Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1678/2020 29.09.2020 ALİ MƏHKƏMƏ İddiaçı2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinə qarşı iş üzrə (Açar sözlər: əlilliyə görə pensiyanın yenidən hesablanması; sosial sığorta stajının əmək kitabçasına əsasən müəyyən olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı2 qızının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdaf iə Fondunun Abşeron rayon şöbəsinə qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(105)-196/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı2 qızı xx.xx.1979-cu il tarixində anadan olmuşdur və gözündə anadangəlmə qüsur var.
2. İddiaçıya xx.xx.2017-ci il tarixində 3-cü qrup əlilliyə görə 104,6 manat pensiya təyin edilmiş, xx.xx.2018-ci il tarixində isə iddiaçı 2-ci qrup əlil hesab edilmişdir.
3. İddiaçı2 qızı cavabdeh orqana müraciət edərək edərək xx.xx.1997-ci il tarixindən xx.xx.1997-ci il tarixinədək Bakı Xəz məmulatları fabrikində və xx.xx.2000-ci il tarixindən xx.xx.20 06-cı il tarixinədək “xxxx” ASC-də işlədiyi müddətlərin sığorta stajına daxil edilərək pensiyanın yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsini xahiş etmişdir.
4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinin 20/5795 saylı, xx.xx.2018-ci il tarixli məktubu ilə İddiaçı2 təyin edilmiş əlilliyə görə pensiyanın yenidən hesablanmasından imtina olunmuşdur
5. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçıya İİİ qrup əlilliyə görə xx.xx.2017-ci il tarixindən əmək pensiyası təyin edilmişdir. ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və s axlanılması Qaydaları”nın 4.2.7-ci maddəsinə əsasən zəruri hesab olunan hallarda sənədlərın yerində qarşılıqlı yoxlanılması həyata keçirilir. Bununla əlaqədar olaraq vətəndaşın əmək kitabçasında qeyd olunmuş xx.xx.1997-xx.xx.1997-ci il tarixlərində Bakı xəz məmulatları fabrikində və xx.xx.2000-xx.xx.2006-cı il tarixlərində “xxxx” ASC-də olan dövrün sosial sığorta stajını yoxlamaq zərurəti yaranmışdır. Lakin müəssisə fəaliyyət göstərmədiyindən və sənədləri Abşeron rayon arxivinə təhvil verilmədiyindən yoxlanılmanın aparılması mümkün olmamışdır. Bu səbəbdən həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi qanunvericiliklə mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
6. Cavabdehin imtinasını qanunsuz hesab edən iddiaçı iddia ərizəsi i lə məhkəməyə müraciət edərək xx.xx.1997-ci il tarixindən xx.xx.1997-ci il tarixinədək Bakı Xəz məmulatları fabrikində və xx.xx.2000-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək “xxxx” ASC-də işlədiyi müddətlərin sığorta stajına daxil edilərək, yaranmış fərqin hüququnun yarandığı tarixdən birdəfəyə ödənilməklə iddiaçıya təyin edilmiş əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddia ərizəsini belə əsaslandırmışdır ki, cavabdehin imtinası qanunsuzdur. Belə ki, xx.xx.1997-ci il tarixindən xx.xx.1997-ci il tarixinədək Bakı Xəz məmulatları fabrikində və xx.xx.2000-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək “xxxx” ASC-də işlədiyi müddətlər əmək kitabçasında öz əksini tapmışdır. Şəxsə əmək pensiyası təyin e dilməsi üçün də əmək kitabçası əsasdır.
8. Cavabdeh iddiaya qarşı təqdim etdiyi etirazında müraciəti ilkin olaraq təmin etməkdən imtina edərkən əsaslandığı eyni dəlillərə istinadla iddianın rədd olunmasını xahiş etmişdir
9. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-309/2019 nömrəli, xx.xx.2019cu il tarixli qərarı ilə (hakim – Z.R.Pirverdiyev) iddia tələbinin təmin edilməsi, İddiaçı2 qızının xx.xx.1997-ci il tarixindən xx.xx.1997-ci il tarixinədək Bakı Xəz məmulatları fabrikində və xx.xx.2000-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək “xxxx” ASC-də işlədiyi müddətlərin sığorta stajına daxil edilərək yaranmış fərqin hüququnun yarandığı tarixdən birdəfəyə ödənilməklə iddiaçıya təyin edilmiş əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmı şdır.
10. Məhkəmə hesab etmişdir ki, iddiaçının xx.xx.1997-xx.xx.1997-ci il tarixlərində Bakı Xəz məmulatları fabrikində və xx.xx.2000-xx.xx.2006-cı il tarixlərində “xxxx” ASC-də işləməsi əmək kitabçasının təsdiq olunmuş surəti ilə müəyyən olunur. İddiaçının sığorta stajının yoxlanılmamasının mümkün olmaması onun təqsiri hesab edilə bilməz. Belə ki, sığorta stajının yoxlanılması üçün zəruri sənədlərin saxlanılması və ya onun aidiyyatı qurumlara təhvil verilməsi qanunvericiliklə iddiaçının vəzifəsi deyil və başqa şəxsin hər hansı əməli (hərəkət və ya hərəkətsizliyi) vətəndaşın konstitusion hüquq olan sosial təminat hüququnun pozulmasına səbəb ola bilməz.
11. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddiaçının tələblərinin təmin olunmaması b arədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat
12. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)263/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi – S.İ.Bəktaşi, hakimlər – T.O.Quliyev, G.F.Tağızadə) cavabdehin apelyasiya şikayətinin qismən təmin olunaraq Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(085)309/2019 nömrəli qərarının qismən – İddiaçı2 1997-ci ilin yanvar, fevral, aprel aylarında Bakı xəz məmulatları fabrikində, 2000-ci ilin mart, aprel, may, iyun aylarında, 2001-ci ilin yanvar, aprel, oktyabr, noyabr, dekabr aylarında və 2002-ci ilin iyun ayından 2006-cı ilin iyun ayınadək “xxxx” ASC-də işlədiyi müddətlərin sığorta stajına daxil edilərə k yaranmış fərqin hüququnun yarandığı tarixdən birdəfəyə ödənilməklə iddiaçıya təyin edilmiş əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində ləğv edilməsi, iddia tələbinin həmin hissədə təmin edilməmiş, qərarın qalan hissədə dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilmişdir.
13. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının iddia etdiyi dövrlərdən 1997-ci ilin yanvar, fevral, aprel aylarında Bakı xəz məmulatları fabrikində, 2000-ci ilin mart, aprel, may, iyun aylarında, 2001-ci ilin yanvar, aprel, oktyabr, noyabr, dekabr aylarında və 2002ci ilin iyun ayından 2006-cı ilin iyun ayınadək “xxxx” ASC-də işləməsi və əmək haqqı alması, habelə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi faktı iş materialları ilə öz təsdiqini tapmır. Be lə olan halda, iddia tələbi həmin hissələrdə rədd edilməli, digər hissələrdə isə təmin edilməlidir. Odur ki, birinci instansiya məhkəməsinin qərarı göstərilən hissədə ləğv edilmiş, digər hissədə dəyişdirilmədən saxlanılmışdır.
14. İddiaçı kassasiya şikayəti verərək Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(105)-263/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarını qismən (iddianın təmin olunmaması hissəsində) ləğv edərək iddianın tam təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki icraat
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(102)-3274/2019 nömrəli qərarına görə (sədrlik edən və məruzəçi – X.S.Məmmədov, hakimlər – Z.M.Quliyev, R.S.Nəbizadə) iddi açının kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)-263/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarı iddianın rədd edilmiş hissəsində ləğv edilmiş, iş həmin hissədə təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Qanun xx.xx.2006-cı il tarixindən qüvvəyə mindiyindən yalnız xx.xx.2006-xx.xx.2006-cı il tarixləri arasındakı əmək fəaliyyətinin sosial sığorta stajına daxil edilməsinin mümkünlüyünə həmin Qanunun müddəalarından çıxış edilməklə qiymət verilə bilər. Bundan başqa, xx.xx.2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəs inin 1-7-ci hissələrinə müvafiq olaraq hesablanmalıdır. Həmin normalara görə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ümumiyyətlə tələb olunmadığından 1997-ci ildən 2002-ci ilədək iddiaçının işlədiyi dövr pensiya hesablanmasına əsasə verən ümumi iş stajına əlavə edilməlidir. 17. 2002-ci ildən xx.xx.2006-cı il tarixinədək olan dövrə münasibətdə isə məhkəmə kollegiyası qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə istinad edərək qeyd etmişdir ki, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Beləliklə, mübahisəli məsələ xx.xx.2006-cı il tarixinədək əmək fəaliyyəti ilə bağlı olduğundan, iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla və iddiaçının işlədiyi müəssisə tərəfindən təsdiqlənir. Qanunvericiliyin yuxarıda istinad olunan müddəaları isə sözügedən dövrün iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməli olduğunu təsbit edir. ç) Apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat
18. İşə təkrar baxan Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(105)-196/2020 nömrəli qərarına əsasən (sədrlik edən və məruzəçi – F.G.Zeynallı, hakimlər – H.Ç.Babayeva, F.Ə.Məmmədov) apelyasiya şikayətinin rədd edilməsi, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(085)-309/2019 nömrəli q ərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
19. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı hazırkı iddiası ilə bağlı üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilmiş, hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Cavabdeh isə iddiaçıya imtina verməkdə haqlı olmamışdır və bu barədə cavabdehin istinad etdiyi dəlillər əsassızdır. Məhkəmə kollegiyası kassasiya instansiya məhkəməsinin qeyd etdiyi qanunuvericilik normalarına istinad edərək hesab etmişdir ki, iddiaçının 1997-ci ildən 2002-ci ilədək işlədiyi dövrlə bağlı məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ümumiyyətlə tələb olunmadığından həmin dövr pensiya hesablanmasına əsas verən ümumi iş stajına daxil edilməlidir. Bundan başqa, 2002-ci ildən xx.xx.2006-cı ilə qədər olan dövrdə iddiaç ının iş stajı əmək kitabçasında göstərilmişdir və ““Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci bəndinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. xx.xx.2006-xx.xx.2006-cı il tarixləri arasındakı əmək fəaliyyətinin sosial sığorta stajına daxil edilməsinin mümkünlüyünə isə həmin “Əmək pensiyaları haqqında” Qanunun müddəalarından çıxış edilməklə qiymət verilir.
20. Məhkəmə qərarını cavabdeh xx.xx.2020-ci il tarixində almışdır.
21. Məhkəmə qərarı iddiaçıya göndərilmiş, lakin zərfin üzərində “bü ünvanda yaşamır” qeydi ilə poçt tərəfindən geri qaytarılmışdır.
22. Cavabdehin həmin qərardan xx.xx.2020-ci il tarixində kassasiya şikayəti verərək Sumqayıt Apelyasiya Məhəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(105)196/2020 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
23. Cavabdehin kassasiya şikayətinin dəlillərinə görə apelyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmədiyindən, qərar ləğv edilməli və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməlidir.
24. Belə k i, Sumqayıt Apelyasiya Məhkəməsinin sorğusu əsasında iş materiallarına əlavə edilmiş “xxxx” ASC-nin xx.xx.2019-cu il tarixli arayışına görə iddiaçı 1997-ci ildə əmək kitabçasında qeyd edildiyi 5 ay əvəzinə 3 ay, 2000-2006-cı il tarixlərində qeyd edilmiş 6 il 3 ay əvəzinə 1 il 5 ay, ümumilikdə 1 il 8 ay işləmişdir. 25. “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə görə isə əlilliyə görə əmək pensiyası 1-ci qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. 2-ci və 3-cü qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstə rilən sığorta stajı olduqda təyin edilir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
27. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
28. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iddiaçıya təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərda rlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 29. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin səkkizinci hissəsi ilə tənzimləmişdir. Həmin maddəyə görə, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla x xxxxxx 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. x xxxxxx 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. 30. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir.
31. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinat ı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.
33. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barə də qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. 34. “Əmək pensiyaları haqqında” Qanunun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. 35. ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaların”nın 3.1. 1-ci bəndinə əsasən isə Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. 36. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” xx xxxx 2018-ci il tarixli Qanunun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. 37. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta y etirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
38. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
39. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayəti n təmin edilməməsi barədə qərar qəbul edir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
40. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
41. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
42. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
43. Cavabdehin kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçının sığorta stajı kimi nəzərə alınmasını tələb etdiyi müvafiq dövrlərdə işləməsi yoxlanıla bilmədiyindən pensiya hesablamasında nəzərə alına bilməz.
44. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərarın 28-ci bəndində göstərilən normanın məzmunundan göründüyü kimi, iddiaçının 1997-ci ildən 2002-ci ilədək işlədiyi dövr pensiya hesablanmasına əsas verən ümumi iş stajına daxil edilməlidir. Belə ki, bu zaman həmin dövrlə bağlı məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ümumiyyətlə tələb olunmur.
45. İddiaçının 2002-ci ildən xx.xx.2006-cı ilədək işlədiyi dövrə münasibətdə də apelyasiya instansiya məhkəm əsi haqlı olaraq hazırkı qərarın 29-31-ci bəndlərində göstərilən normalarına istinad etmişdir. Həmin normalardan göründüyü kimi, sözügedən iş dövrünə münasibətdə iş stajını təsdiq edən sənəd əmək kitabçası hesab olunur.
46. İşin müəyyən edilən hallarından göründüyü kimi, iddiaçının əmək kitabçasında onun 2002-ci ildən xx.xx.2006-cı ilədək “xxxx” ASC-də işləməsi qeyd olunmuşdur. Beləliklə, iddiaçının xx.xx.1997-ci ildən xx.xx.1997-ci ilədək Bakı Xəz məmulatları fabrikində, xx.xx.2000-ci ildən xx.xx.2006-cı ilədək “xxxx” ASC-də işləməsi qanunvericiliyin tələblərinə uyğun formada təsdiq olunur.
47. Buna baxmayaraq cavabdeh imtinanın əsası kimi əmək kitabçasında göstərilən iş illərinin yoxlanılmasının mümkün olmadığını göstərmiş, bununla da inzibati icraatla bağlı hazırkı qərarın–cı bəndində g östərilən normaların tələblərini pozmuşdur. Belə ki, həmin normaların tələblərindən göründüyü kimi, fiziki şəxslərə məxsus sənədlərin həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur və həmin sənədlərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
48. Bundan başqa, Hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi i ddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı bunun əksini sübut edə bilməmişdir.
49. Qeyd edilənlərə əsasən, Ali Məhkəmə Kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl etmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq edərək qanuni və ədalətli qərar qəbul etmişdir.
50. Odur ki, cavabdehin kassasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
51. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsini rə hbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(105)-196/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.