Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1677/2022 11.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası X4 üzrə Dövlət Komitəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: dini ədəbiyyatın şəxsi istifadə üçün idxal edilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası X4 üzrə Dövlət Komitəsinə qarşı “dini ədəbiyyatın şəxsi istifadə üçün idxal edilməsinə razılıq verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1508/2 022 saylı, 18 may 2022ci il tarixli qərarından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirilmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı dini təyinatlı Səid Nursinin “Risalei Nur” külliyatına daxil olan ədəbiyyatın şəxsi istehlak məqsədi ilə ölkəyə idxal edilməsinə razılıq verilməsi üçün ərizə ilə cavabdehə müraciət etmişdir.
2. Komitənin DK-1152/A nömrəli xx.xx.2016-cı il tarixli məktubu ilə “Risalei-Nur” külliyatına daxil olan ədəbiyyatın Türkiyə Respublikasından ölkəyə idxalına icazə verilmişdir.
3. Bundan iki il sonra həmin kitablar iddiaçı tərəfindən Azərbaycan Respublikasına gətirilmiş və Azərbaycan Respublikası dövlət gömrüyündən keçərkən iddiaçıdan kitablara idxala icazə sənədi istənilmiş, iddiaçı yuxarıda adı keçən icazəni təqdim etdikdə sənədin köhnə olduğu ona bildirilmiş və kitablar aktlaşdırılaraq anbara verilmişdir.
4. İddiaçı yenidən cavabdehə yazılı müraciət etmiş, cavabdehin DK733/A nömrəli xx.xx.2018-ci il tarixli məktubu ilə birinci qərara tam zidd olaraq yeni qərar verilmişdir. Bu qərara istinadən Gömrük idarəsində iddiaçıya kitabları Türkiyə Respublikasına geri götürməyinə icazə verilmiş, ümumilikdə 519 manat pul xərcləyib təkrarən kitabları Türkiyə Respublikasına geri aparmışdır.
5. Bundan sonra iddiaçı cavabdehə dəfələrlə müraciət edərək həmin ədəbiyyatın şəxsi istifadəsi üçün Azərbaycan Respublikasına idxal edilməsinə icazə verilməsini xahiş etmişdir.
6. Cavabdehin 19 iyun 2020-ci il tarixli imtina məktubunda bildirilmişdir ki, xx.xx.2016-cı il ta rixli müraciətinizə DK-1152/A saylı, xx.xx.2016-cı il tarixli, 2018-ci ilin iyul ayında təkrar müraciətinizə isə DK-733/A saylı, xx.xx.2018-ci il tarixli məktubla X4 üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovun imzası ilə ətraflı cavab verilmişdir. Hər iki X3 ““Risalei-Nur” külliyyatına daxil olan və bənzəri ədəbiyyatların ölkəyə idxalının məqsədəuyğun olmadığı barədə məlumat verilmişdir. Həmçinin nəzərinizə çatdırılır ki, DQİDK-nın hər iki məktubu eyni məzmunludur və “Risalei-Nur” külliyyatına daxil olan və bənzəri ədəbiyyatların ölkəyə idxalına hüquqi əsas vermir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində birinci icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin üzərinə “Risalei-Nur” külliyatına daxil olan ə dəbiyyatın şəxsi istifadəsi üçün Türkiyə Respublikasından Azərbaycan Respublikasına idxal edilməsinə razılıq verilməsi vəzifəsinin qoyulması və Komitənin qanunsuz hərəkətləri nəticəsində ona dəymiş 519 manat zərərin əvəzinin cavabdehdən alınaraq ona verilməsinə xahiş etmişdir.
8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6123/2020 saylı iş 22 oktyabr 2020-ci il tarixli (hakim M.Qarayeva) qərardadı ilə iddia iddia mümkün sayılmamışdır.
9. İddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddianın mümkün hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər A.Hüseyn sədrlik edən və məruzəçi, V.Baxışova və A.Nuriyeva) 2-1(103)-1105/2021 saylı 18 mart 20 21-ci il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli qərardadı “cavabdehin üzərinə ““Risalei- Nur” külliyatına daxil olan ədəbiyyatın şəxsi istifadəsi üçün Türkiyə Respublikasından Azərbaycan Respublikasına idxal edilməsinə razılıq verilməsi vəzifəsinin qoyulması” tələbinin mümkün sayılmaması hissəsində ləğv edilmiş, həmin hissədə iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilmiş, qərardad qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. a) birinci instansiya məhkəməsində ikinci icraat
11. Bundan sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “Risalei-Nur” Külliyyatına daxil olan “Kiçik Sözler” broşurunun, Risalei-Nur Külliyyatında daxil olan “Rahmet ve Şefkat İlaçları” broşurunun, “Sözlər”, “Kastomonu lahikası”, “Şüalar”, “Barla lahikası”, “Mektubat”, “Emirdağ lahikası”, “Lemalar”, “TarihçeyiHayat”, “Asayı Musa”, “Sikkeyi-Tasdiqi Qaybi”, “Mesneviye Nuriye”, “İman ve Küfür müvazenesi”, “İşaratul-İcaz”, “Muhakemat” ədəbiyyatların iddiaçının şəxsi istifadəsi üçün Türkiyə Respublikasından Azərbaycan Respublikasına idxal edilməsinə razılıq verilməsi öhdəliyinin cavabdeh X4 üzrə Dövlət Komitəsinin üzərinə qoyulmasını xahiş etmişdir.
12. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehə dini təyinatlı “Risalei-Nur” külliyatına daxil olan ədəbiyyatın şəxsi istehlak məqsədi ilə ölkəyə idxal edilməsinə razılıq verilməsi üçün ərizə ilə müraciət etmiş, Komitənin sədr müavini Gündüz İsmayılovun DK-1152/A nömrəli xx.xx.201 6-ci il tarixli məktubu ilə “Risalei-Nur” külliyatına daxil olan ədəbiyyatın Türkiyə Respublikasından ölkəyə idxalına icazə verilmişdir. Həmin dövrdə şəxsi problemləri ilə bağlı Türkiyə Respublikasına getməyi alınmamış və səfəri iki il sonra baş tutmuş, Türkiyədən qayıdan zaman Azərbaycan Respublikası dövlət gömrüyündən keçərkən iddiaçıdan kitablara sənəd istənilmiş, iddiaçı yuxarıda adı keçən sənədi təqdim etdikdə sənədin köhnə olduğu ona bildirilmiş və kitablar aktlaşdırılaraq anbara verilmiş, iddiaçıya aktın bir nüsxəsi verilərək Tovuzdakı Baş gömrük idarəsindən ona bildirilmişdir ki, sənədin tarixi köhnə olduğu üçün məktubu yeni tarixlə almaq lazımdır. İddiaçı yenidən cavabdehə yazılı müraciət etmiş, cavabdehin DK733/A nömrəli xx.xx.2018-ci il tarixli məktubu ilə birinci qərara tam zid d olaraq yeni qərar verilmişdir. Bu qərara istinadən Gömrük idarəsində iddiaçıya kitabları Türkiyə Dövlətinə geri götürməyinə icazə verilmiş, ümumilikdə 519 manat pul xərcləyib təkrarən kitabları Türkiyə Respublikasına geri aparmışdır. Bundan sonra iddiaçı dəfələrlə cavabdehə qəbul edilən qərarların ziddiyətli olduğundan ləğv edilməsi və X2 həzrətlərinin “Risalei-Nur” küliyyatına daxil olan ədəbiyyatın şəxsi istifadəsi üçün Azərbaycan Respublikasına idxal edilməsinə icazə verilməsini xahiş etsə də, cavabdeh vəzifə səlahiyyətlərini aşaraq nə kitabların gətirilməsinə razılıq vermiş, nə də iddiaçıya dəymiş ziyanı ödəmiş, sonuncu 19 iyun 2020ci il tarixli məktubla eyni xarakterli cavab verilməklə məsuliyyətdən yayınmağa çalışmışdır. Cavabdehin bu ziddiyyətli, qanunsuz qərarları nəticəsində idd iaçı maddi olaraq 519 manat zərərə düşməklə yanaşı, mənəvi olaraq hesaba gəlməyəcək sarsıntı keçirmişdir. Cavabdehin rəsmisi bu kitabların ölkəyə gətirilməsinin hansı qanunvericilik aktı ilə qadağan olunduğunu qeyd etməmiş, sadəcə “Risalei-Nur” külliyatına daxil olan ədəbiyyatın ölkəyə gətirilməsinin məqsədəmüvafiq olmadığını göstərmişdir. Xüsusi olaraq qeyd etmək istəyir ki, Məhkəmə Ekspertizası Mərkəzinin 04 iyul 2014-cü il tarixli məhkəmə dinşünaslıq ekspertizasının ekspert rəyinə əsasən təqdim edilmiş kitablarda milli, irqi və ya dini nifrət və düşmənçiliyin salınmasına yönələn məlumatlar aşkarlanmamışdır.
13. Cavabdeh iddiaya dair etiraz ərizəsində qeyd etmişdir ki, iddiaçının tələbləri qanunvericiliyə zidd və əsassızdır. İddiaçı 01 dekabr 2016-cı ildə (Dövlət Komitəsinə daxilolma tar ixi 1152/A saylı 16 dekabr) “Risalei-Nur” külliyyatına daxil olan əsərlərin ölkəyə idxalına razılığın verilib-verilməməsi ilə bağlı Dövlət Komitəsinə müraciət etmişdir. M. Ağayevin müraciətinə X4 üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovun imzası ilə DK-1152/A saylı, 20 dekabr 2016-cı il tarixli məktubla ətraflı cavab verilmişdir. X3 “Risaləyi-nur” külliyyatına daxil olan və bənzəri ədəbiyyatların 2009-cu ildən etibarən ölkəyə idxalının məqsədəuyğun hesab edilmədiyi bildirilmişdir. Lakin iddiaçı ərizəsində qeyd etdiyi kimi üzərindən iki il keçməsinə baxmayaraq 2018-ci ildə idxalına müvafiq razılıq verilməmiş dini ədəbiyyatları ölkəyə gətirməyə cəhd etmişdir. Bu zaman Dövlət Gömrük Komitəsinin əməkdaşları tərəfindən müvafiq razılığın olmadığı üçün dini ədəbiyyat nümunələri akt laşdırılaraq saxlanca götürülmüşdür. İddiaçı bundan sonra yenidən 2018-ci ilin iyul ayında Dövlət Komitəsinə müraciət etmişdir. Onun müraciətinə DK-733/A saylı, 10 iyul 2018-ci il tarixli məktubla X4 üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovun imzası ilə cavab verilmişdir. X3 “Risalei-Nur” külliyyatına daxil olan və bənzəri ədəbiyyatların 2009-cu ildən etibarən ölkəyə idxalının məqsədəuyğun hesab edilmədiyi bildirilmişdir. Baş vermiş hadisədən iki il keçdikdən sonra vətəndaş İddiaçı 2020-ci ilin əvvəllərindən etibarən ali hakimiyyət nümayəndələrinə və müxtəlif dövlət qurumlarına şikayət ərizələri yazmağa başlamış, Dövlət Komitəsi tərəfindən 2016 və 2018-ci illərdə verilmiş qərarlar arasında ziddiyyətin olduğunu iddia etmişdir. Eyni zamanda, onun müraciətlərinə Dövlət Komitəsi t ərəfindən müvafiq cavabın verilməməsindən şikayət etmişdir. İddiaçı müraciətlərinə müvafiq cavabların verilməməsi ilə bağlı bildirilmişdir ki, onun Azərbaycan Respublikası Prezidentinə ünvanladığı xx.xx.2020-ci il tarixli və X4 üzrə Dövlət Komitəsinə daxil olan xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli və xx.xx.2020-cı il tarixli şikayət ərizələri Dövlət Komitəsində araşdırılaraq, ona DK-09P/ 65/A saylı, 06 02.2020-cı il tarixli və DK282/A saylı, xx.xx.2020 tarixli və DK-343/A saylı, xx.xx.2020-ci il tarixli məktublarla müvafiq cavab verilmişdir. İddiaçı xx.xx.2020-cı il tarixində Azərbaycan Respublikası Prezidentinə ünvanladığı şikayət ərizəsi və Azərbaycan Respublikasının Birinci vitse prezidenti Mehriban xanım Əliyevaya ünvanladığı xx.xx.2020-ci il tarixli şikayət ərizəsi də Dö vlət Komitəsində araşdırılmış və ona DK-101P saylı, 03 06.2020-ci il tarixli və DK119VP saylı, xx.xx-2020-ci il tarixli məktublarla müvafiq cavab verilmişdir. M. Ağayevin şikayət ərizəsində qeyd etdiyi məsələ ilə bağlı bir daha bildirilmişdir ki, onun 01 dekabr 2016-cı il tarixli müraciətinə DK-1152/A saylı, 20 dekabr 2016-cı il tarixli, 2018-ci ilin iyul ayında təkrar müraciətinə isə DK-733/A saylı, 10 iyul 2018-ci il tarixli məktubla X4 üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovun imzası ilə ətraflı cavab verilmişdir. Hər iki X3 “Risalei-Nur” külliyyatına daxil olan və bənzəri ədəbiyyatların ölkəyə idxalının məqsədəuyğun olmadığı bildirilmişdir. Həmçinin, qeyd edilmişdir ki, DQİDK-nın hər iki məktubu eyni məzmunludur və “Risalei-Nur” külliyyatına daxil olan və bənzəri ədəbiyya tların ölkəyə idxalına hüquqi əsas vermir. Eyni zamanda, vətəndaş İddiaçı şikayət ərizələrinə cavab almadığı iddiası ilə bağlı qeyd edilmişdir ki, məktublarda yaşayış yeri kimi göstərdiyi ünvanlar arasında uyğunsuzluq vardır. İddiaçı ərizələrdə Gəncə şəhəri, H.Z.Tağıyev küçəsi, 114 ünvanında yaşadığı qeyd edilmişdir. Lakin şəxsiyyət vəsiqəsində daimi qeydiyyatda olduğu ünvan H.Z.Tağıyev küçəsi, 119 kimi qeyd olunmuşdur. Şikayət məktubları isə ünvan 1 ünvanından göndərilmişdir. Araşdırmalar zamanı məlum olmuşdur ki, vətəndaş İddiaçı Gəncə şəhərində qeyd olunan ünvanda yaşamır. İddiaçı məxsus ******-**-** mobil nömrəsi ilə 11 iyun tarixində Dövlət Komitəsinin əməkdaşları tərəfindən əlaqə saxlanılmış və ona ünvanlanmış DK-101P saylı, xx.xx.2020-ci il tarixli və DK-343/A saylı xx.xx.2020-ci il tarixli məktublar Elektron ünvan elektron ünvanına da göndərilmişdir. Bütün bunlara baxmayaraq, vətəndaş İddiaçı 05 noyabr 2021-ci il tarixində Dövlət Komitəsinə daxıl olan eyni məzmunlu şikayət ərizəsində də yaşayış ünvanı yanlış olaraq ünvan 3ir ki, Dövlət Komitəsində dinşünaslıq ekspertizasına təqdim edilmiş hər bir kitab barədə rəy hazırlanır. Rəy əsasən iki hissədən - tədqiqi hissə və nəticədən ibarət olur. Tədqiqi hissə kitabın təsvirindən ibarətdir. Əgər hansısa dini ədəbiyyatın çapı və ya idxalı məqsədəuyğun hesab edilməsə, rəydə bunun səbəbi göstərilir. Dinşünaslıq ekspertizası zamanı bir qayda olaraq ekspertin qarşısında, “Təqdim edilən ədəbiyyatda dini nifrət və düşmənçiliyə rəvac verəcək fikirlər varmı?”, “Dinlər və məzhəblərarası münasibətlərə xələl gətirəcək fikirlər mövcudd urmu?”, “Ölkədəki mövcud dini duruma, tolerant və multikultural mühitə mənfi təsir göstərəcək fikirlərə yer verilibmi?” sualları qoyulur. Məlumat üçün bildirilmişdir ki, dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıyıcılarında), audio və video materiallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materiallarının istehsalına, idxalına, ixracına, habelə sərbəst yayılmasına Dövlət Komitəsi tərəfindən razılıq verilməsinə aşağıdakı hallarda imtina edilə bilər: - Dini etiqadın və dini həyat tərzinin zor işlətməklə və ya zor işlədəcəyi ilə hədələməklə, habelə dini, sosial ədavət və düşmənçilik yaratmaq məqsədi ilə təbliğinə yol verildikdə: - Onların istehsalı, idxalı, ixracı, habelə sərbəst yayılması insanpərvərlik prinsiplərinə zidd olan dinin (dini cərəyanın) yayılması və təbliği m əqsədi ilə həyata keçiriləcəyi ehtimal olunduqda; - İnsan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin (dini cərəyanların) yayılması və təbliği halları aşkarlandıqda; - Onların istehsalı, idxalı, ixracı, habelə sərbəst yayılması ictimai təhlükəsizliyə və ya ictimai qaydanın pozulmasına səbəb ola biləcəyi hallarda; -Dini dözümsüzlük, radikal təriqətçilik və camaatçılıq ideyaları təbliğ edildikdə; - Onların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən dini təbliğat aparılması məqsədilə idxal edildiyi aşkarlandıqda, - Ölkədəki tolerantlıq durumuna mənfi təsir göstərən, dini ekstremizmi təbliğ edən məlumatlara rast gəlindiyi təqdirdə; - Onların ölkədə dini duruma mənfi təsir göstərə biləcəyi ehtimal edildiyi digər hallarda. Bu suallardan və imtinaya səbəb k imi göstərilən hallardan da göründüyü kimi, dini təyinatlı ədəbiyyatın ekspertizasında əsas məsələ və qarşıya qoyulan məqsəd onun dinə, şəriətə uyğun olub-olmamasını müəyyən etmək deyil, hansı mövqedən yazılmasını və cəmiyyətə, ölkədəki mövcud dini duruma, dinlər və məzhəblərarası münasibətlərə necə təsir göstərməsini müəyyənləşdirməkdir. Ekspert həm də ölkədə mövcud dini ənənələri, cəmiyyətin bu və ya digər formada başqa inanc sistemlərinə olan münasibətini də nəzərə almaq məcburiyyətindədir. Azərbaycan Respublikasının Konstitusiyasının 18-ci maddəsində göstərilmişdir kı, din dövlətdən ayrıdır və bütün dini etiqadlar qanun qarşısında bərabərdir. Həmçinin, həmin maddənin ikinci bəndində insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin (dini cərəyanların) yayı lması və təbliğinin qadağan olunduğu qeyd olunmuşdur. Yəni dövlət dinə, şəriət məsələlərinə qarışmır və hansı fikrin şəriətə uyğun olub-olmadığını müəyyənləşdirmir. Amma dövlət ölkədəki dini duruma, dinlər və məzhəblərarası münasibətlərə görə məsuliyyət daşıyır. Bu baxımdan Dövlət Komitəsi üçün müəllifin ictimai mövqeyi, elmi dərəcəsi yox, fikirlərinin dini duruma, dinlər və məzhəblərarası münasibətlərə necə təsir göstərəcəyi önəmlidir. İddiaçı ölkəyə gətirmək istədiyi dini ədəbiyyatlar X1 “Risalei-Nur” külliyyatına daxil olan 14 adda kitabdır. Məlumat üçün bildirilmişdir ki, ölkədə qeyri-qanuni fəaliyyət göstərən dini qruplardan biri də Türkiyə mərkəzli “Nur camaatı”dır. Azərbaycanda “nurçuluğun Mustafa Sunqur qanadı” kimi tanınan bu qrupun əsas özəlliyi böyük İslam alimi və ustadları kim i qəbul etdikləri Səid Nursinin dini əsərlərinin mütaliəsidir. Əksər hallarda kütləvi şəkildə təşkil edilən bu mütaliələr, kütləvi dini ayinlərin icrası və başqa dini tədbirlər dini ibadət yerlərində deyil, fərdi evlərdə və ya kirayələnmiş mənzillərdə həyata keçirilir. Bu metod nur camaatının ideoloji təbliğat vasitələrindən biri hesab edilir. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 6-1 maddəsinin tələblərinə uyğun olaraq kütləvi dini ibadət, ayin və mərasimlər (dəfn, yas, iftar, kəbinkəsmə, mövlud və ehsan mərasimləri istisna olmaqla) dini ibadət yerlərində və ziyarətgahlarda keçirilməlidir. Qeyd edilənləri nəzərə alaraq “Risalei-Nur” külliyyatı adlandırılan bu əsərə daxil olan və bənzəri dini ədəbiyyatlara 2009-cu ildən sonra ölkədəki mövcud dini durum və qan unvericilikdə edilmiş dəyişikliklər, xüsusilə hüquq-mühafizə orqanlarının çoxsaylı müraciətləri nəzərə alınaraq, əsasən təriqətçiliyin (camaatçılığın) yayılmasında istifadə edildiyindən ölkəyə idxalı, yayılması və nəşri ekspertlər tərəfindən məqsədəuyğun hesab olunmamışdır. Bu cür kitabların idxalının, çapının və ya yayılmasının məqsədəuyğun hesab edilməməsi, belə demək mümkündürsə, onlara legitimlik statusunun verilməməsi anlamına gəlir. İndiki dini şəraitdə dini fikrin və rəyin düzgün istiqamətləndirilməsi və oriyentasiyası baxımından bu, hələlik effektiv vasitə kimi qiymətləndirilir. Eyni zamanda bildirilmişdir ki, bu haqda əlavə məlumat almaq istəyən şəxslər dəfələrlə Dövlət Komitəsində olmuş və onlara müvafiq izahat verilmişdir. Dövlət Komitəsi konkret məsələ ilə bağlı mövqeyini mütəm adi olaraq mətbuat vasitəsilə də ictimaiyyətin diqqətinə çatdırmışdır. KİV-də İddiaçı başqaları ilə birlikdə mənzillərdə qanunvericiliyin tələblərinə zidd olaraq ayinlərdə iştirak etməsi barədə məlumatlar mövcuddur. Bu məlumatlar arasında “Qazaxda “Nurçuluq”un təbliği ilə məşğul olan iki nəfər saxlanılıb” (xx.xx.2014, APA) və “Dini təriqəti təbliğ edənlər polis tərəfindən saxlanılmışdır” (xx.xx.2009, AZƏRTAC) başlığı ilə dərc edilən xəbərlərə diqqət etmək kifayətdir ki, İddiaçı bu fəaliyyətinin qanunaziddliyi barədə məlumatlı olmasını dəqiqləşdirək. Məlumat üçün bildirilmişdir ki, polis orqanlarının həyata keçirdiyi bu tədbirlərdə İddiaçı də iştirak etmiş və oradan 175 ədəd dini ədəbiyyat götürülmüşdür. Onların əksəriyyəti də “Risalei-Nur” külliyyatına daxildir və hər birindən bir neçə ə dəd olmuşdur. Belə çıxır ki, İddiaçı şəxsi istifadə məqsədi ilə ölkəyə gətirmək istədiyi “RisaleiNur” külliyyatına daxil olan kitabların hər birindən onlarla nüsxəsinə çoxdan sahib olmuşdur.
14. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8151/2021 saylı iş 16 dekabr 2021-ci il tarixli (hakim M.Qarayeva) qərarı ilə iddia rədd edilmişdir.
15. Birinci instansiya məhkəməsi iddianı təmin etməməsini onunla əsaslandırmışdır ki, hüquqi aktların tələblərinə əsasən cavabdehin hərəkəti qanuni və əsaslı olmuşdur. Belə ki, dini məzmunlu materialların dinşünaslıq ekspertizasının aparılmasının təmin edilməsi cavabdehin vəzifəsi olduğu üçün həmin vəzifənin icrası zamanı verilmiş ekspertiza rəyinə əsasən “Risalei-Nur” külliyyatına daxil olan və bənzəri dini ədəbiyyatların idxalına, yayılmasına və nəşrinə 2009-cu ildən sonra ölkədəki mövcud dini durum və qanunvericilikdə edilmiş dəyişikliklər nəzərə alınaraq, əsasən təriqətçiliyin (camaatçılığın) yayılmasında istifadə edildiyindən ölkəyə idxalı, yayılması və nəşri məqsədəuyğun hesab olunmamışdır. Buna görə də, cavabdeh tərəfindən diskresion səlahiyyətlər əsasında iddiaçıya həmin ədəbiyyatın şəxsi istifadə üçün ölkəyə idxal edilməsinə razılıq verilməsindən imtina edilmişdir. İşi araşdıran cavabdeh orqan icazənin verilmədiyini hansı əsaslarla izah edərək öz qərarını təfsilatlı şəkildə əsaslandırmışdır. Cavabdehin iddiaçının ölkəyə idxal etmək niyyətində olduğu on dörd kitab haqqında dinşünaslıq ekspertizasının rəyində göstərilmişdir ki, əsərlər “nur camaatı” və ya “nurcu” kimi tanınan dini qrupa aid dini ədəbiyyat nümunələridir, kitabların məzmununda milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, eləcə də dini ayrı-seçkiliyə yönələn məlumatlar və fikirlər, eləcə də dövlətin konstitusiya quruluşunun əsasları və təhlükəsizliyinin əleyhinə yönələn məlumatlar və fikirlər (konstitusiya quruluşunun dəyişdirilməsinə birbaşa və ya dolayı çağırışlar) mövcud olmasa da, “Risalei-Nur” külliyyatına daxil olan və bənzəri dini ədəbiyyatların idxalına, yayılmasına və nəşrinə 2009-cu ildən sonra ölkədəki mövcud dini durum və qanunvericilikdə edilmiş dəyişikliklər nəzərə alınaraq, əsasən təriqətçiliyin (camaatçılığın) yayılmasında istifadə edildiyindən ölkəyə idxalı, yayılması və nəşri məqsədəuyğun hesab olunmur. Cavabdeh orqan “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi ba rədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 29 may 2009-cu il tarixli 97 saylı Azərbaycan Respublikası Prezidentinin Fərmanı 2.2-ci bəndinə əsasən 22-ci maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini, Azərbaycan Respublikası Prezidentinin 20 iyul 2001-ci il tarixli 544 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının X4 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”nin 7 və 7.8 bəndlərinə əsasən dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının dinşünaslıq ekspertizasının aparılmasının təmin edilməsi vəzifəsinə uygun hərəkət etmişdir
16. İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində ikinci icraat
17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər E.Nağıyeva sədrlik edən və məruzəçi, V.Baxışova və C.Yusifov) 2-1(103)-1508/2022 saylı 18 may 2022-ci il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
18. İddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
19. İddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, cavabdeh tərəfindən bu qərarın qəbulu v ə həmin qərarın məhkəmə tərəfindən dəstəklənməsi iddiaçının dini etiqad azadlığının və mülkiyyət hüquqlarının pozuntusu ilə nəticələnmişdir. Belə ki, iddiaçı dini etiqad azadlığının tərkib hissəsi olan dini öyrənmək hüququndan reallaşdıra bilməmişdir. Məhkəmə nəzərə almamışdır ki. iddiaçı fərdi şəxsdir, həmin kitabları şəxsi istifadəsi üçün gətirir. Həmin kitabların iddiaçı tərəfindən digər şəxslər arasında paylanacağına dair heç bir sübut yoxdur və belə ehtimal cavabdeh və məhkəmə tərəfindən səsləndirilmir. Bundan başqa, iddiaçı kitabların alınmasına, dövlət gömrük orqanına və sonradan yenidən Türkiyə Respublikasına geri daşınmasına 519 manat xərc çəkmişdir. Həmin kitabları Türkiyədəki satıcıya geri qaytarmaq mümkün olmadığından iddiaçı onları tanımadığı müxtəlif şəxslərə pulsuz paylamalı olmuşdur. Beləliklə də, iddiaçıya onun mülkiyyətində olan əmlakdan istifadəyə imkan verilməmiş və sonda o, bu mülkiyyətdən ümumiyyətlə məhrum olmuşdur.
20. Nə cavabdeh, nə də məhkəmə iddiaçının şikayətinə baxarkən ölkənin beynəlxalq müqavilələr ilə öz üzərinə götürdüyü öhdəliklərin tələblərinə əhəmiyyət verməmişdirlər. Məhkəmə öz qərarında Avropa Məhkəməsinin bəzi qərarlarına formal olaraq istinad etmişdir, lakin bu qərarların hazırkı işin mahiyyətinə heç bir aidiyyatı olmamışdır. Ən əsası isə bu kitabların qadağan olunmuş ədəbiyyat siyahısına daxil olduqları barədə heç bir rəsmi qərar yoxdur və rəsmən qadağan olunmuş ədəbiyyat siyahısı ümumiyyətlə mövcud deyildir. Belə bir siyahı heç bir dövlət orqanının informasiya bazasında yoxdur. AR X4 üzrə Dövlət Komitəsindən yalnız son illərdə veri lmiş cavablarda bildirilmişdir ki, bu kitabların ölkədə kütləvi şəkildə yayılması məqsədəuyğun sayılmır. Cavabdan göründiyi kimi bu ədəbiyyatın tək-tək deyil, kütləvi yayılması məqsədəuyğun sayılmır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz ərizəsi daxil olmamışdır.. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “İnzibati icraat haqqında” Qanun Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. Maddə 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edi lir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 61 İnzibati aktın əsaslandırılması Maddə 61.1 Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Maddə 61.2 Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir.
23. İnzibati Prosessual Məcəllə a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsini n zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
25. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır. Apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməklə iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə tam və hərtərəfli araşdırma aparmadan, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları müəyyənləşdirmədən və qiymətləndirmədən yekun nəticəyə gəlmişdir.
27. Hazırkı iş üzrə iddiaçının tələbi Risalei-Nur Külliyyatına daxil olan “Kiçik Sözler” broşurunun, Risalei-Nur Külliyyatında daxil olan “Rahmet ve Şefkat İlaçları” broşurunun, “Sözlər”, “Kastomonu lahikası”, “Şüalar”, “Barla lahikası”, “Mektubat”, “Emirdağ lahikası”, “Lemalar”, “Tarihçeyi-Hayat”, “Asayı Musa”, “Sikkeyi-Tasdiqi Qaybi”, “Mesneviye Nuriye”, “İman ve Küfür müvazenesi”, “İşaratul-İcaz”, “Muhakemat” ədəbiyyatların iddiaçının şəxsi istifadəsi üçün Türkiyə Respublikasından Azərbaycan Respublikasına idxal edilməsinə razılıq verilməsi öhdəliyinin cavabdeh X4 üzrə Dövlət Komitəsinin üzərinə qoyulmasıdır.
28. Cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina edərkən, “Risaleyi-Nur” külliyyatına daxil olan və bənzəri dini ədəbiyyatların idxalına, yayılmasına və nəşrinə 2009-cu ilə qədər hər hansı bir məhdudiyyət tətbiq edilmədiyini, “Risaleyi-Nur” külliyyatına daxil olan və bənzəri dini ədəbiyyatlarda dini ekstremizmi təbliğ edən, məzhəblərarası ədavətə səbəb ola biləcək, eləcə də milli-irqi, dini ayrı-seçkilik salan məlumatlara rast gəlinməsə də, sonrakı illərdə ölkədəki mövcud dini durum və qanunvericilikdə edilmiş dəyişikliklər nəzərə alınaraq, əsasən təriqətçiliyin (camaatçılığın) yayılmasında istifadə edildiyindən 2009-cu ildən bu kitabların kütləvi şəkildə ölkəyə idxalının, yayılmasının və nəşrinın ekspertlər tərəfindən məqsədəuyğun hesab olunmadığını bildirməklə kifayətlənmişdir.
29. Halbuki, hazırki qərarın 22-ci bəndində göstərilən normaların məzmunundan görünür ki, inzibati orqanlar inzibati icraat zamanı işin düzgün həl li üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa, zəruri olduqda öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan tərəfindən maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati orqan qanunçuluq və bərabərlik prinsiplərini rəhbər tutmaqla apardığı inzibati icraatın nəticəsi olaraq qanuni inzibati akt qəbul etməli, həmin inzibati aktı icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmalıdır.
30. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqan kimi cavabdeh iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, inzibati icraatın nəticələrinə dair yazılı cavabında müraciətin təmin olunmasında n imtinanın səbəbləri əsaslandırılmaqla göstərilməli, həmçinin müraciətdə istinad edilən (yaxud, belə istinad olmasa da, inzibati orqanın özünün xidməti vəzifəsinə görə müəyyən etdiyi) digər hallara da münasibəti aydın göstərilməlidir.
31. İşə baxan apellyasiya instansiya məhkəməsi cavabdeh tərəfindən iddiaçının müraciətinə müvafiq olaraq “İnzibati icraat haqqında” Qanunun müddəalarına uyğun inzibati icraatın aparılıb-aparılmaması ilə bağlı araşdırmanı və imtinanın “İnzibati icraat haqqında” Qanunun 61.2-ci maddəsinin tələblərinə uyğun olub olmaması ilə bağlı qiymətləndirməni aparmamış, yalnız cavabdehin dəlillərinə isitnad etməkə iddia tələbini əsassız hesab etmiş, bununla da, hazırkı qərarın 23 (a) bəndində qeyd olunmuş prosessual hüquq normalarının tələblərini pozmuşdur.
32. Məhkəmə kol legiyası onu da qeyd etməyi zəruri hesab edir ki, İnzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın və ya inzibati orqanın hərəkətinin (hərəkətsizliyinin) qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. İnzibati icraatın gedişində inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadığı halda, sonradan məhkəmədən inzibati icraatı əvəz edəcək qaydada araşdırma aparıla bilməz. Bu, məhkəmənin inzibati orqanı əvəz etməsi ilə nəticələnəcəyi üçün yolverilməzdir. Çünki inzibati məhkəmə icraatı inzibati orqanlar tərəfindən aparılmış inzibati icraat üzərində nəzarəti ehtiva edir. 33 Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni işin faktiki hallarına və iddia tələbinin hüquqi əsaslarını təşkil edən hüquq normalarına uyğun hesab etmir. Kassasiya şikayətində irəli sürülmüş dəlillər apellyasiya instansiyası məhkəməsinin hazırda mübahisələndirilən qərarının ləğv olunması üçün əsasdır.
34. Odur ki, iddiaçının kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(103)-1508/2022 nömrəli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
35. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfindən iddiaçının müraciətinə müvafiq olaraq “İnzibati icraat haqqında” Qanunun müddəalarının tələblərini nəzərə alaraq Ali Məhkə mənin yuxarıda qeyd edilən hüquqi mövqeyinə uyğun qərar qəbul etməlidir.
36. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2022-ci il tarixli, 21(103)-1508/2022 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. İddiaçının kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.