Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1674/2021 12.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: xidmət illəri barədə məlumat vərəqəsinin aidiyyəti orqana göndərilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı, iddiaçının vəkili Vəkil1, cavabdehin vəkili (nümayəndəsi) Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “məlumat vərəqəsinin aidiyyəti orqana göndərilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 16 iyun tarixli, 2-1(103)917/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək məlumat vərəqəsinin göndərilməsini xahiş etmişdir.
2. Cavabdeh 2020-ci il 1 aprel tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, İddiaçı arxiv olunmuş şəxsi işinə əsasən o, 1992-ci il 5 avqust tarixdən 2003-cü il 23 aprel tarixədək daxili işlər orqanlarında xidmət etmişdir. Daxili işlər orqanlarında xidmətdən öz arzusu ilə xaric edilərkən xidmət müddətinin təqvimi hesablama ilə 12 il, 07 ay, 11 gün, imtiyazlı hesablama ilə 17 il, 03 ay, 27 gün təşkil etmişdir. Xidmətdən xaric olduğu dövrdə “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 144cü maddəsinə əsasən pensiya hüququna, xidmətdən buraxılanadək imtiyazlı 25 il və daha çox xidmət etmiş əməkdaşlar malik idilər. Qeyd olunanlar və pensiya hüququna malik olmaq üçün tələb olunan xidməti staja malik olmadığını nəzərə alınaraq müraciətin müsbət həlli mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı 2020-ci il 28 aprel tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək onun daxili işlər orqanlarında uzun müddətli xidmət illərinin təqvim hesablanması ilə 12 il, 07 ay, 18 gün və imtiyazlı hesablama ilə 20 il, 09 ay, 15 gün təşkil etdiyi nəzərə al ınmaqla məlumat vərəqəsinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının 1992-ci il 12 avqust tarixli, 35 saylı əmr ilə daxili işlər orqanlarının sıravi heyətinə xidmətə qəbul olunmuş və 2003-cü il 23 aprel tarixli, 27 saylı əmrlə həmin orqandan xaric olunmuşdur. O, daxili işlər orqanlarında xidmət illəri barədə “məlumat vərəqəsi”nin DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilməsi ilə bağlı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə müraciət etmiş, lakin qanunvericilikdə müəyyən edilmiş müddətdə həmin müraciət cavablandırılmamışdır. Xidmətdən xaric olunarkən əmək kita bçasında onun xidmət illəri təqvim hesabı ilə 12 il 07 ay 11 gün, imtiyazlı hesablama ilə 17 il 03 ay 27 gün göstərilmişdir. Daxili işlər orqanlarında xidmət illəri hesablanarkən Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri nəzərə alınmamışdır. Beləliklə, onun NZ ******* saylı hərbi biletdə aparılmış qeydə əsasən 1990-cı il 25 may tarixdən 1992-ci il 30 aprel tarixədək olan 1 il 11 ay 05 gün təşkil etmiş, 1992-ci il 12 avqust tarixli, 35 nömrəli əmri ilə daxili işlər orqanlarının sıravi heyətinə xidmətə qəbul olunmuş və 2003-cü il 23 aprel tarixli, 27 nömrəli əmrlə öz arzusu ilə daxili işlər orqanlarından xaric olunduğundan, təqvim hesablanması ilə 12 il 07 ay 18 gün kimi hesablanmalı, imtiyazlı xidmət illəri hesablanarkən Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinin, Az ərbaycan Respublikası Nazirlər Kabinetinin 631 nömrəli, 1992-ci il 23 noyabr tarixli qərarının tələbləri nəzərə alınmalı idi. «Əmək pensiyaları haqqında» Qanunun 9.5.1 maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçuların hərbi qulluqçu kimi xidmət illərinə görə əmək pensiyası almaq hüququ vardır. Onun daxili işlər orqanlarından xaric olunduğu vaxt, yəni 2003-cü il 27 yanvar tarixdə xidmət illəri təqvimi hesablama ilə 12 il, 07 ay, 18 gün və imtiyazlı xidmət müddəti 20 il 09 ay 15 gün müəyyən olunmuşdur. Buna görə də, onun Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xətti ilə xidmət illərinə görə pensiya təyin edilməsi müvafiq qanunvericiliyin, «Hərbi qulluqçuların pensiya təminatı haqqında» 1992-ci il 29 aprel tarixli Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının, başqa hərbi birləşmələrin zabit heyəti, praporşikləri, miçmanları və müddətindən artıq xidmət hərbi qulluqçuları, müvafiq icra hakimiyyəti orqanlarının sıravi və rəis heyəti bu Qanunla müəyyən edilmiş müddət ərzində hərbi xidmət və orqanlarda xidmət etdikdə ömürlük pensiya hüququna malik olurlar. Göstərilənlərə və «Əmək pensiyaları haqqında» Qanunun 20.1.11, 20.14, 20.14.1, 31.1, 37.7-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 631 nömrəli, 1992-ci 23 noyabr tarixli Qərarının müddəalarına əsasən aparılmış hesablama nəticəsində müəyyən edilir ki, onun daxili işlər orqanlarındakı təqvim hesablaması ilə xidmət illəri 12 il 07 ay 18 gün, imtiyazlı xi dmət müddəti 20 il 09 ay 15 gün olmuşdur. Qeyd olunanlara əsaslanaraq və İPM-in 45,46-cı maddələrini rəhbər tutaraq, onun daxili işlər orqanlarında uzun müddətli xidmət illərinin təqvim hesablanması ilə 12 il, 07 ay, 18 gün və imtiyazlı xidmət müddəti 20 il 09 ay 15 gün təşkil etdiyi nəzərə alınmaqla “məlumat vərəqəsi”nin tərtib edilərək DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilməsinə dair qərar çıxarılması məhkəmədən xahiş olunmuşdur. Cavabdehin etirazları:
5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, sabiq polis əməkdaşı İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “pensiya təminatı üçün məlumat vərəqinin tərtib edilərək DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilməsi” tələbi ilə əlaqədar onun arxiv şəxsi işi əs asında xidmət müddəti yenidən hesablanmış və müəyyən edilmişdir ki, İddiaçı 1990-cı il 25 may tarixdən 1992-ci il 28 aprel tarixədək Silahlı Qüvvələrdə, 1992-ci il 12 avqust tarixdən 2003-cü il 23 aprel tarixədək daxili işlər orqanlarında xidmət etmişdir. İddiaçı daxili işlər orqanlarında xidmətdən xaric edilərkən onun xidmət müddəti hərbi xidmətlə (01 il 11 ay 03 gün) birlikdə təqvimi hesablama ilə 12 il, 07 ay, 14 gün təşkil etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli, 631 nömrəli qərarına və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 1994-cü il 24 may tarixli, 257 nömrəli əmrinə uyğun olaraq İddiaçı daxili işlər orqanlarında 1992-ci il 12 avqust tarixdən 1997-ci il 1 may tarixədək xidmət müddətinin (Azərbaycan Respublikasının ərazi bütövlüy ünün və suverenliyinin qorunması dövründə daxili işlər orqanlarında xidmətinə görə) bir ayı iki ay kimi hesablanmış və xidmət müddətinə – 04 il, 08 ay, 16 gün əlavə olunmuşdur. Həmçinin Bakı şəhər Polis İdarəsinin 1994-cü il 31 yanvar tarixli, 33 nömrəli əmrinə əsasən 1994-cü il 24 yanvar tarixdən 1994-cü il 4 fevral tarixədək olan müddətdə (10 gün) döyüş əməliyyatlarında iştirak etdiyinə görə həmin müddətin bir ayı üç ay kimi hesablanmış və İddiaçı xidmət müddətinə bir daha – 10 gün əlavə olunmuşdur. İddiaçı arxiv şəxsi işində xidmət müddətinə aid başqa imtiyaz müəyyən edilməmişdir. Beləliklə, yenidən hesablama zamanı İddiaçı daxili işlər orqanlarında xidmət müddətinin təqvimi hesablama ilə 12 il, 07 ay, 14 gün, imtiyazlı hesablama ilə 17 il, 04 ay, 10 gün təşkil etdiyi müəyyən edilmişd ir. İddiaçı daxili işlər orqanlarından xaric olunduğu zaman qüvvədə olan Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə»nin 144-cü maddəsinə əsasən xidmət illərinə görə pensiya hüququna, xidmətdən buraxılanadək 25 il və daha çox xidmət etmiş əməkdaşlar malik idilər. İddiaçı daxili işlər orqanlarında imtiyazlı xidmət müddəti cəmi 17 il, 04 ay, 10 gün təşkil etdiyindən onun əmək pensiyası hüququ yaranmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli, 135 nömrəli qərarı ilə təsdiq edilmiş «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları»nın 3-cü bəndinə əsasən hərbi qullu qçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar əmək pensiyası hüququ yaranan şəxslər barəsində tərtib olunur. Göstərilənlərə əsasən İddiaçı barəsində “Əmək pensiyası təminatı üçün hərbi qulluqçu (xüsusi rütbəli şəxs) haqqında məlumat vərəqi” tərtib olunmamalıdır. Qeyd olunanlara və İPM-in 47.2-ci maddəsinə əsaslanaraq, İddiaçı iddiasının təmin edilməməsi məhkəmədən xahiş olunmuşdur. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
6. Bakı İnzibati Məhkəməsinin 2020-ci il 20 noyabr tarixli, 2-1(112)-4297/2020 nömrəli qərarı ilə iddia rədd edilmişdir.
7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı 2003-cü ilin aprel ayınadək daxili işlər orqanlarında xidmət etdiyindən mövcud qanunvericilik onun pensiya hüququnun yaranmasını xidmət i llərinin 20 təqvim ili və ya imtiyazlı hesablama ilə 25 il olması ilə şərtləndirir. Halbuki, iddiaçı 1992-ci il 12 avqust tarixdən 2003-cü il 23 aprel tarixədək daxili işlər orqanlarında işləməklə 20 təqvim ili və imtiyazlı hesablama ilə 25 il stajı toplamamışdır. «Normativ hüquqi aktlar haqqında» Qanunun 10.3-cü maddəsinə əsasən ona münasibətdə Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli, 168-İİQ saylı Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə»nin 144-cü maddəsi tətbiq olunmalı və iddiaçı həmin normanın istər əvvəlki, istərsə də dəyişiklik olunduqdan sonrakı tələbləri üzrə müvafiq xidmət illərini toplamış sayıla bilməz
8. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələb inin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 16 iyun tarixli, 2-1(103)-917/2021 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2020-ci il 20 noyabr tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri
12. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmi şdir ki, Bakı İnzibati Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsi heç bir araşdırma aparmamışlar. Bakı Apellyasiya Məhkəməsi qərəzli olaraq təqdim olunmuş sübutları, ekspertiza təmini haqda vəsatətini və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 1992-ci il 8 may tarixli, 245 saylı əmrini nəzərə almamış və özünün fərziyyəsinə əsaslanaraq hesab etmişdir ki, iddiaçı inzibati aktin qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Halbuki, İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məhkəmə Azərbaycan Respublikasında hüquq və azadlıqların dövlət tərəfindən müdafiə olunmasını nəzərə almamış, bununla da Azərbaycan Respublikası Konstitusiyasının bir sıra maddələrinin, İPM-nin 11.1,12,15.1,58.7,35.1-ci maddələrinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli, 631 nömrəli qərarının tələblərini pozmaqla iddiaçının konstitusion hüququnu pozmuşdur. b. məhkəmə icraatı iştirakçılarının izahatları
13. İddiaçı və vəkili məhkəmə iclasında kassasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər.
14. Cavabdehin vəkili (nümayəndəsi) məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək şikayətin t əmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ
15. İPM: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
16. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
17. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiy indən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
19. Mübahisəli hüquq münasibətinin yarandığı 2003-cü ildə qüvvədə olmuş “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun (2007-ci il 19 oktyabr tarixli, 462-İİİQD nömrəli Qanunla qüvvədən düşmüş hesab edilmişdir) 2-ci maddəsinə əsasən, pensiya təminatı hüququ olan hərbi qulluqçulara pensiya onlar hərbi xidmətdən buraxıldıqdan sonra bu Qanuna müvafiq surətdə təyin edilir və ödənilir.
20. Həmin Qanunun 12-ci maddəsinə əsasən, xidmət illərinə görə pensiya hüququna aşağıdakılar malikdirlər: a) xidmətdən buraxılanadək 20 il və daha çox hərbi xidmət və ya orqanl arda xidmət etmiş hərbi qulluqçular;...
21. İddiaçının əmək kitabçasının məlumatlarına, həmçinin cavabdehin təqdim etdiyi və məhkəmələr tərəfindən araşdırılmış məlumata görə, iddiaçının şəxsi işi əsasında xidmət müddəti yenidən hesablanmış və müəyyən edilmişdir ki, İddiaçı 1990-cı il 25 may tarixdən 1992-ci il 28 aprel tarixədək Silahlı Qüvvələrdə, 1992-ci il 12 avqust tarixdən 2003-cü il 23 aprel tarixədək daxili işlər orqanlarında xidmət etmişdir. İddiaçı daxili işlər orqanlarında xidmətdən xaric edilərkən onun xidmət müddəti hərbi xidmətlə (01 il 11 ay 03 gün) birlikdə təqvimi hesablama ilə 12 il, 07 ay, 14 gün təşkil etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli, 631 nömrəli qərarına və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 1994-cü il 24 may tarixli, 257 nömrəli əmrinə uyğun olaraq İddiaçı daxili işlər orqanlarında 1992-ci il 12 avqust tarixdən 1997-ci il 1 may tarixədək xidmət müddətinin (Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin qorunması dövründə daxili işlər orqanlarında xidmətinə görə) bir ayı iki ay kimi hesablanmış və xidmət müddətinə – 04 il, 08 ay, 16 gün əlavə olunmuşdur. Həmçinin Bakı şəhər Polis İdarəsinin 1994-cü il 31 yanvar tarixli, 33 nömrəli əmrinə əsasən 1994-cü il 24 yanvar tarixdən 1994-cü il 4 fevral tarixədək olan müddətdə (10 gün) döyüş əməliyyatlarında iştirak etdiyinə görə həmin müddətin bir ayı üç ay kimi hesablanmış və İddiaçı xidmət müddətinə əlavə olunmuşdur. İddiaçı arxiv şəxsi işində xidmət müddətinə aid başqa imtiyaz müəyyən edilməmişdir.
22. İddiaçının iddia tələbin də istinad etdiyi “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli, 631 nömrəli qərarına gəldikdə, həmin qərarın 1997-ci il 1 may tarixədək qüvvədə olan redaksiyasına görə, Azərbaycan Respublikasında onun suverenliyinin, ərazi bütövlüyünün və müstəqilliyinin qorunması ilə bağlı hərbi əməliyyatlar dövrlərində Silahlı Qüvvələrdə, sərhəd qoşunlarında, daxili işlər, milli təhlükəsizlik orqanlarında və digər əsgəri birləşmələrdə xidm ət müddəti xidmətin bir ayı iki ay sayılmaqla uzun müddət xidmətə güzəştli şərtlərlə aid edilirdi.
23. Cavabdeh də təsdiq edir ki, iddiaçının daxili işlər orqanlarında 1992-ci il 12 avqust tarixdən 1997-ci il 1 may tarixədək xidmət müddətinin (Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin qorunması dövründə daxili işlər orqanlarında xidmətinə görə) bir ayı iki ay kimi hesablanmış və xidmət müddətinə 04 il, 08 ay, 16 gün əlavə olunmuşdur.
24. Beləliklə, iddiaçının daxili işlər orqanlarında xidmət müddətinin imtiyazlı hesablama ilə 17 il, 04 ay, 10 gün təşkil etdiyindən, buradan, “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 12-ci maddəsinin “a” bəndində nəzərdə tutulmuş şərt ödənilmədiyindən, cavabdehin üzərinə iddia olunan hazırkı məzmunda öhdəlik qoyula bilməz.
25. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
26. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 16 iyun tarixli, 21(103)-917/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.