Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1676/2022 11.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: apelyasiyanın mümkünlüyü, apelyasiya şikayəti üzrə müddətin buraxılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı “X1 Alayında milis nəfəri vəzifəsində xidmət keçməsi barədə arayışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsini n İnzibati Kollegiyasının 24 iyun 2022-ci il tarixli, 2-1(103)-2076/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X1 İdarəsi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Departamenti, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Təşkilat-İnspeksiya İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1974-cü ilin aprel ayından 1981-ci ilin sentyabr ayının sonuna kimi həqi qətən X1 Alayında milis nəfəri vəzifəsində xidmət keçməsi barədə arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin 1 dekabr 2021-ci il tarixli qərardadı ilə cavabdehlər əsl cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi ilə əvəz edilmişdir.
3. Bakı İnzibati Məhkəməsinin (hakim M.C.Qarayeva) 9 fevral 2022-ci il tarixli, 21(112)-2868/2022 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
4. Qərardaddan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiya məhkəməsindəki icraat
5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər M.N.Tağızadə /sədrlik edən və mər uzəçi/, X.A.Cəmilova və A.P.Oruczadə) 24 iyun 2022-ci il tarixli, 21(103)-2076/2022 nömrəli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2868/2022 saylı, 09 fevral 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə apellyasiya mümkün hesab edilməmiş və apellyasiya şikayətinin qəbulundan imtina edilmişdir.
6. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsinə istinad edərək qeyd etmişdir ki, apellyasiya baxışı zamanı iş materialları araşdırılan zaman müəyyən edilir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2868/2022 saylı, 09 fevral 2022-ci il tarixli qərardadı xx.xx.2022-ci il tarixli məktubla İddiaçı iş materiallarında olan ünvanına (Bakı şəhəri. Ə.Ələkbərov küçəsi, ev 12 A, mənzil 47) xx.xx.2022-ci il ta rixdə göndərilmiş, İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə poçt qəbzinə imza etməklə qəbul edilmişdir. Lakin, iddiaçı bundan sonra xx.xx.2022-ci il tarixli ərizə ilə yenidən birinci instansiya məhkəməsinə müraciət edərək qərardadın surətinin verilməsini tələb etmiş, xx.xx.2022-ci il tarixdə yenidən qərardadın surətini almışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında ilk öncə poçt qəbzində olan yazıların ona məxsus olduğunu bildirsə də, sonradan qəbzdəki imzanın ona aid olmasını inkar etmiş, lakin qəbz əsasında qərarın tərəfindən alınmamasını əsaslandıra bilməmişdir. Məhkəmə araşdırması zamanı iddiaçının yerində imza etdiyi kağız daşıyıcı nümunəsi də iş materiallarına əlavə edilmişdir. Beləliklə, işin qeyd edilən hallarından iddiaçının xx.xx.2022-ci il tarixdən məhkəmə qərard adı ilə tanış olduğu faktı öz təsdiqini tapmışdır.
7. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi və işə mahiyyəti üzrə baxılması üçün yeni baxışa qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
8. Şikayətdə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsinə istinad edərək qeyd etmişdir ki, iddiaçı qərardadı aldığı vaxtdan 10 gün müddətində apellyasiya şikayəti vermişdir.
9. İş materiallarında 18 fevral 2022-cı il tarixdə göndərilmiş, İddiaçı tərəfindən 28 fevral 2022-ci il tarixdə poçt qəbzində olan imza iddiaçının deyil və o, qərardadı almadığından 19 aprel 2022-ci il tarixli ərizə ilə yenidən birinci instansiya məhkəməsinə müraciət edərək qərardadın surətin in verilməsini xahiş etmiş, 29 aprel 2022-ci il tarixdə yenidən qərardadın surətini almışdır. Həmin qərardadı aldıqdan sonra iddiaçı 10 gün müddətində apellyasiya şikayət vermişdir.
10. Məhkəmənin gəldiyi nəticə əsaslı deyil. Məhkəmə imzanın iddiaçıya məxsus olmasını müəyyən edə bilməz, çünki bu hallar xüsusi bilik tələb edir. Məhkəmə iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsində nəzərdə tutulmuş məhkəməyə müraciət etmə hüququnun pozmuşdur. TƏTBİQ EDİLƏN HÜQUQ
11. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 20 Təqdimetmə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məh kəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Maddə
22. Müddətlər 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur...... Maddə
23. Hüquqi müdafiə vasitələri ilə bağlı prosessual müddətlərin hesablanması 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə
87. Apelyasiya instansiyası məhkəməsində icraat... 87.2. Apelyasiya instansiyası məhkəməsi apelyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 87.3. Apelyasiya mümkün sayılmadıqda apelyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. 87.4. Apelyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apelyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir...... Maddə
91. Ali Məhkəm ə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmə dən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
12. Kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
13. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
14. Şikayətin əsas dəlili ondan ibarətdir ki, məhkəmənin istinad etdiyi məhkəmə qərardadının xx.xx.2022-ci il tarixdə ona təqdim edildiyinə dair qəbzdəki imza ona aid deyil, 19 aprel 2022-ci il tarixli ərizə ilə yenidən birinci instansiya məhkəməsinə müraciət edərək qərardadın surətinin verilməsini xahiş etmiş, 29 aprel 2022-ci il tarixdə yenidən qərardadın surətini almışdır. Həmin qərardadı aldıqdan sonra 10 gün müddətində apellyasiya şikayət vermişdir.
15. Şikayətin dəlili apellyasiya instansiyası məhkəməsi qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, apellyasiya instansiyası məhkəməsindəki icraat zamanı keçirilmiş məhkəmə iclasında iştirak edən iddiaçı izahatında poçt qəbzində olan yazının ona məxsus olduğunu təsdiq etmişdir. Bundan sonra qəbzdəki imzanın ona aid olduğunu inkar etsə də, təsdiqedici izahatdan imtinanın səbəblərini əsaslan dıra bilməmişdir.
16. Digər tərəfdən, iddiaçı kassasiya şikayətində bəyan edir ki, o, qərardadın surətinin alınması üçün birinci instansiya məhkəməsinə müraciət etmiş və qərardad ona yenidən təqdim edilmişdir. Başqa sözlə, qərardadın ona yenidən verildiyini bəyan etməklə, iddiaçı qərardadın ona bundan əvvəl də təqdim edildiyini təsdiq etmişdir.
17. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
18. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 iyun 2022-ci il tarixli, 21(103)-2076/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.