Məhkəmə qərarları › İş №2-1(102)-1677/2023

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1677/2023

10.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1677/2023 10.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin mümkünsüzlüyü, şikayətin vəkil tərəfindən tərtib edilib imzalanmaması, şikayətə vəkilin orderinin əlavə edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1961-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı “cavabdeh tərəfindən ödənilən kommunal və kirayə ödənişlərinin artırılaraq 560 manat ö dənişin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 fevral 2023cü il tarixli, 2-1(105)-174/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən ona ödənilən 100 manat kirayə xərcinin, X1 ilə iddiaçı arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş 25 iyun 2021-ci il tarixli mənzillərin, evlərin (bağların) müvəqqəti istifadəyə verilməsi müqaviləsinə (kirayə müqaviləsinə) əsasən artırılaraq, yəni kirayə xərci olaraq 400 ma nat, kommunal xərclər olaraq 160 manat, cəmi 560 manat məbləğin hesablanaraq hər ay ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Sumqayıt İnzibati Məhkəməsinin (hakim Leyla Mirzəyeva) 26 oktyabr 2022-ci il tarixli, 2-1(118)-1760/2022 nömrəli qərarı ilə iddia rədd edilmişdir.

3. İddiaçı birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

4. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər Hökümə Babayeva /sədrlik edən və məruzəçi/, Fuad Məmmədov və Zahid Məmmədov) 17 fevral 2023-cü il tarixli, 2-1(105)-174/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 2-1(118)1760/2022 nömrəli qər arı qismən – iddiaçıya kommunal xərclərə görə hər ay 160 manat məbləğində ödənilməsinə dair iddianın təmin edilməməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia mümkün sayılmamışdır.

5. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər Hökümə Babayeva /sədrlik edən və məruzəçi/, Fuad Məmmədov və Zahid Məmmədov) 17 fevral 2023-cü il tarixli, 2-1(105)-174/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 2-1(118)1760/2022 nömrəli qərarı iddiaçıya yaşayış sahəsinin kirayəsi üçün 100 manat kompensasiya məbləğinin artırılaraq 400 manat məbləğində ödənilməsinə dair iddianın təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır.

6. İddiaçı apellyasiya instansiya məhkəməsinin qərarından kassasiya şik ayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılması üçün işin apellyasiya instansiyası məhkəməsinə geri qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

7. İddiaçının kassasiya şikayəti nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, şikayət vəkil tərəfindən tərtib edilib imzalanmamış, şikayətə vəkilin orderi əlavə edilməmişdir.

8. Bununla əlaqədar, məhkəmə tərəfindən verilmiş şikayət üzrə yardım edilərək nöqsanların xx.xx.2023-cü il tarixədək aradan qaldırılması iddiaçıya təklif edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

9. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

1. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tətbiqi dairəsi... 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəl lə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.... Maddə

90. Kassasiya şikayəti vermək hüququ... 90.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur.... Maddə

96. Ali Məhkəmədə icraat... 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü ə saslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir.

10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə

67. Vəkilin prosesdə məcburi iştirakı 67.1. Kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üz rə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər.... Maddə

407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər... 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. 407.4. Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

11. Bu Qərarın 9-10-cu bəndlərində qeyd edilən normaların tələbindən göründüyü kimi, kassasiya şikayəti vəkil tərəfindən tərtib edilib imzalanmalı, şikayətə vəkilin orderi əlavə edilməlidir.

12. İddiaçının kassasiya ş ikayəti inzibati prosessual qanunvericilin tələblərinə uyğun tərtib edilməmişdir. Odur ki, ona müvafiq məhkəmə bildirişi göndərilməklə kassasiya şikayətinin tərtib edilməsi ilə bağlı çatışmazlıq diqqətinə çatdırılmış, verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxılacağı barədə məlumat verilməklə, həmin tarixədək göstərilən çatışmazlığın aradan qaldırılması (vəkil tərəfindən tərtib edilib imzalanmış və vəkilin orderi əlavə edilmiş kassasiya şikayətinin təqdim edilməsi) ona təklif olunmuş, əks halda, şikayət üzrə kassasiyanın mümkün sayılmayacağı bildirilmişdir. Lakin bildirişdə qeyd olunan tarixədək həmin nöqsanlar aradan qaldırılmamışdır.

13. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda iddiaçının şikayəti üzrə kassasiya icraatı mümkün sayıla bilməz. Odur ki, şikayətin qəbulundan imtina edilməlidir.

14. Yuxarıdakılara əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: İddiaçı Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 fevral 2023cü il tarixli, 2-1(105)-174/2023 nömrəli qərarından verdiyi kassasiya şikayəti mümkün sayılmasın və kassasiya şikayətinin qəbulundan imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar