Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1677/2024 29.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı işi üzrə İş № 2-1(102)-1677/2024 (Açar sözlər: şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Miqrasiya Xidmətinə qarşı “Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2 024-cü il tarixli 2-1(107)147/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1987-ci il tarixdə Gürcüstan SSR-in Marneuli rayonunun Sadaxlı kəndində doğulmuşdur, Gürcüstan Respublikasının vətəndaşıdır.
2. Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması üçün xx.xx.2023-cü il tarixdə cavabdehə müraciət etmişdir. 3.Cavabdehin xx.xx.2023-cü il tarixli ******* nömrəli qərarı ilə iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasından imtina edilmişdir. İmtinanın səbəbi iddiaçının digər ölkə vətəndaşlığını təsdiq edən sənədlərə malik olması göstərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəmə sində icraat
4. İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli ******* saylı qərarının ləğv edilməsi və iddiaçının Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
5. İddia tələbini onunla əsaslandırılmışdır ki, iddiaçı Gürcüstan SSR-nin Marneuli rayonunun Sadaxlı kəndində anadan olmuşdur. Milliyyətcə azərbaycanlıdır. Bəzi sənədlərdə soyadı, adı və ata adı X1 qeyd edilsə də, onun əsil soyadı, adı və ata adı İddiaçıdur. Onun atası milliyyətcə azərbaycanlı X3 (bəzi sənədlərdə X4), anası isə milliyyətcə azərbaycanlı Fətəlova ( bəzi sənədlərdə Məmmədova) Göyçək Məmməd qızı adlı şəxslərdir. Anası 1988-ci ildə Ermənistan SSR-in Noyamberyan rayonunun Ləmbəli kəndindən qaçqın kimi Azərbaycana köçüb Oğuz şəhərində məskunlaşmışdır. Atası isə eyni tarixdə Gürcüstandan Azərbaycana köçmüşdür. Qeyd edilən tarixdən hal hazıradək anası Azərbaycan Respublikasında yaşamışdır. Uzun müddətdir ki, Azərbaycan Respublikasının vətəndaşıdır. İddiaçı da 1988-2001-ci illərdə anası ilə birlikdə onun ailə üzvü və övladı kimi Oğuz rayonu ərazisində yaşamışdır. 2001-ci ilədək Oğuz şəhər 2 saylı Tam orta məktəbdə təhsil almışdır. 2001-ci ildə babası Fətəlov Ələddin onu öz yaşadığı Gürcüstan Respublikasının Marneuli rayonunun Sadaxlı kəndinə aparmışdır. 2009-cu ildə yenidən Azərbaycan Respublikasına qayıtmışdır. Həmin tarixdən ailə üzvləri i lə birlikdə Oğuz rayon Calut kəndində yaşayır. Həmin ünvanda yerləşən xüsusi mülkiyyət hüququ əsasında özünə məxsus olan fərdi yaşayış evi vardır. Oğuz Rayon Aqrar İslahat Komissiyasının müvafiq qərarı ilə ona pay torpaq sahəsi də verilmişdir. Atası 1994-cü ildə vəfat etmişdir. Azərbaycanda yaşamağına baxmayaraq, dəfələrlə cavabdehə müraciət etsə də, o Azərbaycan Respublikası vətəndaşlığını ala bilməmişdir. 2009-cu ildən hal hazıradək fasiləsiz Azərbaycanda yaşayır. Hər il ona müvəqqəti yaşamaq üçün icazə vərəqəsi verilir. Müvəqqəti icazə vərəqəsi bir il müddətində ona Azərbaycanda yaşamaq imkanı verir. O, Azərbaycan vətəndaşı olmaq istəyir. Azərbaycan Respublikası vətəndaşlığını qəbul etmək üçün axırıncı dəfə xx.xx.2023-cü il tarixli müraciətinə cavabdehin xx.xx.2023-cü il tarixli ******* saylı qərarı ilə imtina edilmişdir. cavabdehin etirazı:
6. Cavabdeh iddia tələbinə dair yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının xx.xx.2023-cü il tarixli sorğusu əsasında onun vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı araşdırılma aparılmış və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 84 saylı qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi” Qaydası”nın 3.11 və 4.4-cü bəndlərinə əsasən onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə xx.xx.2023-cü il tarixdə ******* saylı qərar qəbul edilmişdir.
7. Hesab edilmişdir ki, DMX sözügedən şəxslə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki o, xx.xx.1987-ci ildə Gürcüstanın Marneuli rayonunda anadan olmuş və Gürcüstan vətəndaşlığını əldə etmişdir (Azərbaycan Respublikasında onun pasport qeydiyyatında olması barədə məlumat mövcud deyildir, bu barədə sistem üzrə məlumat etiraza əlavə olunur). 8. "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun (5.1-ci maddəsi) və Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası’nın müddəalarına əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır.
9. Göründüyü kimi, sözügedən şəxsin adıçəkilən qanunun qüvvəyə mindiyi günədək (xx.xx.1998-ci il tarixinə dək) ölkə ərazisində qeydiyyatı olmamış və bu konkret hal kimi nəzərdə tutulduğundan onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmamasına dəlalət edir. Ancaq o halda onun qeydiyyatda olmaması onun vətəndaşlığına mənsubiyyətinə səbəb ola bilər ki, o yuxarıda adıçəkilən Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan (“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək - 1998-ci il oktyabrın 7dək- Azərbaycan Respublikasının - və ya Azərbaycan SSR-in - vətəndaşlığında olubsa) və Azərbaycan Respublikasının ərazisini tərk etməyən şəxs olsun (yuxarıda adıçəkilən Qaydanın 4.3-cü bəndinə əsasən). Buna görə də şəxsə münasibətdə adıçəkilən Qaydanın 4.3-cü bəndi tətbiq edilə bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
10. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-2433/2023 nömrəli qərarı ilə iddiaçının cavabdehə qarşı “cavabdehin xx.xx.2023-cü il tarixli ******* saylı qərarının ləğv edilməsi və iddiaçının Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi təmin edilməmişdir.
11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə (Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyət) əsasən, aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar: 1) bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər, o şərtlə ki, Azərbaycan Respublikasının vətənda şı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun; 2) 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər; 3) 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar; 4) bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər. Bu maddənin birinci hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş şəxslər o halda Azərbaycan Respublikasının vətəndaşlığını əldə edirlər ki, bu qanunun qüvvəyə mindiyi gündən bir il müddətində Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmək haqqında ərizə ilə müraciət etsinlər.
12. Məhkəmə qeyd edir ki, şəxsin və təndaşlığa mənsubiyyətinin müəyyənləşdirilməsinin məqsədi vətəndaşsızlığın ixtisar edilməsidir. Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti tanınması tələb edilən iddiaçı xx.xx.1987-ci il tarixdə Gürcüstan Respublikasında doğulmuşdur və Gürcüstan Respublikasının vətəndaşıdır (hazırda da vətəndaşı olmaqda davam edir). Bunu təsdiq edən rəsmi sənədlər iş üzrə materiallara əlavə olunmuşdur. Eyni zamanda “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində nəzərdə tutulmuş halların heç biri iddiaçıya münasibətdə mövcud deyil. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh orqan haqlı olaraq hazırda Gürcüstan Respublikasının vətəndaşı olan iddiaçının Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınmasından imtina etmişdir.
13. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
14. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(107)-147/2024 nömrəli qərarı ilə Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 21(116)-2433/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
16. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri 17. “ Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsinin tələbi pozulmuşdur. Həmin maddəyə əsasən Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq bu qanuna müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər. 18.Əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respubl ikasının ərazisində daimi yaşama müddəti ona qanunvericiliklə müəyyən edilmiş qaydada daimi yaşamaq üçün icazə və ya qaçqın statusu verildiyi gündən hesablanır (bu maddənin dördüncü hissəsində nəzərdə tutulan hal istisna olmaqla). 19.Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti o halda fasiləsiz hesab edilir ki, şəxs il ərzində Azərbaycan Respublikasının ərazisini üç aydan çox olmayan müddətə tərk etmiş olsun. 20.Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətən daşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. 21.Aşağıdakı hallarda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bu maddənin birinci hissəsində göstərilən müddət nəzərə alınmadan Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilərlər: 1) şəxsin elm, texnika, mədəniyyət və ya idman sahələrində yüksək nailiyyətləri olduqda; 2) şəxs Azərbaycan Respublikası üçün xüsusi maraq kəsb etdikdə və digər müstəsna hallarda. 22.Bu hallarda əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməsinin məqsədəuyğunluğu müvafiq icra hakimiyyəti orqanı tərəfindən əsaslandırılmalıdır. 23.Şəxsin A zərbaycan Respublikasının qarşısında xüsusi xidmətləri olduqda o, bu maddənin birinci hissəsində göstərilən şərtlər nəzərə alınmadan Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər. 24.Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməsi barədə vəsatət qaldıran şəxs Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunmuş dövlət quruluşunu zorakılıqla dəyişdirməyə, Azərbaycan Respublikasının ərazi bütövlüyünü pozmağa çağırışlar edərsə, dövlət təhlükəsizliyinə, ictimai asayişin qorunmasına, əhalinin sağlamlığına və ya mənəviyyatına zərər vuran fəaliyyət göstərərsə, irqi, dini və milli müstəsnalığı təbliğ edərsə, terrorçuluq fəaliyyəti ilə əlaqəsi olarsa, vətəndaşlığa qəbul haqqında vəsatəti rədd edilir. 25.Azərbaycan Respublikası vətəndaşlığına qəbul haqqında qərar Azərb aycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 20-ci bəndinə müvafiq surətdə qəbul olunur. 26.Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməsi barədə vəsatət qaldıran şəxs tərəfindən müvafiq dövlət rüsumunun ödənilməsi məsələsi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
27. İş materiallarından da göründüyü kimi iddiaçı 1988-2001-ci illərdə anası ilə birlikdə onun ailə üzvü və övladı kimi Azərbaycan Oğuz rayonu ərazisində yaşamışdır. 2001-ci ilədək Oğuz şəhər 2 saylı Tam orta məktəbdə təhsil almışdır. 2001-ci ildə atasının atası, yəni babası Fətəlov Ələddin iddiaçını öz yaşadığı Gürcüstan Respublikasının Marneuli rayonunun Sadaxlı kəndinə aparmışdır. İddiaçı 2009-cu ildə yenidən Azərbaycan Respublikasına qayıtmışdır. Həmin tarixdən ailə üzvlə ri ilə birlikdə Oğuz rayon Calut kəndində yaşayır. Həmin ünvanda yerləşən xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olan fərdi yaşayış evi vardır. Oğuz Rayon Aqrar İslahat Komissiyasının müvafiq qərarı ilə iddiaçıya pay torpaq sahəsi də verilmişdir. Dəfələrlə cavabdehə müraciət etsə də iddiaçı Azərbaycan Respublikası vətəndaşlığını ala bilməmişəm. 2009-cu ildən hal hazıradək fasiləsiz Azərbaycanda yaşayır. Hər il iddiaçıya müvəqqəti yaşamaq üçün icazə vərəqəsi verilir. Müvəqqəti icazə vərəqəsi bir il müddətində iddiaçıya Azərbaycanda yaşamaq imkanı verir. İddiaçı Azərbaycan vətəndaşı olmaq istəyir. Azərbaycan Respublikası vətəndaşlığını qəbul etmək üçün axırıncı dəfə xx.xx.2023-cü il tarixli müraciətinə cavabdehin xx.xx.2023-cü il tarixli ******* saylı qərarı ilə imtina edilmişdir. Azərbaycan Respublikası vətəndaşlığını qəbul etmək üçün müraciətindən imtina edilməsi Azərbaycan Respublikasının vətəndaşlığı haqqında Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsinin müddəalarına tamamilə ziddir. b. kassasiya şikayətinə etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 29. “Azərbaycan Respublikası Qanunu: Respublikasının vətəndaşlığı haqqında” Maddə
5. Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyət Azərbaycan Aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar: 1) bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər, o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyy atda olsun; 2) 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər; 3) 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar; 4) bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər. Bu maddənin birinci hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş şəxslər o halda Azərbaycan Respublikasının vətəndaşlığını əldə edirlər ki, bu qanunun qüvvəyə mindiyi gündən bir il müddətində Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmək haqqında ərizə ilə müraciət etsinlər. Bu maddənin birinci hissəsinin 3-cü bəndi əsasında Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş qaçqınlar tərk etdikləri d övlətlərə qayıtmaq hüququnu itirmirlər. Həmin şəxslərə Azərbaycan Respublikasının qanunvericiliyində məcburi köçkünlər üçün nəzərdə tutulmuş güzəştlər şamil edilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası”: 1.1. Bu Qayda “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq hazı rlanmışdır və şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydasını müəyyən edir. 1.2. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müəyyənləşdirilir..... 4.4. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır.
31. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və ya lnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası m əhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ 32.Kassasiya şikayəti, həmçinin formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilir.
33. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ M ƏHKƏMƏSİNİN MÖVQEYİ
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. 35.Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
36. Şikayətin dəlillərinə mü nasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının şikayətdə istinad etdiyi müddəalar (“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsi) şəxsin Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti deyil, Azərbaycan Respublikası vətəndaşlığına qəbulu ilə bağlı münasibətləri tənzimləyir.
37. Hazırkı halda, cavabdeh iddiaçının Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti ilə bağlı müraciətinə münasibət bildirmiş, məhkəmə mübahisəsi də həmin məzmunda tələblə bağlı olmuşdur.
38. İddiaçının istinad etdiyi, onun Azərbaycan Respublikası vətəndaşlığına qəbuluna əsas verə bilən faktiki hallara gəldikdə, iddiaçının Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı tələbinin təmin edilməməsi onun Azərbaycan Res publikası vətəndaşlığına qəbuluna dair vəsatətlə müraciət etmək hüququna təsir etmir.
39. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir. 40.Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin edilmir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 21(107)-147/2024 saylı qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.