Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1673/2025 03.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Zakir Quliyev (məruzəçi), Rahib Nəbizadə və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” barədə inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnziba ti Kollegiyasının 05 fevral 2025-ci il tarixli, 2-1(103)-878/2025 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “qərarın ləğv edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-9778/2024 nömrəli, 20 sentyabr 2024-cü il tarixli qərarı ilə (hakim G.Sevdimalıyeva) iddia tələbi təmin edilmiş, İddiaçı MMC barəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********652800 nömrəli xx.xx.2024-cü il tarixli Qəra rın ləğv edilməsi və həmin qərarın icrasının nəticələri aradan qaldırılaraq tutulmuş 14.283 manatın geri qaytarılması qərara alınmışdır.
3. Cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. Cavabdeh vəsatətlə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin rəhbərinin, həmin cəmiyyət ilə qarşılıqlı əməliyyat aparmış riskli vergi ödəyiciləri hesab olunan "xxxx" MMC və "xxxx" MMC-nin və rəhbərlərinin inzibati məhkəmə icraatına üçüncü şəxs qismində işə cəlb edilməsini xahiş etmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 fevral 2025-ci il tarixli, 2-1(103)-878/2025 nömrəli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəh əri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş üçüncü şəxs qismində cəlb etmə barədə vəsatət təmin edilməmişdir.
6. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırki iddia tələbi ilə iddiaçı tərəfindən cavabdehin iddiaçı barəsində tərtib etdiyi akt mübahisələndirilir. İddiaçının digər vergi ödəyiciləri ilə əməliyyatlar aparması hazırki iş üzrə məhkəmə qərarının həmin vergi ödəyicilərinin və onların rəhbərlərinin qanunla qorunan maraqlarına toxunma ehtimalının mövcud olması anlamına gəlmir. Məhkəmə qərarı digər şəxslərin qanunla qorunan maraqlarına toxunduğu hallarda məhkəmə həmin şəxsləri üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Lakin iddia tələbindən və iş materiallarında olan sənədlərdən göründüyü kimi, məhkəmə qərarı vəsatətdə qeyd edilə n şəxslərin qanunla qorunan maraqlarına toxunmur. Eyni zamanda buna dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, vəsatətdə qeyd olunan "xxxx" MMC hazırki iş üzrə iddiaçıdır və onun rəhbəri iddiaçını təmsil edir.
7. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və vəsatətin təmin edilməsi haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
8. Cavabdehin kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, vergi orqanının apardığı araşdırma zamanı "xxxx" MMC və "xxxx" MMC-nin fəaliyyəti üzrə qarşılıqlı əməliyyatlar üzrə aparılmış vergi nəzarəti tədbirləri zamanı təqdim edilmiş elektron qaimə-fakturalarda əmtəəsiz əməliyyatlar aparılması faktı aşkar edilmişdir.
9. Bu səbəbdən yuxarıda qeyd edilən əməliyyatlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli, 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.2-ci maddəsinə (aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə) uyğun olaraq vergi orqanı tərəfindən "xxxx" MMC-nin və "xxxx" MMC-nin təqdim etdiyi elektron qaimə-fakturaların riskli əməliyyatlar olduğu müəyyən edilərək Cəmiyyətlərin riskli vergi ödəyicisi olması barədə **********373800 və **********330900 nömrəli qərarlar qəbul edilmişdir.
10. Mübahisənin predmetini təşkil edən xx.xx.2024-cü il tarixli, **********652800 saylı qərarın hesablanma əsasları iddiaçı "xxxx" MMC -nin "xxxx" MM C və "xxxx" MMC ilə apardığı əməliyyatlar zamanı riskli elektron qaimə fakturaları əvəzləşməyə salması ilə bağlıdır.
11. Göründüyü kimi iddiaçının "qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə qəbul ediləcək yekun məhkəmə aktının "xxxx" MMC və "xxxx" MMC-nin qanunla qorunan maraqlarına toxunacağı istisna edilmir.
12. Həmçinin bildirir ki, cavabdeh tərəfindən verilmiş vəsatətdə adları qeyd edilmiş müəssisə rəhbərlərinin inzibati məhkəmə icraatına cəlb edilməsi xahiş edilmişdir.
13. Onu da qeyd edir ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən vergi ödəyicisinin apardığı əməliyyatların araşdırılması zamanı Azərbaycan RespublikasıNazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli, 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Mey arları” na əsasən vergidən yayınma riskləri üzrə əməliyyatların şəffaf qaydada həyata keçirilməsinin araşdırılması zərurəti ilə əlaqədar olaraq xx.xx.2024-cü il tarixdə saat 10:00-da Vuklodon TR" MMC-nin rəhbəri Baş idarəyə dəvət edilmiş, lakin görüşdə iştirak etməmişdir.
14. Onu da bildirir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı xx.xx.2024-cü il tarixli, **********330900 saylı “Vergi ödəyicisinin riskli hesab edilməsi barədə” Qərarın ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-1(112)-7692/2024 saylı qərarı ilə rədd edilmiş, qərar qanuni qüvvəyə minmişdir.
15. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kassasiya ş ikayətində, apelyasiya məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsini və vəsatətin təmin edilməsi haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
16. İnzibati Prosessual Məcəllə: Maddə
35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.4. Kassasiya mümkün say ıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
17. Məlum olduğu kimi, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
18. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-9778/2024 nömrəli, 20 sentyabr 2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı MMC barəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********652800 nömrəli xx.xx.2024-cü il tarixli Qərarın l əğv edilməsi və həmin qərarın icrasının nəticələri aradan qaldırılaraq tutulmuş 14.283 manatın geri qaytarılması qərara alınmışdır.
19. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
20. Eyni zamanda cavabdeh vəsatətlə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin rəhbərinin, həmin cəmiyyət ilə qarşılıqlı əməliyyat aparmış riskli vergi ödəyiciləri hesab olunan "xxxx" MMC və "xxxx" MMC-nin və rəhbərlərinin inzibati məhkəmə icraatına üçüncü şəxs qismində işə cəlb edilməsini xahiş etmişdir.
21. Göründüyü kimi, cavabdeh apelyasiya məhkəməsinə verdiyi vəsatət 3 fiziki şəxsin hazırkı işə 3 (üçüncü) şəxs qismində işə cəlb edilməsi barədədir.
22. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, İPM-in “Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb olunması” adlanan 28-ci maddəsi, adından da bəlli olduğu kimi, cavabdehin sözügedən vəsatətdə qaldırdığı məsələnin tənzimlənməsinə həsr olunmuşdur.
23. Belə ki, İPM-in 28.1-ci maddəsinə görə, iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarın ın ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir.
24. Həmin Məcəllənin 28.2-ci maddəsinə əsasən, mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə).
25. Həmin Məcəllənin 28.3-cü maddəsinə müvafiq olaraq, üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir.
26. Həmin Məcəllənin 28.4-cü maddəsində isə deyilir ki, inzibati məhkəmə ic raatına cəlbetmə barədə məhkəmə qərardadından şikayət verilə bilməz.
27. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən, Məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
28. Hazırkı halda cavabdeh olan Dövlət Vergi Xidmətinin Bakı Şəhər Lokal Gəlirlər Baş İdarəsi İPM-in 28.5-ci maddəsinə istinadən işə 3 (üçüncü) şəxs qismində, yuxarıda göstərilmiş 2 hüquqi və 3 fiziki şəxslərin cəlb edilməsi barədə vəsatət vermişd ir.
29. Apellyasiya instansiyası məhkəməsi cavabdehin sözügedən vəsatətinin təmin edilməməsi qənaətinə gələrkən belə hesab etmişdir ki, “hazırkı iddia tələbi ilə iddiaçı tərəfindən cavabdehin iddiaçı barəsində tərtib etdiyi akt mübahisələndirilir. İddiaçının digər vergi ödəyiciləri ilə əməliyyatlar aparması hazırkı iş üzrə məhkəmə qərarının həmin vergi ödəyicilərinin və onların rəhbərlərinin qanunla qorunan maraqlarına toxunma ehtimalının mövcud olması anlamına gəlmir. Məhkəmə qərarı digər şəxslərin qanunla qorunan maraqlarına toxunduğu hallarda məhkəmə həmin şəxsləri üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Lakin iddia tələbindən və iş materiallarında olan sənədlərdən göründüyü kimi, məhkəmə qərarı vəsatətdə qeyd edilən şəxslərin qanunla qorunan maraqlarına toxunmur. Eyni zamanda buna dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, vəsatətdə qeyd olunan "xxxx" MMC hazırkı iş üzrə iddiaçıdır və onun rəhbəri iddiaçını təmsil edir.”
30. Eyni zamanda apelyasiya məhkəməsi cavabdehə, apellyasiya məhkəməsi İPM-in 28, 80, 85-ci maddələrini rəhbər tutaraq (qərardadda olduğu kimi yazılmışdırqeyd: Ali Məhkəmənindir), qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardadından kassasiya şikayəti vermək hüququnu vermişdir.
31. Məhkəmə kollegiyası apelyasiya məhkəməsinin bu hüquqi mövqeyi, yəni qərardaddan kassasiya şikayətinin verilməsi hüququnun cavabdehə verilməsi ilə razı deyil və bununla əlaqədar olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
32. İlk öncə vurğulanmalıdır ki, İPM-in 28.5-ci maddəsində vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verə bilən şəxslərin dairəsi konkret və müfəssəl şəkildə müəyyən edilmişdir.
33. Belə ki, İPM-in 28.5-ci maddəsinin elə birinci cümləsində göstərilmişdir ki, məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər.
34. Yəni, məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən, məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər və məhz onların vəsatətinin təmin edilməsindən imtina haqqında qərardadından yuxarı məhkəməyə şikayət verə bilərlər.
35. Başqa şəxslər, o cümlədən hazırkı işdə cavabdeh qismində iştirak edən şəxs İPM-in 28.5-ci maddəsinin müddəalarının təsiri altına düşmür.
36. Yəni, cavabdehin hüququ yoxdur ki, sözügedən məsələyə dair başqa şəxslərə verilmiş hüquqdan istifadə etsin, belə ki, iddiaçının rəhbəri iddiaçını təmsil etməklə zatən hazırkı məhkəmə prosesinin iştirakçısıdır, digər iki hüquqi şəxs və onların rəhbərləri isə, ümumiyyətlə onların işə 3 (üçüncü) şəxs qismində cəlb edilməsinə dair məhkəməyə hər hansı bir ərizə və ya vəsatət verməmişlər.
37. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-878/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından cavabdeh tərəfi ndən verilmiş kassasiya şikayəti mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin.