Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1676/2024 26.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri X21 üzrə Baş İdarəsinə tələbinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə qərarın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri X21 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğvi” tələbinə dai r iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-733/2024 saylı, 27 fevral 2024cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:
1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə **********966700 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı (**********) barəsində aparılmış araşdırma nəticəsində Vergi ödəyicisi İddiaçı (**********) riskli vergi ödəyicisi hesab edilmiş və onun riskli vergi ödəyiciləri siyahısına daxil edilməsini qərara almışdır. 2. “Fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamə”nin surətindən görünür ki, İddiaçı (VÖEN ******** **) xx.xx.2013-cü il tarixdə “bir pəncərə” prinsipi ilə qeydiyyata alınmışdır.
3. EBBX seriyalı 612506 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimədən görünür ki, qaimənin növü: Malların, işlərin və xidmətlərin təqdim edilməsi, təqdim edən: ********** İddiaçı Ələddin qızı, alıcı: ********** "xxxx" MMC, yekun məbləğ 21759.44 manat.
4. EBBY seriyalı 236896 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimədən görünür ki, qaimənin növü: Malların, işlərin və xidmətlərin təqdim edilməsi qaiməsi, təqdim edən: ********** İddiaçı Ələddin qızı, alıcı: ********** "xxxx" MMC, yekun məbləğ 4848.00 manat.
5. CC_SQ_0106 nömrəli 01 iyun 2022-ci il tarixli Podrat müqaviləsindən görünür ki, İddiaçı "xxxx" MMC tərəfdən təqdim olunmuş iş həcmləri və layihə cizgilərinə əsasən bu müqavilənin əlavə sazişində gö stərilən montaj, təmir və quraşdırma işlərini bu müqaviləyə uyğun yerinə yetirməyi, başa çatdırmağı və "xxxx" MMC-yə təhvil verməyi, "xxxx" MMC isə İddiaçı gördüyü işin müqabilində bu Müqavilənin əlavəsində razılaşdırılmış haqqı ödəməyi öhdəsinə götürmüşdür. 6. “Satıcı” X2 ilə “Alıcı” "xxxx" MMC arasında bağlanmış 01 iyun 2021-ci il tarixli, 6 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, “Satıcı” Alıcıya, ona məxsus beton zavodunda istehsal edilmiş hazır beton qarışığını (bundan sonra “Mal”) satır, “Alıcı” isə həmin Malları qəbul edir və razılaşdırılmış müddətlərdə Malın qiymətini ödəyir. 7. "xxxx"un xx.xx.2023-cü il tarixli 3 nömrəli Arayışdan görünür ki, “xx.xx.2022 tarixli, CC_SQ_0106 saylı, fiziki şəxs İddiaçı (VÖEN - **********) və "xxxx" MMC arasında bağlanmış xidmət müqaviləsinə əs asən fiziki şəxsə materialları müəssisəmiz təmin edir və fiziki şəxs müqavilədə qeyd edilən xidməti icra edir”.
8. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişlərindən görünür ki, X7 xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi bağlamış, əmək müqaviləsinə xx.xx.2022-ci ildə xitam verilmiş, X11 xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi bağlamış, əmək müqaviləsinə xx.xx.2023-cü ildə xitam verilmiş, X12 xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi bağlamış, əmək müqaviləsinə xx.xx.2023-cü ildə xitam verilmiş, X4 xx.xx.2022ci il tarixdə əmək müqaviləsi bağlamış, əmək müqaviləsinə xx.xx.2023-cü ildə xitam verilmiş, X8 xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi bağlamış, əmək müqaviləsinə xx.xx.2023-cü ildə xitam verilmiş, X17 xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi bağlamış, əmək müqaviləsinə xx.xx.2023-cü ildə xitam verilmiş, X3 xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi bağlamış, əmək müqaviləsinə xx.xx.2023-cü ildə xitam verilmiş, X9 xx.xx.2022ci il tarixdə əmək müqaviləsi bağlamış, əmək müqaviləsinə xx.xx.2023-cü ildə xitam verilmiş, X15 xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi bağlamış, əmək müqaviləsinə xx.xx.2023-cü ildə xitam verilmiş, X14 xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi bağlamış, əmək müqaviləsinə xx.xx.2023-cü ildə xitam verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
9. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X21 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X21 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, **********966700 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərarının ləğv edilməsi və onun adının riskli vergi ödəyiciləri siyahısından çıxarılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X21 üzrə Baş İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, sifarişçi "xxxx" MMC (VÖEN: 1********) (hal-hazırda "xxxx" MMC) ilə onun (podratçı: İddiaçı) aralarında 01 iyun 2022-ci il tarixli, CC_SQ_0106 nömrəli Podrat müqaviləsi bağlanmışdır. Qeyd olunan Müqavilə üzrə elektron qaimələrdə göstərilən xidmət lər “Podratçı” tərəfindən icra edilmişdir və “Sifarişçi” tərəfindən qeyd olunan xidmətlərin dəyəri “Podratçı”ya ödənilmişdir. Bundan sonra, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X21 üzrə Baş İdarəsi tərəfindən ona “Riskli əməliyyatların araşdırılması barədə” məktub göndərilmişdir və sözügedən məktubda qeyd edilmişdir ki, vergi ödəyicisi tərəfindən xx.xx.2022-xx.xx.2023-cü il dövr ərzində cəmi 26,3 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə satışda “Polo Resident 5 mərtəbə 1, 2, 3, 4 parking giriş pərdə betonlar, Polo Resident 7 mərtəbə örtük betonu və sair qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Vergi ödəyicisinin ticarət fəaliyyəti ilə məşğul olduğu müəyyən edilmiş, lakin təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı müəyyən edilmişdir. Bununla əlaqədar tərəfindən cavabdeh orqana xx.xx.2023-cü il tarixdə məktub yazılaraq qeyd edilmişdir ki, riskin məzmunu olaraq göstərilən eqaimələrdə qeyd olunmuş “Polo Resident 5 mərtəbə 1, 2, 3, 4 parking giriş pərdə betonlar, Polo Resident 7 mərtəbə örtük betonu və s.” məzmun etibarilə xidmətlərin göstərilməsinə (işçiliyə) istinad edir. Başqa sözlə, qeyd olunan elektron qaimələr mal satışını deyil, xidmətlərin göstərilməsini rəsmiləşdirmək üçün nəzərdə tutulmuşdur. Əlavə olaraq qeyd edilmişdir ki, xidmət göstərilən şirkət mal-materialları birbaşa özü təchiz etmiş, şirkətə hər hansı mal-material alqı-satqısı həyata keçirilməmişdir. Bundan sonra, A zərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X21 üzrə Baş İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli, **********966700 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərar qəbul edilmişdir və həmin qərarda vergi ödəyicisi İddiaçı riskli vergi ödəyicisi hesab edilməsi və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi qeyd edilmişdir. Qeyd olunan qərarın ləğv edilməsi və onun adının riskli vergi ödəyiciləri qrupundan çıxarılması ilə bağlı tərəfindən cavabdeh orqana xx.xx.2023-cü il tarixdə elektron qaydada müraciət edilmişdir. Lakin sözügedən müraciətinə indiyədək cavab verilməmişdir. Cavabdeh orqanın xx.xx.2023-cü il tarixli, **********966700 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barə də” Qərarı qanunsuz və əsassız olmaqla, eyni zamanda onun qanuni hüquqlarını kobud şəkildə pozur və onun sahibkarlıq fəaliyyəti həyata keçirməsini məhdudlaşdırır. Belə ki, cavabdeh orqan sözügedən qərarını qanunamüvafiq qaydada tam və düzgün əsaslandırılmamışdır. Eyni zamanda bildirmişdir ki, elektron qaimələrdə qeyd olunan malların (beton və s.) alqı-satqısı sifarişçi ilə digər şirkət arasında bağlanmış müqaviləyə əsasən təmin edilmişdir və həmin malların alqı-satqısının ona aidiyyəti olmamışdır. Belə ki, sifarişçi ilə digər şirkət arasında bağlanmış müqavilə əsasında alınmış mallar əsasında tərəfindən yalnız elektron qaimələrdə qeyd olunan xidmətlər (işlər) icra edilmişdir və həmin xidmətlər də elektron qaimələrdə dəqiqliklə göstərilmişdir. Göründüyü kimi, qeyd olunanlarla və Podrat mü qaviləsi üzrə aparılan əməliyyatlarla bağlı tərəfindən hər hansı qanun pozuntusuna yol verilməmişdir.
11. Cavabdeh inzibati orqan tərəfindən təqdim edilmiş iddiaya dair yazılı etirazda göstərilmişdir ki, Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə görə, riskli vergi ödəyicisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Maddədə qeyd olunan meyarları təsdiq edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) dedikdə Azərbaycan Respublikası Nazirlər Kabineti nəzərdə tutulur. AR Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” sözügedən məsələni tə nzimləyir. Həmin Meyarlar”ın 2.1.1-ci və 3.1.1-ci müddəalarına əsasən vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi hal riskli əməliyyatlar olaraq qiymətləndirilir. Belə ki, qeyd olunan məsələ üzrə İddiaçı fəaliyyəti təhlil olunmuşdur. Təhlil zamanı vergi ödəyicisi tərəfindən xx.xx.2022-xx.xx.2022-ci il dövr ərzində cəmi 26,3 min manat dəyərində təqdim edilmiş elektron qaimə-fakturalar üzrə “polo resident 5 mərtəbə 1,2,3,4 parking giriş pərdə betonlar, polo resident 7 mərtəbə örtük betonu və s.” qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə-faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. İddiaçı öz ərizəsində sahibkarlıq fəaliy yətinin yalnız bağladığı podrat müqaviləsinə əsasən xidmət göstərilməsindən ibarət olduğunu, heç vaxt mal satışı ilə məşğul olmadığını, o cümlədən e-qaimə fakturalarda qeyd edilən malların sifarişçi şirkətin özü tərəfindən təchiz edildiyini bildirərək inzibati orqanın qərarını əsassız saymışdır. İddiaçı tərəfindən təqdim edilmiş eqaimə fakturalarda “malın adı” qrafasında müvafiq olaraq “polo resident 5 mərtəbə 1,2,3,4 parking giriş pərdə betonlar, polo resident 7 mərtəbə örtük betonu” qeyd olunmuşdur. Başqa sözlə, iddiaçı yalnız xidmət sahəsində fəaliyyət göstərdiyini qeyd etsə də, bu hal təqdim edilmiş e-qaimə fakturalarla uyğunsuzluq təşkil etməkdədir. Bundan əlavə iddiaçı öz ərizəsində xx.xx.2023-cü il tarixli müraciətinin cavabsız qaldığını vurğulamışdır. Bununla əlaqədar bildiririk ki, sözügedən məktub vergi orqanı tərəfindən xx.xx.2023-cü il tarixli **********713300 nömrəli məktubla cavablandırılmışdır. Həmin məktub xx.xx.2023-cü il tarixdə saat 16:22-də vergi ödəyicisinin elektron ünvanına göndərilmiş və həmin gün saat 17:18-də iddiaçı tərəfindən oxunmuşdur. (xx.xx.2023-cü il tarixli **********713300 nömrəli məktub və yazışmalar barədə hesabat əlavə olunur). İddiaçı həmçinin öz ərizəsində sifarişçi ilə digər şirkət arasında bağlanmış müqaviləyə əsasında alınmış mallar əsasında onun tərəfindən yalnız e-qaimə fakturalarda qeyd olunan xidmətlərin icra edildiyini və podrat müqaviləsi üzrə hər hansı pozuntuya yol vermədiyini bildirmişdir. Qeyd olunanlarla əlaqədar qeyd etmək istəyirik ki, iddiaçı həqiqətən də podrat müqaviləsi üzrə fəaliyyət göstərmişdirsə, bu halda vergi orqanına dəfələrlə etdiyi müraciətlərə həmin müqavilənin surəti, e-qaimə fakturalarda qeyd olunan mallar üzrə şirkətlər arasında bağlanmış alqı-satqı müqaviləsini, o cümlədən göstərdiyi xidmətlə əlaqədar həmin malların sifarişçidən hansı sənəd əsasında təhvil alındığı barədə məlumatı vergi orqanına təqdim etməli idi. Lakin vergi ödəyicisi inzibati orqanla görüşə dəvət edildiyi halda, yuxarıda sadalanan sənədlərdən hər hansı biri sübut qismində inzibati araşdırmaya təqdim edilməmişdir. Bundan əlavə, vergi ödəyicisinin fəaliyyətinin araşdırılması müəyyən olunmuşdur ki, iddia tələbində yalnız podrat müqaviləsi üzrə tikinti xidməti göstərdiyini qeyd etməsinə baxmayaraq, ƏƏSMN-in elektron bazasından əldə olunmuş məlumata görə, iddiaçı tərəfindən hər hansı şəxslərin işlərin görülməsinə cəlb edi lməsi halına rast gəlinməmişdir. Başqa sözlə, iddiaçı xidmət sahəsində fəaliyyət göstərməsinə baxmayaraq hər hansı işçi ilə əmək müqaviləsinin bağlanması təmin edilməmişdir. Həmçinin araşdırma zamanı tikinti işlərini yerinə yetirən işçilərin hər hansı müqavilə üzrə cəlb edilməsi ilə əlaqədar sənəd, həmin işçilərə əmək haqqının hansı formada ödənilməsini təsdiqləyən iddiaçının bank hesabından çıxarış qismində sübutların təqdim edilmədiyi aşkar edilmişdir.
12. Bakı İnzibati Məhkəməsinin 28 avqust 2023-cü il tarixli, e-2-1(112)-9949/2023 nömrəli qərarı ilə (hakim A.Ə.Əhədova) iddia tələbinin təmin edilməsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X21 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, **********966700 nöm rəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərarın ləğv edilməsi və İddiaçı riskli vergi ödəyiciləri siyahısından çıxarılması vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.
13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının iddiasına görə iddiaçı podratçı olaraq sifarişçi ilə digər şirkət arasında bağlanmış müqavilə ilə alınmış mallar əsasında xidmət göstərmiş, bu zaman e-qaimə fakturalarda qeyd olunan xidmətlərin icra edildiyini bilavasitə bəyan etmişdir. İş materiallarından görünür ki, sözügedən iki ədəd eqaimə xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlidir. E-Qaimlələrin növü olaraq malların, işlərin və xidmətlərin göstərilməsi qeyd edilmiş, alıcı qismində One Construction MMC, əsas kimi xidmət olaraq göstərilmişdir. Hər iki qaimənin tər tibindən görünür ki, qaimələrin hər biri üzrə yekun məbləğ müvafiq olaraq xidmətlərin dəyəri 21759,44 manat və 4848 manat, ƏDV-yə cəlb edilən 0.00, vergi tutulan əməliyyatlardan ödənilməli ƏDV 0.00 göstərilmişdir. İddiaçının hər hansı mal idxal etdiyi və ya satın aldığı iş üzrə müəyyən olunmur. Təqdim edilmiş CC_SQ_0106 nömrəli 01 iyun 2022-ci il tarixli Podrat müqaviləsinə əsasən Podratçı” adlandırılacaq, fərdi sahibkar İddiaçı sifarişçi “Crocus Construction MMC-nin (VÖEN: **********) direktoru, X6 tərəfindən təqdim olunmuş iş həcmləri və layihə cizgilərinə əsasən montaj, təmir və quraşdırma işlərini yerinə yetirməyi öhdəsinə götürmüşdür. İddiaçı podrat müqaviləsi üzrə xidmət etdiyini, xidmət müqaviləsinə əsasən materialların sifarişçi tərəfindən ona təqdim edildiyini sübut edən sənədlər sırasında MMC ilə X2 arasında mal-materialın alınmasına dair 01 iyun 2021-ci il tarixli, 6 nömrəli Alqı-satqı müqaviləsi, eləcə də satılmış mallarla əlaqədar X2 tərəfindən təqdim edilən elektron-qaimələri məhkəməyə təqdim etmişdir. İddiaçının həmin dövr üzrə tikintitəmir xidmətləri göstərməsini həm də xx.xx.2022-ci il tarixli podrat müqaviləsi ilə yanaşı, həm müqavilə, həm də e-qaimənin tərtib edildiyi tarixdə - xx.xx.2023-cü il tarixli tikinti fəaliyyəti ilə məşğul olan fəhlə və usta vəzifələrinə cəlb edilmiş şəxslərin elektron sistem üzərindən qeydiyyatdan keçmiş 10 nəfər işçi ilə əmək müqaviləsi bağlaması bildirişləri də təsdiq edir. Göründüyü kimi iddiaçı xidmət sahəsində fəaliyyət göstərməsinə baxmayaraq onun mal-material təqdim etdiyi əsası ilə riskli vergi ödəyicisi siyahısına daxil edilmişdir. İddiaçının ticarət fəaliyyəti ilə məşğul olduğu sübut olunmadığından, podrat müqaviləsi üzrə isə xidmət göstərilməsi ilə bağlı fərdi sahibkarın təsərrüfat subyekti (obyektinin) qeydə alınması qanunla tələb olunmadığından qeyd edilən bu əsas da iddiaçının riskli vergi ödəyicisi hesab edilməsi üçün kifayət deyildir.
14. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-733/2024 saylı, 27 fevral 2024-cü il tarixli (sədrlik edən: R.Ə.Səmədov, hakimlər: X.A.Cəmilova və A.P.Oruczadə) qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnz ibati Məhkəməsinin e-2-1(112)-9949/2023 saylı, 28 avqust 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
17. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
18. Kassasiya şikayəti iddia ərizəsinə etirazın və apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
20. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 3.5. Heç bir şəxs əldə etdiyi mənf əətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. 3.7. Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 13.2. Bu Məcəllənin məqsədləri üçün aşağıdakı anlayışlar istifadə olunur:... 13.2.81. əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkar lanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar (mübahisəli dövrdə qüvvədə olan redaksiyada). 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir; Maddə 24.1. Vergi orqanları: 24.1.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməy ə;... 24.1.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Maddə 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri t əsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Maddə 175.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi, həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına ödənilməsinə bərabər tutulur. Bu zaman əvəzləşdirilən ƏDV-nin vaxtı aşağıdakı kimi müəyyənləşdirilir: 175.1.1. hesabat dövrü ərzində həyata keçirilmiş sayılan mal göndərilməsini, i ş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlar üzrə - alınmış elektron qaimə-faktura üzrə malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib ƏDV məbləğinin tam ödənildiyi vaxt; 175.11. Əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. 21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli, 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatl arın vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); 2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; 2.1.5. vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; 2.1.6. bu M eyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; 2.1.7. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; 2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə).
23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
14. Sübut etmə vəzifəsi 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzr ə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin q ərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
28. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə qərarın ləğv edilməsinin əsaslarının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
29. Bununla belə, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
30. Hazırkı işin apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, vergi orqanı iddiaçının xx.xx.2022-xx.xx.2022-ci il dövr ərzində cəmi 26,3 min manat dəyərində elektron qaimə-fakturalar təqdim etdiy ini, lakin elektron qaimə faktura üzrə iddiaçının alışında, idxalında qeyd edilən malların müəyyən edilmədiyini, iddiaçının ticarət fəaliyyəti ilə məşğul olduğu, lakin təsərrüfat subyekti (obyektinin) qeydə alınmadığı əsas gətirərək iddiaçını Meyarların 2.1.1, 3.1.1 və 2.1.3 yarımbəndlərinə əsasən riskli vergi ödəyicisi siyahısına salmışdır.
31. CC_SQ_0106 nömrəli 01 iyun 2022-ci il tarixli podrat müqaviləsindən görünür İddiaçı “Crocus Construction MMC-yə (VÖEN: **********) montaj, təmir və quraşdırma işlərini yerinə yetirməyi öhdəsinə götürmüşdür.
32. EBBX seriyalı 612506 nömrəli xx.xx.2022-ci il tarixli və EBBY seriyalı 236896 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimələrdən görünür ki, elektron qaimələrin verilməsinə əsas xidmət olmuş, xidmətin adı bölməsində qeyd olunmuş “Polo Res ident 5 mərtəbə 1,2,3,4, parking giriş pərdə betonlar, Polo Resident 7 mərtəbə örtük betonu və s.” sözləri isə malları deyil, işçiliyi ifadə etmişdir.
33. Qeyd olunan elektron qaimələr mal satışını deyil, xidmətlərin göstərilməsini rəsmiləşdirmək üçün nəzərdə tutulmuşdur. 34. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 3 nömrəli arayışı ilə də təsdiq olunur ki, xidmət müqaviləsinə əsasən İddiaçı materialları MMC təmin etmiş və fiziki şəxs müqavilədə qeyd edilən xidməti icra etmişdir.
35. X2 ilə "xxxx" MMC arasında bağlanmış 01 iyun 2021-ci il tarixli, 6 nömrəli alqısatqı müqaviləsi və EBBYseriyalı 474532 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaimə ilə təsdiq olunur ki, "xxxx" MMC malları (beton) X1 almışdır.
36. İddiaçı podrat müqaviləsi üzrə xidmət etmiş, xidmət müqaviləsinə əsasən mater iallar isə sifarişçi tərəfindən ona təqdim edilmişdir.
37. İddiaçının həmin dövr üzrə tikinti-təmir xidmətləri göstərməsini xx.xx.2022-ci il tarixli podrat müqaviləsi ilə yanaşı, xx.xx.2022-ci il tarixdə 10 nəfər işçi ilə bağlanmış əmək müqaviləsi bildirişləri də təsdiq edir.
38. Göründüyü kimi hazırkı iş materialları ilə iddiaçının hər hansı mal idxal etdiyi və ya satın aldığı müəyyən olunmur. Eyni zamanda, iddiaçının ticarət fəaliyyəti ilə məşğul olduğu sübut olunmadığından, podrat müqaviləsi üzrə isə xidmət göstərilməsi ilə bağlı fərdi sahibkarın təsərrüfat subyekti (obyektinin) qeydə alınması qanunla tələb olunmadığından bu halda iddiaçının riskli vergi ödəyicisi hesab edilməsi üçün əsas hesab edilə bilməz.
39. Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.
40. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Mübahisələndirilən məh kəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
41. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-733/2024 saylı, 27 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.