Məhkəmə qərarları › İş №2-1(102)-168/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-168/2025

30.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-168/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Təhsildə X1rşı iş üzrə QƏRARİ (Açar sözlər: xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina, “açıqöyrətim” təhsilalma forması) 30.01.2025 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Təhsildə X1rşı “bakalavr diplomunun tanınmasına dair müvafiq ekvivalentlik haqqında şəhadətnamənin verilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 avqust 2024-cü il tarixli, 2-1(106)333/2 024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı Türkiyə Respublikasının Anadolu Universitetinin Biznesin təşkili və idarə edilməsi fakültəsində “Biznesin təşkili və idarə edilməsi” ixtisası üzrə “açıqöyrətim” təhsilalma formasında dörd illik bakalavr təhsilini xx.xx.2013-cü il tarixdə tamamlamış və ona həmin Universitet tərəfindən xx.xx.2013-cü il tarixli, 2013-104094 nömrəli diplom verilmişdir.

2. İddiaçı Türkiyə Respublikasının ali təhsilə aid sözügedən kvalifikasiyasının tanınması haqqında şəhadətnamənin verilməsi barədə cavabdehə müraciət etmişdir.

3. Cavabdeh iddiaçının tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsi l əldə etmədiyinin, “açıqöyrətim” təhsilalma formasında qeyri-ənənəvi formada təhsil aldığının müəyyən olunduğunu, bunun isə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın müəyyən etdiyi tələblə uyğunsuzluq təşkil etdiyini əsas gətirərək, iddiaçının müraciətinin təmin olunmasından imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Türkiyə Respublikasının Anadolu Universiteti tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, 2013-104094 nömrəli bakalavr diplomunun tanınması haqqında müvafiq ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması bərədə qərar çıхаrılmаsmı хаhiş еtmişdir.

5. İddiaçı tələbini işin faktiki hallarına uyğun əsaslandıraraq qeyd etmişdir ki, cavabdehin imtinası əsassızdır və onun təhsil hüquqlarının pozulmasına səbəb olur. Belə ki, Türkiyə Respublikasının Anadolu Universiteti, eləcə də digər universitetlər tərəfindən oxşar təhsil forması ilə bağlı başqa şəxslərə verilmiş diplomların tanınması haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə Ali Məhkəmənin xeyli sayda qərarları mövcuddur. Buna baxmayaraq cavabdeh ona məxsus diplomun tanınmasından imtina etmişdir.

6. Cavabdehin iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçının müvafiq müraciəti əsasında aparılmış icraat nəticəsində onun tədris dövrü olaraq diplo m əlavəsində qeyd olunmuş 2 il üzrə xarici ali təhsil aldığı ölkə ərazisində cəmi 1 gün olduğu müəyyən olunmuşdur. Məlum olan fakt əsasında iddiaçının “açıqöyrətim” təhsilalma formasında qeyri-ənənəvi formada təhsil aldığı təsdiqlənmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 4.1.5-ci yarımbəndində Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına (əyani və ya qiyabi) əsaslanan formal təhsilin əldə olunması tanınmaya dair tələblər arasında əks olunmuşdur. Qaydaların müəyyən etdiyi tələblə idd iaçının müraciətindəki mövcud hallar arasında uyğunsuzluqlar təsbit edildiyindən onun müraciəti ilə bağlı xx.xx.2023-cü il tarixdə imtina qərarı qəbul edilmişdir. Yeni Qaydalar, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nda əks olunmuş distant texnologiyaların tətbiqi ilə tədrisin təşkili prosesinin xarici dövlətlərdə əldə edilmiş ali təhsilə aid kvalifikasiyalara nisbətdə çərçivəsini müəyyən etmişdir. Bu baxımdan, yeni Qaydalar oxşar hallara nisbətdə yüngülləşdirici normativ akt kimi dəyərləndirilməlidir. Həmçinin, oxşar halların mövcud olduğu işlər üzrə Anadolu Universitetinin Bakı nümayəndəliyinə göndərilmiş sorğuya dax il olan rəsmi cavabda həmin proqramlar üzrə tədrisin və imtahanların diplom blankında adı əks olunmuş Anadolu Universitetində deyil, həmin Universitetin Bakıdakı nümayəndəliyində təşkil olunduğu bildirilmişdir. Digər ölkələrin Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrinin, filial və nümayəndəliklərinin akkreditasiyası məsələləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”na uyğun olaraq aparılmaqdadır və həmin proses sözügedən Qaydaların 1.4-cü yarımbəndinə əsasən təhsil müəssisəsinin akkreditasiyası Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu olan Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən həyata keçi rilir ki, Anadolu Universitetinin Bakıda fəaliyyət göstərən nümayəndəliyinin akkreditasiyası Agentlik tərəfindən heç vaxt həyata keçirilməmişdir. “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 4.1.1-ci yarımbəndinə əsasən, müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması da tanınmaya dair tələblər arasında göstərilmişdir.

7. Şirvan İnzibati Məhkəməsinin (hakim: Şahəli Musayev) 08 fevral 2024-cü il tarixli, 2-1(120)-666/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, Türkiyə Respublikasının Anadolu Universiteti tərəfindən verilmiş 2013-104094 nömrəli, xx.xx.2013-cü il tarixli bakalavr diplomunun tanınması haqqında müvafiq ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qanunvericiliklə distant təhsilə verilmiş anlayış baxımından təhsilin internet texnologiyaları və ya interaktivliyi təmin edən digər vasitələrlə həyata keçirilməsinə yönəlmiş tələbə və müəllim arasındakı ünsiyyəti virtual (məsafədən) həyata keçirən təhsil forması kimi “açıqöyrətim” formasının distant təhsil formasına aid olması təkzibolunmaz haldır. Türkiyədə təhsil forması kimi “açıqöyrətim” və “uzaqdan öyrətim” kimi anlayışların fərqləndirilməsi də vəziyyəti iddiaçının ziyanına dəyişmir. Türkiyə Respublikasında hər iki təhsil forması bir çox oxşar cəhətlərə malik olsa da, həmin təhsil formaları arasında müə yyən fərqlilik mövcuddur ki, Azərbaycan təhsil sistemi üçün isə həmin fərqləndirmə müəyyən edilmir. Belə ki, mövcud, qüvvədə olan qanunvericilik Türkiyədə mövcud olan hər iki təhsil formasını bir formada birləşdirir və qeyd olunan təhsil forması da məhz distant təhsil forması hesab edilir. Bakalavriat səviyyəsində təhsilin distant formada təşkili qaydaları və müddəti ilə bağlı qanunvericilik aktları qəbul edilməsə belə, tələbələrin (hazırkı halda iddiaçının) təhsilinin tamamlanmasını təsdiq edən bakalavr diplomunun olması və həmin diplomun apostil olması, həmin diplom üzrə kvalifikasıyanın tanınması üçün kifayət qədər zəruri əsasdır. Distant təhsil (“uzaqdan öyrətim”) təhsilalanlarla təhsilverənlər (müəllimlər) arasında bilavasitə kontakt, ünsiyyət olmadan məsafədən əlaqəni təmin edən texn ologiyalardan istifadə olunmaqla həyata keçirilən təhsil prosesidir. Yəni distant təhsil tələbələrə kommunikasiya texnologiyalarından istifadə etməklə məsafədən öyrənməyə imkan verən müasir təcrübədir. Həmin təhsil formasında da tədris prosesinə aid bütün komponentlər – tədrisin məqsədi, məzmunu, metodları, tədris vasitələri və sair əhatə olunur.

9. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

10. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Fikrət Hüseynov /sədrlik edən və məruzəçi/, Habil Bəhmənov və Samir Mayılov) 05 avqust 2024cü il tarixli, 2-1(106)-333/2024 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məh kəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

13. Cavabdehin kassasiya şikayətinin əsasını mahiyyətcə onun imtinasının, iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlilləri təşkil edir. Kassasiya şikayətində həmçinin qeyd edilmişdir ki, ölkəmizdə “açıqöyrətim” təhsilalma forması üzrə tədrisin təşkili və qiymətləndirilməsi mexanizmi qanunvericilikdə nəzərdə tutulmamışdır. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı etiraz tə qdim edilərək, cavabdehin kassasiya şikayətinin təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 13.1. Azərbaycan Respublikasında əyani, qiyabi, distant (məsafədən) və sərbəst (eksternat) təhsilalma formaları müəyyən edilir. Maddə 27.4. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir; Maddə 29.0. Təhsil sahəsində dövlətin vəzifələri aşağıdakılardır: 29.0.21. xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək; Maddə 44.2. Azərbaycan Respublikası vətəndaşlarının xaric i ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. 16. “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiya 1.2. Ərizənin baxılması zamanı hər bir Tərəf ixtisasların tanınması ilə bağlı əldə olunmuş bilik və bacarıqların qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir.

6. Hər bir halda tanınma qərarı yalnız kəmiyyət meyarına (təhsil müddəti) əsaslana bilməz, keyfiyyət meyarı mütləq nəzərə alınmalıdır. Məzunun keyfiyyət meyarı isə onun bilik və bacarıqlarının qiymətləndirilməsi ilə müəyyən edilə bilər. B ilik və bacarıqlara əsaslanan ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər (ixtisasın məzmunu və ya profili, dərs yükünün həcmi, diplom işi və ya dissertasiyanın yazılması tələbləri) aşkar edildikdə ixtisasın tanınmasından imtina edilə bilər. 17. 2017-ci il oktyabrın 31-də imzalanmış və Azərbaycan Respublikasının 2018ci il 23 fevral tarixli, 1004-VQ nömrli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında” Saziş Maddə

12. Azərbaycanlı tələbələrə Türkiyə Respublikasının ali təhsil müəssisələri tərəfindən verilən diplomların ekvivalentliyi və tanınması Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq, Türkiyəli tələbələrə Azərbaycan Respublikasının ali təhsil müəssisələr i tərəfindən verilən diplomların ekvivalentliyi və tanınması Türkiyə Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 18. 2023-cü il 01 mart tarixinədək qüvvədə olmuş Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları” 1.1. Bu Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli, 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır. 2.2. Xarici dövlətl ərin ali təhsil sahəsində ixtisaslarının tanınması proseduru mövcud beynəlxalq sazişlər və tövsiyələr, təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır. 3.6. Ekvivalentlik haqqında şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. 3.7. 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı halla rda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə.

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət h əddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşd ıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır və təmin edilməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəyə dair işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, iş üzrə müəyyən olunmuş halların və həmin hallara dair sübutların qiymətləndirilməsində və bunun üzərindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının təfsirində və tətbiqində səhvə yol verilmişdir. Bu səbəbdən şikayət təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı işin müəyyən olunmuş hallarına münasibətdə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz və əsassız sayılmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia rədd olunmalıdır.

23. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarın ın ləğvini və iddianın rədd olunmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

24. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı və məqsədi “açıqöyrətim” təhsilalma formasında Türkiyə Respublikasında aldığı ali təhsilə aid kvalifikasıyanın tanınmasına nail olmaqdan ibarətdir.

25. Cavabdehin imtinasının, iddiaya qarşı etirazının, apellyasiya və kassasiya şikayətlərinin əsas dəlili isə ondan ibarətdir ki, Azərbaycan Respublikasının mövcud təhsil qanunvericiliyində “açıqöyrətim” təhsilalma forması üzrə tədrisin təşkili və qiymətləndirilməsi mexanizmi nəzərdə tutulmamışdır və bu baxımdan iddiaçının müvafiq müraciətinin təmin edilməsi mümkün deyildir.

26. Hazırkı mübahisəyə baxan aşağı instansiya məhkəmələri bununla bağlı analoji faktlara əsaslanan oxşar işlər üzrə kas sasiya instansiyası məhkəməsinin əvvəllər formalaşdırdığı məhkəmə təcrübəsinə istinadən iddianın təmin edilməsi qənaətinə gəlmişlər.

27. Kassasiya instansiyası məhkəməsinin oxşar işlər üzrə əvvəlki hüquqi mövqeyinə görə, “açıqöyrətim” təhsilalma forması distant təhsilin xüsusi forması kimi qəbul olunmuş və təhsil prosesində iştirak imkanlarını məhdudlaşdıran halların aradan qaldırılması kontekstində qiymətləndirilmişdir.

28. Lakin sonradan kassasiya instansiyası məhkəməsi tərəfindən müvafiq qanunvericilik normalarının kompleks təfsiri nəticəsində həmin mövqe yenidən nəzərdən keçirilmiş və analoji mübahisələrin həllinə münasibətdə yeni yanaşmanı ifadə edən fərqli hüquqi mövqe formalaşdırılmışdır. Yeni yanaşma Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-2312/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-3140/2024 nömrəli qərarlarında öz əksini tapmışdır (Bununla bağlı ətraflı bax: Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 21(102)-2312/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-3140/2024 nömrəli qərarları).

29. Nəzərə alınmalıdır ki, “açıqöyrətim” təhsilalma forması ali təhsil qurumlarında üz-üzə və distant təhsil istisna olmaqla, tələbələrin və müəllimlərin məkandan asılı olmayaraq qarşılıqlı əlaqəsi və ünsiyyəti olmadan həyata keçirilən təhsil formasıdır. Tələbə tədris zamanı hər hansı dərs, ixtisas dərsi tədris edilmədən, göndərilmiş tədris materialları əsasında təhsil alır və belə təhsil nəticəsində diplom əldə edir. Distant (məsafədən) təhsil isə ali təhsil müəssisələrində təlim-tədris p rosesinin informasiya və kommunikasiya texnologiyaları əsasında planlaşdırıldığı və həyata keçirildiyi, tələbə ilə müəllimin və tələbələrin öz aralarında qarşılıqlı ünsiyyəti, əlaqəsi əsasında dərslərin şəxsən müəllim tərəfindən eyni mühitdə olma zərurəti olmadan ancaq sinxron şəkildə keçirildiyi təlim-tədris formasıdır. “Açıqöyrətim” təhsil forması distant təhsil formasından fərqli olaraq özündə təhsilalanlarla təhsilverənlərin bilavasitə qarşılıqlı ünsiyyətini ehtiva etmir. Bu səbəbdən “açıqöyrətim” müstəqil və fərqli təhsilalma forması kimi qiymətləndirilməlidir və distant təhsilin xüsusi forması kimi qəbul edilə bilməz.

30. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin tələblərinə görə, diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün Azərbaycan Respublik asının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu müəyyən olunmalıdır. Bu mənada, hazırkı işdə də “açıqöyrətim” təhsilalma formasında xaricdə alınmış bakalavriat təhsilinin Azərbaycan Respublikasının müvafiq təhsil sahəsində dövlət standartlarına uyğunluğu müəyyən olunmalıdır. 31. “Təhsil haqqında” Qanunun 13-cü maddəsində əyani, qiyabi, distant (məsafədən), sərbəst (eksternat) təhsilalma formaları müəyyən edilmişdir. Göründüyü kimi, təhsil qanunvericiliyində “açıqöyrətim” təhsilalma forması nəzərdə tutulmamışdır.

32. Həmçinin bu qərarın 17-ci bəndində istinad edilən “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təhsil sa həsində əməkdaşlıq haqqında” Sazişin “Diplomların tanınması və ekvivalentliyi” adlanan 12-ci maddəsində təsbit edilmişdir ki, Azərbaycanlı tələbələrə Türkiyə Respublikasının ali təhsil müəssisələri tərəfindən verilən diplomların ekvivalentliyi və tanınması Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

33. İddiaçının təhsil aldığı dövrdə qüvvədə olmuş və bu qərarın 18-ci bəndində istinad edilən Qaydaların 2.2-ci bəndinə görə, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması proseduru mövcud beynəlxalq sazişlər və tövsiyələr, təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır.

34. Beləliklə, Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən iddiaçının müvafiq tələbinin təmin edilməsindən cavabdehin imtinası qanunauyğun sayılmalıdır.

35. Nəticə etibarı ilə, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı, iş üzrə yeni qərar qəbul edilərək iddia rədd olunmalıdır.

36. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 avqust 2024-cü il tarixli, 2-1(106)-333/2024 nömrəli qərarı ləğv edilir, iş üzrə yeni qərar qəbul edilir. İddia rədd edilir. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar