Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1677/2021 12.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərarın dəyişdirilməsi və 1-ci dərəcə əlilliyin təyin edilməsi; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Cavabdehin vəkili X1 iştirakı ilə, İddiaçı cava bdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsə qarşı “qərarın dəyişdirilməsi və 1-ci dərəcə əlilliyin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 17 may tarixli, 2-1(107)-228/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Səhiyyə müəssisəsinin İddiaçı aid 0344003AAHGK nömrəli göndərişi 2018-ci il 2 noyabr tarixdə şəxsin iştirakı olmadan qiymətləndirilərək, diaqnozu “Beyindaxili qansızma, Hemorragik gedişatlı kəskin beyin qan dövranı pozulması. Spontan subaraxnoidal mədəcikdaxili qansızma. Baş be yin ACoA-da kisəli anevrizma. Endovaskulyar cərrahi əməliyyatdan sonrakı vəziyyət. Essensial [birincili] hipertenziya, Arterial hipertenziya İİ” olmaqla “ümumi xəstəlik” səbəbi ilə 5 il müddətinə İİ dərəcə əlillik təyin edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı 2019-cu il 23 iyul tarixdə Şəki İnzibati-İqtisadi Məhkəməsinə Cavabdehna qarşı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mütəxəssislərindən ibarət xüsusi işçi qrupun 2018-ci il 25 sentyabr tarixli xəstəliyi ilə bağlı verdikləri tibbi rəyi nəzərə almaqla ona xəstəliyinə uyğun 1-ci qrup əlillik dərəcəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
3. İddiaçı iş üzrə c avabdehin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iş üzrə cavabdeh əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxs ilə dəyişdirilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin 2019-cu il 3 sentyabr tarixli məhkəmə iclas qərardadı ilə cavabdehin dəyişdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir.
4. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 2018-ci il 2 noyabr tarixli qərarın dəyişdirilməsi və ona həmin tarixdən 1-ci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmə 2020-ci il 16 noyabr tarixli məhkəmə iclas qərardadı ilə iddia tələbinin də qiqləşdirilməsi barədə ərizəni icraata qəbul etmişdir. İddiaçının əsaslandırması:
5. İddianın əsaslarına görə, iddiaçı 1963-cü il 29 noyabr tarixdə anadan olmuşdur. 2016-cı il 22 dekabr tarixdə beyindaxili qansızma xəstəliyi ilə koma vəziyyətinə düşmüş və beyin əməliyyatı keçirmişdir. Müalicədən sonra 2017-ci ilin oktyabr ayında sənədlərini cavabdeh orqana təqdim edərək, ona əlillik dərəcəsinin verilməsini xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir. İddiaçı hesab etmişdir ki, cavabdehin mütəxəssislərindən ibarət xüsusi işçi qrupun tibbi rəyinə əsasən ona 1-ci qrup əlillik dərəcəsi təyin edilməli olduğu halda, 2-ci qrup əlillik dərəcəsi təyin edilmişdir. Bu səbəblə də hazırkı tələblə iddiaçı məhkəməyə müraciət etmişdir. Cavabdehin etirazları:
6. Cavabdeh iddia tələbinə qarşı yaz ılı münasibət və etirazlar təqdim etmişdir. Cavabdeh qeyd etmişdir ki, iddiaçı tərəfindən irəli sürülən tələblər qanunsuz və əsassızdır. Belə ki, 2020-ci il 16 yanvar tarixədək qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli, 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi sosial ekspert komissiyaları haqqında Əsasnamə”yə və hazırda qüvvədə olan Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na müvafiq olaraq vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan müəyyən edilir. “Qayda”nın 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Göndəriş adsızlaşdırıldığından və qiymətləndirmə şəxsin iştirakı olmadan aparıldığından onun kimə aid olması komissiyaya məlum olmur. 7. “Tibbi-Sosial Ekspert Komissiyaları haqqında Əsasnamə”nin 4.2-ci bəndinə görə “Göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudl aşdırılması və ya itirilməsi əsaslandırılır”. 4.7-ci bəndinə görə isə “Səhiyyə müəssisələri göndərişin keyfiyyətli, vaxtında verilməsi və əsaslandırılması üçün intizam məsuliyyəti daşıyırlar."
8. Sənədlərin təhlili göstərir ki, səhiyyə müəssisəsinin İddiaçı aid 0344003AAHGK nömrəli göndərişi 2018-ci il 2 noyabr tarixdə şəxsin iştirakı olmadan qiymətləndirilərək, diaqnozu “Beyindaxili qansızma, Hemorragik gedişatlı kəskin beyin qan dövranı pozulması. Spontan subaraxnoidal mədəcikdaxili qansızma. Baş beyin ACoA-da kisəli anevrizma. Endovaskulyar cərrahi əməliyyatdan sonrakı vəziyyət. Essensial [birincili] hipertenziya, Arterial hipertenziya İİ” olmaqla “ümumi xəstəlik” səbəbi ilə 5 il müddətinə İİ dərəcə əlillik təyin edilmişdir.
9. Göndərişin “status lokalis” qrafasında qeyd edilən məlumatl ar (sağ ətrafda əzələ gücü 3 bal) hemiplegiyanı əsaslandırmır. Eləcə də, göndərişdə xəstənin kənar şəxsin yardımına ehtiyacının olması barədə qeyd aparılmamışdır. Belə ki, Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.1-ci bəndinə görə “Birinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, sosial uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna daimi ehtiyacı olsun”. İddiaçı aid göndərişin "status lokalis” bölməsində əks olunan məlum atlara (nevroloji statusa) əsaslanaraq ekspert xəstəyə İİ dərəcə əlillik təyin etmişdir. Göndərişdə diaqnoz ağırlaşması kimi sağ tərəfli hemiplegiya qeyd olunmuşdur. Həmin diaqnoz öz təsdiqini tapmır. Belə ki, xəstənin əzələ gücünün 3 balla qiymətləndirilməsinin qeyd olunması hemiplegiyaya deyil, hemiparezə uyğundur. Bu isə 1-ci dərəcə əlilliyin təyininə əsas verməmişdir.
10. İddiaçı İİ dərəcə əlilliyin təyini istiqamətində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən hər hansı qanunazidd hərəkətə və ya hərəkətsizliyə yol verilməmiş, o cümlədən “İnzibati icraat haqqında” Qanunun tələbləri pozulmamışdır. ərazi aidiyyəti üzrə icraat:
11. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 3 sentyabr tarixli, 2-1(84)1235/2019 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mütəxəssislərindən ibarət xüsusi işçi qrupunun 2018-ci il 25 sentyabr tarixli xəstəliyi ilə bağlı verdikləri tibbi rəyi nəzərə almaqla ona xəstəliyinə uyğun 1-ci qrup əlillik dərəcəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair 21(84)- 1235/2019 nömrəli inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir.
12. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin Şəki İnzibati-İqtisadi Məhkəməsinin icraatına qaytarılmasını xahiş etmişdir.
13. Şəki Apellyasiya Məhkəməsinin İnzibat i-İqtisadi Kollegiyasının 2019-cu il 23 oktyabr tarixli, 2-1(107)-578/2019 nömrəli qərardadı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 3 sentyabr tarixli qərardadı ləğv edilmiş, inzibati iş baxılması üçün Şəki İnzibati-İqtisadi Məhkəməsinə qaytarılmışdır. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
14. Şəki İnzibati Məhkəməsinin 2021-ci il 15 mart tarixli, 2-1(116)-19/2021 nömrəli qərarı ilə iddia rədd edilmişdir.
15. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçıda qeyd olunan xəstəlik olsa da, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 2.1-ci bəndinə əsasən tələb olunan əsas - kənar şəxsin yardım və ya qulluğuna daimi ehtiyacı olmasına meyarına cavab verməmişdir. İddiaçı bütün məhkəmə proseslərinə özü gəlmiş, məhkəmə iclaslarında izahatlar vermiş, işin faktiki və hüquqi tərəflərini məhkəmə ilə sərbəst formada, heç kimin yardımı və köməyi olmadan müzakirə etmişdir. Məhkəmə iclaslarında onun kənar şəxsin yardım və ya qulluğuna daimi ehtiyacının olması müəyyən edilməmişdir. Həmçinin göndərişdə diaqnoz ağırlaşması kimi sağtərəfli hemiplegiya qeyd olunub. Həmin diaqnoz öz təsdiqini tapmamışdır. Belə ki, xəstənin əzələ gücünün 3 balla qiymətləndirilməsinin qeyd olunması hemiplegiyaya deyil, hemiparezə uyğundur. Bu isə 1-ci dərəcə əlilliyin təyininə əsas verməmişdir.
16. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdi r. apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 17 may tarixli, 2-1(107)-228/2021 nömrəli qərarı ilə Şəki İnzibati Məhkəməsinin 2021-ci il 15 mart tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
19. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri
20. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, iş üzrə hər iki instansiya məhk əməsi səhv olaraq, iddiaçının kənar şəxsin yardım və ya qulluğuna daimi ehtiyacının olmaması qənaətinə gəlmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.1.8-ci bəndində qeyd olunur ki: -“ətrafların hərəkət funksiyasının və hərəkət koordinasiyasının kəskin təzahürlü pozulması (tetraplegiya, triplegiya, hemiplegiya, paraplegiya, tetraparez, triparez, nəzərə çarpan paraparez, ataksiya, intension titrəmə ilə hiperkinetik sindrom) və ya total afaziya ilə nəticələnmiş sinir sisteminin müxtəlif xəstəlikləri - bas beynin insultu. baş beynin travmatik xəstəlikləri, uşaq serebral iflici, sinir sisteminin ağır infeksion xəstəlikləri (İ60-İ66.9.G80-G80.9, S06.0-S06.9) olduqda İ dərəcə əlillik təyin edilir”. Həmin Əsasnamənin qeyd edilən 2.1.8-ci bəndindən başqa, bu əsasnamənin hər hansısa başqa bəndində, baş beyinin insultu xəstəliyi ilə bağlı hər hansı başqa bir müddəa olmamış və hər iki instansiya bu halı nəzərdən qaçırmışdır. Belə ki, qeyd edilən Əsasnamənin İİ və İİİ qrup əlillik dərəcələrinin müəyyən edilməsi üzrə müddəalarında, baş beyinin insultu xəstəliyinə dair hər hansı bir qeyd yoxdur. Deməli, qeyd edilən Əsasnaməyə əsasən, baş beyinin insultu xəstəliyi, avtomatik olaraq baş verdiyi andan İ qrup əlillik dərəcəsinin təyin edilməsi üçün əsasdır.
21. Bundan başqa, iddiaçı hər iki instansiyaya rəsmi olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 saylı Qərarını n 2.1.8ci bəndinə uyğun;- “total afaziya ilə nəticələnmiş sinir sisteminin müxtəlif xəstəlikləri – baş-beyinin insultu” xəstəliyinin, səhiyyə müəssisəsinin iş üzrə iddiaçıya aid göndərişində, "ümumi xəstəlik” deyil, “baş-beyinin insultu”(İ60-İ66.9) kimi qeyd olunmamasının araşdırılması ilə bağlı vəsatətləri əsassız olaraq təmin edilməmiş və qiymətləndirilməli olan xəstəliyin adının, Beynəlxalq Təsnifata uyqun göndərişdə düzgün qeyd edilməmişdir (G30-G32.9,G80-G80.9). İddiaçının adı yuxarıda qeyd edilən məsələnin araşdırılması ilə bağlı, hələ birinci instansiya məhkəməsinə, Şəki rayon Prokurorluğuna göndərilməklə xüsusi Qərardadın çıxarılmasına dair vəsatəti də təmin edilməmişdir.
22. Beləliklə, vətəndaş “beyindaxili qansızma”- baş beynin insultu xəstəliyi ilə xəstələnmiş, xəstəliyi ilə bağ lı sənədləri (epikriz, göndəriş və çıxarışlar), yaşadığı bölgə üzrə Tibbi-Sosial Ekspert Komissiyasına (bundan sonra mətndə - TSEK) təqdim etmişdir. TSEK xəstə vətəndaşdan, xəstəliyinə dair sənədləri qəbul etdikdən sonra, əlilliyin müəyyən edilməsi üçün, 88 saylı formanı elektron qaydada tərtib edir və həmin formanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sisteminin Tibbi Sosial Ekspertiza və X2 yükləmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sisteminin Tibbi Sosial Ekspertiza və X3 avtomatik olaraq yüklənmiş 88 saylı formanı qiymətləndirmə üçün, eyni sistemdə fəaliyyət göstərən 3 başqa-başqa rayonun TSEK-inə göndərilmişdir. 88 saylı formanı qəbul etmiş rayonların TSEK-ləri daxil olmuş sənəd üzrə qiymətləndirmə aparmaqla, cavablarını yenə də geriyə, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sisteminin Tibbi Sosial Ekspertiza və X2 yükləmişdilər. Deməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sisteminin Tibbi Sosial Ekspertiza və X3 tərəfindən başqa rayonların TSEK-lərinə göndərilmiş 88 saylı formada xəstəliyin adı (G30-G32.9,G80-G80.9) deyil, xəstəliklərin beynəlxalq təsnifatına uyğun İ60-İ66.9 kimi qeyd edilmiş olardısa, qiymətləndirməni aparan istənilən həkimin, ancaq İ qrup əlilliyin təyin edilməsindən başqa rəyi ola bilməzdi. b. məhkəmə icraatı iştirakçılarının izahatları
23. İddiaçı məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi).
24. Cavabdehin vəkili məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ
25. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla ki fayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (fak tiki halları) da nəzərə alır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyas ı məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
27. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
29. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin əsası kimi qeyd etmişdir ki, iddiaçıda qeyd olunan xəstəlik olsa da, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 2.1-ci bəndinə əsasən tələb olunan əsas - kənar şəxsin yardım və ya qulluğuna daimi ehtiyacı olmasına meyarına cavab vermir. Belə ki, iddiaçı həm birinci instansiya məhkəməsinə və həm də kollegiyanın proseslərinə özü gəlmiş, məhkəmə iclaslarında izah atlar vermiş, işin faktiki və hüquqi tərəflərini məhkəmə ilə sərbəst formada, heç kimin yardımı və köməyi olmadan müzakirə etmişdir, onun kənar şəxsin yardım və ya qulluğuna daimi ehtiyacının olması müəyyən edilməmişdir. Bundan başqa, göndərişdə diaqnoz ağırlaşması kimi sağ tərəfli hemiplegiya qeyd olunub. Həmin diaqnoz öz təsdiqini tapmır. Belə ki, xəstənin əzələ gücünün 3 balla qiymətləndirilməsinin qeyd olunması hemiplegiyaya deyil, hemiparezə uyğundur. Bu isə 1-ci dərəcə əlilliyin təyininə əsas vermir. Göndərişdə ağırlaşma kimi süst hemiplegiya, sağ tərəfli hemiplegiya G81.0 qeyd olunmuşdur ki, bu da uşaqların sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsinə dair Əsasnamənin 3.1.2ci bəndinə uyğundur (davamlı, nəzərəçarpan hərəkət pozuntular (ətrafların parezi, generalizə olunmuş hiperkinezlər, koordinasiya pozulmaları və s.) (G81-G83.9)) Əsasnamənin birinci dərəcə əlillik təyininə əsas verən xəstəliklərin sadalandığı 2-ci bəndində G81 qeyd olunmamışdır.
30. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaətini və bu qənaətlə bağlı əsaslandırmalarını İPM-in 12.1, 12.2, 58.7 və 82-ci maddələrinin tələblərinə uyğun hesab etmir.
31. Cavabdeh iddia tələbinə qarşı etirazında təsdiq edir ki, göndərişin “status lokalis” qrafasında qeyd edilən məlumatlar (sağ ətrafda əzələ gücü 3 bal) hemiplegiyanı əsaslandırmır. Eləcə də, göndərişdə xəstənin kənar şəxsin yardımına ehtiyacının olması barədə qeyd aparılmamışdır. Göndərişdə diaqnoz ağırlaşması kimi sağtərəfli hemiplegiya qeyd olunmuşdur. Həmin diaqnoz öz təsdiqini tapmır. Belə ki, xəstənin əzələ gücünün 3 ball a qiymətləndirilməsinin qeyd olunması hemiplegiyaya deyil, hemiparezə uyğundur.
32. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi qərarında özü də təsdiq edir ki, göndərişdə ağırlaşma kimi süst hemiplegiya, sağ tərəfli hemiplegiya G81.0 qeyd olunmuşdur ki, bu da uşaqların sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsinə dair “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 3.1.2-ci bəndinə uyğundur (davamlı, nəzərəçarpan hərəkət pozuntular (ətrafların parezi, generalizə olunmuş hiperkinezlər, koordinasiya pozulmaları və s.) (G81-G83.9)).
33. İstər cavabdehin etiraz və mülahizələrində göstərilənlər, istərsə də apellyasiya instansiyası məhkəməsinin qərarındakı istinadlar və əsaslandırma, – hər biri həm ayrı-ayrılıqda, həm də məcmu ha lda, - səhiyyə müəssisəsi tərəfindən verilmiş göndərişdəki məlumatların ziddiyyətli olduğunu, deməli, həmin göndərişin – onun verildiyi vaxtda qüvvədə olan “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin 4.2-ci bəndinin tələblərinə uyğun tərtib olunmadığı nəticəsinə gəlməyə əsas verir. Həmin norma tələb edir ki, göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılmalıdır.
34. Bundan əlavə, göndərişin verildiyi vaxtda qüvvədə olan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 mart tarixli 140 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nın 2.3- cü bəndinə əsasən, göndərişdə şəxsin fərdi identifikasiya nömrəsi qeyd edilməklə, onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, xəstəliklərin beynəlxalq təsnifatına uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər və ağırlaşmalar göstərilməlidir.
35. Göndərişdə yuxarıda qeyd olunan aşkar uyğunsuzluqların olduğu nəzərə alındıqda, apellyasiya instansiyası məhkəməsi cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində olan göndərişə münasibətdə “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin 4.22-ci bəndinin hansı səbəblərdən tətbiq olunmadı ğına aydınlıq gətirməli idi. Həmin bəndin tələbinə görə, göndəriş keyfiyyətsiz doldurulduqda, iradlar TSEK tərəfindən TSERAS-da xüsusi bölmədə qeyd olunur və göndəriş sistem tərəfindən geri qaytarılır. Lakin həmin normada göndərişin keyfiyyət meyarları göstərilmir. Cavabdeh isə Əsasnamənin 4.22-ci bəndinin iddiaçıya aid göndərişə münasibətdə tətbiqini zəruri hesab etməmiş, bununla da, həmin göndərişin keyfiyyət meyarına uyğunluğunu qəbul etmişdir.
36. Şəxslərin əlilliyini ilk növbədə və bilavasitə səhiyyə müəssisəsi tərəfindən təqdim olunmuş məlumatlar əsasında qiymətləndirməli olan cavabdeh, iddiaçı barədə gəldiyi nəticəni, məhz təqdim olunmuş həmin ziddiyyətli məlumatlar əsasında təsbit etmişdir. Belə ki, cavabdeh tərəfindən hər hansı əlavə inzibati araşdırma aparıldığına dair işdə məlum at yoxdur.
37. Cavabdehin qənaətinə görə, xəstənin əzələ gücünün 3 balla qiymətləndirilməsi hemiplegiyaya deyil, hemiparezə uyğundur. Belə olan halda, cavabdeh istinad və keyfiyyətli hesab etdiyi göndərişdə diaqnoz ağırlaşması kimi “sağtərəfli hemiplegiya” barədə qeydi deyil, xəstənin “əzələ gücünün 3 balla qiymətləndirilməsi” barədə qeydi daha mötəbər və əsaslı hesab etməsinin səbəblərini göstərməli idi.
38. Göndərişdə ağırlaşma kimi süst hemiplegiya, sağtərəfli hemiplegiya G81.0 qeyd olunduğuna, lakin həmin kodun “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 3.1.2-ci bəndinə uyğun gəldiyinə dair apellyasiya instansiyası məhkəməsinin qənaətinə gəldikdə, apellyasiya instansiyası məhkəməsi bu uyğunsuzluğun səbəblərini araşdırmamışdır. Apel lyasiya instansiyası məhkəməsi nəzərə almalı idi ki, ağırlaşma kimi qiymətləndirilmiş xəstəliyin kodunun göndərişdə hətta qeyri-dəqiq göstərilməsi ağırlaşma kimi qiymətləndirilən vəziyyəti özü-özlüyündə aradan qaldırmır və ya dəyişmir.
39. İddiaçının kənar şəxsin yardım və ya qulluğuna daimi ehtiyacının olmasının müəyyən edilmədiyinə dair qənaətlə bağlı apellyasiya instansiyası məhkəməsi nəzərə almalı idi ki, xəstənin kənar şəxsin yardım və ya qulluğuna daimi ehtiyacının olması məhkəmənin bilavasitə məhkəmə iclasındakı müşahidələrinə görə deyil, səlahiyyətli orqan tərəfindən tibbi-sosial göstəricilərə əsasən müəyyən edilir. Həm də, kənar şəxsin yardım və ya qulluğuna daimi ehtiyac xəstənin təkcə yerdəyişmə hərəkəti ilə məhdudlaşmır, onun bütün həyat fəaliyyətini əhatə edir (təhsilalma, üns iyyət, sosial uyğunlaşma, öz davranışına nəzarətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti).
40. Beləliklə, İPM-in 12.1, 12.2, 58.7, 82-ci maddələrinin tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmadığından apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması və istinad edilən normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir.
41. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 17 may tarixli, 21(107)-228/2021 nömrəli qərarı ləğv olunur İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Qərar qətidir.