Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1673/2023 14.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Samux rayon bölməsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: şəhid statusu ilə bağlı arayışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1970-ci il təvəllüdlü; xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Samux rayon bölməsinə qarşı “şəhid statusu ilə bağlı arayışın verilməs i öhdəliyinin cavabdehin üzərində qoyulması” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 fevral 2023-cü il tarixli, 2-1(104)-76/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçının mərhum qardaşı X2 Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılmış, N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli əmri ilə şəxsi heyətin siyahısına salınmış və xx.xx.1993-cü il tarixdə həlak olduğu üçün hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli əmri ilə şəxsi heyətin siyahısından çıxarılmışdır.
2. Samux rayon Mərkəzi Xəstəxanasının xx.xx.1994-cü il tarixli, 03 nömrəli ölüm haqqında arayışı əsasında tərtib olunmuş xx.xx.199 4-cü il tarixli, 03 nömrəli ölüm haqqında akt qeydinə əsasən, X7 xx.xx.1993-cü il tarixdə “beyindaxili qanaxma” nəticəsində Salahlı-Kəngərli kəndi uğrunda şəhid olmuşdur.
3. Azərbaycan Respublikası Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli, 4/2-64 nömrəli məktubuna əsasən, Təşkilat-Səfərbərlik İdarəsinin xx.xx.1994-xx.xx.1994-cü il tarixli dövrü əhatə edən qovluğunda qeyd olunmuş “Yanvar 1994-cü ildə həlak olmuş şəhidlərin siyahısında” Samux Rayon Hərbi Komissarlığından çağırılmış, 1972-ci il təvəllüdlü, N nömrəli hərbi hissənin hərbi qulluqçusu, sıravi X4 xx.xx.1994-cü il tarixində aldığı güllə yarasından həlak olması barədə məlumat vardır. “Yanvar 1994-cü ildə həlak olmuş şəhidlərin siyahısı” Samux rayon Hərbi Komissarı tərəfindən dairəvi möhür və imza ilə tə sdiqlənmişdir.
4. İddiaçı mərhum qardaşı X5 şəhid statusu ilə bağlı arayışın verilməsinə dair cavabdehə müraciət etmiş, lakin cavabdeh X4 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı deyil, xx.xx.1993-cü il tarixdə N nömrəli hərbi hissədə “Beyindaxili qanaxma” nəticəsində həlak olduğunu əsas gətirərək iddiaçının müraciətini təmin etməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində birinci icraat
5. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, mərhum qardaşı X4 xx.xx.1993cü il tarixdə (və ya sənəd üzrə 1994-cü ildə) Azərbaycan Respublikasının suverenliyi uğrunda erməni işğalçılarına qarşı Ağdam rayonunun Salahlı-Kəngərli kəndi uğrunda gedən döyüşlərdə aldığı güllə yarasından həlak olduğu üçün ona şəhid adının verilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
6. Birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi əsl cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Samux rayon bölməsi ilə əvəz edilmişdir. İddiaçının əsaslandırması:
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının qardaşı X7 1993-cü ildə Azərbaycan Respublikasının azadlığı, ərazi bütövlüyünün və suverenliyinin qorunması üçün Samux Rayon Hərbi Komissarlığından çağırış üzrə Qarabağ uğrunda gedən döyüşlərə qoşulmuş və 1994-cü ildə Ağdam rayonunun Salahlı-Kəngərli kəndi uğrunda gedən döyüşlərdə həlak ol muşdur. İddiaçının qardaşı X2 rayonunda şəhidlər xiyabanında dəfn olunmuş, adı Samux rayonunun ərazisində bir küçəyə verilmişdir. Lakin onun ölüm səbəbi, hansı şəraitdə ölməsi və hansı vəzifəni yerinə yetirərkən vəfat etməsi, yəni şəhid olması barədə rəsmi sənəd verilməmişdir. İddiaçı bu barədə cavabdehə müraciət etsə də, onun qardaşına şəhid statusu ilə bağlı arayış verilməmişdir. İmtina məktubu iddiaçıya xx.xx.2020-ci il tarixdə çatmışdır. Cavabdehin etirazları:
8. Cavabdehin birinci instansiya məhkəməsinə ünvanladığı xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, X4 Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Samux rayon bölməsi üzrə vəfat etmiş zabit, gizir, əsgər və çavuşların qeydiyyat kitabında qeydiyyatı olmadığına görə onun nə zaman şəhid olması və şəhid s tatusunun verilməsi və ya şəhid statusunun ləğv edilməsi barədə məlumat yoxdur. Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2016-cı il tarixli, 9/2-7080 nömrəli məktubuna əsasən X7 N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli əmri ilə şəxsi heyətin siyahısına salınmış və xx.xx.1993-cü il tarixdə həlak olduğu üçün hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli əmri ilə şəxsi heyətin siyahısından çıxarılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
9. Gəncə İnzibati Məhkəməsinin 23 iyul 2021-ci il tarixli, 2-1(114)-207/2021 nömrəli qərarı ilə iddia rədd edilmişdir.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının qardaşı X4 N nömrəli hərbi hissənin komandirinin xx.xx.1993-cü il tarixli əmri ilə şəxsi heyətin siyahısına salı nması və xx.xx.1993-cü ildə həlak olduğu üçün hərbi hissənin komandirinin xx.xx.1994-cü il tarixli əmri ilə şəxsi heyətin siyahısından çıxarılması öz təsdiqini tapsa da, onun döyüşən hərbi hissədə xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən açılan atəşlər nəticəsində ölməsi sübut olunmur. Əksinə, iş materiallarında olan sorğular əsasında əldə edilmiş məlumatlarda xx.xx.1993-xx.xx.1994cü il tarixlərdə, yəni mərhum X4 şəxsi heyətin siyahısına salınması və çıxarılması tarixlərində N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak etməmişdir. Bundan başqa, “Qaytarılmaz itkilərin elektron məlumat sistemi”ndə X4 hansı şəraitdə həlak olması barədə məlumat aşkar edilməmişdir.
11. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat
12. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 dekabr 2021-ci il tarixli, 2-1(104)-681/2021 nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir.
13. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi tam araşdırılmadan qərar qəbul edilmişdir. İş materiallarında olan xx.xx.1993-cü il tarixli və xx.xx.1993-cü il tarixli vəsiqələrdən görünür ki, mərhum X4 atası X6 “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının xx.xx.1993-cü il tarixli Qanununda göstə rilən güzəşt və imtiyazlardan istifadə etmək hüququ verilmişdir. Birinci instansiya məhkəməsi işin bu halını araşdırmamış, yalnız DSMF-nin müvafiq ərazi idarəsinə müraciət etməklə kifayətlənmiş, lakin həmin cavab da natamam olmuşdur. Odur ki, ilk öncə yuxarıda qeyd edilən vəsiqə əsasında şəxsə şəhid statusunun verilib-verilməməsi, bu əsasla şəhid ailəsi kimi müavinətləri alıb-almamaları, həmin statusa ailə malik olubsa, hansı əsaslara görə ləğv edilməsi (və ya dayandırılması) araşdırılmalı, buna səbəbin inzibati orqanın qərarı və ya inzibati xarakterli məktubu olub-olmadığı aydınlaşdırılmalı və bu xüsusatların müəyyən edilməsi üçün müvafiq orqanlara sorğular göndərilməlidir.
14. Bundan başqa, birinci instansiya məhkəməsi tərəfindən mərhum X4 ölümü ilə əlaqədar cinayət icraatı qaydasında araşdırmanın aparılıb-aparılmaması aydınlaşdırılmamış, bu barədə hərbi prokurorluğa sorğular göndərilməmiş, işin araşdırılmasında mühüm əhəmiyyət kəsb edə biləcək bu xüsusatın müzakirəsinə ümumiyyətlə diqqət verilməmişdir.
15. Bundan başqa, iş materiallarında surəti olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2019-cu il tarixli, 1/M-397 nömrəli arayışında, Təşkilat-Səfərbərlik İdarəsinin 1994-cü ilin yanvar-iyul aylarını əhatə edən qovluqda qeyd olunmuş “Yanvar 1994-cü ildə həlak olmuş şəhidlərin siyahısı”nda sıravi X4 xx.xx.1994-cü il tarixdə aldığı güllə yarasından həlak olması barədə məlumatın olduğu göstərilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən siyahı (və ya ondan çıxarış) müvafiq sərəncam göndərilməklə alınaraq müzakirə edilməm işdir.
16. Birinci instansiya məhkəməsi tərəfindən işə yenidən baxılarkən yuxarıda qeyd edilən hallar, həmçinin mərhum X4 hansı şəraitdə həlak olması məsələsi ətraflı araşdırılmalı, onun xidmət etdiyi dövr üzrə N nömrəli hərbi hissə komandirinin mərhum barəsində olan bütün əmrlərindən çıxarışlar əldə edilərək tədqiq edilməli, həmçinin İV-JQ 385956 nömrəli ölüm haqqında şəhadətnamənin verilməsinə əsas olmuş sənədlər tələb edilərək müzakirə edilməlidir. c) birinci instansiya məhkəməsində ikinci icraat
17. İddiaçı xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, şəhid statusu ilə bağlı arayışın verilməsi öhdəliyinin cavabdehin üzərində qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, həmin tarixli məhkəmə iclasında ərizə inzibati məh kəmə icraatına qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
18. Gəncə İnzibati Məhkəməsinin 30 avqust 2022-ci il tarixli, 2-1(114)-779/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, X4 şəhid olması ilə bağlı arayışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
19. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, iddiaçının mərhum qardaşı X4 N nömrəli hərbi hissədə xidmət etdiyi dövrdə aldığı güllə yarasından vəfat etməsi işin mübahisəsiz halıdır. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda N nömrəli hərbi hissənin xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək və xx.xx.1994-cü il ta rixdən xx.xx.1994-cü il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat qeyd edilsə belə, X4 aldığı güllə yarasından öldüyündən onun xidmət etdiyi hərbi hissənin həmin zaman döyüşlərdə iştirak edən hərbi hissə olub-olmaması hər hansı əhəmiyyət kəsb etmir. Belə ki, məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, X4 ölüm faktı ilə bağlı hər hansı cinayət işi istintaq edilməmiş, material araşdırılmamış və hər hansı məlumat qeydə alınmamışdır. Bütün bunlar isə onu deməyə əsas verir ki, Vüqar Məmmədov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuşdur. Beləliklə işin faktiki hallarına və qanunvericiliyin müvafiq tələblərinə əsasən məhkəmə hesab edir ki, X4 şəhid olması ilə bağlı arayışın verilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir.
20. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. d) apellyasiya instansiyası məhkəməsində ikinci icraat
21. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 fevral 2023-cü il tarixli, 2-1(104)-76/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
22. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, cavabdeh X4 hansı şəraitdə vəfat etməsi barədə məlumatın olmamasını apellyasiya şikayətinin dəlillərində göstərsə də, məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əlavə edilmiş sənədlərlə iddiaçının mərhum qardaşı X4 N nömrəli hərbi hissədə xidmət etdiyi dövrdə aldığı güllə yarasından vəfat etməsi müəyyən olunmuşdur və X4 ölüm faktı ilə bağlı hər hansı cinayət işi istintaq edilməmiş, material araşdırılmamış və hər hansı məlumat qeydə alınmamışdır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi mübahisənin maddi-hüquqi əsaslarını düzgün müəyyən etmiş, məhkəmənin qərarında göstərdiyi nəticələr işin hallarına uyğun olmaqla, iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.
23. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
24. Cavabdehin kassasiya şikayətinin dəlillərinin əsasını imtinasında, iddiaya qarşı etirazında və apellyasiya şikayətində göstərilənlər təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
25. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək cavabdehin kassasiya şikayətinin təmin edilməməsini və apellyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 26. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
4. Hərbi qulluqçular tərəfindən hərbi xidmət vəzifələrinin icrası
1. Hərbi qulluqçuların hüquqlarının, vəzifələrinin və məsuliyyətinin məzmunu və həcmi onların hərbi xidmət başında olub-olmadığından asılıdır.
2. Hərbi qulluqçular hərbi xidmət vəzifələrini faktik yerinə yetirdikləri bütün hallarda, o cümlədən döyüş, əməliyyatlarında iştirak edərkən, təliml ərdə, döyüş növbəsində (döyüş xidmətində), gündəlik və qarnizon növbələrində, toplanışlarda, ezamiyyətlərdə olarkən, xidmət yerinə gedib-gələrkən və başqa hallarda hərbi xidmət başında sayılırlar. Zərurət olduqda hərbi qulluqçu komandirin (rəisin) əmri ilə və ya öz təşəbbüsü ilə istənilən vaxtda və istənilən yerdə öz vəzifələrinin icrasına başlamalıdır. 27. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
1. Şəhid və şəhid ailəsi anlayışı Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir.... Maddə
2. Şəhid və şəhid ailəsi statusu verilməsinin qaydası Bu Qanunun 1- ci maddəsində göstərilən şəxslərə şəhid və ya şəhid ailəsi statusu verilməsi üçün marağı olan şəxs müvafiq dövlət orqanlarına müraciət edir. Bu məsələyə dövlət orqanının və ya müvafiq hərbi hissənin vəsatəti ilə də baxıla bilər. Müvafiq dövlət orqanı müraciətləri və vəsatətləri dərhal qəbul edib bir aydan gec olmayaraq şəhid və ya şəhid ailəsi statusu barədə bu Qanuna müvafiq surətdə sənəd verməlidir.
28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli, 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları” 1.1. Şəhid — Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmü ş hesab edilən şəxsdir. 1.2. Aşağıdakılar şəhid hesab edilirlər:... 1.2.5 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular;... 4.1. Şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli, 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Şəhid ailəsi status u gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli baş idarə, idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət S ərhəd Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi və rayon (şəhər) icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edib, bir aydan gec olmayaraq “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununa və bu Qaydalara müvafiq surətdə arayış verməlidir.
29. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tə tbiq edilməsini yoxlayır.... Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.... Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
30. Kassasiya şikayəti vaxtı nda verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
31. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
32. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyy ən olunmamışdır. Bu səbəbdən şikayət təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
34. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
35. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellya siya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
36. Hazırkı qərarın 27 və 28-ci bəndlərində göstərilən normalara əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular şəhid hesab edilirlər.
37. İddiaçının mərhum qardaşı X4 hansı şəraitdə vəfat etməsi barədə məlumatın olmamasına dair cavabdehin kassasiya şikayətində təkrar olunan dəlilinə münasibətdə apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş sənədlərlə iddiaçının mərhum qardaşı X4 N nömrəli hərbi hissədə xidmət etdiyi dövrdə aldığı güllə yarasından vəfat etməsi müəyyən olunmuşdur.
38. Digər tərəfdən, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəx si Heyət Baş İdarəsinin xx.xx.2019-cu il tarixli, 1/M-397 nömrəli arayışında, Təşkilat-Səfərbərlik İdarəsinin 1994-cü ilin yanvar-iyul aylarını əhatə edən qovluqda qeyd olunmuş “Yanvar 1994-cü ildə həlak olmuş şəhidlərin siyahısı”nda sıravi X4 xx.xx.1994-cü il tarixdə aldığı güllə yarasından həlak olması barədə məlumatın olduğu göstərilmişdir.
39. Bundan başqa, xx.xx.1994-cü il tarixli, 03 nömrəli ölüm haqqında akt qeydinə əsasən, X7 xx.xx.1993-cü il tarixdə “beyindaxili qanaxma” nəticəsində Salahlı-Kəngərli kəndi uğrunda şəhid olmuşdur.
40. Beləliklə, hazırkı qərarın 27 və 28-ci bəndlərində göstərilən normalarda nəzərdə tutulan şərtlər ödənildiyindən, iddiaçının həmin normalardan irəli gələn hazırkı məzmunda tələb hüququ vardır.
41. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nə ticə düzgündür, şikayətin təmin olunması üçün əsaslar yoxdur.
42. Yuxarıda şərh edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 fevral 2023-cü il tarixli, 2-1(104)-76/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.