Məhkəmə qərarları › İş №2-1(102)-1674/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1674/2023

02.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1674/2023 02.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Əliyar qızının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: əlillik müddəti bitdikdən sonra yeni göndəriş əsasında əlilliyin təkrar təyin olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı Əliyar qızı (xx.xx.1961-ci il təvəllüdlü; FİN: xxxxxxx ) cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yan ında Cavabdehnə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 mart 2023-cü il tarixli, 2-1(105)263/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PAB” pşn-nin T-247/2022 saylı xx.xx.2022-ci il tarixli ekspert rəyinə əsasən, İddiaçı iş materiallarında əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsinin son göndərişində qeyd olunan “E11.7-insulindən asılı olmayan Şəkərli diabet, çoxsaylı ağırlaşmalarla, şəkərli diabet ağır forma İİ tip.; Ağırlaşima:G79.2*-digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı rast gəlinən periferik angiopatiya, aşağı ətraflarda ağır keyimə, diabetik angiopatiya, H36.0*Hiabetik retinopatiya, (E10-E14 ümumi dördüncü. 3 işarəsi ilə), OU-qeyri* jproliferativ diabetik refinopatiya, G63.2-diabetik polihevropatiya, (E10-14 ümumi dördüncü. 4 işarəsi ilə), hərəkət zamanı ətraflarda ağrıdan diabetikpolinevropatiya, N08.3*-şəkərli diabet zamanı yumaqcıq zədələnmələri, (E10-E14, sağ böyəyin hipoplaziyası), diabetik nefropatiya, xroniki pielonefrit” diaqnozdakı xəstəliklərdən o, hazırda əziyyət çəksə də, onlar da nəzərə alınmaqla şəxsin əyani və instrumental müayinələrində aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyinə görə ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrə li qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin maddələrini aid etmək mümkün olmadı.

2. Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi haqqında arayışa görə İddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixdək ümumi xəstəlik səbəbindən ikinci qrup əlillik təyin edilmişdir. 3. 2574003AAR6M nömrəli Tibbi sosial ekspert komissiyasına göndərişə əsasən iddiaçıya əsas diaqnoz olaraq insulindən asılı olmayan şəkərli diabet, çoxsaylı ağırlaşmalarla şəkərli diabet, çoxsaylı ağırlaşmalarla şəkərli diabet ağır forma İİ tip. İnsulin tələbi ilə (E11.7), ağırlaşma diaqnozu olaraq digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı rast gəlinən periferik angiopatiya aşağı ətraflarda ağır keyimə, diabetin angiopatiya (179.2*), Diabetik retinopatiya (E-10-E14 ümumi dördüncü.3 işarəsi ilə) OUqeyripoliferativ diabetik retinopatiya (H36.0), Diabetik polinevropatiya (E-10-14 ümumi dördüncü.4 işarəsi ilə) hərəkət zamanı ətraflarda ağrıdan diabetik polinevropatiya (G63.2), şəkərli diabet zamanı yumaqcıq zədələnmələri E1014 sağ böyrəyin hipoplaziyası. Diabetin nefropatiya. Xroniki pielonefrit., yanaşı xəstəliklər kimi Stenokardiyanın digər formaları ÜİX Gərginlik stenokardiyası 3-4F.S infaktdan sonra kardioskleroz (120.8), qan itirmə nəticəsində yaranan ikincili dəmir defisitli anemiya xəstəliyi (D50.0), Qaraciyərin alkoqol mənşəli pi distrofiyası (piyli qaraciyər) Qaraciyərin piy distrofiyası (K70.0), həqiqi hiperqlisüridemiya (E78.1), (Durğunluq) ürək çatmamazlığı ilə müşayiə t olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəliyi İİ.d yüksək risk ilə (İ11.0), Xroniki obstruktiv pielonefrit xroniki pielonefrit (N11.1) diaqnozu qoyulmuşdur. 4. 30512564 saylı və 30512565 saylı xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ödənişsiz reseptlər ilə İddiaçı 35 nömrəli şəhər poliklinikası tərəfindən 1 flakon İns.İnsulatard HM 100TV 10ml və 1.0 insulin şprisi alınması üçün təyinat verilməsi müəyyən edilmişdir.

5. Binəqədi rayonu 35 nömrəli şəhər poliklinikasının 11 oktyabr 2022-ci il tarixli arayışından görünür ki, Ağakişiyeva X6 rayonu 35 saylı şəhər poliklinikasında insulindən asılı olmayan şəkərli diabet, insulin tələbi diaqnozu ilə dispanser qeydiyyatındadır. xx.xx.2017-ci il tarixindən İnsulatard 20+20TV, Aktofid 10+10+10TV olmaqla, bazis-bolyus insulin müalicəsi qəbul edir.

6. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ikinci dərəcəli əlilliyin təyin edilməsini xahiş etmişdir.

7. Cavabdeh 13 dekabr 2021-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Həkimin rəyinə əsasən son beş ildə aldığı stasionar müalicələr qeyd olunmayıb. Ağrışmalar dəqiqləşdirilməli və diaqnostik müayinələrlə təsdiqlənməlidir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

8. İddiaçı 22 fevral 2022-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək ona 1 noyabr 2021-ci il tarixdən ikin ci qrup əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Əliyar qızı uzun müddətdir ki, “Şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla” diaqnozlu xəstəlikdən və digər xəstəliklərdən əziyyət çəkir. xx.xx.2009-cu il tarixdən “Xroniki şəkərli diabet xəstəsi” kimi Şamaxı rayon Mərkəzi Xəstəxanasında qeydiyyatdadır. Buna görə də ona 2012 və 2014-cü ildə iki dəfə 2-ci dərəcəli əlillik qrupu verilmişdir. 2015-ci ildə xəstəliyi ağırlaşdığı üçün o insulin qəbul etməyə başlamış və bu günə qədər Bakı şəhəri, Binəqədi rayonu, 15 saylı şəhər poliklinikasında ona insulin dərmanları verilir. Xəstəliyi daha da inkişaf etdiyindən və ağırlaşdığından xx.xx.2016-cı il tarixində TSEK onu təkrar müayinə etmiş və ona növbəti 5 il üçün 2-ci dərəcəli əlillik qrupu verilmişdir. Əlilliyinin müddəti xx.xx.2021- ci il tarixinədək müəyyən edilmişdir. TSEK rəyinə əsasən xəstəliyinin diaqnozu, “Şəkərli diabet İİ tip orta ağır forma. Hipertoniya xəstəliyi İ mərhələ. Vertebrogen dissirkulyator ensefalopatiya. Vertebrogen bazilyar çatmamazlığı. Diabetik polineyropatiya. Diabetik retinoyapatiya" olmuşdur. xx.xx.2021-ci il tarixində əlilliyinin 5 illik müddət bitdikdən sonra Şamaxı rayon Mərkəzi Xəstəxanası onu təkrar müayinələrdən keçirərək, xəstəliyi haqqında Tibbi Sosial Ekspert Komissiyasına xx.xx.2021-ci il tarixli, 2574003AAR6M nömrəli Forma-088 arayışı göndərmişdir. Arayışa əsasən onun xəstəliyinin əsas diaqnozu “İnsulindən asılı olmayan şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla Şəkərli diabet ağır forma İİ tip. (İnsulin tələbi ilə)” xəstəlikləridir. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Komissiyası xx.xx.2021-ci il tarixində onu müayinə etmiş və heç bir əsaslı səbəb olmadan, digər texniki səbəblər göstərərək, ona əlillik təyin etməkdən imtina etmişdir. Beləliklə cavabdeh Azərbaycan Respublikası Konstituiyasının 38-ci maddəsində təsbit edilmiş sosial təminat hüququnu pozmuşdur. Belə ki, o, əmək qabiliyyətini tamamilə itirmiş, heç bir yerdə işləyə bilmir, xəstəliyi səbəbindən güclə hərəkət edir. Onun Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş vətəndaş hüquqları, sosial təminat hüququları, sağlamlıq hüquqları, sağlamlığını itirdiyinə görə dövlətdən müavinət almaq hüquqları vardır. Cavabdeh Əmək və Əhalinin Sosi al Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbİ- Sosİal Ekspertiza və Reabilitasiya Xidmətinin Komissiyası tərəfindən onun hüquqları pozulmuşdur. Hesab edir ki, cavabdehin yuxanda qeyd olunan hərəkətsizliyi qanunsuz hesab edilməli və tələbi təmin edilməlidir.

10. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçının əlillik vəziyyətinə Şamaxı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2009-cu il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 - Şəkərli diabet => E10 - İnsulindən asılı şəkərli diabet; Diaqnozun mətni: Şəkərli diabet tip ağır-ağırlıqda.insulin tələbli. Diabetik polineyropatiya; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması” s əbəbi ilə imtina verilmişdir. Şamaxı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İV Sinif- Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 - Şəkərli diabet => ЕЮ - İnsulindən asılı şəkərli diabet; Diaqnozun mətni: Şəkərli diabet İİ tip orta ağır forma. Hipertoniya «xəstəliyi İ mərhələ. Vertebrogen dissirkulyator ensefalopatiya. Vertebrogen bazilyar çatışmamazlığı. Diabetik polineyropatiya. Diabetik retinoyapatiya; Meyar: 2.2. İkinci dərəcə 7 lik => 2.2.9. Ağır gedişli endokrin və infeksion-allergik xəstəliklər, hormon asılılığı vəziyyəti ilə” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Şamaxı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İV Sinif – Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 - Şəkərli diabet => Е10 - İnsulindən asılı şəkərli diabet; Diaqnozun mətni: Şəkərli diabet İİ tip orta ağır forma. Hipertoniya xəstəliyi İ mərhələ. Vertebrogen dissirkulyator ensefalopatiya. Vertebrogen bazilyar çatmamazlığı. Diabetik polineyropatiya. Diabetik retinoyapatiya; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.9. Ağır gedişli endokrin və infeksionallergik xəstəliklər, hormon asılılığı vəziyyəti ilə” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 - Şəkərli diabet => E10 İnsulindən asılı şəkərli diabet; Diaqnozun mətni: Şəkərli diabet İİ tip or ta ağır forma. Hipertoniya xəstəliyi İ mərhələ, Vertebrogen dissirkulyator ensefalopatiya. Vertebrogen bazilyar çatmamazlığı. Diabetik polineyropatiya. Diabetik retinoyapatiya; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.9. Ağır gedişli endokrin və infeksion-allergik xəstəliklər, hormon asılılığı vəziyyəti ilə” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Şamaxı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli 2574003AAR6M saylı göndərişi əsasında baxılmış və “X1: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 - Şəkərli diabet => E11 - İnsulindən asılı olmayan şəkərli diabet; Diaqnozun mətni: Şəkərli diabet ağır forma İİ tip. (İnsulin tələbi ə). Aşağı ətraflarda ağır keymə.Diabetin angiopatiya. Diabetik retinopatiya (E10-E14 -mumi dördüncü.3 işarəsi ilə), O U- qeyri proliferativ diabetik retinopatiya. Diabetik:olinevropatiya(E10-14 ümumi dördüncü.4 işarəsi ilə), Hərəkət zamanı ətraflarda ağrıdan diabetik polinevropatiya. Şəkərli diabet zamanı yumaqcıq zədələnmələri (E10- =14, Sağ böyrəyin hipoplaziyası. Diabetin nefropatiya. Xroniki pielonefrit; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması Səbəb: Son beş (5) ildə aldığı stasionar müalicələr qeyd olunmayıb. Dəqiqləşdirilsin. Ağırlaşmalar dəqiqləşdirilsin və diaqnostik müayinələrlə təsdiqlənsin” səbəbi ilə imtina verilmişdir.

11. Sumqayıt İnzibati Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli, 21(118)-1215/2022 nömrəli qərarı (hakim: X4) ilə iddia təmin edilmiş, İddiaçı Əliyar qızına 1 noyabr 2021-ci il tarixdən ikinci qrup əlillik təyin edilməsi öhdəliyi cavabde h Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Hüquqi Şəxsinın üzərinə vəzifə olaraq qoyulmuşdur.

12. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh inzibati orqanın iddiaçıya “Dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Həkimin rəyi: Son beş (5) ildə aldığı stasionar müalicələr qeyd olunmayıb. Dəqiqləşdirilsin. Ağırlaşmalar dəqiqləşdirilsin və diaqnostik müayinələr təsdiq edilsin” əsası ilə əlilliyin təyin olunmasından imtinası formal tələblərə əsaslanır. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya xx.xx.2014-cü il tarixdən göndərişi verən xəstəxanada qeydiyyatda olduğu eyni diaqnozla (Şəkərli diabet) 2014-2021-ci illər ərzində ikinci dərəcə əlillik təyin edilmişdir. Həmçinin ekspert rəyi ilə də iddiaçının adına tərtib edilmiş xx.xx.2021-ci il tarixli 2574003AAR6M saylı göndərişlə göndərilmiş 088 saylı arayışda olan “E11.7-insulindən asılı olmayan Şəkərli diabet, çoxsaylı ağırlaşmalarla, şəkərli diabet ağır forma İİ tip.; Ağırlaşma:G79.2*-digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı rast gəlinən periferik angiopatiya, aşağı ətraflarda ağır keyimə, diabetik angiopatiya, H36.0*- Hiabetik retinopatiya, (E10-E14 ümumi dördüncü. 3 işarəsi ilə), OU-qeyri* jproliferativ diabetik refinopatiya, G63.2-diabetik polihevropatiya, (E10-14 ümumi dördüncü. 4 işarəsi ilə), hərəkət zamanı ətraflarda ağrıdan diabetikpolinevropatiya, N08.3*-şəkərli diabet zamanı yumaqcıq zədələnmələri, (E10-E14, sağ böyrəyin hipoplaziyası), diabetik nefropatiya, xroniki pielonefrit” diaqnozdakı xəstəliklərdən onun hazırda əziyyət çəkdiyi müəyyən edilmişdir.

13. Beləliklə, birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, hazırkı mübahisə üzrə mövcud qanunvericilikdə (“Əlilliyin müəyyən olunması meyarları”nın təsdiq edilməsi və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na “Əlavə”) xx.xx.2021-cu il tarixli 0053003AAE5B saylı göndərişdə sonuncuya əlillik dərəcəsinin imtina üçün əsas kimi nəzərdə tutulan hallar mövcud olmadığından, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Buna görə də iddia təmin edilərək, cavabdeh inzibati orqanın üzərinə iddiaçının tələbi üzrə öhdəlik qoyulmalıdır.

14. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

15. Sumqayıt Apellyasiya Məhkə məsinin İnzibati Kollegiyasının 16 mart 2023-cü il tarixli, 2-1(105)-263/2023 nömrəli qərarı (hakimlər: X10 (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı, X7) ilə Sumqayıt İnzibati Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

17. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

18. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, apellyasiya instansiyas ı məhkəməsi qanunsuz olaraq daha əvvəl keçirilmiş müayinə əsasında əlillik təyini yeni təyinatla əlaqələndirir. Həmin müayinə son müayinədən 5 il öncə keçirildiyini nəzərə almaqla həmin yoxlamanın nəticələrini 5 il sonrakı yoxlamaya aid etmək qanunvericiliyin tələblərinə ziddir. Bu hal əlilliyin müddətli təyin olunması hallarına və müddət məqsədinə tamamilə ziddir. Həmçinin şikayətdə qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi Agentliyin səlahiyyətlərini yoxlayarkən qanunvericiliyin tələblərini səhv tətbiq etmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri

19. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək şikayətin təmin edilmədən, apelyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə

3. Əlilliyin müəyyən edilməsi Maddə 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müə yyən etdiyi orqan (qurum) müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Maddə

4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları Maddə 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. Maddə 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. Maddə 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olara q şikayət edə bilər. Maddə

6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları Maddə 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə:

2. Əlilliyin müəyyən olunması meyarları 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir:... 2.2.7. endokrin xəstəliklər nəticəsində hədəf orqanlarda funksiya pozuntularına səbəb olan patoloji dəyişikliklər (E00, E07E07.9, E10, E12, E15-E16.1, E22.0-E22.1, E23.0-E23.2, E23.7, E2424.9, E25.8, E26.9, E27.1-E27.9, E32-E32.8, E34-E34.1, E34-E35.8);...

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016cı il tarixli, 36 saylı qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamə: Maddə 4.1. Şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndiri lməsi qaydası”: Maddə 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Maddə 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra –TSEK) tərəfindən həyata keçirilir. Maddə 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabine tinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri” nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır.

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydası: Maddə 1.3. Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhali nin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. Maddə 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; Maddə 2.1. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimihəkim- məsləhət komissiyasına müraciət edir. Maddə 2.2. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. Maddə 2.6. Tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri” nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir.

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na “Əlavə”

11. Endokrin sistemin xəstəlikləri, qidalanma və maddələr mübadiləsi pozuntuları Qeyd. Orqanizmin endokrin sisteminin xəstəlik, zədə və çatışmazlıqlar səbəbindən əmələ gəlmiş davamlı pozuntularının kəmiyyətcə qiymətləndirilməsi simtomatikanın təzahür dərəcəsinin və xarakterinin, klinik və instrumental müayinə üsullarının nəticələrinin, eləcə də müasir reabilitasiya üsullarının tətbiqi ilə pozulmuş funksiyaların kompensasiya edilməsi imkanlarının qiymətləndirilməsinə əsaslanır. 11.2. Şəkərli diabet.

26. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.9. Ali Məhkəmə apellyasiy a instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN BAXİŞİNİN HƏDLƏRİ MÜMKÜNLÜYÜ, KASSASİYA

27. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

28. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qa nuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ 29.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunveric iliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

31. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

32. Məhkəmə kollegiyası həmçinin kasasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir.

33. İş materiallarından müəyyən edilir ki, 2012-ci ildən başlayaraq cavabdeh tərəfindən iddiaçıya 1 il müddətinə, sonuncu dəfə xx.xx.2016-cı ildən xx.xx.2021-ci il tarixədək ümumi xəstəlik səbəbi ilə beş il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Əlillik müddəti bitdikdən sonra iddiaçı barəsində cavabdehə göndəriş təqdim edilmişdir.

34. Göndərişdə iddiaçıya əsas diaqnoz olaraq insulindən asılı olmayan şəkərli diabet, çoxaylı ağırlaşmalarla şəkərli diabet, çoxsaylı ağırlaşmalarla şəkərli diabet ağır forma İİ tip. İnsulin tələbi ilə (E11.7), ağırlaşma diaqnozu olaraq digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı rast gəlinən periferik angiopatiya aşağı ətraflarda ağır keyimə, diabetin angiopatiya (179.2*), Diabetik retinopatiya (E-10-E14 ümumi dördüncü.3 işarəsi ilə) OUqeyripoliferativ diabetik retinopatiya (H36.0), Diabetik polinevropatiya (E10-14 ümumi dördüncü.4 işarəsi ilə) hərəkət zamanı ətraflarda ağrıdan diabetik polinevropatiya (G63.2), şəkərli diabet zamanı yumaqcıq zədələnmələri E10-14 sağ böyrəyin hipoplaziyası. Diabetin nefropatiya. Xroniki pielonefrit., yanaşı xəstəliklər kimi Stenokardiyanın digər formaları ÜİX Gərginlik stenokardiyası 3-4F.S infaktdan sonra kardioskleroz (120.8), qan itirmə nəticəsində yaranan ikincili dəmir defisitli anemiya xəstəliyi (D50.0), Qaraciyərin alkoqol mənşəli pidistrofiyası (piyli qaraciyər) Qaraciyərin piy distrofiyası (K70.0), həqiqi hiperqlisüridemiya (E78.1), (Durğunluq) ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəliyi İİ.d yüksək risk ilə (İ11.0), Xroniki obstruktiv pielonefrit xroniki pielonefrit (N11.1) diaqnozu qoyulmuşdur. 3

5. İddiaçı barəsində tərtib olunmuş göndərişdə qeyd edilən əsas diaqnoz və ağırlaşmalar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2.7-ci bəndində, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 11.2-ci bəndlərində qeyd edilmişdir.

36. Cavabdeh imtina və şikayətində göndərişdə iddiaçının son 5 ildə aldığı stasionar müalicələrin göstərilmədiyini bildirmişdir.

37. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmi ş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydasının 1.5.3-cü bəndinə görə əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi göndəriş verilməsi üçün əsasdır.

38. Qaydada göndərişdə son 5 ildə olan stasionar müalicələrin mütləq olaraq qeyd edilməli olması nəzərdə tutulmamışdır. Qaydanın 1.5.3-cü bəndinin tələbləri iddiaçıya münasibətdə mövcud olmuş, iddiaçıda olmuş əvvəlki xəstəliklərin davam etməsi, müayinəsi, müalicəsi, diaqnostik sənədlər işdə olan sənədlərlə təsdiq olunmuşdur.

39. Cavabdeh kasasiya şikayətində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 10 iyun 2022-ci il tarixli ekspert rəyinə istinad edərək iddianın əsassız olduğunu bildirmişdir.

40. Əvvəla, ekspert rəyində tibb müəssisəsinin son göndərişində qeyd olunan diaqnozdakı xəstəliklərdən iddiaçının hazırda da əziyyət çəkdiyi qeyd edilmişdir.

41. Digər tərəfdən, ekspertizanın təyin edilməsi barədə məhkəmənin qərardadında cavabdehin nümayəndəsinin iştirakı nəzərdə tutulmamışdır. Lakin ekspert rəyindən görünür ki, məhkəmə-tibb ekspertizasının aparılmasında cavabdeh Agentliyin tibbi sosial eksperti kimi qeyd edilən X5 iştirak etmiş və o da ekspert rəyini imzalamışdır.

42. Məhkəmə kollegiyası vurğulayır ki, “Məhkəmə ekspertizasının fəaliyyəti haqqında” Qanunun müddəalarına görə məhkəmə eksperti işin nəticəsində marağı olmayan, məhkəmə eksperti şəhadətnaməsi almış şəxs ola bilər ekspertiza məhkəmə ekspertizası idarələrinin ekspertləri tərəfində n həyata keçirilir, məhkəmə ekspertizası ekspertlər tərəfindən aparıldıqda ekspertlərin müqaviləsi və əldə edilmiş nəticələrin yekunlaşdırılması mərhələsində proses iştirakçılarının iştirakına yol verilmir. Yalnız Azərbaycan Respublikasının prosessual qanunvericiliyi ilə belə hüquqları nəzərdə tutulmuş proses iştirakçıları məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqanın və ya şəxsin icazəsi ilə məhkəmə ekspertizasının aparılmasında iştirak edə bilərlər.

43. İş üzrə verilmiş ekspert rəyindən görünür ki, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 həvalə edilməsinə baxmayaraq, ekspertiza idarəsi tərəfindən məhkəmə qarşısında idarənin əməkdaşı olmayan şəxsin ekspert qismində iştirakının təmin edilməsi barədə vəsatət qaldırmadan, i şin gedişatında birbaşa hüquqi marağı olan cavabdehin səlahiyyətli nümayəndəsi ekspert qismində işə cəlb edilməklə rəy verilmişdir. Bu isə qanunvericiliyin tələbinin kobud şəkildə pozulmasıdır. 44. “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun 9-cu maddəsinə əsasən, rəy verilməsi üçün bu idarənin əməkdaşı olmayan şəxslərin zəruri biliyinə ehtiyac yarandıqda, məhkəmə ekspertizası idarəsi rəhbəri onların ekspert qismində iştirakı barədə məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqan və ya şəxs qarşısında vəsatət qaldırmaq hüququna malikdir. Məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqanla və ya şəxslə razılaşdırmadan, müstəqil olaraq, bu idarənin əməkdaşı olmayan şəxsləri ekspert qismində məhkəmə ekspertizasının aparılmasına cəlb etmək Məhkəmə ekspertizası idarəsinin rəhbərinə q adağandır.

45. Həmin Qanunun 6-ci maddəsinə əsasən, məhkəmə ekspertizası aparılarkən ekspert müstəqildir, onun məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqandan və ya şəxsdən, tərəflərdən və işin nəticəsində marağı olan digər şəxslərdən hər hansı asılılığı ola bilməz. Ekspert özünün xüsusi biliyinə və daxili inamına əsaslanaraq aparılmış tədqiqatın nəticələrinə uyğun olaraq rəy verir. Məhkəmələr (hakimlər), təhqiqat aparan şəxs, müstəntiq, prokuror, habelə digər dövlət orqanları, təşkilatlar və ya ayrı-ayrı şəxslər tərəfindən proses iştirakçılarından hər hansı birinin maraqlarına cavab verən və ya digər şəxslərin xeyrinə olaraq rəy əldə etmək məqsədi ilə ekspertə hər hansı formada təsir göstərilməsi qadağandır. Ekspertə təsir göstərilməsində təqsirkar olan şəxs Azərbaycan Respublikasın ın qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.

46. Cavabdeh Agentliyin əməkdaşı C.Məmmədov məhkəmə ekspertizası idarəsinin eksperti deyil, cavabdeh Agentliyin tibbi sosial eksperti vəzifəsində işləməklə ekspertizanın nəticəsində maraqlı şəxs olduğundan, ekspertizanın təyin olunması haqqında qərardadda onun iştirakı nəzərdə tutulmadığından, məhkəmə ekspertizası idarəsinin rəhbəri cavabdehin nümayəndəsinin ekspert qismində iştirakı barədə məhkəmə ekspertizasını təyin etmiş məhkəmə qarşısında vəsatət qaldırmadığından cavabdehin əməkdaşının imzaladığı ekspert rəyi “Məhkəmə ekspertizasının fəaliyyəti haqqında” Qanunun bəhs edilən müddəalarının pozulması ilə tərtib edilmişdir.

47. Kasasiya şikayətinin dəlilinin əsasını təşkil edən ekspert rəyi mötəbər sübut kimi qəbul edilm ədiyindən apellyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur (Ali Məhkəmənin İnzibati kollegiyasının 10 mart 2023-cü il tarixli 2-1(102)-526/2003 nömrəli qərarı).

48. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

50. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2 hüquqi şəxsin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 16 mart 2023-cü il tarixli, 2-1(105)-263/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar