikili olması səbəbindən həmin təşkilatın bu mənzillə bağlı arayış (2 №-li forma) vermək öhdəliyi yoxdur. Göründüyü kimi, iddiaçı mənzilin özəlləşdirilməsi üçün cavabdehə təqdim etməli olduğu sənədlərin hamısını ("Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) təqdim edə bilmir. Belə olan halda isə, mənzilin özəlləşdirilməsi mümkün deyil.

17. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası m əhkəməsində icraat

18. Şəki Apellyasiya Məhkəməsi tərəfindən Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısına verilmiş sorğuya cavab olaraq, Mingəçevir şəhəri Natəvan küçəsi 30/3 nömrəli beş mərtəbəli 60 mənzilli yaşayış binasının bir hissəsi "xxxx" MMC-nin vəsaiti hesabına tikilmiş və "xxxx" ASC-nin balansındadır.

19. Məhkəmə tərəfindən "xxxx" ASC-yə sorğu verilərək, yaşayış binasının "xxxx"nin balansında olmasını təsdiq edən sənədlərin təsdiq edilmiş surətlərinin məhkəməyə təqdim edilməsi tələb edilmişdir. Həmin sorğuya cavab olaraq bildirilmişdir ki, Mingəçevir şəhəri Natəvan küçəsi 30/3 nömrəli evin tikintisinə 1991-ci ildə başlanmış və 1998-ci ilin iyul ayında tikintisi başa çatdırılmadan dayandırılmışdır. Hal-hazırda tikintisi yarımçıq qalmış obyekt kimi "xxxx" MMC-nin balansındadır. Bala ns dəyəri tikinti-quraşdırma işlərinin dəyəri kimi, 264810,2 Azn təşkil edir. Odur ki, Mingəçevir şəhəri, Natəvan küçəsi 30/3 nömrəli evin balansda olmasını təsdiq edən “Dövlət təsisatının balansda olan daşınmaz dövlət əmlakının siyahısı”ndan ( 01 yanvar 2022-ci il tarixə) çıxarışın təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir.

20. Şəki Apellyasiya Məhkəməsinin 2-1(107)-107/2022 nömrəli, 5 may 2022-ci il tarixli qərardadı ilə "xxxx" MMC iş üzrə inzibati məhkəmə icraatına zəruri üçüncü şəxs qismində cəlb edilmişdir.

21. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-107/2022 nömrəli, 2 iyun 2022-ci il tarixli qərarı ilə (hakimlər: V.İ.Məlikov /sədrlik edən və məruzəçi/, R.R.Rəfiyev və G.İ.Cavadova) apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsini n qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

23. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

24. Kassator “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8, 15-ci, “Azərbaycan Respublikası mənzil fondunun özəlləşdirilməsi haqqında” qanunun 4-cü maddəsinin tələblərini rəhbər tutaraq, kassasiya şikayətini onunla əsaslandırılmışdır ki, Mingəçevir şəhəri Natəvan küçəsi 30/3 saylı evin 17 saylı mənzili İddiaçı M ingəçevir şəhər İcra Hakimiyyəti Başçısının 594 saylı, 28 iyun 1996-cı il tarixli Sərəncamı ilə verilmişdir. Sərəncamın verilməsinə əsas «Az DRES-in müdiriyyəti və həmkarlar ittifaqı komitəsinin 18 mart 1996-cı il tarixli birgə iclasının 76-12h N°li Protokolu əsasında qərar qəbul edilmişdir. Nə qədər ki, Mingəçevir şəhəri Natəvan küçəsi 30/3 saylı evin, 17 saylı mənzili bələdiyyə və xüsusi mülkiyyətdə deyildir, mənzilin dövlət mənzil fonduna aid olması mübahisəsizdir və Mingəçevir şəhər İcra Hakimiyyətinin 005220 saylı orderi ilə bu bir daha təsdiq olunur. «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası qanunun 4-cü maddəsinə əsasən dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evl ərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

25. İddiaçı qanunun tələblərinə riayət edərək tələb olunan sənədləri toplayaraq cavabdeh orqana təqdim etmişdir. Qanunun həmin maddəsinə əsasən mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. Halbuki, «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası qanunun 15-ci maddəsində imtina olunmalı hallar konkret olaraq göstərilmişdir.

26. Məhkəmə hesab etmişdir ki, iddiaçı forma Nv 2 arayışını təqdim etmədiyindən iddia tələbi təmin edilə bilməz. Qeyd edir ki, «Azərbaycan Respublikasında mənzillərin özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasını n qanunu 26 yanvar 1993-cti ildə, «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikasının qanunu 29 iyun 2004-cü ildə qəbul edilmişdir və mülkiyyət hüquqlarının qeydə alınması üçün yalnız order tələb olunmuşdur. 21 dekabr 2010-cu ildə qəbul edilmiş «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya qanununun 10.5-ci maddəsinə əsasən sonradan qəbul edilmiş «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» qanunun tələbləri daha üstün qüvvəyə malikdir.

27. İşə baxan məhkəmə kollegiyası 3-cü şəxsin etirazının əsası kimi istinad etdiyi Mingəçevir şəhər İcra Hakimiyyətinin 375 saylı 16 noyabr 2000-ci il tarixli Sərəncamını, Az DRES-in müdiriyyəti və həmkarlar ittifaqı komitəsinin 18 mart 1996-cı il tarixli birgə iclasının 76-12h №-li Protokolunu və həmin protokol əsasında qəbul edilmiş qərarını işə əlavə etmədən, onları araşdırmadan mübahisəli mənzilin 3-cü şəxs "xxxx" MMC-nin balansında olması qənaətinə gəlmişdir.

28. Həmçinin, həmin mənzilin iddiaçıya verilməsinə əsas olan 28 iyun 1996-cı il tarixli, 594 saylı Sərəncamından çıxarışın məzmunundan da görünür ki; Azərbaycan DRES-də mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların siyahısında durmuş işçilərinə mənzil sahələrinin verilməsi haqqında Az.DRES-in müdriyyəti və Həmkarlar İttifaqı Komitəsinin 18 mart 1996-cı il tarixli birgə iclasının 76-12h №-li protokolu əsasında qəbul edilmiş qərarı və şəhər icra hakimiyyətinin mənzil sahəsi uçotu və bölgüsü şöbəsinin təklifini nəzərə alaraq 23 iyun 1987-ci ildən mənzil növbəsində olan İddiaçı Natəvan küçəsindəki, 30/3 saylı evin 17 saylı mənzili 4 n əfər ailə üzvü ilə birlikdə verilmiş və bundan sonra onun adına order yazılaraq İddiaçı mənzil növbəliyindən çıxarılmışdır.

29. Ancaq məhkəmə kollegiyası 28 iyun 1996-cı il tarixli, 594 saylı Sərəncamda göstərilənlərin mötəbərliyini yoxlamaq əvəzinə, işə aidiyyatı olmayan "xxxx" MMC-nin 3-cü şəxs qismində cəlb etməklə mülkiyyət hüquqlarının qeydə alınmasına gözləntiyə malik vətəndaşın əmlakını heç bir qanuni əsas olmadan MMC-nin əmlakı hesab etmişdir. Halbuki, «Azərbaycan DRES» öz hüquqi formasını dəyişərkən əmlakı barədə vergi orqanına məlumat verməlidir və bu məlumatlar əsasında həmin binanın MMC-nin əmlakı olub olmaması müəyyənləşdirilə bilərdi. Nə qədər ki, İddiaçı adına verilmiş order ləğv olunmamışdır, həmin sənəd mötəbərdir və məhkəmənin verilmiş orderi qəbul etməməyə qanuni əsası o lmamışdır. Məhkəmə kollegiyası nəinki, həmin sübutları tələb etməmiş, həmçinin iddiaçıya şərait yaratmamışdır ki, 3-cü şəxsin mülahizəsinə etirazlarını təqdim etsinlər.

30. Hesab edir ki, məhkəmə kollegiyasının mövqeyi tam əsassızdır. Əlavə olaraq onu da bildirir ki, yaşayış binasına kommunal xidmətlər tam şəkildə verilmişdir. Qaz, işıq və su sayğacları quraşdırılmışdır. Mənzildə yaşayanlar yaşayış yeri üzrə qeydiyyatdadırlar. Ərazidə mənzil istismar sahəsi mövcuddur.

31. Göstərilənlərə əsasən Kassator apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

32. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 33. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublik ası Qanunu: Maddə 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (xx.xx.2009-cu ilədək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi mənzilin reyestrdə qeydə alınmasına əsas verən sənədlər sayılır. Maddə 10.2 və 10.2.1. Qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə olunur. 34. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" Qanun: Maddə

1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qa nunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Maddə

8. Mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzilistismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir.

35. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı.

36. İnzibati Prosessual Məcəllə: a) Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudlu ğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şik ayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

37. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

38. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

39. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyy ən olunmamışdır.

40. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin, şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

41. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşa ğıdakıları qeyd etməyi zəruri sayır.

42. Hazırkı işin materiallarına əsasən, iddiaçının özəlləşdirmək istədiyi mənzil Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli sərəncamı ilə ona verilmiş, hətta iddiaçının adına xx.xx.1996-cı il tarixli order də verilmişdir. İddiaçı halhazıradək həmin mənzildə yaşayır

43. İşə baxan apellyasiya instansiyası məhkəməsi də göstərilən hüquqi mövqeyə uyğun olaraq işi araşdırmış və müəyyən etmişdir ki, Mingəçevir şəhəri, Natəvan küçəsi, 30/3 nömrəli bina 6 giriş hissəsindən, 5 mərtəbədən ibarətdir, binanın 30 mənzili yaşayış üçün tam yararlıdır, lakin 4, 5 və 6-cı giriş hissələri 3-cü mərtəbəyədək natamam tikilidir, vətəndaşların sənədləri yalnız orderdən ibarətdir, həmin bina Mənzil Kommunal Təsərrüfatı Kombinatının balansında deyil. 4

4. Həmin evin tikilməsinə 1991-ci ildə başlamış və 1998-ci il iyul ayında tikintisi başa çatdırılmadan dayandırılmışdır. Həmin bina hal-hazırda "xxxx" MMC-nin balansındadır.

45. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının yaşadığı mənzilin yerləşdiyi çoxmənzilli yaşayış binası natamam tikili olması səbəbindən həmin təşkilatın bu mənzillə bağlı arayış (2 №-li forma) vermək öhdəliyi yoxdur. İddiaçı mənzilin özəlləşdirilməsi üçün cavabdehə təqdim etməli olduğu sənədlərin hamısını (hazırkı qərarın 37-ci bəndi "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) təqdim edə bilmir. Belə olan halda isə, mənzilin özəlləşdirilməsinin mümkün olmadığı ilə bağlı nəticə apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada əsaslandırılmışdır.

46. Beləliklə, iddiaçının kassasiya şikayətinin dəlilləri əsassız olduğundan kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

47. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-107/2022 nömrəli, 2 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar