Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1680/2024 04.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı "xxxx" X2 Cəmiyyətinin cavabdeh Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünsüzlüyü, subyektiv hüquq) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" X2 Cəmiyyətinin cavabdeh Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinə qarşı "xxxx" X2 Cəmiyyətinin vergi ödəyicisi kimi qeydiyyatının bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Naxçıvan MR Ali Məhkəməsi İnzibati Kollegiyasının 12 mart 2024-cü il tarixli, 2-1(108)-2/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 22 may 2000-ci il tarixli, 103 nömrəli qərarı ilə Naxçıvan Muxtar Respublikası Prokurorluğunun 8 may 2000-ci il tarixli, 05/235-2-99 saylı, Milli Təhlükəsizlik Nazirliyinin 17 mart 2000-ci il tarixli, 573 M saylı, Daxili İşlər Nazirliyinin 15 aprel 2000-ci il tarixli, h-13 saylı məktubları nəzərə alınmaqla “Darıdağ” firmasının və "xxxx" səhmdar cəmiyyətinin qanunsuz fəaliyyət göstərdikləri nəzərə alınaraq onların fəali yyətinin dayandırılması, “Darıdağ” firmasının və "xxxx" X2 Cəmiyyətinin özəlləşdirilməsi qeyri-qanuni hesab edilməsi və hər iki müəssisənin birləşdirilərək yenidən özəlləşdirilməsi məqsədilə satışa çıxarılmasının təmin edilməsinin Naxçıvan Muxtar Respublikası Dövlət Əmlakı Nazirliyinə tapşırılması qərara alınmışdır.
2. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyətinin 11 iyul 2000ci il tarixli, 4-M-16 nömrəli qərarı ilə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin “Darıdağ” firmasının və "xxxx" X2 Cəmiyyətinin özəlləşdirilməsinin qeyri-qanuni hesab edilməsi və bu əsasa görə onların fəaliyyətinin dayandırılmasına dair 22 may 2000-ci il tarixli 103 saylı qərarının Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 39-cu maddəsinə uyğun olmasının təsdiq edilməsi barədə qərar qə bul edilmişdir.
3. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 22 may 2000-ci il tarixli, 103 nömrəli qərarının icrasının təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Dövlət Əmlakı Nazirliyinin 30 mart 2001-ci il tarixli 129 saylı sərəncamı ilə Culfa rayon "xxxx" X2 Cəmiyyəti təsis edilmiş və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmaqla 09 aprel 2001-ci il tarixli 25-2001/K nömrəli “Dövlət Qeydiyyatı haqqında” Şəhadətnamə verilmişdir.
4. Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyinin 10 yanvar 2007-ci il tarixli 02 nömrəli sərəncamı ilə Culfa rayon "xxxx" X2 Cəmiyyətinin emissiya prospekti (özəlləşdirmə planı) dürüstləşdirilmiş, Cəmiyyətin idarə heyətinin sədrinə əmək kollektivinin rəyi nəzərə alınmaqla özəlləşdirmə komissiya sının yaradılması tapşırılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Rüstəm-Zal" X2 Cəmiyyətinin vergi ödəyicisi kimi qeydiyyatının bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 6 noyabr 2023-cü il tarixli, 2-1(122)-933/2023 nömrəli qərarı ilə (hakim E.Hüseynov) iddia mümkün sayılmamışdır.
7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının hazırkı iddiaya dair subyektiv hüququnun mövcudluğu müəyyən edilmir. Belə ki, iddiaçı "xxxx" X2 Cəmiyyəti qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçməsinə dair sənədləri məhkəməyə təqdim etməmiş, vergi ödəyicisinə verilmiş VÖEN məlumat bazasında aşkar edilməmiş, əvvəllər fəaliyyət göstərməsinə dair təsis sənədlərinin kserosurəti məhkəməyə təqdim edilmiş, iddia ərizəsi dövlət reyestrində qeydiyyata alınmamış hüquqi şəxsin möhüründən istifadə edilməklə, onun sədri tərəfindən imzalanaraq məhkəməyə təqdim edilmişdir. Məhkəmə araşdırması zamanı da hüquqi şəxsin müvafiq icra hakimiyyəti orqanında aparılmış qeydiyyatını təsdiq edən sənədlərin əldə edilməsi mümkün olmamışdır. "xxxx" ATSC-nin vergi ödəyicisi kimi qeydiyyatının bərpa edilməsini tələb etmək hüququna sahib subyekt kimi qiymətləndirmək, yəni onu, subyektiv hüququn elementlərindən biri olan “inzibati orqandan müəyyən hərəkətlərin edilməsi (öhdəliyin icrasını) tələb etmək” hüqu qunun sahibi kimi qəbul etmək mümkün deyildir. Belə olan halda, cavabdeh tərəfindən iddiaçının həmin cəmiyyət üzərində hər hansı hüququnun pozulması və onun hüquqları sferasına müdaxilə imkanı da istisna olunduğundan iş üzrə inzibati orqanını cavabdehliyi də yaranmır.
8. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermiş qərardadın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Naxçıvan MR Ali Məhkəməsi İnzibati Kollegiyasının 12 mart 2024-cü il tarixli, 21(108)-2/2024 nömrəli qərardadı ilə (hakimlər: S.Qarayev - sədrlik edən və məruzəçi, Y.Qurbanov və S.Novruzov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 6 noyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
10. Apel lyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında da qeyd edildiyi kimi iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir.
11. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadının ləğv edilməsini və işin icraata götürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
12. İddiaçının kassasiya şikayətinin dəlilləri aşağıdakılardan ibarətdir: - xx.xx.1999-cu il tarixli 09 saylı sərəncamı ilə 4 mart 1999-cu ildə "xxxx" X2 Cəmiyyəti yaradılaraq Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş, Naxçıvan MR-nın Culfa rayonunda karbon qazı istehsalı və satışı ilə məşğul olmuşdur. Vergi ödəyicisi kimi Culfa rayon Vergilər şöbəsində qeydiyyatda olan "xxxx" ATSC-də Naxçıvan MR-nın Vergilər Nazirliyinin “Səyyar vergi yoxlaması keçirilməsi haqqında” xx.xx.2007-ci il tarixli VN seriyalı 120304 nömrəli qərarı ilə "xxxx" ATSC-nin xx.xx.2003-cü il tarixdən xx.xx.2007-ci il tarixədək olan fəaliyyət dö vrü yoxlanılmış və nəticə barədə AKT-da tərtib edilmişdir. - Azərbaycan Respublikası Prezidenti yanında X1 Komitəsi üzrə Dövlət Komitəsinin xx.xx.1999-cu il tarixli 01/099 saylı arayışından görünür ki, Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən xx.xx.1999-cu tarixdə. 16-99/C sayla dövlət qeydiyyatına alınmış "xxxx" ATSC xx.xx.1999-cu il tarixdə səhmdar cəmiyyətlərin Vahid Dövlət Reyestrinə daxil edilmişdir. - "xxxx" ATSC 2000-ci ildən və yaxud 2001, 2003-cü ildən ləğv edilmiş olsa idi, onda həmin cəmiyyət “Səhmdar cəmiyyətlərinin Vahid Dövlət Reyestri”ndən də çıxarılmalı idi. Məhkəmə bu faktı da araşdırmamışdir. Digər tərəfdən əgər, "xxxx" ATSC-nin fəaliyyəti dayandırıldısa onda o, 2000-ci ildən 2007- ci ilədək nəyin əsasında fəaliyyət göstərmiş, hesabatlar təqdim etmiş, vergi bəyannamələri vermiş əmək kollektivi olmuşdur. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Cavabdeh kassasiya şikayətinə etiraz edərək Naxçıvan MR Ali Məhkəməsi İnzibati Kollegiyasının 12 mart 2024-cü il tarixli, 2-1(108)-2/2024 nömrəli qərardadını dəyişdirilmədən saxlanılmışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
14. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunma sı, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
15. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı.
16. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx. 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarı 17. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarı 18. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur 1.4. Ona görə də, iddianın mümkünlü yü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qə rar çıxırıldığı anda mövcud olmalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərç ivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən olunmamışdır. Mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
22. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qal dırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
23. Avropa İnsan Hüquqları Məhkəməsinin həmin mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsinin məzmununa uyğun kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
24. Məhkəmə kollegiyası qeyd edir ki, prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir.
25. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibət i olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.
26. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının irəli sürdüyü tələb üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olması şərti də yerinə yetirilmiş olmalıdır. 27. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azə rbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qayd alara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
28. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir. 29. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, “Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə i ddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.”
30. Göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmaması ehtimalının mövcud olması mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük şərtlərini yoxlamalıdır.
31. Hazırkı işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, isə iddiaçının hazırkı tələb üzrə iddia qaldırmağa subyektiv hüququ yoxdur.
32. Beləliklə, hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququnun olmaması və bu səbəbdən, iddianın mümkünsüzlüyü barədə apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Odur ki, apellyasiya instan siyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmadığından barəsində şikayət verilən qərardad dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
33. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Naxçıvan MR Ali Məhkəməsi İnzibati Kollegiyasının 12 mart 2024-cü il tarixli, 21(108)-2/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.