Məhkəmə qərarları › İş №2-1(102)-1678/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1678/2023

02.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1678/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin 1 saylı Regional Ərazi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşa görə əmək pensiyasının yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 02.08.2023 hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin 1 saylı Regional Ərazi Filialına q arşı “yaşa görə əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-124/2023 nömrəli, 1 mart 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin 1 saylı regional ərazi filialına xx.xx.2021-ci il tarixli ərizə ilə müraciət edərək ona təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir.

2. Cavabdeh xx.xx.2021-ci il tarixli, **********4 saylı məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, idd iaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xx.xx.2015-ci il tarixdən yaşa görə əmək pensiyası təyin olunmuşdur. Pensiya məbləğinin hesablanması zamanı xx.xx.2006-cı il tarixdən xx.xx.2015-ci il tarixədək olan 20460.96 manat pensiya kapitalı nəzərə alınmışdır. Həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən kapitalın 50 faizi hesablanmada nəzərə alınırdı və xx.xx.2015-ci il tarixdən sonrakı inflyasiya faizləri hal-hazırda bazada olan kapitala əlavə olunmuşdur. xx.xx.2015-ci il arxivdən sonra toplanılan 15855.08 manat pensiya kapitalı əsasında xx.xx.2021-ci il tarixli ərizəsi ilə pensiya məbləği xx.xx.2021-ci il tarixdən 220.21 manat artırılaraq 672.25 manata çatdırılmışdır.

3. Daha sonra iddiaçı yenidən eyni tələblə xx.xx.2021-ci il tarixində cavabd ehə müraciət etmiş, cavabdehin xx.xx.2021-ci il tarixli, **********1 saylı məktubu ilə müraciətə eyni məzmunda imtina cavabı verilərək bildirilmişdir ki, xx.xx.2015-ci il tarixdən sonrakı inflyasiya faizləri hal-hazırda bazada olan kapitala əlavə olunmuşdur. Bu səbəbdən, həmin kapitalı hazırkı dövrə indeksləşdirdikdə 49436.85 manata çatır. xx.xx.2015-ci il tarixdən sonra toplanılan 16297.92 manat pensiya kapitalı əsasında xx.xx.2021-ci il tarixli ərizəsi ilə pensiya məbləği xx.xx.2021-ci il tarixdən 226.36 manat artırılaraq 729.94 manata çatdırılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pensiyasının yenidən hesablanması ilə əlaqədar tələb etdiyi açıqlamalar və izahlı hesabl amaların ona rəsmi qaydada verilməsi və pensiya təyin olunan günədək qazanılmış pensiya kapitalının tam məbləğdə hesablamaya daxil etməklə pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir.

5. Daha sonra iddiaçı tələbini dəqiqləşdirərək xx.xx.2021-ci il tarixdən etibarən yaşa görə pensiyasının aylıq məbləğinin 1272,20 manat müəyyən edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2015-ci il tarixdən ona yaşa görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 37.3.1-ci maddəsinə əsasən pensiyasının yenidən hesablanması üçün cavabdehə müraciət etmişdir. xx.xx.2021-ci il tarixində e.sosial.az saytında yeni təyin edilmiş p ensiya məbləği ilə maraqlandıqda cəmi 672.25 manat hesablandığını görmüş və məbləğ az olduğundan cavabdehə bir neçə dəfə ardıcıl müraciətlər etmişdir. Lakin müraciətlərinə müsbət cavab verilməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X3 şəxsinin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi filialının xx.xx.2021-ci il tarixli **********7 nömrəli məktubuna əsasən xx.xx.2021-ci il tarixdə onun fərdi hesabında 75802,89 manat pensiya kapitalı var. Cavabdehin xx.xx.2021-ci il tarixli **********7 nömrəli məktubuna əsasən iddiaçı 2015- ci ildə ilk dəfə pensiyaya çıxdığı zaman pensiya məbləğinin hesablanmasında 20460.96 manat pensiya kapitalı nəzərə alınmışdır. Qeyd olunmuş məbləğləri nəzərə aldıqda iddiaçının fərdi hesabında xx.xx. 2021-ci il tarixdə istifadə olunmamış 55341,93 (75802,89 – 20460,96) manat məbləğində sərbəst vəsait (pensiya yenidən hesablanan zaman nəzərə alınmalı məbləğ) mövcuddur. “Əmək pensiyaları haqqında” Qanunun 10.2-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/T burada: SH yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. Burada PSK= 55341,93 manat; T = 72 ay; SH = 55341,93: 72 = 768,63 m an. Hesablamadan göründüyü kimi, xx.xx.2021-ci il tarixdə onun pensiyası yenidən hesablanan zaman həmin tarixə mövcud olan pensiyanın: 503,57 manatın üzərinə 768,63 manat əlavə olunmalı idi və aylıq pensiyası 1272,20 manat təyin edilməli idi.

7. Dövlət Sosial Müdafiə Fondu xx.xx.2021-ci il tarixli **********0 nömrəli məktubla Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialına bildirmişdir ki, “İddiaçı pensiya təyin edilən zaman 01 yanvar 2006-cı il tarixdən sonra fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalının tam məbləğdə nəzərə alınmadığı müəyyən edilib. Qeyd olunanları nəzərə alaraq iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına əsasən onun pensiyasının yenidən hesablanması sizə tapşırılır....”. Azərba ycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Pensiya siyasəti və fərdi uçota nəzarət şöbəsinin xx.xx.2021-ci il tarixdə elektron müraciətinə verdiyi cavabda da bildirilir ki,... Nazirlik tərəfindən avtomatlaşdırılmış qaydada fərdi hesabların sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalı məbləğlərinin hər il istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq indeksləşdirilərək artırılması təmin edilir və bu hesabat ayrıca aparılmamaqdadır. Birinci instansiya məhkəməsində icraat zamanı alınmış ekspert rəyi ilə ekspert qarşısında qoyulmuş 10 sualdan yalnız birinə cavab verilmişdir. Qeyd olunanlara əsasən hesab edir ki, ona xx.xx.2021-ci il tarixdən 1272,20 manat məbləğində yaşa görə əmək pensiyası təyin olunmalıdır.

8. Cavabdeh iddia tələ binə yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, iddiaçının hal-hazıradək işlədiyini nəzərə alaraq ona xx.xx.2015-ci il tarixdən yaşa görə təyin edilmiş əmək pensiyası xx.xx.2021-ci il tarixli ərizəsinə əsasən xx.xx.2021-ci il tarixdən 226.36 manat artırılaraq 729.94 manata çatdırılmışdır. Fondun 1 saylı regional ərazi filialının xx.xx.2021-ci il tarixli **********6 nömrəli məktubuna əsasən iddiaçıya xx.xx.2015-ci il tarixdən təyin edilmiş yaşa görə əmək pensiyası xx.xx.2021-ci il tarixdə yenidən hesablanmış və pensiyadakı artım məbləği nəzərə alınmışdır.

9. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-73/2022 nömrəli, 21 oktyabr 2022-ci il tarixli qərarı ilə (hakim C.Məmmədov) iddia rədd edilmişdir.

10. Məhkəmə qeyd etmişdir ki, xx.xx.2015-ci il tarixinə yaşa görə əmək pensiyası təyin olunan zaman iddiaçının fərdi hesabının sığorta hissəsi 20.460,96 manat təşkil etmiş və həmin məbləğdən əmək pensiyası hesablanmışdır. Qeyd olunan 20.460,96 manat pensiya kapitalı istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirildikdən sonra 2019-cu ilin vəziyyətinə 30985,92 manat təşkil etmişdir. Pensiya məbləği yenidən hesablanan ərəfədə müəyyən edilmişdir ki, iddiaçının 2006-2015-ci il tarixlərinə müxtəlif şirkətlərdə işlədiyi və əmək haqqından tutulan sığorta haqları hesabına formalaşan pensiya kapitalı pensiya təyinatı zamanı nəzərə alınmamışdır. Nəzərə alınmayan məbləğ 3.886,19 manat təşkil etmişdir. Nəticədə indeksləşdirmə nəzərə alınmaqla xx.xx.2017-ci ilə qədər iddiaçının pensiya kapitalı 32470,94 manat təşkil etmiş və yeni dəyişikliyə əsasən 90% tətbiq edilməklə a rtım məbləğ 58.447,69 manat təşkil etmişdir. Bunun nəticəsi olaraq iddiaçıya 816,52 manat pensiya təyin edilmişdir. Göründüyü kimi, inzibati orqan tərəfindən iddiaçıya pensiya təyin edilərkən qanunvericiliyin tələblərinə əməl edilmişdir.

11. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi, xx.xx.2021-ci il tarixdən etibarən yaşa görə verilən pensiyanın aylıq məbləğinin 891.13 manat məbləğində təyin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində birinci icraat

12. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-124/2023 nömrəli, 1 mart 2023-cü il tarixli qərarı ilə (hakimlər H.Ç.Babayeva sədrlik edən və məruzəçi, Z.T.Məmmədov və F.Ə.Məmmədov) apellyasiya şikayət i təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia təmin edilmiş, İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2015-ci il tarixədək fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (xx.xx.2015ci il tarixdə yaşa görə əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) 3886,19 manat pensiya kapitalı 80 faiz artırılmaqla yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 şəxsin 1 saylı regional ərazi filialının üzərinə qoyulmuşdur.

13. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işin müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçıya xx.xx.2015-ci il ta rixində əmək pensiyası təyin edilən zaman onun fərdi hesabının sığorta hissəsində 20460.96 manat pensiya kapitalı əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmış, 2021-ci ildə isə iddiaçının pensiya işinə yenidən baxılmış və nəticədə xx.xx.2006-cı il tarixdən xx.xx.2015-ci il tarixinədək olan dövr üzrə fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalının 24347.15 manat təşkil etdiyi müəyyən edilmişdir.

14. Başqa sözlə, mübahisələndirilən dövr üzrə iddiaçının fərdi hesabının sığorta hissəsində toplanan 3886.19 manat (243xx.xx-20460.96) pensiya kapitalı 2015-ci ildə pensiya təyin edilərkən ümumiyyətlə, 2021-ci ildə pensiya yenidən hesablanarkən isə pensiyanın sığorta hissəsinin hesablanmasında düzgün formada nəzərə alınmamışdır.

15. Cavabdeh həmin qərardan kassas iya şikayəti verərək, qərarın ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

16. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixində vətəndaş DSMF-nin 1 saylı regional ərazi filialına ərizə ilə pensiya kapitalına görə əmək pensiyasının yenidən hesablanması ilə əlaqədar müraciət etmişdir.

17. Müvafiq olaraq həmin müraciətə Qanunun 32.1-1 -ci maddəsinə uyğun olaraq (müraciət edilən tarixdən üç İl əvvəlki tarixə ödənilməklə) yenidən baxılmış və xx.xx.2021ci il tarixdən pensiya xx.xx.2006-cı il tarixədək olan 31 il 3 ay 22 gün sığorta stajına və xx.xx.2006- 01.01,2015-ci illəri üzrə 40247.96 manat (bu kapital 2021-ci il vəzi yyətindədir 50%-lə, 2018- ci il vəziyyətinə 30083,12 manat təşkil edir) pensiya kapitalına, xx.xx.2015ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan 16976,49 manat pensiya kapitalına əsasən 784,20 manat təyin olunmaqla 01.11,2018-ci ii tarixdən xx.xx.2021-ci il tarixədək olan 1273.56 manat fərq məbləği 2021-ci il dekabr və 2022-ci il yanvar ödənişlərində (aylıq 784,20+fərq məbləği 636,78=1420,98) ödənilmişdir.

18. İddiaçı əmək pensiyasının məbləği Azərbaycan Respublikası Prezidentinin 8 fevral 2022-ci il tarixli Sərəncamına əsasən xx.xx.2022-ci il tarixinədək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsi 2021-ci il üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq 3,4% indeksləşdirilməklə xx.xx.2022 ci il tarixindən 810,86 manat hesablanılmaqla hər ay ödənilir. 1

9. İddiaçı xx.xx.2022-ci il tarixli iddia ərizəsinə əsasən “pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsində olan inzibati işə maliyyə-mühasibatlıq ekspertizasının təyin edilməsi ilə əlaqədar pensiya işinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialında baxılmışdır.

20. Qanununun 37.3.1 -ci maddəsinə əsasən əmək pensiyası xx.xx.2021-ci il tarixdən yenidən hesablandıqda (6 illiyə görə) xx.xx.2015-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan pensiya kapitalına yenidən baxış keçirilmiş və 2021-ci il vəziyyətinə pensiya kapitalının 90%- nin məbləği 17117,28 manat təşkil etmişdir.

21. İddiaçının təqdim etdiyi hesabatda əks olunan 75802.89 manat pensiya kapitalı xx.xx.2006- xx.xx.2021-ci illəri əhatə edən dövrün istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirildikdən sonra 2021 -ci il vəziyyətinə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizi məbləğində qeydə alınan məbləğdir. Hansı ki, bu dövrdən xx.xx.2006- xx.xx.2015-ci illəri əks etdirən kapital iddiaçıya ilkin pensiya təyinatı zamanı nəzərə alınmaqla ödənilsə də (50%-ə) iddiaçı həmin kapitalı əsassız olaraq bir daha 80% artıraraq pensiyanın yenidən hesablanmasında nəzərə alır. Yəni iddiaçının qeyd etdiyi 55341,93 manat istifadə olunmamış pensiya kapitalının tərkibində xx.xx.2006xx.xx.2015- ci illəri əks etdirən kapitalın 80%-lə artırılmış məbləği mövcuddur. Bu da mövcud qanunvericiliyin tələblərinə uyğun gə lmir.

22. Həmçinin məhkəmə qərarın icra edilməsini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regiona! ərazi filialının üzərinə qovmuşdur. Bildiririk ki, qevd olunan orqan cavabdeh qisimdə çıxış edə bilməz. Halhazırda həmin səlahiyyətlər Fondun Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi filialı tərəfindən həyata keçirilir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

23. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, şikayətin təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 24. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olu nur: (-) Maddə 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 1.0.7. fərdi hesab - dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən hər bir sığortaolunana uçot dövründə daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə açılmış şəxsi hesabdır; 1.0.8. fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır 1.0.9. fərdi hesabın yığım hissəsi - sığortaolunanlar üzrə ödənilmiş və əmək pensiyasının yığım hissəsinin hesablanması üçün nəzərə alınan könüllü sosial sığorta haqlarının, eləcə də bu vəsaitlərin dövriyyəsindən əldə edilən gəlirlərin toplandığı subhesabdır; (-). Maddə

21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilm iş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə

27. Qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması 27.1. Sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixi nədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Maddə

29. Əmək pensiyalarının indeksləşdirilməsi 29.1. Əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. 29.1-1. Sığortaolunanların fərdi hesabının sığor ta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir.

25. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər... 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nə zərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: Maddə 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi pr osessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı... 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsas landırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNDƏ İCRAAT

28. Məlum olduğu kimi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin 1 saylı regional ərazi filialına xx.xx.2021-ci il tarixli ərizə ilə müraciət edərək ona təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir.

29. Cavabdeh xx.xx.2021-ci il tarixli, **********4 saylı məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir.

30. Daha sonra iddiaçı yenidən eyni tələblə 5 fevral 2021-ci il tarixində cavabdehə müraciət etmiş, cavabdehin 24 fevral 2021-ci il tarixli, **********1 saylı məktubu ilə müraciətə eyni məzmunda imtina cavabı verilərək bildirilmişdir ki, 1 yanvar 2015-ci il tarixdən sonrakı inflyasiya faizləri hal-hazırda bazada olan kapitala əlavə olunmuşdur. Bu səbəbdən, həmin kapitalı hazırkı dövrə indeksləşdirdikdə 49436.85 manata çatır. xx.xx.2015-ci il tarixdən sonra toplanılan 16297.92 manat pensiya kapitalı əsasında xx.xx.2021-ci il tarixli ərizəsi ilə pensiya məbləği xx.xx.2021-ci il tarixdən 226.36 manat artırılaraq 729.94 manata çatdırılmışdır.

31. Verilən imtina cavabları ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçının pensiyasının yenidən hesablanması ilə əlaqədar tələb etdiyi açıqlamalar və izahlı hesablamaların ona rəsmi qaydada verilməsi və pensiya təyin olunan günədək qazanılmış pensiya kapitalının tam məbləğdə hesablamaya daxil etməklə pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir.

32. Daha sonra iddiaçı tələbini dəqiqləşdirərək xx.xx.2021-ci il tarixdən etibarən yaşa görə pensiyasının aylıq məbləğinin 1272,20 manat müəyyən edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

33. Sumqayıt İnzibati Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli, 2-1(118)-73/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.

34. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi, xx.xx.2021-ci il tarixdən etibarən yaşa görə verilən pensiyanın aylıq məbləğinin 891.13 manat məbləğində təyin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

35. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-124/2023 nömrəli, 1 mart 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli, 2-1(118)-73/2022 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia təmin edilmiş, İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2015-ci il tarixədək fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (xx.xx.2015-ci il tarixdə yaşa görə əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) 3886,19 manat pensiya kapitalı 80 faiz artırılmaqla yaşa görə əmək pensiyasının yenid ən hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 şəxsin 1 saylı regional ərazi filialının üzərinə qoyulmuşdur.

36. İlk öncə qeyd edilməlidir ki, iddiaçı apellyasiya məhkəməsinə yenidən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək xx.xx.2006-cı il tarixdən xx.xx.2015ci il tarixədək fərdi hesabının sığorta hissəsində toplanan və ona xx.xx.2015-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilən zaman istifadə edilməmiş 3886,19 manat məbləğində pensiya kapitalının 80 faiz artırılmaqla təyin olunan əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

37. Apellyasiya məhkəməsi ərizədə edilən dəyişikliyin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, ərizəni məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir.

38. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə mühasibatlıq ekspertizasının 25 yanvar 2022-ci il tarixli 9/7607 nömrəli rəyinə əsasən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 şəxsin 1 saylı regional ərazi filialının xx.xx.2021-ci il tarixli arayışına əsasən iddiaçının xx.xx.2006cı il tarixədək sosial sığorta stajı 31 il 03 ay 22 gün, xx.xx.2006-cı il tarixdən xx.xx.2015-ci il tarixədək sığorta kapitalı 40247.96 manat, xx.xx.2015-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 16976.49 manat təşkil edir. İddiaçının pensiyası xx.xx.2018-ci il tarixdən 376.40 manat dan 409.90 manata, xx.xx.2019-cu il tarixdən 387.69 manatdan 422.20 manata, xx.xx.2020-ci il tarixdən 452.05 manatdan 492.29 manata, xx.xx.2021-ci il tarixdən 503.58 manatdan 548.42 manata, xx.xx.2021-ci il tarixdən 729.94 manatdan 784.20 manata çatdırılaraq yenidən hesablanmışdır.

39. İddiaçıya xx.xx.2015-ci il tarixdə yaşa görə pensiya təyin edilən zaman iddiaçının fərdi hesabının sığorta hissəsində 20460.96 manat pensiya kapitalı qeydə alınmışdır (2015-ci il vəziyyətinə 50 %-lə). Həmin kapital "xxxx" MMC, “QBC X2” MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, “RASH İntert LTD” firması, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC hüquqi şəxslərinin və vətəndaşın VÖEN ********** ödədiyi məcburi dövlət sosial sığorta haqları hesabına formalaşmışdır. 40. xx.xx.2015-ci il tarixdə y aşa görə pensiya təyin edilən zaman iddiaçının fərdi hesabının sığorta hissəsində 20460.96 manat pensiya kapitalı nəzərə alınmışdır (2015- ci il vəziyyətinə 50 %-lə) və bu kapitalın məbləği X1 Sisteminin Pensiya altsistemi proqram təminatında bir daha yoxlanılmış və istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirildikdən sonra 2019-cu il vəziyyətinə 30985.92 (50 %-lə) təşkil etmişdir ki, məhz bu kapitala əsasən pensiya məbləği tərəflərindən bir daha yenidən hesablanaraq aylıq 816.52 manata çatdırılmışdır. 41. xx.xx.2006-xx.xx.2015-ci il tarixləri üzrə olan 30985.92 manat (2019-cu il vəziyyətinə 50 %-lə) pensiya kapitalı 2015-ci il vəziyyətinə fərdi hesabın sığorta hissəsində qeydə alınan məbləğin 50 %-i olmaqla, 24347.15 təşkil edir (fərq PSK 2015-ci ildə 243xx.xx-20460.96=3886.19 manat). 3886.19 manat pensiya kapitalından hesablanan SH=3886.19:144=26.99 manat vətəndaşın xx.xx.2021-ci il tarixli müraciəti əsasında hesablanaraq Qanunun 32.1-1-ci maddəsinə uyğun olaraq (müraciət edilən tarixdən 3 il əvvəlki tarixə ödənilməklə) istehlak qiymətləri indeksinin illik səviyyəsinə və orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməklə xx.xx.2018-ci il tarixdən (26.99x4%x12.4%x5.7%) 33.34 manat aylıq pensiyasının üzərinə hesablanmış fərq məbləği 2021-ci il dekabr və 2022-ci il yanvar ayı ödənişlərində ödənilmişdir.

42. DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının qeyd olunan məktubundan göründüyü kimi iddiaçıya xx.xx.2015-ci il tarixində yaşa görə əmək pensiyası təyin edilən zaman iddiaçının fərdi hesabının sığo rta hissəsində 20460.96 manat pensiya kapitalı (11 ədəd hüquqi şəxsin və iddiaçının ödədiyi məcburi dövlət sosial sığorta haqları hesabına formalaşmış) qeydə alınmış (2015-ci il vəziyyətinə 50 %-lə), pensiya təyin olunan zaman pensiyanın sığorta hissəsinin hesablanmasında həmin 20460.96 manat pensiya kapitalı nəzərə alınmış, daha sonra pensiya kapitalı indeksləşdirildikdən sonra 2019-cu il vəziyyətinə 30985.92 (50 %-lə) təşkil etmişdir ki, hansı ki, xx.xx.2006-xx.xx.2015-ci il tarixləri üzrə mövcud olan həmin 30985.92 manat pensiya kapitalı 2015-ci il vəziyyətinə fərdi hesabın sığorta hissəsində qeydə alınan məbləğin 50 %-i olmaqla, 24347.15 manatdır.

43. Beləliklə apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2015-ci il tarixinədək olan dövr üzr ə iddiaçının fərdi hesabının sığorta hissəsində əslində, 24347.15 manat pensiya kapitalı mövcud olmuş, 2015-ci ildə pensiya təyin edilərkən isə pensiyanın sığorta hissəsinin hesablanmasında bu kapitaldan 20460.96 manat nəzərə alınmış, 3886.19 manat nəzərə alınmamışdır.

44. Bununla əlaqədar qeyd edilməlidir ki, cavabdehin nümayəndəsi C.Ə.Nağıyev 3886.19 manat məbləğin 2006-cı il 1 yanvar tarixindən 2015-ci il 10 yanvar tarixinədək olan dövr üzrə iddiaçının fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı olduğunu qəbul etdiyini bildirdi.

45. Beləliklə işin mübahisələndirilməyən halı iddiaçıya ilkin pensiya təyini zamanı (xx.xx.2015) pensiyanın sığorta hissəsinin hesablanmasında 3886.19 manat pensiya kapitalının nəzərə alınmamasıdır ki, bu da cavabdehin təqsiri üzündən baş vermişdir.

46. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı ona pensiya təyin olunduqdan sonra da işləməyə davam etmiş və təbii olaraq sığortaolunan kimi fərdi hesabın sığorta hissəsində pensiya kapitalı toplanmağa davam etmişdir. İlkin təyinatdan 6 il sonra, yəni 2021-ci il tarixdə iddiaçı pensiyasının yenidən hesablanması üçün müraciət edərkən 2015-ci ildən 2017-ci ilin 01 iyul tarixinədək olan dövr üzrə topladığı pensiya kapitalının 50 faizi hesablanmış, həmin dövr üzrə istifadə olunmamış pensiya kapitalı 80 faiz artırılmaqla, 2017-2021-ci illər üzrə toplanmış pensiya kapitalının üzərinə əlavə edilmişdir. Lakin 2015-ci ilədək toplamış olduğu və ilkin pensiya təyini zam anı nəzərə alınmayan 3886.19 manat pensiya kapitalı 80 % artırılmadan əlavə olunmağa başlamışdır.

47. Bununla bağlı Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın sözügedən məktubunda qeyd edilmişdir ki, 3886.19 manat pensiya kapitalından hesablanan 26.99 manat iddiaçının müraciəti əsasında hesablanaraq Qanunun 32.1-1-ci maddəsinə uyğun olaraq (müraciət edilən tarixdən 3 il əvvəlki tarixə ödənilməklə) indeksləşdirilməklə xx.xx.2018-ci il tarixdən (26.99x4%x12.4%x5.7%) 33.34 manat aylıq pensiyasının üzərinə hesablanmış fərq məbləği 2021-ci il dekabr və 2022-ci il yanvar ayı ödənişlərində ödənilmişdir. 48. 3886.19 manat pensiya kapitalından hesablanan 26.99 manat (SH=3886,19: 144 = 26,99) ödəmə ilə bağlı cavabdeh istinad olunan məktubun 4-cü bəndində açıqlama vermişdir.

49. Beləliklə cav abdeh iddiaçının pensiyasını yenidən hesablayarkən 3886,19 manat toplanmış və nəzərə alınmamış pensiya kapitalını heç bir artırma etmədən, yəni 80% artırmadan birbaşa gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına bölmüşdür.

50. Həmçinin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçıya xx.xx.2015-ci il tarixində əmək pensiyası təyin edilən zaman onun fərdi hesabının sığorta hissəsində 20460.96 manat pensiya kapitalı əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmış, 2021-ci ildə isə iddiaçının pensiya işinə yenidən baxılmış və nəticədə xx.xx.2006-cı il tarixdən xx.xx.2015-ci il tarixinədək olan dövr üzrə fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalının 24347.15 manat təşkil etdiyi müəyyən edilmişdir.

51. Belə olan halda apellyasiya mə hkəməsi düzgün olaraq qeyd etmişdir ki, mübahisələndirilən dövr üzrə iddiaçının fərdi hesabının sığorta hissəsində toplanan 3886.19 manat (243xx.xx-20460.96) pensiya kapitalı 2015-ci ildə pensiya təyin edilərkən ümumiyyətlə, 2021-ci ildə pensiya yenidən hesablanarkən isə pensiyanın sığorta hissəsinin hesablanmasında düzgün formada nəzərə alınmamışdır.

52. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi haqlı olaraq göstərmişdir ki, hazırkı mübahisə üzrə tətbiq edilməli olan norma “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 27.1-ci maddəsinin hazırda qüvvədə olan redaksiyasıdır.

53. Belə ki, Qanunun 27-ci maddəsinin 01 iyul 2017-ci il tarixindən qüvvədə olan redaksiyasına əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna ol maqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabı n sığorta hissəsində qeydə alınır.

54. Bununla əlaqədar məhkəmə doğru olaraq qeyd etmişdir ki, hazırkı mübahisə üzrə iddiaçı işləyən əmək pensiyaçısı olmaqla, onun xx.xx.2006-cı il tarixdən xx.xx.2015-ci il tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış pensiya kapitalı 3886.19 manat olmuş və bu hal cavabdeh inzibati orqan tərəfindən 2021-ci il tarixində iddiaçının müraciətinə əsasən onun pensiya işinə yenidən baxılarkən aşkar edilmişdir.

55. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, işləyən əmək pensiyaçısı olan iddiaçının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış 3886.19 manat pensiya kapitalı olduğundan, eləcə də qeyd olunan faktın cavabdehə məlum olduğu tarixdə (2021-ci il) yuxarıda qeyd olunan maddə qüvvədə olduğundan, hazırkı mübahisəyə münasibətdə 27-ci maddənin hazırda qüvvədə olan redaksiyası tətbiq edilməlidir. Yəni, cavabdeh tərəfindən iddiaçının əmək pensiyasının sığorta hissəsi hesablanarkən sığorta hissəsində toplanan və istifadə olunmamış 3886.19 manat pensiya kapitalı yuxarıda qeyd olunan qanunvericiliyin tələbinə uyğun olaraq ilk öncə 80% artırılmalı, sonra gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına, yəni 144-ə bölünməlidir. Yalnız bu qaydada hesablama aparıldıqdan sonra iddiaçının pensiyası yenidən hesablanmalıdır. Beləliklə, cavabdeh inzibati orqanın imtinası əsassızdır.

56. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası h esab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya məhkəməsinin 1 mart 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

57. Şərh edilənlərə və Azərbaycan Respublikası İPM-in 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-124/2023 nömrəli, 1 mart 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar