Məhkəmə qərarları › İş №2-1(102)-168/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-168/2024

04.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-168/2024 04.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyət hüququnun bərpa edilərək dövlət reyestrində qeydə alınması, iddianın qeyri-mümkünlüyü, subyektiv hüququn olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1952-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “Yelizavetpol şəhə rinin 1-ci hissəsində, İmamlı küçəsi, 4 yol, Oktyabrskaya küçəsi 83 (indiki ünvan 1 ünvanında yerləşən 3,1 ha torpaq sahəsi üzərində ulu babası X4 mülkiyyət hüququnun bərpa edilərək dövlət reyestrində qeydə alınması” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 avqust 2023-cü il tarixli, 2-1(104)-319/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Dövlət Tarix Arxivi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli, 2/307 nömrəli və xx.xx.2020-ci il tarixli, İ-67 a/x nömrəli arxiv arayışlarından görünür ki, Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin sənədləri üzrə Yelizavetpol şəhər notariusu X5 tər tib və təsdiq etdiyi, 4 vərəqdən ibarət 6 saylı siyahı üzrə 6 saylı aktlar kitabında 224 saylı reyestr qeydiyyatına alınmış işdə saxlanılan rus dilində tərtib edilmiş “Daşınmaz əmlakın satın alınmasına dair” notariat aktın xx.xx.1888-ci ilə dair layihəsindən məlum olur ki, Yelizavetpol Gəncə sakini X19 Fəttah (X21 Fattax oqlu) oğlunun Yelizavetpol şəhərinin 1-ci hissəsində İmamlı küçəsində, uzunluğu 102 sajına, eni isə 76 sajına (3,1 ha) bərabər olan boş torpaq sahəsi olmuşdur, həmin sahənin onun tərəfindən həmşəhərlisi Yelizavetpol sakini X16 Rza (X17 İrza oqlu) oğlundan 250 rubla hərracdan satın alınması rəsmiləşdirilmiş və daşınmaz əmlak notarial qaydada təsdiq edilmişdir. 2. 21.07.2020-ci il tarixli, AZ-İİ 091550 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən, Fəttahov X7 1920-ci ildə vəfa t etmişdir.

3. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, ünvan 5ən torpaq sahəsi dövlət mülkiyyətinə aiddir və onun üzərində inşa edilmiş əmlak kompleksi kimi müəssisə hüquqmüəyyənedici sənədlər əsasında 2010-cu il tarixdə dövlət reyestrində qeydiyyata alınmışdır. Eyni zamanda, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsində mövcud arxiv materiallarına əsasən ünvan 2 ünvanda “ünvan 3rskaya küçəsi 83 olması və həmin ərazinin Molla X2 məxsus olması barədə hər hansı sənəd aşkar olunmamışdır.

4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Gəncə şəhəri 1 saylı Notariat ofisinin xx.xx.2021-ci il tarixli imtina qərarı ilə iddiaçıya ünvan 4 ünvanda yerləşən 3,1 ha torpaq sahəsinə dair qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməsindən göstərilən əmlakın hüquqmüəyyənedici sənədlərinin olmaması səbəbindən imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində birinci icraat

5. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Yelizavetpol şəhərinin 1-ci hissəsində, İmamlı küçəsi, 4 yol, Oktyabrskaya küçəsi 83 (indiki ünvan 1 ünvanında yerləşən 3,1 ha torpaq sahəsi üzərində ulu babası X4 mülkiyyət hüququnun bərpa edilərək dövlət reyestrində qeydə alınması barədə qərar çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının ulu babası olan Molla X3 Sovet hakimiyyəti qurulanadək Gəncə şəhərində tanınmış və var-dövlətli şəxslərdən olu b. Onun mülkiyyətində bir çox daşınar və daşınmaz əmlaklar, Yelizavetpol şəhərinin 1-ci hissəsində, İmamlı küçəsi, 4 yol, Oktyabrskaya küçəsi 83 (indiki ünvan 1 ünvanında yerləşən 3,1 ha torpaq sahəsi olmuşdur. Bu fakt Dövlət Tarix Arxivinin xx.xx.2020-ci il tarixli arxiv arayışı ilə təsdiq edilir. Həmin əmlakın ulu babası tərəfindən satın alınması isə 1888-ci il tarixli, 82 nömrəli notariat aktının arxiv qovluğundakı sənədləri ilə də təsdiq edilir. X8 1920-1922-ci illərdə siyasi əqidəsinə görə Sovet hökuməti tərəfindən siyasi repressiyaya məruz qalmış və həmin dövrdə güllələnmişdir. Bu fakt da Gəncə şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli, 2-33 nömrəli qətnaməsi ilə təsdiqlənir. Səbail rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(009)-835/2020 nömrəli qətnaməsi ilə mər hum X1 onun ulu babası olması, onun isə 1921-ci il tarixdə güllələnərək öldürülməsi faktı tanınıb. Bundan sonra ulu babasından miras qalmış əmlakı vərəsəlik qaydasında əldə etmək üçün Gəncə şəhərində yerləşən Notariat Kontoruna müraciət etmiş, notarius iddiaçıdan həmin əmlakın babasının mülkiyyətində olması ilə bağlı arayış tələb etmişdir. Həmin arayışın alınması üçün iddiaçı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən ona bildirilmişdir ki, ünvan 5ən torpaq sahəsinin və ümumiyyətlə Yelizavetpol şəhərinin 1-ci hissəsində, İmamlı küçəsi, 4 yol, Oktyabrskaya küçəsi, 83 nömrəli ünvanda yerləşən torpaq sahəsinin babasının mülkiyyətində olması ilə bağlı arxiv məlumatlarında hər hansı sənəd aşkar edilməyib. Göründüyü kimi, siyasi repressiyaya məruz qalmış şəxs kimi X4 mülkiyyətində olan torp aq sahələri dövlət tərəfindən özəlləşdirilmişdir. Hal-hazırda vaxtilə onun ulu babasına məxsus olmuş torpaq sahəsinin üzərində əmlak kompleksi inşa edilmişdir. Hesab edir ki, cavabdehin heç bir arxiv sənədinin olmaması barədə cavab məktubu əsassızdır, çünki Dövlət Tarix Arxivinin arxiv arayışında ünvan 5ən 3,1 ha torpaq sahəsinin rəsmi reyestr sənədləri əsasında X6 məxsus olması qeyd olunmuşdur.

7. Gəncə İnzibati Məhkəməsinin (hakim: Usaməddin Osmanov) 28 aprel 2022-ci il tarixli, 2-1(114)-256/2022 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

8. Birinci instansiya məhkəməsi gəldiyini nəticəni onunla əsaslandırmışdır ki, iddia cavab verməli olan inzibati orqana qarşı yönəlməmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Azərba ycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi cavabdehə müsadirə edilmiş dövlət əmlakının keçmiş sahibinə geri qaytarılması hüququ vermir. Həmçinin 2000-ci ilin 1 sentyabr tarixinədək inzibati hüquq münasibətlərindən əmələ gələn mübahisələrə baxılması qaydaları 1964-cü ilin 11 sentyabr tarixli qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 22-ci fəslinin müddəaları əsasında həll olunurdu. Həmin normalar da inzibati orqanın qərar, hərəkət və hərəkətsizliyinin müahisələndirilməsini müddətlə məhdudlaşdırırdı və bu müddət qərarın təqdim olunduğu gündən 10 gün təşkil edirdi. 2000-ci ilin 1 sentyabr tarixindən qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsinə görə, şəxs özünün h üquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik idi (həmin norma 10 iyun 2011-ci il tarixli, 143-İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə MPM-dən çıxarılmış və bu cür mübahisələndirmə qaydaları İPM-lə tənzimlənməyə başlamışdır). İddiaçı qanunvericilik aktının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktda müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, yeni qanuna istinadla inzibati iddianı qaldıra bilməz. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır.

9. İddiaçı apellyasiya şikayəti verərək, həmin qə rardadın ləğv edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində birinci icraat

10. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Azər Bayramov /sədrlik edən və məruzəçi/, Əlizamin Abdullayev və Şamil Rzaquliyev) 28 iyun 2022-ci il tarixli, 2-1(104)-340/2022 nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilmiş, iddianın mümkünlük məsələsinə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə göndərilmişdir.

11. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının tələbi torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasından ibarət olmuşdur. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində apa rıldığından hazırkı iddia da məhz Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı yönəldilməlidir. Digər tərəfdən, belə vəziyyətdə birinci instansiya məhkəməsi araşdırma aparmaqla müvafiq normativ aktlara əsasən qeyd edilən məsələnin hansı inzibati orqanın səlahiyyətlərinə aid olmasını müəyyən etməli, iddia tələbinin düzgün cavabdehə qarşı yönəldilməsi istiqamətində iddiaçıya müvafiq sərəncam göndərməli, cavabdehin əsl cavabdehlə əvəz edilməsini onun diqqətinə çatdırmalı və ya iddiaya cavab verməli olan inzibati orqanı göstərməklə iddiaçının düzgün cavabdehə qarşı iddia qaldırmaq hüququnu ona izah etməli idi. Həmçinin, iş materiallarının araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı qeyd edilən torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasına dair cavabdeh inzibatı orqana müraciət etmiş, sonuncu ərizənin təmin edilməsindən imtina etmişdir. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanda “ünvan 3rskaya küçəsi, 83 nömrəli ünvanda yerləşən 3,1 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Göründüyü kimi, iddiaçının inzibati orqana qarşı qaldırdığı hazırkı iddia tələbi inzibati aktın mübahisələndirilməsi ilə bağlı iddia deyil, hazırkı iddia tələbi öhdəliyin icrası haqqında iddia olduğu halda, birinci instansiya məhkəməsi tələbə iddia müddəti ilə bağlı müddəaları tətbiq etməklə bu əsasla iddianı mümkünsüz hesab etməkdə haqlı olmamışdır. Odur ki, kollegiya hesab edir ki, birinci instansiya məhk əməsinin gəldiyi qənaət əsassızdır. birinci instansiya məhkəməsində ikinci icraat

12. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti əsl cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 3 saylı Gəncə Ərazi İdarəsi ilə əvəz edilmişdir.

13. Gəncə İnzibati Məhkəməsinin (hakim: Fikrət Hüseynov) 30 yanvar 2023-cü il tarixli, 2-1-(114)-120/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

14. Birinci instansiya məhkəməsi gəldiyini nəticəni onunla əsaslandırmışdır ki, hazırkı tələblə iddiaçı mərhum ulu babası X6 məxsus olmuş Yelizavetpol şəhərinin 1-ci hissəsində, İmamlı küçəsi, 4 yol, Oktyabrskaya küçəsi, 83 nömrəli ünvanda yerləşən 3,1 ha torpaq sahəsinin indiki ünvan 5ən torpaq sahəsi olmasını iddia edərək həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını tələb edir. Bununla bağlı məhkəmə qeyd edir ki, mövcud arxiv materiallarına, eyni zamanda, müvafiq notariat işinə aid sənədlərə əsasən ünvan 6 ünvanda “ünvan 3rskaya küçəsi 83 olması və həmin ərazinin Molla X2 məxsus olması müəyyən olunmur, başqa sözlə mübahisələndirilən torpaq sahəsinin (Yelizavetpol şəhərinin 1-ci hissəsində, İmamlı küçəsi, 4 yol, Oktyabrskaya küçəsi, 83 nömrəli ünvanda yerləşən 3,1 ha torpaq sahəsinin) koordinatları bəlli deyil. Halbuki, torpaq sahəsinin mövcudluğunu müəyyən edə bilmək üçün təkcə həmin torpaq sahəsinin alınmasını təsdiq edən sənədlər kifayət etmir, həmin torpaq sahəsinin sərhədləri, ölçüləri, coğrafi mövqeyi və s. əks olunmalıdır. Əks halda i ddiaçının təqdim etdiyi sənədlər əsasında Gəncə şəhəri ərazisində istənilən torpaq sahəsinə iddia etmək hüququ tanınmalı olardı. Göründüyü kimi, sözügedən torpaq sahəsinin koordinatlarını əks etdirən sənəd iddiaçı tərəfindən inzibati orqana təqdim edilməmişdir. İddiaçı müvafiq sənədlər əsasında Yelizavetpol şəhərinin 1-ci hissəsində, İmamlı küçəsi, 4 yol, Oktyabrskaya küçəsi, 83 nömrəli ünvanda yerləşən 3,1 ha torpaq sahəsinin onun mərhum ulu babası X6 məxsus torpaq sahəsi olduğunu iddia etsə də, torpaq sahəsinin sərhədlərini və yerləşmə yerini müəyyən edə bilmək üçün zəruri sənədlər olmadığından həmin torpaq sahəsinin hazırda iddia olunan ünvan 5ən torpaq sahəsi ilə üst-üstə düşüb-düşmədiyini də müəyyən etmək mümkün deyildir. Beləliklə müəyyən olunur ki, iddiaçı iddia etdiyi torpaq sahə sinin mərhum ulu babasına məxsus olmuş sahə ilə eyni olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, hazırkı iddia ilə bağlı iddiaçının subyektiv hüququ istisna olunur.

15. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində ikinci icraat

16. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Rəhman Muradov /sədrlik edən və məruzəçi/, Ədil Məmmədov və Fikrət Mehtiyev) 07 avqust 2023cü il tarixli, 2-1(104)-319/2023 nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi i lə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, apellyasiya icraatı zamanı mütəxəssis rəyinin alınması üçün xx.xx.2023-cü il tarixli qərardad qəbul edilmiş və qərardadın icrası Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə edilmişdir. Həmin Xidmətin 3 saylı Gəncə Ərazi İdarəsinin Gəncə Apellyasiya Məhkəməsinə ünvanladığı xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, 3,1 ha torpaq sahəsinin məkan göstəriciləri (naturada yerləşmə vəziyyəti, koordinatları və digər məlumatlar) əks olunmuş plan və ölçü sənədi daxil olmuş iş materialları və idarənin arxiv sənədlərində mövcud olmadığından araşdırma aparılması mümkün olmamışdır. Göründüyü kimi, Yelizavetpol şəhərinin 1-ci hissəsində, İmamlı küçəsi, 4 yol, Oktyabrskaya küçəsi, 83 nömrəli ünvanda yerləşən (indiki “Gəncə” Univermağının yer ləşdiyi ərazi) 3,1 ha torpaq sahəsinin iddiaçının ulu babası X6 məxsus olması ilə bağlı, həmin torpağa dair məkan göstəriciləri, yəni naturada yerləşmə vəziyyəti, eləcə də koordinatlar mövcud deyil. Belə olan vəziyyətdə iddiaçının həmin torpaq sahəsinin ulu babasının adına qeydə alınmasına dair cavabdehə qarşı məhkəmə müdafiəsindən istifadə etməsinə subyektiv hüququ yaranmır.

18. İddiaçı kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

19. İddiaçının kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri təşkil edir. Kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, istər məhkəmələr, istərsə də, aidiyyəti qurumlar mübahisəli torpaq sahəsinin iddiaçının babasına məxsus olmasını təsdiq edəcək yetərincə sübutlar olmasına baxmayaraq, mülkiyyət hüququnu tanımamış, onu bu hüquqdan məhrum etmişlər. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Maddə 10.2. Qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. Maddə

11. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 22. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inz ibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılar ının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslan dırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən olunmamışdır. Mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apellyasiya instansiyası məh kəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

27. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

28. Avropa İnsan Hüquqları Məhkəməsinin həmin mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya instansiyası məhkəməsinin araşdırmal arını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

29. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı və məqsədi Yelizavetpol şəhərinin 1-ci hissəsində, İmamlı küçəsi, 4 yol, Oktyabrskaya küçəsi 83 (indiki ünvan 1 ünvanında yerləşən 3,1 ha torpaq sahəsi üzərində ulu babası X4 mülkiyyət hüququnun bərpa edilərək dövlət reyestrində qeydə alınmasına nail olmaqdan ibarətdir.

30. Nəzərə almaq lazımdır ki, prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunv ericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir.

31. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.

32. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının irəli sürdüyü tələb üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olması şərti də yerinə yetirilmiş olmalıdır. 33. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

34. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir. 35. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, “Subye ktiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.”

36. Hazırkı mübahisəyə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, arxiv məlumatlarına əsasən Gəncə şəhərində iddiaçının u lu babasına məxsus 3,1 ha torpaq sahəsinin olduğuna dair məlumatların olması iddiaçının cavabdehə qarşı hazırkı iddianı qaldırması üçün yetərli sayıla bilməz. Belə ki, Torpaq Məcəlləsinin 49-cu maddəsinin 3-cü bəndinə əsasən, keçmiş torpaq mülkiyyətçilərinin (onların varislərinin) torpaq sahələri üzərində hüquqlarının restitusiyasına yol verilmir. Bununla bağlı nəzərə almaq lazımdır ki, 1920-ci ildən sonra Azərbaycan SSR-də milliləşdirilmiş əmlakın müstəqillik bərpa olunandan sonra restitusiyası haqqında xüsusi qanun qəbul olunmamış, əksinə istinad olunan normadan göründüyü kimi, mövcud qanunvericiliklə o dövrdə milliləşdirilmiş daşınmaz əmlak obyektlərinin keçmiş torpaq mülkiyyətçilərinin və onların varislərinin mülkiyyətinə qaytarılması qadağan edilmişdir. Bu baxımdan, keçmiş torpaq mü lkiyyətçiləri və onların varisləri milliləşdirilmiş daşınmaz əmlak obyektlərinin, o cümlədən torpaq sahələrinin dövlət tərəfindən onların mülkiyyətinə verilməsini tələb hüququna malik deyildirlər.

37. Göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmaması ehtimalının mövcud olması mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə həm də həmin mümkünlük şərtini yoxlamalıdır.

38. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünl ük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur.

39. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

40. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 avqust 2023-cü il tarixli, 2-1(104)-319/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar