Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-168/2022 25.01.2022 ALİ MƏHKƏMƏ İddiaçı X1 Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək pensiyasının yenidən hesablanması; Konstitusiya Məhkəməsi Plenumunun 15.05.2020-ci il tarixli qərarının tətbiqi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, şifahi məhkəmə baxışı keçirilmədən, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə “pensiyanın yenidən hesablanması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31.08.2021-ci il tarixli, 2-1(103)-1527/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı X3 22.06.1987-02.09.2000-ci il tarixlərdə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin, 02.09.2000-05.09.2005-ci il tarixlərdə Bakı şəhəri Nizami rayon Məhkəməsinin sədri olmuş, 05.09.2005-28.07.2007-ci il tarixlərində isə Bakı şəhəri Nizami rayon Məhkəməsinin sədri vəzifəsini icra etmişdir. 28.07.2007-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edil miş və 01.04.2018-ci il tarixdə hakimlik səlahiyyətlərinə xitam verilmişdir.
2. İddiaçı X2 01.04.2018-ci il tarixdən yaşa görə 2.229,52 manat məbləğində pensiya təyin olunmuş, 01.05.2018-ci il tarixdən pensiya məbləği 2.456,88 manata, 01.09.2019-cu il tarixdən isə 2.667,59 manatadək artırılmışdır
3. İddiaçı 08.01.2020-ci il tarixində pensiya məbləğinin əlavələr nəzərə alınmaqla yenidən hesablanması barədə cavabdehə müraciət etmiş, cavabdeh 15.01.2020-ci il tarixli məktubla bildirmişdir ki, DSMF-nin Yasamal rayon Şöbəsi tərəfindən iddiaçıya 01.04.2018ci il tarixdən hesablanmaqla “Əmək pensiyaları haqqında” Qanunun 20.7.2-ci maddəsinə uyğun olaraq 30 il 09 ay hakim kimi iş stajına görə sonuncu vəzifəsi üzrə orta aylıq əmək haqqının (2.786,90 manat) 80 faizi – 2.229,52 manat məbləğində yaşa g örə əmək pensiyası təyin edilmişdir. Hakimlərinin vəzifə maaşlarının artımı ilə əlaqədar 01.05.2018ci il tarixindən iddiaçının əmək pensiyası 2.456,68 manat məbləğində, 01.09.2019-cu il tarixdən etibarən isə 2.667,59 manat məbləğinə hesablanaraq müvafiq kart hesabına köçürülür. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı X3 05.02.2020-ci il tarixdə cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (hazırkı:Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına) və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona tə qaüdə çıxdığı 01.04.2018-ci il tarixdən etibarən hesablanan əmək pensiyasının, hakimlərə hakimlik stajına görə verilən maaşın 45 faizi həcmində əlavə haqqın, müalicə olunmaları üçün verilən iki aylıq əmək haqqı məbləğində pul təminatının, məzuniyyətə çıxarkən verilməli olan iki aylıq əmək haqqı məbləğində müavinətin, səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün birinci instansiya məhkəmələrinin hakimlərinə vəzifə maaşlarının 15 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatı-01.04.2018-ci il tarixdən 01.09.2019- cu il tarixədək və səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün verilən vəzifə maaşlarının 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatı 01.09.2019-cu il tarixdən nəzərə alınmaqla yenidən hesablanması və ödənilməmiş məbləğin - fərqin iddiaçıya birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehlərə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş arayışdan məlum olmuşdur ki, iddiaçıya pensiya təyin edilərkən, 22.06.1987-ci ildən 28.08.2000-ci ilədək Bakı şəhəri Kirov (Binəqədi) Rayon Məhkəməsinin hakimi və sədri, 28.08.2000-ci ildən 01.09.2007-ci ilədək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin sədri vəzifəsində çalışmağı nəzərə alınmamış, son iş yeri olan Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi kimi iddiaçıya pensiya hesablanmışdır. “Azərbaycan Respublikası m əhkəmələrinin hakimləri üçün ixtisas dərəcələrinin müəyyən edilməsi haqqında” 29.07.1992-ci il tarixdə qəbul edilmiş və 30.11.2011-ci il tarixədək qüvvədə olan Qanunla Azərbaycan Respublikası məhkəmələrinin hakimləri üçün ixtisas dərəcələri müəyyən edilmiş və “Azərbaycan Respublikası məhkəmələri hakimlərinin ixtisas dərəcələri haqqında” Əsasnamənin 7-8-ci bəndlərinə əsasən ixtisas dərəcələri hakimlərə ömürlük verilir və ixtisas dərəcəsi olan hakimlərə vəzifə maaşından əlavə haqq müəyyən edilmişdir. 04.11.1992-ci il tarixdə qəbul edilmiş “Azərbaycan Respublikası məhkəmələrinin ixtisas dərəcəli hakimlərinə əlavə haqq verilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarı ilə Azərbaycan Respublikası məhkəmələrinin üçüncü ixtisas dərəcəli hakimlərinə Azərbaycan Respublikasında müə yyən edilmiş minimum əmək haqqının üç misli məbləğində haqq verilməsi qərara alınmışdır. Həmin qərarın 2-ci bəndinə əsasən İxtisas dərəcəsindən məhrum edilməmiş, hakim seçildiyi müddət qurtardıqdan sonra başqa işə keçən və pensiyaya çıxan Azərbaycan Respublikası məhkəmələri hakimlərinin əlavə haqq almaq hüququ saxlanılır. “Azərbaycan Respublikasının rayon (şəhər) xalq məhkəmələrinin hakimlərinə ixtisas dərəcələri verilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 21 may 1996-cı il tarixli 80-İQR Qərarı ilə İddiaçı (Bakı şəhəri Binəqədi rayon xalq məhkəməsinin sədri kimi) 3-cü ixtisas dərəcəsi verilmişdir.
6. İddiaçı X3 08.09.2020-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, 20 il məhkəmə sədri vəzifəsində çalışmağı nəzərə alınmaqla, bugünə ola n məhkəmə sədrinin əmək haqqı və digər gəlirləri əsas götürülməklə,o cümlədən hakimlərə hakimlik stajına görə verilən maaşın 45 faizi həcmində əlavə haqqın, müalicə olunmaları üçün verilən iki aylıq əmək haqqı məbləğində pul təminatının, məzuniyyətə çıxarkən verilməli olan iki aylıq əmək haqqı məbləğində müavinətin, səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün birinci instansiya məhkəmələrinin hakimlərinə vəzifə maaşlarının 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatının, həmçinin, 3-cü ixtisas dərəcəsinə görə əmək haqqının üç misli məbləğində haqqın nəzərə alınmaqla yenidən hesablanması və ödənilməmiş məbləğin - fərqin iddiaçıya birdəfəlik ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
7. Bakı İnzibati Məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli, 2-1(112)-3089/2020 nömrəli qərarı ilə (hakim A.Oruczadə) iddiaçı X1 iddiası təmin edilmiş, iddiaçının məhkəmə sədri kimi işlədiyi illər üzrə istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləği (öz arzusu ilə) və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 106-cı, 107-ci və 109-cu maddələrində nəzərdə tutulan əlavə maddi-sosial təyinatlar nəzərə alınmaqla, yəni 01.04.2018-ci il tarixdən 01.09.2019-cu il tarixədək səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün verilən vəzifə maaşlarının 15 faizi miqdarında, 01.09.2019-cu il tarixdən isə 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatı, hakimlərin məzuniyyətə çıxdığı vaxt iki aylıq vəzifə maaşı, müalicə olunmaları üçün iki aylıq əmək haqqı məbləğində pul təminatı, həmçinin, hakimlik stajına görə verilən maaşın 45 faizi həcmində əlavə haqq, o cümlədən üçüncü ixtisas dərəcəsinə görə əmək haqqının üç misli məbləğində əlavə haqqlar nəzərə alınmaqla yenidən hesablanıb və halhazıra kimi yaranmış fərq məbləğinin ödənilməsi vəzifəsi cavabdehə həvalə edilməsi qərara alınmışdır.
8. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən prosessual hərəkətlərin pozuntusuna yol verilərək iddiaçının ərizəsi olmadan pensiya təyin edilmişdir. Vətəndaşın ərizəsi olmadan pensiyanın təyin edilməsi isə pensiyanın düzgün hesablanmamasına səbəb olmuşdur. Pensiya təyin edilərkən iddiaçının öz şəxsi iradəsi ilə istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqlarını (məhkəmə sədri və ya məhkəmə hakimi kimi işlədiyi dövrlər) seçməsi təmin olunmamışdır. Məhkəmə sədri kimi iddiaçının daha yuxarı məbləğdə əmək haqqı aldığı nəzərə alınmaqla iddiaçının pensiya təyin edilərkən məhz məhkəmə sədri kimi fəaliyyət göstərdiyi istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləği əsasında hesablanmasını tələb etmək hüququ var. Pensiya hesablanarkən ona həmin dövr üzrə əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmalıdır.
9. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 08.09.2020-ci il tarixli, 2-1(112)-3089/2020 saylı qərarın ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində birinci icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-598/2021 saylı, 26.01.2021-ci il tarixli qərarı ilə (hakimlər V.Ağayev, A.Nuriyeva,A.Hüseyn) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 08.09.2020-ci il tarixli, 21(112)-3089/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
11. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. Qərardan cavabdeh tərəfindən kassasiya şikayəti verilmişdir. c. Kassasiya instansiyası məhkəməsində birinci icraat
13. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)664/2021 saylı, 07.04.2021-ci il tarixli qərarı ilə (haki mlər Zakir Quliyev, Rahib Nəbizadə, İspəndiyar Şəfiyev) cavabdehin kasasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26.01.2021-ci il tarixli, 2-1(103)-598/2021 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir.
14. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı nə ilkin iddia ərizəsində, nə iddianın dəqiqləşdirilməsi barədə ərizəsində, nə də ki, DSMF-nin Yasamal rayon şöbəsinə yazdığı 16.07.2018-ci il tarixli ərizəsində pensiyanın tam hesablanması zamanı hansı müddət kəsiyinin götürülməsinin istədiyini ümumiyyətlə ifadə etməmiş, hətta əsas üçün 24 və 60 ay müddətinin götürülməsini belə qeyd etməmişdir. Lakin buna baxmayaraq birinci instansiya sı məhkəməsi İPM-nin 13-cü maddəsinin tələblərindən istifadə etməyərək, yəni həmin məsələdə iddiaçıya yardım göstərilməyərək, iş üzrə qəbul etdiyi 08.09.2020-ci il tarixli qərarın nəticəvi hissəsində “İddiaçının məhkəmə sədri kimi işlədiyi illər üzrə istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləği (öz arzusu ilə)... yenidən hesablanıb... odənilməsi vəzifəsi”ni cavabdehə həvalə etmişdir. Bu prosessual yanlışlıq apellyasiya instansiyası məhkəməsi tərəfindən də təkrar edilmişdir. ç. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
15. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək əmək pensiyasının yenidən hesablanması zamanı məhkəmə sədri və hakim kimi çalışdığı 20062010-cu illər daxil olmaqla 60 ay müddətin baza kimi götürülməsi vəzifəsin in cavabdehə həvalə edilməsini xahiş etmiş, ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir.
16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31.08.2021-ci il tarixli 21(103)-1527/2021 nömrəli qərarına əsasən (sədrlik edən Elmira Nağıyeva, hakimlər Həmid Həmidov və Cahangir Yusifov) cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 08.09.2020-ci il tarixli, 2-1(112)-3089/2020 nömrəli qərarı dəyişdirilmiş, iddiaçı X1 məhkəmə sədri kimi işlədiyi 2006-2010-cu illər daxil olmaqla 60 ay müddətin baza kimi götürülərək, əməkhaqqının orta aylıq məbləği və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunun 106-cı, 107-ci və 109-cu maddələrində nəzərdə tutulan əlavə maddi-sosial təyinatlar nəzərə alınmaqla, yəni 01.04.2018-ci il tarixdən 01.0 9.2019-cu il tarixədək səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün verilən vəzifə maaşlarının 15 faizi miqdarında, 01.09.2019-cu il tarixdən isə 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatı, hakimlərin məzuniyyətə çıxdığı vaxt iki aylıq vəzifə maaşı, müalicə olunmaları üçün iki aylıq əmək haqqı məbləğində pul təminatı, həmçinin, hakimlik stajına görə verilən maaşın 45 faizi həcmində əlavə haqq, o cümlədən üçüncü ixtisas dərəcəsinə görə əmək haqqının üç misli məbləğində əlavə haqqlar nəzərə alınmaqla yenidən hesablanıb və hal-hazıra kimi yaranmış fərq məbləğinin ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.
17. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, iddiaçının təqdim etdiyi iddia tələbinin dəqiqləşdirilməsi barəd ə ərizəyə uyğun olaraq birinci instansiya məhkəməsinin qərarının nəticə hissəsini dəyişdirmişdir.
18. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31.08.2021-ci il tarixli 2-1(103)-1527/2021 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
19. Kassasiya şikayətinin dəlillərində görə iddiaçıya təyin edilmiş əmək pensiyasının yenidən hesablanması zamanı 2006-2010-cu illər ərzində almış olduğu əmək haqqının orta aylıq məbləği (01.01.2006-28.07.2007 – sədr vəzifəsi; 28.07.200731.12.2010 – Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi) və həmin dövrlərdə əmək haqqındakı sonrakı artımlar, yəni “Məhkəmələr və hakimlər haqqında” Qanunu n 106, 107 və 109-cu maddələrində nəzərdə tutulan əlavə maddi-sosial təyinatlar nəzərə alınmalıdır. Lakin iddiaçının həmin Qanunun 107 və 109-cu maddələrində nəzərdə tutulan hakimlərin məzuniyyətə çıxdığı vaxt iki aylıq pul vəzifə maaşı və müalicə olunmaları üçün iki aylıq əmək haqqı məbləğində pul təminatı alması iş materialları ilə öz təsdiqini tapmır. İddiaçı özü də həmin əlavələri almasını təsdiq edən hər hansı sənəd təqdim etməmişdir.
20. Həmçinin, iddiaçı ixtisas dərəcəsinə görə əmək haqqının üç misli məbləğində əlavə haqq hesablanmasını tələb etsə də, iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunması üçün əsas götürülmüş dövr ərzində (2006-2010) iddiaçı həmin ixtisas dərəcəsi üzrə əlavə haqqı almamışdır. İş materiallarında iddiaçının ixtisas dərəcəsi üzrə əlavə haqqı almasını t əsdiq edən sənəd yoxdur. 21. “Məhkəmələr və hakimlər haqqında” Qanuna 08.10.2010-cu il tarixində edilmiş dəyişikliyə əsasən Qanunun 106-cı maddəsinə yeni məzmunda üçüncü hissə əlavə edilmişdir. Həmin normaya əsasən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərinə vəzifə maaşının 25 faizi miqdarında, apellyasiya instansiyası məhkəmələrinin hakimlərinə vəzifə maaşının 20 faizi miqdarında, birinci instansiya məhkəmələrinin hakimlərinə vəzifə maaşının 15 faizi miqdarında vergilərdən azad olunan aylıq pul təminatı verilir. İddiaçıya yaşa görə əmək pensiyasının təyin olunması üçün əsas götürülmüş dövr ərzində (2006-2010) iddiaçı nə 15%, nə də 25% miqdarında vergilərdən azad olunan aylıq pul təminatını almamışdır.
22. Kons titusiya Məhkəməsi Plenumunun 15.05.2020-ci il tarixli Qərarına əsasən isə şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər nəzərə alınır ki, həmin şəxs “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olarq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl və ya xidmətdən buraxıldığı günə almış olsun. Apellyasiya instansiyası məhkəməsi isə göstərilən normaları nəzərə almamış, Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan hüquqi mövqeyinə zidd qərar qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 24. “Əmək pensiyaları haqqında” Qanunun Maddə
1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; (-) Maddə
20. Qulluq stajına görə əmək pensiyasına əlavələr 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: (-) 20.1.4. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş sabiq hakimlər (-) 20.7. Bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyə tin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən, əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: 20.7.1. 15 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında; 20.7.2. 15 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı hakimlik stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği a rasındakı fərq qədər əlavə ödənilir. (-)
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15.05.2020-ci il tarixli ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” qərarı 2. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. 3. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmə t etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz.
26. İnzibati Prosessual Məcəllə Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-) Maddə
58. Sübutların araşdırılması qaydası (-) 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-) Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
96. Ali Məhkəmədə icraat (-) 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. (-) 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-) Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
28. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlü kdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir.
29. Kassatorun dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı məhkəmə sədri kimi 28.07.2007-ci il tarixinədək fəaliyyət göstərdiyindən ona, müvafiq olaraq 21.10.2010-cu il tarixinədək qüvvədə olan “Məhkəmələr və hakimlər haqqında” Qanunun 107-ci maddəsinə uyğun olaraq məzuniyyətə çıxarkən verilməli olan iki aylıq vəzifə maaşı, həmçinin 01.04.2018-ci il tarixindən 01.09.2019-cu il tarixinədək səlahiyyətl ərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün verilən vəzifə maaşlarının 15 faizi miqdarında, 01.09.2019-cu il tarixindən isə 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatı və müalicə olunmaları üçün verilən iki aylıq əmək haqqı məbləğində pul təminatı nəzərə alınmalıdır. Bununla bağlı kassatorun dəlilləri əsassızdır.
30. İxtisas dərəcəsinə görə əmək haqqının üç misli məbləğində əlavə haqq hesablanmasına dair isə kassatorun dəlilləri əsaslıdır. Məhkəmə tərəfindən bu hissədə maddi hüquq normasının tətbiqində səhvə yol verilmişdir.
31. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun hazırkı qərarın 25-ci bəndində göstərilən qərarında qeyd olunmuşdur ki, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzə rə alınır ki, həmin şəxs: - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun; - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun.
32. Beləliklə, göstərilənlərə əsasən sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əmək haqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Belə olan halda isə artıq pensiya alan şəxslərə münasibətdə pensiya təyin edildikdən sonra almadıqları və məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqına və ya ona edilən əlavələrə görə ə mək pensiyalarının yenidən hesablanması əmək pensiyaları haqqında qanunvericiliyin sosial sığorta prinsiplərini özündə əks etdirən məzmununa cavab vermir.
33. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun bu məsələ ilə bağlı mövqeyi qətidir və şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımların nəzərə alınmasını qadağan edir.
34. Hazırkı tələbə Konstitusiya Məhkəməsi Plenumunun göstərilən hüquqi mövqeyi baxımdan yanaşdıqda məlum olur ki, iddiaçının vaxtında almadığı əlavələr pensiya hesablanmasında nəzərə alınması qanunvericiliyin göstərilən tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun mövqeyinə ziddir. Bu hüquqi m övqe Ali Məhkəmənin İnzibati Kollegiyasının bir sıra qərarlarında da öz əksini tapmışdır (bax: Ali Məhkəmənin İnzibati Kollegiyasının 07.09.2021-ci il tarixli 2-1(102)-1312/2021 nömrəli, 22.06.2021-ci il tarixli 21(102)-1157/2021 nömrəli, 08.06.2021-ci il tarixli 2-1(102)-827/2021 nömrəli, 25.05.2021ci il tarixli 2-1(102)-1017/2021 nömrəli qərarları).
35. İddiaçı məhkəmə sədri və hakim kimi çalışdığı 2006-2010-cu illər daxil olmaqla 60 ay müddətin baza kimi götürülərək əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Həmin dövrlərdə isə iddiaçı sözügedən əlavəni almamışdır.
36. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı ixtisas dərəcəsinin hesablanması hissəsində həm Konstitusiya Məhkəməsi Plenumunun, həm də oxşar işlər üzrə formalaşmış Ali Məhkəmənin hüquqi mövqeyinə ziddir.
37. Odur ki, cavabdehin kassasiya şikayəti bu hissədə əsaslı olduğundan qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31.08.2021-ci il tarixli 2-1(103)-1527/2021 nömrəli qərarı qismən - üçüncü ixtisas dərəcəsinə görə əmək haqqının üç misli məbləğində əlavə haqqlar nəzərə alınması hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi rədd edilməli, məhkəmə qərarı qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
38. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31.08.2021-ci il tarixli 21(103)-1527/2021 nömrəli qərarı qismən - üçüncü ixtisas dərəcəsinə görə əmək haqqının üç misli məbləğində əlavə haqqlar nəzərə alınması hissəsində ləğv edilsi n. İddia tələbi həmin hissədə təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31.08.2021-ci il tarixli 21(103)-1527/2021 nömrəli qərarı qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılsın. Cavabdehin kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.