Məhkəmə qərarları › İş №2-1(102)-1673/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1673/2024

05.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1673/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş idarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi orqanının qərarının mübahisələndirilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 05.09.2024 hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri X1 üzrə Baş idarəsinə qarşı “qərarın ləğv edilməsi və vergi öhdəliyinin qanunsuz hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(103)-154/2024 nö mrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsinə əsasən iddiaçının ünvanına Azərbaycan Respublikasına Almaniyadan “X2” markalı yük avtomobili daxil olmuşdur.

2. Cavabdeh həmin halı əsas götürərək iddiaçıya “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi haqqında” xx.xx.2022-ci il tarixli məktub göndərilmiş, və 2021-ci ilin 4-cü rüb sadələşdirilmiş vergi bəyannaməsini vergi orqanına təqdim etməklə yaranmış hesab etdiyi kənarlaşmanın aradan qaldırılmasını tələb etmişdir.

3. İddiaçının cavabdehə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizəsinə əsasən iddiaçı cavabdehə müraciət edərək fiziki şəxs kimi vergi öd əyicisi kimi qeydiyyata alınmasına etiraz etmiş və bildirmişdir ki, yalnız hüquqi şəxsin təsisçisi kimi fəaliyyət göstərir. 4. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********922800 nömrəli qərara əsasən cavabdeh tərəfindən iddiaçıya sadələşdirilmiş vergi bəyannaməsini təqdim etmədiyinə görə əlaqəli məlumatlara əsasən 785,95 manat 2021-ci ilin 4-cü rübünə görə vergi və 358,78 manat qərarın hazırlanması tarixinə vergi və sığorta haqları üzrə öhdəlik hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

5. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin xx.xx.2022-ci il tarixli **********922800 nömrəli “Vergi ö dəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv edilməsi və müvafiq qərarla onun üzərinə qoyulmuş vergi öhdəliyinin qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, faktiki olaraq hər hansı sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığına baxmayaraq, cavabdeh orqanın xx.xx.2022-ci il tarixli **********922800 nömrəli qərarı ilə bəyannamə və hesabat təqdim edilməməsinə görə ona əlaqəli məlumatlara əsasən vergi borcuna görə 785,95 manat, qərarın hazırlandığı tarixə vergi üzrə 358,78 manat olmaqla əsassız vergi borcuna cəlb olunmuşdur. İddiaçı bununla bağlı cavabdehə müraciət etməsinə baxmayaraq müraciəti nəticə verməmişdir. İddiaçı göstərilənl ərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazları:

7. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda qeyd edilmişdir ki, aparılmış araşdırma nəticəsində Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən vergi ödəyicisi tərəfindən 2021-ci il ərzində ümumi dəyəri 32.297,37 manat (ƏDV daxil) olan nəqliyyat vasitəsinin idxal edilməsinə baxmayaraq, təqdim edilmiş 2021-ci il üzrə sadələşdirilmiş vergi bəyannamələrində dövriyyə və hasilatda məbləğin əks etdirilməməsi və 2021-ci ilin 4-cü rübü üzrə sadələşdirilmiş vergi bəyannaməsinin təqdim edilməməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur.

8. Qeyd edilənlərlə əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi haqqında” x x.xx.2022-ci il tarixli məktub göndərilmiş, müvafiq təsdiqedici sənədləri, ətraflı izahat məktubunu və 2021-ci ilin 4-cü rüb sadələşdirilmiş vergi bəyannaməsini vergi orqanına təqdim etməklə yaranmış kənarlaşmanın aradan qaldırılması tələb olunmuşdur.

9. Müəyyən edilmiş kənarlaşma barədə vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər, ətraflı izahat məktubu və vergi bəyannaməsi təqdim edilmədiyindən, 2021-ci ilin 4-cü rübü sadələşdirilmiş vergi üzrə əlavə vergi məbləği hesablanmışdır. Aparılmış hesablama ilə bağlı vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********922800 nömrəli “Verginin, sosial sığorta və işsizlik sığortası haqqının hesablanması barədə” qərar göndərilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

10. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(11 2)-2830/2023 saylı qərarı ilə iddia təmin edilmiş, cavabdehin xx.xx.2022-ci il tarixli **********922800 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ləğv edilmiş və həmin qərarla iddiaçının üzərinə vergi öhdəliyinin qoyulması qanunsuz hesab edilmişdir.

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı barədə xx.xx.2022-ci il tarixli, **********922800 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın qəbul edilməsinə və vergi öhdəliyinin yaranmasına dair inzibati icraatın materiallarını cavabdehdən tələb etmiş və cavabdehin təqdim etdiyi həmin inzibati icraat materiallarını tədqiq edərkən müəyyən edilmişdir ki, cavabdehdə aparılmış inzibati icraat mate rialları yalnız yük gömrük bəyannaməsi haqqında məlumatdan, hazırda iddiaçının mübahisələndirdiyi qərardan və vergi orqanının iddiaçıya ünvanladığı “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli məktubdan ibarətdir, yəni iddiaçının sahibkarlıq fəaliyyət göstərməsinə, həmin sahibkarlıq fəaliyyəti nəticəsində gəlir əldə etməsinə dair heç bir sübut inzibati iş materiallarında mövcud deyildir.

12. Cavabdehin yeganə əsas kimi göstərdiyi iddiaçının adına yük avtomobilinin idxal olunması məsələsinə gəldikdə isə məhkəmə qeyd edilən halı iddiaçının sadələşdirilmiş verginin ödəyicisi kimi sahibkarlıq fəaliyyəti göstərməsini, həmin yük avtomobilindən iddiaçının sahibkarlıq fəaliyyəti məqsədilə yük daşımalarında istifadə etməsini v ə həmin yük avtomobilindən sahibkarlıq fəaliyyəti məqsədilə istifadə edilməsi nəticəsində gəlir əldə edilməsini təsdiq edən sübut hesab etmir.

13. İddiaçının mülkiyyətinə daşınar əmlak olan yük avtomobili əldə etməsi onun Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş hüququdur və heç də sahibkarlıq fəaliyyətini həyata keçirməsi anlamına gəlmir.

14. Cavabdeh tərəfindən iddiaçıya münasibətdə xx.xx.2022-ci il tarixli, **********922800 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın qəbul edilməsi və əlaqəli məlumatlara əsasən 785,95 manat, qərarın hazırlandığı tarixə vergi üzrə 358,78 manat sadələşdirilmiş vergilərin hesablanması ilə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun tələbləri pozulmuşdur.

15. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(103)-154/2024 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-2830/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, həmçinin qeyd etmişdir ki, cavabdehin qərarından görünür ki, iddiaçıya kameral yoxlama qaydasında 2021-ci ilin 4-cü rübü üçün hesablanan sadələşdirilmiş vergi xx.xx.2022-ci il tarixdə hesa blanmış, yəni, vergi qanunvericiliyi ilə müəyyən olunan müddət ötürülmüşdür.

18. Belə ki, Vergi Məcəlləsinin 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz.

19. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri Maddi hüquq normalarının pozulmasına dair dəlillə r:

20. Cavabdehin kassasiya şikayətinin dəlillərinə görə, iddiaçı mütəmadi olaraq nəqliyyat vasitələrinin idxalı və satışı fəaliyyəti ilə məşğul olmuşdur.

21. Məhkəmə qərarında qeyd edilir ki, iddiaçının sahibkarlıqla məşğul olduğu sübuta yetirilmədiyi halda, ona 2021-ci ildə qeyd olunan nəqliyyat vasitəsinin idxalına görə müvafiq ərizəsi olmadan vergi ödəyicisi kimi 2021-ci ilin 4-cü rübü üçün sadələşdirilmiş vergi hesablanması vergi qanunvericiliyinə tamamilə ziddir. Vergi qanunvericiliyinin sadalanan tələblərindən göründüyü kimi, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq arzusunda olan şəxs vergi orqanında vergi ödəyicisi kimi qeydiyyatı - forması İqtisadiyyat Nazirliyi tərəfindən təsdiq edilən ərizəsi (kağız və elektron formatda) əsasında həmin qeydiyyat aparılır. Burada fiziki şəxslərin məcburi qaydada vergi orqanlarında uçota alınması qaydası nəzərdə tutulmur. Nəzərdə tutulan odur ki, fiziki şəxs vergi uçotuna durmaq üçün vergi orqanına könüllü ərizə verməlidir.

22. Baş idarə aşağıda qeyd olunanlara əsasən apellyasiya instansiyasının mövqeyi ilə razılaşmır:

23. İşin hallan ilə bağlı bildirmək istəyirik ki, Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən vergi ödəyicisi tərəfindən 2021-ci il ərzində ümumi dəyəri 39.297,37 manat (ƏDV daxil) dəyərində nəqliyyat vasitəsinin idxal edilməsinə baxmayaraq təqdim edilmiş 2021-ci il üzrə sadələşdirilmiş vergi bəyannamələrində dövriyyə və hasilatda məbləğin əks etdirilməməsi və 2021-ci ilin 4-cü rübü üzrə sadələşdirilmiş vergi bəyannaməsinin təqdim edilməməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur.

24. Vergi qanunveric iliyinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.

25. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına ərizə verməklə vergi ödəyicisi kimi vergi orqanında uçota alınmalı və əldə etdiyi gəlirlər üzrə tətbiq edilən vergitutma sistemindən (sadələşdirilmiş vergi və ya gəlir vergisi) asılı olaraq müvafiq vergiləri hesablayıb dövlət» büdcəsinə ödəməlidir.

26. Belə ki, sahibkarlıq fəaliyyəti qanunvericilikdə konkret olaraq aktivlərin sayına, satış həcminə və s. bu kimi xüsusiyyətlərə görə dey il, məhz bu fəaliyyət İlə məşğul olan şəxsin sahibkarlıq fəaliyyətini həyata keçirməkdə əsas məqsədinin mənfəət, gəlir əldə etmək olması ilə şərtləndirilmişdir.

27. Vergi Məcəlləsinin 33.3-cü maddəsinə əsasən hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. 28. 2021-ci ildə qüvvədə olan Vergi Məcəlləsinin 33.5-ci maddəsinə əsasən bu Məcəllənin 33.3-cü maddəsində nəzərdə tutulmuş halda vergi orqanı 5 gün müddətində fərdi sahibkara onun vergi uçotuna alınması barədə məlumat verir.

29. Göründüyü kimi, vergi orqanının təşəbbüsü ilə uçota alınma 2021-ci ildə qüvvədə ol an vergi qanunvericiliyində də mövcud olmasına baxmayaraq, məhkəmənin bu cür mövqeyi tamamilə əsassızdır.

30. Eyni zamanda, qeyd olunan dəlildən görünür ki, məhkəmə kollegiyası şübhə əsasında və ehtimallarla qərar qəbul etmişdir ki, bu da inzibati məhkəmə İcraatının prinsiplərinə zidd olmaqla yolverilməzdir.

31. Məhkəmənin digər bir əsassız dəlili ondan ibarət olmuşdur ki, iddiaçıya kameral yoxlama qaydasında 2021-ci ilin 4-cü rübü üçün hesablanan sadələşdirilmiş vergi xx.xx.2022-ci il tarixdə hesablanmış, yəni, vergi qanunvericiliyi ilə müəyyən olunan müddət ötürülmüşdür.

32. Məhkəmənin bu dəlili ilə bağlı bildiririk ki, məhkəmən tərəfindən maddi hüquq norması düzgün tətbiq edilməmişdir. Belə ki, hazırkı hesablama üzrə Vergi Məcəlləsinin 37-ci maddəsi deyil, 85-ci maddəsi tətbiq edilməli idi.

33. Belə ki, Məcəllənin 85-ci maddəsinə əsasən, vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər.

34. Vergi Məcəlləsinin 37-ci və 85-ci maddələrinin məzmunundan göründüyü kimi, vergi ödəyicisi tərəfindən bəyannamə təqdim edildiyi hallardan fərqli olaraq, b əyannamə təqdim edilmədiyi halda Məcəllənin 85-ci maddəsi tətbiq edilir. Prosessual hüquq normalarının pozulmasına dair dəlillər:

35. İş üzrə cavabdehin arqumentləri və dəlilləri müxtəlif prosessual sənədlərdə əks olunmasına baxmayaraq məhkəmə kollegiyası bu halları nəzərə almamışdır.

36. Cavabdehin iddiaçının məhz sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını təsdiq edən dəlilləri aşağıdakılardan ibarət olmuşdur.

37. İddiaçının 2018-ci il ərzində xx.xx.2018-ci il tarixli **********100 nömrəli bəyannamə əsasında 1 ədəd RENAULT MEGAN, xx.xx.2018-ci il tarixli **********106 nömrəli bəyannamə əsasında 1 ədəd RENAULT LAGUNA, xx.xx.2018-ci il tarixli **********112 nömrəli bəyannamə əsasında 1 ədəd RENAULT LAGUNA, xx.xx.2018-ci il tarixli **********702 nömrəli bəyannamə əsasında 1 ədəd RENAULT LAGU NA, xx.xx.2018ci il tarixli **********311 nömrəli bəyannamə əsasında 1 ədəd RENAULT LAGUNA, 2019-cu il ərzində xx.xx.2019-cu il tarixli **********840 nömrəli bəyannamə əsasında 1 ədəd RENAULT MEGANE SCENİC minik avtomobillərini, 2020-ci il ərzində xx.xx.2020-ci il tarixli **********372 nömrəli bəyannamə əsasında 1 ədəd MERCEDES-BENZ 816 L, 2021-ci il ərzində isə xx.xx.2021-ci il tarixli **********175 nömrəli bəyannamə əsasında MERCEDESBENZ ATEGO 1224 L (DİZEL MÜH) yük avtomobillərini idxal etmişdir.

38. Göründüyü kimi, məhkəmə tərəfindən Vergi Məcəlləsinin 37-ci maddəsi düzgün tətbiq edilməyib və bundan əlavə vergi orqanının təşəbbüsü ilə uçota alınma institutu məhkəmə tərəfindən qeyri-qanuni hesab edilib ki, bununla da məhkəmə kollegiyası gəldiyi yanlış nəticəni təhrif olunmuş şəkildə ə saslandırmışdır.

39. Məhkəmə kollegiyası cavabdeh tərəfindən təqdim edilmiş arqumentlər üzrə heç bir araşdırma aparmamışdır.

40. İnzibati Prosessual Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

41. Ən vacib məsələ ondan ibarətdir ki, məhkəmə kollegiyası qəbul etdiyi qərarı əsaslandırmamışdır, belə ki qərara nəzər saldıqda açıq-aşkar müəyyən olunur ki, birinci instansiya məhkəməsinin qərarında qeyd edilmiş arqument və dəlillər olduğu kimi apellyasiya m əhkəməsinin qərarına köçürülmüş və apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

42. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

43. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

92. Məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslar 92.0. Aşağıdakı hallarda məhkəmə qərar ı (qərardadı) kassasiya qaydasında mütləq ləğv olunmalıdır:... 92.0.3. proses iştirakçısının dinlənilmə hüququnun təmin edilməsindən, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, imtina olunduqda; Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarı nı (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

44. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

45. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

46. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət olunmuşdur.

48. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

49. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya instansiyası məhkəməsi iddianın əsaslarının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmış, bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

50. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçının müvafiq ərizəsi olmadan vergi qeydiyyatına alınaraq ona 2021-ci ilin 4-cü rübü üzrə sadələşdirilmiş vergi hesablanması vergi qanunvericiliyinə zidd olmuşdur. Belə ki, Vergi Məcəlləsinin 33.4-cü maddəsinə əsasən, vergi orqanlarında uçota alınmaq üçün vergi ödəyiciləri tərəfindən (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filia lları istisna olmaqla) onların olduğu və ya yaşadığı yer üzrə vergi orqanına ərizə verilir... Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs ərizəni, sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına verməlidir. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən vergi orqanında uçota alınmaq üçün vergi ödəyicisi (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) tərəfindən ərizə verilir.

51. Vergi qanunvericiliyinin tələblərindən göründüyü kimi, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq arzusunda olan şəxs vergi orqanında vergi ödəyicisi kimi qeydiyyatı forması İqtisadiyyat Nazirliyi tərəfindən təsdiq edilən ərizəsi (kağız və elektron formatda) əsasında həmin aparılır. Burada fizi ki şəxslərin məcburi qaydada vergi orqanlarında uçota alınması qaydası nəzərdə tutulmur. Nəzərdə tutulan odur ki, fiziki şəxs vergi uçotuna durmaq üçün vergi orqanına könüllü ərizə verməlidir. Hazırkı halda isə iddiaçı vergi ödəyicisi kimi uçota alınması ilə bağlı vergi orqanına ərizə vermədiyi işin mübahisələndirilməyən halını təşkil edir.

52. Cavabdehin şikayətində istinad etdiyi Vergi Məcəlləsinin 33.3-cü maddəsi, habelə həmin Məcəllənin 2021-ci ildə qüvvədə olmuş 33.5-ci maddəsi vergi orqanının təşəbbüsü ilə uçota alınmanı nəzərdə tutmur. Həmin normalar hüquqi şəxsin və fərdi sahibkarın vergi uçotuna alınması və bu barədə onlara məlumat verilməsi ilə bağlı vergi orqanının öhdəliyini nəzərdə tutur.

53. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İX hissəsinə əsasən, «Hər kəs qanunla qadağan olunmayan hərəkətləri edə bilər və heç kəs qanunla nəzərdə tutulmayan hərəkətləri etməyə məcbur edilə bilməz». Həmin maddənin X hissəsinə əsasən, «Dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər».

54. Birbaşa qüvvədə olan həmin normalara əsasən, Konstitusiyanın 71-ci maddəsinin İX hissəsinin nəzərdə tutduğu şəxslərdən fərqli olaraq dövlət orqanları, həmin orqanların vəzifəli şəxslərinin timsalında, yalnız o fəaliyyəti həyata keçirə və yalnız o hərəkətləri icra edə bilərlər ki (həm də müəyyən edilmiş qaydada və hüdudlarda), bunlar qanunda bilavasitə nəzərdə tutulmuş olsun.

55. Cavabdehin qeyd etdiyi Vergi Məcəlləsinin 33.5-ci maddəsinə əsasən həmin Məcəllənin 33.3-cü və 33.4-cü maddələrinin tələ bləri nəzərə alınmaqla, vergi orqanında uçota alınmaq üçün ərizə təqdim etməyən fiziki şəxsi vergi orqanının öz təşəbbüsü ilə vergi uçotuna almaq səlahiyyəti bilavasitə qanunda xx.xx.2023-cü il tarixdən nəzərdə tutulmuşdur.

56. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri qərarın ləğvinə əsas vermir.

57. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(103)-154/2024 saylı qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar