Məhkəmə qərarları › İş №2-1(102)-1675/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1675/2021

20.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1675/2021 20.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bağ sahəsinə dair çıxarış və plan ölçünün verilməsi) Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi hakim, Zakir Quliyev, Rahib Nəbizadədən ibarət tərkibdə, məhkəmə iclas katibi Hüseynova Ülkər Hamlet qızının katibliyi ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra cavabdeh) qarşı “iddiaçının mülkiyyət hüququ nun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi, habelə planölçünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1280/2021 saylı, 26 may 2021ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. H.Z.Tağıyev adına NQÇİ-nin “Bahar” bağçılıq yoldaşlıq təsərrüfatının idarə heyətinin 16 aprel 1999-cu il tarixli 10 nömrəli protokolundan çıxarışla 16.09.1988-ci il tarixli 9 saylı protokolla Z.V.Fətəliyevə verilmiş 2/250, 2/251 saylı bağ sahəsi Z.V.Fətəliyevin ərizəsinə əsasən adından çıxarılaraq adına yazılmış üz vlük kitabçasının hüquqi qüvvəsini itirmiş hesab edilməsi, 2/250, 2/251 saylı bağ sahəsinin İddiaçı adına sənədləşdirilməsi və onun adına üzvlük kitabçasının açılması qərara alınmışdır.

2. H.Z.Tağıyev adına NQÇİ-nin “Bahar” bağçılıq birliyinin 313 saylı (verilmə tarixi 16.04.1999-cu il) üzvlük biletinə əsasən iddiaçı H.Z.Tağıyev adına NQÇİ bağçılıq birliyinin üzvüdür. Bağ sahəsi 2/250, 2/251 - torpağın ümumi sahəsi 1200 kv.m.- dir.

3. İddiaçı həmin bağ sahələri üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 21 oktyabr 2021-ci il tarixdə cavabdehə müraciət etmişdir.

4. Cavabdehin iddiaçıya ünvanladığı 13.11.2019-cu il tarixli məktubunda qeyd edilmişdir ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında X1 adı qeyd olunsa da, iddiaçının adı aşkar olunmamışdır və X1 adı digər bağ sahəsinə dair digər şəxsin adına verilmiş protokoldan çıxarışda təkrarlanır. Bundan əlavə sözügedən bağ sahəsi sənədlə 1200.0 kv.m təşkil etsə də, faktiki 903.0 kv.m-dir (yerdə qalan 297.0 kv.m hissəyə baxış keçirilməsinə şərait yaradılmamışdır). Qeyd olunan səbəblərdən ərizənin icrası mümkün olmamışdır. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22.05.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xi dmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci ıl mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. Məktubda əlavə olaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 7.1, 9.1.2, 15-ci maddələrinə istinad edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, X əzər rayonu, Buzovna bağ massivində yerləşən, ümumi sahəsi 1200 kv.m olan, 2/250 və 2/251 saylı bağ sahələri üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi, habelə plan-ölçünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının adının bağçılıq yoldaşlıq təsərrüfatının siyahısında olmaması normaldır və bu, onun hüquqlarının qeydiyyata alınmasından imtina edilməsinə əsas ola bilməz. Çünki həmin siyahı ilkin torpaq ayrılanda tərtib olunur. Sonradan kimsə başqa biri ilə əvəz edildikdə siyahı tərtib edilmir. Lakin bu, imtina üçün əsas deyil. Belə ki, bağçılıq tərəfindən bütün lazım olan sənədlər tərtib edilərək ona verilmişdir. Bundan başqa guya torpaq sahəsinin 900 kv.m olduğuna istinad etmişdir. Lakin faktiki və sənəddə həmin bağ sahələrinin ümumi sahəsi 1200 kv.m-dir. İddiaçı hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır.

7. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış 20.05.2020-ci il tarixli məktubda qeyd edilmişdir ki, “Bahar” bağçılıq yoldaşlıq birliyi nəzdində Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində yerləşən 2/250 və 2/251 nömrəli bağ sahələrinə dair sənəd cavabdehin arxivində aşkar olunmamışdır.

8. Bakı İnzibati Məhkəməsinin (hakim X2, 2-1(112)-2231/2020 saylı iş) 30 noyabr 2020-ci il tarixli qərarı ilə iddia təmin edilərək Bakı şəhəri Xəzər rayonu Buzovna bağ massivində yerləşən, ümumi sahəsi 1.200 kv.m olan 2/250 və 2/251 saylı bağ sahələri üzərində iddiaçının mülkiyyət hüqu qunun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi, habelə həmin bağ sahələrinə dair plan-ölçünün verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı H.Z.Tağıyev adına NQÇİ-nin “Bahar” bağçılıq yoldaşlıq təsərrüfatının üzvü olmuşdur və ona Bakı şəhəri, Xəzər rayonu, Buzovna bağ massivində yerləşən, ümumi sahələri 1200 kv.m olan 2/250 və 2/251 saylı bağ sahələri verilmişdir. Mübahisə predmeti olan torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

10. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat

11. Bakı İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakimlər X3-məruzəçi, X4 və X9, 2-1(103)-1280/2021 saylı iş) 26 may 2021-ci il tarixli qərarla cavabdehin apelyasiya şikayəti təmin etməmiş, birinci instansiya məhkəməsinin 2-1(112)-2231/2020 saylı, 30.11.2020-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır.

12. Cavabdeh 21 iyun 2021-ci il tarixdə qərarın surətini almış, 16 iyul 2021-ci il tarixdə kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1280/2021 saylı, 26.05.2021-ci il tarixli qərarının ləğv edilməsi və iddiaçının iddia tələbinin təmin edilməməsi barəd ə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Kassasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayətinin dəlilləri ilə cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş 13.11.2019-cu il tarixli məktubun dəlilləri eynidir (bax bu qərarın 4-cü bəndinə). Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

15. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə iclasında təmsil edilməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhk əmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq ol araq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; Maddə

15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmla k barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 17. “İnzibati icraat haqqında” Qanunun Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesab ına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.3 İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 18. “Torpaq islahatı haqqında” Qanunun Maddə

9. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə

10. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi qaydası Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər bir üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlə rinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. 19. “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22.05.2007-ci il tarixli 2186 nömrəli Sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmiş, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır ki, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsini təmin etsin və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll etsin, bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlər görsün.

20. İnzibati Prosessual Məcəllə: Maddə

58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 9

1. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kasasiya şikayətinin verilməsinə dair tələblər Maddə

96. Ali Məhkəmədə icraat 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

22. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apel yasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. İşin apelyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilən hallarından görünür ki, H.Z.Tağıyev adına NQÇİ-nin “Bahar” bağçılıq yoldaşlıq təsərrüfatının idarə heyətinin 16 aprel 1999-cu il tarixli 10 nömrəli protokolundan çıxarışla 16.09.1988-ci il tarixli 9 saylı protokolla Z.V.Fətəliyevə verilmiş 2/250, 2/251 saylı bağ sahəsi Z.V.Fətəliyevin ərizəsinə əsasən onun adından çıxarılaraq adına yazılmış üzvlük kitabçasının hüquqi qüvvəsini itirmiş hesab edilməsi, 2/250, 2/251 saylı bağ sahəsinin iddiaçının adına sənədləşdirilməsi və onun adına üzvlük kitabçasının açılması qərara alınmışdır.

25. H.Z.Tağıyev adına NQÇİ-nin “Bahar” bağçılıq birliyinin 313 saylı (verilmə tarixi 16.04.1999-cu il) üzvlük biletinə əsasən iddiaçı H.Z.Tağıyev adına NQÇİ bağçılıq birliyinin üzvüdür. Bağ sahəsi 2/250, 2/251 - torpağın ümumi sahəsi 1200 kv.m.-dir.

26. Cavabdehin kassasiya şikayətinin dəlillərinə görə iddiaçının idarəyə təqdim etdiyi bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında X1 adı qeyd olunsa da, iddiaçının adı siyahıda aşkar edilməmişdir. Bundan əlavə X1 adı digər bağ sahəsinə dair digər şəxsin adına verilmiş protokoldan çıxarışda təkrarlanır. Bundan başqa, sözügedən bağ sahəsi sənəd üzərində 1200,0 kv.m qeyd edilsə də, faktiki olaraq 903,0 kv.m-dir və qonşu tərəfindən hasara alınmış yerdə qalan 297,0 kv.m hissəyə idarənin mütəxəssisləri tərəfindən yoxlama-ölçü işlərinin aparılmasına şərait yaradılmamışdır. Həmçinin, İdarəyə təqdim edilmiş üzvlük kitabçasında üzvlük kitabç asının hansı sənəd əsasında verilməsi qeyd edilməmişdir. Bundan əlavə, göstərilən torpaq sahəsi Azərbaycan Dövlət Neft Şirkətinə ayrılmış ərazilərə aiddir.

27. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, bağçılıq yoldaşlıq təsərrüfatının idarə heyətinin protokolundan çıxarışa əsasən 2/250, 2/251 saylı bağ sahəsinin iddiaçının adına sənədləşdirilməsi və onun adına üzvlük kitabçasının açılması qərara alınmışdır (bax: bu qərarın 24-cü bəndinə). Odur ki, iddiaçı H.Z.Tağıyev adına NQÇİ-nin “Bahar” bağçılıq yoldaşlıq təsərrüfatının üzvü olmuş, ona üzvlük kitabçası “Bahar” bağçılıq yoldaşlıq təsərrüfatının idarə heyətinin 16 aprel 1999-cu il tarixli protokolundan çıxarışa əsasən verilmişdir. Cavabdeh tərəfindən mübahisəli torpaq sahəsinin Azərbaycan Dövlət Neft Şirkətinə ayrılmış ərazilərə aid olmasını təsdiq edən hər hansı sübut təqdim edilməmişdir.

28. Qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları göstərilmişdir və inzibati orqanlar həmin əsaslardan biri olduğu halda hüquqların dövlət qeydiyyatına alınmasında imtina edə bilərlər. (bax: bu qərarın 16-cı bəndinə)

29. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hü quq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.

30. Cavabdeh inzibati orqan iddiaçının müraciəti əsasında qanunvericiliyin tələblərinə uyğun araşdırma aparmadan və bu qərarın 16-cı bəndində qeyd edilən imtinaya əsas olan hallara istinad etmədən iddiaçının ərizəsini təmin etməmişdir.

31. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olu nur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (bax: bu qərarın 17-ci bəndinə).

32. Cavabdeh məhkəmə araşdırması zamanı iddia ilə razılaşmayaraq öz etirazını bildirsə də, etirazını əsaslandıra bilməmiş, iddiaçı tərəfindən təqdim edilən sənədlərin mötəbərliyini şübhə altına alacaq dəlil təqdim edə bilməmişdir.

33. Apelyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçı tərəfindən cavabdehə təqdim edilmiş sənədlərə (bağçılıq yoldaşlıq təsərrüfatının idarə heyətinin protokolundan çıxarış, bağçılıq birliyinin 313 saylı üzvlük bileti) əsasən onun 2/250 və 2/251 saylı bağ sahələri üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalı və bu barə də dövlət reyestrindən çıxarışın, habelə planölçünün verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Cavabdeh imtinanın əsası kimi bildirdiyi halları əsaslandıra bilməmiş, bu halları təsdiq edən hər hansı sübut təqdim etməmişdir.

34. Apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir.

35. Beləliklə, cavabdehin kassasiya şikayətinin dəlilləri əsassız olduğundan kassasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

36. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı və 98-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26.05.2021-ci il tarixli, 21(103)-1280/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar