Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-168/2021 17.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X14 üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: “neftin boşaldılması və doldurulması üzrə əmtəə operatoru” peşəsi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və X1 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X14 üzrə Mərkəzi Filialının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X14 üzrə Mərkəzi Filialına (bundan sonra cavabdeh) qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və həmin vaxtdan pensiyanın ödənilməsində yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1556/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərarından cavabdehin verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı 1950-ci il 28 iyun tarixdə doğulmuş, 1967-ci il 13 iyul tarixdə əmək fəaliyyətinə başlamış, 1969-cu il 10 may tarixdən 1971-ci il 25 iyul tarixə kimi hərbi xidmətdə olmuş, 1971-ci il 6 avqust tarixdən əmək fəaliyyətini davam etdirmiş, 1974-cü il 14 oktyabr tarixdən “X5nda” “neftin boşaldılması-doldurulması üzrə əmtəə operatoru”, 1978-ci il 1 mart tarixdən həmin Bazada “istehsal üzrə əmtəə operatoru”, 1986-cı il 14 may tarixdən “növbə rəisi”, 1986-cı il 9 iyul tarixdən 2012-ci il 30 noyabr tarixə kimi əmtəə operatoru vəzifəsində işləmişdir.
2. İddiaçıya xx xxxx 2013-cü il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir.
3. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona 2005-ci il 28 iyun tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmaqla pensiyasının yenidən h esablanmasını xahiş etmişdir.
4. Cavabdeh xx xxxxxxxx 2018-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, iddiaçıya xx xxxx 2013-cü il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir. Ona yaşa görə əmək pensiyası təyin edilərkən güzəştli işdə işləməsi barədə müvafiq arayış təqdim etməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı x xxxxxx 2018-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xəzər rayon şöbəsinə qarşı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17-ci maddəsinin 5 -ci bəndinə müvafiq olaraq ona 55 yaşdan, yəni 2005-ci il 28 iyun tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və həmin vaxtdan pensiyanın ödənilməsində yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, cavabdehin imtinası əsassızdır. Belə ki, iddiaçının 45 ildən artıq ümumi iş stajı vardır. Həmin stajın xx xxxxxxx 1974-cü il tarixdən xx xxxxxx 2012-ci il tarixədək olan hissəsini o, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “X5”nda neftin hazırlanması və vurulması üzrə əmtəə operatoru vəzifəsində işləmişdir. Onun işlədiyi həmin vəzifə ağır və zərərli olmuşdur. İddiaçıya xx xxxx 2013-cü il tarixdə pensiya təyin edilərkən onun xüsusi iş stajı nəzərə alınmamış və ona y aşa görə əmək pensiyası təyin edilmişdir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13cü maddəsinin “b” bəndinə əsasən iddiaçı xx xxxx 2005-ci il tarixdən, yəni 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malik olmuşdur. O, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda “Xİİ. Qazma, neftin, qazın və qaz kondensatının hasilatı və emalı” bölməsinin 2-ci bəndində (Neft-qaz və qaz kondensatının hasilatı) 2130200a – 15824 kodu ilə nəzərdə tutulmuş “neft və qaz hasilatı üzrə operatorlar” peşəsində 12 il 6 aydan a rtıq işləmişdir. İddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 38, 149-cu maddələrinə, “Əmək pensiyaları haqqında” Qanunun 3.1, 9.8, 21, 30-32, 37.7-ci maddələrinə, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13 və 17-ci maddələrinə istinad edilmişdir. 7. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X10, 2-1(82)-507/2019 saylı iş) xx xxxx 2019-cu il tarixli qərarı ilə iddia təmin edilərək iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.8-ci maddəsinə və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 5-ci bəndinə müvafiq olaraq 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və həmin vaxtdan pensiyanın ödənilməsində yaranmış fərq məbləğinin birdəfəlik ödənil məsi öhdəliyi DSMF-nin Xəzər rayon şöbəsi üzərinə qoyulmuşdur.
8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 saylı Qərarla təsdiqlənmiş 2 nömrəli Siyahıda iddiaçının işlədiyi “neft və qaz hasilatı üzrə operatorlar” peşəsi “Xİİ. Qazma, neftin, qazın və qaz kondensatının hasilatı və emalı” bölməsinin 2-ci bəndində (Neft-qaz və qaz kondensatının hasilatı) 2130200a – 15824 kodu ilə nəzərdə tutulmuşdur. İddiaçı göstərilən peşədə x xxxxxx 1997-ci il tarixədək 12 il 6 aydan artıq işləmişdir və həmin tarixədək onun 25 ildən artıq iş stajı olmuşdur. Bu, işin mübahisə olunmayan hallarına aiddir.
9. DSMF-nin Xəzər rayon şöbəsi həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın rədd edilməsini xahi ş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki birinci icraat
10. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərardadı ilə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xəzər rayon Şöbəsi, əsl cavabdeh Dövlət Sosial Müdafiə Fondunun X14 İdarəsi ilə əvəz edilmişdir.
11. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının (hakimlər X11məruzəçi, X7 və X3, 2-1(103)-2456/2019 saylı iş) x xxxxxx 2019-cu il tarixli qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmiş, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və pensiyanın ödənilməsində yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi 2006-cı il 1 yanvar tarixdən hesablanmış, qərar qala n hissədə dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə əsasən razılaşmaqla yanaşı, həmçinin hesab etmişdir ki, 2017-ci il 1 iyul tarixə qədər qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Qanunun 32.1-ci maddəsinə əsasən, əmək pensiyasının təyin edilməsi müddətləri, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla təyin edilir. Qanunun mənasından göründüyü kimi, vətəndaşa əmək pensiyasının onun müraciəti əsasında hüququnun yarandığı gündən təyin edilməsi müəyyən olunsa da, qanunverici əmək pensiyalarının “Əmək pensiyaları” haqqında Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla təyin edilməsini nəzərdə tutmuşdur. «Əmək pensiyaları haqqında» Qanun 2006-cı il 1 yanvar tarixdən qüvvəyə mindiyindən, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi 2006-cı il 1 yanvar tarixdən hesablanmalıdır.
13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın rədd edilməsini xahiş etmişdir. b) kasasiya instansiyası məhkəməsindəki birinci icraat
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasınin (hakimlər X12-məruzəçi, X4 və X2, 2-1(102)-930/2020 saylı iş) xx xxxx 2020-ci il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının x xxxxxx 2019-cu il tarixli nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
15. Ali Məhkəmənin qərarında qeyd edilmişdir ki, işçinin çalışdığı, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə əsas verən istehsalat sahəsinin və işin, peşənin və ya vəzifənin adı əmək kitabçasında aşkar olaraq (birmənalı) göstərilmişdirsə, həmin məzmunda əmək kitabçası cavabdehin də qeyd etdiyi “sənəd”lərə aiddir. Lakin hazırkı halda, iddiaçının çalışdığı istehsalat sahəsi və işlədiyi peşənin adı “Siyahı”da göstərilən peşənin adı ilə tam uzlaşmadığından, cavabdehin “arayış”la bağlı tələbi əsaslı olmuşdur. b) apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat 16. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin mövqeyi ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyası (hakimlər X15-məruzəçi, X13 və X24, 21(103)-1556/2020 saylı iş) xx xxxxxxxx 2020-ci il tarixli qərarla cavabdehin apelyasiya şikayətini t əmin etməmiş, birinci instansiya məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarını dəyişdirmədən saxlamışdır.
17. Cavabdeh həmin qərarın surətini xx xxxxxxx 2020-ci il tarixdə almış, x xxxxxx 2020-ci il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsini barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri
18. Nazirlər Kabinetinin 320 saylı qərarın 4-cü bəndində göstərilmişdir: Nazirliklər, baş idarələr, komitələr və birliklər: 1 və 2 nömrəli siyahıları tətbiq etmək üçün tabeliklərində olan müəssisə və təşkilatlar tərəfindən hazırlıq işlərinin vaxtında başa çatdırılması, iş yerlərinin attestasiyasının keçirilməsi və əmək şəraitinin ya xşılaşdırılması üzrə zəruri tədbirlər görsünlər; siyahılara müvafiq olaraq, güzəştli şərtlərlə pensiya təyin olunmaq üçün iş yerlərinin siyahılarını, peşələrin və vəzifələrin adlarını müəyyənləşdirsinlər və onlarla işçiləri tanış etsinlər; işçiləri güzəştli pensiya hüququ verən iş yerlərinə təyin etdikdə onların əmək kitabçalarında müvafiq qeydiyyat aparsınlar.
19. Beləliklə həmin bəndən göründüyü kimi, işçiləri güzəştli pensiya hüququ verən iş yerlərinə təyin etdikdə onların əmək kitabçalarında müvafiq qeydiyyat aparılması göstərilmişdir.
20. Şəxslərin əmək kitabçasına belə qeydlər aparılmadıqda onların iş yerlərindən onların işlədikləri peşələrin güzəştli pensiya hüququ verən peşələr olması barədə arayışlar verilir.
21. İddiaçının müraciəti zamanı idarəyə təqdim edilən əmək kitabçasınd a onun işlədiyi peşələrin güzəştli şərtlərlə pensiya hüququ verən peşələr olması barədə qeydlər aparılmadığından ona cavab məktubunda xx xxxx 2013-cü il tarixdə yaşa görə əmək pensiyası təyin edilməsi və bu zaman güzəştli işdə işləməsi barədə müvafiq arayış təqdim etməməsi qeyd edilmişdir.
22. Lakin, bundan sonra da iddiaçı cavabdehə qeyd edilən arayışı təqdim etməmişdir. İnzibati orqana müraciət edərkən hal-hazırda qüvvədə olan qanunvericiliyə əsasən inzibati orqanın müraciət etmiş şəxsdən qanunvericiliklə nəzərdə tutulmuş sənədləri təqdim etməsini istəyə bilər. Müraciət etmiş şəxs qeyd edilən sənədləri təqdim etmədikdə isə ona həmin sənədlərin təqdim etməsi barədə hüququnu izah etməlidir. Məhz bu səbəbdən inzibati orqan cavabında iddiaçıya qeyd edilən arayışı təqdim etməsini göstərmişdir. Qeyd edilən arayış olmadıqda inzibati orqan ona edilmiş müraciətin qanuna uyğun olaraq araşdırma imkanından məhrum olur. İddiaçının isə həmin arayışı inzibati orqana təqdim etmədən məhkəməyə müraciət etməsi bir tərəfdən əsassız məhkəmə araşdırmalarının aparılması, məhkəmə tərəfindən isə bununla əlaqədar qərar qəbul etməsi Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsinin 3-cü bölməsində göstərilən Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipinin pozulmasıdır. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
24. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir.
25. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Tətbiq edilən hüquq 26. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanları n: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 27. “Əmək pensiyaları haqqında” Qanun qü vvəyə mindiyi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: günədək Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələ rin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... xx xxxx 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. 28. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azə rbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatla rın, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir.
29. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir... 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
30. Cavabdehin kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bil ən hesab edilir.
31. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilməmişdir.
33. Cavabdehin əsas dəlili ondan ibarətdir ki, iddiaçının işləmiş olduğu peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda olmadığından onun güzəştli şərtlə yaşa görə pensiya hüququ yaranmamışdır.
34. Kasasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
35. Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddələrinə uyğun olaraq iddiaçıya 55 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 2 element mövcud olmalıdır: 1) xx.xx.1997-ci ilə qədər 25 ildən az olmayan ümumi iş stajının mövcud olması; 2) xx.xx.1997-ci ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması.
36. Apelyasiya məhkəməsinin mövqeyinə görə x xxxxxx 1997-ci ilə qədər iddiaçı 2 saylı Siyahıda mövcud olan peşədə işləmiş və həmin vaxta qədər 25 ildən az olmayan ümumi iş stajı, azı 12 il 6 ay güzəştli iş stajı mövcud olmuşdur.
37. Apelyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçı 1986-cı il 9 iyul tarixdən 5-ci dərəcəli əmtəə operatoru işləmişdir və onun işlədiyi bu peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda “Xİİ. Qazma, neftin, qazın və qaz kondensatının hasilatı və emalı” bölməsinin 2-ci bəndində (Neft-qaz və qaz kondensatının hasilatı) 2130200a – 15824 kodu ilə nəzərdə tutulmuşdur.
38. Ali Məhkəmə 2020-ci il 17 iyun tarixli qərarında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin istinad etdiyi 2 nömrəli Siyahıda 2130200a – 15824 kodu ilə “neft və qaz hasilatı üzrə operatorlar” peşəsi nəzərd ə tutulmuşdur. İddiaçı isə “neftin boşaldılması-doldurulması üzrə əmtəə operatoru” peşəsində işləmişdir. Məhkəmə ilk növbədə iddiaçının işlədiyi müəssisənin fəaliyyətinin məhz “neftin hasilatına” aid olub- olmadığını müəyyən etməli idi. Bundan başqa, iddiaçı inzibati orqanın imtinası ilə razılaşmayaraq işlədiyi işin, peşənin və ya vəzifənin (hazırkı halda, adıçəkilən müəssisədə “neftin boşaldılması-doldurulması üzrə əmtəə operatoru”nun) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə əsas verdiyini iddia edirsə, bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə normativ aktda (Siyahıda) bilavasitə nəzərdə tutulan və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları ( iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Belə ki, işin, vəzifənin və peşənin adının müəyyən və ya təyin edilməsi məhkəmənin səlahiyyətinə aid deyil.
39. Bundan sonra apelyasiya məhkəməsinə təqdim edilən sənədlərdən görünür ki, iddiaçı Dövlət Neft Şirkətinin X9 əmtəə operatoru peşəsində işləmişdir, əmək funksiyaları hazırkı X8 əmtəə operatoru üçün nəzərdə tutulan vəzifə standartlarında göstərilənlər əmək funksiyaları ilə eyni olmuşdur (arxiv arayışı, səh.148).
40. Əmtəə operatorunun vəzifə standartlarına (vəzifənin icra etdiyi fəaliyyətlərin siyahısına) SOCAR neftinin gəmilərdən çənlərə qəbul edilməsi, tranzit neft və neft məhsullarının gəmilərdən çənlərə qəbulu, neftin müvafiq sahəyə nəqli (aparılması), boru xətlərinə və əmtəə parkında yerləşən avadanlıqlara texniki qulluq, boru xətlərinin və əmtəə parkında yerləşən avadanlıqların təmirə hazırlanması (cari və əsaslı), digər fəaliyyətlər (korroziyadan qorunma, qəza və bədbəxt hadisələrin araşdırılmasında iştirak etməsi, növbə ərzində aşağı dərəcəli əmtəə operatorların işinə nəzarət edilməsi və s.) aiddir (səh. 150-161).
41. İddiaçının əmtəə operatoru kimi vəzifə standartlarına (vəzifənin icra etdiyi fəaliyyətlərin siyah ısına) neft və qaz hasilatı nəzərdə tutulmamışdır.
42. Neft qaz hasilatı üzrə Operator peşə üzrə işin xüsusiyyətləri aşağıdakılardır: Bütün hasilat üsulları üzrə neft, qaz, qaz kondensatını çıxarma texnoloji prosesinin aparılması, quyuların aramsız işləməsinə nəzarət edilməsi, qrup ölçən qurğularının nasos stansiyalarının, kompressor stansiyalarının işinə və quyuların iş rejiminin saxlanılması və yaxşılaşdırılması üçün geoloji-texniki tədbirlərin həyata keçirilməsinə nəzarət edilməsi, Neft və qaz quyularının verilmiş istismar əmsalının təmin edilməsi. Elektrik dalma nasoslarının işə buraxılması və qoyulmuş rejimə salınmasının təmin edilməsi, metanol nasoslarının işinin tənzimlənməsi. Lay təzyiqinin saxlanılması üçün su vurucu quyuların işinə nəzarət. Quyuların kimyəvi üsullarla işlənilməsi nin hesabatının aparılması və preslərə rəhbərlik. Mədəndə aparılan mürəkkəb quraşdırma və sökmə işlərinə, elektrik dalma nasosları qurğularında, avtomatik qrup ölçü qurğularında aparılan işlərdə iştirak və bu işlərə bilavasitə rəhbərlik. Quyuların yeraltı və əsaslı təmirə hazırlanmasında, onların təmirdən sonra işə buraxılmasında və rejimə sapınmasında iştirak etmək. İşə salma elektrik avadanlığının yığılmasında, idarəetmə stansiyalarının, avtomatika və telemexanika bloklarının quraşdırılmasında və sazlanmasında iştirak etmək. Neftqazçıxarma sahəsinə edilən xidmətin sənədləşdirilməsi. Aşağı dərəcəli operatorların işinə rəhbərlik. Mürəkkəb və xüsusən mürəkkəb qovşaq və mexanizmlərinin sökülməsi, təmiri, yığılması və sınanması; mürəkkəb avadanlığın, aqreqat və maşınların təmiri, quraşdırılma sı və sökülməsi, sınanması, tənzimlənməsi, sazlanması və təmirdən sonra təhvil verilməsi; təmir və quraşdırmaq üçün mürəkkəb alətlərin düzəldilməsi; təmir üçün qüsurlar siyahısının tutulması; qaldırıcı-nəqliyyat mexanizmləri və xüsusi alətlər tətbiq etməklə takelaj işlərinin yerinə yetirilməsi.
43. Bilməlidir: təmir olunan avadanlığın, aqreqat və maşınların quruluşunu; avadanlığın, aqreqatların və maşınların təmiri, yığılması və sınanması prosesində qüsurları aradan qaldırma üsullarını; mürəkkəb nəzarət-ölçü alətinin quruluşunu, təyinatını və tətbiqi şərtlərini; universal və xüsusi ləvazimatın konstruksiyasını; müxtəlif qeyri- mürəkkəb detalların nişanlama və emalı üsullarını; müşahidə və oturtmalar, kvalitetlər və nahamarlıq parametrləri sistemini; turşuyadavamlı və başqa ərintilərin xa ssələrini; avadanlığın planlı xəbərdarlıq təmirinin əsas müddəalarını. İşlənilən yatağın xarakteristikası, yeraltı və yerüstü avadanlığın texniki xarakteristikası və quruluşu; quyuların yeraltı və əsaslı təmirinin növləri; quyuların mənimsənilməsi və tədqiqi, neft və qaz hasilatının intensivləşdirilməsi; avtomatika və telemexanika sisteminin və proqramqurğularının quruluşu və onlardan istifadə qaydaları, avtomatika və telemexanikanın əsasları. (E-mail: mailto:Hr.company16@gmail.comElektron ünvan #mənbə: #jobsearch. Az).
44. Göründüyü kimi, Əmtəə operatorunun vəzifə standartları ilə Neft və qaz hasilatı üzrə operatorun vəzifə funksiyaları tamamilə fərqlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda, o cümlədən “Xİİ. Qazma, neftin, qazın və qaz kondensatının hasilatı və emalı” bölməsində X9 əmtəə operatoru peşəsi nəzərdə tutulmamışdır.
45. İddiaçının iş yeri olan Dövlət Neft Şirkətinin X8 xx xxxxxxxx 2020-ci il tarixli arxiv arayışında iddiaçıya əmək məzuniyyətinə çıxarkən idarə üzrə zərərli və ağır iş şəraitinə görə əlavə məzuniyyət hüququna malik olan peşə və vəzifələrin Siyahısına əsasən 6 təqvim günü əlavə məzuniyyət verilməsi və saatlıq taarif maaşına 1,04 artım əmsalının tətbiq edildiyi bildirilmiş, lakin iddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda konkret hansı sahə, peşə və kod üzrə işlədiyini göstərməmiş, bu barədə arayışda heç bir əsaslandırma verməmişdir (arxiv arayışı, səh.148).
46. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda iddiaçının işlədiyi peşə qeyd edilməmişdir.
47. Apelyasiya məhkəməsinin istinad etdiyi Siyahıdakı kodda göstərilən peşədə iddiaçının işləməsi əmək kitabçasında və iş yerindən verilən arayışlarda göstərilməmişdir.
48. İşdə olan sübutlarla iddiaçının “Xİİ. Qazma, neftin, qazın və qaz kondensatının hasilatı və emalı” bölməsinin 2-ci bəndində (Neft-qaz və qaz kondensatının hasilatı) 2130200a – 15824 kodu ilə “neft və qaz hasilatı üzrə operatorlar” peşəsində işləməsi təsdiq olunmamışdır.
49. Beləliklə, iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün x xxxxxx 1997-ci ilə qədər zəruri olan 12 il 6 ay güzəştli şərtlə yaşa görə pensiya hüququ verən staja malik olmadığından apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmamışdır. Odur ki, kasasiya şikayəti təmin edilərək apelyasiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın rədd edilməsi barədə qərar qəbul edilməlidir.
50. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbay can Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1556/2020 saylı, xx xxxxxxxx 2020-ci tarixli qərarı ləğv edilsin. İddiaçı iddiası təmin edilməsin. Qərar qətidir.