Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1679/2020 26.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: tikiliyə hüququn qeydə alınması, mülkiyyət hüququnu təsdiq edən ilkin sənədin olmaması giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi ilə, İddiaçı2 (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət R eyestri Xidmətinin 5 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra cavabdeh) qarşı “mağaza binasına reyestrdən çıxarışın verilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(105)-53/2020 saylı, xx xxx 2020-ci il tarixli qərarından iddiaçının verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyatı idarəsinin 111 nömrəli qeydiyyat vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, Quba şəhəri, 29-cu məhəllədə yerləşən ticarət və ictimai iaşə binaları xx xxxxxx 2000-ci il tarixdə reyestr kit abında “xxxxx” Kiçik Müəssisəsinin adına qeydiyyatdan keçmişdir. Quba şəhəri, 29-cu məhəllədə, 1,5 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2517,1 kv.m olan ticarət yarmarkası “xxxxx” Kiçik Müəssisəsinin adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2014-cü il tarixində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Quba şəhəri, 29-cu məhəllədə, 1,5 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2454,4 kv.m olan ticarət yarmarkası “xxxxx” Kiçik Müəssisəsinin adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2014-cü il tarixində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. xx.xx.1999-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən iddiaçı Quba şəhəri, 22-ci məhəllədə yerləşən 24 kv.metrlik yarımçıq tikilini 240.000 manata B.H.Ağayevdən satın almışdır. Azərbaycan Respublikası Əm lak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2017-ci il tarixli məktubundan və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X11 xx.xx.2018-ci il tarixli etiraz məktubundan görünür ki, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir. İmtinanın əsası kimi sözügedən daşınmaz əmlaka dair yalnız alqı-satqı müqaviləsinin olduğu, lakin həmin alqı-satqı müqaviləsinə əsas olmuş sənədlərin olmadığı müəyyən edildiyi göstərilmişdir. İddiaçı xx xxxxxx 2018-ci il tarixdə cavabdehə qarşı Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Quba şəhəri, 22-ci məhəllədə, 24 kv.metrlik torpaq sahəsində yerləşən mağaza binasına mülkiyyət hüququnun tanınması və həmin mağaza binasına çıxarışın hazırla nması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1999-cu il tarixdə Quba notariat kontorunda bağlanılmış alqı-satqı müqaviləsi ilə “xxxxx” kiçik müəssisəsinə məxsus olmuş 24 kv.metrlik yarımçıq tikilini (mağaza binasını) 240.000 manata satın almış, tikintini başa çatdırmaqla 2000-ci ildən icarəyə vermişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyindən xx.xx.2006-cı ildə qeydiyyata alınması barədə arayış, xx.xx.2006-cı il tarixdə nəzarət kassa aparatının qeydiyyat vəsiqəsini almışdır. Həmin tarixdən də sahibkar kimi fəaliyyətə başlamışdır. 2014-cü il tarixdən “xxxxx” kiçik müəssisəsinə məxsus güc transformatorundan aldığı elektrik xəttinin qərəzli dayandırılması səbəbindən fərdi sahi bkar kimi texniki şərt alıb mağaza binasının elektrik xəttinə qoşulması və sayğac quraşdırılması üçün ərizə ilə “xxxxxxxx” ASC-nin Quba şöbəsinə müraciət etmişdir. Ona bildirilmişdir ki, texniki şərt tərtib edilməsi, sayğac quraşdırılması üçün obyektə dair dövlət reyestrindən mülkiyyət sənədləri təqdim olunmalıdır. Bundan sonra, çıxarış verilməsi üçün cavabdehə müraciət etmiş, lakin müqavilədən əlavə alqı-satqıya əsas olmuş sənədlərin təqdim olunması əsas gətirilərək, çıxarışın verilməsindən imtina olunmuşdur. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin x xxxxxx 2018-ci il tarixli qərardadı ilə iddia Quba şəhəri, 22-ci məhəllədə 24 kv.m torpaq sahəsində yerləşən mağaza binasına mülkiyyət hüququnun tanınması hissəsində mümkün sayılmamışdır. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin (hakim X7, 2 -1(85)-2506/2018 saylı iş) x xxxxxx 2018-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd etməsini onunla əsaslandırmışdır ki, iddiaçının dövlət qeydiyyatına alınmasını istədiyi daşınmaz əmlaka dair yarımçıq tikilinin alqı-satqı müqaviləsi mövcud olsa da, həmin əmlaka dair mülkiyyət sənədi və ya rəsmi qurumlarından verilmiş hər hansı digər hüquqmüəyyənedici sənəd mövcud deyil. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X8 məruzəçi, X9 və Babayeva Hökümə Çingiz qızı, 2-1(105)-130/2019 saylı iş) xx xxxxx 2019-cu il tarixli qərarla cavabdehin apelyasiya şikayətini təmin etmiş, Sumqayıt İnzibatiİqtisadi Məhkəməsinin x xxxxxx 2018-ci il tarixli qərarı ləğv edilərək, iddia qismən təmin olunmuş, iddiaçının adına Quba şəhəri, 2 2-ci məhəllədə, 24 kv.metrlik torpaq sahəsində yerləşən mağaza binasına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər Dadaşov İlqar Ağababaş oğlu-məruzəçi, X1 və X6, 2-1(102)-2431/2019 saylı iş) xx xxxxxx 2019cu il tarixli qərarı ilə iddiaçının kasasiya şikayəti qismən təmin edilərək Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xx xxxxx 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. İşə yenidən apelyasiya qaydasında baxılarkən Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə “xxxxx” Kiçik Müəssisəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişd ir. Məhkəmə kollegiyası tərəfindən Ali Məhkəmənin göstərişləri və apelyasiya şikayətinin dəlilləri nəzərə alınaraq müvafiq sorğular verilmişdir. Məhkəmənin sorğusu əsasında iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Quba regional “Asan Xidmət” mərkəzində notariat ofisinin xx.xx.2019-cu il tarixli 1809 saylı məktubundan görünür ki, Quba rayon DNK-da xx.xx.1999-cu il tarixli, 3M150 reyestr nömrəli alqı-satqı müqaviləsi Quba regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinə təhvil verilmiş arxiv sənədləri arasında mövcud deyildir, eləcə də alqı-satqı müqavilələrinin qeydiyyatına dair həmin dövrə məxsus (3M) reyestr kitabı Quba rayon notariat ofisinin arxivinə təhvil verilmədiyindən, həmin müqavilələrin reyestr kitabında qeydiyyatdan keçib-keçməməsi, qüvvədə olu b-olmaması, eləcə də ləğv edilib-edilməməsi barədə heç bir məlumat yoxdur. Məhkəmənin sorğusu əsasında iş materiallarına əlavə edilmiş Quba rayon XDS Rəyasət Heyətinin x xxxxxxxx 1992-ci il tarixli, 107 saylı qərarın təsdiq olunmuş surətindən görünür ki, Quba şəhəri, 29-cu məhəllədə yerləşən 1,5 ha torpaq sahəsi ticarət yarmarkasının tikintisi məqsədilə “xxxxx” Kiçik Müəssisəsinə ayrılmışdır. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin x xxxxxx 2018-ci il tarixli qərarı ilə razılaşan Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati kollegiyası (hakimlər X4-məruzəçi, X2 və X10, 2-1(105)-53/2020 saylı iş) xx xxx 2020-ci il tarixli qərarla iddiaçının apelyasiya şikayətini təmin etməmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin x xxxxxx 2018-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır. Apelyasiya ins tansiya məhkəməsi qeyd etmişdir ki, müqavilə bağlanan dövrdə əmlak “xxxxx” Kiçik Müəssisəsinin adına dövlət qeydiyyatına alınmamışdır. Həmin tikilinin də daxil olduğu digər ticarət obyektləri xx xxxxxx 2000-ci il tarixdən “xxxxx” Kiçik Müəssisəsinin adına dövlət qeydiyyatına alınmışdır. Belə olan halda dövlət qeydiyyatından keçməmiş əmlak alqı-satqı yolu ilə iddiaçıya satıla bilməz. İddiaçı x xxxx 2020-ci il tarixdə qərarın surətini almış, x xxxx 2020-ci il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. kasasiya şikayətinin dəlilləri: İddiaçı xx xxxxxx 1999-cu il tarixdə Quba rayon Notariat Kontorunda bağlanmış alqısatqı müqaviləsi ilə “xxxxx” kiçik müəssisəsinə məxsus olmuş 24 kv.metrlik tikilini (mağaza bin asını) 240.000 manata satın almış, tikilini başa çatdıraraq 2000-ci ildən icarəyə vermiş, xx xxxx 2006-cı ildən Azərbaycan Respublikası Vergilər Nazirliyində qeydiyyata alınaraq xx xxxx 2006-cı il tarixdən nəzarət kassa aparatına qeydiyyat vəsiqəsi almışdır. 2014-cü il tarixdən fərdi sahibkar kimi texniki şərt alıb, mağaza binasının elektrik xəttinə qoşulması və sayğac quraşdırılması üçün “xxxxxxxx” ASC-nin Quba Şöbəsinə müraciət etdikdə, ona texniki şərtin verilməsi və sayğacın quraşdırılması üçün mağaza binasına dövlət reyestrindən sənədin təqdim edilməsinin zəruri olduğu bildirilmişdir. Nəhayət Dövlət reyestrindən çıxarışın verilməsi məqsədilə cavabdeh orqana müraciət etsə də, çıxarışın verilməsindən imtina olunmuşdur. İmtinaya əsas olaraq mağaza binasına dair alqı-satqı müqaviləsindən əlavə, həmin alqı-satqı müqaviləsinin özünə əsas olmuş sənədlərin təqdim olunmadığı göstərilmişdir. Halbuki, alqı-satqı müqaviləsi ilə iddiaçının qeyd olunan əmlakı tam qanunvericiliyə uyğun olaraq əldə etdiyini göstərir, bu isə həmin əmlaka dair mülkiyyət hüququna dair sənədin verilməsi üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 8.0.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik şəhadətnamələri, mənzil sertifikatı və qanunvericiliklə müəyyən edilmiş digər sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. əsaslandırma hissəsi: İddiaçı ərizə göndərərək kasasiya şikayətinin təmin edil məsini xahiş etmişdir. İddiaçı, cavabdeh və üçüncü şəxs məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, o, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onun iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). İddiaçının kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən h esab edilir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) aiddir. İddiaçı Quba şəhərində 24 kv.metrlik torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsinə hüququn qeydə alınmasını və reyestrdən çıxarışın verilməsini xahiş edir. Cavabdehin mövqeyinə iddia predmeti olan qeyri-yaşayış sahəsi (mağaza binası) əvvəllər dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmiş daşınmaz əmlaklar barəsində bağlanan müqavilələr qanunvericiliyə əsasən bağlandığı andan etibarsız hesab olunur və həmin əqd əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparıla bilməz. Notarial qaydada təsdiq e dilmiş xx.xx.1999-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən iddiaçı Quba şəhəri, 22-ci məhəllədə yerləşən 24 kv.metrlik yarımçıq tikilini 240.000 manata satın almışdır. İddiaçı xx.xx.1999-cu il tarixli müqaviləyə istinad edərək 24 kv.m-lik yarımçıq tikiliyə hüququn qeydə alınmasını xahiş edir. Apelyasiya məhkəməsinin araşdırmasından görünür ki, Quba rayon XDS Rəyasət Heyətinin x xxxxxxxx 1992-ci il tarixli, 107 saylı qərarına əsasən, Quba şəhəri, 29-cu məhəllədə yerləşən 1,5 ha torpaq sahəsi ticarət yarmarkasının tikintisi məqsədilə “xxxxx” Kiçik Müəssisəsinə ayrılmış, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil- Kommunal Təsərrüfatı Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyatı idarəsinin 111 nömrəli qeydiyyat vəsiqəsinə əsasən isə qey d olunan ticarət və ictimai iaşə binaları, həmçinin iddiaçının xx.xx.1999-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən satın aldığı 24 kv.metrlik yarımçıq tikili xx xxxxxx 2000-ci il tarixdə “xxxxx” Kiçik Müəssisəsinin adına qeydiyyatdan keçmişdir. Sonradan həmin ticarət yarmarkası “xxxxx” Kiçik Müəssisəsinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Göründüyü kimi, xx xxxxxx 1999-cu il tarixli müqavilə bağlanan vaxt əmlak “xxxxx” Kiçik Müəssisəsinin adına dövlət qeydiyyatına alınmamışdır. Həmin tikilinin də daxil olduğu digər ticarət obyektləri xx xxxxxx 1999-cu il tarixli alqı-satqı müqaviləsindən sonra, yəni xx xxxxxx 2000-ci il tarixdə “xxxxx” Kiçik Müəssisəsinin adına dövlət qeydiyyatına alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci madd əsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır (2.2-ci maddə). Daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (8.0.3-cü maddə). Mülki Məcəllənin 146.3-cü maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Qanunverici daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatını Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunla müəyyən edilmiş qayda ilə şərtləndirmişdir. İddiaçı qeyri-yaşayış sahəsini qanunla müəyyən edilmiş qaydada alqı-satqı müqaviləsinə əsasə n əldə etdiyini bildirib hüququn qeydə alınmasını xahiş etmişdir. Lakin yuxarıda bəhs olunduğu kimi alqı-satqı müqaviləsinin predmeti olan 24 kv.m yarımçıq tikilinin müqaviləyə qədər satıcının mülkiyyətində olması, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması sübuta yetməmişdir. Odur ki, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz tikili barəsində müqavilə də notariat qaydasında təsdiqlənə bilməzdi. O da qeyd edilməlidir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə torpaq sahəsinin planı və ölçüsü əlavə olunur. İddiaçı həm də tikilinin yerləşdiyi torpaq sahəsinin planı və ölçüsünü də təqdim edə bilməmişdir. Bəhs olunanlara əsasən kasasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apely asiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(105)-53/2019 saylı, xx xxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-1679/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1679/2020
26.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver