Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1677/2020 19.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRAR Açar sözlər: Müharibə veteranı adı və vəsiqəsinin verilməsi giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı, nümayəndəsi X3, vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (bundan sonra mətndə cavabdeh) qarşı müharibə veteranı adı və vəsiqəsi verilməsi tələbinə dair iş üzrə Sumqayıt Apely asiya Məhkəməsinin İnzibati kollegiyasının 2-N(N05)-205/2020 saylı, x xxxx 2020-ci il tarixli qərarından iddiaçının verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsinin Mərkəzi Arxivinin x xxx 20N9-cu il tarixli arayışında qeyd edilir ki, iddiaçı N №li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 2N3 №li əmrilə Biləcəri toplanış məntəqəsindən gəlmiş, N-ci motoatıcı taborun şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilərək xidməti vəzifəsinin icrasına başlaması barədə məlumat vardır. N №li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 2N4 №li əmrilə Zenit-raket divizionunun şəxsi heyətinin s iyahısına və bütün növ təminatlara daxil edilərək əsgəri vəzifəsinə təyin edilmiş, xx.xx.N993-cü il tarixdən hərbi hissəni özbaşına tərk etdiyinə görə Şamaxı RHK-dan çağırılmış iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş qərargah rəisinin xx.xx.N994-cü il tarixli müvafiq direktivinə əsasən N №li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 3N6 №li əmrilə xx.xx.N994-cü il tarixdən şəxsi heyətin siyahısından çıxarılaraq sənədləri Azərbaycan Respublikası Hərbi Komissarlığına göndərilmişdir. İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən x xxxx 20N9-cu il tarixli məktubla imtina etmişdir İddiaçı cavabdehə qarşı xx xxxxxxx 20N9-cu il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciə t edərək, ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, imtinanın əsas səbəbi kimi iddiaçının hərbi hissəni özbaşına tərk etməyi əsas gətirilərək imtina olunmuşdur. İddiaçı hesab edir ki, həmin imtina əsassızdır. Belə ki, o, xx.xx.N993-cü ildən 2N3 saylı əmrlə şəxsin heyət sıralarına qəbul olunmuş və xx.xx.N994-cü il tarixdə 3N6 saylı əmrlə şəxsi heyətin siyahısından çıxarılaraq ehtiyata buraxılmışdır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsinin rəisi, polkovnik-leytenant cənab X5 Hərbi Prokuroru vəzifəsini icra edən, ədliyyə polkovniki Natiq Həsənov tərəfindən ünvanlanmış məktubda qeyd olunur ki, iddiaçının barəsində Füzul i Hərbi Prokurorluğunda təqsirləndirici material və cinayət işi olmamışdır. Belə olan halda cavabdehin müvafiq komissiyasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 №-li qərarı ilə təsdiq olunmuş Əsasnaməyə əsasən iddiaçıya “Müharibə Veteranı” adının verilməsindən imtina olunması əsassızdır. “Veteranlar haqqında” xx.xx.N994-cü il tarixli Qanunun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayırlar. Həmin qanunun 7-ci maddəsinə əsasən müharibə veteranına müvafiq veteran adını və sənədlərini uyğun olaraq Azərbaycan Respublikasının Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik Nazirlikləri verir. x xxxxx 2006-ci il tarixdə “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinə edil miş dəyişikliklərə əsasən bu maddəyə aşağıdakı ikinci hissə və qeyd əlavə edilmişdir: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.” (Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2006-cı il tarixli, Fərmanı ilə belə siyahıların təsdiqi səlahiyyəti Azərbaycan Respublikasının Nazirlər Kabinetinə verilmişdir) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxx N997-ci il tarixli, 53 saylı qərarı ilə bağlı məsələlərə də dəyişiklik edilmişdir. Nəticədə Əsasnamənin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda dö yüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranı adının verilməsi ilə bağlı hissəsi aşağıdakı redaksiyada verilmişdir: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda: N988-ci il fevralın N-dən N99N-ci il oktyabrın 9-dək erməni millətçi quldur dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi bölgələrində aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə-Daxili işlər, Milli təhlükəsizlik orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, yerli icra hakimiyyəti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət yaralanma haqqında arayışlar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; N99N-ci il oktyabrın 9-dan N994-cü il may ın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara xx xxx N994-cü il tarixdən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonalarında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar yaralanmış, xəsarət və ya kontuziya almış hərbi qulluqçulara - Müdafiə, Daxili işlər, Milli təhlükəsizlik orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və NM Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yar alanma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında.” xx.xx.2007-ci il tarixdə XN şikayətinə əsasən AR Ali Məhkəməsinə MİÜMK-nın 27/09/06-cı il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair iş üzrə Konstitusiya məhkəməsinin qəbul etdiyi qərarda Konstitusiya Məhkəməsi hesab etmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdən həll olunarkən hər bir halda döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hə rbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirak tədqiq olunmalıdır. Cavabdeh iddiaya etirazında “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci bəndinə istinad edilərək qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparmış hərbi hissələrin şəxsi heyətinin siyahısında olmuş hərbi qulluqçuların döyüşlərdə iştirak etməsi faktını qəbul edir. Lakin, cavabdehin döyüş əməliyyatlarında iştirak etmiş o hərbi qulluqçulara münasi bətdə müharibə veteranı adı və vəsiqəsi verməsi öhdəliyi yaranmışdır ki, həmin şəxslər hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış olsun. İddiaçı hərbi xidmətdən ehtiyata buraxılmamışdır. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin (hakim X9, 2-N(085)-N8N3/20N9 saylı iş) x xxxxxx 20N9-cu il tarixli qərarı ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd etməsini onunla əsaslandırmışdır ki, iş materiallarında olan sənədlərdə iddiaçının N nömrəli hərbi hissənin tərkibində döyüş bölgəsində olması öz əksini tapsa da, onun tərəfindən hərbi hissədən qanuni əsaslarla tərxis olunması müəyyən olunmur. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin x xxxxxx 20N9-cu il tarixli qərarı ilə razılaşan Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati kollegiyası (hakimlər X2-məruzəçi, X4 və X7, 2-N(N05)-205/2020 saylı iş) x xxxx 2020-ci il tarixli qərarı ilə iddiaçının apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin qərarını dəyişdirilmədən saxlamışdır. İddiaçı xx xxxx 2020-ci il tarixdə qərarın surətini almış, xx xxxx 2020-ci il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi, işdə olan sübutlara əsasən iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. kasasiya şikayətinin dəlilləri: İddiaçı artilerist olmuş, Qubadlı istiqamətində gedən ağır döyüşlər zamanı şəxsi heyətin xeyli hissəsi komandiri Əlyar Əliyev də daxil olmaqla həlak olmuşdur. Hərbi hissənin qalıqları Fizuli istiqamətində geri çəkilmiş, N saylı hərbi hissəyə daxil olmuşlar, komandirlər Qiyas Babayev olmuş, Horadiz uğrunda gedən döyüşlərdə iştirak etmiş, yaxınlığında partlamış mərmi səsindən qulağı tutulmuş, ciddi xəsarət almadığından qospitala getməmişdir. (Hələ də qulaqları eşitmir, 20N0-cu ildən 2-ci qrup əlildir.) Sonra şəxsən Qiyas Babayev silahları təhvil götürərək bildirmişdir ki, evlərinizə gedin nə vaxt çağırsanız gələrsiniz. Hərbi hissənin əmr kitablarında nələr yazılıb bundan iddiaçı məlumatı olmamışdır. Müdafıə nazirliyinin arxivindən məhkəməyə təqdim olunmuş sənədlərdə iddiaçının guya hərbi hissəni özbaşına tərk etdiyi göstərilmişdir. Halbuki nə iddiaçı, nə də yoldaşlarından heç biri hərbi hissəni özbaşına tərk etməmişlər. Rəis heyətinin göstərişi tabeçilikdə olanlar üçün məcburidir. İstər bu yazılı əmr olsun, istər şifahi. İddiaçı qaçması ilə bağlı barəsində cinayət işi açılmayıb. Fizuli hərbi prokurorluğundan verilmiş arayışa görə hərbi hissəni tərk etməsi ilə bağlı prokurorluqda heç bir təqsirləndirici material olmamışdır. Hərbi hissəni özbaşına tərk etdiyinə görə şəxsi heyətin siyahısından çıxarılsın qeydləri də sonradan yazılmış qeydlərdir. “Veteranlar haqqında” Qanunun 3-cü maddəsi həm məhkəmə, həm də Müdafiə Nazirliyi tərəfindən düzgün təfsir olunmur. Həmin maddədə bu qanunun kimlərə şamil olunmaması ilə bağlı konkret göstəriş verilir. Həmin göstərişə əsasən Qarabağ müharibəsində iştirak etmiş o şəxslərə Müharibə veteranı statusu verilmir ki, həmin şəxslər hərbi hissəni özbaşına tərk etməyə, fərariliyə görə məhkum olunmuş olsun, cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilsin, amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad olunmuş olsun. tərəflərin izahatları: İddiaçının vəkili məhkəmə kollegiyasın ın iclasında kasasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etmişdir. əsaslandırma hissəsi: Cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, o, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onun iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). İddiaçının kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən N ay müddətində (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 94.N-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 9 4.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İPM-in 2.2.2-ci maddəsinə görə hazırkı iddia növü məcburetmə haqqında iddiadır. İddiaçı müharibə veteranı adı və vəsiqəsi verilməsi vəzifəsini cavabdehə həvalə edilməsini xahiş edir. İPM-in 33.N-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.N-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddiaçı N993-cü ilin avqust ayının 24-dən N994-cü ilin aprel ayınadək hərbi hissədə xidmət zamanı döyüş əməliyyatlarında iştirak etdiyini bildirib bu barədə ona müharibə veteranı adı və vəsiqəsi verilməsini arzu edir. İşdə olan sənədlərdən görünür ki, iddiaçı N saylı hərbi hissə komandirinin xx xxxxxx N993-cü il tarixli əmrilə şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmiş, x xxxxxxxx N993-cü il tarixdən hərbi hissəni özbaşına tərk etdiyinə görə N saylı hərbi hissə komandirinin xx xxxxxx N994-cü il tarixli əmrilə xx xxxxxx N994-cü il tarixdən şəxsi heyətin siyahısından çıxarılmışdır. İddiaçının işdə olan hərbi biletinin surətində də onun hərbi xidmətdən ehtiyata buraxılması barədə hər hansı məlumat mövcud olmamışdır. İddiaçının qanuni əsasla hərbi xidmətdən ehtiya ta buraxılması sübuta yetməmişdir. xx xxxxxx N99N-ci ildə qəbul edilmiş “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 3-cü maddəsinə qeyd edilir ki, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi tədris müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. İddiaçının qanunla müəyyən edilmiş qaydada Azərbaycan Resp ublikasının Silahlı Qüvvələrində hərbi xidmətdən buraxılması, qoşun hissəsinin siyahılarından çıxarılması təsdiqini tapmamışdır. “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinin ikinci hissəsində qeyd edilir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə ilə müəyyən edilmişdir. Əsasnaməyə görə müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərb i xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Qeyd:Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə g örə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Əsasnaməyə görə müharibə veteranı adının verilməsi döyüş əməliyyatları aparan hərbi hissədə hərbi xidmət keçməsi, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması aidiyyəti dövlət orqanının arayışı (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə t əqdim edildiyi halda) əsasında verildiyindən və iddiaçının ehtiyata buraxılması barədə arayış və əmr olmadığından apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. Məhkəmə kollegiyası həmçinin formalaşmış məhkəmə təcrübəsinə istinad edərək qeyd edir ki, oxşar işlər üzrə kollegiyanın 2-N(N02)-33N/2020 saylı x xxxxxx 2020-ci il tarixli və 2-N(N02)-555/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarları ilə də iddiaçıların qanuni əsaslarla hərbi xidmətdən tərxis olunması aidiyyəti dövlət orqanının arayışı və əmri ilə birgə təsdiq olunmaması səbəbi ilə onların kasasiya şikayətləri təmin edilməmişdir. Bəhs olunanlara əsasən kasasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlan ılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.N0 və 98.N-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-N(N05)-205/2020 saylı, x xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-1677/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1677/2020
19.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver