Məhkəmə qərarları › İş №2-1(102)-1675/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1675/2020

15.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1675/2020 15.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Sumqayıt Bələdiyyəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: inzibati aktın mübahisələndirilməsi; iddianın qaldırılması müddəti; mümkünsüz iddia) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Sumqayıt Bələdiyyəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 18 mart tarixli 2-1(105)-218/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Sumqayıt Bələdiyyəsinin xx.xx.2009-cu il tarixli, 70 saylı qərarı ilə iddiaçının adına torpaq sahəsinin rəsmiləşdirilməsi haqqında Sumqayıt şəhər bələdiyyə şurasının xx.xx.2003-cü il qərarı ləğv edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı 2019-cu il 17 oktyabr tarixdə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Sumqayıt Bələdiyyəsinin xx.xx.2009-cu il tarixli (70 saylı protokol) qərarı qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Bələdiyyəsinin xx xxxx 2003-cü il tarixli 70 saylı protok ol qərarına əsasən Sumqayıt şəhər Nəsimi parkı ərazisində məişət xidməti və istirahət məqsədi ilə 72 kv.m torpaq sahəsinə dair onunla 3 ay müddətinə icarə müqaviləsi bağlanmışdır. Müvafiq icra hakimiyyətinin razılığına əsasən həmin torpaq sahəsində o restoran tikdirmiş və ətrafın yaşıllaşdırma işlərini həyata keçirməklə 17 ilə yaxın həmin obyektə sahiblik etmişdir. Buna görə də, cavabdehin xx xxx 2009-cu il tarixli, 06 saylı iclasının 3 saylı qərarı ilə xx xxxx 2003-cü il tarixli, 70 saylı iclas qərarının ləğv edilməsi onun mülkiyyət hüququnun pozuntusu kimi dəyərləndirilməli və qanunsuz hesab edilməklə ləğv edilməlidir.

4. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda bildirilmişdir ki, iddiaçının mübahisələndirdiyi torpaq sahəsi Sumqayıt Bələdiyyəsinin mülkiyyətin də olmayan torpaq sahəsidir. Belə ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən xx xxx 2009-cu il tarixli, 284 saylı təqdimatla Sumqayıt Bələdiyyəsinə müraciət edilmiş, “Nəsimi” adına istirahət parkı ərazisindəki torpaqların parkın qanunvericiliklə müəyyən olunmuş statusu nəzərə alınaraq dövlət mülkiyyətində saxlanıldığı, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər İcra Hakimiyyətinə ünvanladığı xx xxxxxx 2009-cu il tarixli, 17–9/19 saylı məktubunda da “Nəsimi” adına istirahət parkı ərazisindəki torpaqların dövlət mülkiyyətində olmasının vurğulandığı bildirilərək, İddiaçı torpaq sahəsinin ayrılması barədə Sumqayıt Bələdiyyəsinin xx xxxx 2003-cü il tarixli, 70 saylı iclasının qərarının ləğv olunması məsələsinə münasibət bildirilməsi xahiş edilmişdir. Göstərilənləri o cümlədən, “Nəsimi” adına istirahət parkının statusunun dövlət parkı kimi müəyyən olunduğunu və parkın ərazisindəki torpaqların dövlət mülkiyyətində saxlanıldığını nəzərə alaraq Sumqayıt Bələdiyyəsi xx xxx 2009-cu il tarixli, 06 saylı iclasının 3 saylı qərarı ilə özünün İddiaçı “Nəsimi” adına istirahət parkı ərazisində əhaliyə məişət xidməti və istirahət məqsədilə 72 kvadrat metr torpaq sahəsinin ayrılması barədə xx xxxx 2003-cü il tarixli, 70 saylı iclas qərarını ləğv etmişdir. Eyni zamanda, iddiaçı iddia ərizəsi üzrə qanunvericiliklə müəyyən olunmuş iddia müddətini də ötürmüşdür. Belə ki, iddia ərizəsinin məzmunundan da görünür ki, irəli sürülmüş iddia tələbi mübahisələndirmə haqqında iddialara aiddir. İddiaçının çıxarılmış bələdiyyə qərarın dan vaxtında məlumatı olmuşdur. Hətta hesab olunsa ki, iddiaçı mübahisələndirilən bələdiyyə qərarı çıxarılarkən məlumatlandırılmamışdır, onun ən azından 2018-ci ilin sentyabr ayından mübahisələndirilən bələdiyyə qərarından məlumatı olmuşdur. Belə ki, iddiaçının cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı “torpaq sahəsinə daxil olmasına və tikinti işlərinin aparılmasına cavabdeh tərəfindən yaradılan maneələrin dayandırılması və aradan qaldırılması tələbinə dair” iddia ərizəsi əsasında Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin icraatında olmuş 2–1(85)–1589/2018 saylı inzibati iş üzrə çıxarılmış xx xxxxxxxx 2018-ci il tarixli qərardadda X1 Rafiq Gəray oğluna ”Nəsimi" adına istirahət parkı ərazisində əhaliyə məişət xidməti və istirahət məqsədilə 72 kvadrat metr torpaq sahəsinin ayrılması barədə xx xxxx 2003-cü il tarixli, 70 saylı iclas qərarının ləğv edildiyi qeyd olunmuş, həmin qərarın ləğv edilməsi barədə Sumqayıt Bələdiyyəsinin xx xxx 2009-cu il tarixli, 06 saylı iclasının 3 saylı qərarı iş materiallarına əlavə edilmiş və iddiaçının həmin qərardan məlumatı olmuşdur.

5. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(118)235/2019 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

6. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı Sumqayıt Bələdiyyəsinin xx.xx.2009-cü il tarixli 70 saylı qərarından 2018-ci ilin 17 sentyabr tarixindən məlumatlı olmuşdur və həmin müddətdən 1 il 3 ay keçdikdən sonra iddia tələbi ilə qeyd olunan qərarın ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, qanunla müəyyən edilən prosessual müddə ti ötürmüşdür.

7. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 18 mart tarixli 2-1(105)-218/2020 nömrəli qərardadı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.

9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

10. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin təkrar baxılması xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri

11. Məhkəmə öz qərarında “məlumatı olmuşdur” ifadəsini qeyd edir. Təəssüf ki, işə baxan məhkəmə məlumatı olmaq ilə rəsmi şəkildə qərarın təqdim olunması ifadələri arasında olan ciddi fərqi başa düşmür və ya başa düşmək istəmir. Məhkəmə əsas kimi göstərir ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində iddiaçının qaldırdığı başqa iddia üzrə qəbul edilmiş qərarda Sumqayıt Bələdiyyəsinin xx.xx.2009-cu il tarixli qərarının olması göstərilmiş və buna görə də o, qərardan məlumatlı olması ortaya çıxır. Hər kəs başa düşə bilər ki, məhkəmə öz qərəzli, obyektiv araşdırma aparılmadan qəbul etdiyi qərardadı bu ifadələrlə əsaslandırmağa çalışır. Bu əsaslar ilə qərardadın qəbulu qanunsuzdur. Məhkəmə şikayət vermək üçün müddətin axımının nə zaman başladığına dair yeni norma icad etmişd ir. Amma apellyasiya instansiyası məhkəməsi bu hallan nəzərə almamışdır.

12. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 22.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər.

13. Qeyd olunan maddənin tələblərindən görünür ki, iddia qaldırmaq üçün müddətin axımı inzibati akt təqdim olunduğu gündən başlayır, onun barəsində məluma t verildiyi gündən deyil. Amma məhkəmə bu normaya istinad etmədən qərardad qəbul etmişdir.

14. Apellyasiya instansiyası məhkəməsi daha da irəli gedərək mübahisələndirilən inzibati aktın qəbul edildiyi, yəni 2009-cu ildə qüvvədə olan normaya istinad etmişdir. Halbuki, 2009-cu ildə qüvvədə olan normaya istinad etmək tamamilə qanunsuzdur. b. məhkəmə icraatı iştirakçılarının izahatları

15. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. Etirazın əsasını iddia tələbinə qarşı etirazda göstərilənlər təşkil edir.

16. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər məhkəmə iclasında təmsil olunmamışlar. Məhkəmə işə onların iştirakları olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına t əqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

17. İPM: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsind ə şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

19. İş üzrə iddiaçı apellyasiya məhkəməsinin qərardadının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırk ı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. İşin materiallarına görə, İddiaçı hazırkı iddianı qaldırmamışdan əvvəl Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “torpaq sahəsinə daxil olmasına və tikinti işlərinin aparılmasına cavabdeh tərəfindən yaradılan maneələrin dayandırılması və aradan qaldırılmasını xahiş etmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-1589/2018 nömrəli, xx xxxxxxxx 2018-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır.

21. Həmin qərardadın məzmunundan görünür ki, məhkəmə X1 Rafiq Gəray oğluna “Nəsimi” adına istirahət parkı ərazi sində əhaliyə məişət xidməti və istirahət məqsədilə 72 kv.m torpaq sahəsinin ayrılması barəd ə xx xxxx 2003-cü il tarixli, 70 saylı iclas qərarının Bələdiyyənin xx xxx 2009-cu il tarixli, 06 saylı qərarı ilə ləğv edilməsinə istinad edərək iddiaçının iddianı qaldırmaq üçün subyektiv hüququ yaranmadığı əsası ilə iddianı mümkünsüz saymışdır. Qərardad iddiaçının iştirakı ilə elan olunmuşdur. Başqa sözlə, iddiaçının hal-hazırda mübahisələndirdiyi inzibati aktın qəbul edildiyi ona xx xxxxxxxx 2018-ci il tarixli qərardadla elan olunmuşdur. İPM-in 38.1-ci maddəsində nəzərdə tutulan dispozisiya şərti – aktın elan olunduğu təmin olunmuş, müddətin axımı həmin tarixdən başlamışdır.

22. Beləliklə, iddiaçı iddianın verilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürdüyündən o, barəsində iddia qaldırdığı aktla hüququnun pozulduğunu iddia edə bilməz.

23. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kol legiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 18 mart tarixli 2-1(105)-218/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova K.N.Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar