Məhkəmə qərarları › İş №2-1(102)-1675/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1675/2022

27.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1675/2022 27.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüdü: xx.xx.1965-ci il; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhali nin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 may 2022-ci il tarixli, 2-1(103)-860/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. РВ seriyalı, 039423 nömrəli M.Əzizbəyov adına Neft və Kimya İnstitutu tərəfindən verilmiş diplomun notarial qaydada təsdiq edilmiş surətinə əsasən, iddiaçı 1989-cu ildə M.Əzizbəyov adına Neft və X10-neft mədən fakültəsinin “Neft və qaz mədənlərinin maşın və avadanlıqları” ixtisasını bitirmişdir. 2. 25 avqust1989-cu il tarixdə açılmış ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətinə əsasən, iddiaçı əmək fəaliyyətinə 21 avqust 1989-cu ildə X1ma avadanlıqlarına xidmət və təmiri üzrə mexanik kimi başlamış, 2 yanvar 1992-ci ildən, 1 iyun 1996-cı ilədək X3 böyük mexanik vəzifəsində işləmiş, 1 iyun 1996-cı ildən həmin X3 qazma avadanlıqlarının xidməti və təmiri üzrə 11-ci dərəcəli mühəndis vəzifəsinə keçirilmiş, 1 may 2003-cü ilədək həmin vəzifədə işləmiş, 2 yanvar 2004-cü ildə həmin kəşfiyyat partiyasında 12-ci dərəcəli qazma işləri üzrə mexanik vəzifəsinə təyin edilmiş, 3 fevral 2006-cı ildə “Kompleks geoloji kəşfiyyat və topoqrafiya İdarəsi” mövcud təşkilatı hüquqi forması dəyişdirilmədən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Geofizika və geodeziya” İdarəsinin tabeçiliyinə verilmişdir. 1 iyun 2008-ci ildən X4 12-ci dərəcəli qazma qurğusunun mexaniki vəzifəsinə təyin edilmiş, hazırda da, Dövlət Neft Şirkəti “Qaz İxrac” İdarəsində əmək fəaliyyətini davam etdirir.

3. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti tərəfindən verilmiş 01-318 nömrəli, 31 avqust 2020-ci il tarixli arxiv arayışının surətinə əsasən, M.Əzizbəyov adına Neft və Kimya İnstitutu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) arxiv sənədləri əsas tutularaq bildirilmişdir ki, iddiaçı 1982-ci ildə Qaz-neft mədən fakültəsinin “Neft və qaz mədənlərinin maşın və avadanlıqları” ixtisası üzrə əyani şöbənin İ kursuna daxil olmuşdur. İddiaçı 1983-cü ildə həqiqi hərbi xidmətə çağırılmış və 1986-cı ildə həqiqi hərbi xidmətdən qayıtdıqdan sonra əyani şöbənin İİ kursuna daxil olmuşdur. 1989-cu i ldə qeyd edilən ixtisas üzrə əyani şöbəni bitirmişdir.

4. İddiaçı güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmişdir.

5. Cavabdeh 22 oktyabr 2020-ci il tarixli məktubla iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin peşələrin, vəzifələrin və göstəricilərin 1 saylı Siyahısı”-nın neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün) neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsində quyularda geofiziki tədqiqatlar aparan mədən-geofiziki partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustaları vəzifələri (kod 1100000b17541) nəzərdə tutulmuşdur. X9 təqdim etdiyi 8 iyul 1983-cü il tarixli ИT-İ ******* saylı əmək kitabçasında 21 avqust 1989-1 iyun 1996-cı il tarixləri arasındakı dövr ərzində «X5 X6 X7 İdarəsi»-nin kəşfiyyat partiyasında mexanik və böyük mexanik vəzifəsində işlədiyi qeyd olunmuşdur. İddiaçının işlədiyi vəzifələr yuxarıda qeyd olunan vəzifələrə aid deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiyası məhkəməsindəki icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona 52 yaşının tamam olduğu 26 avqust 2017-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin vaxtdan yaranmış pensiya fərqinin hesablanaraq ödənilməsi vəz ifəsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, onun ümumi iş stajı 20 ildən artıqdır. Xüsusi iş stajına münasibətdə isə qeyd etmişdir ki, 1989-cu ildən etibarən X5 Kontorunda çalışdığı mütəxəssis (mexanik, böyük mexanik, mühəndis) vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı Qərarı ilə təsdiq olunan “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 saylı Siyahısı”nda (kod 1100000b-17541, quyularla geofiziki tədqiqatlar aparan mədəngeofiziki partiyaların və dəstələrin rəhbərləri və mütəxəssisləri: mədən-geofiziki partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustalar ı) nəzərdə tutulmuşdur. Əmək kitabçasındakı qeydlərdən müəyyən edilir ki, həmin müddət 10 ildən artıqdır.

8. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim etmişdir. İddiaya qarşı etirazın məzmunu imtina məktubunun məzmunu ilə eynilik təşkil edir.

9. Bakı İnzibati Məhkəməsi 28 sentyabr 2021-ci il 2-1(112)- 2843/2021 nömrəli qərarı ilə (hakim Aygün Abdullayeva) iddia tələbi təmin edilmiş, iddiaçıya 52 yaşdan, yəni xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən yaranmış pensiya fərqinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

10. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.2006-cı il tarixədək 20 il ümumi iş stajı əldə etmişdir. İddiaçının xx.xx.1989-xx.xx.1996-cı il tarixləri arasındakı dövr ərzind ə “X5 X6 X7 İdarəsi”nin kəşfiyyat partiyasında mexanik və böyük mexanik işlədiyi peşələri tarif ixtisas dərəcəsinə görə mütəxəssis sayılmış, eləcə də, o, bilavasitə geofiziki tədqiqat aparan mədən geofizika partiyasının mühəndislərinin və mexaniklərinin işinin ağırlıq dərəcəsinə görə fərqli olaraq daha mürəkkəb mexaniki işlərin icrası ilə məşğul olmuşdur. Onun xx.xx.1989-xx.xx.1996-cı il tarixləri arasındakı dövr ərzində “X5 X6 X7 İdarəsi”nin kəşfiyyat partiyasında işlədiyi həmin peşələr ******* X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı 1.Qazma b) rəhbərlər və mütəxəssislər 1100000b—17541 koduna aid edilməklə, həmin illər onun güzəştli iş stajına daxil edilməlidir.

11. Beləliklə, məhkəmə araşdırması zamanı ümumən iddiaçının xx.xx.2006-cı il tarixədək xüsusi iş stajının 10 ildən artıq olduğu müəyyən edilmişdir

12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 may 2022-ci il tarixli, 2-1(103)-860/2022 nömrəli qərarı ilə (hakimlər: C.Yusifov - sədrlik edən və məruzəçi, H.Həmidov və V.Baxışova) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli, 2-1(112)-2843/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. Cavabdeh həmin qərardan ka ssasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi 8 iyul 1933-cü il tarixli MT-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1989-xx.xx.1996-cı il tarixləri arasındakı dövr ərzində “X5 X6 X7 İdarəsi”nin kəşfiyyat partiyasında mexanik və böyük mexanik vəzifəsində işlədiyi qeyd olunmuşdur. Halbuki həmin vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsd iq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li siyahısı”da qeyd olunmamışdır.

17. Kassator hesab edir ki, apellyasiya instansiyası məhkəməsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinin tələblərini pozmuşdur. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Əmək pensiyaları haqqında” Qanun Maddə 9.1 axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahıs ı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 20. 1 yanvar 2006-cı il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun -13-cü maddəsinin “a” bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; Qeyd: “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulan yaş həddi 01 avqust 1997-ci ildən başlayaraq 01 avqust 2000-ci ilədək hər il 6 ay artırıl mışdır.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”: “X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” bölməsi: “1100000b—23485” “Quyuların qazılması üzrə istehsalat proseslərində quyuların əsaslı təmiri” “1100000b-17541” “qazma avadanlıqlarının xidməti və təmiri üzrə mühəndis”

22. İnzibati Prosessual Məcəllə: Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövc udluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

23. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kas sasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

27. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılma sı təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bununla belə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

29. Bu qərarın 19 və 20-ci bəndlərində göstərilmiş maddi normaların məzmunundan görünür ki, 52 yaşına çatmış kişilər azı 20 il ümumi iş stajına malik olduqda, onun isə 10 ilini əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışdıqda, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu əldə edirlər.

30. İşin məhkəmələr tərəfindən araşdırılmış halları ilə müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2006-cı il tarixədək 20 il ümumi iş stajı əldə etmişdir və bu işin mübahisəsiz halıdır.

31. Kassatorun yeganə dəlili ondan ibarətdir ki, iddiaçının xx.xx.1989-xx.xx.1996-cı il tarixləri arasında kı dövr ərzində işlədiyi “X5 X6 X7 İdarəsi”nin kəşfiyyat partiyasında mexanik və böyük mexanik vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li siyahısı”da qeyd olunmamışdır.

32. Məhkəmə kollegiyası kassatorun həmin dəlilini əsassız hesab edir. Belə ki, apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən həmin məqama aydınlıq gətirilməsi məqsədilə SOCAR Geofizika və Geologiya İdarəsinə sorğu göndərmiş və həmin idarə tərəfindən sorğuya cavab olaraq bildirilmişdir ki, iddiaçının həmin İdarədə 6 il 9 ay 8 gün çalışdığı quyuların qazılması üzrə istehsalat proseslərində quyuların əsaslı təmiri” üzrə m exaniki və böyük mexanik vəzifələri - 1 nömrəli Siyahının “X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin “2. Neft və Qaz kondensatının hasilatı” yarımbölməsinin “1100000b— 23485” kodunun “Quyuların qazılması üzrə istehsalat proseslərində quyuların əsaslı təmiri” hissəsinə uyğun gəldiyi müəyyən olunmuşdur.

33. İddiaçının həmin X3 xx.xx.1996–xx.xx.2003-cü illərdə (8 il 11 ay) çalışdığı “qazma avadanlıqlarının xidməti və təmiri üzrə mühəndis” vəzifəsi SOCAR Geofizika və Geologiya İdarəsininin işə əlavə olunmuş 13 iyul 2021-ci il tarixli arayışında 1 nömrəli Siyahının “1100000b-17541” koduna aid edilmişdir.

34. Beləliklə də, hazırkı iş üzrə iddiaçının 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ümumi və güzəştli iş stajı mövcud olduğundan cavabdehin imtinası əsassız olmuşdur.

35. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcud luğunu sübut edə bilməmişdir.

36. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdehin kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 may 2022-ci il tarixli, 21(103)-860/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar