Məhkəmə qərarları › İş №2-1(102)-1674/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1674/2024

04.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1674/2024 04.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin *52 nömrəli hərbi hissəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddiaçının icra etdiyi döyüş tapşırıqlarının kəşfiyyat xarakterli fəaliyyətlə əlaqəli olması barədə müvafiq arayışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Rəsulbəyova Nigar İmran qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin *52 nömrəli hərbi hissəsinə qarşı “arayışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bak ı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12.*2.2*24-cü il tarixli 2-1(1*3)-581/2*24 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçının hərbi biletinə əsasən iddiaçı 15.*8.2*11-ci ildən hərbi xidmətdə olmuş, 16.*4.2*22-ci ildə xəstəliklə bağlı istefaya buraxılmışdır.

2. İddiaçı N nömrəli hərbi hissə komandirinə müraciət edərək göstərmişdir ki, o, *52 nömrəli hərbi hissədə qərargah və təchizat taborunun qərargah rəisinin köməkçisi vəzifəsindən ehtiyata buraxılmışdır, N günlük Vətən Müharibəsində iştirak edərkən müxtəlif kəşfiyyat xarakterli tapşırıqlar yerinə yetirmiş və həmin tapşırıqların birini yerinə yetirərkən *9.11.2*2*-ci il tarixdə yaralanmışdır. Aldığı travm aya görə kompensasiya almaq üçün Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etmişdir. *8.*8.2*22-ci il tarixli cavab məktubu ilə iddiaçıya imtina cavabı verilmişdir. İmtina cavabında bildirilmişdir ki, hərbi əməliyyatlar zamanı icra etdiyi döyüş tapşırıqlarının kəşfiyyat fəaliyyəti ilə əlaqəsi olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı 2*.*2.2*23-cü il tarixdə cavabdeh N nömrəli hərbi hissəyə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək onun *52 nömrəli hərbi hissədə xidmət edərkən N günlük Vətən Müharibəsi zamanı icra etdiyi döyüş tapşırıqlarının kəşfiyyat xarakterli fəaliyyəti ilə əlaqəli olması barədə *52 nömrəli hərbi hissə tərəfindən ona müvafiq arayışın verilməsi vəzifəsinin cavabdeh N nöm rəli hərbi hissəyə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı 12.*4.2*23-cü il tarixində ərizə ilə müraciət edərək cavabdeh N nömrəli hərbi hissənin əsl cavabdeh *52 nömrəli hərbi hissə ilə əvəz edilməsini, N nömrəli hərbi hissənin isə 3-cü şəxs qismində məhkəmə icraatına cəlb olunmasını xahiş etmişdir.

5. Bakı İnzibati Məhkəməsinin 28.*4.2*23-cü il tarixli, 2-1(112)-6993/2*23 saylı qərardadı ilə cavabdeh N nömrəli hərbi hissə əsl cavabdeh *52 nömrəli hərbi hissə ilə əvəz edilmişdir. İddiaçının əsaslandırması:

6. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 15.*8.2*11-ci ildən 16.*4.2*22-ci ilədək Azərbaycan Respublikasının Müdafiə Nazirliyində həqiqi hərbi xidmət keçmişdir. O, 28.12.2*15-ci ildən 16.*4.2*22-ci ilədək *52 nömrəli hərbi hissədə xidmə t keçmiş, Azərbaycan Respublikasının Müdafiə Nazirinin müvafiq əmri ilə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 157-ci maddəsinin “b” bəndinə (xəstəliyə görə) əsasən *52 nömrəli hərbi hissədə qərargah və təchizat taborunun qərargah rəisinin köməkçisi vəzifəsindən istefaya buraxılmışdır.

7. N günlük Vətən Müharibəsində iştirak edərkən müxtəlif kəşfiyyat xarakterli tapşırıqlar yerinə yetirmiş və həmin tapşırıqların birini yerinə yetirərkən *9.11.2*2*-ci il tarixdə yaralanmışdır. Hazırda 3-cü qrup müharibə əlillidir. 8. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 2*.12-ci maddəsinə əsasən xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və ya onların ailəsinə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada və həcmdə kompensasiya verilir.

9. Adı çəkilən qanunda göstərilən kompensasiyanın alınması üçün iddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə ərizə ilə müraciət etmişdir, lakin *8.*8.2*22-ci il tarixli cavab məktubu ilə iddiaçıya imtina cavabı verilmişdir. İmtina cavabında bildirilmişdir ki, hərbi əməliyyatlar zamanı icra etdiyi döyüş tapşırıqlarının kəşfiyyat fəaliyyəti ilə əlaqəsi olmamışdır. İddiaçı isə imtinanı əsassız və qanunsuz hesab edir. Bu cavabdan sonra iddiaçı N günlük Vətən müharibəsində icra etdiyi döyüş tapşırıqlarının kəşfiyyat xarakterli fəaliyyətlə əlaqəsi olması haqqında iddiaçıya müvafiq aray ışın verilməsı xahişi ilə *7.*1.2*23-cü il tarixdə cavabdehə ərizə ilə müraciət etmişdir. Lakin müraciəti cavabsız və nəticəsiz qalmışdır. İddiaçı müraciətinin cavablandırılmamasını imtina kimi qiymətləndirir, imtinanı isə əsassız və qanunsuz hesab edir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin etirazı:

10. Cavabdeh iddiaya qarşı etiraz təqdim etməmişdir. Sorğular: 11. *52 №li hərbi hissənin N №li hərbi hissəyə ünvanlanmış *1.*8.2*22-ci il tarixli məktubu ilə bildirilmişdir ki, *52 №li hərbi hissənin sabiq hərbi qulluqçusu baş leytenant İddiaçı *52 №-li hərbi hissənin qərargah və təchizat taborunun qərargah rəisinin köməkçisi vəzifəsində xidmətdə olarkən Vətən müharibəsi zamanı 27.*9.2*2*ci ildən 31.1*.2*2*-ci ilədək *52 №li hərbi hissənin taktiki komanda məntəqəsinin mühafizəsi üzrə fəaliyyətləri icra etmişdir. 31.1*.2*2*-ci ildə baş leytenant İddiaçı özbaşına olaraq *71 №-li hərbi hissənin xüsusi təyinatlı taboruna qoşulmuş, *9.11.2*2*-ci ilədək həmin taborun tərkibində fəaliyyət göstərmişdir, Şuşa şəhərinin müdafiəsi uğrunda xüsusi təyinatlı taborun tərkibində döyüş tapşırığını yerinə yetirmişdir, hərbi əməliyyatlar zamanı kəşfiyyat (kəşfiyyat diversiya) fəaliyyətlərini icra etməmişdir.

12. N №-li hərbi hissənin iddiaçıya ünvanlanmış *8.*8.2*22-ci il tarixli məktubu ilə iddiaçıya bildirilmişdir ki, iddiaçının 3*.*6.2*22-ci ildə ünvanladığı ərizəsinə Müdafiə Nazirliyinin "Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziy an dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi üzrə Komissiya"da baxılmışdır. Müraciətlə bağlı iddiaçının xidmət etdiyi hərbi hissəyə sorğu verilmiş, sorğuya cavab olaraq hərbi əməliyyatlar zamanı iddiaçının icra etdiyi döyüş tapşırığının kəşfiyyat fəaliyyəti ilə əlaqəsi olmadığı məlum olmuşdur.

13. Məhkəmənin Müdafiə Nazirliyinə ünvanlanmış sorğusuna cavab olaraq *52 №-li hərbi hissənin təqdim etdiyi 17.*6.2*23-cü il tarixli məktubuna əsasən istefada olan baş leytenant İddiaçı N günlük Vətən müharibəsi zamanı hərbi hissə komandanlığı tərəfindən hər hansı kəşfiyyat fəaliyyətinin yerinə yetirilməsi tapşırığı verilməmişdir. Həmçinin onun həmin vaxt tutduğu vəzifəsi (qərargah və təchizat taborunun qərargah bölüyünün takt iki komanda məntəqəsinin rəisi) “Kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti haqqında" Azərbaycan Respublikasının 29.*6.2**4-cü il tarixli Qanununun 1.1-ci bəndində göstərilən kəşfiyyat fəaliyyəti ilə əlaqəli olmadığından İddiaçı kəşfiyyat subyektinin əməkdaşı hesab olunmurdu. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

14. Bakı İnzibati Məhkəməsinin 16.*8.2*23-cü il tarixli 2-1(112)-6993/2*23 nömrəli qərarı ilə iddiaçının cavabdehə qarşı *52 nömrəli hərbi hissədə xidmət edərkən N günlük Vətən müharibəsi vaxtında icra etdiyi döyüş tapşırıqlarının kəşfiyyat xarakterli fəaliyyət ilə əlaqəli olması barədə *52 nömrəli hərbi hissə tərəfindən iddiaçıya müvafiq arayışın verilməsi” barədə iddiası təmin edilməmişdir.

15. Məhkəmə qeyd etmişdir ki, iddiaçı Azərbaycan Respublikasının Silahlı Qüvvələrin in istefada olan zabitidir, müharibə əlilidir, 31.1*.2*2*-ci ildən Şuşa istiqamətində gedən döyüşlərdə fəal iştirak etmişdir. *71 nömrəli hərbi hissənin tərkibində Şuşa şəhərinin işğaldan azad olunması zamanı bir zabit kimi yüksək şücaət göstərmişdir. Vətən müharibəsindəki xidmətlərinə görə Müdafiə Nazirliyinin Təltif komissiyasının qərarına əsasən iddiaçı təltif olunmuşdur.

16. İddiaçının hərbi xidmətdə olduğu *52 nömrəli hərbi hissənin məhkəmə işində olan məktublarından göründüyü kimi iddiaçı *52 nömrəli hərbi hissənin qərargah və təchizat taborunun qərargah rəisinin köməkçisi vəzifəsində xidmətdə olarkən Vətən müharibəsi zamanı 27.*9.2*2*-ci ildən 31.1*.2*2*-ci ilədək *52 №li hərbi hissənin taktiki komanda məntəqəsinin mühafizəsi üzrə fəaliyyətləri icra etmiş, 31.1*.2*2*-ci ildən *9.11. 2*2*-ci ilədək *71 nömrəli hərbi hissənin xüsusi təyinatlı taborunun tərkibində fəaliyyət göstərmiş, Şuşa şəhərinin müdafiəsi uğrunda xüsusi təyinatlı taborun tərkibində döyüş tapşırığını yerinə yetirmişdir, lakin hərbi əməliyyatlar zamanı kəşfiyyat (kəşfiyyat diversiya) fəaliyyətlərini icra etməmişdir.

17. Göründüyü kimi, iddiaçı “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun subyekti deyildir.

18. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətini təmin etməməklə iddiaçıya münasibətdə qanunvericiliyin tələbləri pozulmamış, inzibati orqan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydalar daxilində fəaliyyətini həyata keçirmişdir.

19. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehə qarş ı onun *52 nömrəli hərbi hissədə xidmət edərkən N günlük Vətən müharibəsi vaxtında icra etdiyi döyüş tapşırıqlarının kəşfiyyat xarakterli fəaliyyət ilə əlaqəli olması barədə *52 nömrəli hərbi hissə tərəfindən iddiaçıya müvafiq arayışın verilməsi barədə iddiası əsaslı olmadığı üçün təmin edilməməlidir.

20. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

21. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12.*2.2*24-cü il tarixli, 2-1(1*3)-581/2*24 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 16.*8.2*23-cü il tarixli, 2-1(112)-6993/2*23 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

22. Apell yasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etmişdir.

23. İddiaçı apellyasiya şikayətində “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 2*.7-ci maddəsində nəzərdə tutulan kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara 2 aylıq pul təminatı məbləğində verilən birdəfəlik müavinətlə təmin edildiyini, bu müavinətlə təmin edilməsinin özü-özlüyündə onun kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyekti olmasını təsdiqlədiyini bildirmişdir.

24. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyi *52 nömrəli hərbi hissə tərəfindən məhkəməyə ünv anlanan 18.*1.2*24-cü il tarixli, 138 nömrəli məktubda qeyd edilmişdir ki, ehtiyatda olan baş leytenant İddiaçı Vətən müharibəsi zamanı *52 nömrəli hərbi hissənin qərargah və təchizat taborunun qərargah bölüyünün taktiki komanda məntəqəsinin rəisi vəzifəsində xidmətdə olarkən, tabeliyində olan şəxsi heyətlə *52 nömrəli hərbi hissənin taktiki komanda məntəqəsinin tərkibində mühafizəçi qismində fəaliyyətlərə cəlb olunmuş, 31.1*.2*2*-ci il tarixdə Xocavənd rayonunun Çanaqçı kəndində olan zaman taktiki komanda məntəqəsinin rəhbəri ona icazə vermədiyi halda, özbaşına olaraq Şuşa şəhəri istiqamətində döyüşən *71 nömrəli hərbi hissənin 5-ci taboruna qoşularaq tabeliyində olan şəxsi heyəti nəzarətsiz qoyub getmiş, 31.1*.2*2*-ci il tarixdən *9.11.2*2*-ci il tarixədək *71 nömrəli hərbi hissənin 5-ci taborunun sabiq komandiri mayor X2 tabeliyində olmuş və taborda zabit çatışmazlığı olduğundan ona verilən tapşırıqları icra etmişdir. *8.11.2*2*-ci il tarixdə polkovnik Zaur Zeynalov mayor Z.Hüseynova göstəriş verərək Ordu Korpusu taborunun Xankəndi şəhəri yolunda olduğunu, onların geri təxliyə olunması üçün bir qrupun ora göndərilməsini tapşırmış, mayor Z.Hüseynov da tabeliyində olan dalğıc qrupunu İddiaçı rəhbərliyi ilə Xankəndi şəhəri istiqamətində olan taborun öz istiqamətimizə təxliyə edilməsinə kömək məqsədilə göndərmiş, İddiaçı da həmin tapşırığı yerinə yetirmişdir. Həmin vaxt ona hər hansı xüsusi əməliyyat (kəşfiyyat) fəaliyyətini yerinə yetirmək tapşırığı verilməmişdir.

25. Vətən müharibəsindən sonra *52 nömrəli hərbi hissənin şəxsi heyətinin müharibədəki fəaliyyətləri, qələbənin əldə edilməsində göstərdikləri yüksək xidmətləri nəzərə alınaraq Müdafiə Nazirliyi tərəfindən tutduqları vəzifələrindən və icra etdikləri fəaliyyətlərindən asılı olmayaraq, hərbi hissənin təminat bölmələri də daxil olmaqla, əməliyyatlarda iştirak etmiş bütün şəxsi heyətinə kəşfiyyat subyektinin əməkdaşlarına nəzərdə tutulan müavinətlərin ödənilməsi üçün pul vəsaiti ayrılmışdır. O cümlədən, iddiaçıya da kəşfiyyat subyekti əməkdaşı olmasa belə, *52 nömrəli hərbi hissə komandirinin 27.12.2*2*-ci il tarixli *121 nömrəli əmrinə əsasən kəşfiyyat subyektinin əməkdaşlarına nəzərdə tutulan qaydada 1182 manat məzuniyyətə çıxarkən əlavə pul təminatı, 1774 manat müalicə və müayinə olunmaq üçün müavinət olmaqla cəmi 2956 manat pul vəsaiti ödənilmişdir.

26. Bundan başqa, həmin məktubda qeyd edilmişdir ki, “Kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kəşfiyyat fəaliyyəti subyekti əməkdaşları vəzifələrinin Siyahısı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası müdafiə nazirinin 19.*2.2*2*-ci il tarixli **11 nömrəli əmrinə əsasən *71 nömrəli hərbi hissənin 5-ci (xüsusi təyinatlı) taborunun dalğıc qrupu kəşfiyyat qrupu hesab olunmur.

27. Göründüyü kimi, *71 nömrəli hərbi hissənin 5-ci (xüsusi təyinatlı) taborunun dalğıc qrupu kəşfiyyat qrupu hesab olunmur. İş materiallarından müəyyən edilir ki, iddiaçının da fəaliyyət göstərdiyi tabor *71 nömrəli hərbi hissənin həmin taboru olmuşdur.

28. Eyni zamanda, qeyd edilən məktubdan görünür ki, iddiaçıya ödənilən müavinət onun kəşfiyyat subyektinin əməkdaşı olması ilə əlaqəli olmamışdır. Belə ki, kəşfiyyat subyektinin əməkdaşlarına nəzərdə tutulan müavinətlərin ödənilməsi üçün ayrılan pul vəsatətinin ödənilməsi vətən müharibəsindən sonra *52 nömrəli hərbi hissənin şəxsi heyətinin müharibədəki fəaliyyətləri, qələbənin əldə edilməsində göstərdikləri yüksək xidmətləri nəzərə alınaraq Müdafiə Nazirliyi tərəfindən tutduqları vəzifələrindən və icra etdikləri fəaliyyətlərindən asılı olmayaraq hərbi hissənin təminat bölmələri də daxil olmaqla əməliyyatlarda iştirak etmiş bütün şəxsi heyətə şamil edilmişdir.

29. Beləliklə, qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, iddiaçının cavabdehə qarşı iddiaçının *52 nömrəli hərbi hissədə xidmət edərkən N günlük Vətən müharibəsi vaxtında icra etdiyi döyüş tapşırıqlarının kəşfiyyat xarakterli fəaliyyət ilə əlaqəli olması barədə *52 nömrəli hə rbi hissə tərəfindən iddiaçıya müvafiq arayışın verilməsi” barədə iddiası əsaslı olmadığından birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmuşdur.

30. İddiaçı apellyasiya instansiya məhkəməsinin qərarından kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri 31. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun tələbləri pozulmuşdur: İddiaçının təqdim etdiyi *52 nömrəli hərbi hissədən verilmiş və iş materiallarına əlavə edilmiş arayışdan da görünür ki, iddiaçı N günlük Vətən müharibəsində iştirak etmişdir və müharibə dövründə hərbi hissənin müvafiq komandirlərinin kəşfi yyat xarakterli döyüş tapşırıqlarını və “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu 7-ci maddəsində nəzərdə tutulan Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin vəzifələrini icra etmişdir. Lakin cavabdeh tərəfindən iddiaçının həmin əməliyyatlarda iştirakını təsdiq edən sənəd və ya arayışın verilməsindən imtina olunmuşdur. Belə olduğu təqdirdə ortaya sual çıxır? İddiaçı əgər özbaşına kəşfiyyat xarakterli döyüş tapşırıqlarını icra etmişsə, həmin əməliyyatlarda iştirak etmişsə nəyə görə hərbi hissə komandiri və ya aidiyyəti üzrə müvafiq qurumlar tərəfindən iddiaçının hərəkətlərinə qanunun tələblərinə uyğun olaraq tədbir görülməmişdir. 32. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu 2*.7-ci maddəsinə əsasən K əşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşları (pensiyaya çıxmış əməkdaşlar da daxil olmaqla), o cümlədən onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq pul təminatı məbləğində birdəfəlik müavinət verilir. İddiaçı N günlük Vətən müharibəsi zamanı *9.11.2*2*-ci ildə yaralanmışdır və yaralandığına görə «Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununun 2*.7-ci maddəsində qeyd edilən iki aylıq pul təminatı məbləğində birdəfəlik müavinət almışdır və bu da özü özlüyündə iddiaçının kəşfiyyat və əks kəşfiyyat fəaliyyəti subyekti olduğunu sübut edir.

33. Əgər iddiaçı həmin əməliyyatlarda i ştirak etməmişdirsə qeyd olunan qanuna əsasən necə ödəniş edilmişdir? Lakin Bakı Apellyasiya Məhkəməsi tərəfindən həmin müddəalara nəzərə alınmamış iddiaçının apellyasiya şikayəti hərtərəfli araşdırılmamışdır. 34. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin tələblərini pozulmuşdur. Belə ki, işin faktiki hallarından müəyyən edilir ki, iddiaçı kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin vəzifələrini icra etsə belə Azərbaycan Respublikası Müdafiə Nazirliyi iddiaçının kəşfiyyat subyekti olmadığını bildirərək “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 2*.12-ci maddəsində nəzərdə tutulan kompensasiyanın verilməsindən imtina etmişdir. Belə olan halda, nəticə etibarı ilə cavabdeh tərəf Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin tələblərini pozmuşdur.

35. Cavabdeh orqan iddiaçıya qarşı qərəzlilik və ayrı-seçkilik nümayiş etdirmişdir. Lakin birinci instansiya məhkəməsi və Bakı Apellyasiya Məhkəməsi tərəfindən bu hallara qiymət verilməmiş və iş üzrə ətraflı araşdırma aparılmamışdır.

36. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinin tələbi pozulmuşdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsi isə qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirməmişdir. b. Kas sasiya şikayətinə qarşı etirazın dəlilləri

37. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 38. “Kəşfiyyat və əks-kəşfiyyat Respublikasının Qanunu: fəaliyyəti haqqında” Azərbaycan Maddə

1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti anlayışı və onun təyinatı 1.1. Kəşfiyyat fəaliyyəti - Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarının ölkənin siyasi, iqtisadi, sosial, elmi-texniki, hərbi və digər sahələrdə milli maraqlarının müdafiəsi ilə bağlı məlumatların əldə edilməsinə və təhlilinə yönəlmiş, milli təhlükəsizliyin təmin edilməsi məqsədi ilə həyata keçirilən xüsusi fəaliyyətidir.... Maddə

6. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri 6.1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri - Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzər də tutulmuş qaydada kəşfiyyat və əkskəşfiyyat fəaliyyətini həyata keçirən xüsusi xidmət orqanlarıdır. 6.2. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri və onların səlahiyyət dairəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin subyektlərin işinin əlaqələndirilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. 6.3. Digər müvafiq icra hakimiyyəti orqanları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti subyektlərinin müraciəti əsasında kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin həyata keçirilməsində iştirak edirlər.

39. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həd dində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 1* gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

40. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

41. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq nor malarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

43. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

44. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi iddianın əsaslarının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mö təbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.

45. İddiaçının hərbi xidmətdə olduğu *52 nömrəli hərbi hissənin məktublarından da göründüyü kimi iddiaçı *52 nömrəli hərbi hissənin qərargah və təchizat taborunun qərargah rəisinin köməkçisi vəzifəsində xidmətdə olarkən Vətən müharibəsi zamanı 27.*9.2*2*-ci ildən 31.1*.2*2*-ci ilədək *52 №li hərbi hissənin taktiki komanda məntəqəsinin mühafizəsi üzrə fəaliyyətləri icra etmiş, 31.1*.2*2*-ci ildən *9.11.2*2*-ci ilədək *71 nömrəli hərbi hissənin xüsusi təyinatlı taborunun tərkibində fəaliyyət göstərmiş, Şuşa şəhərinin müdafiəsi uğrunda xüsusi təyinatlı taborun tərkibində döyüş tapşırığını yerinə yetirmişdir, lakin hərbi əməliyyatlar zamanı kəşfiyyat (kəşfiyyat diversiya) fəaliyyətlərini icra etməmişdir.

46. Göründüyü kimi, iddiaçı “Kəşfi yyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun subyekti deyildir.

47. İddiaçı şikayətin dəlili kimi qeyd edir ki, o, N günlük Vətən müharibəsi zamanı *9.11.2*2*-ci ildə yaralanmışdır və yaralandığına görə «Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununun 2*.7-ci maddəsində qeyd edilən iki aylıq pul təminatı məbləğində birdəfəlik müavinət almışdır və bu da özü özlüyündə iddiaçının kəşfiyyat və əks kəşfiyyat fəaliyyəti subyekti olduğunu sübut edir.

48. Məhkəmə kollegiyası şikayətin dəlilini apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin əsası kimi qəbul etmir.

49. Yuxarıda qeyd olunduğu kimi, apellyasiya instansiyası məhkəməsində icraat zamanı Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazir liyi *52 nömrəli hərbi hissə tərəfindən məhkəməyə ünvanlanan 18.*1.2*24-cü il tarixli, 138 nömrəli məktubda qeyd edilmişdir ki, Vətən müharibəsindən sonra *52 nömrəli hərbi hissənin şəxsi heyətinin müharibədəki fəaliyyətləri, qələbənin əldə edilməsində göstərdikləri yüksək xidmətləri nəzərə alınaraq Müdafiə Nazirliyi tərəfindən tutduqları vəzifələrindən və icra etdikləri fəaliyyətlərindən asılı olmayaraq hərbi hissənin təminat bölmələri də daxil olmaqla əməliyyatlarda iştirak etmiş bütün şəxsi heyətinə kəşfiyyat subyektinin əməkdaşlarına nəzərdə tutulan müavinətlərin ödənilməsi üçün pul vəsaiti ayrılmışdır. O cümlədən, iddiaçıya da kəşfiyyat subyekti əməkdaşı olmasa da belə *52 nömrəli hərbi hissə komandirinin, 27.12.2*2*-ci il tarixli *121 nömrəli əmrinə əsasən kəşfiyyat subyektinin əməkd aşlarına nəzərdə tutulan qaydada 1182 manat məzuniyyətə çıxarkən əlavə pul təminatı, 1774 manat müalicə və müayinə olunmaq üçün müavinət olmaqla cəmi 2956 manat pul vəsaiti ödənilmişdir.

50. Göründüyü kimi, iddiaçı da daxil olmaqla, *52 nömrəli hərbi hissənin şəxsi heyətinin Vətən Müharibəsində yüksək xidmətləri heç bir halda təkzib olunmur, əksinə, iddiaçının istinad etdiyi ödəniş həmin şəxslərə onların kəşfiyyat subyektləri olmadıqları və ya həmin subyektlərin funksiyalarını icra etmədikləri halda, lakin *52 nömrəli hərbi hissənin şəxsi heyətinin müharibədəki fəaliyyətləri, qələbənin əldə edilməsində göstərdikləri yüksək xidmətləri nəzərə alınaraq, tutduqları vəzifələrindən və icra etdikləri fəaliyyətlərindən asılı olmayaraq kəşfiyyat və əks-kəşfiyyat subyektləri üçün nəzərdə tutulmuş sosial xarakterli güzəşt onlara da tətbiq olunmuşdur. Bu isə, həmin şəxslərin “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanunda nəzərdə tutulmuş subyektlər kimi qiymətləndirilməsinə və ya hesab edilməsinə özü-özlüyündə əsas vermir.

51. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.

52. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12.*2.2*24-cü il tarixli 21(1*3)-581/2*24 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar