Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1679/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı1 cavabdeh Qusar rayonu Şirvanlı Bələdiyyəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərarın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 26.07.2023 hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı1 cavabdeh Qusar rayonu Şirvanlı Bələdiyyəsinə qarşı “Qusar rayonu Şirvanlı (əvvəlki Qullar) Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 08 saylı qərarının ləğv edilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)177/2023 nömrəli, 28 aprel 2023-cü il tar ixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qusar rayonu Şirvanlı (əvvəlki Qullar) Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 08 saylı qərarının ləğv edilməsi qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qusar rayon Qullar Bələdiyyəsinin (hazırda Şirvanlı) xx.xx.2007-ci il tarixli, 08 saylı Sərəncamına əsasən 25 hektar torpaq sahəsi, 30 il müddətinə iddiaçı tərəfindən icarəyə götürülmüşdür. 8 saylı, xx.xx.2005-ci il tarixli Qərara əsasən istifadədə olan torpaq sahəsi qanunsuz yolla X1. Saxta yol larla hazırlanan xx.xx.2005-ci il tarixli 8 saylı Qərara və xx.xx.2005-ci il tarixli torpaqların alqısatqısına dair müqaviləyə əsasən və iddiaçının illərdir istifadəsində olan torpaq sahəsi qanunsuz yolla, köhnə tarixə, sənədlər saxtalaşdırmaqla X2, o da öz növbəsində torpaq sahəsini X3, sonuncu isə xx.xx.2021-ci il tarixdə çıxarış almışdır. Bununla Əlaqədar hüquq mühafizə orqanlarına müraciət edilmiş və hazırda araşdırma davam edir. Lakin bütün bunlara baxmayaraq Bələdiyyə tərəfindən qanunsuz yolla torpaq əldə edən üçüncü şəxslər tərəfindən ərazidən istifadə etməklə ziyan vurulmaqdadır, eyni zamanda torpaq sahəsi satışa çıxarılmışdır. Hesab edir ki, müvafiq qərar qanunsuz olduğundan ləğv edilməlidir.
3. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-3559/2022 nömrəli, 2 dekabr 2022-ci il tarixli qərarı ilə (sədrlik edən hakim C.B.Məmmədov) iddia təmin edilmiş, Qusar rayonu Şirvanlı (əvvəlki Qullar) Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 08 saylı qərarı ləğv edilmişdir.
4. Məhkəmə qeyd etmişdir ki, Konstitusiya Məhkəməsinin 15 yanvar 2010-cu il tarixli Plenum qərarına əsasən bələdiyyələr maraqlı şəxslərin hüquqlarına toxunan qərarlarını ləğv etmək səlahiyyətinə malik deyillər. Şirvanlı bələdiyyəsi qanunun tələblərini pozmaqla qəbul etdiyi mübahisə predmeti olan qərar iddiaçının hüquqlarını pozduğundan Bələdiyyələrin statusu haqqında Azərbaycan Respublikasının Qanununun 48-ci maddəsinin 2-ci bəndini və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 yanvar 2010-cu il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyi nəzərə alan məhkəmə hesab edir ki, mübahisə predmeti olan Şi rvanlı bələdiyyəsinin qərarı qanunsuz inzibati aktdır və ləğv olunmalıdır.
5. Üçüncü şəxs X11 həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
6. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-177/2023 nömrəli, 28 aprel 2023-cü il tarixli qərardadı ilə (hakimlər: G.İ.Cabbarova /sədrlik edən və məruzəçi/, H.Ç.Babayeva və Z.T.Məmmədov) Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin icraatında olan X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 29,178.4, 1931.3.2, 32.3, 294.1, 308.1, 320.1, 320.2, 326.1-ci maddələri ilə təqsirləndirilməsinə dair 1(124)-396/2023 nömrəli cinayət işi üzrə icraat başa çatana kimi hazırkı inzibati iş üzrə icraatın dayandırılması q ərara alınmışdır.
7. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş Sumqayıt Ağır Cinayətlər 1(124)-396/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 29,178.4, 193-1.3.2, 32.3, 294.1, 308.1, 320.1, 320.2, 326.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi vardır. Qeyd olunmalıdır ki, X7 barəsində mövcud olan həmin cinayət işinin materiallarında müvafiq ittiham aktının təsviri-əsaslandırıcı hissəsində hazırki inzibati iş üzrə mübahisə predmeti olan Qusar rayonu Şirvanlı (Qullar) Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli Qərarı və onunla bağlı bir sıra sənədlərin onun tərəfindən saxtalaşdırılması ilə bağlı məlumatlar cinayət işi üzrə aparılmış istintaqın nəticəsində müəyyən edilmiş hal ki mi qeyd edilmiş, habelə həmin hallarla bağlı və həmin şəxs barəsində qeyd olunan cinayət işi hazırda müvafiq məhkəmənin icraatında olmaqla, araşdırılması davam etdirilir.
8. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və işin icraatının təzələnməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
9. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, ilkin olaraq icarə müqaviləsi iddiaçı ilə bağlanılmış və hal hazırda da həmin müqavilə qüvvəsində olmaqla ləğv edilməmişdir. Əksinə iddiaçı ilə icarə müqaviləsi bağlandığı vaxtdan əvvəlki tarixə sənədlər saxtalaşdırılaraq köhnə tarixə sərəncam, alqı satqı və digər sənədlər tərtib edilmişdr. Həmin sənədlərin a rxiv sənədləri yoxdur. Əksinə iddiaçının sərəncamı arxivdə qanuni formada işə alınmışdır.
10. Üçüncü şəxsin nümayəndələri onlara vurulan ziyanı təqsirli şəxslərdən alacaqlarını bildirərək həmin vaxtadək hazırkı işi uzadacaqlarını, bu səbəbdən əsassız da olsa şikayət verməklə iddiaçını torpaqdan istifadəsinə maneə yaradacaqlarını bəyan edərək dedikləri formada da davam edirlər.
11. Hazırkı Qərardaddan belə çıxır ki, araşdırılan cinayət işi üzrə tutulan ədliyyə əməkdaşı bəraət alarsa iddia təmin edilməyəcək və ya cinayət işinə istənilən əsasla xitam verilərsə hazırkı işə təsiri olacaq.
12. Cinayət işinin nəticəsindən asılı olmayaraq hazırkı iddianın təmin edilməməsi absurd və mümkünsüzdür. Saxta sərəncam var, kimsə bu sərəncam verilməsində təqsirli olmazsa və s onun iddiaçıya aidiyyət yoxdur. Deməli ki, icraatın dayandırılmasının da əhəmiyyəti yoxdur. Belə olan halda hazırkı işin dayandırılmasının kimin mənafeyinə uyğundur başa düşülən deyildir.
13. Məhkəmə qərardad qəbul edərkən ittiham aktında qeyd edilən hallara əsaslanmışdır. İşin faktiki halları budur ki, baxılan cinayət işi üzrə hazırkı iş üzrə nə iddiaçı, nə də üçüncü şəxs zərərçəkən qismində tanınmamışlar. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
15. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilm əsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər... 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsini n zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: Maddə 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə
98. Ali Məhkəmənin inzib ati mübahisələrə dair iş üzrə qərarı... 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
16. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
17. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNDƏ İCRAAT
18. Məlum olduğu kimi, İddiaçı1 cavabdeh Qusar rayonu Şirvanlı Bələdiyyəsinə qarşı Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Qusar rayonu Şirvanlı (əvvəlki Qullar) Bələd iyyəsinin xx.xx.2005-ci il tarixli, 08 saylı qərarının ləğv edilməsi qərar qəbul edilməsini xahiş etmişdir.
19. Sumqayıt İnzibati Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli, 2-1(118)-3559/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, Qusar rayonu Şirvanlı (əvvəlki Qullar) Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 08 saylı qərarı ləğv edilmişdir.
20. Üçüncü şəxs X8 nümayəndəsi və vəkili Vəkil2 həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etmişdir.
21. Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-177/2023 nömrəli, 28 aprel 2023cü il tarixli qərardadı ilə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin icraatında olan X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 29,178.4, 193-1.3.2, 32.3, 294.1, 308.1, 320.1, 320.2, 326.1-ci maddələri ilə təqsirləndirilməsinə dair 1(124)-396/2023 nömrəli cinayət işi üzrə icraat başa çatana kimi hazırki inzibati iş üzrə icraat dayandırılmışdır.
22. Apellyasiya məhkəməsi həmin nəticəyə gələrkən sözügedən qərardadında İPMin 7.2-ci maddəsinə istinadən göstərmişdir ki, “apellyasiya baxışı zamanı daxil olmuş ittiham aktından görünür ki, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 29,178.4, 193-1.3.2, 32.3, 294.1, 308.1, 320.1, 320.2, 326.1-ci maddələri ilə ittiham irəli sürülmüşdür. İş materiallarına əlavə edilmiş Sumqayıt Ağır Cinayətlər 1(124)-396/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 29,178.4, 193-1.3.2, 32.3, 294.1, 308.1, 320.1, 320.2, 326.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi vardır. Qeyd olunmalıdır ki, X7 barəsində mövcud olan həmin cinayət işinin materiallarında müvafiq ittiham aktının təsviriəsaslandırıcı hissəsində hazırki inzibati iş üzrə mübahisə predmeti olan Qusar rayonu Şirvanlı ( Qullar) Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli Qərarı və onunla bağlı bir sıra sənədlərin onun tərəfindən saxtalaşdırılması ilə bağlı məlumatlar cinayət işi üzrə aparılmış istintaqın nəticəsində müəyyən edilmiş hal kimi qeyd edilmiş, habelə həmin hallarla bağlı və həmin şəxs barəsində qeyd olunan cinayət işi hazırda müvafiq məhkəmənin icraatında olmaqla, araşdırılması davam etdirilir.”
23. Buna görə də apellyasiya məhkəməsi belə hesab edir ki, hazırkı mübahisənin həlli həmin cinayət işinin həllindən birbaşa asılı olduğundan, inzibati mübahisə əsasında başlanılmış məhkəmə b axışı cinayət işi üzrə icraat başa çatana kimi dayandırılmalıdır.
24. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin sözügedən qənaəti ilə razı deyil və hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən İPM-in 7.2-ci maddəsinin tətbiq edilməsi sırf formal olmuş, işin əhəmiyyətli halları tam və hərtərəfli araşdırılmamışdır.
25. İlk öncə qeyd edilməlidir ki, İPM-in 7.2-ci maddəsinin dispozisiyasında göstərilən hallar iş üzrə müəyyən olunmur.
26. Belə ki, əvvəla adıçəkilən cinayət təqibi hazırkı işin iştirakçılarının heç biri haqqında deyildir, onlara dair bu cinayət işi ilə əlaqədar hər hansı bir prosessual hərəkətlər edilməmişdir.
27. Digər tərəfdən cinayət işi üzrə təqsirləndirilən şəxs C.M.Əvəzov hazırkı inzibati işin iştirakçıları arasında da yoxdur.
28. Digər tərəfdən işin İ ci ldinin 5-ci səhifəsində olan Qusar rayon İcra Hakimiyyəti Qusar rayon Dövlət Arxivinin 20 sentyabr 2021-ci il tarixli, 355 saylı arxivdə saxlanılan məktubdan və ona olan əlavədən görünür ki, mübahisə predmeti olan torpaq sahəsinə dair G.Ə.Xudaverdiyevin adına hər hansı bir qərar yoxdur.
29. Eyni zamanda cavabdehin rəhbərliyi bildirmişdir ki, G.Ə.Xudaverdiyevin adına həmin torpaqla bağlı qərar verilməmişdir.
30. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırkı inzibati işə baxılması üçün hər hansı bir prosessual maneə yoxdur.
31. Buna görə də kassasiya şikayəti təmin edilməli, apellyasiya məhkəməsinin 21(105)-177/2023 nömrəli, 28 aprel 2023-cü il tarixli qərardadı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir.
32. Şərh edilənlərə və Azərbaycan Res publikası İPM-in 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-177/2023 nömrəli, 28 aprel 2023-cü il tarixli qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilsin. Qərar qətidir.