Məhkəmə qərarları › İş №2-1(102)-1675/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1675/2023

02.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1675/2023 02.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: üçüncü şəxsin inzibati məhkəmə icraatına cəlb edilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi nə (üçüncü şəxs X8) qarşı “atası X20 məxsus torpaq sahəsi üzrə cavabdeh tərəfindən tam mülkiyyət üzrə 0,0991 ha torpaq sahəsinə dair xx.xx.2019- cu il tarixdə X11 verilmiş **********82 reyestr nömrəli ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın və həmin çıxarış əsasında verilmiş bütün hüquqverici sənədlərin ləğv edilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-465/2023 nömrəli, 19 aprel 2023-cü il tarixli qərardadından üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “atası X20 məxsus torpaq sahəsi üzrə cavabdeh tərəfindən tam mülkiyyət üzrə 0,0991 ha torpaq sahəsinə dair xx. xx.2019-cu il tarixdə X11 verilmiş **********82 reyestr nömrəli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın və həmin çıxarış əsasında verilmiş bütün hüquqverici sənədlərin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı ilə atası- X25 arasında bağlanmış 21 avqust 19985-ci il tarixli 5000 saylı icarə Müqaviləsinə əsasən Novxanı bağlar massivindəki 0,22 ha torpaq sahəsi bağçılıq təsərrüfatı üçün bizim ailənin istifadəsinə və sahibliyinə verilmiş və müqavilə 10 il müddətinə bağlanmışdır. Bundan sonra, atası tərəfindən verilmiş 20 fevral 1990-cı il tarixli razılıq ərizəsinə əsasən istifadəsində və sahib liyində olan 0,22 ha torpaq sahəsinin 0,11 hə hissəsinə X21 adına 14 iyun 1990-cı il tarixli icarə müqaviləsi verilmiş və həmin vaxtdan da bağırı həmin hissəsi onun ailəsinin sahibliyinə və istifadəsinə keçmiş, eyni zamanda bizə verilmiş bağ sahəsinin icarə müqaviləsi də qeyd olunan tarixdən yenilənərək müqavilənin üzərində də müvafiq qeyd aparılmışdır. Beləliklə, 1985-ci il tarixli Müqavilə üzrə, 0,22 ha bağ sahəsi 14 iyun 1990-cı il tarixədək bizim sahibliklərində və istifadələrində olmuş, qeyd olunan tarixdən 2020-ci ilin avqust ayınadək isə, həmin bağın 0,11 ha hissəsi ailəmizin sahibliyində və istifadəsində olmuşdur. Azərbaycan Respublikasının 1994-cü il tarixdə qəbul edilmiş Torpaq Məcəlləsinə və 1996-cı il tarixdə isə qəbul edilmiş “Torpaq İslahatı haqqında” Qanununa əsasən vətəndaş ların istifadəsində və sahibliyində olan torpaq sahələri və bağçılıq təsərrüfatları əvəzsiz olaraq onların mülkiyyətinə verildiyindən həmin tarixlərdən də hər hansı müqavilələrin başlanılması zərurətinin olmadığı bizə bildirilmişdir. 1996-cı və 1997-ci illərdən başlayaraq atası tez-tez xəstələndiyindən və 2006-cı ilin mart ayında vəfatı ilə əlaqədar olaraq, həmçinin maliyyə çətinliyi ilə əlaqədar olaraq, istifadələrində və sahibliklərində olan bu torpaq sahəsinin adlarına dövlət qeydiyyatına alınması üzürlü səbəblərdən mümkün olmamışdır. Nəhayət, 15 oktyabr 2019-cu il tarixdə, Sumqayıt şəhəri, Sumqayıt Bələdiyyəsinin Bələdiyyə mülkiyyətinin idarəetmə şöbəsindən istifadəmizdə və sahibliyində olan 3706 saylı bağ sahəsinin Texniki Pasportu əldə edilmiş və bu bağın vərəsəlik qaydasında adıma k eçirilməsi üçün müvafiq prosessual hərəkətlər həyata keçirilməyə başlanılmış və bu məqsədlə, atamdan miras əmlakın qəbulu üçün Sumqayıt şəhəri 3 saylı Notariat ofisinə ərizə ilə müraciət edilmişdir. Bununla yanaşı, 2020-ci ilin iyul ayında bağda olarkən mənə məlum olmuşdur ki, bağın bir hissəsi X6 tərəfindən zəbt edilərək həmin sahədə tikinti işləri aparılmaqdadır.

3. Bununla əlaqədar olaraq, tərəfindən dərhal Sumqayıt şəhər Məhkəməsinə müraciət olunaraq, cavabdeh X4 həyata keçirdiyi tikililəri öz hesabına sökməklə, zəbt etdiyi və iddiaçıya məxsus bağ sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş edilməklə yanaşı, eyni zamanda, iddianın təmini tədbiri kimi, ərizə Nə məhkəməyə müraciət olunaraq, mənə məxsus, ünvan 1 ünvanda yerləşən bağ sahəsində, tikinti işlərinin aparılma sının cavabdeh X5 və digər şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmiş və Sumqayıt şəhər Məhkəməsinin 05 avqust 2020-ci il tarixli qərardadı ilə, tərəflərindən təqdim edilmiş ərizə təmin edilərək, işə mahiyyəti üzrə baxılıb həll edilənədək ünvan 1 ünvanda yerləşən bağ sahəsində tikinti işlərinin aparılması cavabdeh X5 və digər şəxslərə qadağan edilmişdir. Cavabdeh tərəfindən məhkəmənin bu qərardadından apellyasiya şikayəti verilsə də, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə, Cavabdeh S.N.Qardaşxanovun verdiyi şikayəti təmin edilməmiş, Sumqayıt şəhər Məhkəməsinin 05 avqust 2020-cı il tarixli, 2(060)-4611/2020 saylı qərardadı cavabdeh S.N.Qardaşxanova münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Elə bu ərəfədə də, cavabdehin apellyas iya şikayətinə əlavə etdiyi və Sumqayıt şəhəri, 4 saylı notariat ofisində həyata keçirilən xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsindən məlum olmuşdur ki, "Satıcı, Sumqayıt şəhəri, Saray bağlar massivi, 4308V ünvanda yerləşən ümumi sahəsi 0,0991 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsindən 0,03 ha torpaq sahəsini 7000 manata X1 və bu torpaq sahəsi- ƏMDK-nın yanında DƏDRX-nin Sumqayıt Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə X11 verilmiş **********82 reyest nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə 0,0991 ha Satıcıya məxsusdur. Bundan başqa, həmin alqı-satqı müqaviləsindən o da məlum olur ki, X17, faktiki olaraq Moskva şəhəri, Biryulevskaya küçəsi ev 32, mənzil 4 ünvanda yaşayır və alqı-satqı zamanı onun adından verilmiş etibarnamə üzrə, Sumqayıt, H.Zeynalabdin qəs., SKZ yat-2 ünvanda pasport qeydiyyatında olan X23 çıxış etmiş və ona belə bir etibarnamə, Sumqayıt şəhəri, 4 saylı notariat ofisi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmişdir. Bununla yanaşı, vəkili X22 tərəfindən ünvan 4 ünvanlanmış müraciəti əsasında, ona göndərilmiş 27 noyabr 2020- ci il tarixli, 3456 saylı cavab məktubundan məlum olmuşdur ki, eynilə X9-oğlu ilə aparılan alqısatqı müqavilələri üzrə olduğu kimi, birinci alqı-satqıdan sonra, X2 qalan 0,0691 ha torpaq sahəsinin 0,04 ha torpaq sahəsi xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi əsasında 10500 manata X13 və yerdə qalan 0,0291 hə hissəsi isə, 30.03,2020-ci il tarixli alqı-satqı müqaviləsi əsasında, ünvan 5 ünvanda qeydiyyatda olan X3 və bu alqı satqı üzrə də X10 adından həmin X24 çıxış etmişdir. Göstərilənlərdən əlavə, Sumqayıt şəhəri 4 saylı notariat ofisi tərəfindən Vəkilləri X14 ünvanlanmış 27 noyabr 2020-ci il tarixli, 3456 saylı cavab məktubundan oda məlum olmuşdur ki, X17 tərəfindən ilkin olaraq Etibarnamə, ünvan 7 ünvanda qeydiyyatda olan X12 adına, xx.xx.2019-çu il tarixdə 1 il müddətinə, RF, Moskva Vil., Zveniqorod notariusunda, NC)T. P.N.Qriqoryevna tərəfindən verilmiş və bu etibarnamə əsasında da, 4 saylı notariat ofisi tərəfindən X19 xx.xx.2019-cu il tarixli etibarnamələr ilə yuxarıda qeyd olunan alqı-satqı müqavilələri həyata keçirilmişdir. Lakin, həmin Etibarnamənin təsdiq olunmuş surətinin onlara təqdim olunması barədə həm 4 saylı notariat ofisinə, həmçinin də Dövlət Reyestr Xidmətinin 2 saylı Sumqayıt Ərazi idarəsinə olunan so rğuları isə cavabsız qalmışdır. Bu cür əməliyyatın həyata keçirilməsini qanunsuz hesab edir, istisna etmirlər ki, X17 tərəfindən X15 verilmiş qeyd olunan etibarnamə saxtadır. Yəni, 3 ildən artıq müddətdir ki, həmin torpaq sahəsinin onların istifadələrində və sahibliklərində olmasına baxmayaraq, qış aylarında, torpaq sahəsi sahibsiz qaldığı müddətlərdə həmin torpaq sahəsinə heç bir aidiyyəti olmayan sənədlərlə onların torpaq sahələri faktiki olaraq zəbt edilərək tərtib edilmiş saxta sənədlərlə X10 adına dövlət reyestrindən çıxarış alınmış və törətdikləri bu cinayət əməlinin izinin itirilməsi məqsədi ilə də, həmin torpaq sahəsinin ayrı-ayrı şəxslərə olmaqla dərhal özgəninkiləşdirilməsi həyata keçirilmişdir.

4. Sumqayıt İnzibati Məhkəməsinin 4 oktyabr 2021-ci il tarixli, 2-1(118)-1029/2021 nö mrəli qərardadı ilə X8 hazırkı məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmiş, X8 məhkəmə iclasına üçüncü şəxs qismində dəvət olunması qərara alınmışdır.

5. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-32/2023 nömrəli, 10 mart 2023-cü il tarixli qərardadı ilə (sədrlik edən hakim L.E.Mirzəyeva) İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “atası X20 məxsus torpaq sahəsi üzrə cavabdeh tərəfindən tam mülkiyyət üzrə 0,0991 ha torpaq sahəsinə dair xx.xx.2019-cu il tarixdə X11 verilmiş **********82 reyestr nömrəli ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın və həmin çıxarış əsasında verilmiş bütün hüquqverici sənədlərin ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılma mışdır.

6. Məhkəmə qeyd etmişdir ki, mübahisə predmeti olan torpaq sahəsi və fərdi yaşayış evinə dair iddiaçının hər hansı hüququnun pozulması, həmin torpaq sahəsi və fərdi yaşayış evi üzərində subyektiv hüquqlara malik olması məhkəmə iclasında təsdiqini tapmadığından, iddia mümkün sayılmalı deyildir.

7. Üçüncü şəxs həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

8. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-465/2023 nömrəli, 19 aprel 2023-cü il tarixli qərardadı ilə (hakimlər: G.İ.Cabbarova /sədrlik edən və məruzəçi/, Z.İ.Məmmədov və Z.T.Məmmədov) X7 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsinə dair Sumqayıt İnzibati Məhkəməsi nin 04 oktyabr 2021-ci il tarixli, 2- 1(118)-1029/2021 nömrəli qərardadı ləğv edilmiş, X7 üçüncü şəxs qismində işə cəlb edilməsi barədə vəsatəti təmin edilməmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 10 mart 2023-cü il tarixli, 2-1(118)-32/2023 nömrəli qərardadından X8 tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmasın və apellyasiya şikayətini qəbul etməkdən imtina edilmişdir.

9. Məhkəmə kollegiyası qeyd edir ki, indiki halda X7 hazırki inzibati məhkəmə icraatı zamanı üçüncü şəxs qismində cəlb edilməsi ilə bağlı hüquqi marağı, hüquqlarına birbaşa təsir etmə və ya qanunla qorunan maraqlarına toxunma halları mövcud olmadığı halda, birinci instansiya məhkəməsi qeyd olunan şəxsin inzibati məhkəmə icraatı zamanı üçüncü şəxs qismində cəlb edilməsi ilə bağlı yalnış nəticəyə gəlmişdir.

10. Hə mçinin, məhkəmə kollegiyası qeyd edir ki, hazırkı inzibati iş üzrə X8 proses iştirakçısı olmadığından, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən inzibati məhkəmə aktını məhz proses iştirakçıları mübahisələndirmək hüququna malik olduğundan, onun tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamalıdır

11. Üçüncü şəxs apellyasiya məhkəməsinin 19 aprel 2023-cü il tarixli qərardadından kassasiya şikayəti verərək, qərardadın ləğv edilərək Sumqayıt İnzibati Məhkəməsinin 10 mart 2023-cü il tarixli qərardadından verilmiş apellyasiya şikayətinin mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

12. Üçüncü şəxsin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Ə.F.Rüstəmovun bu iş üzrə maraqlarının olub-olmaması, onun maraqlarına toxunub - toxunmaması bu apellyasiya baxışının predmeti olmadığı halda, məhkəmə bu məsələni araşdırmışdır. Hesab edir ki, apellyasiya məhkəməsinin Ə.F.Rüstəmovun 3-cü şəxs qismində işə cəlb olunub - olunmamasını araşdırmaq səlahiyyəti olmadığı halda belə, məhkəmənin qəbul olunacaq məhkəmə aktının Ə.F.Rüstəmovun maraqlarına toxunmaması ilə bağlı gəldiyi nəticə belə qərəzlidir. Sumqayıt Apellyasiya Məhkəməsi kobud qanun pozuntusuna yol verərək ardıcıl olaraq prossesual qanunvericiliyin tələblərini pozmuşdur.

13. Qəbul etsə belə ki, Ə.F.Rüstəmovun 3-cü şəxs qismində işə cəlb olunmasına dair vəsatətinə baxılır, belə olan halda vəsatətə qiymət verilirsə və vəsatət təmin olunmursa onun bundan şikayət vermək hüququ yaranırdı. ( İPM-in 28.5-ci maddəsi) Lakin qərəzli mövqe nümayiş etdirən məhkəmə şikayətin mümkünsüzlüyünü həll edərkən Ə.F.Rüstəmovun bütün hüquqlarını pozaraq 3-cü şəxs qismində tanınmış statusundan məhrum edir və bu halı mübahisələndirmək üçün imkan vermədən şikayəti mümkünsüz sayır.

14. Mübahisələndirilən qərardadın 5-ci vərəqinin sonuncu iki abzasında AR Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə istinad edərək ( lakin başa düşülmür hansı hüquqi sənədə istinad olunur, yəqin ki, konvensiyanın 6-cı maddəsini nəzərdə tutublar, lakin yaza bilməyiblər, çünki həmin maddədə məhkəməyə müraciət etmək hüququnun vacibliyi vurğulanmışdır.) Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası müdafiə hüququnun həyata keçirilməsini vacib saysa da mütləq olmadığı və hətta bu h üququn həyata keçirilməsinə məhdudiyyətlərin qoyulmasını doğru hesab etmişdir.

15. Bununlada Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası inzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair AR KM Plenumunun Qərarında qeyd olunanların tam əksini tətbiq edərək, AR KM - nin səlahiyyətlərini həyata keçirərək İPM-in 28 maddəsinə yeni şərh vermişdir, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair AR KM Plenumunun Qərarı

1. İnzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı İlə maraqlarına toxunan şəxsin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsindən və "insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 6-ct maddəsindən irəli gələn məhkəməyə müraciət etmək hüququnun tənzimlənməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.

16. Məsələ qanunvericilik qaydasında həll edilənədək Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin l hissəsində və "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə inzibati məhkəmə İcraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilə bilər. Belə cəlbetmə bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, İPM-in 28.1-ci maddəsinə uyğun həll edilməlidir. Plenumun bu Qərarına baxdıqda hətta inzibati məhkəmə icraatında qanuni qüvvəyə minmiş məhkəmə aktının şəxsin maraqlarına toxunması müəyyən edildiyi halda həmin şəxsin 3-cü şəxs qismində işə cəlb olunmasının və Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsindən və "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 6-cı maddəsindən irəli gələn məhkəməyə müraciət etmək hüququnun vacibliyini vurğulasa da, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası bütün bu qeyd olunanların əleyhinə getmişdir.

17. Mübahisələndirilən qərardadın qəbul olunması əsası kimi İPM-in 28-ci maddəsi rəhbər tutulmuşdur (mübahisələndirilən qərardadın sonuncu vərəqi 2-ci abzası). Yəni, mübahisələndirilən qərardadın qəbul olunmasında istinad o lunan maddə İPM-in 28-ci maddəsidir. İPM-in 28-ci maddəsi 3-cü şəxslərin inzibati İcraata cəlb olunmasını nəzərdə tutur. Yani bu maddəyə yalnız İnzibati icraat zamanı maraqlarına toxunan şəxsin işə cəlb olunması əsasları və yaxud da şəxsin cəlb olunmasına dair vəsatətinin rədd olunmasını öz əksini tapmışdır. Ə.F.Rüstəmov 1-ci instansiya məhkəməsində 3-cü şəxs qismində inzibati İcraata dair işə cəlb olunmuşdur və bu barədə qərardad qəbul olunmuşdur ki, İPM-in 28-ci maddəsinə əsəsən həmin qərardaddan şikayət vermək olmaz. Yani əgər şəxs İnzibati icraata 3-cü şəxs qismində cəlb olunubsa bu fakt artıq mübahisələndirilə bilməz və onun statusuna xitam verilə bilməz. Maddədə açıq aydın yazıldığı halda apellyasiya məhkəməsinin bu maddəni öz istədiyi kimi tətbiq etməsi, hətta şərh verməsi təəccüb d oğurur.

18. İPM-in X fəsli apellyasiya instansiyası məhkəməsində şikayət üzrə icraat 81-ci maddədən başlayır və şikayət vermək hüququ olan şəxslərin siyahısı göstərilmişdir k i, Ə.F.Rüstəmov da 3-cü şəxs qismində bu hüquqa malikdir. Yəni, maddənin bu tələbi tərəfindən pozulmamaşdır. 82-ci maddənin tələblərinin məhkəməyə aid olması və tələblərin Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası tərəfindən pozulmuşdur. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

20. İnzibati Prosessual Məcəllə: Maddə

28. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb olunması 28.1. İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarın ın digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Maddə 28.3. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər... 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddəti ndə müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Mad də

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNDƏ İCRAAT

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habel ə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. X33 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

26. Bununla belə, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

27. Üçüncü şəxs qismində icraata cəlb olunma institutunun mahiyyətinə görə, digər şəxslərin üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunması üçün məhkəmə qərarı həmin şəxslərin qanunla qorunan maraqlarına toxunma ehtimalına və keyfiyyətinə malik olmalıdır. Yalnız belə hallarda məhkəmə qulluq mövqeyinə görə öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir

28. Qeyd olunmalıdır ki, formalaşdırılmış hüquqi mövqeyə uyğun olaraq hər hansı inzibati iş üzrə şəxsin adi və ya zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində işə cəlb olunması üçün bir sıra şərtlərin məcmu halda mövcud olması zəruridir, həmin şərtlərə daxildir: üçüncü şəxs qismində cəlbetmə ilə bağlı məhkəmənin icraatında inzibati iş olmalı, prosessual fəaliyyət qabiliyyəti olmalı, inzibati aktın digər şəxsin hüquqlarına birbaşa təsir etməsi halı (zəruri cəlbetmə halında) və ya şəxsin qanunla qorunan maraqlarına digər qaydada toxunma halı (adi cəlbetmə halında) mövcud olmalıdır. (Azərbaycan Respublikası Ali Mə hkəməsi İnzibati Kollegiyasının 17 fevral 2022-ci il tarixli Qərardadı).

29. Bununla bağlı apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, müvafiq məhkəmə qərardadında cəlbetmənin zəruriliyi “şəxsin qanunla qorunan hüquqi maraqlarına toxuna biləcəyi” səbəb kimi qeyd olunsa da, qeyd edilən şəxsin hansı hüquqi maraqlarına toxunması, hüquqi marağının nədən ibarət olması məsələsi araşdırılmamış və həmin hallar əsaslandırılmamışdır. Halbuki, indiki halda qeyd edilən şəxsin inzibati iş üzrə üçüncü şəxs qismində cəlb edilməsi üçün zəruri olan şərtlərdən biri də məhz onun hüquqi marağının nədən ibarət olması, hansı hüquqi maraqlarına toxunulması məsələsinin həll edilməsidir.

30. Hazırkı iş üzrə mübahisə predmeti müvafiq 0,0991 ha torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyat ının ləğv edilməsi ilə bağlı hüquq münasibətləri təşkil edir.

31. Apellyasiya məhkəməsi tərəfindən araşdırılmış hallara əsasən qeyd edilmişdir ki, indiki halda inzibati iş üzrə X7 hüquqi marağının olması o halda müəyyən edilmiş olardı ki, mübahisə predmeti olan torpaq sahəsinə dair onun əmlak hüquqları mövcud olmuş olsun və ya torpaq sahəsi onun faktiki istifadəsində və sahibliyində və ya qanuni istifadəsində və sahibliyində olmuş olsun, başqa sözlə onun həmin torpaq sahəsi ilə hüquqi bağlılığı mövcud olmuş olsun və ya ona məxsus və ya istifadəsində olan torpaq sahəsi ilə mübahisə predmeti olan torpaq sahəsinin ölçüləri və koordinatları baxımından üst-üstə düşməsi ilə bağlı hal mövcud olmuş olsun. İndiki halda isə qeyd olunan halların mövcud olması aşkar edilməmişdir.

32. Beləliklə məhkə mə kollegiyası apellyasiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq hesab edir ki, X7 hazırkı inzibati məhkəmə icraatı zamanı üçüncü şəxs qismində cəlb edilməsi ilə bağlı hüquqi marağı, hüquqlarına birbaşa təsir etmə və ya qanunla qorunan maraqlarına toxunma halları mövcud olmamışdır.

33. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

34. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apellyasi ya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

35. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxsin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-465/2023 nömrəli, 19 aprel 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar