Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-168/2020 21.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddiasına dair iş üzrə Açar sözlər: sabiq prokurora əmək haqqına 2 aylıq məzuniyyət, müalicə və maddi yardım əlavələri nəzərə alınmaqla təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması GİRİŞ HİSSƏ Hakimlər: Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), Rahib Sahib oğlu Nəbizadə və http://supremecourt.gov.az/static/view/65X1 ibarət tərkibdə, Cavabdeh şöbənin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərb aycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı sabiq prokurora əmək haqqına 2 aylıq məzuniyyət, müalicə və maddi yardım əlavələri nəzərə alınmaqla təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması haqqında iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarından cavabdeh İdarə tərəfindən verilmiş kassasiya şikayətinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinə(hazırda Xü susi Şərtlərlə Təyinat İdarəsidir) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1997-ci ilin oktyabr ayından başlayaraq ardıcıl gələn 60 ay ərzində prokurorluq orqanlarında işlədiyi dövr (Azərbaycan Respublikası Baş Prokurorluq İdarəsinin rəis müavini, Gədəbəyə rayon prokurorunun müavini və rayon prokuroru vəzifəsinin icraçısı) üzrə hər il məzuniyyətə çıxarkən 2 aylıq əmək haqqı məbləğində pul təminatı, əmək haqqının 2 misli həcmində müalicə pulu və əmək haqqının 2 misli həcmində maddi yardımın verilməsi nəzərə alınmaqla xx xxxxxx 2009-cu ildən iddiaçıya təyin edilmiş əmək pensiyasının yenidən hesablanması və ödənilməsi vəzifəsinin cavabdeh şöbənin üzərinə qoyulması barədə qərar qəbul ediməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2018-ci il tarixli qəra rı ilə (hakim.X.İmanov; iş No 2-1(82)-1407/2018) iddianın təmin edilməsi; iddiaçının 1997-ci ilin oktyabr ayından başlayaraq ardıcıl gələn 60 ay ərzində prokurorluq orqanlarında işlədiyi dövr (Azərbaycan Respublikası Baş Prokurorluğunun İdarəsinin rəis müavini, Gədəbəy rayon prokurorunun müavini və rayon prokuroru vəzifəsinin icracısı) üzrə hər il məzuniyyətə çıxarkən 2 aylıq əmək haqqı məbləğində pul təminatı, əmək haqqının 2 misli həcmində müalicə pulu və əmək haqqının 2 misli həcmində maddi yardımın verilməsi nəzərə alınmaqla xx xxxxxx 2009-cu ildən ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanması və ödənilməsi vəzifəsinincavabdeh şöbəyə həvalə edilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarı ilə (sədrlik edən V.Ağayev, hakimlər A.Nuriye va və C.Yusifov; iş No 2-1(103)-1628/2018) cavabdeh şöbə tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi; 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respulikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli qərarı ilə (sədrlik edən S.Hüseynova, hakimlər İ.Dadaşov və K.Bədəlov; iş No 2-1(102)-2018/2018) cavabdeh şöbə tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi; Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2018-ci il tarixli qərarının ləğv edilməsi; işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Hazırki işə 2-ci dəfə baxmış Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiya sının xx xxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən V.Məmmədov, hakimlər S.Seyidova və İ.Əhmədov; iş No 2-1(102)-28/2019) 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2018-ci il tarixli qərarının ləğv edilməsi; iş üzrə yeni qərar qəbul edilməsi; iddianın təmin edilməməsi qərara alınmışdır. Hazırki işə 2-ci dəfə baxmış Azərbaycan Respulikası Ali Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən İ.Hüseynov, hakimlər N.Rəsulbəyova və Z.Quliyev; iş No 2-1(102)-1809/19) Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi; işin təkrar baxılması ücün həmin məhkəməyə göndərilməsi; şikayətin qalan hissədə təmin olunmaması qərara alınmışdır. Hazırki işə 3-cü dəfə baxmış Bakı Apell yasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən M.Tağızadə hakimlər Ü.Mayılov və K.Abiyeva; iş № 2-1(103)-1993/2019) cavabdeh İdarənin apellyasiya şikayətinin qismən təmin edilməsi; 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2018-ci il tarixli qərarının ləğv edilməsi; iddia qismən təmin olunması; iddiaçıya 2 aylıq əmək haqqı məbləğində pul təminatı, əmək haqqının 2 misli həcmində müalicə pulu və əmək haqqının 2 misli həcmində maddi yardımın verilməsi nəzərə alınmaqla xx xxxxxx 2009-cu ildən təyin edilmiş əmək pensiyasının yenidən hesablanması və ödənilməsi vəzifəsinincavabdeh İdarəyə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh İdarə kassasiya şikayəti verərək, qərarı ləğv edilməsi və iddia tələbinin rədd edi lməsi haqqında yeni qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Cavabdeh İdarənin kassasiya şikayətində qeyd edilənlərə görə, işə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normalarının tətbiq edilməsində səhvə yol vermiş, nəticədə isə əsassız və qanunsuz qərar qəbul edilmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyası iclasında çıxış edən cavabdeh İdarənin vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəm ə kollegiyası iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmalarına baxmayaraq, hazırkı iş üzrə iddiaçının nümayəndələri gəlmədiklərindən və bunun səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddələrinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki, işin materiallarında olan xx.xx.1966-cı ildə açılmış əmək kitabçasının və Azəpbaycan Respublikası Baş Prokurorluğu tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli 11/136 saylı arayışın surətlərinə əsasən iddiaçı xx.xx.1966-cı ildən əmək fəaliyyətinə başlamaqla, xx.xx.1984-cü il tarixədək müxtəlif təşkilatlarda, o cümlədən xx.xx.1984-cü ildən etibarən xx.xx.2009-cu ilədək Azərbaycan Respublikası Prokurorluğu orqanlarında müxtəlif vəzifələrdə işləmiş, qulluqda olmanın yaş həddinə çatması ilə əlaqədar tutduğu vəzifədən azad edilərək qulluq keçməsinə xitam verilməklə prokurorluq orqanlarından xaric edilmişdir. xx.xx.2011-ci ildən hal-hazıradək O, “H.Əliyev” adına Akademiyada müəllim vəzifəsində işləyir. İddiaçıya baş ədliyyə müşaviri xüsusi rütbəsi Baş Prokurorun xx.xx.1998-ci il tarixli 428-1 saylı əmri ilə verilmiş, sonradan həmin rütbədən məhrum edilməmişdir. İşin materiallarında olan cavabdeh İdarənin Pensiya və X2 Müavinət Təyin edən Komissiyanın xx.xx.2009-cu il tarixli qərarına əsasən, iddiaçıya xx.xx.2008-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən iddiaçıya verilmiş xx.xx.2018-ci il tarixli, 17/33 saylı məktub əsasən, xx xxxx 2001-ci ildə qəbul edilmiş “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respubl ikası Qanununun 20.8 və 20.9-cu maddələrinə uyğun olaraq, prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən ildə 1 dəfə onlara 2 aylıq, müalicə olunmaları ilə əlaqədar isə 2 aylıq əmək haqqı məbləğlərində birdəfəlik pul müavinəti verilir. Həmin Qanunun 20.8 və 20.9-cu maddələrində nəzərdə tutulmuş müavinətlərdən dövlət sosial müdafiə fonduna ayırmalar, yalnız 2007-ci ildən məzuniyyət üçün müavinət, 2010-cu ildən müalicə üçün müavinət sosial müdafiə ayırmalarına cəlb olunan ödənişlərə daxil edilmişdir. Həmin Qanunun 21.4-cü maddəsinə əsasən prokurorluq əməkdaşlarına onların əmək haqqının 2 qat mislindən az olmayaraq maddi yardım verilir. Azırbaycan Respublikası Baş Prokurorunun ümumi əmrlərinə əsasən mart, oktyabr və dekabr aylarında ümumilikdə 3 dəfə maddi yardım verilir. İşin materialların da olan Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli, 15/224 saylı arayışın surətinə görə, iddiaçı 1997-ci ilin oktyabr ayından 1999-cu ilin dekabr ayına kimi Azərbaycan Respublikası Baş Prokurorluğunun İdarəsinin rəis müavini, 2000-ci ilin yanvar ayından 2001-ci ilin iyul ayinadək Gədəbəy rayon prokurorunun müavini vəzifəsinə təyin olunmaqla, rayon prokuroru vəzifəsi ona həvalə edilmiş, xx.xx.2001-ci ildən 2002-ci ilin oktyabr ayınadək həmin rayonun prokuror vəzifəsini icra edən işləyərkən aldığı vəzifə maaşı, əlavə və mükafatlar barədə məlumat verilmişdir. Bu fəktlara əsasnana iddiaçı ona 1997-ci ilin oktyabr ayından başlayaraq ardıcıl gələn 60 ay ərzində prokurorluq orqanlarında işlədiyi dövr (Azərbaycan Respublikası Baş Prokurorluğunun İdarəs inin rəis müavini, Gədəbəy rayon prokurorunun müavini və rayon prokuroru vəzifəsinin icracısı)üzrə hər il məzuniyyətə çıxarkən 2 aylıq əmək haqqı məbləğində pul təminatı, əmək haqqının 2 misli həcmində müalicə pulu və əmək haqqının 2 misli həcmində maddi yardımın verilməsi nəzərə alınmaqla xx xxxxxx 2009-cu ildən ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanması üçün ərizə ilə cavadeh İdarəyə müraciət etmişdir. Lakin həmin inzibati orqanın iddiaçıya ünvanladığı xx xxxxxx 2018-ci il tarixli 13/04549 nömrəli cavab məktubu ilə bildirilmişdir ki, iddiaçıya xx.xx.2008-ci ildə yaşa görə (prokuror kimi) əmək pensiyası təyin olunmuş, pensiyasının hesablanmasında Azərbaycan Respublikası Baş Prokurorluğunun İdarəsinin rəis müavini, Gədəbəy rayon prokurorunun müavini və rayon prokuroru vəzifəs inin icracısı işlədiyi dövrlər əsas götürülmüşdür. xx.xx.2014-cü ildən pensiyasının məbləği 3304,05 manat təşkil edir, prokurorluq orqanlarında qulluq stajı 25 il, vəzifə maaşı 2101,50 manat, qulluq stajı 45 % - 945,67 manat, mükafat 30 % - 647,89 manat, yüksəklik 20 % - 297 manat, xüsusi rütbə 138 manat olmaqla, cəmi 3.304,05 manat təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1, 20.1.5-ci və 20.8-ci maddələrinə əsasən, hər il məzuniyyətə çıxarkən iki aylıq əmək haqqı məbləğində pul təminatı, müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul təminatı, eləcə də hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım verilir. Qeyd olunan əlavələrin xidmət keçdiyi dövr ərzində ərizəçiyə hesablanması barədə Azərbaycan Respublikası Baş Prokurorluğundan arayış təqdim edə bilmədiyi üçün, həmin əlavələrin pensiyasının hesablanması zamanı dövlət məvacibində nəzərə alınması qanunvericiliyə ziddir. İddiaçı iddia tələbində ona 2009-cu il 19 noyabr tarixdən təyin edilmiş əmək pensiyasının yenidən hesablanması və ödənilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulmasını qeyd etsə də, sonradan həmin tarixin yanlış göstərildiyini və ona qulluq stajına görə pensiyanın, əslində 2009-cu il 19 fevral tarixdən təyin edildiyini, yenidən hesablamanın da məhz həmin tarixdən aparılmalı olduğun bildirmişdir. Hazırki işə baxmış Ali Məhkəmənin xx xxx 2019-cu il tarixli qərarında yeni apellyasiya baxışı zamanı iddiaçıya ilk dəfə əmək pensiyası təyin edilərkən onun istəyi ilə seçilmiş əmək fəaliyyəti nin 60 aylıq müddətinə həmin müddətlə əhatə olunan, qanunla prokurorluq işçisinin “əmək haqqı”kimi təsnif edilən gəlir və ödənişlərin nəzərə alınıb-alınmadığı; iddiaçı “ona təyin edilmiş pensiyanın yenidən hesablanmasını” tələb etdiyindən iddiaçıya onun 25 illik qulluq stajına görə 2009-cu il 19 fevral tarixdən əmək pensiyası təyin edilərkən yenidən hesablamanın həmin vaxtda qüvvədə olan qanuna uyğun olaraq əmək haqqındakı sonrakı artımlara (o cümlədən, iddiaçının istinad etdiyi və "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Qanunun 20.8, 20.9 və 21.4-cü maddələrində nəzərdə tutulmuş ödənişlərə) uyğun olaraq aparılıb-aparılmadığı məsələsinin araşdırılması haqqında məcburi xarakter daşıyan göstəriş verilmişdir. Araşdırılan qərardan göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üz rə müəyyən edilmiş hallara hüquqi qiymət verərək haqlı olaraq belə hesab etmişdir ki, Ali Məhkəmənin yuxarıda qeyd edlən göstərişinə uyğun olaraq aparılmış araşdırma zamanı iddiaçının pensiya işi tələb edilərək öyrənilmiş və müəyyən edilmişdir ki, iddiaçıya ilk dəfə pensiya təyin edilərkən onun istəyi ilə seçilmiş əmək fəaliyyətinin 60 aylıq müddətinə həmin müddətlə əhatə olunan, qanunla prokurorluq işçisinin “əmək haqqı” kimi təsnif edilən gəlir və ödənişləri nəzərə alınmışdır. Belə ki, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 20.8-ci maddəsinə əsasən, prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən, onlara iki aylıq əmək haqqı məbləğində pul təminatı verilir. Həmin Qanunun 20.9-cu maddəsinə müvafiq olaraq prokurorluq işçiləri (pensiyaya çıxmış i şçilər də daxil olmaqla), o cümlədən onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində pul müavinəti verilir. Həmin Qanunun 21.1-ci maddəsinə görə, prokurorluq işçilərinin əmək haqqı vəzifə maaşından, rütbələrə, xidmət illərinə görə əlavələrdən və qanunvericiliklə nəzərdə tutulan digər ödənişlərdən ibarətdir. Həmin Qanunun 21.4-cü maddəsinə uyğun olaraq prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım verilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.8-ci və 20.8.3-cü maddələrinə əsasən, bu Qanunun 20.1.5-ci və 20.1.5-1-ci maddələrində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr prokuror luq orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, prokurorluq orqanlarında 10 ildən yuxarı qulluq etmiş prokurorluq işçilərinə - orta aylıq əmək haqqının 55 faizi miqdarında, 10 ildən yuxarı prokurorluq işçisi stajının hər ili üçün həmin orta aylıq əmək haqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Həmin Qanunun 26.1-ci maddəsinə müvafiq olaraq bu Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş əmək pensiyasının (bütün əlavələr, müxtəlif güzəştlərin ləğvi ilə bağlı kompensasiyalar və digər ödəmələrlə birlikdə) ümumi məbləği dəyişdirilmədən bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu məqsədlə Qanun qüvvəyə mindiyi günədək təyin olunmuş əmək pensiyasının (bütün əlavələr, müxtəlif güzəştlərin ləğvi ilə bağlı kompensasiyalar və digər ödəmələrlə birlikdə) ümumi məbləğindən əmək pensiyasının qanunvericiliklə müəyyən edilmiş baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. Həmin Qanunun 29.3-cü maddəsinə görə, bu Qanunun 20.1.1-20.1.11-ci maddələrində nəzərdə tutulmuş şəxslərin bu maddəyə uyğun olaraq əmək pensiyasının baza hissəsi artırıldıqda və ya sığorta hissəsi indeksləşdirildikdə, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. H əmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əmək haqqı sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. İş üzrə müəyyən edilir ki, cavabdeh inzibati orqan tərəfındən iddiaçıya pensiya təyin edilərkən, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 20.8, 20.9 və 21.4-cü madələrində nəzərdə tutulmuş imtiyazlar nəzərə alınmamışdır. Qanunun qeyd edilən normalarının tələblərinə görə, hər il məzuniyyətə çıxarkən prokurorluq işçilərinə 2 aylıq əmək haqqı məbləğində pul təminatı, prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqdar ildə bir dəfə 2 aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinatı və prokurorluq işçilərinə hər il onların əmək haqqının 2 qat həcmindən az olmayaraq verilən maddi yardım dövlət rəhbərinin mülahizəsindən asılı olmayaraq qanunun birbaşa göstərişinə əsasən verilməsi nəzərdə tutulduğu halda, cavabdeh inzibati orqan həmin əlavələrin pensiyasına hesablamamaqda haqlı olmamışdır. Yuxarıda qeyd edilənlərə əsasən, cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi sonuncunun qanunla qorunan hüquqlarını pozmaqla əsassız və qanunsuz olmuşdur. Eyni zamanda iddiaçının iddia tələbi əsaslı və qanuni olduğundan həmin tələb 1-ci instansiya məhkəməsi tərəfindən düzgün olaraq təmin edilmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü bəndinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgündür; cavabdeh İdarənin kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qəbul edilməməlidir. Azərbaycan Respublikası İPM-nin 14.3-ci maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. H əmin Məcəllənin 73.1-ci maddəsinə görə, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş v ə barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərarın ləğvi üçün əsas olan qanun pozuntusuna yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslı hesab edilmir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 69, 96 və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə Bakı şəhəri Nərimanovl rayon şöbəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-168/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-168/2020
21.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver