Məhkəmə qərarları › İş №2-1(102)-1680/2022

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1680/2022

18.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1680/2022 18.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiyanın mümkünlüyü; prosessual müddətin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1979-cu il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “müraciətə cavab verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 may 2022-ci il tarixli, 2-1(103)-1452/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kasasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə qarşı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehə 27 oktyabr 2021-ci il tarixdə etdiyi müraciətinə yazılı cavab verilməsi və poçt vasitəsilə müraciət edilən ünvana göndərilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin 24 fevral 2022-ci il tarixli, 2-1(112)-5876/2022 nömrəli qərardadı ilə inzibati işin baxılması üçün aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

3. Qərardaddan narazı qalan iddiaçı şikayə t verərək Bakı İnzibati Məhkəməsinin 24 fevral 2022-ci il tarixli, 2-1(112)-5876/2022 nömrəli qərardadının ləğv edilməsini, inzibati işə Bakı İnzibati Məhkəməsində baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 may 2022-ci il tarixli, 21(103)-1452/2022 nömrəli qərardadı ilə (hakimlər: A.S.Hüseynov /sədrlik edən və məruzəçi/, S.İ.Bəktaşi və A.Ə.Hüseyn) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 24 fevral 2022-ci il tarixli, 2-1(112)-5876/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

5. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verilməsi üçün dövlət hesabına vəkillə təmin olunması ilə bağlı Bakı Apellyasiya Məhkəməsinə ərizə ilə müraciət etmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 may 2022-ci il tarixli, 2-1(103)-1452/2022 nömrəli qərardadı ilə iddiaçının ərizəsi təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 may 2022-ci il tarixli, 2-1(103)-1452/2022 nömrəli qərardadından kassasiya şikayəti verməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına onun vəkillə təmin edilməsi vəzifəsi Azərbaycan Respublikası Vəkillər X1 həvalə edilmişdir.

7. Qərardadın icrasının nəticəsi olaraq iddiaçıya dövlət hesabına hüquqi yardım göstərilməsi üçün Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Vəkil təyin edilmiş, bununla bağlı 27 iyun 2022-ci il tarixli, 19VB 000874 nömrəli vəkil orderi tərtib edilmişdir.

8. Vəkil tərəfindən tərtib edilən kassasiya şikayəti 18 iyul 2022-ci il tarixdə elektron imza ilə təsdiq edilməklə elektron kabinetinə yerləşdiri lmişdir.

9. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi, inzibati işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılması barədə qərardad qəbul edilməsi xahiş olunur.

10. Eyni zamanda, iddiaçı və vəkili tərəfindən buraxılmış prosessual müddətin bərpası barədə də ərizə təqdim edilmişdir.

11. Ərizə onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsinin qərardadından kassasiya şikayəti verilməsi üçün dövlət hesabına vəkillə təmin olunması barədə ərizəsi təmin olunmuş və iddiaçıya vəkil təyin edilmişdir. Qeyd olunan prosessual hərəkətlərin edildiyi müddətdə ondan asılı olmayan səbəblərdən kassasiya şikayəti verilməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddət buraxılmışdır. Ona görə də, iddiaçı hesab edir ki, müddəti ötürməyi üzrlü sayılmal ı, ərizəsi təmin edilməli və buraxılmış müddət bərpa edilməlidir. TƏTBİQ EDİLƏN HÜQUQ

12. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi (İPM): Maddə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Maddə 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə 23.1. M əhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYANİN MÜMKÜNLÜYÜ

13. Ərizə təmin edilməməli, şikayət üzrə kassasiya mümkün sayılmamalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

14. İddiaçı ərizənin əsası kimi qeyd edir ki, o, apellyasiya məhkəməsinin qərardadından kassasiya şikayəti verilməsi üçün dövlət hesabına vəkillə təmin olunması ilə bağlı prosessual hərəkətlərin edildiyi müddətdə ondan asılı olmayan səbəblərdən kassasiya şikayəti verilməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddət buraxılmışdır.

15. Məhkəmə kollegiyası iddiaçının həmin dəlilini ötürülmüş müddətin bərpasının əsası kimi qəbul etmir.

16. İşin materiallarına görə, iddiaçı Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 may 2022-ci il tarixli, 2-1(103)-1452/2022 nömrəli qərardadından kassasiya şikayəti verməsi üçün dövlət hesabına vəkillə təmin edilmə barədə ərizəni 10 gün müddəti ötürmədən versə də, iddiaçıya dövlət hesabına vəkil təyin edildikdən sonra q anunvericilikdə nəzərdə tutulan müddət ötürülmüşdür. Belə ki, işə əlavə edilən vəkil orderinə əsasən iddiaçıya Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 may 2022-ci il tarixli qərardadı əsasında 27 iyun 2022-ci il tarixdə vəkil təyin edilsə də, kassasiya şikayəti 27 iyun 2022-ci il tarixdən etibarən 10 gün müddətində deyil, 18 iyul 2022-ci il tarixdə verilmişdir.

17. Dövlət büdcəsinin vəsaiti hesabına vəkilin təyin edildiyi 27 iyun 2022-ci il tarixdən etibarən qərardaddan 10 gün müddətində şikayət verilməsi imkanını mümkünsüz edən və iddiaçının iradəsindən aşkar kənara çıxan hər hansı hal müəyyən olunmamışdır.

18. Beləliklə, müddətin ötürülməsində iddiaçı təqsirsiz olmamışdır.

19. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Prosessual müddətin bərpasın a dair ərizə rədd edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 may 2022-ci il tarixli, 21(103)-1452/2022 qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmır və kassasiya şikayətinin qəbulundan imtina edilir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar