Məhkəmə qərarları › İş №2-1(102)-1676/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1676/2023

02.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1676/2023 02.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin təyin olunması, işin hallarının araşdırılması prinsipinə əməl olunmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddiaçıya müddətsiz əlillik təyin edilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 mart 2023-cü il tarixli, 2-1(105)-17/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdeh tərəfindən Quba Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında iddiaçının əlillik vəziyyətinə baxılmış və ona 1 il müddətinə əlillik dərəcəsi verilmişdir.

2. Quba Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında iddiaçının əlillik vəziyyətinə baxılmış və ona 1 il müddətinə əlillik dərəcəsi verilmişdir.

3. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında iddiaçının əlillik vəziyyətinə baxılmış və ona beş il müddətinə əlillik dərəcəsi verilmişdir.

4. Quba Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli 0244003AAMTN saylı göndərişi əsasında cavabdeh tərəfindən iddiaçının əlillik vəziyyətinə baxılmış və iddiaçıya əlillik dərəcəsinin verilməsindən “xəstənin hazırkı vəziyyəti, ağırlıq dərəcəsi, mütəxəssis rəyləri, köməkçi diaqnostik müayinələr dəqiqləşdirilsin və ətraflı qeyd edilsin” səbəbi ilə imtina verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə verərək cavabdehə qarşı “iddiaçıya müddətsiz əlillik təyin edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun ürəyi səbəbi ilə müxtəlif xəstəxanalarda müayinə və müalicə olunmuş, ona 11 noyabr 2002-ci il tarixindən İİ qrup əlillik təyin edilmişdir. Sonuncu dəfə 2016-cı ildə ona İİ qrup əlillik dərəcəsi müəyyən olunmuş, növbəti müalicə tarixi 2021-ci ildə qeyd edilsə də, 2021-ci ildə ona əlillik təyin edilməsindən imtina edilmiş və ona sosial müavinətin verilməsi dayandırılmışdır. Bu müddət ərzində isə iddiaçı ambulator kitabçadan çıxarışda da öz əksini tapdığı kimi xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci ilə qədər Quba Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsində qalaraq diaqnostik müayinələrdən keçərək müalicə olunmuş və onun xəstəliyi “əlilliyin müəyyən olunması meyarlarına” əlavə olunan cədvəldə öz əksini tapmışdır. Beləliklə, iddiaçı bildirmişdir ki, ona müavinət verilməsindən imtina əsassız v ə qanunsuz olmuş, müxtəlif bəhanələr hesabına baş vermişdir.

7. Cavabdeh tərəfindən məhkəməyə yazılı etiraz təqdim edilərək iddianın təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

8. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçı əyani müayinəyə dəvət edilərək onun əlillik vəziyyətinin cavabdeh tərəfindən qiymətləndirilməsi üçün 1 aylıq müddət təyin edilmişdir.

9. Cavabdeh tərəfindən bildirilmişdir ki, iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi üçün xx.xx.2022-ci il tarixində o, Agentlikdə mütəxəssislərin iştirakı ilə komissiyada əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. Belə ki, iddiaçının hazırkı obyektiv vəziyyətinin müa yinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Revmatizm. Revmokardit. Kombinə olunmuş aortal qüsura görə aortal qapağın protezləşməsindən sonrakı vəziyyət” diaqnozu – anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmamışdır.

10. Sumqayıt İnzibati Məhkəməsinin 24 fevral 2022-ci il tarixli, 2-1(118)-409/2022 nömrəli qərarı ilə (hakim İ.Burcayev) iddia təmin edilməmişdir.

11. Məhkəmə bildirmişdir ki, Quba rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsi tərəfindən iddiaçı müayinə olunmuş və Forma 88 saylı arayış tərtib edilərək “Tibbisosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilmişdir. Göndərilmiş reyestr məlumatları əsasında cavabdeh tərəfindən iddiaçıya əlillik dərəcəsinin verilməsindən imtina edilmişdir. Cavabdeh orqanın əlilliy in təyinindən imtinasının səbəbi olan dəqiqləşdirmə zərurətini aradan qaldırmaq üçün məhkəmə aralıq qərardadı qəbul edərək iddiaçını əyanı müayinəyə dəvət etmişdir. Məhkəmə hesab etmişdir ki, əyani müayinə nəticələrinə əsasən iddiaçıda mövcud xəstəliyin olmaması aşkar edildiyindən cavabdehin gətirdiyi imtina əsaslıdır.

12. İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat

13. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 mart 2023-cü il tarixli, 2-1(105)-17/2023 nömrəli qərarı ilə (hakimlər: F.Məmmədov /sədrlik edən və məruzəçi/, H.Babayeva və Z.Məmmədov) apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 24 fevral 2022-ci il tarixli, 2-1(118)-409/2022 nömrəli qərarının ləğv edilməsi və iş üzrə yeni qərar qəbul edilməsi qərara alınmışdır.

14. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmiş, qanunu səhv təfsir etmişdir ki, bu da məhkəmə qərarının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır və bu səbəbdən də iddiaçının apellyasiya şikayəti əsaslıdır.

15. Belə ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq iş üzrə obyektiv nəticəyə gəlinməsi üçün iddiaçının müayinə olunması və əlillik vəziyyətinin qiymətləndirilməsi üçün iş üzrə məhkəmə-tibbi ekspertizası təyin etmişdir. Ekspertiza nəticəsinə görə iddiaçının əyani müayinə zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyindən ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin maddələrini aid etmək mümkün olmamışdır.

16. Məhkəmə kollegiyası ekspertizanın hazırkı iş üzrə cavabdehin tibbi sosial ekspertinin iştirakı ilə keçirildiyini, həmçinin ekspert rəyində qərardadda qoyulan sualların tam cavablandırılmadığını nəzərə alaraq iş üzrə təkrar məhkəmə tibbi ekspertizası təyin etmişdir. Ekspertiza nəticələrinə əsasən iddiaçıda “Revmatizm: qeyri-fəal faza. Kombi nə olunmuş aortal qüsuru çatışmazlığı üstünlüyü ilə. Aorta qapağının protezləşməsi əməliyyatından sonrakı vəziyyət (xx.xx.2008-ci il). His dəstəsinin sol ayaqcığının tam blokadası. Ekstrasistolik hipertoniya İİ dərəcə” xəstəlikləri mövcuddur.

17. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, iddiaçı barəsində tərtib olunmuş göndərişdə qeyd edilən əsas diaqnoz və ağırlaşmalar qanunvericiliyə uyğun olaraq ona ikinci dərəcəli əlilliyin müddətsiz təyin edilməsinə əsas verdiyi və cavabdeh tərəfindən ona əlliliyin təyin edilməsindən imtinanın əsassız olması qənaətinə gəlmişdir.

18. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

19. Cavabdeh kassasiya şikayətində işin halları, imtina məktubunun dəlilləri təkrarlamış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçıya fasiləsiz olaraq 7 il İİ dərəcə əlillik təyin edildiyindən qanunvericiliyin tələblərinə uyğun olaraq ona müddətsiz əlilliyin təyin edilməsi mümkün deyildir.

20. Cavabdeh bildirmişdir ki, iddiaçı müayinədən keçən zaman onda əlillik təyin edilməsinə əsas olmamışdır. Məhkəmə iddiaçını iki dəfə yenidən şəxsi ekspertizaya göndərmiş, hər iki rəydə də iddiaçı barəsində əlillik təyin edilməsinə əsas olan xəstəlik mövcud olmadığı müəyyən edilmişdir. Cavabdeh bildirmişdir ki, apellyasiya məhkəməsi qanunvericiliyin t ələblərini pozaraq heç bir əsas gətirmədən bu ekspertiza rəylərini sübut qismində istifadə etməmişdir.

21. Cavabdeh qeyd etmişdir ki, məhkəmə heç bir qanuni əsas olmadan cavabdehin əlilliyin bərpası və təyini səlahiyyəti ilə bağlı əsassız qərar qəbul etmişdir. Belə ki, əlilliyin təyini və bərpası cavabdehin müstəsna səlahiyyəti olmaqla yalnız təqdim edilmiş müvafiq tibbi sənədlər əsasında və onların mötəbərliyinə şübhələr olmadıqda həyata keçirilə bilərdisə də, məhkəmə inzibati orqanın diskresion səlahiyyətlərini özünün diskresion səlahiyyətləri ilə əvəz edərək faktiki olaraq dövlət orqanının əvəzinə və hər hansı tibbi və hüquqi əsaslandırma olmadan iddiaçıya əlilliyi təyin etmişdir. Halbuki məhkəmə cavabdehin qərarını qanunsuz hesab edərsə, o zaman doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməzdi. Əlilliyin təyini və ya bərpa olunması özündə hüquqi və tibbi əsasları ehtiva edən qanunvericiliklə tənzimlənmiş prosedurlar əsasında aparıldığından bu prosedurların heç biri məhkəmə tərəfindən icra oluna bilməz. b.Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 23. “İnzibati icraat haqqında” Qanun Maddə 2.0.7. diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi; Maddə

14. Diskresion səlahiyyətlərin həyata keçirilməsi qaydası 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2. Diskresion sə lahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. 24. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir.Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əli lliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. (...)

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əl illiyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSE K 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 3.1. Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət itabiznİ“ icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir.

26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbisosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası” 1.4. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəx sin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması şirədnög) bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. 2.1. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. 2.2. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (şeb) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.3. Komissiya göndəriş ve rilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra 3 (çü) iş günü müddətindən gec olmayaraq qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. 2.8. Bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulan hallar istisna olmaqla, digər hallarda Komissiya tərəfindən göndərişin verilməsindən imtina barədə əsaslandırılmış qərar göndəriş üçün müraciət edilən gün qəbul edilir. Həmin qərardan itabiznİ“ icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər.

27. İnzibati Prosessual Məcəllə. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam fo rmada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsi nin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

29. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi mübahisəyə baxarkən maddi və prosessual hüquq normalarının tələbinə əmə l etməmişdir.

31. İşdə olan sənədlərə əsasən xx.xx.2009-cu il tarixdə iddiaçı barəsində ümumi səbəbdən ikinci dərəcə bir il müddətinə əlillik müəyyən olunması barədə qərar qəbul edilmişdir. Daha sonra iddiaçıya aid xəstəlik sənədlərinə əsasən revmatizm, revmakardit, kombinə olunmuş aortal qüsura görə aortal qapağın protezleşməsindən sonrakı vəziyyət dioqnozu qoyulmuş, xx.xx.2014-cü il tarixdə revmatizm diaqnozu ilə 1 il müddətinə, xx.xx.2015-ci il tarixdə 1 il müddətinə, xx.xx.2016-cı il tarixdə 5 il müddətinə İİ dərəcə əlillik müəyyən edilmişdir.

32. Quba Rayon Mərkəzi Xəstəxanası iddiaçı ilə bağlı cavabdehə xx.xx.2021-ci il tarixli göndərişində “X2: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ00-İ02 - Kəskin revmatik qızdırma => İ02 - Revmatik xoreya => İ02.0 - Ürəyin prosesə cəlb olunması ilə gedən revmatik xoreya; Diaqnozun mətni: İ02 Revmatik xoreya, revmatizm q/fəal mərhələ aortal qapaq protezləşməsi əməliyyatdan sonrakı vəziyyət (2008). Ürək ritminin dəqiqləşdirilməmiş pozğunluğu. Digər rubrikalarda təsnif olunan başqa xəstəliklər zamanı müşahidə edilən ürəyin digər zədələnmələr qeyd edilmiş, cavabdeh göndərişin natamam doldurulması - Səbəb: Xəstənin hazırkı vəziyyəti, ağırlıq dərəcəsi, mütəxəssis rəyləri, köməkçi diaqnostik müayinələr dəqiqləşdirilsin və ətraflı qeyd edilsin” səbəbi ilə imtina vermişdir.

33. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçı əyani müayinəyə dəvət edilərək onun əlillik vəziyyətinin cavabdeh tərəfindən qiymətləndirilməsi üçün 1 aylıq müddət təyin edilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli müraciətdə bildirmişdir ki, iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi üçün xx.xx.2022-ci il tarixdə Agentlikdə mütəxəssislərin iştirakı ilə komissiyada əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. Belə ki, iddiaçının hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Revmatizm. Revmokardit. Kombinə olunmuş aortal qüsura görə aortal qapağın protezləşməsindən sonrakı vəziyyət” diaqnozu – anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmamış, “Diaqnoz əlillik əlaməti təyin etməməsi” barədə qərar verilmişdir.

34. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 publik hüquqi şəxsinin T351/202 2 nömrəli rəyində qeyd olunmuşdur ki, İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün Quba RMX-da tərtib edilmiş 0244003AAMTN saylı göndərişlə qeyd edilən “İ02-revmatik xoreya, revmatizm qeyri-fəal mərhələ, aortal qapaq protezləşməsi əməliyyatdan sonrakı vəziyyət (2008), ürək ritminin dəqiqləşdirilməmiş pozğunluğu, digər rubrikalarda təsnif olunan başqa xəstəliklər zamanı müşahidə edilən ürəyin digər zədələnmələri” diaqnozu nəzərə alınmaqla şəxsin əyani müayinə zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyinə görə ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması m eyarlarına dair Əsasnamə”nin maddələrini aid etmək mümkün olmamışdır.

35. Apelyasiya məhkəməsi ekspertizanın hazırkı iş üzrə cavabdehin tibbi sosial ekspertinin iştirakı ilə keçirildiyini, həmçinin ekspert rəyində qərardadda qoyulan sualların tam cavablandırılmadığını nəzərə alaraq iş üzrə təkrar məhkəmə tibbi ekspertizası təyin etmişdir.

36. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 publik hüquqi şəxsinin 953 nömrəli rəyində qeyd olunmuşdur ki, vətəndaş İddiaçı adına “Akad. C.Abdullayev adına X1” tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli 5689 №-li tibbi sənədə əsasən, onda hal-hazırda “Revmatizm: qeyri-fəal faza. Kombinə olunmuş aortal qüsuru çatışmazlığı üstünlüyü ilə. Aorta qapağının protezləşməsi əməliyyatından sonrakı vəziyyət (xx.xx.2008-c i il). His dəstəsinin sol ayaqcığının tam blokadası. Ekstrasistolik hipertoniya İİ dərəcə” xəstəlikləri mövcuddur.

37. Apelyasiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı barəsində tərtib olunmuş göndərişdə qeyd edilən əsas diaqnoz və ağırlaşmalar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2.1-ci bəndinə, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 2.9.1 və 2.3-cü bəndlərinə əsasən, ikinci dərəcə əlilliyin təyin edilməsinə əsas verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.4.1-ci bəndinə əsasən, ürək ritminin süni tənzimləyicisi qoyulduğu hallarda ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09, İ11.0, İ13.0İ13.2, İ23-İ23.8, İ24-İ24.8, İ25.3-İ25.5, İ50-İ50.9, Z95.0) tibbi göstəriş olan hallarda ikinci dərəcə əlillik müddətsiz təyin edilir. Əsasnamənin 4.2-ci bəndinə əsasən, ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir.

38. A pelyasiya məhkəməsinin istinad etdiyi “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2.1-ci bəndində ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09, İ11.0, İ13-İ13.2, İ20-İ25, İ30-İ31.9, İ33) olduqda ikinci dərəcə əlillik təyin edilir, 2.4.1-ci bəndinə görə isə ürək ritminin süni tənzimləyicisi qoyulduğu hallarda ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09,İ11.0, İ13.0-İ13.2, İ23-İ23.8, İ24-İ24.8, İ25.3-İ25.5, İ50İ50.9, Z95.0) olduqda ikinci dərəcə əlillik müddətsiz təyin edilir.

39. Bundan başqa, apelyasiya məhkəməsinin istinad etdiyi Azərbaycan Respu blikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 2.3-cü bəndində ürəyin xroniki işemik xəstəliyi və s. orqanizmin funksiyalarının pozulması faizi 85-100, orqanizmin funksiyalarının pozulması müddəti müddətsiz, 2.9.1-ci bəndində mitral qapağın revmatik xəstəlikləri-İ05, aortal qapağının revmatik xəstəlikləri-İ06, üçtaylı qapağın revmatik xəstəlikləri-İ07, mitral və aorta qapaqlarının eyni zamanda zədələnmələri-İ08, ürəyin digər revmatik xəstəlikləri-İ09 və s. orqanizmin funksiyalarının pozulması faizi 65-80, orqanizmin funksiyalarının pozulması müddəti 2 il qeyd edilmişdir.

40. Quba Rayon Mərkəzi Xəstəxanasının iddiaçı ilə bağlı cavabdehə xx.xx.2021-ci il tarixli göndərişində “X2: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ00-İ02 - Kəskin revmatik qızdırma => İ02 - Revmatik xoreya => İ02.0 - Ürəyin prosesə cəlb olunması ilə gedən revmatik xoreya; Diaqnozun mətni: İ02 Revmatik xoreya, revmatizm q/fəal mərhələ aortal qapaq protezləşməsi əməliyyatdan sonrakı vəziyyət (2008). Ürək ritminin dəqiqləşdirilməmiş pozğunluğu. Digər rubrikalarda təsnif olunan başqa xəstəliklər zamanı müşahidə edilən ürəyin digər zədələnmələr qeyd edilmişdir. Cavabdeh göndərişdə qeyd edilən diaqnozun əlillik əlaməti təyin etmədiyi barədə imtina vermişdir. Ekspert rəyində “Revmatizm: qeyri-fəal faza. Kombinə olunmuş aortal qüsuru çatışmazlığı üstünlüyü ilə. Aorta qapağının protezləşməsi əməliyyatından sonrakı vəziyyət (xx.xx.2008-ci il). His dəstəsinin sol ayaqcığının tam blokadası. Ekstrasistolik hiperto niya İİ dərəcə” xəstəlikləri olduğunu bildirmiş, apelyasiya məhkəməsi isə hər iki meyarların konkret bəndlərinə istinad edərək iddianı təmin etmişdir.

41. Apelyasiya məhkəməsi iddiaçı barəsində Quba rayon Mərkəzi Xəstəxanası tərəfindən təqdim edilən göndərişdə olan diaqnozun məhz hansı əsasa görə ekspert rəyində və meyarlarda qeyd edilən xəstəliklərlə eyni xəstəlik olmasını qərarında əsaslandırmamışdır. Hazırkı halda göndərişdə olan diaqnozla ekspert rəyində göstərilən xəstəliyin eyni xəstəlik olması və həmin xəstəliyin meyarlarda olan xəstəliklə eyni olmasını məhkəmə kollegiyası əminliklə müəyyən edə bilmir.

42. İnzibati Prosessual Məcəllənin 29-1-ci maddəsinə görə inzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Pros essual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunur.

43. Mülki Prosessual Məcəllənin 97.1-ci maddəsinə görə işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər...

44. Apelyasiya instansiyası məhkəməsi iddiaçı barəsində təqdim edilən göndərişdə və ekspert rəyində qeyd edilən xəstəliyin hər iki meyarlarda olan xəstəliklə üst-üstə düşməsi, həmin xəstəliklərin əlilliyin müəyyən olunması üçün əsas ola bilməsi barədə ekspertiza təyin edilməsini müzakirə etməmişdir.

45. Apelyasiya instansiyası məhkəməsi həmçinin vaxtilə cavabdehə təqdim edilən 28 aprel 2014-cü il, 25 aprel 2015-ci il və 29 aprel 2016-cı il tarixli göndərişlərlə 9 avqust 2021-ci il tarix li göndərişdə qeyd edilən diaqnozun eyni olması, eyni olduğu halda, əvvəllər iddiaçıya əlillik təyin edildiyi halda, sonuncu göndəriş təqdim edilən zaman əlillik təyin edilməsindən imtinanın səbəbi, imtinada diaqnozun “əlillik əlaməti təyin etmir” deməsi barədə cavabdehin mövqeyi (dəlilləri) ətraflı araşdırılmamışdır.

46. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydasının 1.5.3-cü bəndinə görə əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi göndəriş verilməsi üçün əsasdır.

47. Apelyasiya instansiyası məhkəməsi iddiaçıda əvvəllər mövcud olmuş pozuntu, çatışmazlıq və xəstəliyin davam etməsi barədə də araşdırma aparmamışdır.

48. İddiaçının xəstəliyi ilə bağlı diaqnoz hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda mövcud olduğu halda, İPM-in 13-cü maddəsinə uyğun iddiaçıya yardım edilməli, dəqiqləşdirilmiş iddia tələbi olduğu halda isə həmin iddia tələbi ilə bağlı cavabdehin mövqeyi öyrənilməli, bundan sonra işin hallarından asılı olaraq qərar qəbul edilməlidir.

49. Odur ki, cavabdehin kassasiya şikayəti əsaslı olduğundan qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, əlavə araşdırmaya zərurət yarandığında n iddianın rədd olunması hissədində şikayət təmin edilməmli, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

50. Cavabdehin nümayəndəsi və vəkili şikayətində birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmiş, İnzibati Prosessual Məcəllənin 96.9-cu maddəsinə görə kasasiya məhkəməsinin belə səlahiyyəti olmadığından cavabdehin şikayətinin bu dəlili əsaslı sayıla bilməz.

51. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 mart 2023cü il tarixli, 2-1(105)-17/2023 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Şikayət birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılması hissəsində təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar