Məhkəmə qərarları › İş №2-1(102)-1676/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1676/2020

13.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1676/2020 13.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Qubadlı rayon şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyə görə əmək pensiyasının təyin olunması; əmək kitabçasındakı məlumatların mötəbərliyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı, İddiaçının vəkili Vəkil, Cavabdehin vəkili X3 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Qubadlı rayon Şöbəsinə qarşı “işlədiyi müddətin sosial sığorta sta jına daxil edilməklə pensiya təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2-1(105)-140/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. xx.xx.1959-cu il təvəllüdlü iddiaçı xx.xx.1978-xx.xx.1980-ci illərdə hərbi xidmətdə olmuş, əmək kitabçasına əsasən dekabr 1978 - dekabr 1992-ci illərdə Qubadlı rayonu 21 nömrəli SMD-də qreyderçi, xx.xx.1992-xx.xx.2002-ci il tarixləri arasındakı dövrdə xxxx idarəsi, Qubadlı elektrik Şəbəkəsində elektrik montyoru, xx.xx.2003-xx.xx.2003-cü il tarixləri arasındakı dövrdə Sumqayıt YGEŞ MMC-də elektrik çilingəri, xx.xx.2005xx.xx.2005-ci il tarixləri arasındakı dövrdə BTC/CQ boru kəməri layihəsi X1 Co. (CCİC) Şirkətində zibil boşaldan maşın operatoru, xx.xx.2007-xx.xx.2008-ci illərdə Azərkörpü ASC-də qreyder operatoru, xx.xx.2008-xx.xx.2009-cu illər arasındakı dövrdə “X7” MMCnin 1 saylı Nəqliyyat Sahəsinin özüboşaldan avtomobil bölməsində qreyderist, xx.xx.2010xx.xx.2011-ci il tarixləri arasında Azərkörpü ASC-də qreyder operatoru, xx.xx.2011xx.xx.2012-ci illər arasındakı dövrdə “xxxx” MMC-də qreyder operatoru, xx.xx.2012xx.xx.2012-ci il tarixləri arasındakı dövrdə “Neftqaztikinti” tresti X8 İdarəsində avtoqreyder maşinisti, xx.xx.2012-xx.xx.2014—cü il tarixləri arasında İİM-X2 Şirkəti MMC-də qreyderist, xx.xx.2014-xx.xx.2014-cü il tarixləri arasında “xxxx” ASC-nin Masallı Layihəsində qreyder operatoru, xx.xx.2015- xx.xx.2016-cı il tarixləri arasında “xxxx” MMCdə sürücü operator, xx.xx.2016-xx.xx.2016-cı il tarixləri arasında X9 Sanayi ve Ticaret AŞnin AR filialında qreyder operatoru işləmişdir.

2. İddiaçıya xx.xx.2019-cu il tarixdə İİ dərəcə əlillik təyin edilmişdir.

3. İddiaçı əlilliyə görə əmək pensiyasının təyin olunması ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Qubadlı rayon Şöbəsinə müraciət etmişdir.

4. Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli **********6 saylı məktubda bildirmişdir ki, sığorta stajı ilə bağlı məhkəməyə müraciət edilə bilər. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış **********1 saylı (tarix qeyd edilməyib) bildirişində qeyd etmişdir ki, iddiaçıya əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün 14 il sosial sığorta stajı və 14650 manat 02 qəpik pensiya kapitalı tələb olunur. Lakin tələb olunan pensiya kapitalı toplanmadığından əlilliyə görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. Bundan əlavə, 1978-xx.xx.2002-ci il tarixə olan sığorta stajı öz təsdiqini tapmadığından məhkəməyə müraciət edilməsi tövsiyə olunur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, 1978-ci ilin dekabr ayından - xx.xx.1992-ci ilə kimi Qubadlı rayonu SMD21-də qreyderçi vəzifəsində və xx.xx.1992-ci il tarixdən - xx.xx.2002-ci il tarixinə kimi Qubadlı rayon Elektrik Şəbəkəsində elektrik montyoru vəzifəsində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməklə pensiya təyi n edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş etmişdir. İddiaçının əsaslandırması:

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1978-ci ilin dekabr ayından 1992-ci ilin fevral ayının 1-nə kimi Qubadlı rayonu SMD-21-də qreyderçi vəzifəsində və xx.xx.1992-ci il tarixdən xx.xx.2002-ci il tarixə kimi Qubadlı rayonu Elektrik şəbəkəsində elektrik montyoru vəzifəsində işləmişdir. xx.xx.2019-cu il tarixdə ona İİ dərəcəli əlillik təyin edilmişdir. O, əlilliyə görə əmək pensiyasının təyin olunması üçün cavabdeh orqana müraciət etmişdir. Lakin cavabdeh inzibati orqan onun ərizəsini təmin etməkdən imtina edərək yuxarıda qeyd edilən dövrləri yoxlamaq mümkün olmadığını bildirmişdir. Cavabdehin etirazları:

7. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsaslarına görə, iddiaçının əmək kitabçasında qeyd olunmuş 1978-ci ilin dekabr ayından xx.xx.2002ci il tarixədək olan dövrün sosial sığorta stajının yoxlamaq zərurəti yaranmışdır. İddiaçının 1978-ci ilin dekabr ayından xx.xx.1992-ci illərdə işlədiyi Qubadlı rayon SMD-21-in arxiv sənədləri işğal zonasında qaldığından, xx.xx.1992-xx.xx.2002-ci illərdə işlədiyi Qubadlı rayon Elektrik Şəbəkəsini arxiv sənədləri saxlanılmadığından onun sosial stajını yoxlamaq mümkün olmamışdır.

8. İddiaçının təqdim etdiyi sənədlərinə əsasən 06 il 14 gün sosial sığorta stajı və 11503.74 manat pensiya kapitalı toplanılmışdır. Lakin “Əmək pensiyaları haqqında” AR Qanununun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün 14 il 8 ay sosial sığorta stajı və 22120 manat pe nsiya kapitalı tələb olunur. Bu səbəbdən ona əlilliyə görə pensiya təyin edilə bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

9. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(085)1030/2019 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.

10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının 1978-2002-ci illərdə işləməsinə dair əmək kitabçasında aparılmış qeydlərin mötəbərliyi iş materialları ilə sübuta yetirilmir. Bundan əlavə, iddiaçının işlədiyi dövrlərin yoxlanılması üçün iddiaçının işə qəbul edilməsi, işdən azad edilməsi, əmək haqqı cədvəlləri və sair mötəbər sübutların təqdim edilməsi zərurəti yaranmışdır. Lakin iddiaçının işlədiyi idarənin fəaliyyət göstərməməsi, həmin idarənin sənədlərinin arxivə təhvil verilməməsi araşdırmanı imkansı z etmişdir.

13. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. b. apelyasiya instansiyası məhkəməsindəki icraat

14. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2-1(105)-140/2020 nömrəli qərarı ilə Sumqayıt İnzibati Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

16. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri 17. şikayətin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan başqa, şikayət qeyd edilir ki, apelyasiya instansiya məhkəməsi iddiaçının Qubadlı rayonundan məcburi köçkün və müharibə veteranı olduğunu, işlədiyi müəssisəyə dair sənədlərin işğal zonasında qaldığını, şahid ifadələrini, Qubadlı rayon İHB-nın Qubadlı şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinin xx.xx.2020-ci il tarixli arayışını, Qubadlı rayon Elektrik şəbəkəsi tərəfindən verilmiş 2001-2002-ci illərə dair orta aylıq əmək haqqına dair arayışı, əmək haqqının köçürüldüyü əmanət kitabçasını, övladının adına iş yerindən verilmiş sığorta şəhadətnaməsini nəzərə almadan qərar qəbul etmişdir. b. məhkəmə icraatı iştirakçılarının izahatları

18. İddiaçı və vəkili məhkəmə iclasında şikayəti müdafiə edərək təmin olunmasın ı xahiş etdilər.

19. Cavabdehin vəkili şikayətə qarşı etiraz edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 12.1. Əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir.

21. İPM: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayə t həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilə r və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

23. İş üzrə iddiaçı apelyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. İddiaçıya İİ dərəcəli əlilliyə görə pen siya təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən həm 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı, həm də əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalı tələb olunur.

25. Cavabdeh iddiaçının əmək kitabçasında qeyd edilən dekabr 1978 - dekabr 1992-ci illərdə Qubadlı rayonu 21 nömrəli SMD-də qreyderçi, xx.xx.1992-xx.xx.2002-ci il tarixləri arasındakı dövrdə xxxx idarəsi, Qubadlı elektrik Şəbəkəsində elektrik montyoru işlədiyi dövrləri mübahisələndirir.

26. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edilmə li olması şərti nəzərə alındıqda, əmək kitabçasındakı məlumatların mötəbərliyi özü-özlüyündə (yəni onun mötəbərliyini aradan qaldıran və ya şübhə altına ala bilən digər sübutlar olmadan) şübhə doğurmamalı, əmək pensiyası təyin edilməsi üçün zəruri şərt kimi çıxış edən fakta və ya faktlara dair həqiqi vəziyyəti dəqiq əks etdirməlidir.

27. İddiaçıya məxsus ilkin əmək kitabçası, iddiaçının dediklərinə görə, işğal olunmuş Qubadlı ərazisində qalmış və hazırkı əmək kitabçası sonradan tərtib edilmişdir. İddiaçının adına 1997-ci ildə açılmış əmək kitabçasından görünür ki, ilk titul vərəqinə Qubadlı rayon Elektrik Şəbəkəsinin möhürü vurulmuşdur. Əmək kitabçasındakı ilk qeyddən görünür ki, o, 1978-ci ilin dekabr ayında (gün göstərilməyib) Qubadlı rayon 21 N-li SMD-də qreyderçi vəzifəsinə qəbul edilm işdir. Növbəti qrafada həmin qeydin SMD-nin xx.xx.2003-cü il tarixli 1 №-li arayışı əsasında aparıldığı göstərilmişdir.

28. İddiaçıya məxsus əmək kitabçasındakı qeydlərin mötəbərliyinin araşdırılması məqsədi ilə aşağı instansiya məhkəmələri tərəfindən müvafiq qurumlara sorğular verilmişdir. Qubadlı rayon Dövlət arxivi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 06 saylı arxiv arayışında qeyd edilmişdir ki, Qubadlı rayon SMD-21 nömrəli və Qubadlı rayon Elektrik şəbəkəsi tərəfindən Dövlət Arxivinə dövlət mühafizəsinə heç bir sənəd təhvil verilməmişdir. “xxxx” ASC X5 Təchizatı və Satışı İdarəsi tərəfindən verilmiş 5001/017 saylı xx.xx.2019-cu il tarixli məktubda arxiv arayışında qeyd edilmişdir ki, “xxxx” MMC tərəfindən arxiv sənədlər “xxxx” ASC Şimal RETSİ-ə təhvil verilməmişdir, “xxxx” ASC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli xx-xx-1543 saylı məktubdan görünür ki, Qubadlı rayon X4 “xxxx” ASC-nin tabeçiliyində olmuş, kadrlara dair əmrlər rayon Paylayıcı Şəbəkəsi tərəfindən verilmişdir. Qubadlı rayonunun işğalı zamanı həmin məlumatlar işğal zonasında qalmış və Qubadlı PEŞ-in kadr əmrləri “xxxx” ASC-də yoxdur.

29. Beləliklə, apelyasiya instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçının xx.xx.1992-ci ilə kimi Qubadlı rayonu SMD-21-də və xx.xx.1992-ci il tarixdən xx.xx.2002-ci il tarixinə kimi Qubadlı rayon Elektrik Şəbəkəsində işləməsinə dair əmək kitabçasında aparılmış qeydlərin mötəbərliyi iş materialları ilə sübuta yetirilmir.

30. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

31. Yux arıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 21(105)-140/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova K.N.Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar