Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1679/2024 25.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı "xxxx" ASC-nin cavabdeh Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: məcburi dövlət sosial sığorta haqları üzrə borcun silinməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" ASC-nin cavabdeh Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “borcun silinməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 dekabr 2023-cü i l tarixli, 2-1(104)-816/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(083)1403/2019 nömrəli qərarı ilə iddia qismən təmin edilərək, xx.xx.2013-cü il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr üçün İddiaçı ASC tərəfindən təqdim olunmuş dəqiqləşdirilmiş hesabatların Azərbaycan Respublikası Vergilər Nazirliyinin 12 saylı Ərazi Vergilər Departamenti tərəfindən qəbul edilməsi, İddiaçı ASC-nin xx.xx.2013-cü il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr üçün məcburi dövlət sosial sığorta haqları üzrə borclarının məhz həmin dəqiqləşdirilmiş hesabatlar əsasında hesablanması öhdəliyinin 12 saylı Ərazi Ve rgilər Departamentinin üzərinə qoyulması qərara alınmışdır.
2. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(104)-19/2022 nömrəli qərarı ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu tarixli, 2-1(083)1403/2019 nömrəli qərarı iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmışdır.
3. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023cü il tarixli, 2-1(102)-92/2023 nömrəli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(104)-19/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
4. Sözügedən inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə hüquqi qiymət verilmiş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli ekspert rəyində İddiaçı ASC-nin məcb uri dövlət sosial sığorta haqları üzrə rüblük (illik) hesabatlarına və xx.xx.2019-cu il tarixli auditor rəyinin nəticələrinə əsasən, cəmiyyətin xx.xx.2006-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr ərzində hesablanmış və ödənilmiş vəsaitlər üzrə xx.xx.2019-cu il tarixə borcu yekun olaraq 37116,18 manat müəyyən edilmişdir.
5. Həmin inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə hüquqi qiymət verilmiş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli ekspert rəyində qeyd edilmişdir ki, iş materiallarındakı sənədlərə (əməkhaqqı ilə bağlı cədvəllər, ödənişlə bağlı cədvəllər, əmək müqaviləsinin bağlanması, dəyişiklik edilməsi və xitam verilməsi ilə bağlı bildirişlər və s.) əsasən cavabdeh 12 saylı Ərazi Vergilər Baş İdar əsi tərəfindən iddiaçı "xxxx" ASC-yə xx.xx.2006-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr üçün hesablanmış məcburi dövlət sosial sığorta haqlarının düzgünlüyü müəyyən olunmamışdır. Yəni, təqdim edilmiş iş materiallarında mövcud olan sənədlər əsasında 12 saylı Ərazi Vergilər Departamenti tərəfindən xx.xx.2006-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr üçün "xxxx" ASC-yə hesablanmış məcburi dövlət sosial sığorta haqları üzrə borc məbləğinin mövcudluğu müəyyən olunmadı. Bundan başqa, iş materiallarından göründüyü kimi, "xxxx" ASC-yə xx.xx.2006-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr üzrə hesablanmış sosial sığorta haqlarını müəyyən etmək məqsədi ilə xx.xx.2019-cu il tarixdə auditor rəyi tərtib edilmiş, həmin rəydə də cavabdeh tərəfindən hesablanmış 860334,46 man at borc məbləğı müəyyən edilməmişdir.
6. Poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, “ünvan ünvanlanmış “**********0AS nömrəli sərəncam əsasında 121111 təsnifat kodu üzrə 96690,75 manat və 121211 təsnifat kodu üzrə 34496,76 manat borcun şəxsi hesab vərəqəsindən silinməsi” barədə müraciət xx.xx.2023-cü il tarixdə cavabdehin əməkdaşı tərəfindən qəbul edilmişdir. 7. “Sosial sığorta və işsizlikdən sığorta haqları üzrə şəxsi hesab vərəqəsi”ndən görünür ki, "xxxx" ASC-nin həmin kateqoriya üzrə borcu xx.xx.2023-cü il tarixdə məhkəmə qərarı əsasında 315935,59 manat azaldılma ilə qeyd edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə Gəncə İ nzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2006-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr üçün sosial sığorta haqları üzrə borcun "xxxx" ASCnin şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2019-cu il tarixli, 2-1(083)-1403/2019 nömrəli qərarı ilə xx.xx.2013-cü il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr üçün İddiaçı ASC tərəfindən təqdim olunmuş dəqiqləşdirilmiş hesabatların 12 saylı Ərazi Vergilər Departamenti tərəfindən qəbul edilməsi, İddiaçı ASC-nin xx.xx.2013-cü il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr üçün məcburi dövlət sosial sığorta haqları üzrə borclarının məhz həmin dəqiqləşdirilmiş hesabatlar əsası nda hesablanması öhdəliyinin 12 saylı Ərazi Vergilər Departamentinin üzərinə qoyulması qərara alınmışdır. xx.xx.2023-cü il tarixdə iddiaçının "xxxx" ASC-nin Gəncə filialında olan hesablaşma hesabına sərəncam qoyulmuş, sərəncamda 131185,51 məbləğ qeyd olunmuşdur. 121111 təsnifat kodu üzrə 96690,75 manat, 121211 təsnifat kodu üzrə 34494,76 manat qeyd edilmişdir. İddiaçının hesablaşma hesablarına 96690,75 manat və 34496,76 manat həcmində sərəncam qoyulduğundan, həmçinin şəxsi hesab vərəqəsində borc məbləği dəqiq görünmədiyindən, iddiaçı əvvəlcə həmin həcmdə borcun şəxsi hesab vərəqəsindən silinməsini tələb etmiş, ona görə də tələbin həcmini, məhkəmə iclasında cavabdehin nümayəndəsi tərəfindən borc məbləği açıqlandıqdan sonra artırmışdır. Bundan başqa, cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş DSMF-nin xx.xx.2019-cu il tarixli, **********8 nömrəli məktubuna əlavə edilmiş siyahıya Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(104)19/2022 nömrəli qərarı ilə qiymət verildiyindən hazırda təkrar qiymət verilə bilməz. Həmçinin qeyd olunan iş üzrə ekspert rəyi ilə cəmiyyətin xx.xx.2006-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr üçün məcburi dövlət sosial haqları üzrə borcu 37116,18 manat müəyyən edilmişdir ki, bu da, borcun cavabdehin həmin dövr üzrə hesabladığı həcmdə olmadığını deməyə əsas verir.
10. Cavabdehin iddiaya qarşı etirazında qeyd edilmişdir ki, silinməsi tələb olunan borc məbləği 2019-cu ilədək yaranmış məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borc məbləğidir və məhkəmə qərarının icrası ilə bağlı iddiaçının təqdim etdiyi hesabatla r əsasında hesablanmışdır. Məhkəmə qərarı 2023-cü ilin may ayında icra olunmuş və borc məbləği şəxsi hesab vərəqəsinə əlavə edilmişdir. Hazırda iddiaçının sosial sığorta borcu təqribən 400000 manatdır. İddiaçı borcun silinməsi barədə məhkəmədən əvvəl idarəyə müraciət etmədiyinə görə iddia mümkünsüz sayılmalıdır. Həmçinin iddiaçı idarəyə göndərdiyi ərizədə sərəncam üzrə borcun silinməsini tələb etmiş, 2006-2019-cu illər üzrə borcun silinməsini tələb etməmişdir. Həmçinin, hazırkı məsələyə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(083)-1403/2019 nömrəli iş üzrə qərarında qiymət verildiyindən, hazırda bu iddianın baxılması mümkünlük şərtlərinə cavab vermir. Eyni zamanda, məhkəmə işə mahiyyəti üzrə baxacağı təqdirdə isə qeyd olunur ki, Dövlət Sosial Müdafiə Fondunun xx. xx.2019-cu il tarixli, **********8 nömrəli məktubuna əlavə edilmiş siyahı ilə iddiaçının məcburi dövlət sosial sığorta haqları üzrə borcu 850149,94 manat müəyyən edilmiş, məhkəmə qərarının icrası istiqamətində həmin borcdan 315935,59 manat azaldılaraq şəxsi hesab vərəqəsində düzəliş edilmişdir. Bu hal onu deməyə əsas verir ki, iddiaçının borcu rəsmi sənədlər əsasında müəyyən edilmişdir və silinməsi üçün əsas yoxdur.
11. Gəncə İnzibati Məhkəməsinin (hakim: Fikrət Hüseynov) 26 sentyabr 2023-cü il tarixli, 2-1(114)-2819/2023 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, "xxxx" ASC-nin şəxsi hesab vərəqəsindən xx.xx.2006-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr üzrə məcburi dövlət sosial sığorta haqları üzrə borc məbləğinin 37116,18 manat hissəsi istisna olmaqla silinməsi öhdəliy i cavabdehin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir.
12. Birinci instansiya məhkəməsi Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(104)-19/2022 nömrəli qanuni qüvvəyə minmiş qərarını və xx.xx.2019-cu il tarixli ekspert rəyini mötəbər sübut növü kimi nəzərə alaraq iddianın qismən təmin edilməsi qənaətinə gəlmişdir.
13. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın iddianın rədd olunan hissəsində ləğv edilməsini və həmin hissədə də iddianın təmin olunmasını xahiş etmişdir.
14. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın iddianın təmin olunan hissəsində ləğv edilməsini və həmin hissədə də iddianın rədd olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
15. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Az ər Bayramov /sədrlik edən və məruzəçi/, Rəşad Mamedov və Aygül İsgəndərova) 15 dekabr 2023-cü il tarixli, 2-1(104)-816/2023 nömrəli qərarı ilə iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi iddianın mümkünlüyünə münasibətdə qeyd etmişdir ki, iddiaçı ilkin olaraq hesablaşma hesabına qoyulmuş sərəncamın ləğv olunmasını tələb etmiş, sonradan 121111 təsnifat kodu üzrə 96690,75 manat və 121211 təsnifat kodu üzrə 34496,76 manat borcun şəxsi hesab vərəqəsindən silinməsi barədə cavabdeh orqana müraciət etmiş, cavabdeh tərəfindən həmin müraciət qəbul edilsə də, müvafiq cavab verilməmiş və iddiaçı iddianın növünü dəyişərək qeyd olunan borc məbləğinin şəxsi h esab vərəqəsindən silinməsini tələb etmişdir. Bundan sonra, borc məbləğinin həcmi məhz birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edildiyindən, iddiaçı tələbin həcmini artıraraq xx.xx.2006-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr üçün sosial sığorta haqları üzrə borcun şəxsi hesab vərəqəsindən silinməsini tələb etmişdir. İlkin iddia ərizəsi məhkəməyə təqdim edildiyi tarixdə (xx.xx.2023cü il) iddiaçının şəxsi hesab vərəqəsində məhkəmə qərarı əsasında düzəliş edilmədiyindən, həmin düzəliş məhkəmə icraatı gedişində, yəni xx.xx.2023-cü il tarixdə olunduğundan və borc məbləği dəqiq göstərildiyindən, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini dəyişdirmiş və mümkün hesab etmişdir. Kollegiya hesab edir ki, iddiaçı məhkəmədə iddia qaldırarkən şəxsi hesab vərəqəsi ndə məhkəmə qərarı əsasında düzəliş aparılmadığından borcunun mövcud olmasını bilməmiş və haqlı olaraq da iddianın növünü sonradan dəyişmiş və həcmini artırmışdır. İddia tələbinin dəyişdirilməsi barədə qərardad cavabdeh orqana göndərilmiş, həmçinin cavabdeh orqanın nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında borcun silinməsi ilə bağlı tələbə mahiyyəti üzrə etirazını və arqumentlərini bildirdiyindən, digər tərəfdən, cavabdeh inzibati orqan tərəfindən məhkəməyə dəyişdirilmiş iddia tələbinə müvafiq məktubla münasibət bildirildiyindən, habelə yuxarıda qeyd olunan əsaslara və prosessual qənaət prinsipinə görə işə mahiyyəti üzrə baxılması məqsədəuyğun hesab edilmişdir. Odur ki, məhkəmə kollegiyası bu əsasa görə iddianın mümkünlük şərtlərinə cavab vermədiyi barədə cavabdeh inzibati orqa nın dəlillərini əsaslı hesab etmir.
17. İddiaçının xx.xx.2019-cu il tarixli, 23 nömrəli zəmanət məktubu ilə borcu etiraf etməsinə dair cavabdeh orqanın dəlillərinə münasibətdə qeyd olunmalıdır ki, iddiaçı artıq xx.xx.2019-cu il tarixdə əvvəlki tələblə məhkəməyə müraciət etməklə, cavabdeh inzibati orqanın tələb etdiyi borcu qəbul etmədiyini bildirmişdir. Yəni qeyd edilən hal iddianın əsaslığına təsir edən amil kimi qiymətləndirilə bilməz.
18. Məhkəmə kollegiyası tərəfindən Gəncə İnzibati Məhkəməsindən 2-1(083)1403/2019 nömrəli inzibati iş üzrə materiallar tələb edilərək tədqiq edilmişdir. Kollegiya əvvəlki məhkəmə qərarı ilə artıq bu tələbə hüquqi qiymət verildiyinə dair cavabdeh inzibati orqanın apellyasiya şikayətində göstərdiyi dəlilləri əsaslı hesab etmir. Belə ki, əvvəlki məhkəmə müb ahisəsi üzrə tələb iddiaçının təqdim etdiyi dəqiqləşdirilmiş hesabatların qəbul edilərək, borcun həmin dəqiqləşdirilmiş hesabatlar əsasında hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması olduğu halda, hazırkı tələb əsassız hesablanmış borcun şəxsi hesab vərəqəsindən silinməsi nin cavabdehə həvalə olunmasından ibarətdir. Göründüyü kimi, tələblərin əsası fərqlidir. Odur ki, əvvəlki məhkəmə qərarı ilə iddianın qismən təmin edilməsi, yəni xx.xx.2013-cü il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr üçün məcburi dövlət sosial sığorta haqları üzrə borclarının iddiaçının təqdim etdiyi dəqiqləşdirilmiş hesabatlar əsasında hesablanmasının müəyyən edilməsi, hazırda iddiaçının bu tələblə məhkəməyə müraciət etməsinə və bu tələbə mahiyyəti üzrə baxılmasına mane olmur.
19. Cavabdehin iddiaçının borcunun şəxsi hesab vərəqəsində məhkəmə qərarı əsasında 315935,59 manat həcmində azaldaraq hazırda təqribən 400000 manat olması barədə dəlillərinin hüquqi və faktiki əsası yoxdur. Belə ki, cavabdehin xx.xx.2023-cü il tarixli sorğusu əsasında Gəncə İnzibati-İqtisadi Məhkəməsinin icraatında olmuş 2-1(083)1403/2019 nömrəli iş üzrə İddiaçı ASC-nin təqdim etdiyi dəqiqləşdirilmiş hesabatlar vergi orqanına göndərilmiş, məhz həmin hesabatlar əsasında xx.xx.2023-cü il tarixdə məhkəmə qərarı əsasında şəxsi hesab vərəqəsində borc 315935,59 manat azaldılmışdır. Diqqət yetirilməli məqam ondan ibarətdir ki, məhz həmin hesabatlar əsasında ekspertlər tərəfindən borc bir halda 37116,18 manat, digər halda isə ümumiyyətlə müəyyən edilə bilmədiyi halda, vergi orqanının hansı meyarlara və sənədlərə əsasən bo rc məbləğini yuxarıda qeyd olunan həcmdə müəyyən etməsi inandırıcı və ağlabatan görünmür. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə əsaslığına hüquqi qiymət verilmiş xx.xx.2019-cu il tarixli ekspert rəyini mötəbər sübut növü kimi nəzərə almaqla cəmiyyətin məhz həmin rəydə qeyd edilmiş məbləğdə borcunun olması qənaətinə gəlməkdə haqlı olmuşdur.
20. Apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, birinci instansiya məhkəməsi borcun şəxsi hesab vərəqəsindən silinməsinin qaydasını müəyyən etmişdir. Digər tərəfdən, müəyyən edilmiş 37116,18 manat borc məbləğinin ödənilməsi halında, həmin borcun şəxsi hesab vərəqindən silinməsi ilə bağlı müvafiq hərəkətlər qanuni qüv vəyə minmiş qərarın icrası mərhələsində həyata keçirilir. Yəni əgər borcun tam və ya hissəvi qaydada icrası təmin edilibsə, vergi orqanı tərəfindən həmin məbləğin şəxsi hesab vərəqəsindən silinməsi təmin edilir. Odur ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsaslı deyildir.
21. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın iddianın təmin olunan hissəsində ləğv edilməsini və həmin hissədə də iddianın rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
22. Cavabdehin kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlilləri təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ E DİLƏN HÜQUQ
24. Azərbaycan Respublikasının Konstitusiyası Maddə
73. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz.
25. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 1.4 (xx.xx.2019-cu il tarixdən qüvvədə olan redaksiyada). Bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına gör ə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Maddə 3.7. Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın o lmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 24.1.1 və 24.1.2. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulu r. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. 26. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 9-1.1. (xx.xx.2019-cu il tarixdən qüvvədə olan redaksiyada). Məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haq qının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. Maddə 10 (xx.xx.2019-cu il tarixədək qüvvədə olan redaksiyada). Sosial sığorta haqlarının uçotunu aparmaq və bu barədə sığortaçıya hesabat vermək sığortaedənlərin vəzifəsidir. Maddə
11. Sosial sığorta haqqını vaxtında ödəmək sığortaolunanların vəzifəsidir. Maddə 14 (xx.xx.2019-cu il tarixədək qüvvədə olan redaksiyada). Məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçı təşkilata verilən pul vəsaitidir. Məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir və sığortaedənin (olunanın) vəsaitləri hesabına ödənilir. 27. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.1. İnzibati orqanlar qa nunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetə rli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir.
28. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
29. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
30. Hazırkı icraat çərçivəsind ə apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyi və əsaslılığı mübahisələndirilən hissədə yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
31. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.
32. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlər in təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
33. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
34. Qanunvericiliyin yuxarıda istinad olunan normala rı baxımından iddiaçının şəxsi hesab vərəqəsindən xx.xx.2006-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr üzrə məcburi dövlət sosial sığorta haqları üzrə borc məbləğinin 37116,18 manat hissəsi istisna olmaqla silinməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
35. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
36. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
37. Mübahisəyə dair işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı məcburi dövlət sosial sığorta haqları üzrə ilk olaraq hesabatları yanlış təqdim etmiş, bundan sonra yenidən dəqiqləşdirilmiş hesabat təqdim etsə də, inzibati orqan həmin hesabatları qəbul etməmişdir.
38. Bundan sonra, iddiaçı tərəfindən xx.xx.2006-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr üzrə məcburi dövlət sosial sığorta haqları üzrə dəqiqləşdirilmiş hesabatların cavabdeh tərəfindən qəbul edilməsi və məcburi dövlət sosial sığ orta haqları üzrə öhdəliyin həmin dəqiqləşdirilmiş hesabatlar əsasında müəyyən edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia qaldırılmışdır.
39. İddia qismən təmin olunmuş və xx.xx.2013-cü il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr üzrə dəqiqləşdirilmiş hesabatlar əsasında öhdəliyin müəyyən edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Yekun qərar qanuni qüvvəyə minmişdir.
40. Hazırkı iddia tələbi isə onunla əlaqədardır ki, başa çatan həmin mübahisə üzrə cavabdeh məhkəmə qərarını düzgün icra etməmiş və iddiaçının məcburi dövlət sosial sığorta haqları üzrə borc məbləği qalmaqda davam etmişdir. İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr üzrə hesablanmış məcburi dövlət sosial sığorta haqları üzrə borcunun silinməsini xahiş etmişdir.
41. Başa ça tmış birinci mübahisə zamanı məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuş və xx.xx.2006-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr üzrə iddiaçının məcburi dövlət sosial sığorta haqları üzrə 37116,18 manat öhdəliyinin olduğu göstərilmişdir. Lakin həmin mübahisə başa çatdıqdan sonra iddiaçı cavabdeh tərəfindən dəqiqləşdirilmiş məcburi dövlət sosial sığorta haqları üzrə hesabatlarının düzgün qəbul edilmədiyinə görə fərqli borc məbləğinin qaldığını bildirmiş və yenidən məhkəməyə iddia ilə müraciət etmişdir. İddia tələbi 37116,18 manat hissəsi istisna olunmaqla təmin olunmuş, məcburi dövlət sosial sığorta haqları üzrə qalan borcların silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
42. Cavabdehin kassasiya şikayətinin təkrarlanan əsaslarından biri ondan ibarət dir ki, iddiaçı əvvəl fərqli tələblə cavabdehə müraciət etmiş və məhkəmədə iddia qaldırmış, məhkəmə icraatı zamanı iddia tələbini dəyişmiş, lakin bununla bağlı inzibati orqana müraciət etməmişdir, bu səbəbdən iddia mümkün hesab edilməməlidir.
43. Bununla bağlı bildirilir ki, öhdəliyin icrası qaydasında iddianın mümkünlüyünə formal şəkildə yanaşılması doğru deyil. Cavabdeh artıq öz hərəkətləri ilə öz imtinasını göstərmişdir. Belə olan halda prosessual qənaət prinsipinə uyğun olaraq yenidən cavabdehin imtina cavabının gözlənilməsinə zərurət aradan qalxır.
44. Mübahisənin mahiyyətinə gəldikdə isə, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddiaçının dəqiqləşdirilmiş məcburi dövlət sosial sığorta haqları üzrə hesabatları qəbul olunduqdan sonra (əvvəlki mübahisənin nəticəsi üzrə) onun xx. xx.2006cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr üzrə ödəməli olduğu məcburi dövlət sosial sığorta haqları məbləğinin 37116,18 manat təşkil etdiyini bildirmişdir.
45. Cavabdeh kassasiya şikayətində iddiaçının vergi orqanına təqdim etdiyi xx.xx.2019-cu il tarixli zəmanət məktubuna istinad etmiş və iddiaçının borc məbləğini etiraf etdiyini qeyd edərək üzərinə öhdəlik götürdüyünü bildirmişdir.
46. Bununla bağlı bildirilir ki, inzibati hüquq münasibətlərində öhdəliyin yaranmasının hüquqi əsası mövcud olmalı, hər hansı şəxsin subyektiv mülahizəsi ilə büdcə qarşısında yaranan öhdəliklər müəyyən edilməməlidir. Həmçinin, iddiaçı məhkəməyə müraciət etməklə artıq həmin məktubda əks olunanları təsdiq etmədiyini də ifadə etmişdir. Başqa sözlə, əgər mübahisə mövcuddursa, şəxsin bundan daha əv vəl təqdim etdiyi hər hansı məktub əhəmiyyətsizdir və cavabdeh yalnız qanuni əsaslara istinad etməlidir.
47. Kassasiya şikayətinin digər bir dəlili ondan ibarətdir ki, Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2019-cu il tarixli məktubu ilə iddiaçının müvafiq dövrlər üzrə dəqiqləşdirilmiş hesabatları təqdim etməsinin məqsədəmüvafiq hesab edilməməsi qeyd olunmuşdur.
48. Bununla bağlı bildirilir ki, qanunvericiliklə şəxsə yenidən hesabat təqdim etmək hüququ verildiyi halda inzibati orqanın belə əsasla onu qəbul etməkdən imtina etməsi əsassızdır. Belə ki, həmin hesabatlar inzibati orqan tərəfindən hər bir halda qəbul edilməli, sonradan əgər hər hansı uyğunsuz hal aşkar olunarsa, inzibati icraat başlanılmaqla inzibati orqan tərəfindən müvafiq qərar qəbul edilməlidir. Hazırkı halda isə, inzibati orq an hesabatların qəbul edilməsindən imtina etmişdir ki, bu da yolverilməzdir.
49. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq həm də qeyd edir ki, vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin, o cümlədən məcburi dövlət sosial sığorta haqlarının vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələrin aidiyyəti orqanlar tərəfindən sui-istifadə olunması hallarının qarşısının alınmasından və bunun üzərindən azad sahibkarlıq mühitinin təşəkkül tapmasına şərait yaradılmasından ibarətdir. Vergi orqanları öz fəaliyyətlərində vergi qanunvericiliyinin həmin məqsədlərini nəzərə almağa borcludurlar.
50. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qey d edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
51. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 dekabr 2023-cü il tarixli, 2-1(104)-816/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.