Məhkəmə qərarları › İş №2-1(102)-1676/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1676/2021

20.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1676/2021 20.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin birdəfəlik ödənilməsi) Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi hakim, Zakir Quliyev, Rahib Nəbizadədən ibarət tərkibdə, məhkəmə iclas katibi Hüseynova Ülkər Hamlet qızının katibliyi, İddiaçı, vəkili X2 cavabdehin vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabel iyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin birdəfəlik ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin 22.04.2021-ci il tarixli, 2-1(103)-563/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1964-cü ildə və hazırda Bakı şəhərində yaşayır.

2. İddiaçı əmək fəaliyyətinə 03.08.1981-ci il tarixində başlamış, 03.08.1981-ci ildən 08.06.1982-ci ilə qədər “Azərbaycan X4 Xüsusienerjimühafizəsi İdarəsi”nin Əli Bayramlı DRES-in nəzdində yerləşən Əli Bayramlı sahəsində “izolyasiyaçı-plyonka çəkən”, 03.07.1984-cü ildən 12.04. 1990-cı ilə qədər 3-cü dərəcəli metalın, metal məmulatlarının quru kvars qumu ilə təmizlənməsi ilə məşğul olan təmizləyici, 16.04.1990-cı ildən 23.12.1996-cı ilədək “Azərbaycan-X4 Xüsusienerjimühafizəsi İdarəsi”nin Bakı DRES-in nəzdində yerləşən Bakı sahəsində metalın, metal məmulatlarının quru kvars qumu ilə təmizlənməsi ilə məşğul olan təmizləyici, 06.01.1997-ci ildən 28.11.2005-ci ilə qədər “X7 Tikinti” ASC-də çilingər işləmişdir.

3. İddiaçı 03.10.2018-ci il tarixli ərizə ilə cavabdehə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Lakin iddiaçının müraciəti cavabsız qalmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehin müraciətə cavab verməməsini imtina kimi qəbul etmiş və iddia ə rizəsi ilə məhkəməyə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı 11.05.2016-cı il tarixdən, 52 yaşdan “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin edilməsi və həmin tarixdən hal-hazıradək ödənilməmiş pensiya məbləğinin birdəfəyə ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 03.08.1981-ci il tarixdən 28.11.2005ci il tarixinədək işlədiyindən ümumi 25 il 03 ay 25 gün əmək sığorta stajı vardır. Bundan başqa, onun işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarının 1 saylı əlavəsi ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” siyahısında öz əksini tapmışdır. İddiaçı 01.01.2006-cı il tarixə kimi 20 il ümumi və 10 il xüsusi iş stajı topladığından, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 11.06.2016-cı ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.

6. Cavabdeh iddiaya qarşı etirazında bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 2.4.1-ci bəndinə uyğun olaraq, “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün iddiaçının güzəştli şərtlərlə pens iya hüququ verən işdə çalışmasına dair iş yerindən arayış olmalıdır. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən 01.01.2006-cı il tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası ilə yanaşı sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Cavabdeh 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsindən, iddiaçının iş üzrə təqdim etdiyi sənədlər içərisində iş yerindən arayış olmadığından, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 7. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14.11.2019-cu il tarixli, 2-1(81)2922/2019 nömrəli qərarı (haki m Tahirə Əsədova) ilə iddia təmin edilmiş, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı 11.05.2016-cı il tarixdən, 52 yaşdan “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin edilməsi və həmin tarixdən hal-hazıradək ödənilməmiş pensiya məbləğinin birdəfəyə ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iş üzrə təqdim olunan sənədlərdən müəyyən olunmuşdur ki, iddiaçının 01.01.2006-cı il tarixinə qədər hərbi xidmət dövrü də daxil olmaqla 25 il 03 ay 25 gün ümumi və 13 il 03 ay 21 gün xüsusi iş stajı mövcud olmuşdur.

9. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apelyasiya şikayəti verilmişdir. Yuxarı instansiya məhkəmələrində icraat

10. Bakı Apelyasiya Məhkəməsinin 18.06.2020-ci il tarixli, 2-1(103)-441/2020 saylı (hakimlər Vidadi Məmmədov (sədrlik edən və məruzəçi), Elmira Nağıyeva və Həmid Həmidov) qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 14.11.2019-cu il tarixli, 2-1(81)-2922/2019 saylı qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia təmin edilməmişdir.

11. İddiaçı 07.09.2020-ci il tarixində kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.

12. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20.11.2020-ci il tarixli, 2-1(102)-1963/2020 saylı (hakimlər Nigar Rəsulbəyova- sədrlik edən və məruzəçi, İlqar Hüseynov və Kəmaləddin Bədəlov) qərarı ilə kassasiya şikayəti qismən təmin olunmuş, Apelyasiya Məhkəməsinin 18.06.2020-ci i l tarixli, 2-1(103)441/2020 saylı qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir.

13. Bakı Apelyasiya Məhkəməsinin 22.04.2021-ci il tarixli, 2-1(103)-563/2021 nömrəli (hakimlər Afaq Nuriyeva - sədrlik edən və məruzəçi, Cahangir Yusifov və Aida Hüseyn) qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 14.11.2019-cu il tarixli, 2-1(81)-2922/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

14. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi haqqında yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Kassasiya şikayətinin dəlilləri

15. Cavabdeh kassasiya şikayətini onun la əsaslandırmışdır ki, Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11.12.2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6-cı bəndinə uyğun olaraq sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər, o cümlədən iş yerindən arayış təqdim edilməlidir. Eyni zamanda pensiyanın birdəfəlik ödənilməsi “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin 2-ci cümləsinə əsasən (Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir və məhkəmə qərar ında göstərilən məbləğin birdəfəlik ödənilməsi) “Əmək pensiyaları haqqında” Qanuna ziddir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Cavabdehin vəkili kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.

18. İddiaçının vəkili kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: M a d d ə

9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin m üvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyə n edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

20. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə

159. Xüsusi şəraitdə tətbiq edilən əmək haqqı

1. Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımlar (əmsallar) müəyyən edilir. Əmək haqqına belə artımların (əmsalların ) məbləğinin minimum miqdarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 21. ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 6 mart 2006-cı il tarixli 377 nömrəli Fərmanı

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində: 1.3. həmin Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısını təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 22. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydala rı”

3. Sosial sığorta stajının hesablanması proseduru 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.6. sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər.

23. Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 avqust tarixli 137 nömrəli Qərarı

1. Azərbaycan Respublikasının müəssisə, idarə və təşkilatlarında iş yerlərinin attestasiyasının nəticələri əsasında əmək şəraiti ağır və zərərli olan işlərdə çalışan işçilərin tarif (vəzifə) maaşlarına əmək şəraitinin ağır və zərərlik səviyyəsindən asılı olaraq artımın (əmsalın) minimum miqdarı müəyyən edilsin:

24. Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstə ricilərin siyahılarının təsdiq edilməsi haqqında haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı 1. “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 №-li Siyahısı 12100000—19568 (metalın, metal hissələrin və məmulatların quru kvars qumu ilə təmizlənməsi ilə məşğul olan metal, töküntü, məmulatların və hissələrin təmizləyiciləri) 2. “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahısı 2290000a—12520 (izolyasiyaçıl ar) 2140000a—15416 (odadavamlı materialla işləyənlər) 2140000a—13148 (qazan təmizləyiciləri)

25. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi 1.1. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3- cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə a pelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

27. Apelyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖV QEYİ

28. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apelyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini qanuni və əsaslı sayır. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir

29. Avrop a İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

30. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla belə Məhkəmə Kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hes ab edir.

31. Bu qərarın 19-cu bəndində istinad olunan normalara görə əmək pensiyası o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan tam əmək stajını, yəni həm ümumi və həm də xüsusi stajı “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək qazanmış olsunlar. 01.01.2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13cü maddəsinin “a” bəndinə əsasən, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan, kişi cinsindən olan işçilər, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çal ışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 saylı Siyahısı üzrə 50 yaşına çatdıqda və azı 20 il əmək stajı olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışdıqları təqdirdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malikdirlər.

32. Bu qərarın 20-ci bəndində istinad olunan normaya əsasən, əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımlar (əmsallar) müəyyən edilir. Əmək haqqına belə artımların (əmsalların) məbləğinin minimum miqdarı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2002-ci il 22 avqust tarixli 137 nömrəli qərarı ilə təsdiq edilmişdir. 33. 11 dekabr 2017-il tarixdə təsdiq olunmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə kimi nəzərdə tutulmuş “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlər Siyahısı”nın 2.4.1-ci bəndinə görə, “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir.

34. Lakin hazırkı mübahisə ilə bağlı nəzərə almaq lazımdır ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə pensiya hüququ 2016-cı il tarixdə, yəni həmin Qaydaların qüvvəyə mindiyi tarixdən əvvəl ya ranmışdır və bu baxımdan həmin qaydaların tələbləri iddiaçıya münasibətdə tətbiq oluna bilməz.

35. Bununla belə, "xxxx" ASC-nin “X6 stansiyası” MMC tərəfindən təqdim olunmuş arayışda qeyd edilmişdir ki, “Cənubxüsusienerjimühafizə” müəssisəsi “X6 Stansiyası” “MMC-nin (Əli Bayramlı DRES-in) ərazisində podratçı təşkilat olaraq fəaliyyət göstərmişdir. “X6 Stansiyası” “MMC-də izolyasiyalılar, odadavamlı kərpiclə hörgü hörənlər, qazan təmizləyənlər tərəfindən bilavasitə zərərli materiallarla (maye şüşə, şüşə lifli döşəkçələr, azbest parçalar, kvars qumu və s.) yüksək təyziqli və temperaturlu boru kəmərləri, çənləri, qazanları izolyasiya edilmişdir. Qumrovçular tərəfindən buxar turbininin rotoru və digər metal məmulatların (hissələrin) kvars qumu ilə yuyulması işləri yerinə yetirilmişdir. Qeyd ol unan vəzifələrdə çalışanların əmək haqqına ağır və zərərli iş şəraitinə görə 12-24 faiz əlavə əmək haqqı və əsas məzuniyyətə 6 gün əlavə məzuniyyət müəyyən edilmişdir.

36. İş materiallarına əlavə edilmiş iddiaçının əmək kitabçasına əsasən o, 03.08.1981-ci ildən 08.06.1982-ci ilə qədər “Azərbaycan-X4 Xüsusienerjimühafizəsi İdarəsi”nin Əli Bayramlı DRES-in nəzdində yerləşən Əli Bayramlı sahəsində “izolyasiyaçıplyonka çəkən”, 03.07.1984-cü ildən 12.04.1990-cı ilə qədər 3-cü dərəcəli metalın, metal məmulatlarının quru kvars qumu ilə təmizlənməsi ilə məşğul olan təmizləyici, 16.04.1990cı ildən 23.12.1996-cı ilədək “Azərbaycan X4 Xüsusienerjimühafizəsi İdarəsi”nin Bakı DRES-in nəzdində yerləşən Bakı sahəsində metalın, metal məmulatlarının quru kvars qumu ilə təmizlənməsi ilə məşğul olan təmizləy ici, 06.01.1997-ci ildən 28.11.2005-ci ilə qədər “X7 Tikinti” ASC-də çilingər işləmişdir.

37. Məhkəmə kollegiyası oxşar mübahisələrlə bağlı əvvəlki qərarlarında ifadə etdiyi mövqeyə uyğun olaraq bildirir ki, əgər iddiaçı inzibati orqanın imtinası ilə razılaşmayaraq işlədiyi hər hansı işin, peşənin və ya vəzifənin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə əsas verdiyini iddia edirsə, bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqamətləri və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, peşələrin və vəzifələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir.

38. Cavabdehin iddiaçıya ödənilməmiş pensiya məbləğinin bir dəfəyə ödənilməsi ilə bağlı dəlilinə münasibətdə qeyd olunmalıdır ki, həmin məsələ ötən dövr üçün hesablanan pensiyanın ödənilməsi qaydası ilə bağlıdır və bu qərarın 19-cu bəndində istinad olunan normanın tələblərinə uyğun olaraq həyata keçirilməlidir. 39. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsindən göndərişlə 01.01.2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin üçüncü bəndinin v) yarımbəndinə əsasən, hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünü müdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edildiyindən, iddiaçının 10.06.1982-25.06.1984-cü illərdə hərbi xidmətdə olması ona məxsus H3 ******* nömrəli hərbi bilet ilə təsdiq edildiyindən həmin müddətlərin iddiaçının ümumi iş stajı hesablanarkən nəzərə almaqda məhkəmələr haqlı olmuşdur.

40. Beləliklə, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanunazidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.

41. Nəticə etibarı ilə, cavabdehin kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmamışdır. Bu baxımdan şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

42. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası: QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22.04.2021-ci il tarixli, 2-1(103)563/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar