Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1674/2022 11.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1961-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 iyun 2022-ci il tarixli, 2-1(103)-1579/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuş, xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü il tarixədək, xx.xx.1983-cü il tarixdən xx.xx.1983-cü il tarixədək, xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixədək, xx.xx.1985-ci il tarixdən xx.xx.1986-cı il tarixədək, xx.xx.1986-cı il tarixdən xx.xx.1986-cı il tarixədək, xx.xx.1987-ci il tarixdən xx.xx.1988-ci il tarixədək, xx.xx.1988-ci il tarixdən xx.xx.1992-ci il tarixədək, xx.xx.1992- ci il tarixdən xx.xx.1992-ci il tarixədək, xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək, xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ci il tarixədək, xx.xx.1995-ci il tarixdən xx.xx.2009-cu il tarixədək, xx.xx.2009-cu il tarixdən xx.xx.2014-cü il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. 2. “X3 LTD” Şirkəti tərəfindən verilmiş 13 yanvar 2021-ci il tarixli, 02 nömrəli “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələr üzrə iş stajı haqqında” arayışa əsasən, iddiaçı “Şirvanneft” NQÇİ-də, "xxxx" X4 Müəssisəsində, “X3 LTD” Şirkətinin Azərbaycan Respublikasındakı Filialında işləmişdir. Belə ki, xx.xx.1995-ci il tarixli, 192/k saylı əmrlə xx.xx.1995-ci il tarixdən “Şirvanneft” NQÇİ-nin Quyuların əsaslı və yeraltı təmiri sexində 3-cü dərəcəli qazmaçı köməkçisi peşəsinə işə qəbul edi lmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.1997-ci il tarixli, 158 saylı əmri ilə Şirvanneft NQÇİ-si xx.xx.1997-ci il tarixdən ləğv olunmuş və onun bazasında Şirvan OYL X4 Müəssisə yaradılmışdır. xx.xx.2001-ci il, 55-k saylı əmrlə "xxxx" BMM-nin Quyuların əsaslı və yeraltı təmiri sexində 4-cü dərəcəli qazmaçı köməkçisi peşəsinə keçirilmişdir. xx.xx.2002-ci il tarixli, 112/k-a saylı əmrlə xx.xx.2002-ci il tarixdən 1 saylı Neftqazçıxarma sexində 4-cü dərəcəli qazmaçı köməkçisi peşəsinə keçirilmişdir. xx.xx.2003-cü il tarixli, 33/k-a saylı əmrlə xx.xx.2003-cü il tarixdən Quyuların əsaslı və yeraltı təmiri sexində 4-cü dərəcəli qazmaçı köməkçisi peşəsinə keçirilmiş və xx.xx.2009-cu il tarixədək həmin peşədə işləmişdir. Həmin peşədə iş stajı 13 il 10 ay 25 gündür. xx.xx.2009- cu il tarixli əmək müqaviləsi ilə xx.xx.2009-cu il tarixdən “X3 LTD” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının Quyuların əsaslı və yeraltı təmiri sexində 4-cü dərəcəli qazmaçı köməkçisi peşəsinə işə qəbul edilmiş, xx.xx.2011-ci il tarixli, 401/k saylı əmrlə quyuların əsaslı təmiri üzrə 4-cü dərəcəli qazmaçı köməkçisi peşəsinə keçirilmişdir. xx.xx.2014-cü il tarixli, 607/k saylı əmrlə xx.xx.2014-cü il tarixdən əmək müqaviləsinə xitam verilmişdir. Həmin peşədə iş stajı 05 il 26 gündür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 10.2. bölməsinin (Neft, qaz və qaz kondensatının hasilatı) “a ” yarımbölməsində (fəhlələr) “quyuların əsaslı təmirinin qazmaçıları” peşəsinə uyğundur. İddiaçının “Şirvanneft” NQÇİ-də, "xxxx" X4 Müəssisəsində, “X3 LTD” Şirkətinin Azərbaycan Respublikasındakı Filialında ümumi əmək stajı 18 il 11 ay 21 gün, güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajı isə 18 il 11 ay 21 gün təşkil edir.
3. İddiaçı güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi ilə əlaqədar cavabdehə müraciət etmiş, cavabdeh 18 iyun 2021-ci il tarixli, **********2 nömrəli məktubu ilə iddiaçının müraciətindən imtina etmişdir.
4. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən təqdim edilmiş 1 fevral 1983-cü il tarixli, İT-İ seriyalı ******* nömrəli əmək kitabçasının 15, 16, 17, 18, 19 və 20-ci qeydləri (1992-1995-ci illər üzrə) müstəqil Azərbaycan Respublikası na aid möhürlə təsdiq edilməli olduğu halda, SSRİ dövrünə aid möhürdən istifadə olunmuşdur. Buna görə də, əmək kitabçasında göstərilən məlumatların həqiqiliyinə əsaslı şübhələr vardır. Bu səbəbdən, əmək stajına dair məlumatların dəqiqləşdirilməsi ilə bağı Mərkəzi Filial tərəfindən xx.xx.2021-ci il tarixində aidiyyəti üzrə sorğu verilmişdir. Sorğularına cavab olaraq isə xx.xx.1983-xx.xx.1995-ci il tarixləri arasındakı dövrə aid arxiv sənədlərin aşkar edilmədiyi bildirilmişdir. Bu səbəblərdən də, yuxarıda qeyd edilən dövrü onun ümumi iş stajına daxil etmək mümkün olmadığından iş stajı 25 ildən az (21 il 10 ay 15 gün (xx.xx.1979-xx.xx.1981-ci il, xx.xx.1983-xx.xx.1983-cü il, xx.xx.1985-xx.xx.1986-cı il, xx.xx.1995-xx.xx.2014-cü il tarixli arasındakı dövrlər)) təşkil edir. Bundan başqa onun fə rdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 40800.00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 37658.36 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı 12 iyul 2021-ci il tarixdə iddia ərizə si və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona 60 yaşının tamam olduğu 3 yanvar 2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 3 yanvar 1961-ci ildə anadan olmuşdur. “X6” LTD şirkətinin xx.xx.2021-ci il tarixli, 02 saylı “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələr üzrə iş stajı haqqında” arayışda göstərilmişdir ki, iddiaçının həmin şirkətdə ümumi iş stajının 18 il 11 ay 21 gün, güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajı isə 18 il 11 ay 21 gün təşkil edir. İddiaçının işlədiyi peşə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il 12 nömrəli Qərarında öz əksini tapmışdır. Məlumat üçün bildirir ki, o, SSRİ ordusunda 2 il hərbi xidmətdə olmuş və ümumi iş stajı isə 30 ildən çoxdur. İddiaçı ona 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması üçün ərizə ilə cavabdehə müraciət etmiş, cavabdeh isə 18 iyun 2021-ci il tarixli məktubla güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasından imtina etmişdir. Cavabdehin etirazları:
7. Cavabdehin yazılı etirazının dəlillərinin əsasını onun iddiaçıya ünvanladığı 18 iyun 2021-ci il tarixli imtina məktubunda göstərilənlər təşkil edir.
8. Məhkəməyə təqdim edilmiş Sabirabad rayon Dövlət Arx ivi tərəfindən verilmiş 21 sentyabr 2021-ci il tarixli, 144 nömrəli arayışlarına əsasən Sabirabad rayon 24 saylı SMDnin xx.xx.1983-cü il tarixli 12 nömrəli əmri ilə iddiaçı 3-cü dərəcə fəhlə qəbul edilmiş, xx.xx.1983-cü il tarixli 44 nömrəli əmri ilə xx.xx.1983-cü ildən işdən azad edilmişdir. Sabirabad rayon X1 xx.xx.1985-ci il tarixli 37 nömrəli əmri ilə iddiaçı xx.xx.1985-ci ildən 3cü dərəcə fəhlə qəbul edilmiş, xx.xx.1986-cı il tarixli 1 nömrəli əmri ilə 1986-cı ilə daimi işçi hesab edilmişdir.
9. Məhkəməyə təqdim edilmiş Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC X2 İstismarı İdarəsi tərəfindən verilmiş arayışına əsasən iddiaçı xx.xx.1988-ci il tarixli, 25-k saylı əmrlə xx.xx.1988-ci il tarixdə Kür-Araz çaylarında Bəndatma İdarəsində çilingər vəzifəsinə qəbul edilmiş, xx.xx.1992-ci il tarixli, 41-k saylı əmrlə xx.xx.1992-ci il tarixdən işdən azad edilmiş, xx.xx.1993-cü il tarixli, 30-k saylı əmrlə xx.xx.1993-cü il tarixdə fəhlə vəzifəsinə qəbul edilmiş, xx.xx.1995-ci il tarixli, 22-k saylı əmrlə xx.xx.1995-ci il tarixdən işdən azad edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyun 2006-cı il tarixli, 149 nömrəli qərarına əsasən Azərbaycan Meliorasiya və X7 Səhmdar Cəmiyyətinin 22 iyun 2006-cı il tarixli, 29 saylı əmri ilə Kür-Araz çaylarında Bəndatma İdarəsi 3 iyul 2006-cı il tarixdən X2 İstismarı İdarəsinə çevrilmişdir.
10. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən verilmiş 155 nömrəli, 4 noyabr 2021-ci il tarixli məktubla iddiaçının KürAraz çaylarında Bəndatma İdarəsində xx.xx.1988-ci il tarixli, 28-k say lı əmrlə xx.xx.1988-ci il tarixdə işə qəbul edilməsi, xx.xx.1992-ci il tarixli, 41-k sayı əmrlə xx.xx.1992-ci il tarixdən işdən azad edilməsi, xx.xx.1993-cü il tarixli, 30-k sayı əmrlə xx.xx.1993-cü il tarixdə işə qəbul edilməsi, xx.xx.1995-ci il tarixli, 22-k saylı əmrlə xx.xx.1995-ci il tarixdən işdən azad edilməsi barədə əmrlərin surəti və həmin dövrlərdə ona hesablanmış əmək haqqı cədvəlindən çıxarış təqdim edilmişdir.
11. Məhkəmə sorğusuna cavab olaraq verilmiş cavabdehin 23 dekabr 2021-ci il tarixli **********3 nömrəli məktubuna əsasən iddiaçının 2006-cı ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 15168,52 manat, 2006-cı ildən sonrakı dövr üçün isə fərdi hesabın sığorta hissəsində qeydə alınan 27594,13 manat olmaqla cəmi pensiya kapitalı 42762,65 manat təşkil edir. İd diaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla nəzərdə tutulmuş digər şərtlərin mövcud olacağı təqdirdə onun Mərkəzi Filiala müraciətində qeyd etdiyi kimi 57 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 38600.00 manat məbləğində hesablanmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
12. Bakı İnzibati Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 2-1(112)-8406/2021 nömrəli qərarı (hakim A.A.Abdullayeva) ilə iddia təmin edilmiş, iddiaçıya 60 yaşının tamam olduğu, xx.xx.2021-ci il tar ixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçının xx.xx.1982-xx.xx.1983-cü, xx.xx.1983-xx.xx.1985-ci illər üzrə əmək stajı ümumiyyətlə nəzərə alınmamış, halbuki, iş materiallarında olan iddiaçıya məxsus əmək kitabçası ilə müəyyən edilmişdir ki, onun əmək kitabçasında həmin dövrlər üzrə işləməsinə dair qeydlər mövcuddur və həmin qeydlərin mötəbərliliyi şübhə doğurmur.
14. Cavabdehin mübahisələndirdiyi, iddiaçının əmək kitabçasındakı 15, 16, 17, 18, 19 və 20-ci qeydlərlə bağlı məhkəmə göstərmişdir ki, qeydlərdə gözlə görünəcək dərəcədə bir düzəliş, qaralama və yaxud qeydlərin mötəbərliyini şübhə altına alacaq hərhansı bir əsas yoxdur. Baxılan işdə iddiaçın ın əmək kitabçasında, əmək kitabçalarının doldurulma qaydalarına uyğun olaraq onu vermiş müəssisə, hansı vaxtda, hansı vəzifələrdə işləməsi, işə təyin olunması və azad edilməsi, əmrlərin tarixləri və nömrələri ardıcıl olaraq göstərilmiş, səlahiyyətli şəxslər tərəfindən imzalanmış və işlədiyi müəssisələrin möhürləri ilə təsdiqlənmişdir. Hazırda qüvvədə olan pensiya qanunvericiliyi də əmək kitabçasını stajın müəyyən olunması üçün sübut kimi qəbul edir. Əmək kitabçasına vurulmuş möhürün SSRİ dövrünə aid möhürlə vurulması halı isə iddiaçının qazanılmış iş stajını qeyri-mötəbər edən sübut kimi qiymətləndirilə bilməz, belə ki, iddiaçının işləmiş olduğu müəssisə tərəfindən möhürün yenisi ilə dəyişdirilməsi ilə bağlı müraciət edilməməsi halı iddiaçının təqsiri kimi qiymətləndirilə bilməz. Həmçinin, məhkəmə iddiaçının əmək kitabçasında olan 19-cu və 20-ci qeydlərə münasibətdə bildirmişdir ki, həmin qeydlərin mötəbərliliyi iş materiallarına əlavə olunmuş məhkəmə sorğularına cavab olaraq Azərbaycan Meliorasiya və Su Təsərrüfatı SC tərəfindən verilmiş arayış, əmək haqqı cədvəlləri və əmrlərlə öz təsdiqini tapmışdır.
15. Məhkəmə eləcə də, cavabdehin imtina və etirazında göstərilən digər dəlil olan iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi halına münasibətdə bildirmişdir ki, həmin hal da, məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış, belə ki, məhkəmənin tələbinə əsasən cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli, **********3 nömrəli məktubla təqdim edilmiş “ Fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı haqqında” məlumatdan müəyyən edilmişdir ki, qanunvericiliyin tələbinə uyğun olaraq iddiaçıya münasibətdə tələb olunan pensiya kapitalının aşağı həddi 38600.0 manat təşkil etmiş, iddiaçının isə 2006-cı il tarixədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 15168.52 manat, 2006-cı ildən sonrakı dövr üçün isə fərdi hesabın sığorta hissəsində qeydə alınan 27594.13 manat olmaqla cəmi pensiya kapitalı 42762.65 manat təşkil edir.
16. Həmçinin məhkəmə qeyd etmişdir ki, iddiaçının güzəştli iş stajının olması ümumiyyətlə hazırki iş üzrə mübahisə predmeti olmasa da, iş materiallarına əlavə olunmuş iddiaçının işlədiyi “X3 LTD” Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən verilmiş arayış güzəştli şərtlərlə hüququ ve rən işdə çalışmasını təsdiq edən arayışdır və həmin arayışlar mötəbər sübut kimi qiymətləndirilməlidir.
17. Məhkəmə hesab etmişdir ki, iddiaçının qanunvericiliklə tələb olunan pensiya yaşına çatması, 25 ildən çox ümumi, 12 il 6 aydan çox xüsusi əmək stajına malik olması, eləcə də, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi sübuta yetirilmişdir.
18. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
19. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 iyun 2022-ci il tarixli, 21(103)-1579/2022 nömrəli qərarı (hakimlər: A.S.Hüseynov /sədrlik edən və məru zəçi/, S.İ.Bəktaşi və A.Ə.Hüseyn) ilə Bakı İnzibati Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 21(112)-8406/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
21. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
22. Cavabdeh kassasiya şikayətində apellyasiya məhkəməsinin qərarını əsassız hesab edərək bildirmişdir ki, iddiaçının müvafiq iş stajı mübahisə doğurmuşdur. Belə ki, iddiaçıya məxsus 1 sentyabr 1983-cü il tarixli, əmək kitabçasında və ona əlavə olunan sənədlərdə qeyd olunan məlumatlardan g öründüyü kimi, iddiaçının əmək kitabçasının 15, 16, 17, 18, 19 və 20-ci qeydləri (1992-1995-ci illər) müstəqil Azərbaycan Respublikasına aid möhürlə təsdiq edilməli olduğu halda, SSRİ dövrünə aid möhürdən istifadə edilmişdir. Buna görə də, iddiaçının əmək kitabçasında göstərilən məlumatların həqiqiliyinə əsaslı şübhələr yaranmışdır. Bu səbəbdən də, onun əmək kitabçasındakı məlumatların dəqiqləşdirilməsi ilə bağlı Mərkəzi Filial tərəfindən xx.xx.2021-ci il tarixində aidiyyəti üzrə sorğu verilmiş və sorğuya cavab olaraq həmin dövrə aid arxiv sənədlərinin aşkar edilmədiyi bildirilmişdir. Bu səbəbdən də, həmin dövrləri iddiaçının əmək stajına daxil etmək mümkün olmamış, nəticədə iddiaçının ümumi stajı 25 ildən az təşkil etmişdir (21 il 10 ay 15 gün). Bu səbəbdən də, məhkəmə tərəfindən qərar qəbul edilərkən “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin staj ilə bağlı tələbinə riayət edilmədiyindən qərar ləğv olunmalıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
23. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 24. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu (xx.xx.2021-ci il tarixdə qüvvədə olan redaksiyada): Maddə
9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”:
10. Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı... 10.2. Neft, qaz və qaz kondensatı nın hasilatı a) fəhlələr: quyuların əsaslı təmirinin qazmaçıları... 26. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti mə hkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya i nstansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
28. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
29. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
30. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyas iya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
31. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetinin yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
32. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə işin hallarının tam və hərtə rəfli araşdırılması zəruri olan həddə təmin edilmişdir. Ona görə də işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
33. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.
34. Hazırkı iş üzrə cavabdehin mübahisələndirdiyi və kassasiya şikayətində də təkrar olaraq qeyd etdiyi xüsusat iddiaçının müvafiq sığorta stajına malik olmamasıdır. Belə ki, cavabdeh kassasiya şikayətində qeyd edir ki, iddiaçının əmək kitabçasının 15, 16, 17, 18, 19 və 20-ci qeydləri (1992-1995-ci illər) müstəqil Azərbaycan Respublikasına aid möhürlə təsdiq edilməli olduğu halda, SSRİ dövrünə aid möhürdən istifadə edilmiş, həmin dövrə aid arxiv sənədləri aşkar e dilməmişdir.
35. Bununla bağlı, aşağı instansiya məhkəmələri tərəfindən tam, hərtərəfli və obyektiv araşdırma aparılmış, iddiaçının həmin dövrə aid işə qəbul edilmə və işdən azad edilmə haqqında əmrlərdən çıxarışlar əldə edilərək iş materiallarına əlavə edilmişdir.
36. Cavabdeh tərəfindən iddiaçının xx.xx.1982-xx.xx.1983-cü, xx.xx.1983xx.xx.1985-ci illər üzrə əmək stajı da ümumiyyətlə nəzərə alınmamış, bununla bağlı imtina məktubunda, iddia tələbinə etirazda və kassasiya şikayətində heç bir mövqe bildirilməmişdir.
37. Hazırkı qərarın 26-cı bəndində qeyd edilən normanın tələbinə əsasən sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Hazırkı iş üzrə iddiaçının əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmadığını təsdiq edən sübut işdə yoxdur.
38. Beləliklə, inzibati orqan əmək kitabçasında göstərilən məlumatların yalnız həqiqətə uyğun olmadığı sübuta yetirildiyi halda, həmin staj dövrünü qəbul etməyə bilərdi.
39. Məhkəmə kollegiyası kassasiya şikayətinin iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalının qanunvericiliyə uyğun olaraq müəyyən edilən aşağı həddindən az olması ilə bağlı təkrarlanan dəlili də əsaslı deyil. Belə ki, cavabdeh imtina məktubunda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təyinatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddinin iddiaçıya münasibətdə 40800,00 manat olduğunu qeyd etsə də, birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq 23 dekabr 2021-ci il tarixli **********3 nömrəli məktubunda fərdi hes abın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddinin iddiaçıya münasibətdə 38600,00 manat olmasını göstərmişdir.
40. Eyni zamanda, cavabdeh qeyd edilən məktubunda iddiaçının 2006-cı ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 15168,52 manat, 2006-cı ildən sonrakı dövr üçün isə fərdi hesabın sığorta hissəsində qeydə alınan 27594,13 manat olmaqla cəmi pensiya kapitalının 42762,65 manat təşkil etdiyini göstərmişdir. Cavabdehin iddiaçıya münasibətdə tələb olunan fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının minimum məbləği ilə bağlı iki ziddiyyətli mövqeyi olsa da, iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı birmənalı olaraq cavabdehin göstərdiyi hər iki məbləğdən artıq olmuşdur.
41. Cavabdeh tərəfində n iddiaçının güzəştli şərtlərlə pensiya təyin olunması üçün xüsusi stajı mübahisələndirilməmişdir. Bununla belə, məhkəmə kollegiyası qeyd edir ki, aşağı instansiya məhkəmələri düzgün olaraq iddiaçının işlədiyi müəssisə tərəfindən verilmiş arayışı güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasını təsdiq edən mötəbər sübut kimi qiymətləndirilmişdir.
42. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
43. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti rədd edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 iyun 2022-ci il tarixli, 21(103)-1579/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.